[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan İlham Əliyevə zəng ETDİ


Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.
Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.

Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olunub, yeni təmaslar haqqında fikir mübadiləsi aparılıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT


Səbail rayonu Rasrtopoviş küçəsi 9-11 ünvanında yerləşən “Pilot-Residence”MTK-nın inşa edilmiş binasında yaşayan bina sakinləri “Korrupsiya.az” informasiya agentliyinin redaksiyasına müraciət edərək, bildiriblər ki, “Pilot-Residence” MTK -nın rəhbəri Babək adlı şəxsin özbaşınalıqlarından artıq təngə gəliblər.

Şikayətdə bildirilir ki, yaşadıqları MTK-nın həyətində “Bazarstore” super marketlər şəbəkəsinin sifarişi ilə binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli və sağlam keçirməkləri üçün ayrılmış ərazidə qanunsuz olaraq, “Bazarstore” üçün 600 kv bina inşa edərək digər bloku təmamilə bağlayıblar.

Faktiki olaraq buda bir başa qanunsuzluq sayılır.
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT

Ona görə ki,hal hazırda yaşadıqları mənzillərə gedən 30 ailə bu qanunsuz tikiliyə görə, öz yollarını məcburi dəyişərək digər bloka keçid alıb öz yaşadıqları mənzilin blokuna keçirlər.

Korrupsiya.az informasiya agentliyi olaraq jurnalist araşdırması apardıq apardıqımız araşdırmada məlum oldu ki, həqiqətəndə vəziyyət göründüyündəndə acınacaqlıdır.

Araşdırma zamanı diqqətimizi çəkən məqamlardan biridə o oldu ki, MTK rəhbəri gözdən pərdə asmaq üçün operativ olaraq etdiyi qanunsuz əməlləri,ört basdır etmək üçün, sökülməyinə zərurət yaranmasın deyə, qanunsuz tikilinin ətrafına ağaclar əkdirib.

İkinci məqamda diqqətimizdən qaçmadı. MTK rəhbəri Babək adli şəxs qanunsuz əməllərinə göz yumduğu qurumlara,arxayın olaraq bu qanunsuz tikintinin sökülməməsinə arxalanaraq,hətta ikinci qanunsuz əməlini həyata keçirtmək məqsədi ilə,binanın həyətində yeni iaşə obyekti tikmək üçün bünövrə etdirir.

Sakinlər iddia edir ki, MTK rəhbəri kimlərəsə arxayın olaraq əlaqələrinin geniş olmasınnan istifadə edərək ölkə qanunları ilə bina sakinləri arasında ziddiyyət yaradan, vətəndaşları dövlətdən incik salan,Babək adlı şəxs barəsində təssüflər olsun ki hələdə heç bir ölçü götürülməyib.

MTK rəhbərinə belə bir sual ?
Siz məgər düşünmürsüz ki, öz şəxsi mənafeyiniz üçün maddiyyat xətrinə etdiyiniz qanunsuz əməl, Azərbaycanın vətəndaşlarının yani bina sakinlərinin yaşadıqları binada, hər hansısa baş verəcək fövqalada hadisədə onlara saldıqınız blokadada yöndəmsiz verdiyiniz koridorda bədbəxt hadisənin yaratdığı risklərdən,yanğın zamanı yanğın söndürənlərin edəcəki köməyə qarşı yaratdığınız süni maneələr insan tələfatına yol açacaqını bilə bilə hələdə qanunsuz əməlinizdən əl çəkməyərək iddialı şəkildə kimlərəsə arxalanıb öz qanunsuz əməlinizi davam etdirirsiz?

“Pilot-Residence” MTK -nın sakinlərə vəd verdiyi binanın həyət yani sahəsi maketinə reklamına baxaraq aldandıqları mənzərə,

Fotonu olduqu kimi təqdim.edirik

Sakinlərdən Pərviz adlı şəxs bildirir ki, binada 38000 manat verib aldıqım qaraj bir müddətdən sonra adları,dəyişərək başqa yöndəmsiz bir yerdə kənar tərəfdə ki qarajla dəyişdirilib.MTK rəhbərindən bu addımın dələduzluq olduqunu qeyd etsəmdə Babək adlı şəxs qarajı verməməkdə iddialıdır.

Burada belə bir sual ortaya çıxir MTK rəhbəri Babək adlı şəxsi himayə edənlər kimlərdir? MTK rəhbəri bu qədərmi qanunlara meydan oxumaqına arxayındır?

Hesab edirik ki, Azərbaycan Respublikasının vətəndaşının xüsusi mülkiyyətində olan bu və ya sair formada məhv edilməsi qanunvericiliklə cinayətdir.Nə “Pilot-Residence”MTK nın rəhbəri nədə ki, bu işlərin aparılmasına qanunsuz göstəriş verən digər şəxslərin özlərini “qanundan üstün” tutaraq. özbaşınalıq etmələri yolverilməzdir.

Bu kimi hallar aradan qaldırılmazsa,”fiziki zorun üstün olması” prinsipinə rəhbər tutan bu şəxslər vətəndaşların əmlakını və sağlamlığını talan etməkdə davam edəcəkdir.Göstəricilər onu göstərir ki,hal hazırda MTK rəhbərinin qanunsuz və cinayət əməlləri nəticəsində sakinlərə maddi və mənəvi ziyan dəyməkdədir.

Bina sakinləri media vasitəsi ilə ölkə başçısı qalib ordunun qalib ali baş komandanı prezident İlham Əliyevdən,Azərbaycanın birinci xanımı 1ci vitse prezident Mehriban xanım Əliyevadan kömək istəyir.

Maraqlı tərəfi odur ki, qanunsuz əməlləri həyata keçirən sahibkar cildində olan MTK rəhbəri və güvəndiyi vəzifəli şəxslər cənab prezident İlham Əliyevin dəfələrlə etdiyi məmurlara və vəzifəli şəxslərə vətəndaşların incidilməsinə və öžbaşınalıqlara son qoyulması xəbərdarlıqlarından xəbərsizdirlər? və yaxud özlərini xəbərsiz göstərirlər?

İnanırıq ki, bu şikayət məqaləsindən sonra adiyyatı qurumlar məsələni nəzarətə götürərək özlərini qanundan üstün hesab edərək, vətəndaşları güc hesabına,əzən rahatlıqlarını,əlindən alan, əmlaklarını məhv edən, şəxslərlə bağlı qanun çərçivəsində ölçü götürüləcəyinə ümid edirik

Mövzunu diqqətimizdə saxlayacaqıq.
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT
“Pilot-Residence” MTK ölkə qanunlarını heçə sayır ?Sakinlər ölkə başçısından kömək istəyir ŞİKAYƏT



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik? - HƏQİQƏTƏN DƏ...


Azərbaycanda reklam biznesində böyük maliyyə dövr etdiyindən bu sahə son illər geniş vüsət alıb. Amma bununla belə, əksər hallarda reklamın məzmunu, mətnləri hələ də bərbad tərtib olunmaqda davam edir. Metroda, avtobuslarda və s. yerlərdə müxtəlif məzmunda tərtib olunan reklamlardakı mətn və sloqanlarda heç bir psixoloji təsir gücü hiss olunmur. Reklam məzmunlarının bir çoxu da başqa layihələrdən oğurluqdur.

DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, reklam mətnlərinin bərbad tərtib edilməsi prosesə QHT və özəl təşkilatların cəlb edilməməsilə bağlıdır:

“Reklamla Avropa ölkələrində daha çox qeyri-hökumət təşkilatları hökumət qurumları ilə birgə məşğul olur. Hökumət qurumları sifariş verir, piarla bağlı ixtisaslaşan QHT-lər və özəl sektor nümayəndələri də onlara yardım edir. Azərbaycanda isə reklam sifarişləri əksər hallarda dövlət büdcəsi hesabına həyata keçirildiyindən, sifarişi həyata keçirən qurum prosesdə o qədər də maraqlı olmur. Çünki nə yazsa da, müəyyən edilən pulu alacaq. Ona görə də onlar üçün mətnin keyfiyyətindən çox büdcədən ayrılan vəsaitin həcmi daha maraqlıdır”.

Həmsöhbətimiz düşünür ki, bu işlər beynəlxalq təcrübəyə əsaslanaraq, QHT və özəl qurumlara həvalə edilsə, prosesdə dönüş yaranacaq:

“Onların heç olmasa araşdırmaları, psixoloji yardımla bağlı təcrübələri olur. Ölkədə psixoloji təsir vasitələri və piar üzrə böyük təcrübəyə malik şirkətlər var. Onların bu fəaliyyət növünə cəlbi reklam mətnlərinin tərtibindəki bərbad vəziyyətin düzəlməsinə gətirib çıxara bilər. O zaman daha keyfiyyətli, daha təsirli yazıların şahidi olacağıq. Çünki həmin fonda rəqabət olacaq ki, bu da keyfiyyətə təsir göstərən başlıca amildir. İndiki sosial çarxların isə ölçülə bilən indiqatoru yoxdur”.

Ekspertə görə, bu məsələdə özəl şirkətlərə imkan yaradılmaması maddi maraqdan doğur:

“Bu fəaliyyətlə məşğul olan dövlət qurumları kənardan kiminsə həmin fəaliyyətlə məşğul olmasında maraqlı deyil”.
Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik? - HƏQİQƏTƏN DƏ...
Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik? - HƏQİQƏTƏN DƏ...
Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik? - HƏQİQƏTƏN DƏ...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda məcburi XAN TƏRİFİ... - Belə də olurmuş...


"Naxçıvanda dövlət qulluqçuları trol olmağa məcbur edilir". DİA.AZ bildirir ki, bu barədə məlumatı tanınmış jurnalist Heydər Oğuz paylaşıb.

Məlumatda daha sonra deyilir:

"Hər kəs Naxçıvan rəhbərini tərifləməlidir müəyyən səhifələrdə müəyyən paylaşımlarda. Bunu skrin edib öz rəhbərliyinə atmalıdır.

Onlar da məruzə etməlidirlər ali məclisə. Bu tapşırıq ali məclisdən idarə müəssisə rəhbərlərinə, nazirlərə icra başçılarına verilibdir".

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Paşinyanla Brüsseldə bu məsələləri müzakirə edəcək


“Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq”.

“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı qeyd edib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Gəncəbank”-ın sabiq rəhbəri Samux sakinin əməyini istismar edib? – Pərvanə Novruzova vergidən necə yayınır?


Bu haqda Dünyanınsəsi.Az saytına Samux rayonun Sarıqamış kənd sakini Məmmədov Yalçın Kamandar oğlu təəfindən Videoşikayət göndərib.

Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə məhkum olunmuş, etibardan sui-istifadə еtməklə dələduzluq edərək, onlarla adamın adına kredit sənədləşdirərək, küllü miqdarda özgə əmlakını mənimsəmiş, hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində haqqında başqa bir cinayət işi istintaq olunan, Novruzova Pərvanə Cəmil qızı, vergidən yayınmaqda ittiham edilir.
Şikayətçi redaksiyamıza göndərmiş olduğu videoşikayətdə qeyd edir ki, Pərvanə Novruzovaya məxsus olan heyvandarlıq kompleksində bir il sürücü işləyib.

Qul kimi vətəndaşlarla davranan xanım müdirə sürücünün son iki ayımın maaşını vermir.Və bildirib ki, siz hara və kimə şikayət edirsinizsə edin.
Şikayətçi isə qeyd edir ki, onu qanuni olaraq işə qəbul etməyiblər.lazımı dövlət qurumlarına müraciət edib araşdırılıb ki, Yalçın Məmmədovun adına nə Dövlət Sosial Müdafiə Fonduna nə də ki, Dövlət Vergilər Xidmətinə bir manat da olsun vəsait ödənilməyib.

Samux sakini mətbuat vasitəsi ilə lazımı dövlət qurumlarına məlumat verir ki, Pərvanə Novruzovanın tabeçiliyindən çalışan yüzlərlə vətəndaşımız müqaviləsiz istismar edilir.Onların adına heç bir dövlət orqanının adına bir qəpik də olsun pul vəsaiti köçürülmür.

Redaksiya olaraq inanırıq ki, dövlət Əmək Müffətişliyi eləcə də Ərazi vergilər İdarəsi bu xanım patronun fəaliyyətini araşdırıb ictimaiətə açıqlama verəcəklər.
Samux sakinin Videoşikayətini təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cahangir Əsgərovu GÖYDƏN YERƏ ENDİRƏ BİLMİRİK... - Cəfasını millət çəkir...


Azərbaycan koronavirus pandemiyası səbəbindən 2 ildən çoxdur quru sərhədlərini bağlayıb. Ölkəyə giriş-çıxış edənlər isə məcbur hava yollarından istifadə edirlər. “Azərbaycan Hava Yolları”nda (AZAL) aviabiletlər müqayisədə hədsiz bahadır. Yəni bu qiymətlər vətəndaşların cibinə uyğun deyil. Artıq sentyabr ayına az qalıb. Minlərlə xaricdə təhsil alan tələbə məcburən hava nəqliyyatından istifadə edəcək. AZAL isə qiymətləri günü-gündən artırır.

Məsələn, Bakı-İstanbul reysinə bilet 1322 manata təklif olunur.

DİA.AZ-ın məlumatına görə, AZAL-ın inhisarçılıqla məşğul olduğunu deyən iqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, biletlərin baha olması əhali ilə yanaşı turizmin inkişafına da təsir edir: “Ölkədəki digər aviaşirkətlər də uçuşları AZAL-la sövdələşmiş şəkildə həyata keçirir. Digər tərəfdən Azərbaycanda lokosterlər yoxdur. "Buta" şirkətindəki qiymətlər isə digərlərindən fərqlənmir. Buna iqtisadi münasibətlərdə birinci dərəcəli qiymət diskriminasiyası deyilir. Onlar bilirlər ki, digər alternativ yollar qapalıdır. Xaricə gediş isə labüddür və buna ehtiyac var. Ona görə də inhisarçılıq edərək qiymətləri qaldırırlar. Ölkədən kənara gedənlər də məcburən bu qiymətə uçuş edirlər. Ölkə rəhbərliyinin təşəbbüsü ilə İnvestisiya Holdinqi yaradıldı. Bu holdinq qiymətlərin elastikliyinə və sağlam rəqabət mühitinə nəzarət üçün yaradılmışdı. Təəssüf ki, bu da AZAL-a heç bir dəyişiklik gətirmədi. Əksinə, sabotajları daha da artdı. Qiymətin bahalığı ölkəyə gələn turistlərin də sayını azaldaraq turizmə ciddi ziyan vurdu”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada kasıbları ADAM YERİNƏ QOYAN YOXDUR... - BU FAKTDIR!!!


Astara rayonunun Səlivə və Süparibağ kənd sakinləri ünvanlı dövlət sosial yardım almaq üçün etdikləri müraciətlərə dəfələrlə imtina cavabı almaqdan şikayətçidir.

"Bütün ümidimi bu yardıma bağlamışdım. İndi də imtina cavabı gəldi. Mən səhərə qədər əsəbdən yatmamışam", dörd uşaq atası olan Səlivə sakini Seyhun İbrahimov BBC News Azərbaycancaya deyir.

Təkcə müsahibimiz deyil, kənddə çətin şəraitdə yaşadığını deyən başqa ailələr də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarının müxtəlif bəhanələrlə onların ünvanlı dövlət sosial yardım almasına əngəl olduqlarını, ünvanlı sosial yardımı təyin etmək üçün evinə yoxlanışa gələn komissiyadan narazı olduqlarını bildirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bu iddialar "əsassız" adlandırıb.

Ünvanlı dövlət sosial yardımı nədir?
Ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan az təminatlı ailələrə verilir.

2022-ci il üçün ehtiyac meyarının həddi 200 manatdır.

Ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edilməlidir.

DSMF-in saytında ünvanlı dövlət sosial yardımın təyinatı belə misal çəkilib - 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 200*4=800 manat təşkil edir. Bu halda ailəyə 800-400=400 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

"Uşaqlarıma verməyə çörək tapa bilmirəm"
Seyhun İbrahimov uşaqlarından birinin sağlamlıq problemi olduğunu söyləyir. "Amma ünvanlı sosial yardım müraciətimə torpaq yerini düzgün yazmadığımı əsas göstərib, imtina veriblər" - deyə, o şikayətlənir.

"Uşağımın sinəsində əyrilik var, xəstədir. Ayda-ildə 200 manat qazanıram, o pulla bu uşaqları necə saxlayım? Bir kisə unu 40 manata satırlar, o pula mən ancaq çörək ala bilərəm. Guya mən iki əsgər böyüdürəm", - o bildirir.

Onun sözlərinə görə, əsəb xəstəsi olduğundan həkim ona stressdən uzaq olmağı məsləhət görüb, amma "övladlarının qayğısı onun xəstəliyini daha da artırıb".

"Siz görərdiniz bizim evə gələn komissiya mənə necə yuxarıdan-aşağıya baxırdı. Yəni ki, siz aşağı səviyyədəsiniz. Mən başa düşə bilmirəm ki, kasıblar adam deyil? Qarşıdan məktəb gəlir. Övladlarıma hansı pulla məktəb bazarlığı edəcəyəm, bilmirəm", Seyhun İbrahimov deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurumun əməkdaşlarının vətəndaşlara yuxarıdan-aşağı baxması məsələsi "subyektiv və əsassız iddiadır".

Seyhun İbrahimov deyir ki, məmurlardan ona övladlarını uşaq evinə göndərməyi məsləhət edənlər də olub, o da çarəni bunda görüb.

"İnanırsınız, qərarlaşdırmışdım ki, balalarımı uşaq evinə verim. Sonradan ürəyim dözmədi, verə bilmədim. Amma mənim yanımda qalanda da onlara verməyə çörək tapa bilmirəm".

Kəndin digər sakini Bəylər İbrahimov da ünvanlı dövlət sosial yardımı ala bilməməkdən şikayətçidir. Üç uşağına baxmağa imkanı olmadığını deyən atanın sözlərinə görə, "hər dəfə bir səbəblə" ona imtina cavabı verilir.

"Nə üçün imtina gəlib, nəyə görə? Bu daxmada yaşadığımıza görə? Nə qədər göz yaşı tökməliyəm? Dövlət uşaqlarıma sahib çıxsın. Bu komissiya nəyə görə bizə imtina verib, nə etməliyik? Sentyabrın 15-də məktəb başlayacaq mən bu uşaqları dərsə yola sala bilmirəm. Onların geyimlərini, ehtiyaclarını ala bilmirəm", - deyə, o əlavə edir.

"İcra başçısı dedi ki, get, dilənçiliyini elə" - Astara sakini
DSMF-in sözçüsü Rəşad Mehdili BBC-yə deyib ki, Səlivə kənd sakinləri - Bəylər və Seyhun İbrahimovlara ünvanlı dövlət sosial yardımı təyinatından imtina edilməsi vətəndaşların müraciət edərkən torpaqyanı sahələrinin həcmini düzgün göstərməmələri ilə bağlı olub:

"Bəylər İbrahimovun sonuncu - avqustun 22-də etdiyi müraciətinə 15 gün ərzində cavab veriləcək", o əlavə edib.

Astaranın Süparibağ sakini Bəxtiyar Məmmədov ünvanlı sosial yardımı təyin etmək üçün evinə yoxlanışa gələn komissiyadan narazıdır:

"İmtina imtinanın dalınca gəlir"
"Mənə heç bir xəbardarlıq etmədən həyətə girəndən çəkməyə başladılar. Mənə deyirlər ki, gördüyümüz hər şeyi çəkməliyik. Dedim, onda gəl, mənim cırıq ciblərimi çək. Qızım onkoloji xəstə olan anasına dəyməyə gəlib. Qızımı da evin sakini kimi çəkirlər. Qızımın şəxsiyyət vəsiqəsini göstərirəm ki, burda qeydiyyatda deyil, anasına görə gəlib. Deyir, yox, o da burda yaşayır".

Kənd sakini Fondu sosial müavinət təyinatı üçün şərtləri qəlizləşdirməkdə ittiham edir.

"Bunların məqsədi yalnız imtina verməkdir. İmtina imtinanın dalınca gəlir. Gah mənə imtina verirlər ki, sənin pay torpağın var, bəlkə oranı icarəyə vermisən? Mən heç o pay torpağının yerini belə bilmirəm".

DSMF sözçüsü Rəşad Mehdili Bəxtiyar Məmmədovun şikayətini araşdırdıqlarını deyib:

"Vətəndaşın iddiaları əsassızdır. Bizim əməkdaşlar çəkilişə başlamazdan öncə mütləq vətəndaşa xəbərdarlıq edir. Bəxtiyar Məmmədovun evində çəkiliş aparılarkən, o, qızının onlara qonaq gəldiyini bildirib. Əməkdaşlarımız da bu məlumatı dəqiqləşdirmək üçün əlavə suallar verib, lakin vətəndaş çəkilişi dayandırmağı tələb edib. Əməkdaşlarımıza maddi-məişət şəraitinin müayinəsini yekunlaşdırmağa imkan yaratmadığı üçün onun ailəsinə sosial yardım təyinatından imtina qərarı verilib".

Sadə hüquq platformasının həmtəsisçisi, hüquqşünas Sübhan Həsənli BBC-yə bildirib ki, nazirlik əməkdaşları vətəndaşın evinə çatanda çəkilişə başlamaq üçün mütləq icazə almalıdır:

"Əgər bu icazə alınmasa, bu, mülkiyyət hüququnun pozulması deməkdir. Vətəndaş istəmirsə, çəkilişdə ailə üzvlərinin üzünün görünməsinə də etiraz edə bilər. Amma çəkilişə tamamilə icazə verməsə, bu, onun imtina cavabı almasına səbəb olacaq. Çünki bu çəkiliş vətəndaşın maddi-məişət şəraitinin yoxlanılması üçün vacibdir".

Hərçənd ki, Sübhan Həsənli rəsmilərin vətəndaşların evini yoxlamaq mexanizmini doğru hesab etmir:

"Əvvəllər qayda belə idi ki, vətəndaşların evinə sadəcə yerli qurumların əməkdaşları gedirdi. Bu, prinsipcə məntiqli idi. Çünki məsələn, xüsusilə kiçik rayonlarda kimin evindən kimin qonaq, kimin sakin olduğunu müvafiq qurumların yerli nümayəndələri bilir. Onlar həmin ailələri tanıyır. Amma dövlət korrupsiya amilini əsas gətirərək, bu sistemi ləğv etdi və komissiya üzvlərinin yalnız Bakıdan gəlməsinə qərar verdi. Bu isə müəyyən mənada ədalətsizliyə səbəb oldu".

Sübhan Həsənlinin sözlərinə görə, hazırda ƏƏSMN-in ünvanlı dövlət sosial yardım təyinatı ilə bağlı bir sıra hallarda ədalətsizliklər var:

"Bəzən biz görürük ki, 50 min əhaləsi olan rayondan 50 nəfərə, 30 min əhaləsi olan rayondan isə 400 nəfərə ünvanlı dövlət sosial yardımı təyin ediblər. Rayonların iqtisadi-inkişafına baxanda isə təxminən eyni vəziyyətdə olduğunu görürsən. Bunun səbəbi isə bilinmir. Yəni, eyni qanunun icrası qonşu rayonlarda belə, fərqli icra olunur. Burada insan amili çox önəmli rol oynayır. Məncə, dövlət bunu standartlaşdırmalıdır. Bu komissiyanı aparan əməkdaşlara xüsusi təlimlər keçirilməlidir. Yanaşmalar yenidən təkminləşdirilməli və yoxlanışı yerli məmurlar həyata keçirməlidir".

Dövlət Sosial Müavinət Fondundan BBC-yə ünvanlı dövlət sosial yardıma dair qanunvericiliyin müxtəlif rayonlarda fərqli icrası ilə bağlı iddialarla bağlı şərh verilməyib, amma qeyd edilib ki, ünvanlı dövlət sosial yardımı təyinatı ilə bağlı yoxlanış aparan əməkdaşlarına təlimlər keçirlər.

"Qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılır. Ailənin Ərizə-bəyannamədə qeyd etdiyi məlumatların yoxlanması və dürüstləşdirilməsi üçün aparılan bu müayinə ailə təmsilçisinin iştirakı ilə, video, foto çəkilişi və səs yazısı əsasında, şəffaf qaydada, obyektiv şəkildə aparılır", Rəşad Mehdili əlavə edib.

Qurumdan bildirilib ki, 1 avqust 2022-ci il tarixə 44 min ailəyə (195 min nəfərə) ünvanlı sosial yardım ödənilir və ünvanlı dövlət sosial yardımının hər ailə üzrə orta aylıq məbləği son 4 ildə 2,2 dəfə, son bir ildə isə 40 faizədək artaraq 368,11 manata çatıb.

İzolda Ağayeva
BBC News Azərbaycanca

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO