[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU-ya hələ də Cəfərov NƏZARƏT EDİR... - Kadrları iş başındadırsa...

"Azərbaycan Dövlət Aqrar Universitetinin yeni təyin olunmuş rektor əvəzi Zəfər Qurbanov fəaliyyətə başladığı gündən bir sıra mütərəqqi islahatlara start vermişdir. Belə ki, sabiq rektor İbrahim Cəfərovun neqativ əməllərinə şərik olanların çoxu, o cümlədən, Universitetin Kadrla şöbəsinin müdiri, tədris işləri üzrə prorektor işdən azad edilmişlər". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə qeyd olunur.

Müraciət müəllifləri daha sonra yazır: "Lakin ADAU -nun professor və müəllim heyətinin bəzi gözləntiləri hələ ki, özünü doğrultmayıb. Sabiq rektorun işbaz ortaqları olan bəzi kadrlar vəzifədə qalmaqdadırlar ki, bu da kollektivdə narazılıq doğurur. Universitetin tərəqqipərvər işçiləri İbrahim Cəfərovun əməllərinə şərik olan həmin kadrların da yaxın bir zamanda Zəfər Qurbanov tərəfindən işdən kənarlaşdırlacaqlarına ümid edirlər.

Özü də Zəfər müəllim bu qərarı verməkdə tərəddüd etməməli, gecikməməlidir. Nə qədər ki, onların havadarları qabaqlayıcı tədbirlər görməyiblər…"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Regional Təhsil İdarələrində nə baş verir? - Ən biabırçı vəziyyət isə...

Kadr seçimlərində, yeni təyinatlarda baş verən ilginc qanun pozuntuları…
Sərdar Nəbiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayonu üzrə Təhsil Sektorunun müdir. İcrada işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Kəmalə Əhmədova – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayonu üzrə Təhsil Sektorunun müdiri məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Bəhruz Nəbili – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin Keyfiyyəti Sektorunun müdiri “MƏDƏT” kurslarında təlimçi olub, son iş yeri Biləsuvarda kənd məktəbində direktor işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Cavad Cavadlı – Mərkəzi Aran Regional Təhsil İdarəsi Tədris Keyfiyəti sektorunun müdiri. Göyçay rayon Potu kənd məktəbinin direktoru olub. “MƏDƏT” kurslarında təlimçi olub. Dövlət qulluğu imtahanından keçməyib.

Leyla Bayramova – Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdiri. Təlimçi olub, Ağdaş rayon 7 saylı tam orta məktəbdə tarix müəllimi işləyib. Dövlət qulluğu imtahanından keçməyib.

Sevinc Həsənova – Mingəçevir şəhər 16 saylı tam orta məktəbin direktoru 24 balla məktəb direktoru olub, müsahibədən də Firudin Qurbanovun tapşırığı ilə keçib. Dövlət qulluğu imtahanından keçməyib.Mərkəzi Aran RTİ Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb. Xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən razı şəkildə müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.

Namidə Abbasova – Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri. Havarlı kənd məktəbində direktor əvəzi işləyən Namidə Abbasova hansısa gözəgörünməz əllərin sayəsində 1 ili tamam olmamış müqavilə ilə təhsil şöbəsinin müdiri təyin olunub. Daimi dövlət qulluqçusu olmamağına baxmayaraq hazırda Yevlax şəhər Təhsil sektorunun müdiridi. Adamın nə savadı, nə danışıq qabiliyyəti, nə də ünsiyyət qurmaq mədəniyyəti var.

Yevlaxdakı 1,2 və 7 №-li məktəblərin direktorları direktorların işə qəbulu imtahanlarında uğur qazanmayan “ələdüşməz” kadrlardandır. S.Əliyev adına 1 №-li tam məktəbin direktoru, ixtisasca ingilis dili müəllimi olan Əfsanə Səlimovanın nəinki ingilis dilində, heç Azərbaycan dlində tərcümeyi-halnı yazmağa savadı yoxdur. Hələ rəhbərlik etdiyi məktəbdə baş verən dindar müəllimin “Xomneyi sevgisi”, 12-ci imama həsr olunan mahnı qalmaqalı bir ayrı mövzudur. Onun necə və hansı meyarlarla direktor təyin olunması 21-ci əsrin möcüzələrindən hesab olunur. Onun rahatlıqla “Yevlax təhsilinin əfsanəsi” adlandırmaq olar.
Nizami adına 7 №-li tam orta məktəbin direktoru Üliviyyə Ağayeva da “ələdüşməz” kadrlardan hesab olunur. İşçilərinə yuxarıdan aşağı baxan, adı seçki saxtakarlıqlarında, müəllimlərdən dərs bölgüsünə görə pul yığmada hallanan bu xanım direktor da Yevlaxda çox məhşur rəhbərlərdəndir.
“Bollivud” aktirisalarından fərqlənməyən və təhsilə heç bir aidiyyatı olmayan Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürova isə ayrı aləmdi. Bu adam Azərbaycan təhsilinin gələcək faciələrinin SOS siqnalıdır. Hələ bu azmış kimi rəhbərlik etdiyi məktəbdə baş verən biabırçı “xadimə əməliyyatları”, direktorun borclarının ödənilməsi üçün müavinlərinin az qala dilənçi kimi şıdırığı pul yığması, fiziki tərbiyə müəllimin “kino-filmi” və Sədaqət Şükürovanın baş verənləri gizləməsi…tükürpədən digər olaylar və daha nələr, nələr…
Bəs təhsil adamı olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov nə düşünür? O, bu biabırçılıqların qarşısını alacaqmı?
Elnur Qasımov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri təlimçi olub. Gəncədə məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Xəyal Məmmədov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Naftalan-Goranboy rayonları üzrə Təhsil Sektorunun müdiri Goranboyda məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.

Elmir Cəfərov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri. Məktəb direktoru və təlimçidir. Dövlət qulluğu imtahanından keçməyib.

Əksər idarələrdə məsləhətçilər çoxdu müsabiqəsiz və müsahibəsiz Dövlət Qulluğu haqqında Qanuna zidd olaraq götürülüblər.

Görəsən, bu qanunsuzluqlara görə kimlər məsuliyyət daşıyır? Niyə təhsil sahəsi üzrə dövlət qulluğundan keçmiş və idarəetmə təcrübəsi olanlar kənarda qalır?

QEYD: Regional təhsil idarələrinin mövqeyini dərc edə bilərik…

Dunyaninsesi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin sərgi iştirakçılarına MÜRACİƏTİ

Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi sayca ikinci olan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışı münasibətilə salamlayıram.

Builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir.

Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir.

Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət‒özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaqdır.

Sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edirəm.

Əminəm ki, “Rebuild Karabakh” Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir.

Bir daha hər birinizə səmərəli işgüzar günlər diləyir, sərginin işinə uğurlar arzulayıram.

Qarabağ Azərbaycandır!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətaidə yaşıllıqlara QƏNİM KƏSİLƏN KİMDİR? - VİDEOFAKT

Bakının Xətai rayonunda yaşıllığın qırılması faktı aşkarlanıb.

TİA.Az xəbər verir ki, məlumatı jurnalist Arifə Əliyeva öz feysbuk səhifəsində yayıb.

Onun sözlərinə görə, necə olur ki, bir daşı-daş üstünə qoymamış İcra Hakimiyyətinin işçiləri başının üstünü kəsdirir, amma bunu görmürlər?

Hələ utanmaz-utanmaz da deyirlər ki, xəbərimiz olmayıb, araşdırma aparılacaq. Videonu təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikin təzə başçısı da İŞƏ YARAMIR... - NARAZILIQ VAR!

Lerikin Orand kənd sakini Cabir Nodiyev yerli icra hakimiyyətindən şikayətçidir.

O, Meydan TV-yə deyib ki, qardaşı Alxas Nodiyev 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Ona 2011-ci ildə şəhid statusu verilib.

Şəhidin anası Qiymət Nodiyeva 2014-cü ildə Lerik Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayansa da, ona ev verilmir.

Cabir Nodiyev deyir ki, özü 2019-cu ildən dəfələrlə işlə əlaqədar quruma müraciət edib, lakin heç bir nəticəsi yoxdur:

"Maddi imkanımız yoxdur. İllərdir ki, rayonda aidiyyəti qurumlar şikayətlərimizi, müraciətlərimizi gözardı edir. Anam mənzil növbəsində 64-cüdür. Hər dəfə də gedəndə deyirlər ki, tələsməyin, sizə də növbə çatacaq. İşlə də təmin etmirlər. Bilmirəm, bəlkə də başqalarını işlə rüşvət qarşılığında təmin edirlər”.

Lerik Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi İskəndər Tahirli Meydan TV-yə deyib ki, Qiymət və Cabir Nodiyevlərin müraciətləri aidiyyəti üzrə yönləndirilib:

"Evi icra hakimiyyəti deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikir. İcra hakimiyyəti mənzillə bağlı müraciət edənlərin hamısını növbəyə götürür. Daha sonra siyahı nazirliyə göndərilir, onlar da ardıcıllıqla müraciət edənləri evlə təmin edirlər. Cabir Nodiyev işlə təmin olunması ilə əlaqədar bizə müraciət edib. Biz də rəsmi şəkildə Məşğulluq Mərkəzinə müraciət etmişik ki, şəhid ailəsi olduğunu nəzərə alıb işlə təmin edilsin. Hələ vakant yer yoxdur, olan kimi vətəndaş işlə təmin olunacaq. Çünki prezidentin tapşırığı var ki, ilk növbədə şəhid ailələri, qazilər işlə təmin olunmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət bildirilməyib.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bir müddət əvvəl Meydan TV-yə demişdi ki, bölgələrdə nəinki döyüşçülər, hətta şəhid ailələri və İkinci Qarabağ müharibəsi əlillərinin problemlərinə baxılmır:

"Prezident İlham Əliyevin tapşırığı var ki, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, əlillər və veteranlara xüsusi qayğı, diqqət göstərilsin. Əksər rayon icra hakimiyyətləri şəhid ailələri, veteran və Qarabağ əlillərinin müraciətlərinə məhəl qoymur. Baxırsan ki, hansısa rayonda məmurun, ya da icra başçısının üç min-beş min hektar torpağı var. Dədəsinin deyil, dövlətin torpağıdır. Torpaqların hamısını qanunsuz yollarla mənimsəyiblər. Deyirsən ki, qaziyə on hektar torpaq ver, vermir. Əksər rayonlarda bu problem var. Hərbi qulluqçu, veteranlara torpaq və ya mənzil verilməlidir. Heç birinə verilməyib”.

Qarabağ Qazilər Birliyi müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə proqram hazırlayıb: "Qarabağ Qaziləri İctimai Birliyi olaraq on yeddi təklif göndərmişik. Təkliflərdən biri də odur ki, kənd təsərrüffatı rayonlarında şəhid ailələri, veteranlar, qazilər üçün torpaq sahəsi ayrılsın və onlara şəraiti yaradılsın. İcra hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin bəziləri heç bir iş görmürlər. Yaxud da qazinin birinə yardım edirlər, əllisi kənarda qalır”. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN şefinin bu ailədən XƏBƏRİ VARMI... - GİLEY

Hər kəsə məlumdur ki, ölkəmizin ərazisində yaşayan hər bir vətəndaşın hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapıb. Yəni, bu maddədə göstərilir ki, Azərbaycan dövləti ilə siyasi-hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan hər kəs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur və həmin şəxs dövlətə münasibətdə bir sıra hüquqlara malikdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs dövlət qurumlarından ona aid hüquqların müdafiəsini, qorunmasını, təşkil olunmasını və s. tələb etmək hüquqlarına malik olur. Bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapsa da, haqqında bəhs etdiyimiz Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlu (Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişmişdir) və onun ailə üzvləri Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi hüquqlardan istifadə etmələrinə baxmayaraq, 2014-cü ildən pozulmuş hüquqlarının bərpasına heç cür nail ola bilməyiblər. Yəni, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, 2012-ci ilin mart ayında rayonun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verir və 62 ailə torpaq sürüşməsi hadisəsinin fəsadları ilə üz-üzə qalsalar da, 47 ailənin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi tam yarasız vəziyyətə düşür. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə birlikdə baxış keçirirlər. Həmin vaxt yarasız vəziyyətə düşmüş evlərlə bağlı bu dövlət qurumlarının əməkdaşları tərəfindən akt da tərtib olunur və 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və buna görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.

Qeyd edək ki, torpaq sürüşməsi hadisəsindən sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan sakinlərin siyahısı dəqiqləşdirilir və onların sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanılır və 2014-cü ildə evlər zərərçəkən ailələrə təhfil verilir. Tərtib olunmuş siyahıda mərhum Yadigar Rəcəbov və onun ailə üzvləri (7 nəfərdən ibarət) 46-cı sırada olsalar da, inşa olunmuş evlər sakinlərə təhvil verilərkən bu ailəyə ev verilmir. Belə olan halda mərhum Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizəsi göndərir və baş verən ədalətsizliklərlə bağlı aidiyyatı dövlət qurumlarını lazımınca da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, evlər paylanılarkən Rəcəbovlar ailəsinə verilməli olan ev hansısa maraqlar əsasında başqa bir ailəyə verilir. Yadigar Rəcəbovun etdiyi şikayətlər əsasında isə, həmin evə yerləşdirilmiş ailə üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə evdən çıxarılır və ev 8 il ərzində boş qalır. Bugünlərdə Rəcəbovlar ailəsindən redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, vaxtilə həmin evdən çıxarılmış ailə təqribən ayyarım bundan öncə Şamaxı RİH əməkdaşlarının himayədarlığı altında təkrar həmin evə yerləşdirilir. Bütün bunlar da onu sübut edir ki, Rəcəbovlar ailəsinə təhvil verilməli olan evlə bağlı yaşanan problemin kökündə, məhz Şamaxı RİH əməkdaşlarının oynadıqları “oyun qaydaları” durur.

Onu da bildirək ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə təhvil verilir. Həmin vaxtlar Yadigar Rəcəbovun ailəsinə ev verilmir. Səbəb də o qeyd olunur ki, guya evlər paylanana qədər Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evlə bağlı nə Fövqəladə Hallar Nazirliyinin, nə də ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin adları siyahıda olsa da, az sonra onların adlarının siyahıdan çıxarıldığı bildirilir. Digər səbəb də o göstərilir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə 03 mart 2014-cü il tarixdə bu ailəyə məxsus fərdi yaşayış evinə viziual texniki baxış keçirilmiş və həmin vaxt müvafiq akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda Yadigar Rəcəbovun ailəsinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Yəni, verilən cavablarda bildirilir ki, yeni akt tərtib olunana qədər tikilmiş evlər vətəndaşlara paylanılmışdır. Əslində bu cür yanaşmalar, verilən belə bir cavablar baş aldatmaqdan başqa bir şey deyil. O halda ortaya belə bir sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir? Nədən həmin vaxtlarda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilir və akt da tərtib olunur? Amma, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixdə, yəni iki il sonra həyata keçirilir? Deməli, belə bir yanaşmaların, başaldadıcı cavabların verilməsinin arxasında hansısa maraqlar durur.

Hörmətli oxucular! Artıq bir neçə dəfədir ki, araz.az xəbər portalı olaraq yaşanan belə bir problemin varlığını geniş ictimaiyyətin diqqətinə çatdırırıq və problemin araşdırılması məqsədilə, hətta aidiyyatı dövlət qurumlarına məktublar da göndəririk. Düzdür, ilk vaxtlar elə düşünürdük ki, bu mövzu ilə bağlı məqalə yayımlanarkən cənab Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının Şamaxı RİH Aparatında vəzifə sahibi olan bəzi vəzifə sahibləri ilə əlbir olub oynadıqları “oyun qaydaları”nı şəxsi nəzarətinə götürəcək və qısa zaman kəsiyində 7 nəfərdən ibarət Rəcəbovlar ailəsinin üz-üzə qaldıqları problem ədalətli həllini tapacaq. Təəssüflər olsun ki, bu heç də belə olmadı.

Qeyd edək ki, bugünə qədər verilən cavab məktublarında qeyd olunub ki, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə 03 mart 2014-cü il tarixdə vizual baxış keçirimiş və bununla bağlı akt da tərtib olunmuşdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Şamaxı RİH Aparatı tərəfindən verilən başaldadıcı cavab məktublarına aydınlıq gətirilməsi məqsədilə, adı çəkilən bu dövlət qurumlarına ünvanladığımız məktublara yenə də oxşar cavablar verilir. Yəni, ünvanladığımız suallara Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə edə bilmədiyimizdən, bir neçə gün bundan öncə cavab əldə etmək istədiyimiz suallara aydınlıq gətirilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Əli Əsədova və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova rəsmi qaydada məktubla müraciət etmək məcburiyyətində qaldıq. Düşünürük ki, ünvanlanan məktublar əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə etməyi bacaracağıq. Biz hələ də belə bir düşüncəyə sahibik ki, bu məqalənin yayımlanmasından sonra ən azından cənab Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. //araz.az//

"Dərəçiçək" MTK-nın `ÇİÇƏYİNİ KİMLƏR DƏRİR`? - Vətəndaşlar CANA DOYUB

Biz bir media olaraq bütün araşdırma yazılarımızda təkcə problemləri sadalamaqla kifayətlənmirik. Və daha çox çalışırıq ki, problemin yaranma səbəblərini ortaya qoyaq, vətəndaşlara məsələ ilə bağlı hüquqi bilgilər verək. Ki, aldadılan vətəndaşlarımız az olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsin və s.
Ona görə də Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı oxucularımıza qısa bir bilgi verək. Mənzil-Tikinti Kooperativləri nədir?
Mənzil-Tikinti Kooperativləri fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?
Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:
1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;
2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;
3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;
4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;
5. Alıcı, mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;
6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;
7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.
Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. Bəli, bu qısa bilgidən sonra keçək əsas problemə.
Redaksiyamıza müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın payçıların başına açdığı oyunlardan şikayət etdi. Şikayətçinin dediyindən bəlli oldu ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib.
Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəli olur ki, MTK rəhbərliyi mənizlləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Payçıların çoxu vaxtilə ödənişi ABŞ dolları ilə etdiklərini və son 10 ildə manatın məzənnəsinin necə dəyişdiyini deyərək, bu illər ərzində nə qədər ziyana düşdüklərini bildirirlər. Bəzi payçılar pullarını geri tələb edirlər.
Görəsən pul qaytarılsa, hansı kursla qaytarılacaq..? 2022-ci il, yoxsa 2009-cu il kursu ilə..?
Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil. //gundelik-baku.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO