[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pənah Hüseyn ayda 4000 manat pensiya alacaq


“Hələ sənədlərimi təqdim etməmişəm. Yəqin ki, gələn həftə sənədlərimi təqdim edəcəyəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq dövlət katibi Pənah Hüseyn deyib.

65 yaşını qeyd edən eks-Baş nazir nə qədər pensiya alacağını dəqiq bilmədiyini söyləyib:

“Məndə olan məlumata görə, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab göndərir və təxminən bir neçə aya pensiya məsələsi nizama salınır. Mən bununla məşğul olmamışam, amma gələn həftədən öz sənədlərimi təqdim edəcəyəm”.

“Yüksəkməbləğli bir pensiya alacağınızı gözləyirsinizmi” sualına isə AXP sədri belə cavab verib:

“Keçmiş sabiq deputatların pensiyası nə qədərdirsə, yəqin ki, burada - mənimlə əlaqəli olan məsələdə də çərçivədən kənara çıxmaq imkanı olmayacaq”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin pensiyaya çıxmış deputatları hazırda fəaliyyətdıə olan keçmiş həmkarlarının maaşlarının 80%-i həcmində pensiya alırlar.

Hazırda deputatların aylıq məvacibinin 5,000 AZN olduğunu nəzərə alsaq, sabiq millət vəkili Pənah Hüseynin ayda 4,000 AZN civarında pensiya alacağı aydın olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anarın SƏDRLİYİ, oğlunun SƏFİRLİYİ və AYB SƏFİLLİYİ - SENSASİON FAKTLAR


Səhv etdiyi, səhv bildiyi nələrsə var qocaların, Düz qoymurlar vəsiyyətin, düz bölmürlər hecaların.

KONKRET.az olaraq ağsaqqala hörmət aşılayan mental dəyərlərə sadiqik. Burada söhbət qocalıqda yorğalıq, kəfənlikdə yorğanın hayında olanlardan gedir. Sırf Azərbaycan Yazıçılar Birliyinin başında “çerneli”, qələmində mürəkkəbi ağarmış rəhbərliyini nəzərdə tuturuq.

Azərbaycanın bəzi bölgələrində “yeddi arxa dönənin cənnətlik olsun” alqışı var. Əfsus ki, Azərbaycanda müəyyən post tutanların əksəriyyəti bu deyimlə yaşayır. Yəni onların özləri kef-damaq içində yaşayıb deyə kimlərinsə haqqına girib övladlarını önə çəkirlər. Balasının istedadı oldu-olmadı Nəsimi dahiliyi, Yesenin “spontan”lığı geyindirib dövriyyəyə buraxırlar. Bu lap hansısa seyidin “alkaş” oğlunun pir açmağına oxşayır.

Hazırda bütün dünya 80 yaşlı Baydenin Amerika Prezidentliyinə gülür. Biz də araya qoyurduq. Ta ki 84 yaşlı Anar yenidən AYB sədri olana qədər… Onsuz da qurultaydan öncə jurnalistlər həyəcan təbili çalırdılar ki, Anar yenə sədr seçilsə, idarə etdiyi birliyə bir quş! Onun sədrlik postundan əl çəkməməsinin səbəbləri də müxtəlifdir. Hətta bəziləri ən primitiv bəhanə kimi kabinetə iy saldığını, kreslosundan ayrıla bilmədiyini satirik şəkildə qeyd edib.

Amma əslində…

Anar dövlətdən ayrılan pulları başqasının əlinə keçəcəyi ilə razılaşmayıb. Bəli, birliyə xərclənəcəyi yox, məhz əlinə keçəcəyi! Bundan başqa birlik sədri postunda o, müəyyən “yaşıl işıq”lar qazanır. Ədəbiyyat elitasının birinci adamı kimi bu güzəştlərdən şəxsi və ailə mənafeləri üçün istifadə edir. Əhali üçün faydalı bir kitabı kitabça halına salmağın özü 200 səhifəlik yeyintidir. Yaxud hesabatda rəngli və qalın üzqabığı göstərilib, əslində ağ-qara nazik üzlük fırıldaqları da az deyil. Bu iki məqam ən xırda yeyintilərdir. Rüşvət hesabına iki eşşəyin arpasını bölə bilməyənləri birliyə üzv seçmək də minikorrupsiya elementlərindəndir. O ki qaldı rəhbər postunun “vazgeçilmez” özəlliklərinə, bunu sadalamaqla bitməz.

Oğlunun dosyesi

Oktyabrın 17-də Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 1963-cü ildə anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olub. Universitetin Şərqşünaslıq fakültəsinin məzunudur. Tural Rzayev ərəbşünas və diplomatdır. Diplomatiyaya gəlməzdən əvvəl o, jurnalistika sahəsində çalışıb, AzərTAC-ın müxbiri işləyib. Eyni zamanda atası kimi yazıçı və tərcüməçidir. 2009-da Tural Anaroğlu imzası ilə “Tənha mələk” adlı kitabı çıxıb. Anaroğlu imzası onun üçün düşərli olub.

Müxbirlikdən diplomatiyaya keçid

Tural Rzayev sonralar fəaliyyətini diplomatiya sahəsində davam etdirib. O, Azərbaycanın Türkiyə və Rumıniyadakı səfirliklərində çalışıb.

2010-cu il iyunun 24-də Tural Anar oğlu Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Yazıçı-diplomat Tural Anaroğlunun “Tənha mələk” kitabında “Bir günlük müharibə və ya otuz beş silahlı əsgər” adlı hekayəsi yəni tanınmış, vəzifəli şəxslərin balalarının əsgərlikdə özlərini necə aparmaları, onların danışıq tərzləri, baş verən hadisələr sətiraltı mənalarla təsvir olunub. Onları “Tapşovannılar” adlandıran Tural yazıçıya məxsus yumorla vəzifəli şəxslərin balalarının bostanına daş atıb. Guya ki, özü “tapşovannı”, tapşırılmış, yaxud xahiş, yalvar-yaxar sayəsində diplomat olmayıb.

Əlavə edək ki, Turalın da səfir işləməsi bəzi geri çağırılanlar kimidir. O, diplomat kimi Azərbaycanın maraqlarını qorumaq, həqiqətləri dünyaya çatdırmaqla yox, şəxsi biznesi ilə məşğuldur. Müəyyən dairələr onun diplomat vəsiqəsindən istifadə edib nə işlə məşğul olduğunu da yaxşı bilir. Yoxsa səfir maaşını yığmaqla “Maserati” alıb sürə bilməzdi. Bu hələ onun maşın kolleksiyasından bir nümunədir. Vaxtı gələndə Rzayevlərin yazıçı-diplomat adlı biznes şəbəkələri ifşa olunacaq. Sadəcə, onda nə özü AYB-də, nə də oğlu Əlcəzairdə qala bilməyəcək. Çünki dövlət vəsaiti və səlahiyyətlərindən istifadə edənlərin çoxu Qobustanda, ən yaxşı halda Kürdəxanı təcridxanasındadır.

AYB: Anarın Yazıçılar Birliyi

Kiminsə pulunda, komfort dolu yaşamında gözü olmaq yaxşı xüsusiyyət deyil. Amma onların gözünün doymaması bəzi insanlardakı həsədi nifrətə çevirir. Bəlkə də buna görə toy-bayram kimi başlayan AYB qurultayı sədr seçiləndən sonra matəmə çevrildi. Maraqlısı odur ki, Çingiz Abdullayevin qalmaqallı müsahibəsinə rəğmən, silsilə yazıların 90 %-də Anar tənqid olunur. Səslənən və tirajlanan fikirlərə isə münasibət bildirmir. Yəqin elə yuxarıda qeyd olunan kimi, Azərbaycan Yazıçılar Birliyinin başında “çerneli”, qələmində mürəkkəbi ağarmış rəhbərliyi camaatın qabağına üzüağ çıxa bilmir. Ya da bəraət fikirləşirlər. Amma inanmıram, çünki Anar üçün qoltuq (kreslo) həmin, qovluq (papka) da tanışdır.

KONKRET.az-ın Analitik Qrupu

P.S. Bir o qalıb ki, Azərbaycan Yazıçılar Birliyininin adını dəyişib Anarın Yazıçılar Birliyi qoysunlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AzerGold” 330 min manatlıq məsləhət alır


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “OMNİ” Qapalı Səhmdar Cəmiyyəti olub.

AMİA.AZ xəbər verir ki, “AzerGold” QSC törəmə müəssisəyə səhmdarın cəlb edilməsi ilə bağlı hüquqi və kommersiya dəstəyinə dair məsləhət xidmətlərinin satın alınmasına görə “OMNİ” QSC-yə 330 min 400 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “OMNİ” QSC-nin qanuni təmsilçisi Alloyarov Roman Valentinoviçdir. Şirkət 5 noyabr 2003-cü ildə dövlət qeydiyyatına alınıb.

AMİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran ordusunda türklərə qarşı repressiyalar – Güneyli fəaldan ŞOK DETALLAR


“Fars-molla rejiminin türk zabit və kadrlarına qarşı repressiyalara başlamasının səbəbi türklərə qarşı etnik diskriminasiya siyasətini silsilə şəklində davam etdirməkdir. Hökumət Doğu Azərbaycanımızda, Astarada, Ənzəlidə, Gilanın bir neçə bölgəsində türkləri öz yurdlarında köçürüb, başqa etnosların nümayəndələrini bu torpaqlara yerləşdirib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyədə yaşayan güneyli fəal, jurnalist-yazar Həsən Kərimzadə bildirib.

Müsahibimiz Batı Azərbaycan ostanında da oxşar siyasətin aparılmasına diqqət çəkib:

“Eyni zamanda Urmiya gölünü qurutmaqla, bu əraziləri türklərdən təmizləyib, başqa xalqların nümayəndələrini bura yerləşdirmək istəyirlər. Bu təmizləməyə məktəblərdə, tarixi abidələrdə, dövlət vəzifələrində də görürük. Bir türkə heç vaxt dövlət idarəetməsində yüksək vəzifə tutmağa imkan vermirlər”.

Həsən Kərimzadə İran ordusundan türk zabitlərinə qarşı başladılan repressiyalardan da danışıb:

“Türklərin ordudan təmizlənməsi fars-molla rejiminin etnik təmizləmə siyasətinin ən son mərhələsidir. Çünki bu rejim nə öz ideologiyasının, nə xalqının gücünə ayaqda deyil. Eyni zamanda həm daxildən, həm də xaricdən rejimə basqılar var. Fars hakimiyyəti yalnız ordusunun gücünə ayaqda qalıb və mövcudluğunu davam etdirmək üçün silahlı qüvvələrdə də türklərə qarşı təmizləmə siyasəti aparmalıdır.

Fars-molla rejiminin 44 illik hakimiyyəti dönəmində buna şahidlik etmişik. Lakin son dönəmlərdə bu proses xeyli sürətlənib. Bunun da əsas səbəbi 44 günlük müharibə və Qarabağın işğaldan azad olunmasıdır. 30 il idi ki, o torpaq işğalda idi. Onlar bu müddətdə bir dəfə olsun Azərbaycanla sərhəddə təlimlər keçirməyiblər. Amma torpaqlarımız azad edildikdən sonrakı 2 il ərzində orada 3 dəfə təlim keçiriblər”.

Güneyli fəal sosial şəbəkələrdə son təlimlərdən yayılan görüntülərin Tehranda narahatlıq doğurduğundan da bəhs edib:

“O təlimlərdən yayılan görüntülərdən biri də bozqurd simvolu tutan türk əsgərləri idi. Və İslam Respublikası Qarabağ işğaldan azad olduqdan sonra bozqurd simvollarının daha çox yayıldığını gördükdə, sürətlə türk zabitləri ordudan uzaqlaşdırmağa başladı. Hətta türk bazalarında da bu proses gedir. Təbrizdə, Urmiyada bir sıra yüksək vəzifəli türk zabitlər ordudan kənarlaşdırıldı, təqaüdə göndərildi, həbs olundu. Hətta onlardan bəzilərini edam da etdilər. Çünki türk orduda qaldıqca bu fars-molla rejimi üçün təhlükədir”.

Həsən Kərimzadə vurğulayıb ki, İran hakimiyyətinin bu təmizləmələri heç bir nəticə verməyəcək:

“Ona görə ki, İranda türklərin sayı əhali nisbətində daha çoxdur. Avtomatik olaraq orduda da bizim say nisbətimiz böyükdür. Digər tərəfdən farslarda hərbi istedad, təcrübə də aşağıdır. Ömür boyu orduda xidmət edən farsların sayı heç barmaq sayı qədər deyil. Türklərdə isə bu genetik istedad var. O, lazım gəldikdə türklük cəsarətini ortaya qoya bilir. Bunu İranda da aydın şəkildə görürük. Belə ki, türk 16 il fars məktəb və universitetlərində təhsil alsa da, bir türk filminə baxdıqdan sonra onun bütün təhsili ikinci planda qalır.

Türk həyatının “90-cı dəqiqə”sində yenidən öz kökünə qayıdır. İran ordusundakı türklər də həmin son dəqiqəyə gəldikdə fars-molla rejiminin yanında yer almayacaqlar. Onlar türk cümhuriyyətinin qurulması üçün cəsarətlərini ortaya qoyacaqlar. Bu səbəbdən, necə ki fars rejimi digər sahələrdəki etnik təmizləmələrlə istəklərinə nail ola bilməyib, eləcə də ordudakı repressiyalar nəticə verməyəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvandan İrana İLGİNC CAVAB... - Onlar bizi müsəlman edirsə...


İran SEPAH-ı hesab edir ki, Naxçıvan bu ölkənin «Qüds»üdür. İslam keşikçilərinin sözçüsü kimi çıxış edən bir jurnalistin dilə gətirdiyi bu fikirdən sonra cənub qonşumuzda Naxçıvan mövzusu əməlli-başlı gündəmə gəlib. Bir çox İran ideoloqları gecə-gündüz əlləşib-vuruşur, «Naxçıvanı necə müsəlmanlaşdırmaq» sualına cavab axtarırlar. Amma binəvalar yatsalar yuxularında belə görməzlər ki, Naxçıvan «xan»ının da İranla bağlı öz strategiyası var: İran kafirləşdirmək.
Niyə belə düşünürük?" DİA.AZ bildirir ki, bu barədə paylaşımı tanınmış jurnalist Heydər Oğuz edib.
Jurnalist fikrinə belə davam edir: "İnanmayacaqsınız, Naxçıvanda artıq İran xristianları üçün «Halloween» bayramının keçirilməsinə qərar verilib. İranın bir çox xristian kanallarında açıq elan verilən «Halloween» bayramının bu gün, 30 oktaybr tarixində keçirilməsi planlaşdırılır. Özü də harda? Naxçıvanın tam mərkəzində Təbriz hotelində.
Bəs «Halloween» bayramı nədir?
Maraqlıdır ki, bu bayrama «Balqabaq bayramı» da deyirlər. Bu adı alması, təbii ki, səbəbsiz deyil. «Halloween» (Hellouin) bayramının əsas artributu balqabaqdır. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyur. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya kimi xristian ölkələrində keçirilən bu bayramın qədim kelt kültüründən gəldiyi düşünülür. "WorldBook” ensiklopediyasında qeyd olunur ki, "Hellouin" bayramının kökləri 2000 il bundan əvvələ gedib çıxır. Keltlər inanırdılar ki, «Hellouin» bayramı vaxtı ölülər xortlayb dirilərlə görüşə gəlirlər. Bu bayram zamanı keltlərin maska taxması da ölülərlə dirilərin fərqlənməməsi məqsədi daşıyıb.
Bir sözlə, tam bir küfr bayramıdır. Görünür, Vasif «xan» həzrətləri də İranın Naxçıvanla bağlı təxribatına bu bayramla cavab vermək istəyib. Yəni demək istəyib ki, siz bizi necə «müsəlmanlaşdırmaq» istəyirsinizsə, biz də sizi elə kafirləşdirəcəyik. Görək kimin ideoloji silahı daha effektiv olacaq.

P.S. İnsafən, Naxçıvan «xanı»nın İranı «xristianlaşrmaq» siyasəti incə düşünülmüş bir strategiyadır. Amma o da var ki, «xan» həzrətləri deyəsən, bir məqamı unudub: İranda yaşayan 100 min xristianın 80 faizi ermənilərdir. Belə çıxır ki, sabah Təbriz hotelində İran xristianları üçün təşkil olunan «Halloween» bayramına əsasən ermənilər təşrif buyuracaq".

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Küdürlü sakinləri: “Buradan gedən, geri qayıtmır” - NARAZILIQ VAR!


Kənd sakinlərinin sözlərinə görə, uzun illərdir ki, problemlərini müxtəlif qurumlara çatdırsalar da, kənddə heç bir iş görülməyib

“Kəndimiz rayon mərkəzindən cəmi 12 kilometr aralıda yerləşir. Mərkəzə gedirik, tamamilə başqa həyata düşürük, kəndə qayıdırıq, ürəyimiz sıxılır”.

Şəkinin Küdürlü kəndinin sakinləri Meydan TV-yə sosial problemlərindən danışıblar. Kənd sakini Rəsmiyyə Axundova deyir, kənddəki çarəsi düyünə düşmüş problemlərin üzündən gənc nəsil duruş gətirə bilmir. Necə deyərlər, kənddən gedənin ayağı buralardan həmişəlik kəsilir.

“Biz birtəhər dözə-dözə gəlib bu yerə çıxmışıq, cavanlarda dözüm qalmayıb. Necə dözsünlər axı? Gedirlər rayon mərkəzinə, məmur balalarının yaşayışını, güzəranını görürlər, gəlib girirlər palçıqlı yola, qaz yox, su yox, o yox, bu yox… Ruh düşkünlüyünə qapılırlar. Bir də eşidirsən ki, filankəsin uşağı baş götürüb getdi Bakıya…”

Sakinlər deyir, Küdürlünün yolları o qədər bərbaddır ki, yağış yağanda kəndə gediş-gəliş kəsilir. Yol maşını, təcili yardım kəndə girmir:

“Biri yatağa düşsə, çətinliyimiz yaranır. Yağışlı, qarlı havalarda vəziyyət lap dözülməz olur. Bir də görürsən şaxtalı havada hamı elektrik qızdırıcıları qoşur, kabellərdə qısaqapanma baş verir, kənddəki evlər tez-tez işıqsız qalır. Qısaqapanma bəzən yanğına da səbəb olur, yanğınsöndürənlər özünü çatdıra bilmir”.

20 ildən çoxdur ki, kənd iki yerə bölünüb. Daha doğrusu, ortadakı körpü dağılıb və kənd necə deyərlər, o taylı – bu taylı olub. O tərəf bu tərəfə, bu tərəf o tərəfə keçmək üçün başqa yollardan keçməli, əlavə yol qət etməli və vaxt itirməli olurlar. Sakinlərin deməsinə görə, müxtəlif qurumlara müraciət etsələr də, körpü düzəldilməyib.

Kənddə mavi yanacaq da yoxdur. Kəndlilər evlərini isitmək üçün odun almağa məcburdur.

Rəsmiyyə Axundova sözünə davam edir:

“Biz hesab edirik ki, kəndlərin yanacaqsız qalmasının əsas səbəbi kiminsə odun biznesinə görədir. Qaz verilsə, oduna ehtiyac qalmayacaq. Kiminsə odunu satılmayacaq, pul qazanmayacaq. Yəni kimsə pul qazansın deyə, əhalinin “belini qırırlar”. 21-ci əsrdir, mən niyə evimdə odun işlətməliyəm, hökumətimiz el-aləmə qaz satır, bağışlayır, mənim balamın əl-ayağı niyə soyuqdan donmalıdır?”

Əslində qaz kəməri kəndə qədər gətirilib, ancaq hələ də qaz verilməyib və xətlər ünvanlara çəkilməyib. Sakinlər deyir, 9 ildir ki, gözləmədə qalıblar.
Küdürlü sakinləri: “Buradan gedən, geri qayıtmır” - NARAZILIQ VAR!

Küdürlüdə su qıtlığı da var. Kəndə su rezin şlanqla hardansa çəkilib gətirilib. Hər gün bu rezin şlanqın ətrafında suya görə növbə olur. Ya da su dalınca qonşu kəndlərə getmək lazım gəlir. Kimisi köhnə maşınıyla, kimisi də at-eşşəklə qonşu kənddən su daşıyır:

“Pul ayrıldı, quyu qazıldı, ancaq quyunu elə nöqtədə qazdılar ki, su çıxmadı. Sakinlər dedi ki, daha bir neçə nöqtəni qazın, qazmadılar”.

Küdürlüdəki məktəb 9 illikdir. 9-cu sinifi bitirənlər 10-11-ci siniflərdə davam etmək üçün başqa kəndlərə, ya da rayon mərkəzinə getməlidilər. Ancaq yolsuzluq, şəraitsizlik, ictimai nəqliyyatın olmaması üzündən çoxunda təhsilini davam etdirməyə həvəs qalmır.

Sakinlər kənddəki problemlərin həlli üçün uzun illərdir ki, aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq əvəzində vəziyyətin ilbəil daha da ağırlaşdığını bildirirlər.

Şəki Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, kəndlərdəki sosial və kommunikasiya problemlərinin mərhələli şəkildə həlli üçün aidiyyəti üzrə qurumlara müraciətlər edilir. Kürdülü kəndindəki problemlərin də aradan qaldırılması istiqamətində işlər görülür. Kənddəki körpü məsələsinə gəlincə, qurumdan bildirilib ki, dağılandan sonra elə həmin ərazidə dəmir konstruksiyalı başqa körpü tikilib və əhalinin istifadəsindədir. Ancaq kənd sakinləri bildirir ki, həmin körpü çox ensizdir, tez-tez eyni vaxtda həm avtomobillər, həm məktəblilər, həm də mal-qara keçəndə tıxac yaranır.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazan Zeynalov necə Hacı Mazan oldu... - iş adamının keçmişindən ilginc faktlar


Məşhur iş adamı Hacı Mazanın adı mətbuatda vaxtaşırı çəkilsə də onunla bağlı ictimaiyyət o qədər də geniş bilgiyə malik deyil. Hacı Mazanın keçmişi ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən yüngül bir araşdırma apardıq. Bu araşdırma zamanı Hacı Mazanı yaxından-uzaqdan tanıyan bəzi şəxslərin bilgisindən də yararlandıq. Ortaya çıxan məlumatlar isə çox maraqlı oldu. Beləliklə aydın olur ki, Ramazan Zeynalovu Paşazadələrlə bağlayan təkcə qohumluq əlaqələri deyil. Sovet dövründə R.Zeynalov, separatçılıq fəaliyyətinə görə uzun müddət həbsdə yatmış
Azadlığa çıxdıqdan sonra isə ölkədən qovulmuş Əlikram Hümbətov və Şeyxin qardaşı, hazırda Milli Məclisin üzvü olan Cavanşir Paşazadə cavanlıq illərindən dostluq ediblər. Həmin dövrdə Ə.Hümbətov Lənkərandakı avtobazanın baş mühəndisi, R.Zeynalov isə həmin bazaya məxsus “KamAZ” markalı maşınlardan birinin sürücüsü olub. Bu məlumatı yazmaqla heç də R.Zeynalovun keçmişinə həqarət etmirik. Sadəcə “qəhrəmanımızın” keçmişi ilə bağlı vacib bir detalı oxuculara təqdim edirik. Həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib. R.Zeynalovun C.Paşazadə ilə bu gün də işbirliyində olmasını şərtləndirən məqamlardan biri də budur. Yəni R.Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə C.Paşazadənin rəhbəri olduğu fabrikdən “KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi. R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır “strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olub. R.Zeynalov familiyası ilə yanaşı adının önündəki Ra-dan da imtina etməklə hazırda iş aləmində tanındığı Hacı Mazana dönüb.
Ramazan Zeynalov necə Hacı Mazan oldu... - iş adamının keçmişindən ilginc faktlar

Mövzu ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı rastlaşdığımız digər bir məlumat 7 iyul 2010-cu ildə mətbuatda dərc olunub. Həmin vaxt qəzetlər yazmışdı ki, 6 iyul 2010-cu ildə Bakı-Astara yolunun 75-ci km-liyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yazılarda qeyd olunurdu ki, Bakıdan İran istiqamətinə hərəkət edən “Bayram M” firmasına məxsus Az 10 AA 641 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşın qarşı tərəfdən gələn “VAZ-2121” markalı, Az 10 KL 322 dövlət nömrə nişanlı “Niva” avtomobili ilə toqquşub.Nəticədə “Niva”nın sürücüsü, Yardımlı rayonu, Mansurov küçəsi ev 5-də yaşayan, 1949-cu il təvəllüdlü Qurbanov Gülağa Ağa oğlu dünyasını dəyişib. Araşdırmalar nəticəsində o da müəyyənləşib ki, “Mercedes Benz” markalı maşının sükanı arxasında “Bayram M” firmasının rəhbəri Ramazan Zeynalov özü olub və hadisəni də o özü törədib. Həmin vaxt hadisə qəzetlərdən birində bu cür təsvir edilib: “Araşdırmalar nəticəsində müəyyənləşdirə bildik ki, R.Zeynalovun avtomobilində – Əhmədli qəsəbəsi, Sarayevo 20 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Zəkəranlı Mətanət Ağabala qızı, elə həmin ünvanda qeydiyyatda olan 1950 təvəllüdlü Nuriyeva Qəmzə (Qənirə) Ərəstun qızı və hələlik adları bizə məlum olmayan bir neçə xanım olub. Hadisə şahidlərinin redaksiyamıza telefon açaraq bildirdiyi məlumatlarda göstərilir ki, hadisə zamanı “Niva” markalı avtomobilin sürücüsü ağır yaralansa da sağ olub. Amma Ramazan Zeynalov və onun yanındakılar “Niva”nın sürücüsü Qurbanov Gülağa Ağa oğlunu söyüşlərlə ağır təhqir ediblər və deyilənə görə onu döyüblər də. Yaralı sürücü onu xəstəxanaya çatdırılmasını xahiş etsə də, buna məhəl qoyan olmayıb”. Şahidlər bildirir ki, dünyasını dəyişən “Niva” markalı avtomobilin yaralı sürücüsü xəstəxanaya çatdırılsaydı, onun həyatını xilas etmək mümkün olardı. R.Zeynalov isə ağır yaralını xəstəxanaya çatdırmaq əvəzinə onu təhqir edib və qanunu pozub”.
Mətbuat o dövrdə yazıb ki, hadisənin tam təfərrüatları bununla bitməyib: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, Ramazan Zeynalov başqa xoşagəlməz hərəkətlər də törədib. Bildirilir ki, “Niva” markalı avtomobildə təxminən 50 min dollara yaxın pul olub. R.Zeynalov bu pulu götürərək onun az miqdarını yol polislərinə verib. Böyük bir hissəsini isə özü götürüb. Lakin polislər bu pulu qəbul etsələr də, sonradan istintaqa təhvil veriblər. Onlar aldıqları pulu – təxminən 6 min dolları istintaqa təhvil veriblər”.
Hacı Mazan haqda araşdırmalarımız davam edir. Yaxın vaxtlarda onun barəsində yeni materiallar dərc edəcəyik. Qarşı tərəfin də öz mövqeyini verməyə hazırıq. //cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərlotereya”nın MİSLİ görünməmiş YALANI... - ARAŞDIRMA


Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır. Lakin bu virus nə Covid19, nə onkoloji xəstəlikdir, onun adı “Poz, qazan”dır və ölkədə kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya qısa bir zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib. Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları mərc oyunlarına təşviq etməkdədir.

Xalq qumara sövq etmək

TİA.Az-ın araşdırmaçı heyəti yazır ki, şirkət aşkar formada və sadə yolla insanları bu oyunlara sürükləyir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tin başında, o cümlədən rayonlarda “Poz, qazan” oyunları təşkil edir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar. Ona görə ki “Azərlotereya” oyunçuları aldadır, nadir hallarda kimsə mərcdən qazana bilir, udan da onu tamaha gəlib başqa bir yerdə uduzur. Beləcə hər gün yüzminlərlə manat dövr edir və kasıb təbəqədən çıxan pullar şirkətin cibinə girir. İşin bəlalı tərəfi budur ki, bu oyunlar hansısa mərkəzlərdə, məntəqələrdə deyil, yollarda təşkil olunur. O səbəbdən insanlar görüb qumara sövq edilirlər. Yeri gəlmişkən, Azərlotereya ASC “Misli” adlı məntəqələr də açıb və belə desək, qumarın dairəsini genişləndirib. Hazırda “Topaz” tam sıradan çıxmaqdadır və sürətlə “Poz, qazan” və “Misli” məntəqələri ölkəni başına alıb.

İşsizlik və əhalini fırıldaqla soymaq

Maraqlıdır, dövlət bu biznesin çiçəklənməsində maraqlıdır, yoxsa şirkətin sahibləri xalqı soymaq fikrinə düşüblər? Hərgah, ayrı – ayrı deputatlar dəfələrlə Azərlotereyanın xalqı aldatması, soymasına etiraz edib, küçələrdən bu mərc oyunlarının yığışdırılması tələbini irəli sürüblər, di gəl, ASC millət vəkillərinin çıxışlarını qulaqardı edib. Əgər müəyyən məntəqələrdə bu oyunlar keçirilsəydi, normal yanaşmaq olardı, yəni kimin ürəyi istəyirsə müraciət etsin. Ancaq “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub.

Deputatı etirazı: “Azərlotereya” ev yıxır

Deputat Tahir Kərimli deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməməli, insanlar zəhmətsiz gəlirlərə alışdırılmamalı və psixologiyamızda dərin çatlara səbəb olan qumarlar yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar”.

Maraqlıdır ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır.

Bəlli olduğu kimi, Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur.

“Misli.az” yalanı – şirnikləndirmə…

Deyilə bilər ki, bu, leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Yəni küçədə meyvə-tərəvəz satmağa icazə yoxdur, amma “Poz qazan” oynaya bilərsən. Sözsüz ki, hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanacaq. Amma əksəriyyəti də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur.

Ekspert: “Küçələr mərc oyunlarının əsarətindədir”

İqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, “Azərlotereya” ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!”

Qeyd edək ki, Azərbaycanda rəsmən lotereya oyunlarını keçirən yalnız bir qurum var. Bu, “Azərlotereya” ASC adlanır və Prezident İlham Əliyevin fərmanı ilə 2001-ci ildə yaradılıb, dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. 2021-ci ilin fevralında isə bu qurumun Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. TİA.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO