[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-də Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçatryan: "Qarabağ onlar üçün artıq Ermənistan deyil"


“Hökumət partizan kimi susur”.

Bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan öz Facebook səhifəsində yazıb.

“Hakimiyyət susur, partizan kimi… Mən bu il avqustun 8-də hökumətə yazılı sorğu göndərərək Laçın dəhlizi ilə bağlı rəsmi məlumat və mövqe istədim.

Hökumət “Deputatlıq fəaliyyətinin təminatları haqqında” Ermənistan qanununu kobud şəkildə pozaraq, mənim yazılı müraciətimə cavab vermədi.

Ona görə də güman edirəm ki, Paşinyan noyabrda imza atdığını necə həyata keçirəcəyini anlamadan nəyəsə imza atıb.

Yaxşı, cəhənnəm olsun, deyək ki, başa düşmədi, amma ona xəbər verilməyibmi ki, Azərbaycan bir ilə yaxındır ki, yol çəkir?

Bundan sonra nə olacağını düşünmürdü? İl ərzində mövcud hakimiyyətin bu cinayət hərəkətsizliyi onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Qarabağ və Ermənistan arasında əlaqədə maraqlı deyil, Ermənistan hakimiyyəti Qarabağın təhlükəsizliyini təmin etmək öhdəliyindən imtina edib.

Qarabağ onlar üçün artıq Ermənistan deyil”, – deyə Xaçatryan bildirib.

AMİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR

İstifadəçilər “Bakcell”in fəaliyyətini sərt tənqid ediblər.

Millitv.az AMİA.AZ a istinadən xəbər verir ki , istifadəçilər saat 19:00-dan sonra adıçəkilən mobil operatorun saatlıq internet paketindən istifadə edə bilmədiklərini deyirlər. Müştərilər "Mənim saatım" paketinin gün ərzində 1 dəfə verilməyindən, həm də sürətindən narazı qaldıqlarını bildirirlər.
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR
İstifadəçilər “Bakcell”i SƏRT TƏNQİD ETDİ: Bu səbəblərə görə - FOTOLAR


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olundu - FOTO


Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.

Məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.

Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlanıb.

İdarədən bildirilib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub:

"Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər”.Oxu.az
Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olundu - FOTO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elşən Cəbrayılovun qanunsuz əməlləri: - "Hakim əsaslı səbəb göstərmədən vəsatəti qəbul etmədi"


Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda suçlanaraq həbs edildikdən sonra 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişən Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun həyat yoldaşı və hüquqi varisi Aidə Cəbrayılova və zərərçəkmiş bir neçə şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin ittiham aktında sübutların qiymətləndirilməsi aktının Elşən Cəbrayılova aid olan hissəsinin ləğv olunması tələbinə dair məhkəmə prosesi baş tutub.

DİA.AZ Yenicag.az-a istinadla xəbər verir ki, zərərçəkənlərdən biri məhkəmə prosesində çıxışı zamanı Elşən Cəbrayılovun qanunsuz əməllərindən danışıb.

O bildirib ki, Elşən Cəbrayılov bir sıra şəxslərə qardaşının göstərişi ilə daşınmaz əmlak alqı-satqısı barədə özünün imzası və möhürü ilə təsdiqlədiyi müqavilələr, həmin əmlakların dəyərinin ödənilməsi barədə imzalayıb möhürü ilə təsdiq etdiyi maliyyə arayışları verir və sonradan həmin müqavilə və arayışların əslini geri almadan həmin əmlakları təkrar başqasına satır və bu zaman qardaşı Rafael Cəbrayılovun cinayət törətməsindən xəbəri olmur. Müstəntiq Ceyhun Rzayevin bu quraması ən azından vəzifə saxtakarlığı, sübutları saxtalaşdırmasının bariz nümunəsidir.

DİA.AZ-ın məlumatılna görə, məhkəmə prosesi bitəndən sonra Yenicag.az-a açıqlama verən vəkil Kamandar Nəsibov bildirib ki, şikayət təmin olunmayıb və bu, məhkəmə prosesinin ilk dəqiqəsindən məlum idi:

“Tərəfimdən iş materiallarının tələb olunması ilə bağlı vəsatət verildi. Lakin hakim bu vəsatətimi qəbul etmədi və əsaslı səbəb göstərmədi. İş materialları olmadan ədalətli qərar vermək mümkün deyil”.

Qeyd edək ki, bir neçə gün öncə mərhum Rafael Cəbrayılovun həyat yoldaşı Aidə Cəbrayılova bildirib ki, mərhum həyat yoldaşı müxtəlif dələduzluq əməllərində və çox sayda insana külli miqdarda zərər vurmaqda ittiham edilərək həbsə atılsa da, əslində, onun həbsinə səbəb olan əməlləri qardaşı Elşən Cəbrayılov törədib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin (KQMBİ) İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin Elşən Cəbrayılova himayədarlıq etdiyini bildirən Aidə Cəbrayılova vurğulayıb ki, bütün sənədlərdə Elşən Cəbrayılovun imza və möhürü olmasına baxmayaraq, nədənsə, bütün oxlar Rafael Cəbrayılova yönəldilib.

Bu, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun, o cümlədən, onun sələfi Sədrəddin Hacıyevin oğullarının müvafiq olaraq Baş KQMBİ-də işləmələri sayəsində Baş Prokurorluqla Binəqədi Rayon Məhkəməsi arasında Elşən Cəbrayılovu hüquqi məsuliyyətdən yayındırmaqla bağlı “centlmen sazişi”nin bağlanması qənaətini formalaşdırır.

Vəkil Kamandar Nəsibovun sözügedən açıqlamasını geniş şəkildə təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran sakinləri Prezidentdən kömək istədi - Başçının himayə etdiyi şirkət təbiəti məhv edir


Lənkəran rayonu, Təngivan kəndinin sakinləri icra başçısı Taleh Qaraşovdan şikayətçidir.
Bakupost.az xəbər verir ki, onlar bu barədə sosial mediada paylaşım ediblər.
Sakinlər bildirir ki, kəndin ortasından keçən Lənkəran çayının yatağı icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.
Təngivan sakinlərinin yaydığı videogörüntüdə bildirilir ki, çay yatağı darmadağın edilib: "Çay yatağının ətrafında olan yaşıllıqlar da ekskvator bura daxil olandan sonra məhv ediləcək. Şaiq Həsənovla Kamal Hüseynov əlbir olaraq böyük bir ərazini dağıdıblar. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Hətta bu vəziyyəti videogörüntüyə alaraq nazirliyə də göndərmişik. Şaiq Həsənov 2 km ərazidə çayı qazaraq Lerik rayonunun Piran kəndinə qədər gedib çıxıb. Çay yatağının ətrafında olan pay torpaqları da artıq sıradan çıxır. Hazırda həm yaşıllıqları, həm də meşələri məhv edirlər. Dövlət qurumları hara baxır? Dəfələrlə dövlət qurumlarına müraciət etsək də, bildiriblər ki, bizim Şaiq Həsənova gücümüz çatmır".

Sakinlərin sözlərinə görə, qanunları tapdalayan adıçəkilən “PROFCO” MMC məmurlar tərəfindən himayə olunur. Ona görə də sakinlərin yazdığı məktub ünvanına çatmır. Kənd sakinləri həmin videogörüntüdə məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər:
“Cənab Prezident, tək ümidimiz sizssiz. Bizi bu bəladan xilas edin. Xahiş edirik, bu məsələ ilə bağlı dərdimizə dərman olun. Aidiyyatıi qurumlara müraciət etsək də, bizi eşidən olmayıb. Tək ümidimiz sizssiz, bizə kömək edin”.
Bakupost.az məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu göndərib.
Baku Post
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin əmisi oğlunun 1 milyonluq torpağı ələ keçirildi - TƏFƏRRÜAT


Prezidentin əmisi oğlu İlqar Əliyevin 1 milyondan artıq dəyəri olan torpağı 40 min manata sənədləşdirilib. İlqar Əliyev bu əməli törədən keçmiş şəriki İlham Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Sənədləşmə işində İlqar Əliyevin imzasının saxtalaşdırılması ehtimal olunur.

İlqar Əliyev hüquq-mühafizə orqanlarına müraciətində qeyd edib ki, barəsində şikayət etdiyi Məmmədov İlham Almas oğlu ilə uzun illərdir iş ortağı kimi işgüzar və şəxsi münasibətləri olub. Amma sonradan onun qanunsuz əməllərinin qurbanı olub.

İlqar Əliyev daxili işlər nazirinə müraciətində yazır: “2022-ci ildə ortaq olduğumuz işlərdə İlham Məmmədovun pulları mənimsədiyi və digər ortağımız Şahbaz Şahbazova qarşı çoxsaylı cinayətlər törətməsi barədə həqiqətlər üzə çıxdı. Bundan sonra tərəfimdən ona həm öz adımdan, həm də təsisçisi olduğum və idarəçiliyini həyata keçirdiyim şirkətlərin idarəetməsində istifadə edilməsi üçün verilmiş etibarnamələri ləğv etdim. Bu zaman məlum oldu ki, İlham Məmmədov və yalan vədlər verərək aldatdığı oğlum Riyad Əliyev cinayət əməlləri törədiblər.

Belə ki, birgə əldə etdiyimiz və təsisçi olduğumuz “Azərrabitəİnşaat” ASC-nin təsisçisi olan MMC-lərin xərcləri guya mən və İlham Məmmədov tərəfindən çəkilməlidir. Mənim payıma düşən xərclərin ödənilməsini təmin etmək üçün Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən torpaq sahəsinin qiymətini qəsdən və qanunsuz şəkildə az göstəriblər. İlham Məmmədovun özü və Riyad Əliyevin adına rəsmiləşdirilməsi üçün həmin torpaq sahəsini 40000 manata satılmasını sənədləşdirərək ələ keçiriblər. Həmin torpaq sahəsinin təxmini bazar qiyməti 1 milyon manatdan artıqdır. İlham Məmmədov və Riyad Əliyev həmin torpaq sahəsini mənimsəmək üçün bu cür saxtakarlıq edərək ASC-nin təsisçisi kimi mənə məxsus əmlakı mənimsəyərək cinayət törədiblər”.

İlqar Əliyev tələb edir ki, həmin əmlakın ələ keçirilməsi prosesində iştirak edən digər şəxslər də məsuliyyətə cəlb olunsun.

Məlum olur ki, qeyd edilən torpaq sahəsinin “Azərrabitəİnşaat” ASC-nin yaranmış borcları qarşılığında qiymətləndirilməsi üçün ASC-də iclas keçirilib. Protokolda əvvəlcə qeyd edilir ki, iclasda İlqar Əliyevin nümayəndəsi iştirak edir. Amma protokolun sonunda İlqar Əliyevin özünün də iclasda iştirak etdiyi qeyd edilir.

Qeyd edək ki, bu mövzu ilə bağlı, məhkəmə çəkişmələri barədə Musavat.com saytında yazılar dərc edilib. //Müsavat.com//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?!" - NARAZILIQ!


Çin istehsalı olan avtomobillərinin Azərbaycanda satışı ilə məşğul olan “Sirena Motors” MMC-nin müştəriləri cüzi borc və gecikmə bəhanəsiylə bataqlığa salması, ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta məhkəmədə uduzduğu müştərilərə münasibətdə belə ədalətsiz davranması barədə indiyədək xeyli informasiyalar yayılıb.
O da məlumdur ki, “Sirena Motors” MMC heç də vicdanlı vergi ödəyicisi deyil. Şirkət “alıcı”yla bağladığı “alqı-satqı” müqaviləsində avtomobilin real qiymətini ortalama 30 faiz artırdığı halda, vergi hesablaşmalarını ilkin qiymətlə aparır. Avtomaşının üzərinə yüklənmiş faiz borcu da vergidən gizlədilir. MMC-nə direktorluq edən şəxslərə isə sanki, “vur, tut, as, kəs, dərisini soy, rəhm eləmə, qanuna tüpür, müştərinin ağına da lənət, qarasına da” və s. kimi göstərişlər verilmişdir.
Aydın məsələdir ki, Azərbaycan reallığında sadə vətəndaşlarla (bizim misalda kasıb təbəqəyə aid müştərilərlə) bu cür saymazyana, əzazilcə davranmağı yalnız pulunun çox olmasına güvənən adam bacarmaz. Apardığımız araşdırmalarla öyrənmişik ki, “Sirena Motors” MMC məşhur iş adamı, taxıl biznesmeni, sabiq deputat Əsabil Qasımovun qardaşı oğlu Vüqar Qasımovun adına qeydiyyatdadır. Ancaq Vüqar Qasımov şirkətlə bağlı münasibətlərdə aysberqin görünməyən tərəfində yer alıb. Buna görə də Şirkətin başına hər dəfə birilərini keçirdir. Amma bu biriləridə şirkətin əsl sahibini – Vüqar Qasımovu hədəfə gətirir. Sanki həmin şəxslər şirkətlə bağlı tənqidi məqalələrin dərc edilməsindən zövq alırlar. Əslində hamı bilirdi ki, Əsabil Qasımova deputat mandatı idarə etdiyi, ölkəmizin hüdudlarını aşan biznes şəbəkəsinə (yerli Karat Holding MMC, Karat MTK (tikinti şirkəti, İdeal MMC (tikinti şirkəti, Azİnvest (tikinti şirkəti), Everest-M (tikinti materialları biznesi, Şin Servis (armatur biznesi), Aveta MMC (un istehsalı), Karmen MMC dəyirmanı, Hökməli Makaron Fabriki, Hökməli Kisə Fabriki, ASTEL MMC Quşçuluq Fabrikləri, Gəncə Fatoğlu un dəyirmanı, Marina Plaza oteli, Premium market, İzmir MMC (tikinti şirkəti), Seymur MMC (Dəllər Un dəyirmanı), xarici YUTAS ( ООО “ЮТАС”, (ООО “ПОДОЛЬСКИЙ МУКОМОЛЬНЫЙ ЗАВОД”, ООО “Русагро”, ООО “СТАВ-АЗ”, ООО «АгрОС», ООО “Экспо”, OOO “АГРОМАН, ТОВ АТЛАНТА ТРЕЙДИНГ КО və bir çox sanatoriyalar) bir növ “çətir” kimi lazım idi. Adlarından göründüyü kimi, Əsabil Qasımovun xarici şirkətlərinin çoxu iri taxıl istehsalçıları olan Rusiya, Ukrayna və Qazaxıstanla işləyir. Hazırki Rusiya – Ukrayna müharibəsi Qasımovun biznesinə necə təsir edib və bunun Azərbaycandakı un istehlakçılarına təsiri artan qiymətlərdədir. Müşahidələr göstərir ki, Karmen” şirkəti hər dəfıə bahalaşmanın anonsu verilən kimi satışı məhdudlaşdıraraq anbarlardakı malını qoruyur, süni qıtlıq, sabotaj yaradır. Belə vəziyyətdə un bazarında Qasımova monopolist kimi üstünlük verilməsi yolverilməzdir. Əsabil Qasımovun biznesindəki fantastik böyümə məhz onun deputatlıq fəaliyyəti dövrünə aiddir və bu da deputatın biznesi ilə bağlı haqlı, əsaslı şübhələr yaradıb. Ölkənin vacib təhlükəsizlik elementlərindən olan taxıl və una tələbatı bir əldə şəbəkələşmənin, monopoliyalaşmanın girovuna çevirilib.
Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin yayadığı fotoşəkillərdən məlum olmuşdu ki, Xankəndində yaşayan ermənilər Əsabil Qasımova məxsus “Karmen” un məhsullarından istifadə edirlər.
Əsabilin tikinti şirkətləri də sakinləri zorla köçürmələri, pilot layihə adı ilə mənzillərini əllərindən almaları ilə məşhurdurlar.
Bütün bu və digər informasiyalardan çıxan ümumiləşdirilmiş nəticə budur ki, harada Əsabil Qasımov var, orada ədalətsizlik, hüquqpozma, sabotaj, alıb-aldatma, əliəyrilik, dövlətin, xalqın mənafeyinə zidd əməllər var. “Sirena Motors” da bu sırada istisna deyil. Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?!
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN və DİN bu şəxsləri cərimə edəcək


Əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dəmir Qrup” Azərbaycan küçələrini faktiki olaraq qumarı oyunları üçün məkana çevirib... - Ekspert danışır


“Azərlotereya” ASC Türkiyənin “Dəmir Qrup” şirkətinə verildikdən sonra Azərbaycanda küçə qumarı faktiki olaraq geniş yayılıb. İndi demək olar ki, hər küçədə qumar masalarına rast gəlmək olur. Elə bil ki, Bakı küçələri ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvələrinə qayıdıb. O vaxt dələduzlar küçələrə masa qoyub üskük fırladır və insanların pulunu demək olar ki, oğurlamaqla məşğul olurdular. İndi də eyni vəziyyətlə üzləşmişik.

Sadəcə olaraq küçələrə masa qoyub “poz-qazan” oynadanlar dələduzlar deyil, rəsmi dövlət qurumudur və bu rəsmi dövlət qurumunu bu vəziyyətə gətirənlər isə Türkiyənin sayılan iş adamlarından olan “Dəmir Qrup”un rəhbəri Yıldırım Demirören və onun əlaltısı olan “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğludur. Məhz bu ikili küçələrdə Azərbaycan xalqını “soğan qabığı” kimi soymaqla məşğuldurlar və buna görə də onlara “gözün üstə qaşın var”, deyən də yoxdur.

Bəs Azərbaycan qanunvericiliyi bununla bağlı nə deyir? Ümumiyyətlə şans oyunlarının küçələrdə oyanılması nə qədər qanunudur və qanunvericiliyimizdə bu təsbit olunubmu?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşünas Əkrəm Həsənov ilə müzakirə edib.

Qanunun daha da sərtləşdirilməsinə ehtiyac olduğunu düşünən hüquqşünas PİA.az-a açıqlamasında qanundan sui-istifadə edilə bilməsinin qarşısını almağın vacib olduğunu bildirib:

“Qanunda lotereyaların küçədə oynanılması ilə bağlı heç bir müddəa yoxdur. Ümumiyyətlə lotereyaların keçirilməsi qeydiyyatla olur. Yəni lotereyalar qeydiyyata alınmalıdır. Qeydiyyat zamanı da lotereyanın keçirildiyi ərazi də qeyd edilməlidir. Onların tiraj komissiyası olmalıdır və s. Eyni zamanda lotereya oyunları notarial qaydada həyata keçirilməlidir.

Qanun baxımından lotereyalara çox sərt tələblər qoyulur. Buna görə mən lotereyaların küçədə keçirilməsini təsəvvür edə bilmirəm. Lotereyalar küçədə satıla bilər. Burada mən problem görmürəm. Çünki qanunun 2.0-20-ci maddəsində deyilir ki, lotereya biletlərinin satışı lotereyanın satıcısı tərəfindən bilavasitə, yaxud terminallar və virtual mühit vasitəsilə həyata keçirilə bilər. Lotereyanın satıcısı da onun təşkilatçısı ilə müqavilə bağlayan şəxsdir.

Amma lotereyanın özü küçədə keçirilə bilməz. Hesab edirəm ki, bu baxımda qanunda müəyyən boşluqlar var. Bu boşluqdan da istifadə edirlər. Çünki onlar deyə bilərlər ki, biz hər küçəni lotereyanın ərazisi hesab edirik. Bu baxımdan daha yaxşı olardı ki, qanun daha da sərtləşdirilsin. Elə edilməlidir ki, qanundan sui-istifadə edilə bilməsin.

Hesab edirəm ki, bu məsələ ilə bizim dövlət orqanları məğlub olmalıdır. Küçələrdə lotereya oyununlarının oynanılması qadağan olunmalıdır”.

Qeyd edək ki, “Dəmir Qrup”dan da öncə “Azərlotereya” ASC Azərbaycanda fəaliyyət göstərirdi. Amma rüçələrə masa qoyub Azərbaycan əhalisini kütləvi şəkildə qumara cəlb etmirdi.

PİA.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO