[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan” qəzetindən rüsvayçılıq - Dövlətçiliyə aid yazılar “copy-paste” çıxdı


"15 oktyabr 2003-cü ildə İlham Əliyevin prezident seçkilərində parlaq qələbəsi ilə Azərbaycan tarixinin inkişaf, tərəqqi və möhtəşəm zəfərlərlə zəngin yeni mərhələsinin əsası qoyuldu. Bu tarixi hadisənin 19-cu ili ölkə mətbuatının diqqət mərkəzində oldu, nüfuzlu qəzetlər bu gün münasibəti ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın bu dövr ərzində keçdiyi inkişaf yoluna redaksiya məqalələri həsr etdilər. Ənənəvi sovet qəzetçiliyi tərzini israrla davam etdirməkdə olan parlamentin orqanı – “Azərbaycan” qəzeti isə 15 oktyabr tarixli sayı başqalarından fərqli olaraq daha böyük həcmdə 24 səhifə çıxdı. Kaş ki, bu həcm göstəricisi həcv göstəricisi olmayaydı. Kaş ki, qəzetdə yer alan rəsmi şəxslərin məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq olaydı. Amma olmadı… Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluq çıxdı".

AMİA.AZ xəbər verir ki, bu barədə Konkret.az-ın Analitik Qrupunun dərc etdiyi araşdırma yazıda bildirilir. Həmin yazını əlavə şərh vermədən oxuculara təqdim edirik:

"Elə məqalələr var ki, beşinci dəfədir ki, müxtəlif başlıq altında və ya müxtəlif şəxslərin imzası ilə təzədən çap olunur. Elə məqalələr var ki, birinci cümləsini axtarışa verəndə hətta 10 il bundan qabaq hansısa qəzetdə dərc olunmuş yazılar çıxır. Budurmu rəsmi dövlət qəzetinin dövlət başçısına münasibəti? Prezident İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında tarixi xidmətləri haqqında “Azərbaycan” qəzeti yazmağa yeni söz tapmır? XXI əsrdə sovet düşüncəli qəzet buraxmağa davam edən, 20 ilin əbədi baş redaktoru Bəxtiyar Sadıqovun sözümü qurtarıb? Bəs dövlətin böyük məmurları bu plagiata, bu oğurluğa, başqalarının intellektual əməyinin öz adlarına çıxılmasına niyə razı olublar? Bəlkə elə bilirsiniz palaz boyda yazıları heç kim oxumayacaq? Yanılırsınız! Cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın adı keçən bütün yazdıqlarınızı, yazdırdıqlarınızı oxuduq, təhlil etdik, müəllif hüquqlarını ayaqlar altına atan tavtologiyanızdan utandıq. Və haqlı olaraq bir sual vermək istəyirik – Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?

Qəzetin bütöv 7-ci səhifəsini tutan Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin “Azərbaycanı xoş gələcəyə aparan komandan” məqaləsinin təhlilinə keçək; məqalənin giriş hissəsində yer alan Hegeldən gətirilmiş gurultulu sitatı axtarışa verdik, nəticədə “Kaspi” qəzetinin 12 dekabr 2017-ci il sayında dərc olunmuş “Tarix yazan qüdrətli şəxsiyyət” sərlövhəli ulu öndərin anım günündə yazılmış məqalə tapıldı.Yazının 3-cü abzasını axtarışa verdikdə isə “Yeni Azərbaycan” qəzetinin 24.12.2020 tarixili sayında çap olunmuş “Müstəqil və qüdrətli Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır” sərlövhəli fərqli müəllifin məqaləsi çıxır .

Axtarışlara davam edib sonrakı abzasa keçdikdə isə “Xalq qəzeti”ndə keçən ilin dekabrın 26-da “Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq” sərlövhəli müəllif məqaləsinin bütün cümlələri peyda olur. Başdan-ayağa hibrid məhsul olan vitse-spiker adından verilmiş yazının sonrakı hissələrini oxumağa vaxt itirmək isməsək də, maraq üçün yazının ortasından bir cümlə götürüb axtarışa verdik ki, məqalədə heç olmasa çalaq edilməmiş nəsə tapaq, amma bu dəfə də bəxtimiz gətirmədi. Sən demə, “Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir” – cümləsini Fəzail müəllimdən qabaq onun digər tarixçi deputat həmkarı Elman Nəsirov yazıbmış. Özü də Elman müəllim də bu məqaləsini fərqli başlıqlarla ayrı-ayrı vaxtlarda iki dəfə çap etdiribmiş, birinci dəfə Yeni Azərbaycan Partiyasının rəsmi saytında 10 noyabr, 2021-ci il tarixində, ikinci dəfə isə 11 aprel 2022-ci il tarixində APA-dakı bloqunda .

Keçirik qəzetin bütün 6-cı səfihəsini tutmuş Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədovun “2003-cü ildən başlayan yüksəliş və zəfər yolu” məqaləsinə. Heç uzağa getmədən təkcə yazının birinci cümləsini axtaranda elə Əli müəllimin ötən il “Azərbaycan” qəzetində dərc olunmuş “Böyük siyasətin möhtəşəm zəfəri” başlıqlı məqaləsi çıxır, bir az da axtarışı dərinləşdirəndə “Yeni Azərbaycan” qəzetinin 24.12.2020-ci il tarixli sayında işıq üzü görmüş “Müzəffər sərkərdə və onun şanlı zəfəri” sərlövhəli digər bir yazı çıxır, insafən deyək ki, onun da müəllifi elə Əli müəllim özüdür.

Sonrakı axtarışlarımızda isə məqalədə yer alan fikirlər özünün ilk ünvanına 22 dekabr 2021-ci ilə istiqamətlənir, daha dorğusu, “Qalib ölkənin və qəhrəman xalqın lideri” məqaləsinə. Təbii sual yaranır, cənab Prezidentin fəaliyyəti ilə bağlı eyni fikirlərin fərqli başlıqlar altında və təkrar-təkrar tirajlanmasına nə ehtiyac var? Yəni deməyə sözünüz yoxdursa, bəlkə yazı yazmağı jurnalistlərin öhdəsinə buraxasınız?

Qudası Əli Həsənovun vaxtından bəri ürək dostu Bəxtiyar Sadıqovun iyirmi ildir özəlləşdirdiyi qəzetində daimi publisist obrazında peyda olan Həmkarlar İttifaqları Konfederasiyasının əbədi sədri Səttar Möhbalıyev imzası ilə dərc olunmuş “Qüdrətli, qətiyyətli, qurucu lider” məqaləsi isə təkcə qəzetin bütün 9-cu səhifəsini tutmasına görə deyil, plagiat faizinə görə müəllif hüquqlarına dair dərsliklərə düşəcək bir “əsərdir”.

Məqalə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytında yerləşdirilmiş “Tarixin ən qüdrətli Azərbaycanı: Heydər Əliyevdən İlham Əliyevə”, “Yeni Azərbaycan”, “İki sahil” qəzetlərinin 23 dekabr 2021-ci il tarixli sayında çap olunmuş YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirovun “Qalib və qurucu lider” yazısının və Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun keçən il elə “Azərbaycan” qəzetində dərc olunmuş “Müzəffər Komandan, Qüdrətli, Qurucu Lider” başlıqlı müsahibəsinin hibrididir. “Səttar Möhbalıyev” brendi arxasında gizlənmiş müəllifin yaradıcılığını daha ətraflı təhlil predmetinə çevirməyə hacət görmədik.

Qəzetin 4-5-ci səhifələrində yer almış Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın “Tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı” məqaləsini redaksiya öz “orijinallığına” görə fərqləndirdiyi üçün manşetdən vermişdir, lakin bu, orijinallığı müəyyən etmək elə də çətin olmadı. Məqalə elə birinci cümləsindən professor Misir Mərdanovun “525-ci qəzet”in 7 noyabr 2020-ci il tarixli sayındakı “Böyük zəfər tezliklə bizim olacaq” məqaləsinə, ikinci abzasda isə Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” sərlövhəli məqaləsinə gedib çıxdı.

Məqalənin 3-cü abzası isə “Azərbaycan” qəzetinin 1 oktyabr, 2010-cu il sayında dərc olunmuş “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılovun “Heydər Əliyev: “Mən Ona özüm qədər inanıram”” başlıqlı yazısını soraq verdi. Görünür, “Azərbaycan” qəzetində kimdirsə ən azı 2010-cu ildən “prorektor”, “ictimai birlik sədri”, “professor” və s. imzalarla yazmaqda daha doğrusu, məqalə istehsal etməkdə davam edir, bu dəfə isə köhnə mövzuda “spiker” imzası ilə “debüt” edib.

Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin “Möhtəşəm tarixi uğurlarımızın müəllifi” sərlövhəli özünəməxsus yazı tərzi isə nədənsə qəzetin bir əməkdaşının bu ilin 26 iyulunda çap olunmuş “Müstəqil siyasətin beynəlxalq nailiyyətləri” başlıqlı yazısını xatırlatdı, xatırlatdı yox, elə bil bir almanı ikiyə bölmüsən. Bu yaradıcı ikiləşmənin genetikasını gələcəkdə gen mühəndisləri üçün maraqlı araşdırma mövzusu ola biləcəyini istisna etmirik.

“Azərbaycan” qəzeti ölkənin təkcə üzərinə “rəsmi dövlət qəzeti” yazılmış yeganə qəzeti deyil, həm də saytında yerləşdirdiyi heç bir məqaləsinə, hətta informasiyalara belə dərc olunma tarixi qoymayan yeganə mediasıdır. Ona görə də hansı yazının hansı gündə, hansı ildə çap edilməsini müəyyənləşdirmək sadəcə mümkün deyil. Görünür bu, Bəxtiyar Sadıqovun kreativ redaksiya siyasətidir və belə baxanda düzgün yanaşmadır, yəni aşağı-yuxarı qəzetin bütün yazıları bir-birinin təkrarı, bir-birinin calağıdırsa, onun altına tarix qoymağın nə mənası?

Beləliklə, təhlil predmetinə çevirdiyimiz yazıların sayını kifayət qədər uzatmaq olar. Amma biz tavtologiya həvəskarı deyilik. Utanmaq üçün elə bunlar da yetər! Hamıdan çox isə sözü də, özü də tükənmiş, Ramiz Mehdiyev dövrünün zərbəçi-mirzəsi Bəxtiyar Sadıqov utanmalıdır. Qalib ölkənin dövlət başçısına belə “ayı xidməti” elə xəyanətə bərabər deyilmi? Və yazımızın əvvəlində verdiyimiz sualı bir daha təkrarlamaq istəyirik – Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?"

Qeyd edək ki, Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetinə 20 ildən artıqdır ki, rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçaya yeni icra başçısı təyin olundu


Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Göyçayın icra başçısı vəzifəsi 7 aydan çoxdur ki, boş idi. 2016-cı ildən rayonun icra başçısı olan Mehdi Səlimzadə bu il fevralın 28-də işdən azad edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Leyla Abdullayeva Fransaya səfir göndərildi


Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, 41 yaşlı L. Abdullayeva bu təyinata qədər, 2018-ci ildən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsini icra edib.

L. Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Elxan Poluxovla bağlı - Sərəncam


Prezident İlham Əliyev Elxan Poluxovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Elxan Polux oğlu Poluxov Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elxan Poluxov bu ilin avqustunda Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Protokol xidmətinin rəisi işdən çıxarıldı


Prezident İlham Əliyev Elçin Bağırovla bağlı Sərəncam imzalayıb.

Elçin Tələt oğlu Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə E. Bağırov Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, daha əvvəl Mahir Əliyev Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq deputatın şirkəti “Dəmir Yolları”nı məhkəməyə verdi - TƏFƏRRÜAT


Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğluna məxsus olan “Karat Holdinq” MMC (VÖEN - 9900000141) “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Məlumat üçün bildirək ki, “Karat Holdinq” MMC 14.03.2004-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarova, ev 201-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əsabil Qasımovun qayını Umudov İqdam Əliş oğludur.
Sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində - "meclis.gov.az"da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən "Karat" holdinqinin direktorudur.

Onu da qeyd edək ki, ötən il Əsabil Qasımovun rəhbərlik etdiyi (qanuni təmsilçi) “Azşuqar” Ticarət Şirkəti (VÖEN-1400020391) adını və təşkilatı-hüquqi formasını dəyişərək “De Decco” MMC-yə çevrilib. Şirkətin yeni rəhbəri isə Aleksandr Verşinin Vladimiroviçdir.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Karat Holdinq” MMC-yə bağlı olan onlarla şirkət və biznes obyekti fəaliyyət göstərir.
Həmin şirkətlərin və obyektlərin bəzilər aşağıdakılardı:
- “Karat” MTK
- “İdeal” MMC
- “Azİnvest” Tikinti Şirkəti
- “Everest-M”
- “Şin Servis”
- “Karmen” MMC (Un dəyirmanı)
- Hökməli Makaron Fabriki
- Hökməli Kisə Fabriki
- “ASTE”L MMC (Quşçuluq fabrikləri)
- Gəncədə “Fatoğlu” un dəyirmanı
- Bakıda “Marina Plaza” oteli
- Bakıda “Premium” market //Yeniavaz.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Az Caspian Construction" MMC-yə ETİBAR ETMƏK OLAR? -Dövlətə də BORCU VAR...


Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Bərdə rayonu, Alpoud kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması" üzrə tenderin nəticələrini açıqlayıb.

Tenderdə "Az Caspian Construction" MMC qalib gəlib.

Şirkətlə 4 milyon 145 min 965 manat məbləğində müqavilə imzalanıb.

Bildirək ki, "Az Caspian Construction" MMC-nin adı həm dövlət yanında, həm də vətəndaş yanında kifayət qədər ETİBARSIZ ÜNVAN kimi tanınır...
Belə ki, bu vaxta qədər ayrı-ayrı dövlət qurumlarından milyonluq tender udmağı vərdişinə çevirmiş "Az Caspian Construction" MMC-nin dövlətə vergi borcu var və bu faktın özü əslində imkan yaratmır ki, hansısa dövlət qurumunun tenderində iştirak etsin.

Görünəni odur ki, "Az Caspian Construction" MMC bu qanun və qaydalar işlək deyil.

Vətəndaş yanında etimada gəlincə isə, bu şirkət, ermənilərin hücumu nəticəsində Tərtər rayonunda zərər görmüş evlərin təmiri zamanı özünü kifayət qədər GÖSTƏRƏ BİLDİ... Bu barədə yerli KİV-də yetərincə şikayətlər mövcuddur...

İndi isə aydın olur ki, nə düz işləmək, nə də qanunlarla boyun əymək bu gün dövlət ərkanında VACİB ŞƏRT kimi çıxış etmir... Bu da növbəti faktımız olsun...
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət qurumları dələduz şirkətin əlində ƏSİR-YESİR QALIB... - FAKT BUDUR!


Birinci Qarabağ müharibəsinin şəhidi Zaur Bədirovun qardaşı, Sabirabad rayonunun Nəsimi kənd sakini Zahid Bədirov “Magnus” Su Təmizləmə MMC tərəfindən aldadıldığını iddia edir.

DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Z.Bədirov bu barədə iyul ayında Azad İstehlakçılar İctimai Birliyinə şikayət ünvanlayıb.

Onun sözlərinə görə, iyulun 22-də, təxminən, saat 21:00 da “Magnus” şirkətinin 5 əməkdaşı, dəyəri 1790 manat olan su filtrini onların evlərində quraşdırıblar: “Bizə psixoloji təsir etdilər. “Uşaqlarınızın həyatı ilə oynayırsınız, görün necə su içirsiniz, “sizin üçün sağlamlıq, yoxsa pul önəmlidir” kimi suallarla bizi günahkar çıxardılar. Satdıqları filtrlərin guya çirkli suyu şollar suyuna çevirdiyinə bizi inandırdılar. Dedilər, dövlət tərəfindən göndəriliblər ki, suyun keyfiyyətini öyrənək. Heç imkan vermədilər ki, müqavilə ilə tanış olum. Müqavilə kağızını telefon işığında imzalatdırdılar. Müqavilədə satıcı olaraq “Magnus”un direktoru kimi Kərimli Beyrək Həmdulla oğlu yazılmışdı. İmzaladıqdan sonra təklif etdilər ki, ödənişi nağd şəkildə ödəsəm, mənə 82 mm diaqonal televizor hədiyyə edəcəklər. Əlavə 300 AZN ödəsək, daha böyük diaqonal televizor verə bilərlər. Məni razı salıb ümumilikdə 2090 manat puldan 1000 AZN nağd aldılar. Qarşılığında isə qəbz vermədilər. Qalan 1090 AZN pulu televizoru gətirəndə alacaqlarını dedilər. İnternetdə araşdırdım, anladım ki, aldadılmışam. Məhsulu qaytarmaq istədim. Bir gün sonra televizoru gətirdiklərini dedilər. Mən isə məhsulu verib ödədiyim 1000 manatı qaytarmalarını tələb etdim. Dedilər ki, məhsulu qaytarsan, min manat pulun geri verilməyəcək, əlavə 400 AZN cərimə olunacaqsan. Televizoru da götürüb, çıxıb getdilər. 24 iyulda özünü “Magnus”un vəkili kimi təqdim edən bir nəfər evimizə gəldi və məhsulun geri qaytarılmayacağını, cərimə olunacağımızı dedi. Kimliyini təsdiq edən rəsmi sənədi tələb etsək də, heç nə göstərmədi. Şirkətə zəng edib pulumu yenidən geri istədim, lakin dedilər “hara istəyirsən, şikayət et”. Bu pulu əziyyətlə qazanmışam və o pulla Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşımın adına bulaq tikdirməyi nəzərdə tutmuşdum. Bunu da onlara dedim, amma əhəmiyyət vermədilər”.

DİA.AZ_ın məlumatına görə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Pravda.az-a açıqlamasında bildirdi ki, Zahid Bədirovun şikayət məktubuna İqtisadiyyat Nazirliyinin cavabı 11 oktyabrda gəlib: “Son dərəcə kasıb vəziyyətdə yaşayan şəhid ailəsi aldadılıb. Su filtri satanlar istehlakçıları aldadırlar. Əsas məsələ isə istehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin heç bir iş görməməsidir. Neçə aydır ki, şəhid ailəsinin şikayətini Nazirliyə ünvanlamışam. Demişəm ki, şəhid ailəsini müdafiə etmək, kömək göstərmək lazımdır. İki gün əvvəl isə Elnur Bağırovun imzası ilə heç bir məna kəsb etməyən, cümlələri ardıcıl təkrarlayan bir məktub daxil olub. Yazılıb ki, şəhid ailəsi gedib məhkəməyə müraciət etsin. Şikayət ərizəsindən də görünür ki, dövlətin digər qanunvericiliyi pozulur, şirkət vergi ödəmir, kassa qəbzi də vermir. Nazirlik heç bu məsələyə də toxunmadı. İqtisadiyyat Nazirliyinin tərkibində Vergilər Departamenti var. Necə olur ki, Antiinhisara məktub göndərirəm, onlar nazirliklərinin içindəki vergi orqanına demirlər ki, burda dövlətin vergi qanunvericiliyi pozulub. Biri digərinin işinə toxunmaq istəmir. Dövlətin qanunu pozulur, bu qurumlar isə bir-birilərinə xəbər etmirlər. Bu, məni həm bir vətəndaş kimi, həm də ictimai təşkilatın sədri kimi çox narahat edir. Nazirlikdən gələn cavab məktubu məni çox təsirləndirdi. Vətəndaşı heç kim qorumaq istəmir. Son dərəcə kasıb bir insanı. Nazirliyin İcitmaiyyətlə əlaqələr, eyni zamanda hüquq şöbəsinə dəfələrlə müraciət etdim. Çünki vətəndaşın 14 gün müddətində aldığı məhsulu geri qaytarmaq hüququ var, bizə müraciət edəndə hələ bir gün keçməmişdi. Lakin nəticəsiz qaldı”.

E.Hüseynov deyib ki, sözügedən şirkətlə də əlaqə yaradıb: “Əfsus ki, filtr satan şirkətin müdiri Beyrək Kərimliyə dəfələrlə zəng etsəm də, əlaqə qura bilmədim. Şirkətin hüquqşünası İlham adlı şəxslə də danışdım. Ondan da heç bir nəticə əldə edə bilmədik. Vətəndaşı aldadıblar. Dövlət qurumu isə şəhid ailəsinə kömək etmədi. Yerli icra strukturu da məsuliyyət daşıyır. Ölkə Prezidentinin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-5-ci bəndində göstərilir ki, istehlakçı hüquqları pozulan zaman yerli icra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması üçün müəyyən təşəbbüslər qaldırmalıdır. Bu barədə Sabirabad Rayon İcra Hakimiyyətinə məlumat versək də, sözügedən filtr şirkətinin əməkdaşları yenə də kənddə gəzir, camaatı aldatmağa davam edirlər. İcra strukturları isə hələ də heç bir iş görməyiblər”.

“Magnus”un direktoru Beyrək Kərimli ilə biz də əlaqə yaratmağa çalışdıq, lakin telefona şirkətin xanım əməkdaşı cavab verdi. Ondan özünü təqdim etməsini istəsək də, bundan yayındı. Şirkətin hüquqşünası İlham adlı şəxsin gün ərzində bizimlə əlaqə yaradacağını desə də, onu növbəti gün özümüz axtarası olduq.

O, Zahid Bədirovun dediklərini inkar etdi: “Heç bir halda əməkdaşlarımız “dövlət tərəfindən göndərilmişik” deyə bilməzlər. Vətəndaş istəyir ki, öz tərəfindən nəsə sübutlar gətirsin. Şirkət tərəfindən vətəndaşa qəbz verilib, həmin qəbzi təqdim edə bilərəm. Onların evlərinə vəkil də yaxınlaşmayıb. Vətəndaş müqaviləyə telefon işığında imza atdığını iddia edir, bəs niyə məmnuniyyət aktına da imza atıb? Narazı idisə, imzalamazdı. 400 manat cərimə pulu malın Türkiyə tərəfinə qayıtması üçün nəzərdə tutulub, yol məsrəfləridir. Müqavilədə şirkətin də öhdəliyi var. Qurğuda problem çıxarsa, yenisi ilə əvəzləmə öhdəliyi şirkətin üzərindədir. Şəhid ailəsi olduğu barədə də məlumatımız var. Yenə də kömək etməyə hazırıq. İki variant var -1000 manat civarında başqa qurğu veririk, filtrin dəyişim vaxtında 3 filtri hədiyyə edirik. İyulda satış olub, bu aparat artıq əmtəə nişanı xassəsini itirib. Aparatı götürürksə, 400 manat cərimə pulu tutulacaq, 600 manatı geri qaytara bilərik”.

Zahid Bədirov isə saytımıza açıqlamasında şirkətin təklifi ilə razı olmadığını, məhkəməyə müraciət edəcəyini dedi. Şirkətin quraşdırdığı filtr suyunun isə acı daddığını, aldadıldığını bildirdi.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda qazilərin əlindən qurtulan Məhkəmə sədri Fikrət Məmmədovun qəzəbinə tuş gəlsəydi… - FAKTLAR AÇIQLANIR...


Ötən həftə Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının növbəti iclasının keçirilməsi barədə məlumat yaydı. İclas barədə verilən məlumatda hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakimin intizam məsuliyyətinə cəlb edildyi, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edildiyi bildirilirdi. Amma təəssüf ki, Ədliyyə Nazirliyi qanunvericiliyin tələblərini kobudcasına pozan, intizam məsuliyyətinə cəlb edilən bu hakimlərin kimliyini açıqlamadı. Yalnız dövrü mətbuat fəaliyyətinə xitam verilən hakimlər arasında Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevin də olduğunu açıqladı. Əslində onların hər birini adı açıqlamaladırlar ki, qanunvericiliyin tələblərini pozan belə hakimləri ictimaiyyət də tanısın.

Məlum olduğu kimi, son illər Azərbaycanda ədalətli, müstəqil məhkəmə sisteminin formalaşması üçün xeyli iş görülüb. Azərbaycanda qanunvericilik Avropa standartlarına uyğunlaşdırılıb, yeni məhkəmələr yaradılıb, yeni hakimlər təyin olunub. Ədliyyə Nazirliyi hakimliyə namizədlər və bu işə yeni başlayan hakimlər üçün kurslar təşkil edib. Lakin bütün bunlara baxmayaraq Azərbaycanda hər bir vətəndaş qanuni vasitələrlə öz hüquqlarını müdafiə edə bilmir. Buna səbəb isə hakimlərin qanunları tətbiq edərkən qanunvericiliyə əməl etməmələri olur. Dövlətin əsas məqsədi qanunun aliliyini, bütün vətəndaşlarının qanun qarşısında bərabərliyini təmin etməkdir. Bu vəzifəni isə hakimlər daşıyır. Amma hakimin hansısa məmurdan asılı olub bir yanlış, ədalətsiz qərarı onlarla vətəndaşları dövlətə qarşı yönəldir. İnsan cəmiyyətdə ədaləti bərpa etməyə yer tapmayanda dövlətdən narazı olur.

Məsələn. elə Göyçay rayonundakı kimi. Rayon sakini Habil Əhmədov ölkə başçısına etdiyi müraciətdə yazır ki, “mən, 2006-cı ildə doğulub boya başa çatdığım, dədə-baba qəbirsanlığımızın yerləşdiyi doğma MirzəHüseynli kəndimizdə yerli bələdiyyəyə mürüciət edib xırda fermer təsərrüffatı ilə məşğul olmaq üçün 50 illiyə 1 hektar torpaq sahəsi icarə götürdüm.Əlimdə bələdiyyənin qanuni icarə müqaviləsi ola-ola,mülkiyyətimdə olan torpağın bütün vergi və digər kommunal rüsumlarını vaxtlı-vaxtında ödədiyim halda,2019-cu ildə çıxarılış üçün müraciət etdiyim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən imtina cavabı aldım. Sonradan mənə məlum olub ki, bələdiyyə sədri mənim qanunu qaydada icarəmdə olan torpaqda daxil olmaqla həmin sözügedən 6 hektar ümumi örüş sahəsinə ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almışdır. Məqsəd isə, yuxarıda qeyd edilən kimi, mənim icarəmdə olan 1.0 hektar torpaq sahəsi də daxil olmaqla 6 ha ümumi örüş sahəsini küllü miqdarda pulun müqabilində özünü o vaxt ki,Göyçay rayon prokuroru Muxtar Eminovun qohumu kimi təqdim edən Məhi Nuriyev adlı kənd sakini olmayan imkanlı şəxsə vermək olub.

Göyçay rayon Məhkəməsinin sədri İbrahim Fəttahov isə obyektiv araşdırma aparmadan iddiaçı X.Vəkilovun sanki vəkili kimi çıxış edərək, H.Əhmədovun guya bələdiyyə ilə müqaviləsinin “kökü yoxdur” deyə onun əleyhinə ədalətsiz qərar çıxarmışdır.”

Qeyd edək ki, Habil Əhmədovun sözügedən müraciəti elektron media resusrslarında yayıldıqdan sonra Göyçay rayon Məhkəməsinin sədri İbrahim Fəttahovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız qərarlar çıxarması barədə məlumatlar da çoxalmağa başladı. Bununla bağlı Aktualinfo.org-a Göyçay rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə oktyabr ayının 12-də bir qrup ikinci Qarabağ müharibəsi iştirakçıları, qazilər Göyçay rayon Məhkəməsinin qarşısına toplaşaraq Məhkəmənin sədri İbrahim Fəttahovun qanunazidd əməllərinə, əsassız qərarlar çıxarmasına etiraz ediblər. Qazilər hətta İbrahim Fəttahovun Göyçaydakı fəaliyyətinə xitam verilməsini tələb ediblər. Hakimlik səlahiyyətinin son müddəti olduğundan İbrahim Fəttahov səs-küyə səbəb olmasın deyə təcili rayonun polis rəisinə müraciət etməli olub. Polis rəisi hadisə yerinə gələrək qaziləri sakitləşdirdikdən sonra İbrahim Fəttahovu gözləyən təhlükə də sovuşub. Yoxsa, qazilərin qəzəbi ilə bərabər Ədliyyə naziri Fikrət Məmmədovun da qəzəbinə tuş gəlib İbrahim Fəttahovun da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilərmiş. Məlumat verən sakinlərin sözlərinə görə Göyçay rayonunda İbrahim Fəttahovun qanunazidd əməllərindən hamı narazılıq edir. Bunu Məhkəmə sədrinin özü də yaxşı dərk edir və Göyçayda son günlərini sayır. Əhali də onun çıxardığı əsassız qərarlardan əziyyət çəkir.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO