[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ELDAR ƏZİZOVDAN EMİN ƏMİRULLAYEVƏ QƏDƏR AYAQ AÇAN BAĞÇA RÜŞVƏTİ – TƏHSİL NAZİRLİYİ NİYƏ DƏYİŞƏ BİLMƏDİ?


Təhsil Nazirliyinin uşaq bağçalarına qəbul üçün təşkil etdiyi onlayn qeydiyyatdan sonra yenə kustar üsullar işə düşməkdədir. TİA.Az son bir ayda gələn müraciətlərə və sosial şəbəkədə yazılanlara istinadən məlumat verir ki, əksəriyyət onlayn qeydiyyatla uşaq bağçası seçim edə bilmədiyi üçün rüşvətlə qəbul halları davam etməkdədir. Çünki Nazirliyin təşkil etdiyi onlayn qeydiyyat olduqca bərbad keçib, valideynlərə yaşadığı yerdən çox-çox uzaqlar təklif edilib, yaxud da heç bağça seçimi belə olunmayıb.

Nəticədə minlərlə insan indidən danışıqlara başlayaraq, bağça direktorları ilə təmas quraraq övladını yaxınlıqdakı bağçalara yazdırır. Bu, Bakının əksər rayonlarını əhatə edən prosesdir. Hazırda ən aşağısı 200-250 manat, yəni bu qiymətə daha aşağı səviyyəli xidmət olan yerlər daxildir, maksimum isə 350-400 manata uşaq bağçasına götürürlər. Eyni zamanda uşaq getdiyi gündən ayda hər tərbiyəçiyə 20 manat, ümumi bağçanın özünə də aylıq 20 manat ödənməlidir. Bu da təxminən ayda 60 manata qədər gəlib çıxır. Təhsil Nazirliyi isə son dərəcə zəif, bərbad onlayn qeydiyyat təşkil etdiyi üçün valideynlər əl-ayağa düşərək rüşvətlə məsələni yoluna qoymağa çalışırlar. Hərçənd ki, rüşvət verəndə yaxınlıqdakı bağçada yer tapılır, amma onlayn seçim zamanı bağçanın adı belə göstərilmir. Deməli, məqsədli şəkildə bu iş həyata keçirilib və rüşvətin ayaq açmasına şərait yaradılıb.

Bir sözlə, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olanda da uşaq bağçalarına qəbul eyni “prosedur”la olurdu, Təhsil Nazirliyinə veriləndə də… Bəs, bunun harası islahat, harası dəyişiklik oldu? Təhsil naziri Emin Əmirullayev hər dəfə maraqlı çıxışları ilə müzakirələrə yol açır, fərqli fikirlər səsləndirir, lakin problemlərin həlli üçün nə yol göstərir, nə də göstərdiyi yolla problemləri həll edir. Əgər islahatçı nazir uşaq bağçalarına qəbulda rüşvət faktorunu yığışdırmağa iradə nümayiş etdirə bilmirsə, “bağça mafiyası”ba bata bilmirsə, o zaman ən aşağı yaşlı tədris qrupundan tutmuş orta təhsilə qədər bu sahədə hansı islahatları reallaşdırmaq olar? Valideynlər qeyd edirlər ki, məktəbəqəbul üçün heç olmasa pis-yaxşı məktəb seçimi qoyulurdu, uşaq bağçalarında bunun 1 faizi belə mümkün olmayıb. Ümumiyyətlə, Təhsil Nazirliyi də yaxşı bilir ki, uşaq bağçalarına qəbul hansısa şərtlər əsasında baş tutur. İndi elə bir bağça direktoru ola bilməz ki, uşağı pulsuz-rüşvətsiz götürsün: ya deyəcək ki, onlayn seçim var, gedin oradan keçin, hərçənd mümkün olmur, keçməmisinizsə, onda pul verin, heç ver alınmayacaq. Pul verəndə isə yer də tapılır, uşağın başına da dolanırlar. Bu da Bakı meri Eldar Əzizovdan təhsil naziri Emin Əmirullayevə bağçaların keçidinin nəticəsi…

TİA.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsaqqalar Şurasının sədr müavini qazinin mülkünü əlindən alır - MÜRACİƏT


DİA.AZ-ın məlumatına görə, Abşeron rayonunda yaşayan Qarabağ qazisi Şahsuvarov Məhərrəm Arif oğlu Azsiyasət.com saytına müraciət edərək bildirib ki, onun 2014-cu ildə külli miqdarda vəsait ödəyərək Xırdalan şəhəri ərazisində “Çinar–AN” Mənzil Tikinti Kooperativindən aldığı qeyri-yaşayış sahəsi imkanlı şəxslər tərəfindən zorla əlindən alınır.

Qarabağ qazisi bildirir ki, halal yolla əldə etdiyi “obyekti” onun əlindən almaq istəyən şəxs Azərbaycan Ağsaqqallar Şurasının sədrmüavini, iş adamı Yusifov Bayram Məmməd oğludur.

Sözügedən iş adamı iddia edir ki, o, qaziyə məxsus yeri 2016-cı ildə, yəni Şahsuvarov Məhərrəmdən iki il sonra, məhz həmin MTK-dan alıb. Onda isə maraqlı sual ortaya çıxır: bu iş adamı niyə məhz qaziyə məxsus sahənin təkrar alınmasına maraq göstərib

Bizə təqdim edilən rəsmi sənədlərdən görünür ki, Yusifov Bayramın sözügedən MTK ilə hansısa formada iş birliyi olub və bunun nəticəsində məhz “Çinar-AN”da bir neçə daşınmaz əmlaka sahiblənib. Ən maraqlısı isə budur ki, Yusifov Bayram öz şəxsi əlaqələrindən istifadə edərək, qazini öz obyektinin həndəvərənə belə buraxdırmamağa nail ola bilib.

Qarabağ qazisinin bu xüsusda səsləndirdiyi fikirlərin yer aldığı videomüsahibəni təqdim edirik:

Müsahibədə adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüstəm Usubovun Avropaya viza istəyinə “yox” cavabı gəldi


Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da Rüstəm Usubovu cinayətdə ittiham edib.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu”nun BİABIRÇILIĞI


Abşeron rayonu Məmmədli qəsəbəsinin sakinləri illərdir su üzünə həsrət qalıblar.

“Azərsu” ASC qəsəbəyə üç gündən bir içməli su verir. Suyun verilişi isə bir neçə saat davam edir. Sakinlər sudan tam istifadə edə bilmirlər. İsti yay aylarında suyun belə gec verilməsi istehlakçılara problem yaradır.

Ərazidə yaşayan sakinlər problemlə bağlı dəfələrlə “Azərsu” ASC-nə müraciət etsələr də heç bir tədbir görülmür.Manset.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ƏVƏZ QOCAYEV NİYƏ YÜKSƏK VƏZİFƏDƏN “VURULDU”? – TƏFƏRRÜAT


Bir müddət əvvəl daha yüksək vəzifəyə getmək istəyən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin birinci müavini Əvəz Qocayev indiki postundan da məhrum olub. TİA.Az bildirir ki, əvvəlcə Azərbaycan Dəmiryolları İdarəsinin rəisi olmaq eşqinə düşən, sonra rayonlardan birinə icra başçısı getmək həvəsində olan Əvəz Qocayevin arzularının heç biri gerçəkləşmədi. Onun ölkə rəhbərliyinin gözündən düşdüyü iddia olunur. Üstəlik, indiki müavin vəzifəsindən də qeyri-rəsmi kənarlaşdırılması haqda mediada xəbərlər dolaşır. Bildirilir ki, sədr Saleh Məmmədov Əvəz Qocayevlə yolları ayırıb, onu işindən uzaqlaşdırıb. Amma bu qərar rəsmi verilməyib və Əvəz Qocayevlə bağlı sərəncam gözlənilir. Saleh Məmmədov Əvəz Qocayevlə işləməkdən imtina edib və buna səbəb sədr müavininin adının qalmaqallı məsələlərdə tez-tez keçməsidir. Əvəz Qocayevin ölkədə və xaricdə olan mülklərinin üzə çıxması da burada böyük rol oynayıb. Ona görə də onun daha yüksək vəzifəyə getməsi mümkün olmayıb. Görünür ki, burada Saleh Məmmədovun da yuxarılara təqdimatı təsiredici hal olub. Onun barəsində prezidentə gedən dosye kitabının bağlanmasına səbəb olub. AAYDA rəhbəri Əvəz Qocayev yükündən tam azad olmaq istəyindədir. Deməli, onun “qələmi qırılıb”, əmlakları digər korrupsioner məmurlar kimi müsadirə oluna bilər.
Qeyd edək ki, Əvəz Qocayevin ölkədə və xaricdə biznesi var. Bundan yuxarılar məlumatlıdır və bu qədər sərvətə sahib olması korrupsiyanın miqyasını əks etdirir. Həmin siyahı ilə gəlin tanış olaq:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Səbail rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
10. Köhnə “Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məktəbin direktorudur.
23. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…
Habelə, deyilənə görə, onun Türkiyədə, Sloveniyada, Çexiyada şirkətləri, Karlovı-Varıda əmlakı var. Bu əmlaklara nəinki maaşla, heç kiçik rüşvət və korrupsiya ilə də sahib olmaq mümkün deyil, gərək genişmiqyaslı çapıb – talayasan ki, bu qədər varidata malik olasan. Bundan Saleh Məmmədov da agahdır və indi özündən bəlanı uzaqlaşdırır.

TİA.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub - ƏMR


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

DİA.AZ-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəbi Məmmədov Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

O, bu təyinata qədər Cəlilabad Rayon Polis Şöbəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda kolxoz sədrinin ölkədən çıxışına qadağa qoyulur - DETALLAR


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Novoseltsev Vasiliy İvanoviç barəsində məhkəmə iddiası qaldırıb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, iddia Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidovun icraatına verilib.

Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Novoseltsev Vasiliy İvanoviç İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən Nikitin adına kolxozun rəhbəridir. Hazırda kolxozun dövlət büdcəsinə böyük həcmdə - 705 min 987 manat 35 qəpik vergi borcu var.

Onu da bildirək ki, Nikitin adına kolxozun ferma müdiri Timofey Uryupin və baytar həkim Cahid İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Ötən ay Şəki Ağır Cinayətlər Məhkəməsində T.Uryupinə 2 il 6 ay, C.İsmayılov isə 2 il müddətinə şərti cəza verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dedilər, yer yoxdur, 80 manat versən, ayrıca çarpayı düzəldə bilərik” - Naxçıvan REALLIĞI...


Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrə çarpayıların 80 manata satıldığı iddia edilir.

DİA.AZ xəbər verir ki, bu barədə sakinlər “Gündəlik Naxçıvan”a müraciətləri zamanı bildiriblər. Sədərək rayon sakini Şükür Cavadov deyir ki, bu yaxınlarda sözügedən xəstəxanada əməliyyat olunub. Onun sözlərinə görə, həkimlər sağalana kimi xəstəxanada qalmalı olduğunu bildirsələr də, hazırda palatalarda yer olmadığını deyiblər:

"Dedilər, yerimiz yoxdur, ancaq 80 manat versən, ayrıca otaqda çarpayı düzəldə bilərik. Məcbur qalıb dedikləri pulu verdim, mənə dərhal yer tapıldı. Sığortam ola-ola, əməliyyata da məndən 350 manat rüşvət almışdılar".

Culfa rayonundan olan digər şikayətçi Teymur Vəliyev də çarpayı üçün pul ödədiyini iddia edir:

"Kor bağırsağımdan əməliyyat olunmuşdum. Sığortam olsa da, həkimlər məndən 300 manat rüşvət aldılar. Lakin, sağalana kimi xəstəxanada qalmaq, ondan da baha başa gəldi. Dedilər yer yoxdur, ancaq 80 manat versən, təkadamlıq palatada saxlaya bilərik. 5 gün xəstəxanada yatdım. Demək olar ki, hər dəfə növbə əvəzlənəndə sarğını dəyişən, iynə vuran tibb bacısına, palatanı silib-süpürənə hörmət etməli olurdum. Bir əməliyyat üçün ümumilikdə 800 manat xərcim çıxdı".
Naxçıvan Mərkəzi Xəstəxanasının adının çəkilməsini istəməyən əməkdaşı şikayətlərin əsassız olduğunu bildirdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baba Rzayev DÖVLƏTİ NECƏ QARƏT EDİR?.. - Bu faktları hüquq-mühafizə orqanları bir araşdırsa...


Azərbaycanda biznesmen məmur fikri səslənəndə ilk xatırlanan şəxslərdən biri də ”’Azərenerji”nin rəhbəri Baba Rzayevdir.

Bu şəxs Azərbaycan hökumətində çalışan azsaylı adamlardan biridir ki, rəhbəri olduğu sahənin paralel biznesini də qurub.

Bəzi məmurlardan fərqli olaraq, Baba müəllimin biznesi qohumlarının, dostlarının deyil, birbaşa öz ailə üzvlərinin adına sənədləşdirilib.

Məsələn, Baba Rzayev ”’Azərişıq”a rəhbərliyi həyata keçirərkən, dövlət büdəcsindən ayrılan vəsaitləri özünün qurduğu müəssisələrə köçürüb.

Təbii ki, şişirdilmiş rəqəmlər hesabına Baba Rzayev öz biznesinin qazancını ağlasığmaz dərəcədə artırıb.

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləri olması barədə mediada araşdırmalar buna sübutdur.

“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı Beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.

DİA.AZ bildirir ki, bu barədə yerli KİV-də yetərincə informasiyalar paylaşılıb. DİA.AZ-ın araşdırması zamanı Baba Rzayevin Mingəçevirdəki İstilik Enerjisi Stansiyasının cari təmiri və ətrafdakı abadlıq işlərində böyük məbləğlərdə vəsaitləri silməsi bəlli olub.

Hələlik, Baba müəllimin ”Gül əməliyyatı’ndan başlayaq.

Mingəçevirdəki məlum qəzadan sonra Azərbaycan prezidenti İlham Əliyev İstilik Enerji Stansiyasının təmiri , bəzi blokların yenidən qurulmasını hökumətin əsas prioritetlərindən biri etdi.

Bu isə Baba Rzayevin yaxşı pul qazanması üçün əla fürsət oldu.

Bunun üçün ”Azərenerji’ rəhbərliyi milyonların bu sahəyə xərclənməsinə dair saxta qaimələr yazaraq, pulları mənimsədi.

Baba Rzayev bu prosesə də qardaşı və digər yaxınlarının şirkətlərini cəlb etmişdi.

İstilik Enerjisi Stansiyasının yenidənqurulması prosesinə cəlb olunan ”Elektro İndustries”, ”Cənun Enerji Tikinti”’ Baba Rzayevin ailə şirkətləri olub.

Bundan başqa Baba müəllim Zirədəki Gülçülük Sovxozunu da dövlət büdcəsinin vəsaiti hesabına qazanclı edib.

Təkcə, Mingəçevirdəki İES-in ətrafında gül, ağac kollarının əkilməsi və qazon sahəsinin salınması adı ilə 3 milyona yaxın vəsait ”silinib”.

Bununla bağlı təqdim olunan elektron qaimədəki gül siyahısına nəzər yetirəndə stansiya ətrafına baxışa ehtiyac olmur. Çünki, qaimədə adı keçən güllər Azərbaycanda inkişaf etmir.

Ancaq sənədlərə görə, İES-in ətrafı hazırda gülüstanlıq olmalıdır. Amma reallıq isə tam başqadır.

Ortada milyonlar silinib, amma İES-in ətrafı əvvəllər olduğu kimidir.

Sadəcə olaraq, Baba Rzayevin Zirədəki sovxozundan gətirilən ucuz gül kolları olub ki, o da baxımsızlıqdan quruyub.

Bunun üçün 2020-ci ilin avqust ayında Elektro qaima vasitəsi ilə Cənub Enerji Tikinti MMC-dən 2.822600 manatlıq gül,çiçək, ağac və digər bəzək kollarının sənədi daxil olub.

Pul büdcədən ödənsə də ancaq İES-də bu gül-çiçəkləri görən olmayıb. Sadəcə olaraq, saxta aktlar tərtib olunmaqla həmin güllər təhvil alınması sənədləşdirilib.

Bu proses isə bir neçə MMC vasitəsi ilə həyata keçirilib. Güllərin alınması üçün ayrı şirkət, onu əkib-becərən isə başqa şirkətlər olub.

DİA.AZ Baba Rzayevin gül-çiçək əməliyyatlında büdcədən sildiyi vəsaitlərin bir qisminin qaiməsini təqdim edir.
Baba Rzayev DÖVLƏTİ NECƏ QARƏT EDİR?.. - Bu faktları hüquq-mühafizə orqanları bir araşdırsa...

Ən təəccüblü olan məqam isə burasındadır ki, Azərbaycan Prezidenti korrupsiya ilə mübarizəni dövlətin əsas prioriteti elan edib.

Görünür, Baba Rzayev bu prosesdə ”Böyük başlar” getməsinin də fərqində olmayıb. Yoxsa, hər kəsin uzaydan belə gözlə gördüyü Mingəçevirin boz dağlarının ətəyində gülüstanlıq adı ilə dövlət vəsaitlərini talan etməzdi.

Amma nə bilmək olar, bəlkə də Baba müəllim tez-tez üz tutduğu falçıların, cadugərlərin kəramətinə güvənir ki, ölkənin hüquq-mühafizə orqanlarının ona uzanan əlləri olmayacaq.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qida təhlükəsizliyimiz KİMLƏRƏ ƏMANƏTDİR? - Diqqət, TƏHLÜKƏ!!!


Yay aylarında mağaza və köşklərdə ən çox satılan sərinləndirici içkilər və dondurmalardır.

Hər ikisi də əksər hallarda plastik qablaşdırmada satılır.

Doğrudur, şüşələrdə qablaşdırılmış içkilər də var, lakin onların qiyməti plastik qablaşmada olanlara nisbətən baha olduğundan, çoxumuz büdcəmizə uyğun olduğu üçün, plastik qablaşmada olan içkiləri almalı oluruq.

"DogruXeber.az" bildirir ki, bu içkilərə də tələbat çox olduğundan, elə bu gördüyünüz mağaza kimi, bir çox mağaza və marketlər sifarişi biraz çox verirlər. Soyuducunun tutduğu qədərini doldurub, qalanlarını soyuducuda yer boşalana qədər bayırda günəşin altında saxlayırlar.

Maraqlıdır, deyək ki, sahibkarın gözünü nəfsi və "qazanc həvəsi" tutub, öz pulları ilə əhaliyə sağlamlıq üçün nə qədər zərərli maddələr istehlak etdiklərinin fərqində belə deyillər, ya da bilərəkdən edirlər, deyə bilmərik.

Bəs bu cür halların qarşısını almaq üçün yaradılmış qurum - Qida təhlükəsizliyi agentliyi hara baxır?

Onu da qeyd edək ki, bu cür hallara çox zaman "Al market" və "Oba" marketlər şəbəkələrinin qarşısında da rast gəlmək mümkündür.

Halbuki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlıq üçün təhlükəli olan zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması yolverilməzdir.

Kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir.

Harvard Universitetinin "School of Public Health” araşdırmaçılarının tələbələr üzərində apardıqları yoxlamalardan sonra məlum olub ki, bir həftəboyu plastik şüşələrdən su içən tələbələrin orqanizmlərində Bisfenol A maddəsi yüzdə 69 faiz artıb. Plastik kütləyə bərkidici kimi qatılan təhlükəli maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda, həmçinin istiliyə məruz qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. Bisfenol A bir sıra xəstəliklərlə yanaşı prostat və süd vəzi xərçənginin inkişafına da yol açır.

İstilik nəticəsində kanserogen maddəyə çevrilir

Qeyd edək ki, bu mövzuya toxunan yeganə media deyilik. Nə də ilk biz deyilik. Dəfələrlə bu barədə müxtəlif saytlar yazıb və əksəriyyəti də bu barədə "AQTA"nın da fikirlərinə yer ayırıblar.

Lakin, aidiyyatı qurum deyir, "sən saydığını say"...
Nəysə.

Yazılanları görür, izləyir lakin, qarşısını almaq üçün tədbirlər görməyə gəldikdə isə...

Əlqərəz.

Əhalinin sıx hərəkətinin olduğu ərazidə, "Koroğlu" metrostansiyasının düz yanında yenicə lentə aldığımız bu aşkar görüntülər "AQTA"nın bu mövzudakı "həssas" yanaşmasının sübutudur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //"DogruXeber.az"//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO