[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu da Əmrullayevin TENDER OYUNBAZLIĞI - Dövlətin milyonları...


Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2016-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
Bu da Əmrullayevin TENDER OYUNBAZLIĞI - Dövlətin milyonları...


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar öldürüldü


Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmk istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ƏDALƏTİN BUMU, UNEC? - "Bura universitetdi yoxsa təhdid məkanı?"


Keçən günlərdə Sevin Əhmədova adlı şikayətçinin təhsil aldığı ali məktəb barəsində gileyini təqdim etmişdik:

UNEC tələbəsi məsuliyyətsizliyin qurbanına çevrilib... - "Qırmızı diplomdan məhrum olunuram..."My Webpage

DİA.AZ bildirir ki, sözügedən şikayətçi hələ də probleminin qaldığını, vəziyyətinin isə daha da gərginləşdiyini qeyd edir:
ƏDALƏTİN BUMU, UNEC? - "Bura universitetdi yoxsa təhdid məkanı?"

"Keçən gün paylaşmışdım, İqtisad universitetinin magistratura pilləsini bitirmişəm və 58 E balımı 81 B etməklə müəllim izahat yazmışdı. Rektor Ədalət Muradovun 3 gün öncə 08.10.2022-ci il tarixi üçün qəbuluna yazılmışdım və köməkçisi qeydiyyata alaraq öncədən bildirdi ki qəbula gəlmək üçün zəng edib xəbər bildirəcək. Elə həmin gün öncə İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səmayə xanım mənlə əlaqə saxlayaraq məsələnin araşdırıldığını bildirdi. Mənə zəngində elektron müraciətimdə icraçı Fariz müəllimin olduğunu qeyd etmişdi. 26.07.2022-ci il tarixində qaynarxett@unec.edu.az , rector@unec.edu.az , unec@unec.edu.az ünvanlarına müraciət etmişəm və heç bir cavab gəlməyib. Daha sonra 16.08.2022-ci il tarixində yenidən qeyd etdiyim elektron ünvanlara təkrar müraciət etmişəm və öncəki kimi heç bir cavab verilməmişdir. Hətta facebook səhifəsində belə müraciətlərim oxunulmuş və cavablandırılmamışdır. 05.10.2022-ci il tarixində dos., i.f.d. Hüseynli Aytən Təyyar qızı mənə zəng edərək, özü də daxil olmaqla, i.e.d., professor Kəlbiyev Yaşar Atakişi oğlunun, Hüseynov Rəşad Aktiv oğlunun və mənim iştirakımla məsələni aydınlaşdırmağa universitetə (4-cü korpus, Semaşka) dəvət etmişdi, saat 19:30 üçün. Deyilən saatda deyilən yerdə oldum və heç kəs yox idi. Saat 8-də Aytən xanım və Yaşar müəllimin iştirakı ilə məsələni “aydınlaşdırmağa” çalışdıq. Elmi rəhbərim olan Hüseynov Rəşad müəllim isə gəlməmişdi. Bu məsələdə Yaşar müəllim mənə bildirdi ki, hər şeyi öz üzərimə götürürəm. Hara gedirsən get şikayət elə. Məni, məsələni aydınlaşdırmağa yox, təhdidə çağırmışdılar belə düşdüm. Bu gun səhər tezdənnən İqtisad universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Elnarə Məmmədova mənlə əlaqə saxlayaraq mənim müraciətimin cavablandırıldığını bildirmişdi. Elektron müraciət etmişəm lakin HEÇ BİR CAVAB gəlməyib ama universitet Elektron müraciətin icrasına “cavab verildi” qeyd edib. Hanı o cavab? Mən RƏSMİ olaraq heç bir cavab almamışam. Və müraciətimin vaxtından 2 ay 10 gündən artıq vaxt keçir. Saat 16:00 olardı Elnarə xanım yenidən mənlə əlaqə saxlayaraq REKTORUN QƏBULUNDAN ADIMIN SİLİNDİYİNİ QEYD ETDİ. Halbuki Rektorun köməkçisi Amil bəy mənim 6-cı gün qəbulda olacağımı bildirmişdi. ADIM NİYƏ SİLİNİB AXI? Amil bəy isə öz növbəsində məni növbəti ayın görüşünə adımı yazılmağını təklif etdi. NİYƏ AXI BU QƏDƏR UZADILIR? KİMLƏRDİ ƏNGƏL OLAN?? Saat 17:00 radələrində isə i.e.n., dos. İsayev Söhrab Zülfüqar oğlu mənə zəng edərək, Rəşad müəllim və i.f.d. Hümbətova Suqra İnqilab qızı ilə əlaqə saxladığını bildirərək onların izahatdan xəbərləri olmadığını bildirmişdir. Bu gün 19:30 radələrində universitetə gedərək Suqra xanımında iştirakı ilə Söhrab müəllimin yanında oldum. Və gözümün içinə baxa-baxa Suqra xanım izahatın olmadığını bildirdi və heçnə görməmişəm dedi. Budur düzgünlük? İzahatı yazdıran şəxs izahatın olmadığını deyir. Suqra xanım öz növbəsində adını bir daha paylaşarsam məni məhkəməyə verəcək deyə bildirdi. Universitetdi yoxsa təhdid məkanı?"
ƏDALƏTİN BUMU, UNEC? - "Bura universitetdi yoxsa təhdid məkanı?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Məni Prezident Administrasiyasına çağırdılar, orada vəziyyəti danışdım…” - MƏHKƏMƏ


“Gəlib burada üzümə duranların əksəriyyətinə mən “atalıq” eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, o da gəlib üzümə dayanacaq…“, – “Baku Steel Company”nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədov oktyabrın 7-də öz məhkəməsində bildirib.

46 yaşlı Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

Budəfəki məhkəmə iclasında üç şahid dindirilib. Onlardan biri – İlham Əliyev öncə “S-Steel”, daha sonra “Baku Steel Company”nin işçisi olub. O bildirib ki, “S-Steel” şirkətində işləyəndə də metal satanlardan onları alıb, “Baku Steel Company”ə verirdilər. Şahidin sözlərinə görə, o, həm metalın alışı, həm də “S-Steel”in 250-ə qədər işçisinin maaşı, bonusları və s. məsələlərlə bağlı işləri cədvəl şəklində hazırlayıb, “Baku Steel Company”nin mühasibatlığına təqdim edirdi.

Məhkəmədə ondan soruşulub ki, alınan metalın qiyməti, satıcılara ödənilən məbləğlə bağlı rəsmi sənədlərdə göstərilənlərlə real rəqəmlər arasında fərq vardımı? O bildirib ki, heç bir fərq olmayıb, neçəyə alıblarsa, o qiymətə də rəsmiləşdiriblər.

Bu zaman şahidin istintaqdakı ifadəsi onun nəzərinə çatdırılıb. Orada yazılıb ki, alınan qiymətlə sənəddə göstərilən rəqəm arasında fərq olurdu. Sənədlərdə qiymət şişirdilirdi, metalın alış qiyməti yuxarı göstərilirdi. Bununla da metal satıcılarına ödənilən məbləğdən daha çox vəsait kassadan çıxarılırdı. İfadədə qeyd olunub ki, nəticədə kassadan 3 milyon 478 min manat artıq pul çıxarılıb. Lakin o pulu kimin götürdüyünü bilmir.

Şahid İlham Əliyev bildirib ki, istintaqda ifadəsində belə deməyib. Onun sözlərinə görə, ifadəsini oxumadan imzalayıb. Şahid əlavə edib ki, bəzi hallarda satıcılar müəyyən sənədləri özlərilə gətirməyəndə, yaxud öz əllərində vermək üçün kifayət qədər pul olmayanda metal satanlara borclu qalırdılar. Sonradan gəlib pullarını aparırdılar. O, istisna etməyib ki, istintaqda satıcılara borclu qaldıqları vəsaitdən bəhs edib, müstəntiq bunu mənimsəmə kimi qeyd edib.

Rasim Məmmədov şahidə təşəkkür edib:

“Baxmayaraq ki, bu adamı ilk dəfə görürəm, onun üçün heç nə eləməmişəm, gəlib burada düzünü danışdı. Amma yaxşılıq elədiklərimin bir çoxu gəlib burada üzümə durdu”.

Məhkəmədə şahid qismində dindirilən daha bir şahid “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov olub. O bildirib ki, zavodda rekonstruksiya zamanı köhnə metallar yük maşınlarıyla “Baku Steel Company”ə göndərilirdi. Lakin ümumilikdə nə qədər dəmir qırıntısı göndərildiyini bilmir. Deyir ki, onları çəkmək, bu prosesə nəzarət eləmək onun səlahiyyətinə aid məsələ deyildi: “Darvazada gözətçilər vardı, gəlib-gedən maşınlara onlar baxırdı“.

Azad Əmirovun istintaqa ifadəsində yazılıb ki, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir gedib.

Amma o, məhkəmədə bunu təkzib edib. Deyib ki, nə qədər metal getməsini o bilə bilməzdi:

“Mən 120 min ton metal getdiyini deməmişəm”.

Rasim Məmmədov da bunu təkzib edib. O bildirib ki, “Azərboru” ərazisində 120 min ton metal qırıntısı ola bilməzdi.

Həbsdə olan iş adamı əlavə edib ki, “Azərboru” zavodu çox pis vəziyyətdə alınmışdı. Prezident Administrasiyasında ona təklif olunub ki, zavodu alsın:

“Azərboru”nu sökə-sökə gedirdilər, pis günə qoymuşdular. Bir gün mən ora getdim, dedim ki, qoymayacam sökməyə. Məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsənsə, al, bərpa elə. Mən də Mərkəzi Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”, – Rasim Məmmədov bildirib.

“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 10-da davam edəcək.

Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə QOÇULUQ EDƏN MƏMUR VAR... - GİLEY


Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsində rəsmən özbaşılnalıqdır. DİA.AZ bildirir ki, bu, aşağıda təqdim edəcəyimiz faktdan da aşkar şəkildə görünür.

Gəncə şəhər sakini Musayeva Aygül bildirir ki, qanunsuz olaraq Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsi tərəfindən işdən çıxarılıb. DİA.AZ xəbər verir ki, Fondun rəhbəri ona könüllü olaraq ərizə yazıb işdən çıxmalı olduğunu bildirib.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əməkdar müəllim” adı müəllim olmayan şəxslərə verilib… - Burası AZƏRBAYCANDIR!


Təhsil eksperti Kamran Əsədov “Əməkdar müəllim” adının müəllim olmayan şəxslərə verildiyi ilə bağlı iddia səsləndirib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: “Bu gün 6 oktyabrdır və hələ də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagirdlərə dərslikləri verə bilməyib. Bəli, dərslikləri verə bilməyib, çünki onlara şagirdlər, onların gələcəyi maraqlı deyil. Onlara maraqlı olan dost, qohum, tanışlarına vəzifə vermək, hələ bu azmış kimi, ölkə prezidentini aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirirlər. 5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının “Əməkdar müəllim” adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, “Əməkdar müəllim” adını alanlar arasında müəllim olmayanlar da var. Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Ola bilər ki, yaxşı insan, yaxşı oğlandır amma müəllim deyil.

Cənablar, “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

Bir də deyirəm, 20 il pedaqoji staj olmalıdır. Soruşuram ki, Fuad Qarayevin 20 il pedaqoji stajı harada olub? Çağ Öyrətimdə işləyəndə? MİQ imtahanından keçib müəllim olub? Əgər siz Fuad Qarayevi təltif etmək istəyirsinizsə, ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ad, medal verin. Müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara “Əməkdar müəllim” adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir.

Müəllim olmayanları təhsil sistemində vəzifəyə gətirdiyiniz bəs deyilmiş kimi, indi onlara fəxri adları da paylayırsınız. Əgər yaxşı oğlan, yaxşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri “Əməkdar müəllim” adını vermək olarsa, ilk Elm və Təhsil Nazirinin müavini Muxtar Məmmədova vermək lazımdır. O hamıdan əvvəl təhsil sistemində çalışır”.

İddia ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Elm və Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov News24.az-a açıqlamasında bildirdi ki, Fuad Qarayevə “əməkdar müəllim” adı təhsil sahəsindəki xidmətlərinə görə verilib:” Fuad Qarayev ölkə daxili və beynəlxalq olimpiyada qaliblərinin yetişdirilməsində xidmət göstərib. Bundan əlavə o, uzun illər riyaziyyat müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Ona verilən fəxri ad da xüsusi xidmətlərinə görə verilib”. //aztoday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid atası başçıdan GİLEY EDİR - MÜRACİƏT


Qobustan rayonu Ximilli kəndinin sakini Mustafayev Eyvaz Qoşqar oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilkir:

"Mənim hazırda 87 yaşım var. 2017- ci ildən ev almişam, 2018- ci ildən qeydiyyatdayam. Əmək veteraniyam, təqaüdçüyəm, şəhid atasıyam. Taxil səpmək üçün icarəyə torpaq sahəsi götürməyə görə 2018-ci ildən bu günə qədər aidiyyatı üzrə müraciətlər eləmişəm, ancaq müraciətlərimə əməl etməyiblər. Bu il avqstun 15-i Qobustan rayon icra başcisinin qəbulunda olmuşam. Göstəriş verdi ki, torpaq verin şəhid atasına,taxil səpmək üçün.Kəndin rəhbərləri həll etmədilər 1 ay gözlədim sentyabrn 12-si təkrar bir də başçının qəbulana getdim və qəbul etdi.Köməkcisinə göstəriş verdi ki, get yerində həll et. İcranin köməkcisi kəndə gəldi məni dəvət etdi kənd icra nümayəndəliyi də, yerli bələdiyyə də raziliğini bildirdilər. 4 hektar bələdiyə köməkcisinə dedi ki get yeri göstər. Pirsahad çayinin yaninda ən axrinci sərhəddə, tullantı yerdə mənə yer göstərdilər. İcra başçısının köməkçisi Eldar məni apardi 300 metr aralı və dedi ki, həmin yerdi 2 hektar yarimdi. Mən sonra ölüçdürdum həmin yer 1.5 hektara qədərdi. Lakin mənə göstərilən yeri şumlamaq üçun yol olmadığından nə traktor, nə də kambayn getmir . 4 il süründürməçilikdən sonra bir Şəhid atasi kimi mənə göstərilən bu mədəniyyətsizliyi özümə təhqir sayiram. Və dövlət başçısından xahiş edirəm ki, Qobustan rayonundakı məmurlarınız mən - Şəhid atasını, əmək veteranını, təqaüdçünü açıq aşkar məsxərəyə qoyurlar, rəsmən dolayırlar, yaxşı yerlərin hamısını özlərinə götürüb taxıl əkir, yerdə qalanını isə kənar şəxslərə satırlar. Mənə isə heç kimə lazım olmayan, qobu-qandaqlı uzaq bir yeri 4 ha adı ilə əvvəl 2.5 ha kimi vermək istəyirlər. Amma faktiki 1.5 ha yerdir. Bir sözlə, icra başçısının köməkçisi Eldar da, kənd icra nümayəndəsi də, bələdiyyə də hamısı yalançıdırlar. Başda İcra başçısı olmaqla bu adamlar öz əməllərindən utanmalıdırlar ki, məni kimi yaşlı bir şəhid atasını araya qoyurlar, Məsxərə edirlər, artislik edirlər. Xahiş edirəm məmurlarınıza başa salın ki, şəhid ailəsini oğlum Akifin qanı tökülmüş bir parça torpağa görə 4 il yollarda süründürməzlər. Bu yaramaz hərəkətləri nə insanlığa, nə müsəlmançılığa , nə də vicdanı olan məmura yaraşmaz.
Qeyd edim ki, 1994 ci ilde Fizuli rayonun Alxanlı kəndi urunda 12-si yanvarda torpağin müdafiəsi uğrunda Oğlum Mustafayev Akif Eyvaz oğlu şəhid olub. Bakı şəhərində oğumun adını əbədiləşdirmək üçun küçə adı verilib və xatirə lövhəsi vurulub".
Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq....

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO