[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş Qərargah rəisi Tiflisdə şəhid ailələri ilə görüşdü


Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Azərbaycan səfirliyində olub.

Səfir Faiq Quliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisinə səfirliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və gördüyü işlər barədə məlumat verib.

Sonra general-polkovnik Kərim Vəliyev səfirliyin binasında Gürcüstanda olan şəhid ailələrinin üzvləri ilə görüşüb.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev çıxış edərək Gürcüstanda yaşayan soydaşlarımızın Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan dövlətinə göstərdiyi dəstək və yardımlardan söz açıb. Gürcüstandan olan 22 soydaşımızın şəhid olduğunu diqqətə çatdırıb. Bildirib ki, səfirlik Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid ailələrinin qayğıları ilə maraqlanır, onların problemlərinin həllinə çalışır. Diplomat Gürcüstandan olan şəhidlərimizlə bağlı sənədli filmin çəkildiyini diqqətə çatdırıb, şəhidlərlə bağlı kitab hazırlandığını vurğulayıb.

Onun sözlərinə görə, dövlətimiz harada yaşamasından asılı olmayaraq bütün şəhid və qazi ailələrinə diqqət və qayğı göstərir. Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin təşəbbüsü ilə reallaşan bu görüş də məhz həmin siyasətin, diqqət və qayğının bariz nümunəsidir.

General-polkovnik Kərim Vəliyev Gürcüstandan olan bəzi şəhidlərlə, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevlə bağlı xatirələrini bölüşüb. Baş qərargah rəisi Gürcüstandan olan soydaşlarımızın Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdiklərini və heç bir şəhidin diqqətdən kənarda qalmadığını qeyd edib.

Bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi də Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərir.

Sentyabrın 27-də keçirilən Anım Günündə nazirliyin rəhbər heyəti Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla anıblar. Bu görüşün məqsədi isə Gürcüstanda olan şəhid ailələrinin qayğıları ilə maraqlanmaq, onların problemlərinin həllinə yardım göstərməkdir.

Görüşdə iştirak edən şəhidlərin valideynləri, qohumları və yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonra şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Ordusu atəşkəsi pozub? - MN


Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - müdafiə qurumundan bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt-Bakı qatarlarının biri niyə ləğv edildi?


Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı həmin istiqamətə yönləndirilib.

Bu barədə Report-un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilərkən bildirilib.

Qeyd olunub ki, sentyabrın 15-27-də Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. Biri isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır.

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq yeni qatarların alınması istiqamətində işlər aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran prezidenti bu gün xalqa müraciətlə çıxış edəcək


İran prezidenti İbrahim Rəisi Məhsa Əmininin qətlindən sonra baş verən iğtişaşlarla bağlı bu gün xalqa müraciət edəcək.

İran prezidenti xalq qarşısında çıxış edəcək.

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məhsa Əmini hicabı səhv taxdığı üçün polis tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Bunun ardınca kütləvi aksiyalar başlayıb, qadınlar nümayişkaranə şəkildə hicablarını yandırmağa, saçlarını kəsdirməyə başlayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Kəlbəcəri atəşə tutdu: Hərbçimiz yaralandı


Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Nazirlikdən verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda snayperlərə qəti göstəriş verildi: “Dərhal vurun!!


İranda etirazçıları güllələyən snayperçilərə qəti göstəriş verilib: “Dərhal vurun!!

Kərəc şəhərinin Məlard qəsəbəsində baş tutan kütləvi etirazları dağıdan xüsusi təyinatlı qüvvələrin komandanı insanları vahiməyə salmaq üçün küçələri gəzərək səsgücləndirici ilə snayperçilərə ciddi göstəriş verib: “Kim evdən çölə çıxarsa, dərhal vurun!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstan XİN-dən Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı BƏYANAT


Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb.

"Unikal" gürcü mətbuatına istinadən xəbər verir ki, bəyanatda Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə gəlişindən və Suxumidə işğalçı rejiminin nümayəndələri ilə görüşündən dərin narahatlıq ifadə olunub.Qeyd olunub ki, Belarus Prezidentinin səfəri Gürcüstanın dövlət sərhədinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və XİN bu səfəri pisləyir.

“Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan bu cür hərəkətlərə yol verməməyə çağırırıq”, - deyə XİN-in bəyanatında bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rus ordusu Odessanı ələ keçirə bilər?


Rusların Odessanı tutmaq şansı yoxdur.

Bunu Odessa Regional Hərbi Administrasiyasının rəhbərinin sözçüsü Sergey Bratçuk deyib.

“Biz strategiyamızı başa düşürük. Başa düşürük ki, biz dövlətin dəniz qapısıyıq. Müdafiə sistemi hər gün təkmilləşir. Fevralın 24-dən elə nizamlanıb ki, nə qurudan, nə də dənizdən bir düşmən də bura soxulmasın”, - Bratçuk qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə zəncirvari qəza: yaralılar var


Şəmkir rayonunun Çinarlı qəsəbəsində bir neçə avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Axar.az Report-a istinadən xəbər verir ki, xəsarət alanlar - 2003-cü il təvəllüdlü R.Məmmədəliyev, 1989-cu il təvəllüdlü Q.Hüseynov, 1994-cü il təvəllüdlü O.Quliyev, 1992-ci il təvəllüdlü V.Rüstəmli və 1996-cı il təvəllüdlü R.Haqverdiyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO