[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onlara “Əməkdar müəllim” fəxri adı verildi - SİYAHI


Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:

Abbasova Ruhiyyə Əbülfəz qızı

Abbasova Zahirə Köçəri qızı

Abdıyeva Amalya Nəbi qızı

Ağayeva Gülgəz Mürşüd qızı

Aslan Zenfira Müzəffər qızı

Babayev Sahib Hafiz oğlu

Babayeva Xanımqız Şüriyyə qızı

Bayramova Xuraman Xanbala qızı

Cəbrayılova Nailə Həsən qızı

Dosməmmədova Sevda Səməndər qızı

Əkbərli Şəlalə Vəli qızı

Ələkbərova Sevil Əli qızı

Əliyeva Nərgiz Muxtar qızı

Əsədov Elmir Ataş oğlu

Əskərova Ədalət Sultan qızı

Fəttayev Rauf Vidadi oğlu

Hacıyeva Gülxanım Xanlar qızı

Həsənova Xalidə Qurban qızı

Həsənova İradə Kərim qızı

Xəlilova Adilə Həbib qızı

İbrahimova Nüşabə İlyas qızı

İsayev Vəkalət Əjdər oğlu

İsmayılova Məlahət Lətif qızı

Qasımov Qəhrəman Məhəmmədəli oğlu

Qasımova Leyla Cəmaləddin qızı

Qasımova Sevinc Fazil qızı

Qəhrəmanova Afət Qüdrət qızı

Qəhrəmanova Aybəniz İsrafil qızı

Qurbanova Ruqiyyə Əhməd qızı

Qurbanova Tünzalə Rəsul qızı

Mansurova İlhamə Əjdər qızı

Mehdiyeva Nəzakət Bəxtiyar qızı

Mejlumova Yeganə Nurəddin qızı

Məhərrəmov Hamlet Ağarza oğlu

Məmmədova Naidə Şakir qızı

Məmmədova Sevil Əkbər qızı

Mikayılova Aytəkin Şahverdi qızı

Muxtarov Elman Ədil oğlu

Muradlı Çingiz Məzahir oğlu

Mütəllimova Təranə Qələndər qızı

Mütəllimova Yelena Kamilovna

Nəbiyeva İradə Gülmalı qızı

Nəcəfova Bikə Əliyulla qızı

Nəsirova Şəhla Abdulhəşim qızı

Rəhimov Gülağa İfadə oğlu

Rzayeva Yelena Serqeyevna

Sadıxova Gülşən Aydın qızı

Soltanov Şahin Şahalı oğlu

Şahgəldiyeva Ədibə Səfər qızı

Şükürov Aydın Süleyman oğlu

Şükürova Yasəmən Həsənağa qızı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AĞ ŞƏHƏR” SAKİNLƏRİ TƏHDİDLƏRƏ MƏRUZ QALIR - Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan sakinlərin evləri sökülür...


“Bir insanı uzun müddət aldatmaq olar, bir neçə adamı bir müddət aldatmaq olar,
amma bütöv bir xalqı aldatmaq hələ heç kəsə nəsib olmayıb”
Avraam Linkoln

Təxminən iki əsr öncə Azərbaycanın Abşeron bölgəsində tapılan neft iqtisadiyyatın inkişafına təkan verdi. Bu səbəbdən, ərazidə neft emalı müəssisələri tikildi. Lakin əvvəl Çar Rusiyasının, sonra isə Sovet İttifaqının müstəmləkəsi olan Azərbaycanda neft çıxarılan və emal edilən ərazilərdə ekoloji durum bərbad vəziyyətə düşdü.

Yalnız müstəqillik əldə edəndən sonra bu ərazilərin təmizlənməsi məsələsi gündəmə gəldi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının “Qaraşəhər” adlanan ərazidə yeni “Ağ Şəhər” layihəsi həyata keçirilməyə başlanıldı. Prezidentin və dövlət qurumlarının müvafiq sərəncamlarına görə, bu ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülməli, torpaq qatı təmizlənməli, yeni yaşayış massivi salınandan sonra, sakinlər mənzillərlə təmin edilməli və ya müvafiq qanunlara görə onlara kompensasiya ödənilməli idi. Lakin son illər ərzində redaksiyamıza daxil olan çoxsaylı şikayətlər belə deməyə əsas verir ki, bir çox layihələr kimi, “Ağ Şəhər” layihəsi də korrupsioner məmurlar “iştahına qurban verildi”. Söhbət ondan gedir ki, prezidentin xoşməramlı təşəbbüsünə baxmayaraq, bir sıra məmurlar öz ciblərinin doldurmaq üçün sakinləri narazı saldılar, onların malına-mülkünə göz dikdilər. Aşağda adları sadalanan Xətai rayon sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına ünvanlanan məktub da dediyimizin bariz nümunəsi hesab oluna bilər.

Belə ki, Xətai rayonunda vaxtilə “Qaraşəhər” adlanan ərazinin sakinləri - Cəbrayılov Tahir, Qasımov Kərim, Qaibxanov Cəlaləddin, Paşayev Vahid, Əhmədova Dilarə, Babayev Nizami, Məmmədov İlyas, Əliyev Fərhad, Tahirov Uluğbəy, Əhmədov Elçin, Sadıxov Allahverən, Nağıyev Zahid, Həbiyev Əhli, Əsgərov Zahid, Quliyev Şakir və s. şikayətçilər ədalətsizliklə üzləşdiklərini qeyd edərək, ölkə başçısından kömək istəyirlər. Onlar qeyd edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 262 saylı, 11.06.2007-ci tarixli sərəncamında bu işlərin yerinə yetirilməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Lakin sözügedən qurum bu işin “nəzərdə tutulan müddət ərzində öhdəsindən gəlmədiyinə” gərə, bu tədbirlərin görülməsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 saylı, 10.06.2013-ci tarixli, heç bir hüquqi əsası olmayan sərəncamı ilə şəxsən Xətainin icra başçısı Razim Məmmədova həvalə edilir. O gündən bu yana qəsəbə sakinlərinin qara günləri başlayır:

“Maliyyə Nazirliyinin tövsiyəsi ilə (Xətai RİH-nin təqdim etdiyi sənədlərə istinadən) müstəqil qiymətləndirmə şirkərti olan “ƏQD” MMC-nin 53/M saylı 24 fevral 2017-ci il tarixli məktubunda AR 987-IIIQ saylı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3 , 56.1.2 , 58.3, 66.4.4 maddələrinə və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3. bəndinə əsasən, 20 % əlavə haqq ödənilmək şərti ilə yaşayış evlərimizin köməkçi sahəsinin 1 kv.m. (dəhliz, mətbəx, sanitar qovşağı) - 750 manat, yaşayış sahəsinin 1 kv.m. (qonaq otağı , yataq otaqları) - 1000 manat, həyət tikililərinin 1 kv.m. üçün 50-350 manat dəyərində qiymətləndirilmişdir. Qeyd edilmiş qiymətlərdən 20% əlavə haqq ödənişini çıxsaq, evlərimizin 1 kv.m sahəsinin dəyəri 625 manat və 833 manat təşkil edəcəkdir.

“Üstü bəzək, altı təzək” layihə...

Bu qiymətlərlə razı olmayan sakinlər təhdidlərə məruz qalır. Nə ev sahibinin razılığı, nə də məhkəmə qərarı olmadan evləri sökülür. Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin tamahkarlığı üzündən dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənilib. Buna görə, layihənin başlanmasından 15 il keçsə də əsaslı tikinti aparılan ərazidə hələ də fərdi yaşayış evləri qalmaqdadır. Ərazidə mövcud olan bərbad ekoloji və sanitar-epidimioloji durum, burada yaşayan sakinlərin sağlamlıqlarına ciddi ziyan vurur. Qəsəbədə müasir mehmanxanalar, ofis və yaşayış binaları və məktəblər tikilsə də neft məhsulları ilə çirklənmiş torpaq qatı təmizlənməmiş olaraq qalır.

Yol infrastrukturunun olmaması sakinlərin təcili tibbi və yanğınsöndürmə xidmətindən məhrum edib. Necə deyərlər, üstü bəzək, altı təzək.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 2013-cü il 07 mart tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Teniki təlimat”ın 2.19 və 2.30 maddələrində kompensasiyanın məbləği hesablanarkən fərdi yaşayış evləri yalnız çöldən götürülmüş ölçülərə görə hesablanması nəzərdə tutulsa da, evlərimizin sahəsi içəri ölçülərlə hesablanır.

Beş il əvvəl Razılaşma müqaviləsinə imza ataraq, evləri tam və ya qismən sökülən sakinlər ayrılan vəsaiti hələ də ala bilmirlər. İllərdir kirayədə qalmaq məcburiyyətindədirlər. Sakinlər dəfələrlə Xətai RİH-nə artıq təsir müddəti keçmiş “Razılaşma müqaviləsi”nin ləğv edilməsinə görə müaciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Halbuki, həmin müqavilələriin bildiriş verilən gündən 2 ay təsir müddəti var.

Xətai RİH-nin məmurları razı olmayan sakinlərlə mübahisəli məsələləri sivil qaydada, hüquqi müstəvidə həll etmək əvəzinə, heç bir rəsmi sənəd (bildiriş, hesabat) təqdim etmədən, nə ev sahibinin razılığı haqqında bir sənəd, nə də məhkəmə qərarı olmadan, polis əməkdaşlarının iştirakı ilə ağır texnika vasitəsi ilə evlərimizi sökürlər. Evdəki əşyalar MİS-nin əməkdaşları tərəfindən əvvəlcədən kirayələnmiş evə daşınır. Evdə olan daşınar əmlakların qorunmasına görə heç kim məsuliyyət daşımır. Polis əməkdaşları bir dövlət nümayəndəsi kimi, ev sahibinin mülkiyyət toxunulmazlığını qorumaq əvəzinə, məmurların qanunsuz hərəkətlərinə rəvac verir. Videoçəkiliş aparmağa icazə verilmir. Çəkilən videomaterialları telefonu zorla alaraq sildirilir. Əgər belə tədbirlər qanunidirsə, nəyə görə videoçəkilişə icazə verilmir?

10.02.2021-ci il tarixində Nağıyev Zahid Həsən oğluna məxsus fərdi yaşayış evi tam, Həsənov Altay Ümidvar oğluna məxsus fərdi yaşayış evi qismən, bir il sonra isə Birinci Qarabağ müharibəsi qazisi Həbiyev Əhli Həbibulla oğluna məxsus evi tam, onların razılığı olmadan, Xətai RİH-nin başçısının birinci müavini Etibar Əhmədov göstərişi ilə, heç bir hüquqi sənəd təqdim etmədən ağır texnika vasitəsi ilə sökülmüşdür.

Heç bir razılaşma müqaviləsi olmadan, ərazidə mövcud orta bazar qiymətinə uyğun olmayan, bu səbəbdən ev sahibini qane etməyən pul vəsaiti onun adına Banka köçürülür. Xəbərdarlıq etmədən ev sahibləri evdə olmadığı vaxt ağır texnika ilə giriş qapısı sökülür. Evin içindəki əşyalar zorla MİS-nin işçiləri tərəfindən əvvəlcədən kirayə olunmuş evə daşınır, bundan sonra ağır texnika ilə ev sökülür.

Əvvəl evi sökür, sonra kompensasiya almağa məcbur edirlər...

Naqıyev Zahid Hasən oğluna məxsus fərdi yaşayış evinin tam hüquqlu (kupçalı) olmasına rəğmən, Xətai RİH 37-ci Polis Bölməsinə bu tikilinin qeyri-qanuni olması barədə yalan məlumat vermişdir. Naəlac qalan Nağıyev Zahid Həsən oğlu onun mülkiyyətinə dəyən ziyana görə, onu qane etməyən məbləği götürmək məcburiyyətində qalmışdır. Əvvəl evi söküb, sonra isə onu qane etməyən kompensasiyanı götürməyə məcbur etmək, vətəndaşı təhdid edib, mülkiyyət hüququnu pozmaq deməkdir.

Eyni zamanda, Xətai RİH başçısının birinci müavini Etbar Əhmədovun göstərişi ilə digər qonşumuz Həsənov Altay Ümidvar oğlunun fərdi yaşayış evi qismən dağıdılmışdır.

Xətai RİH-nin rəhər şəxsləri tərəfindən AR Konstitusiyasının 13 və 29-cu maddələri, AR Mənzil Məcəlləsinin 5-ci maddəsi kobudcasına pozulmuşdur. Bu səbəbdən Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov, 66 saylı MİS rəisi Fizuli Ələsgərov və 101 saylı MİS rəisi İsmayıl Ələkbərov tərəfindən edilən hərəkətlər AR Cinayət Məcəlləsinin 186.3-cü maddəsi üzrə cinayət tərkibli olsa da, bu günə qədər heç bir məmura qarşı hansısa tədbir görülməmişdir. Biz, sakinlər bunu Xətai RİH-nin hüquq-mühafizə orqanlarına qarşı göstərilən təzyiqin nəticəsi kimi qiymətləndiririk.

Biz Xətai Rayon İcra Hakimiyyətinin özbaşnalığına dair tədbirlərin görülması barədə Prezidentə, Birinci vitse-prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Baş Prokurorluğa, DİN-ə, İnsan Hüquqları üzrə Müvəkkilə dəfələrlə müraciət etmişik. Bütün müraciətlər, barəsində şikayət etdiyimiz Xətai RİH-ə yönəldirilir. Belə ki, şikayət məktublarında qeyd etdiyimiz məsələni araşdırıb, ölkə qanunlarına müvafiq, bir üst qurum kimi göstəriş vermək əvəzinə, məsələnin həll edib, nəticəsi barəsində şikayətçilərə və üst qurumlara məlumat verilməsini üçün məktublar Xətai RİH göndərilir. Bu isə böyük məntiqsizlikdir”.

8 il ərzində qiymətlər 2,5 dəfə artsa da...

Şikayətçilər onu da qeyd edir ki, 8 il ərzində qiymətlər 2,5 dəfə artsa da, bu məsələ rəsmi qurumlar tərəfindən nəzərə alınmır: “Nəzərinizə çatdırmaq istəyirik ki, 8 il ərzində “Ağ Şəhər”də təmirsiz mənzillərin dəyəri 800 manatdan 2000 manata qədər yüksəlsə də, bu dövr ərzində bizə verilən kompensasiyanın məbləği, əksinə, azalmışdır. Aylar keçir, illər ötür, amma Xətai RİH nə bu məsələni həll edir, nə də bizə bir dürüst cavab verir. Əvəzinə isə Xətai RİH əməkdaşları Bakı “Ağ Şəhər”in dövlət layihəsi olduğunu bəhanə gətirərək, verilən kompensasiya ilə razılaşıb, bizi ağır texnika ilə təhdid edərək, qeyd-şərtsiz evlərimizi tərk etməyə məcbur edirlər. Sakinlər tərəfindən çoxsaylı şikayətlərdən sonra Xətai RİH-nin başçısı Razim Məmmədov tutduğu vəzifəsindən azad olundu. Biz düşünürdük ki, bundan sonra problemimizin həllində bir ümid yeri yaranar. Lakin Rafiq Quliyev Xətai RİH-nin yeni başçısı təyin olunsa da, heç nə dəyişməyib. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

Yenə də həmin qiymətlər, təhdidlər, şikayətlərimizə etinasızlıq. Sakinlərin razılığı, məhkəmə qərarı olmadan evləri sökülsə də, saxta sənədlərlə bu qanunsuz əməllər ört-basdır edilir. Bu məsələdə Xətai RİH rəhbərliyinin özbaşnalığı və yuxarı dövlət qurumlarının etinasızlığı sakinlərdə prezidentə, dövlətçiliyimizə, qanunlarımıza inamsızlıq yaradır. Burada yaşayan sakinlər “ölkədə bizim heç kim olduğumuzu”, qanunların işləmədiyini deyirlər.

Sanki “Ağ Şəhər” AR qanunlarının şamil edilmədiyi bir ərazidir. Burada “ADEC” Azərbaycan İnkişaf Şirkətinin və Xətai RİH-nin tədbiq etdiyi “qanunlar” işləyir.

Dəfələrlə prezident bütün məmurların xalqa xidmət etməli olduğunu bəyan etsə də, biz məmurlar tərəfindən xidmət yox, təhdid, mülkiyyət və vətəndaş hüquqlarımızın pozulduğunu, davamlı məmur özbaşnalığı və bu qanunsuz əməllərə qarşı hüquq-mühafizə orqanlarının biganəliyini və etinasızlığını görürük.

Biz belə düşünürük ki, Bakı, “Ağ Şəhər”də sakinlərə qarşı təhdidlərin və mülkiyyət hüquqlarımızın kobud şəkildə taplandalanması ilə əlaqədar baş verən qanun pozuntularının dövlət qurumları tərəfindən ört-basdır edilməsi, prezidentin təşəbbüsü ilə həyata keçirilən bu layihə barədə hər hansı neqativ informasiyanın yayılmamasından irəli gəlir. Bu layihənin bir hökümət layihəsi olmasını bəhanə gətirərək, verilən kompensasiya ilə razı olmadığımız təqdirdə, “hökümətlə hökümətlik edəcəksiniz?” kimi alçaldıcı ifadələrlə bizi təhqir edirlər. Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov deyir ki, “biz sizin evinizi sökək, sonra siz məni verin məhkəməyə”. Hal-hazırda “Ağ Şəhər”də durumu belə təsəvvür etmək olar: Cəbhənin bir tərəfindən bütün dövlət qurumları, o biri tərəfində isə öz mülkiyyətləri müdafiə edən sakinlər dayanıb”.

(Ardı var) //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu təhsil işçilərinə fəxri ad verildi


Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:

Kərimov Nazim Baxış oğlu

Qarayev Fuad Abdurahman oğlu

Quliyev Rafiq Meyxoş oğlu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz Dövlət Sosial-İqtisadi Kollecində BAZAR AÇIBLAR - İTTİHAM VAR!


"DogruXeber.az" informasiya portalının elektron ünvanına İnci Məmmədova adlı xanım tərəfində Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov barəsində maraqlı məlumatlar göndərilmişdir.
Məlumatda deyilir:

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov iş yerində tapılmır.

Qeyd etdiyimiz kimi, Kollecin direktoru Rizvan Qəmbərov Sosial-kollecin direktoru olmasına baxmayaraq, adı çəkilən şəxsi iş yerində tapmaq qeyri mümkündür.
Kollecin maddi texniki bazası sıfır dərəcəsindədir, maliyyə pozuntusundan tutmuş, özbaşınalıqlar pikk həddə çatıbdır.

Əldə etdiyimiz faktlara görə, işə gəlmiyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovadadır, oda hər ay Kapital Bankın hesabından çıxardaraq rəhbərə çatdırılması qeyd olunur.

Bunu sübt etmək elə də çətin deyil, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Tofuz Dövlət Sosial- İqtisadi Kollecinin maliyyə vəsaitini yoxlasa və ya müəllimlərin, texniki işçilərin, tələbələrin siyahısını Kapital Bank vasitəsi ilə əldə etsələr yazılanlar onda öz təsdiqini tapar.

Son bir neçə gündə valideyinlər direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmədiklərindən gileylənirlər. Valideyinlər iddia edirlər ki, Kollecin direktoruna sözümüz olduğundan dəfələrlə günün müxtəlif vaxtlarında kollecə davamlı gəlsəkdə, rəhbəri iş otağıda tapa bilmirik.

Direktorun katibəsi bildirir ki, Rizvan Qəmbərov, müavin Nuranə Ələkbərovaya həvalə edibdir, bu şəxsdə valideyinlərin deyilənlərinə görə Nuranə Ələkbərova bildirir ki, Rizvan müəllim burda "MAKETDİR" mən bütün işləri həlledirəm.

Digər mənbələrdən əldə etdiyimizə görə həqiqətəndə, direktor müavini Nuranə Ələkbərova, Tovuz Dövlət Sosial- İqtisadi Kollecini istədiyi kimi idarə edir.
Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq təhsil müəssisəsinə rəhbərlik edən şəxslərində, idarəçiliyi də qənaətbəxş olmayıb.

Amma yenə də, indiki rəhbərdən müsbət cəhədləri, müəllim və tələbələri qane edibdir.

Təhsil Nazirliyi Rizvan Qəmbərovu yeni rəhbər təyin edəndə çox böyük ümidlərlə, kollecin inkişafında müstəsnas xidmətləri olduğunu tərəvvür edirdilər.
Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini bir qədər də bərbad vəziyyətə saldı."
İnci Məmmədova

Məlumatda adı çəkiilən tərəflərin də müvqeyini dinləməyə və dərc etməyə hazırıq. //"DogruXeber.az"//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmur Fuad Həziyevin şərab zavodu ORTAYA ÇIXDI... - VİDEO


Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, kim çirkin əməllər arxasınca gedəcəksə, layiqli cəzasını alacaq. Budur, deyilənlərdən nəticə çıxarmayanlar bir-birinin ardınca ifşa olunur, cəzalandırılır. Bu baxımdan, hazırda müşahidə etdiyimiz proseslər heç kəsi təəccübləndirməməlidir. Nə baş verirsə, cənab Prezidentin prinsiplərinə mütənasibdir!

Dövlət vəsaitlərini mənimsəyən, rəhbərlik etdiyi qurumu korrupsiya və rüşvət yuvasına çevirənlərin həbs olunması, heç şübhəsiz ki, Ölkə başçısının bu məsələdə nə qədər prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirir.Ancaq buna baxmayaraq bəzi ”məmurlar” öz çirkin əməllərindən hələdə əl çəkmirlər. Hazırda ölkədə unun qiyməti az qala qızıl qiymətinə olduğu halda undan spirt çəkən işbazlar barədə mətbuatda mütəmadi olaraq, məlumatlar yayımlamışıq. Elə, həmin zavodlardan birinin hazırda fəaliyyət göstərdiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin sakinləri zavodun hər gecə havaya buraxdığı İfunətli tüstüdən şikayətçidirlər. Odur ki, onların şikayəti əsasında çəkliş qrupumuzla birlikdə həmin kəndə yollandıq. Doğrusu, kəndə girər-girməz sakinlərin şikayətçi olduqları vəziyyətin canlı şahidi olduğumuz üçün, onların nə qədər haqlı olduğunu anlatmaq heç də çətin olmadı.

Kənd sakinləri deyir, – “Adətən gecə saatlarında qıcqırdılmış undan şərab çəkirlər və zavodun borularından çıxan tüstünün qoxusundan evimizdə nəfəs ala bilmirik. Çox bərbad hədsiz dərəcədə İfunətli qoxu bürüyür hər tərəfi. Bunun barəsində heç bir tədbir görən yoxdur. Sizdən çox xahiş edirik ki, bizim səsimizi ölkə Prezidenti cənab İlham Əliyevə çatdırın. Artıq dözülməz hala gəlmişik.” Biz məsələ ilə bağlı şərab zavodunun müdiri Qorxmaz müəllimlə əlaqə saxlayıb, fikirlərini öyrənməyə cəhd etdik. Lakin, o, “Mən başqa rayondayam bu barədə, heç bir məlumat verə bilmərəm deyib telefonu söndürdü. Yeri gəlmişkən, onu da qeyd edək ki, zavod işçisi də zavodun anbarlarında tonlarla unun olmasını əməkdaşlarımıza təsdiqləyib. Məlumat üçün bildirək ki, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki şərab zavod rəsmi olaraq, SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin həyat yoldaşı Aytən Telman qızı Əzizovanın adınadır.

Aldığımız məlumata görə,həmin zavod da hazırlanan spirtli içkilər SOCAR-ın tabeliyində olan dənizdəki neft estakadalarına da göndərilir.

Nəzərinizə çatdıraq ki, Fuad Həziyev ölkənin spirtli içkilər biznesinin əsas sahiblərindən biri hesab olunur. Bundan əlavə, 2013-cü ildən F.Həziyevin həyat yoldaşı Aytən Telman qızı Əzizovanın təsisçi və direktoru olduğu İsmayıllı rayonundakı Kürdmaşı şərab zavodu da ölkənin alkoqol biznesində mühüm paya sahibdir. Müvafiq qurumlar il ərzində bu nəhəng şərab zavodunda neçə yüz min ton unun israf edildiyini və burda hazırlanan spirtli işkilər Fuad Həziyevin Bakıdakı “Bakıspirt” zavoduna daşınaraq, nə qədər spirtli işkilərin çəkildiyini müəyyənləşdirə bilər.

Qanunla.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda restoranda inanılmaz olay: Toy sahibləri kütləvi şəkildə aldadıldı - Administrator tutuldu


Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən "Mala Praga" restoranında toy sahiblərini aldadaraq, onlardan külli miqdarda vəsait toplayıb, şəxsi işlərinə xərcləyən administratorla bağlı məhkəmə qərar verib.

Ədalət Həsənov (soyadı şərtidir) 2018-ci ilin mart ayından "Mala Praga" restoranında administrator kimi işləyib. Həmin restoranda banket və toy məclisləri təşkil edib.

O, restoranda toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxsləri aldadaraq, 2022-ci ilin müxtəlif vaxtlarında onların toy və nişan mərasimlərinin keçirilməsi vaxtını təyin edib, aldığı pulları restorana ödəməyərək, şəxsi işlərinə xərcləyib.

Maddi imkanı yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayından başlayaraq restorana gəlib toy və banket şənlikləri danışmaq istəyən şəxslərlə ünsiyyətdə olub, sonradan müştərilərlə özü gizlin şəkildə telefon əlaqəsi yaradaraq, həmin şəxslər üçün restoran rəhbərliyinin xəbəri olmadan endirim edib, əvvəlcədən beh vermələrini razılaşdırıb, aldığı pulun az qismini restoranın kitabçasında beh kimi yazdırıb, qalanını özü üçün götürüb.


O, zərərçəkmişlərdən - Yusif Babayevdən ümumilikdə 6010, İsuliddin adlı şəxsdən 5000, Nərmin və Ədalət adlı şəxslərdən 3000, Teymur adlı vətəndaşdan 1700, qohumu Günel Məmmədliyə toy etmək üçün zərərçəkmişdən 15000 manat və digər şəxslərdən külli miqdarda vəsait alıb.

Məhkəmədə zərərçəkmiş şəxslər toy ərəfəsində keçirdikləri sarsıntıya görə təqsirləndirilən şəxslə barışmadıqlarını və onun cəzalandırılmasını tələb etdiklərini bildiriblər.

Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrli ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilib.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 ay əvvəl 2 şirkət yaradıb 64 minlik tenderi uddu – Bu dəfə Pirallahıda...

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) qalibləri "Regıon-LD.2022” MMC (VÖEN-1805932851) və “Bugat-N.P” MMC (VÖEN – 1805932981) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Regıon-LD.2022” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatına 39 min 451 manat dəyərində nəqliyyat vasitələri üçün ehtiyat hissələri, “Bugat-N.P” MMC isə 24 min 871 manat 40 qəpik dəyərində sanitariya-gigiyena malları satacaq.

Məlumat üçün bildirək ki, hər 2 tender müsabiqəsi 16.09.2022-ci il tarixində elan olunub. Qalib gələn hər 2 şirkət cəmi 2 ay əvvəl eyni gündə – 22.07.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Maraqlıdır ki, hər 2 şirkət eyni ünvanda (Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev pr., ev 35, m. 17), eyni nizamnamə kapitalı ilə (20 manat) dövlət qeydiyyatına alınıblar. Hər 2 MMC-nin qanuni təmsilçisi də eyni şəxs – Piriyev Nurbala Ali oğlu olub.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.(Yeniavaz.com)
2 ay əvvəl 2 şirkət yaradıb 64 minlik tenderi uddu – Bu dəfə Pirallahıda...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ağ şəhər”i qaraldan İdris Əliyevin qardaşının torpaq dələduzluğu - İTTİHAM VAR!


Bir neçə gün öncə “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev və onun qardaşı Şəmsi əliyevin fəaliyyəti haqda “İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri:generala güvənirlər?” başlıqlı yazı dərc etmişdik. Yazıda “Ağ şəhər”də böyük tikinti işləri görən İ.Əliyevin hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildirdiyini, qardaşı Şəmsi Əliyevin də adının tikinti biznesində və torpaq biznesində hallandığını qeyd etmişdik. Təhsil Nazirliyi yaxınlığında hündürmərtəbəli binanın tikintisini həyata keçirən Ş.Əliyevin Biləcəri qəsəbəsində 48 sot torpaq sahəsini hissə hissə olmaqla bir payı bir neçə əfərə satması haqda məlumatlar var. İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə zərərçəkmişlər artıq hüquq mühafizə orqanlarına müraciət ediblər.
Məsələnin təfərrüatı isə ondan ibarətdir ki,2006-cı ildə Quliyeva Şölə Kamil qızı və qardaşı Quliyev Elnur Kamil oğlu Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığında bələdiyyə sənədi əsasında Əliyev Şəmsi Səməd oğlundan hər birinin adına ayrılıqda 6 sot, ümumilikdə isə 12 sot torpaq sahəsi alır. Bunun müqabilində Əliyev Şəmsi Səməd oğluna 72000 (yetmiş iki min) manat məbləğində pul ödənilir. Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 38 və 39 saylı 14 aprel 2010-cu il tarixli qərarları ilə torpaq sahələrinin alıcıların adına olması və onların istifadə hüququnda olduğunu təsdiq edilir.
Torpaq alqı satqısı zamanı Əliyev Şəmsi sata biləcəyi ümumi hasarlanmış 48 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hissə-hissə, yəni hər hissəsi 6 sot olmaqla satacağını bildirib. Ötən illər ərzində Quliyevlər həmin torpaq sahəsində ev tikmək və abadlıq işləri görmək imkanında olmadığından torpaq sahəsində heç bir iş aparmayıblar. Lakin 2021-ci ilin ortalarında həmin torpaq sahəsinin olduğu yerə baxış keçirdikdə onların aldığı ərazilərdə yaşayış sahələrinin, evlərin olduğu müşahidə edilir. Bununla bağlı şikayətçilərin cumhuriyyet.az-a ünvanladığı məktubda deyilir:”İlk öncə öz torpağımızı hasarlamadığımıza görə başqa şəxslərin bu torpaqları sahibsiz sanaraq qanunsuz şəkildə məskunlaşdığını düşündük. Sonra isə Əliyev Şəmsinin satdığı 48 sot torpaq sahəsinin içərisində yaşayan hər kəsin öz torpaqlarını Əliyev Şəmsidən aldığını, burada qanuni şəkildə məskunlaşdığını öyrəndik. Belə ki, burada yaşayış sahəsi olan hər kəsin torpaq sahələrinin sənədi var. Bizim adımıza olan torpaq sahələrinin də yerində yaşayış sahələri tikib məskunlaşan şəxslər də bu torpaqları bizim kimi Əliyev Şəmsidən aldıqlarını bildirdilər və öz sənədlərini də bizə göstərdilər. Bu isə Əliyev Şəmsinin bir torpaq sahəsinin birdən çox şəxsə satması deməkdir.
Bu açıqcasına bizim öz torpağımızdan, mülkiyyətimizdən istifadə hüququmuzun pozulması deməkdir. Bu da mülkiyyət hüququnun özünün kobudcasına pozulmasıdır. Əliyev Şəmsi bizim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə bizi və digər şəxsləri aldatmış, bir torpaq sahəsini birdən çox şəxsə satmışdır. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayət əməlinin hallarına aid edilir. Əliyev Şəmsi Səməd oğlu bizə aid olan əmlak hüquqlarını ələ keçirmiş və bizi aldadaraq bizə məxsus olan torpaq sahəsini başqa şəxslərə də satmışdır”
Şikayətçilərin sözlərinə görə baş verənlərlə bağlı Əliyev Şəmsi Səməd oğluna dedikdə isə o güya bunlardan xəbərdar olmadığını və bütün bunları başqasının etdiyini demişdir. Bununla da ona torpaq sahəsinə görə ödənilən pulu qaytarmaqdan boyun qaçırmışdır. Ş.Əliyevin bu vaxta qədər cəzasız qalmasının səbəbi kimi “Ağ şəhər”də ciddi tikinti işləri aparan qardaşı İdris Əliyev və onun himayədarı olan generalın adı hallanır. Bu barədə növbəti yazımızda //cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Kərimov YENƏ DƏ İŞ BAŞINDADIR... - NAZİRİN NƏZƏRİNƏ...


"Azərbaycan Reallığı"na müraicət edən vətəndaşın iddiasına görə Lerik dağlarındakı meşə nazir müavini Vüqar Kərimovun tapşırıq ilə Elşad Şükürov tərəfində hərraca çıxarılaraq qanunsuz şəkildə ağacları kəsilir.

Bununla bağlı bütün aidiyyəti orqanlara müraciət eləsələr də heç bir nəticə yoxdur. Əvəzində ağaclar qırılır, izləri isə yox edilir. Vətəndaş ölkə başçısına müraciət edərək meşə soyqırımına son qoymağa çağırış edir.

Adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir general sərəncama götürüldü, ikisini yerinə rəis əvəzi təyin edildi - ADLAR


Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov iki generalın yerinə müavinlərini rəis əvəzi təyin edib.

DİA.AZ xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şahin Bağırov oktyabrın 1-də səhhəti ilə əlaqədar uzun müddətdir işə çıxmayan Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlunun sərəncama götürülməsi barədə əmr imzalayıb.

Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini, polkovnik Sabir İsmayılov Xidmətə rəis əvəzi təyin olunub.

Şahin Bağırov digər əmrlə Mübariz Mustafayevi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinə rəis əvəzi təyin edib.

Qeyd edək ki, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi, general-mayor Bəhruz Quliyev bu ilin avqust ayında DGK-nın sədr müavini təyin edilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO