[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL-da böyük dəyişikliklər gözlənilir: Qiymətlər düşür, şirkətlər ayrılır... - İLGİNC GƏLİŞMƏ


"AZAL-ın fəaliyyətində illərdir olan narazılıqlar nəzərə alınaraq yeni bir məhrələnin, idarəetmə formasının yaranması mümkündür”.

DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Hesablama Palatasının "Azərbaycan Hava Yolları” üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, bu, yoxlamada qiymətlərin formalaşmasında ciddi rol oynayacaq:

"Yerüstü xidmətlərin AZAL-ın əlindən alınıb özəl sektora verilməsi ilə bağlı qərarlar ola bilər. Bu da həm keyfiyyəti yüksəldə, həm də qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Xidmət aviaşirkətin özünə aid olanda bu, daim yerüstü xidmətlərin daha baha olmasına çalışaraq başqa şirkətlərin ölkə bazarında fəaliyyətinə müəyyən məhdudiyyətlər yaradır. AZAL bundan istifadə edir. Dəfələrlə bununla bağlı şirkətlərin şikayəti olub, bildiriblər ki, Azərbaycanda yerüstü xidmətlərin dəyəri Gürcüstandan 5 dəfə bahadır. Bu da həmin şirkətlərin biletlərinin qiymətinin artmasına səbəb olur”.

Natiq Cəfərli deyir ki, hesabatdan yerüstü xidmətlərin AZAl-dan ayrılmasına hazırlıqlar getdiyi aydın olur:

"Digər hava limanlarının da AZAL-ın idarəetməsindən ayrılması, həmin hava limanlarının digər şirkətlərə verilməsi də mümkündür. Bəzi türk şirkətlərinin də bu hava limanlarının işlədilməsində marağı var. Ona görə də bu hesabat onu deməyə əsas verir ki, AZAL-ın effektiv idarə edilməsinin təklilləşdirilməsinə ehtiyac var. Bundan əlavə, qiymətlərdən narazılıqlar da göz qarşısındadır. Qiymətlərin formalaşmasının səbəbləri və yerüstü xərclərin şişirdilməsi ilə bağlı məqamlar var”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycanın Avropa Birliyində müqaviləsi bitmək üzrədir:

"Yeni bir müqavilə bağlanacaq. Orada əsas məqamlardan biri Azərbaycanın hava limanının daha azad və liberal şərtlərlə fəaliyyət göstərməsi üçün Azərbaycanın öhdəlik götürməsidir. Çox güman ki, bunun da təsiri var. Böyük bir dəyişikliklər gözlənilir”.

Qeyd edək ki, Hesablama Palatası "Azərbaycan Hava Yolları” üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini açıqlayıb. Palata aviabiletlərin qiymətlərinin optimallaşdırılmasını vacib sayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələdə 12, Bakıda 20 milyona satışa çıxarılan villaların sahibi kimdir? - FOTOLAR


Bakıda və Qəbələdə eyni gündə fantastik qiymətə iki lüks villa satışa çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Qəbələ rayonunda 12 milyon manata satışa çıxarılan villa 11 otaqlıdır və sahəsi 1800 kv.m-dir. Tikili rayonun ən mənzərəli yerində yerləşən "Chenot Palace Health Wellness Hotel” yaxınlığındakı 500 sot torpaq sahəsində salınıb.

Villanın eksklüziv dizayner mebelləri, lampaları mövcuddur. Həyətində meyvə və dekorativ ağaclardan ibarət gözəl, baxımlı bağı var.
Qəbələdə 12, Bakıda 20 milyona satışa çıxarılan villaların sahibi kimdir? - FOTOLAR


Eyni gündə Bakının Səbail rayonunda villa satışa çıxarılıb. Qiyməti 20 milyon manat olan tikili 25 sot torpaq sahəsində inşa olunub və 3 mərtəbəlidir.

Villa 14 otaqdan ibarətdir və 1500 kv.m sahəsi var. Əmlak şəhərin ən prestijli və ekoloji cəhətdən təmiz ərazilərindən biri sayılan Badamdarda yerləşir.

Elanda qeyd edilir ki, fərdi arxitektur layihə əsasında inşa edilən, estetik cəhətdən cəlbedici bu möhtəşəm villa "problemsiz və qayğısız 4 fəsil həyatı" arzusunu reallığa çevirir.

Maraqlısı odur ki, eyni gündə satışa çıxarılan hər iki villanın əmlak agenti Feyni şəxsdir. Bu da hər iki villanın eyni şəxsin olma ehtimalını gücləndirir.(Qaynarinfo)
Qəbələdə 12, Bakıda 20 milyona satışa çıxarılan villaların sahibi kimdir? - FOTOLAR
Qəbələdə 12, Bakıda 20 milyona satışa çıxarılan villaların sahibi kimdir? - FOTOLAR
Qəbələdə 12, Bakıda 20 milyona satışa çıxarılan villaların sahibi kimdir? - FOTOLAR
Qəbələdə 12, Bakıda 20 milyona satışa çıxarılan villaların sahibi kimdir? - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Hüseynov KTN-də FETÖ-nu TƏMSİL EDİR... - Bunu bir araşdıran olsa...


Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı DİA.AZ-ın təqdim etdiyi araşdırma materialları kifayət qədər ictimai diqqətə səbəb olsa da, nədənsə əlaqədar diarələr bu faktlarla bağlı hüquqi təftişi yubadır. Hər halda görünəni və ortalıqda olan mənzərə bundan ibarətdir.

Qeyd edək ki. keçən günlərdə Anar Hüseynovun "faizə oturdulduğu" faktını ictimaailəşdirmişdik...

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarada qeyd olunur ki, adı Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə birgə hallanan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov əslində həm də KTN-dəki kadr islahatlarına kifayət qədər təsir imkanları olan şəxsdir.

Məlumatlı mənbə iddia edir ki, Anar Hüseynovun əli ilə KTN-dəki tenderlərdən pay qoparmağa müvəffəq olmaq FETÖ üçün nə qədər asandırsa, eyni zamanda KTN-də vəzifə tutmaq da bir o qədər rahatdır. Mənbənin dia.az-a söylədikləri:

"Bu gün KTN-nin ayır-ayrı strukturlarında məhz Anar Hsüeynovun xətti ilə FETÖ ilə birbaşa və yaxud da dolayısı ilə əlaqədə olan 30-dan artıq kadr mühüm vəzifə tutmaqdadır. Burada maraqlı olanı həm də odur ki, Anar Hüseynov öz əqidəıdaşlarını vəzifəyə gətirərkən də "şirinılik" alıb. Yəni "slujba, slujba... drujba, drujba..." misalı..."

DİA.AZ qeyd edir ki, bu gün Səmərqənddə Türk dövlətlərinin keçirilən Zirvə Görüşündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkəyə açıq təhdid hesab olunan FETÖ terror təşkilatı ilə mübarizədə digər türk dövlətlərinin də dəstəyinə ümid etdiyini bildirib.

Bu faktdır ki, FETÖ-nun rahat şəkildə barındığı ölkələr sırasında maləsəf, Azərbaycanımız da var. Və elə yuxarıda qeyd etdiyimiz faktı təftiş edərək qardaş Türkiyəyə VƏFA BORCUMUZU vermiş olarıq...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərlotoreya" nədən Qarabağdakı ermənilərlə iş görmüş QURUMU SEÇİB? - İLGİNC FAKTLAR


Bir müddət əvvəl “Azərlotereya” ASC illik audit hesabatını saytında dərc etdi.

Hesabatı KPMG audit şirkəti həyata keçirib. Bu şirkət dünyanın 4 ən nüfuzlu audit şirkətindən (Big-4) biridir. Amma KPMG-nin ölkədə reputasiyası o qədər də yaxşı deyil. Gəlin, səbəblərini birgə incələyək.

KPMG-NİN AUDİT ETDİYİ BANKLAR MÜFLİS OLUB

2016-cı ildə Azərbaycanda 11 bank bağlanıb, bunlardan ən böyük ikisi – “Bank Standard” və “Texnikabank”ın auditini KPMG şirkəti aparıb.

Həmin vaxt “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri olan hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov deyib ki, KPMG-nin audit apardığı hər iki bankın müflis olması onun fəaliyyətinə şübhələr yaradır. Halbuki, adıçəkilən bankların 2012-ci ilə qədər kənar auditoru PwC audit şirkəti olub. Sonradan PwC-də işləyən Vüqar Əliyev iş yerini KPMG-yə dəyişib və köhnə müştərisi olan bankları da özü ilə aparıb. Məhz onun sayəsində son illər bu banklarda normal audit aparılmayıb. Hətta hüquqşünas bu məsələ ilə bağlı KPMG-nin baş ofisinə müraciət edib, lakin cavab almayıb.
"Azərlotoreya" nədən Qarabağdakı ermənilərlə iş görmüş QURUMU SEÇİB? - İLGİNC FAKTLAR

KPMG “ARTSHAKHBANK”IN AUDİTORU OLUB

2018-ci ildə məlum olub ki, KPMG Azərbaycan qanunvericiliyinə, ölkəmizin ərazi bütövlüyünə hörmət qoymur. Belə ki, “KPMG Armenia” “Artsakhbank”ın rəsmi auditoru olub. Saytda yerləşdirilən sənəddə KPMG-nin imzası və möhürü mövcuddur. Həmin vaxt Əkrəm Həsənov vacib bir məqamı qeyd etmişdi: “KPMG-nin MDB üzrə bank auditi rəhbəri milliyyətcə azərbaycanlı Vüqar Əliyevdir”. Bəli, həmin o yuxarıda adını çəkdiyimiz Vüqar Əliyev. KPMG-nin Ermənistan da daxil olmaqla bütün MDB məkanında bank auditi ilə məşğul olduğunu nəzərə alsaq, Vüqar Əliyevin rəhbərlik etdiyi şirkətin Dağlıq Qarabağda yerləşən banklara da xidmət göstərdiyindən xəbərsiz olmağı qeyri-mümkündür.

KPMG RƏHBƏRLİYİ ABŞ-DA HƏBS OLUNUB

KPMG şirkətinin rəhbərliyi ABŞ-da həbs olunub. Əkrəm Həsənovun sözlərinə görə, dələduzluq və digər cinayətlərə görə şirkətin 6 rəhbər şəxsi həbs edilib: “Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alıblar və qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər. KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Buna baxmayaraq, ölkəmizdə bəziləri bu şirkətə himayədarlıq edir. Hər bir halda xəbərdarlıq edirəm: KPMG ilə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun”.

“HESABATA İNANMAQ OLMAZ”

Əkrəm Həsənov İndex.az-a açıqlamasında bildirib ki, “Azərlotoreya” ilə yanaşı, Mərkəzi Bankın da son illər kənar auitini KPMG aparır: “Məhz son illər! Halbuki, əvvəllər Mərkəzi Bank heç vaxt KPMG ilə işləmirdi, “Deloitte”, PwC ilə işləyirdi. Son illərdə KPMG dövlət sektorunda yaman fəallaşıb. Bu da onun nəticəsidir ki, onun imici və işgüzar nüfuzuna böyük xələl gəlib. Çünki Azərbaycanda ən böyük bank müflisləşmələrinin fonunda onlar olublar. Təkrar edirəm, “Bank Standard” və “Texnikabank” kimi iri bankların kənar autini onlar aparıblar və hər zaman da yazıb ki, hər şey qaydasındadır. Bununla yanaşı, KPMG xarici ölkələrdə də özünü biabır edib. Azərbaycanda isə aşağı qiymət verməklə daha sərfəli qiymət verməklə daha üzü yola olmaqla öz müştəri bazasını azərbaycanda genişləndirir. Xatırladaq ki, auditor xidməti ən bahalı xidmətdir. Lakin əksər hallarda bu heç özünü doğrultmur. Sadəcə dünya praktikasıdır. Əsas da “Böyük 4-lüy”ə daxil olan audit şirkətləri… Təsadüfi deyilki Azərbaycanda son illər digər, yəni o qədər də baha işləməyən audit şirkətləri fəallaşıb. Bəzi auditorlar şirkət rəhbərləri ilə əlbir olub, öz rəylərində saxtakarlığa yol verirlər. Saxtakarlığı bu “Böyük 4-lüy”ə daxil olanların hər biri etsə də, saxtakarlıq üzrə lider KPMG-dir. Ona görə, KPMG ya qiyməti endirir, ya da “azərbaycansayağı” proseslər baş verir. Buna görə, KPMG son illərdə fəallaşıb, öz imicini düzəldir. Mən onların hesabatlarına heç etibar etmirəm və bununla bağlı əlimdə yetərincə səbəb var! Bunu “Bank Standard”da, “Texnikabank”da pulu qalanlardan soruşa bilərsiniz…”

“AZƏRLOTEREYA” RƏHBƏRLİYİNƏ MÜRACİƏT

“Azərlotereya” ASC-nin maliyyə hesabatına inanmaq olar, ya yox, oxucular, o cümlədən adıçəkilən şirkətin rəhbərliyi qərar versin. Unutmayaq ki, audit şirkətin güzgüsüdür və hər əyri-əskiyi olduğu kimi göstərməlidir. Sonra gec olur… “Azərlotereya” “Bank Standard”, “Texnikabank”ın aqibətini yaşaya bilər…

İndex.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordubadın polis rəisi ÖZBAŞINA QALIB... - NARAZILIQ VAR!


Naxçıvan MR DİN-in Ordubad rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Tural Əliyev ailəsini də götürüb Ermənistana sığınmaq istəyir.

Ovqat.com-a bu barədə “Qara Pişik” (özəl mənbə -red.) məlumat verib.

“Qara Pişiyin” bildirdiyinə görə, polis serjantını bu barədə fikirləşməyə vadar edən öz rəisi polis polkovniki Əli Nəbiyev və MR Daxili İşlər naziri Rəşad İsmayılov tərəfindən üzləşdiyi haqsızlıqdır.

“Təsəvvür edin, polisin əsas vəzifəsi vətəndaşın hüquqlarını qorumaq, xüsusilə də dələduzluq hallarına qarşı amansız mübarizə aparmaqdır. Çünki bu kimi cinayətlərin sayı artarsa, haqsızlığa uğrayan insanlar fırıldaqçılığa qarşı qanuni mübarizə yollarını bir kənara atar və öz qisasını almağa çalışar. Və yaxud kriminal qüvvələrin yardımına ehtiyac hiss edər. Beləcə, cəmiyyətin kriminogen vəziyyəti pisləşər, dövlətin, qanunların çəkindiricilik gücü azalar və ölkə hərc-mərclik yuvasına çevrilər. Polis orqanları da məhz bu duruma yol verməmək üçün mütləq dələduzluğa qarşı mübarizələrini gücləndirməlidirlər. Ən azı ona görə ki, asayişin müqəddiməsi dövlətin çəkindirmə gücüdür”, - deyən “Qara Pişik” uzun fəlsəfi söhbətindən sonra keçdi əsas mətləbə:

“Ordubad rayon polis şöbəsinin serjantı Tural Əliyev dələduzluğun qurbanı olub. Öz haqqını müdafiə etməyə çalışanda isə Ordubad rayonunun polis rəisi Əli Nəbiyev və MR Daxili İşlər naziri Rəşad İsmayılov onu yox, dələduzu müdafiə edib, öz əməkdaşını cəzalandırıb. Tural Əliyev də məhz belə bir dövlətdə yaşamağın əzablarından cana doyub hətta düşmən ölkəyə sığınmaq fikrinə düşüb”.

Bəs polis serjantının başına gələn bu haqsızlıq necə vaqe olub?

Mənbəmizin dediyinə görə, Tural Əliyevin banka 40 min borcu var. O borcunun yükünü azaltmaq üçün yollar axtarırmış. Bu ilin ilk ayında sosial şəbəkədə maraqlı bir elanla rastlaşır. İnstagram səhifəsində görür ki, Xanım Qurbanova adlı bir istifadəçi lotereya təşkil etdiyini yazıb. Polis serjantı da bu qruplardan birinə qoşlmaq istəyib. Xanım Qurbanovaya mesaj yazıb öz istəyini ona çatdırıb. Xanım xanım da ona öz “yardım əlini” uzadıb və Tural Əliyevin adını 20 nəfərdən ibarət 10 min manatlıq qrupa yazıb. Tərəflər razılaşıblar ki, Tural Əliyev fevral ayında 10 min manatı götürəcək. Qısası, bir aylıq öhdəliyini yerinə yetirən Tural Əliyev fevral ayında öz haqqını istəyib. Xanım Qurbanova isə qrupun dağıldığını bildirib. Polis serjantı da o zaman ödədiyi 500 manatı istəyib. Fırıldaqçı xanım tezliklə onun pulunu qaytaracağına söz verib. Beləcə, quru vədlər aylarla davam edib. Bu müddət ərzində məlum olub olub ki, aldadılan təkcə Tural Əliyev deyil. Onun kimi 100-dən artıq vətəndaş lotereya qurbanına çevrilib.

Tural Əliyev çarəsiz qalıb digər qurbanların da təklifi ilə DİN-nə onlayn şikayət ərizəsi yazıb. Şikayət ərizəsi araşdırılmaq üçün Bakıdan Naxçıvana göndərilib. Bununla da dananın quyruğu qopub. Naxçıvan MR DİN-də polis serjantı barədə araşdırma başlanılıb. Ordubad rayon polis rəisi Əli Nəbiyev öz işçisini yanına çağırıb şikayətdən vaz keçməsini və bunu rəsmi ərizə ilə təsdiqləməsini istəyib. Əks halda onu işdən qovacağı ilə təhdid edib. Polis serjantı yazılı ərizə yazsa da, şifahi olaraq mübarizəsini davam etdirməyə qərar verib. Fikirləşib ki, Xanım adlı dələduzla mədəni söhbət edib öz pulunu geri ala bilər. Bu xəyalla da sentyabrın 1-də Xanım xanıma mesaj yazaraq, pulunu geri qaytarmasını xahiş edib. Əks halda onun sosial şəbəkələrdə paylaşdığı şəkillərin altında öz başına gələnləri yazacağını, hər kəsi baş verən fırıldaqlar barədə məlumatlandıracağını bildirib.

Maraqlıdır ki, onun xanımın özəlinə yazdığı bu sözlər Naxçıvan MR DİN-nə gəlib çıxıb. Sən demə, Xanım Qurbanova 102-yə zəng edərək polis serjantından şikayət edib. Bildirib ki, bu adam guya onun şəkillərini sosial şəbəkədə paylaşmaqla şantaj edib. 102-dən həmin şikayət Naxçıvan MR DİN-nə göndərilib.

Rəis bu hadisədən sonra yenə serjantı yanına çağırıb və hədə-qorxu gəlməyə başlayıb. Ona deyib ki, problemin vardısa, bunu qanuni yolla həll edərdin. Serjant isə xatırladıb ki, problemin qanuni yolla həllini rəisin özü əngəlləyib. Beləcə, mübahisə nazir Rəşad İsmayılovun kabinetinə qədər uzanıb. Nazir işi araşdırmaq üçün xüsusi bir müstəntiq ayırıb. İstintaq araşdırması nəticəsində müəyyənləşdirilib ki, polis serjantı dələduzu şəkillərini paylaşmaqla şantaj etməyib. Sadəcə onun şəkilləri altında başına gələnləri yazacağını bildirib. Xanım xanım da istintaq zamanı bunu etiraf edib və bildirib ki, şikayət edəndə əsəbi olub, nə dediyimi bilməyib. O, həmçinin müstəntiqə verdiyi izahatında mesajı yanlış anladığı və polisdən şikayətçi olmadığı barədə izahat yaza biləcəyini deyib. Rəşad İsmayılovun müstəntiqi isə buna hələ ki ehtiyac olmadığını, lazım gələrsə ondan izahat ala biləcəklərini deyib qızı yola salıb.

Sentyabr ayının 3-də polis rəisi Əli Nəbiyev məsələ ilə əlaqədar nazir Rəşad İsmayılovun qəbulunda olub və istintaqın nəticəsi barədə onu məlumatlandırıb. Nazir də öz növbəsində serjant barədə hər hansı ölçü götürməməyi tapşırıb. Di gəl ki, üzərindən 10 gün keçəndən sonra Əli Nəbiyev öz işçisini cəzalandırmağa qərar verib. Cəza isə onun iş yerini dəyişdirmək olub.

“Tural Əliyev 10 il idi ki, polis şöbəsində növbətçi köməkçisi işləyirdi. Xidmətində heç bir qüsuru yoxdur. Naxçıvan polisində növbətçi köməkçisi olmaq elit iş sayılır. Bu vəzifə uğrunda polis serjantları arasında əməlli-başlı rəqabət gedir. Yaxşı pul verib bu vəzifəyə təyin olunmaq istəyənlərin sayı çoxdur. Hadisədən 10 gün sonra, sentyabrın 13-də Tural Əliyev öz “elit” işindən uzaqlaşdırılıb yerinə bir başqasını götürülür. Polis serjantı isə hansısa sahəyə daha ağır işə göndərilir”, - mənbəmiz belə deyir.

İddiaya görə, bu məlumatı eşidəndə haqsız yerə cəzalandırıldığını düşünən Tural Əliyev işdən çıxmaq barədə ərizə yazır. Ərizə qanunsuz şəkildə qəbul olunmur. Çünki, Naxçıvanda hələ də də quldarlıq quruluşu hökm sürür. Öz işçilərinə kölə kimi baxan polis rəislərinin fikrincə, serjantın ağzı nədir, könüllü olaraq işdən çıxa.

Qısası, istefa ərizəsinin qəbul olunmadığını görən polis serjantı xidməti vəzifəsini yerinə yetirməkdən imtina edir. 2 gün işə çıxmır. Rəis onu və sabiq polis polis əməkdaşı olan atasını yanına çağırır. Serjantdan dərhal işə çıxmasını tələb edir. Tural Əliyev bu tələblə razılaşmayaraq rəisin kabinetini nümayişkaranə şəkildə tərk edərək evinə gedir. Onun atası ilə sövdələşən rəis söz verir ki, 1 aya qədər serjantı köhnə vəzifəsinə bərpa edəcək. Beləcə yalan vədlərlə aldadılan polis serjantı yenidən polis orqanlarında xidmətə qayıdır.

1 ay keçəndən sonra Ordubad polis rəsinin onu yalan vədlərlə aldatdığı ortaya çıxır. Tural Əliyev rəisinə verdiyi vədi xatırladanda isə Əli Nəbiyev ondan daha 3 ay möhlət istəyir. Polis serjantı isə haqlı olaraq rəisinə inanmır. Məsələ burasındadır ki, 3 aydan sonra rəis Əli Nəbiyevin özü həmin vəzifəsində olmayacaq. Onun gələn ilin ilk ayında pensiya yaşı tamamlanır və onsuz da bacarmadığı bu vəzifədən tədaüdə ayrılmağı düşünür.

“Qara Pişiy”in dediklərinə görə, polis rəisi vəzifədə qalacağı bir neçə ay müddətində maksimum qazanmaq planı qurub və Tural Əliyevin “elit yerini” hərraca çıxarmaq üçün onu işdən uzaqlaşdırıb. Hərracın yeni müştərisini də tapıb və onu növbətçi köməkçisi işinə təyin edib. Bir neçə ayı da Tural Əliyevin başını aldatmaqla yola versə, heç bir problemi qalmayacaq.

Di gəl ki, Tural Əliyevin ailəsini də götürüb Ermənstana keçmək istəməsi Əli Nəbiyevin bütün planlarını alt-üst edə bilər. Məsələ burasındadır ki, Naxçıvan “Gestapo”sunun, xüsusilə Ordubad rayon polis şöbəsinin yarıtmaz fəaliyyəti nəticəsində Ermənistana sığınmaq arzusu təkcə Tural Əliyevə xas deyil. Bundan əvvəl rayonun Gilançay kəndinin sakini İmran Nağıyev də polis zülmündən qaçıb Ermənistan dağlarına pənah aparmışdı. Baxmayaraq ki, İmran Nağıyevi bu addımı atmağa vadar edən Naxçıvan şəhər 1 saylı polis şöbəsinin rəisi Şəmsi Mirzəliyev olmuşdu. İndi hətta polis əməkdaşının belə polis zülmündən qaçıb Ermənistana sığınması ehtimalı Naxçıvan MR DİN-nin də başını ağrıda bilər. Belə təsəvvür yaranar ki, nazir Rəşad İsmayılovun rəisləri sayəsində Ordubad əhalisi Ermənistan dağlarında Azərbaycan yaşayış məntəqəsi sala bilərlər. Bunun isə, öz növbəsində ermənilərin əlində “Azərbaycan yaşanası ölkə deyil” bəhanəsinə çevrilmək ehtimalı var və ideoloji savaşda rəsmi Bakını çətin vəziyyətə salar. Yəqin ki, rəsmi Bakının “xan” rejiminə reaksiyası da kimlərinsə başını tumarlamaq olmaz.

Bir sözlə, Əli Nəbiyevin son bir neçə ayda yaxşı qazanmaq sevdası onsuz da Bakı qarşısında nüfuzunu itirən “xan” həzrətlərinin başına çatlaya bilər. //Ovqat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba rayonu Rustov kənd bələdiyyəsinin torpaq maxinasiyaları - İTTİHAM VAR!

"Azərbaycan Reallığı" xəbər verir ki, bir çox kəndləri özündə birləşdirən 30 ildən artıq Pustov Bələdiyyəsinin sədri işləyən Behbud Rəhimov (hazırda icra nümayəndəsi) Balabəyov Orfulla Ağaverdi oğlunun faktiki sahibliyində olan qaz kəmərinə yaxın 233 kv.m dədə- baba torpaq sahəsini həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan Paşayev Səxavət Telman oğluna satıb.

Həmin torpaq sahəsi həm də kənd əhalisinin heyvanlarının su içdiyi dərədir.

Nədən belə olub? Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq" - Prezident

"İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO