[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yeni Klinika” əməkdaşları kütləvi şəkildə işdən çıxarılır? - GİLEY


“Yeni Klinikanın tibb personalında çalışan şəxslərin müqaviləsinə kütləvi şəkildə xitam verilir”.

Bu iddia ilə “Qafqazinfo”ya həmin klinikada çalışan bir neçə şəxs müraciət edib. Şikayətçilərin sözlərinə görə, əvvəlcədən onlara heç bir məlumat verilmədən və səbəb göstərilmədən müqavilələri sonlandırılıb: “Müqavilələrin vaxtı bitmişdi və əsası olmadan vaxtının uzadılmayacağını bildirdilər. Uzun müddətdir ki, burada çalışırıq. İstər pandemiya dövründə, istərsə də müharibə müddətində aktiv şəkildə öz işimizi icra etmişik. Lakin bu gün bizim əvəzimizə tibb sektorunda heç vaxt çalışmayan, heç bir tibbi savadı olmayan, ali təhsili olmayan şəxsləri işə götürürlər.

Hətta burada çalışan həkimlər də müraciət edərək bildiriblər ki, bu işdən uzaqlaşdırılan şəxslər onların işinə yararlı olanlardır. Bir-iki nəfər deyil, kütləvi şəkildə işdən çıxarılma var. Ümumi tibb xidmətlərinin şöbə müdiri, orada çalışan tibbi qeydiyyatçılar, sığorta işçisi və s. bunların hamısının müqaviləsinə son verilir. Halbuki biz burada 3 il müddətində çox böyük əmək sərf etmişik. İndi bizim işimiz onlara yararsız gəlir. Həm də heç bir şikayət, töhmət olmadığı şəkildə. Əslində 21 gün öncədən bu barədə bizə məlumat verilməli idi. Lakin bunlar 1 həftə vaxt qalanda deyirlər ki, “müqavilənizin vaxtı bitib”.

Məsələ ilə bağlı “Yeni Klinika”ya sorğu ünvanladıq. Klinikadan “Qafqazinfo”ya bildirildi ki, tibb müəssisəsində kütləvi şəkildə işçilərin müqaviləsinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır: “Hazırda tibb müəssisəsində işəgötürənlə işçi arasındakı bütün münasibətlər əmək qanunvericiliyinin tələblərinə əsasən tənzimlənir”.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə RÜŞVƏT MƏRƏZİ... - İTTİHAM VAR!


Təqribən bir həftə əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.

‌Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.

Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".

Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib canlı efirə bağlanmaq istədiyini bildirdi.

"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".

Maraqlıdır, icra nümayəndəsi o boyda kəndin camaatından su üçün pul yığır, Su Melorasiyanın xəbəri yoxdur???

Görünür Tahir müəllim, bu yolla vəziyyətdən çıxmağa çalışıb.
Amma, təəssüf ki, vəziyyətdən çıxış yolu üçün seçdiyi variant artıq kohnəldiyi üçün, təsir gücünü çoxdan itirib.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəbrayılda 35 kilovoltluq yarımstansiyanın təməli qoyuldu


Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoydu.

Qeyd edək ki, inşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.

"Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı modelin biznesmen ərinin İFLAS İDDİASI: - Kamil Ekim Alptekin zirvəyə necə yüksəlmişdi?


İflas etməsi haqda iddialar yayılan türkiyəli iş adamı Kamil Ekim Alptekin barəsində maraqlı detallar üzə çıxıb.

Türk-Amerika İş Adamları Dərnəyinin (TABA) sabiq başqanı, daha sonra isə Türkiyə-ABŞ Biznes Şurasının (DEİK/TAİK) başqanı olmuş Kamil Ekim Alptekin daha çox 2017-ci ildə gerçəkləşdirdiyi bir təşkilatçılıqla diqqət mərkəzinə düşmüşdü.

ABŞ-nin nüfuzlu nəşrlərindən olan “Wall Street Journal” qəzeti ölkədə 2016-cı il prezident seçkiləri ərəfəsində Türkiyədən bir qrup nazirin FETÖ terror şəbəkəsinin rəhbəri Fətullah Gülənin təhvil verilməsini müzakirə etmək üçün Amerikanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinlə görüşünə dair material yayımlamışdı.

Xəbərin əsas detalı bundan ibarət idi ki, haqqında danışılan görüşün məhz Kamil Ekim Alptekin tərəfindən təşkil edildiyi bildirilirdi. İş adamının özü də “Asssociated Pfress” agentliyinə açıqlamasında bunu təsdiqləmişdi. Xatırladaq ki, təhsilini Niderlandda alan Alptekin 2002-ci ildə universitetdəki müəllimlərindən birinin dəstəyi ilə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində işə düzəlib.

Komitənin sədri ilə Ağ Evi tez-tez ziyarət edən Alptəkin ABŞ-nin eks-prezidenti Corc Buşun iti Barni ilə də dostlaşır və rəsmi iclaslar yekunlaşana qədər vaxtını onunla keçirir. Hətta Corc Buş 2005-ci ildə gerçəkləşdirdiyi Niderland səfərinə Alptekini də aparmışdı və səfərdən sonra ona xüsusi təşəkkür məktubu ünvanlamışdı.

Hazırda keçmiş model, Türkiyədə uğurlu karyera qurmağı bacaran Nigar Talıbzadə ilə evli olan Alptekin ilk dəfə 2007-ci ildə jurnalist Asslı Aydıntaşbaş ilə nikaha girmişdi. O zaman Alptekinin nikah şahidləri sabiq enerji və təbii sərvəttlər naziri Hilmi Güler və AKP Sakarya millət vəkili Şaban Dişli olmuşdu. Lakin cəmi bir il sonra cütlük boşanmışdı. Yeri gəlmişkən, barəsində ciddi rüşvət ittihamları səsləndirilən Dişlinin qardaşı FETÖ-nün çevriliş cəhdindən sonra həbs edilmişdi.

Dişlinin özü isə “Akademi Ofset A.Ş.” şirkəti adından Mehmet Karasu ilə 31 avqust 2006-cı ildə imzaladığı bir sənədin ortaya çıxmasının ardından başlayan müzakirələr zamanı rüşvət ittihamını qəbul etməsə də, 2008-ci il sentyabrın 2-də istefa verməyə məcbur olmuşdu.

Lakin başlayan qalmaqal bununla yekunlaşmadı. Yuxarıda adı çəkilən, “EA İnşaat” şirkətinin layihə danışmanı kimi təqdim olunan Mehmet Karasunun Alptekinlə bağlılığı haqda məlumatlar yayıldı. Məlum oldu ki, Alptekinə məxsus yüngül təyyarə istehsalı üzrə ixtisaslaşan “Eclipse Aerospace” şirkəti həm də “EA İnşaat”ın qurucu ortağıdır. Məlumata əsasən, “EA İnşaat” “Eclipse 500” təyyarələrinin Avropa və Yaxın Şərq ölkələri, həmçinin Türkiyə ilə Rusiya üzrə satış təmsilçisi olub.

Alptekini diqqət mərkəzinə gətirən daha bir məqam onun ailə üzvləri ilə birlikdə Yunanıstanda istirahət edərkən doğmalarının istəyi ilə Türkiyədə təyyarə ilə onlara künəfə gətirtməsi olmuşdu. Bu detal Türkiyədə bir müddət müzakirə mövzusu kimi gündəmdə qalmışdı.

İş adamının şəcərəsində də maraqlı detallar yer alır. Onun atası, müəllim işləyən və fəaliyyəti dayandırılan Türk İşçi Partiyasının (TİP) üzvü olan Sevinç Alptekinin 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra Niderlanda köçdüyü bildirilir. Sevinç Alptekin həm də tanınmış vəkil Sami Alptekinin böyük qardaşıdır. Sami Alptekinin həm də 1978-ci il oktyabrın 8-də baş verən Bağçalıevlər qətliamında öldürülən 7 TİP üzvünün dostu olduğu deyilir.

www.yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şükürbəyli-Cəbrayıl yolu istifadəyə verildi


Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 16 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.

Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.

Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentlə xanımı Cəbrayıl və Qubadlıya getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Dövlətimizin başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...


Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu-PARK 1” yaşayış kompleksində bir neçə bina qəzalı vəziyyətə düşüb.

DİA.AZ bildirir ki, bu barədə Qlobal.az məlumat əldə edib.

Məlumata görə qəzalı vəziyyətə düşən binalar 4 və 8 saylı binalardır.

Səkkiz saylı binada problemin 1 il əvvəl təməl sistemində yarandığı bildirilir. Tikinti zamanı ərazidə geoloji kəşfiyyatın düzgün aparılmaması və katlavan işlərinin keyfiyyətsiz görülməsi binanın hazırda əyilməsinə gətirib çıxarıb.

Problemin qarşısının nisbətən alınması üçün ötən il 8 saylı binanın təməl hissəsinə 35 kub metrədək beton tökülüb. Ancaq buna baxmayaraq, hazırda binada çox ciddi problemlər qalmaqdadır.

Podratçı şirkətin mühəndislərinin və yerli hökumət nümayəndələrinin dəfələrlə əraziyə gələrək baxış keçirdikləri, ancaq ciddi tədbir görmədikləri vurğulanır.

Məlumatda qeyd edilir ki, güclü külək əsəndə 4 saylı binada da hiss ediləcək qədər yırğalanma baş verir.

Bütün bunlardan ciddi narahatlıq keçirən sakinlər hər an ağır faciələr baş verə biləcəklərini deyirlər.

Qeyd edək ki, “Qobu-Park 1” Yaşayış kompleksinin podrat işlərini “Kristal Abşeron” MTK həyata keçirib.

Mediada yazılanlara görə “Kristal Abşeron” MTK Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.

Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik.
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Ağalar Vəliyev insanları TƏHLÜKƏYƏ ATIB... - BUNUN BAŞQA ADI YOXDUR...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Changan Auto” şirkəti müştərilərə “defekt” avtomobil SATIR – 8 avtomobil sahibi necə ALDADILDI?


“Çin avtomobil istehsalçısı “Changan Auto”şirkətinin Azərbaycandakı filialı müştəriləri aldadır.”

DİA.AZ xəbər verir ki, bu iddia ilə 3 ay əvvəl sözügedən şirkətin Babək prospekti, 74 ünvanında yerləşən satış mərkəzindən “Changan
HUNTER Pickup” modelli avtomobil alan Tahir Mahir oğlu Dadaşov Bizim.Media-ya müraciət edib.

Tahir Dadaşov bildirib ki, 47 min manat dəyərində aldığı dizel mühərriki ilə təchiz edilmiş avtomobil cəmi bir ay sonra defekt çıxıb. Həmin avtomobilin yanacaq nasosu və yanacaq sisteminə aid digər bir neçə detalı xarab olub. 5 illik zəmanətin və kasko sığortanın olmasına baxmayaraq avtomobili satan şirkət təmirdən boyun qaçırır. Hətta nasazlığın müştəri tərəfindən yaradıldığını iddia edir.

Şikayətçi deyir ki, avtomobili satan şirkətin rəsmi servisi yaranan problemin aradan qaldırılması üçün ondan 8500 manata yaxın pul tələb edir:

“Avtomobili alanda şirkət nə problem olsa, özləri həll edəcəklərini bildirmişdi. Maşının cəmi 8000 km yürüşü oldu. Avtomobilə yanacaq vurandan sonra nasazlıq yarandı. Qeyd edim ki, yanacağı yalnız “Azpetrol” yanacaq məntəqəsindən vurmuşuq. Şirkətə avtomobilin işə düşmədiyini bildirdim. “Götürün gəlin” dedilər. Maşın Astarada olduğu üçün evakuatora qoyub gətirdik. Avtomobilə servisdə baxıldı və problemin tanış olduğunu dedilər. Maşının müayinəsi üçün 1 gün vaxt da istədilər. Müayinə olundu və təsdiq etdilər ki, avtomobilin yanacaq nasosunda problem var.

Yanacaqda su olduğuna görə guya sistemə su düşüb. Mən dedim ki, su problemi mənlik deyil. Ola bilsin ki, problem yanacaq məntəqəsinindir. Amma o da dəqiq deyil. Biz özümüz də şirkətik və bu avtomobildən başqa dizellə işləyən bir neçə nəqliyyat vasitələrimiz var. Əgər yanacaqdandırsa, bəs o maşınlarda niyə eyni problem olmur? Şirkət “Changan HUNTER Pickup”ın yanacaq nasoslarının həssas olduğunu əsas gətirir.

Əgər belə problem var idisə, müştərini niyə məlumatlandırmayıblar? Avtomobili təmir etmirlər. Üstəlik problemin aradan qaldırılmasına 8500 manata yaxın xərc tələb olunur. Yanacaq nasosusunun qiyməti isə 3500 manatdır. O da dekabr ayına qədər Çindən gətiriləcək. Bir sözlə yanacaq sistemi olan mator yenidən yığılmalıdır”.

Şikayətçinin sözlərinə görə şirkət özü etiraf etdi ki, bənzər problemlə bağlı servis mərkəzində daha 7 avtomobil sahibi gözləyir:

“Kameranı açıb, nasaz avtomobilləri göstərdilər. Hətta bir avtomobilə 8900 xərc çəkildiyini və yola salındığını dedilər. 10 gün gözlədəndən sonra təmir üçün müəyyənləşdirdikləri ödənişi tələb etdilər. Biz isə razlaşmadıq və məhkəməyə müraciət etdik. Məsələni biləndən sonra dedikləri məbləği də inkar etdilər. İlkin ödəniş üçün 5600 manat ödədik. İçərisində zəmanət, sığorta və nömrə təklif olunur. Şirkət maşınları bir qayda olaraq sırıyır. Bunlar bir növ dolandırıcılıqla məşğuldurlar. Bir ayın maşınında bu problem ola bilməz”.

“Changan Auto” şirkətinin rəsmisi Orxan Bayramov isə Bizim.Media- ya verdiyi açıqlamada sözügedən məsələdə nə sığorta, nə də zəmanət halının olduğunu vurğulayıb:
​​​​​​​
“Avtomobilin yanacaq çəninə su dolub. Su da hər halda hansısa yanacaq məntəqəsində yanacağa qarışıb. Ondan dolayı mühərrikdə problem yaranıb. Bu, birbaşa müştərinin üzərinə düşən bir öhdəlikdir. Təbii ki, müştərinin şikayət etmək hüququ var. Amma biz də şirkət olaraq hüquqi tədbirlərimizi görürük”.

Şirkət sözçüsü bənzər problemlə bağlı onlara müraciət olunmadığını xüsusilə qeyd edib. Mübahisə doğuran məsələyə hüquqşünas Əsabəli Mustafayev də münasibət bildirib.

O, deyib ki, şikayətçi rəsmi servisə müraciət etsə və nasazlığın səbəbi ilə bağlı arayış tərtib olunsa, daha yaxşı olar:

“Kiçik bir ekspertiza keçirmək lazımdır. Müştəri yanacaq nasosunun xarab olma səbəbinin qeyd olunduğu arayışla satış mərkəzinə qarşı iddia qaldıra, dəymiş maddi və mənəvi zərəri tələb edə bilər. Arayış olmadan məsələni mübahisələndirmək çətin olacaq.

“Ümumiyyətlə, mürəkkəb cihazlarda istənilən detala mütləq zəmanət verilməlidir. Çünki səbəb ya zavod defektindən, ya da yanacağın keyfiyyətsizliyindən ola bilər. Bənzər hallar başqa müştərilərin avtomobilində də baş veribsə, demək ki, zavod deffektidir. Yaxud avtomobilləri alıb satan satış mərkəzinin həmin nəqliyyat vasitələrini uyğun olmayan şəraitdə saxlaması səbəb olub. Məsələn, nəm və ya əksinə çox quru yerdə saxladığına görə detal xarab ola bilər. Əlbəttə ki, bu məsuliyyəti satış mərkəzi boynuna götürməyəcək. Adətən satış mərkəzləri müştərini məmnun etmək üçün çalışır. Görünür bu şirkət bir qədər cığallıq edəndir. Gələcəkdə hətta müəyyənləşsə ki, şirkətin məsuliyyətsizliyi ucbatından avtomobillərdə nasazlıq yaranıb, barəsində şikayət edib onları satış hüquqdan məhrum etmək də olar”, - deyə hüquqşünas əlavə edib.

Qeyd edək ki, “Changan Auto” şirkətinin servis xidməti alıcının müraciəti ilə avtomobilini müayinə etsə də, nasazlıqla bağlı müştəriyə heç bir rəsmi arayış təqdim etməyib.

Mövzunu diqqətdə saxlayacağıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm?” - GİLEY


“Yaşadığım ev neçə illərdir təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Həyat yoldaşım vəfat edib, kimsəsizəm. Evim elə vəziyyətdədir ki, bir gün başıma uçacağından qorxuram”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə İsmayıllı rayon, Mollaisaqlı kənd sakini, 67 yaşlı İzafət Qorxmaz qızı Bağıyeva bildirib.

Evin tavanı çöküb, döşəmənin taxtası çürüyüb, divarlarda dərin çatlar yaranıb. Yağan yağış, qar evin təkcə tavandan deyil, divarda açılan dəliklərdən içərisinə dolur. İzafət Bağıyeva deyir ki, dəfələrlə evinə ilanlar, zəhərli həşəratlar girib. Bəzən günlərlə qorxusundan qonşularda gecələməyə məcbur qalıb:

“Təbii fəlakətlərdən sonra çatlar yaranmışdı. Amma imkanım olmadığından təmir etdirə bilmədim. Sonradan daha da bərbad vəziyyətə düşdü. Yağış yağanda hər yana qablar düzürəm, elə vaxt olur ki, su basır evimə girə bilmirəm. Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm? Utanıram”.

Şikayətçi söyləyib ki, üç qız övladı var, ancaq onların da imkanı yoxdur.

“Olduqca bədbəxt anayam, bunu qonşularım da bilir. Dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta icra başçısı Nahid Bağırovun da qəbulunda olmuşam. Məsələ ilə əlaqədar ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirdilər. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Mehriban Əliyevaya da yazılı ərizə ünvanladım. Mehriban xanımdan gələn müəyyən göstəriş də İsmayıllı Rayon İcra Hakimiyyətində icra olunmadı. Olduqca çarəsiz durumdayam”,- Bağıyeva qeyd edib.

Şəkərli diabet, o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyən şikayətçi təqaüdünün yalnız gündəlik çörək puluna və dərmanlarına bəs etdiyini deyib.

Kənd icra nümayəndəsi Həşim Həşimov Meydan TV-yə bildirib ki, İzafət Bağıyevanın evinə baxış keçirilib.

Məlum olub ki, ev fiziki aşınmaya məruz qalıb. Bununla bağlı ona rəsmi cavab da göndərilib.

“Bizim kənd sürüşmə ərazisi deyil, zəlzələ də baş verməyib. Ev fiziki aşınmaya məruz qalıb. İcra nümayəndəliyinin isə təmir üçün vəsaiti yoxdur”,- Həşim Həşimov deyib. Bildirib ki, Bağıyevanın üç qız övladı və 2 oğulluğu var.

İsmayıllı Rayon İcra Hakimiyyətindən isə sualları cavablandırmaq istəməyiblər. Qurumdan deyiblər ki, sualı yalnız memar cavablandıra bilər. Lakin müvafiq şöbədən telefonlara cavab verilməyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaraşovun mafiyası cənub meşələrini məhv edir - NAZİRİN NƏZƏRİNƏ...


Yardımlı rayon Tilə kənd sakini Imanov Şakir Ağalar oğlu meşələrin məhv edilməsindən şikayətçidir.

DİA.AZ kanal1.az-a istinadən xəbər verir ki, şikayətçi Masallı, Yardımlı və Cəlilabad meşələrində “soyqırım” getdiyini bildirib. Onun sözlərinə görə, Meşələrin İnkişafı Departamentinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşov cənub meşələrinini hər vəhclə öz nəzarətində saxlamağa çalışır:

“Çünki Qaraşov qudası Adil Quliyevlə birgə Masallıda bir neçə yerdə şərik mebel sexlərinə sahibdir. Odur ki, öz yaxın adamı olan, meşə sahəsinə yad bir kadr, hansı ki, ağacların cinsini belə tanımayan Nəsimi Nəsibovu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdirib. Nəsimi müəllim Ağaqardaşın göstərişi ilə və baş mühasib Mansur Nurəliyevin “dəllallığ”ı ilə Qaraşovun yaxın adamlar üçün istirahət mərkəzlərinə müqavilə bağlamağa (vaxtı artırmağa) köməklik edir.

Bir sözlə açıq-aşkar bazar açıblar.

Meşələr qırılır və bir başa Ağaqardaşın Masalıldakı sexlərinə daşınır. Masallıda 150-ə yaxın mebel sexi vardır, hansı ki, yerli meşə materialları ilə işləyir. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ödənilməyən 700 min manata yaxın borcu var. Dəfələrlə töhmət alan və ödənilməyən borcu olan cinayətkarlar hələ də iş başındadırlar.
Nəsimi direktor təyin olunandan sonra bir dəfə də olsun dövriyyədə olan əkinlərlə maraqlanmayıb. Əkinlər baxımsızlıqdan batıb.

Nəsimi müəllim keçirdiyi iclaslarda ancaq öz Bakıdakı biznesindən danışır”.

Şikayətçi qeyd edir ki, Ağaqardaş Qaraşovun Yeyənkənd meşəbəyliyinin 11 saylı dolayında balıq gölü var və hazırda həmin göldə balıq saxlanılır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.





XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO