[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həsənovların dizini bükdüyü CƏLİLABAD... - NARAZILIQ VAR!


Cəlilabadı talan edirlər. Bu rayondan Əziz Əzizovu vəzifəsindən çıxartdılar. Namiq Zeynalovu həbs etdilər. İndidə rayona Rafiq Cəlilovu İcra başçısı təyin ediblər. Rayonu xaraba qoyub talan edirlər.

DİA.AZ "Azərbaycan Reallığı"na istinadla xəbər verir ki, bu sözləri YouTube sosial şəbəkə kanallarında Birinci Vətən Müharibəsinin Qarabağ qazisi deyib. O üzünü ölkə başçısına tutaraq ondan kömək istəyib. Rafiq Cəlilov rayona gələndən rayonda satmadığı torpağ qalmayıb. Qazi və veteranların adından iş adamlarından pullar yığıb, heç kəsə kömək etməyib, hamısını özü yeyib. Müavini Elnarə Həsənovada qara kassasıdır. Rayonu talan edib, görün torpağları hansı hala salıblar?

Kərəm Həsənov Malik Həsənov Rafiq Cəlilov gözləriniz doymur? Bəsdirin! Cəllabadlılardan nə istəyirsiz? Cənab Prezident Sizin iradənizlə 44 günə Qarabağ torpağları işğaldan azad olundu amma bu Cəlilabada təyin etdiyiniz məmurlar rayonu talan edir. Satmadığları yer qalmadı. Dəfələrlə sizə telegramlar vurub məktublar yazsamda ünvana çatmağa imkan vermirlər. Xahiş edirəm kömək edin. Deyə sonda vətəndaş bildirib.

Daha ətraflı aşağıdakı videoda:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vaqif Abdullayevi bitirən milyonlar: adam döymək və... - Dayaqları sarsılan sabiq başçı həbsin kandarında...


Beyləqanın keçmiş başçısı Vaqif Abdullayevin başı üzərindən qara buludlar çəkilmir.

Gundem.meida xəbər verir ki, Anaxeber.info-nun əldə etdiyi məlumata görə, sabiq İH rəhbəri günbəgün həbsə yaxınlaşır. Onun üzərində olan adam döymək faktının da yenidən icraata göndərilməsi gözləntiləri V.Abdullayevin işini çətinləşdirib.

Təkcə həmin fakt üzrə istintaq kifayətdir ki, cinayət işinə yenidən baxılsın. Belə ki, bir müddət əvvəl Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi həbs etdirmişdi. Xəyyam Balayev məhkəmədə belə demişdi: “Vaqif Abdullayev özü də icra başçısı olarkən Beyləqanda tikilən Olimpiya Kompleksində fəhlə işləyən Rahil Əliyev adlı yerli sakini sərxoş vəziyyətdə şəxsən döymüşdü və ona ağır xəsarət yetirmişdi. Bu haqda Rahil Əliyev 2018-ci ildə sosial şəbəkələrdə yaydığı müraciətində təfərrüatları ilə danışmışdı. İcra başçısının fəhləni döyməsinə səbəb isə obyektdən “yoxa çıxan” bir neçə dəmir konstruksiya olmuşdu". Bu hadisə sabiq başçı ilə bağlı gedən son proseslərdə cinayət dosyesinə əlavə olunmaqdadır. Amma tək bu hadisə deyil, korrupsiya, mənimsəmə, dövlət vəsaitini talama ittihamları üzrə Vaqif Abdullayevin istintaqa cəlb olunması mümkündür. Bundan əlavə, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Bu da yuxarıların diqqətindədir. Hakimiyyət onun belə varlanmasını qəbul edə bilmir. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən "Bugatti” markalı avtomobil alması xəbəri yayılmışdı. Bundan başqa, Vaqif Abdullayevin "Gənclik” metrosu yaxınlığında özünə 2 milyon manata villa aldığı deyilir. Bəzi iddialara görə, Vaqif Abdullayev sabiq PA rəhbəri Ramiz Mehdiyevlə çox yaxın olub. Onun vəzifədən getməsi başçının da mövqeyini zəiflədib. İndisə həbsin kandarındadır və xilas kəməri axtarışına çıxıb. Görünür, əvvəllər onu himayə edən Ramiz Mehdiyevin yoxluğu, onun təsir imkanlarının olmaması Vaqif Abdullayevlə bağlı araşdırmalar aparılmasına yaşıl işıq yandırıb. Lakin o, təkcə Ramiz Mehdiyev kimi nəhəng dəstəyi itirməyib, elə ondan da böyük himayəçisi olan general Bəylər Əyyubovla da əlaqələri kəsilib. Generalla qohumluq münasibətləri olmuş V. Abdullayev ona bel bağlayaraq kreslosunda istədiyi əməllərə əl atırdı. Ancaq qohumluq mandatı qüvvədən düşən sabiq başçı indi tam təklənmiş vəziyyətdə - Rusiyanın günündədir. Ona görə də həm Əyyubovu, həm Mehdiyevi itirən Abdullayev, batabatda saman çöpü axtarır. Hazırda təşvişə düşdüyü iddia edilən sabiq icra başçısı əmlaklarını, biznesini, korrupsiya əməllərini gizlətməyə çalışır. Həmçinin oğluna ad günündə 280 minlik maşın hədiyyə etməsi suallar yaradıb, bu pulları necə əldə etməsi haqda hüquq-mühafizə orqanlarında səhih məlumatlar mövcuddur. Onun qardaşə oğullarının cinayət əməlləri, bu işdə Abdullayevin təsir vasitələri bu günə qədər məsələlərin real şəkildə açılmasına imkan verməyib. Bütün bunlar keçmiş məmurların cəzasız qalmasına, presedent yaranmasına səbəb olur. Yeni gələnlər də arxayınlaşır ki, sələfləri nə etdisə, cəzalanmadı, yığdıqlarını da xımır-xımır vəzifədən sonra yeməkdədirlər. Bu, təhlükəli tendensiyadır. Abdullayev kimi məmurlar da müştəbeh davranır ki, baxın, vəzifədə büdcəni taladım, indi kef çəkirəm, mənə "gözün üstə qaşın var" deyən də yoxdur. Hakimiyyət bu halların və tendensiyanən qarşısını almaq üçün sabiq məmurları cəzalandıra bilər. Bu sırada Beyləqanın keçmiş şefi üçün də təhlükə aktual olaraq qalır. Misal üçün istintaqa bəllidir ki, rüşvət və korrupsiya qalmaqalları ilə daim mətbuatın gündəmində olnuş Vaqif Abdullayev bu dəfə Beyləqan rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi və rayondakı əsas təmir tikinti işlərini həyata keçirən “Veteks” MMC nin rəhbəri Vüqar Aslanovdan 120 min manat almışdı. İcra başçısı ilə ciddi şəkildə alış-veriş yaradan və büdcə pullarının mənimsənilməsində başçının sağ əlinə çevrilən iş adamı bir müddət əvvəl Vaqif Abdullayevin “toruna” düşmüşdü. Yəni onlarla belə fakt göstərmək olar. Baxaq, yaxın həftələrdə onunla bağlı hansı qərar elan ediləcək. Mövzu diqqətimizdədir. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Leriki kimlər XARABA GÜNƏ QOYUB... - Rayonda nə baş verir?


Əvvəl Orand kəndinin 100-dən çox sakini rayon rəhbərliyini, icra başçısının birinci müavini Cəlil Baxşıyevi, həmçinin rayonun deputatı İqbal Məmmədovu korrupsiya, məmur özbaşınlığı və qanunsuzluqda ittiham ediblər.

Onlar deputatın onlara məxsus olan əraziləri zəbt etdiyini, kəndə gələn suyun öz kartof sahələrinə çəkdiyini iddia edirdilər. Daha sonra rayonun iki kəndi Lerikdən ayrılmağa və Yardımlıya birləşməyə qərar verib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Sakinlər deyirlər ki, rayon qeyri-rəsmi 4 ərazidən – Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Amma əsas diqqət rayonun Zuvand ərazisinədir.

Rayonda nə baş verir?

DİA.AZ xəbər verir ki, Reyting.az-ın redaksiyasına Lerik rayonu ilə bağlı sensasiya doğuracaq faktlar daxil olub. Mənbələrimiz rayondakı əsas vəzifələri tutmuş şəxslərin siyahısını da redaksiyamıza təqdim ediblər:

“Hörmətli redaksiya! Siz yəqin ki, Lerik rayonunda vəziyyətin necə olduğunu bilmirsiniz. Lerik qeyri-rəsmi olaraq, Zuvand, Orand, Dırığ və Pirandan ibarətdir. Sizə vəzifədə olanların siyahısını təqdim edirik. Oxuyun, siyahıya göz gəzdirin, nəticə çıxarın. Görün durum nə yerdədir, ən çox hansı kənd sakinləri rayonda hegomonluq edir və bu qohum-qardaş zənciri ilə bağlanan şəbəkə rayonu hara aparır, ölkədə necə imic yaradır:

1. İqbal Məmmədov – Leriki Milli Məclisdə təmsil edən deputat (Zuvand – Rıvarud kəndi).

2. Cəlil Baxşıyev – Lerik rayon icra başçısının birinci müavini (Zuvand – Kələxan kəndi).

3. Arzu Vəliməmmədova – icra başçısın müavini (Zuvandlı) deputatın sinif yoldaşı.

4. Habil Məlikov – başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri (Dırıqlı – Gürdəsər kəndi).

5. Əlipənah Bayramov – Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi (Dırıq – Bülüdül kəndi). Bu həmin Əlipənah Bayramovdur ki, Cəlil Baxşıyevin tələbi ilə imkansız ailəyə ayrılan vəsaiti geri qaytarmasını tələb edir.Ətraflı videomaterialda- şok səs yazısı:

6. Araz Quliyev – Hüquq şöbəsinin müdiri (Dırıq – Ağçay kəndi).

7. Zamiq Əhədov – İcra Hakimiyyətində Ümumi şöbənin müdiri (Zuvandlı).

8. Kaməddin Məstiyev – Lerik şəhəri üzrə icra nümayəndəsi (Zuvandlı).

9. Zöhrab Salayev – Təhsil şöbəsinin müdiri – (Zuvand).

10. Mübariz Ağayev – Mərkəzi xəstəxananın baş həkimi. Hazırda TƏBİB-in Lənkəran rayonu üzrə direktoru. Lerikdə sakinlər üçün tikilən binanın vətəndaşlara rüşvət müqabilində satılmasında onun da adı hallanır. (Zuvandlı və İqbal Məmmədovun qohumu).

11. Eyvaz Babayev – Meşə Təsərrüfatının rəhbəri (Lerik şəhəri).

12. Vəliyulla Alışov – Rabitə qovşağının rəisi (Dırıqlı, amma Cəlil Baxşıyevin qohumu).

13. Hidayət Bəşirov – Rayon Veteranlar Şurasının sədri (Zuvandlı).

14. Elxan Qənbərov – Rayon Ağsaqqallar şurasının sədri (Zuvandlı-Borzovu kəndi) keçmiş YAP sədri. Cəlil Baxşıyevin yaxın adamı.

15. Elman Abbasov – Maliyyə şöbəsinin müdiri – (Zuvandlı – Cəngəmiran kəndi) Cəlil Baxşıyevin dostu.

16. Etibar Həşimov – Ziyalılar Birliyi (Zuvand – Rəzgöv kəndi).

17. Mübariz Quliyev – Mənzil Kommunal Təsərrüfatının sədri (Zuvandlı). Bu yaxınlarda yeni icra başçısı tərəfindən fəaliyyətsizliyi səbəbindən işdən qovulub.

18. Malik Mirzəyev – ƏƏSM-nin keçmiş rəisi, hazırda YAP rayon təşkilatının sədri. (Buruq kəndindən. Amma İqbal Məmmədov, Cəlil Baxşıyev və Mübariz Quliyevin qohumudur, bir tərəfi zuvandlı) Adı dəfələrlə korrupsiyada hallanıb. Ətraflı linkdə: My Webpage

19. Abdin Alışanov – Gigiyeva və Epidemiologiya mərkəzinin rəisi (Bir tərəfi züvandlı).

20. Aslan Mirzəyev – Qızıl Aypara Cəmiyyətinin rəhbəri (Zuvand).

21. Asiman Tağızadə – Baş mühasib (Zuvandlı). Cəlil Baxşıyevin qohumu.

Hörmətli redaksiya, “Lerikdə heç bir ayrı-seçkilik yoxdur”,- deyən İcra hakimiyyəti yəqin bu siyahıya da bir əmma tapacaq. Burda cəmi 2-3 fərqli bölgədən olan məmur var və onlar da Cəlil Baxşıyev-İqbal Məmmədov tandeminə bağlı adamlardır. Gedib araşdıra bilərsiniz…”.

Mövzu ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin də mövqeyinə yer ayırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bunun qışı payız var. Onda lap dəhşət olur” - Göyçaydan Şikayət


Göyçay rayonunun bəzi kəndlərinə elektrik fasilələrlə verilir. Sakinlər deyir ki, bu hal son vaxtlar daha intensiv hal alıb. Onlar günlük elektirik enerjisi kəsintisinin fəsadlarından boğaza yığıldıqlarını deyirlər.

“Hər gün 5-6 saatlıq elektrik enerjisi yoxa çıxır. Çox vaxt da eyni saatlarda olur. Saat 10-da söndürürlər, günorta saat 3-ə qədər qalırıq işıqsız. Bəzən daha gec yanıdırırlar. Nə bir iş görmək olur, nə də işini planlaşdıra bilirsən. Azacıq yağış, yüngül meh belə kifayət edir ki, işığı sutkalıq kəssinlər”, – Ləkçıplaq kənd sakini Nərgiz İsmayılova belə deyir.

O, elektrikin hər gün niyə kəsildiyini bilmədiklərini söyləyir:

“Bunun qışı payız var. Onda lap dəhşət olur”.

55 kəndə malik Göyçay rayonunda əksər kəndlilər eyni durumu bütün fəsillərdə yaşayır. Qışda yağış, yaz və payızda külək elektrik enerjisinin kəsintisinə əsas səbəb kimi gətirilsə də, yayda da eyni hal baş verir. Bu dəfə səbəb heç kimə açıqlanmır.

Sakinlər deyirlər ki, rayon mərkəzindən 25-30 km uzaq məsafədə yerləşən kəndlərdə durum daha bərbaddır. Onların sözlərinə görə, xüsusilə Ləkçıplaq, Alpoud, Bəydövül, İnçə, Qaraxıdır, Mırtı, Alıkənd, Şəkər, Veysəlli kimi ucqar kəndlərdə sovet dövründən qoyulan ağac elektrik dirəklərin, köhnəlmiş transfarmatorların və yamaqlı elektrik xətlərinin istismar müddəti bitib. Nəticədə bir balaca meh və yüngül yağıntı olan kimi yüksək gərginli xətlərdə qırılma, dolanma yaranır, ya da qəflətən illərdir yüklənən transformatorlarda qısa qapanma baş verir.

Alıkənd sakini Səbinə Salmanova deyir ki, güclü küləkdə elektrik dirəkləri aşır, elektrik xətləri ağaclara yaxın olduğundan tez qırılır, ya da yüngül toxunma belə elektrik enerjisinin kəsilməsinə səbəb olur. Bu isə insanlar və digər canlılar üçün real təhlükə mənbəyidir. Əyilən elektirik dirəklərinə qoyulan dəstəklər belə çürüyür.

“Etibar etmək olmur. Onun yanında uşaq, heyvan olanda “tok” vurur”

Səbinə Salmanova deyir ki, köhnəlmiş elektrik xətləri təhlükə mənbəyinə çevrilib. Çox vaxt xətlər ağaclara dəyir, qırılır, kiminsə həyətinə düşür:

“Həyətində heyvanı, ev quşu olan var. Belə bədbəxt hadisələr olub kəndlərdə, güclü yağışdan, küləkdən yamaq xətt qırılıb düşüb aşağı, uşağı, ya kimisə vurub. Neçə dəfə ağac dirəklər aşıb. Camaat özü düzəldir. Hamısı yol kənarında, məhəllə daxilində, yaxud kiminsə həyətindədir. Kustar üsullarla düzəldilir, etibar etmək olmur”.

Alıkənddən olan başqa sakinlər də eyni fikirdədir:

“Belə olmaz axı. Xətlər, dirəklər dəyişməlidir. Transfarmotorlar köhnədir, yenilənməlidir ki, yüklənmə olmasın. Bir də görürsən aşmaq üzrə olan dirək, bir-birinə calanmış yamaq xətlər və üstü açıq transfarmotorlar yan-yanadır. Nəzarət olmasa, bədbəxt hadisə yaşanar”.

Səbinə Salmanova deyir ki, elektrik enerjisinin kəsintisi, fasilələrlə verilməsi kəndlərdə sakinləri özündən asılı duruma salıb. Xüsusilə yayda sakinlərin çox işi elektrik enerjisindən asılıdır. Qadınlar daha çox əziyyət çəkir. Çünki məişət qayğıları və günlük rutin işlər elektrik enerjisinə görə yarımçıq qalır, onları daha çox əziyyətə salır.

“Enerji də kəsiləndə həyətdəki ağaclardan kəsib ocaqda edirik işimizi. Bu da çətindir”

Sakinlərdən Aygün Əliyeva Meydan TV-yə danışır ki, çörəkdən tutmuş çaya qədər, soyuducudan tutmuş internetə qədər bütün işlər elektrik enerjisi hesabına əldə olunur:

“Elektrik enerjisindən asılıyıq. Çünki günədlik biş-düş, hazırlıq, məişətimiz ondan asılıdır. Yay oldu, qazı çox zəif verirlər, elə bil şam yanır.Heç bəzən vermirlər. Məcbur qalıb elektirik enerjisi ilə çay qoyuruq, nehrə edirik, yemək hazırlayırıq. Yaydır, həm yuyunmaq, həm paltar yumaq üçün tez-tez su isidirik. Su belə gəlmir, işığa bağlıdır. Məcburuq uzaqdan vedrə ilə lilli su gətirək. Hava çox isti olur, kondisioner, yaxud sərinkeş işləmir”.

Aygün Əliyeva deyir ki, elektrik enerji kəsiləndə məcbur olub həyətdəki ağacları kəsir, ocaq qalayırlar:

“Bu da çətindir. Bu istidə niyə ocaq yandıraq? Ocaqla, odunla necə hər gün əlləşəsən? Elə bil bütün çətinliklər bizim üçündür. Heç bir səbəb olmadan işığın kəsintisi və hər gün təkrarlanması nə deməkdir axı?!”

“Elə olub ki, iki gecə yağış düşüb deyə sutka ilə işığa həsrət qalmışıq”

Qaraxıdır kənd sakini Sevinc Xəlilova da eyni problemdən gileylidir. Deyir ki, dəfələrlə xəmiri əlində qalıb, yəni çörəyini bişirə bilməyib. Gecələri isə şam işığında keçirməli olub. Yayda soyuducunun işləməməsi ərzaqların da yararsız hala düşməsinə səbəb olur:

“Elə olub ki, iki gecə yağış düşüb deyə sutka ilə işığa həsrət qalmışıq. Son günlər hər gün söndürürlər. Qaraxırdakı enerji problemi 90-cu illəri xatırladır. Transformatorların təhlükəsizliyi yoxdur. 140 voltdur. O gün axşam xəmir yoğurmuşam ki, səhər durub çörək bişirəcəm, sabahısı işıq günortaya qədər söndu. Xəmir də çox acıdı, bişirilməyə yaramadı. Dəfələrlə özümün də, qonşularımın da başına gəlib, gəlir”.

“Bəzi xətlər yamaqlıdır, ağaclar xətlərə toxunur deyə işıqlar da kəsilir. Müraciət etsən də, baxan olmur. Bu xətlər və dirəklər dəyişilməlidir. işıq sönən kimi internet də gedir. Olur günlərlə, saatlara qohum-əqrabadan, ailə üzvlərindən, ölkədən xəbər tuta bilmirsən, məlumatsız qalırsan”, – Sevinc Xəlilova gileylənir.

“Hər transformator 60-70 evi əhatə edir”

Sakinlər deyir ki, 2015-ci ilə qədər bu problemin içində olublar. Həmin ildən etibarən tikilib istifadəyə verilən, Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsindəki stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək ümumi rayon tələbatının 25 faizini ödəməli idi. Hazırda həmin stansiyadan rayonun 16 kəndi elektirik enerjisi alır. Tez-tez stansiyada yaşanan texniki problemlər, həmin 16 kənddə özünü daha qabarıq göstərir.

Meydan TV əməkdaşı rayonun Alpoud, Bəydövül, Bığır, Ləkçıplaq, Çaxırlı, Qarabaqqal, Mırtı, Alıkənd kimi onlarla iri və ucqar kəndlərində sakinlərlə əlaqə saxlayaraq mövcud durumu araşdırıb. Məlum olub ki, bütün kəndlərdə günlük elektirik fasiləsi var və bu kəndlər və eləcə də digərlərinin elektirik xətlərində son illər hansısa təmir işləri həyata keçirilməyib. Hamısında da durum eynidir: çürük ağac dirəklər, yamaqlı xətlər və tez-tez kəsilən elektrik enerjisi.

Alpout kənd bələdiyyəsinin sədri Əliheydər Rzayev bildirib ki, 3 minə yaxın əhalisi olan kəndin 5-6 transformatoru var ki, onlardan biri tamamilə sıradan çıxdığından kənddə tez-tez elektrik enerjisi ilə bağlı problem yaranırdı. İki aya yaxındır, yenisi istifadəyə verilib, amma o da yüklənmə çox olduğundan zəif işləyir. Nəticədə zəif işləyən transformator üzündən kənddə sakinlərin məişət avadanlıqlarına ziyan dəyir. Tez-tez elektirik xətlərində qıs qapanma olur ki, bu da qoşulu vəziyyətdə olan məişət avadanlıqların sırada çıxarır.

“Neçə soyuducu, televizor, kondisioner, paltaryuyan, elektrik sobası, kompyuter, su motoru və digər avadanlıqlar bu səbəbdən yararsız olub. İsti hava şəraitində soyuducuda nə varsa xarab olur”, – bələdiyyə sədri deyir.

Onun sözlərinə görə, hər transformator 60-70 evi əhatə edir ki, bu da azdır:

“Gərək transformatorlar çox olsun ki, yüklənmə olmasın. Hə, buna görə narahatlıq var. Bu transformatorlar da çox yüklənir və gücü çatmır tam sutka işləməyə. Bu transformator, məsələn, 60 ailəni təmir edir, onu da tam edə bilmir. Bu da sakinlərin etirazına səbəb olur. Dəyişilsə, yaxşı olar. Yaxın 3 ildə dəyişiləcəyini deyiblər, ancaq hələ ki, başlanılmayıb. Yəqin nə vaxt vəsait ayrılar, onda da iş gedər. Xətlərdə də problem var, ağaclara yaxındır. Toxunan kimi elektirik enerjisi keçir. Ümumiyyətlə, problemin tam həllini tapması üçün hamısı dəyişilməlidir”.

“Elə ki, işə başlayıram, işin qızğın vaxtında işıqlar keçir, qalıram belə”

Problemdən yalnız qadınlar deyil, işi elektirik enerjisindən keçən kişilər də əziyyət çəkir. Xüsusilə ustalar və qaynaqçılar. Mırtı kənd sakini Fariz Musayev deyir ki, illərin ustasıdır. Elə ki, tikinti və təmirə başlayır, işıqlar kəsilir. Nəticədə onun da işi yarımçıq qalır. Beləcə günlərlə iş yubanır:

“İşin qızğın vaxtında işıqlar keçir, qalıram belə. Çünki çox vaxt “tok”a ehtiyac var. Gərək ıəvazimatları yonum, kəsim, rəndələyim, evlərə xətt çəkirəm, onu yoxlayım, məişət avadanlıqları söküb, düzəldib yoxlayım. Bunlara mütləq enerji lazımdır. Olmayanda işi yarımçıq saxlayıram. Həm işim yubanır, həm vaxtım gedir, həm də özüm əsəbi oluram. Neçə işim günlərlə işığa görə gecikib. İki-üç günə görəcəyim iş günlərlə gecikib. Üstəlik qoşulu olan avadanlıqlarım sıradan çıxıb”.

Təhlükəli transformatorlar

Kəndlərdə bir ciddi problem də əksər transformatorların hasarlanmaması və yol kənarında, məktəb ərazisinə yaxın yerlərdə qoyulmasıdır. Ləkçıplaq kənd sakinlərini də bu məsələ çox narahat edir. Kənd məktəbinin yaxınlığında yerləşən transformator əsas magistrala çox yaxındır. Bu da məktəblilər, nəqliyyatdan istifadə edənlər, eləcə də ərazidə tikilən obyektlər üçün təhlükəlidir.

“Ləkçıplaq çox böyük kəndir. İki məktəbi var. Bu məktəb əsas məktəbdir ki, yola çox yaxındır. Məktəbə şagirdlər transformatorun yanından gəlib keçirlər. Burda həm də əsas obyektlər yerləşir. İnsanların ən çox olduğu yerdir. Müraciətimizdən sonra yola yaxın transformatorun ətrafı hasarlanıb. İstəyirik ki, burdakı transformatorların hamısı hasarlansın, köhnələr yenilənsin və yol kənarındakılar, məktəbə yaxın olanın yeri dəyişdirilsin”, -deyə Ləkçıplaq kənd sakinlərindən biri bildirib.

Sakinlər deyir ki, günlərlə işıqsız qalmaq neft-qaz ölkəsinə yaraşmaz. Səbəbsiz enerji kəsintisi ilə bağlı aidiyyəti quruma edilən müraciətlərə isə daha çox “müvvəqqəti çətinlikdir”, “kəndlərdə budama, təmir işləri gedir” yaxud da “enerjinin ödənişini etməyən sakinlərin xətləri kəsilir” kimi bəhanələrlə yola verilir. Kənd sakinləri deyirlər ki, aylıq 30-50, bəzən 70-80 manat civarında elektrik enerjisi sərf edirlər ki, onu da əksəriyyəti vaxtında ödəyir.

“Əks halda yubanma olduğu və borclanma limiti keçdiyi üçün ailə dərhal elektiriksiz qalır. Odur ki, bunlar aidiyyəti qurumun illərdir sakinlərə sıradığı yalanlardır”, – kəndlilərdən biri deyib.

“Mən heç kimə hesabat vermirəm”

“Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin rəisi Ruslan Məmmədov isə sakinlərin dediklərini rədd edir. Meydan TV-nin sorğusuna öncə “kəndlərdə heç zaman enerji kəsintisi faktı olmayıb” deyən rəis sonra problemi “müvəqqəti çətinlik” adlandırıb və sualdan əsəbləşib:

“Kəndlərdə 4-5 saatlıq elektrik enerjisi kəsintisi yoxdur. Ola bilməz. Daim işıqlar yanır. Məsələn, keçən həftə ərzində iki gün yanmadı, onu da xəbərdar etmişdik. Mırtı kəndində ağac budama işi gedirdi, ona görə. Müvəqqəti çətinlikdir. Mən heç kimə hesabat vermirəm. Deyirəm ki, heç bir işıq kəsintisi yoxdur. Heç kimin işığı kəsilmir, nə də enerji satılmır. Bizə də müsahibə verməyi qadağan ediblər. Enerji fasiləsi niyə olur, qurumun mətbuat katibi ilə əlaqə saxlayın, onlar açıqlama versin”.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə kəndlərdə elektrik enerjisi ilə bağlı problemin olduğunu etiraf etdi. Fasiləli enerji verilməsini isə kəndlərdə müəyyən işlərin aparılması ilə əlaqəndirib:

“Düzdür, əksər rayonların sovet dövründən qalma, 50-60-cı illər çəkilmiş elektrik dirəkləri, xətləri, transformatorları var. Bunu danmırıq, hər zaman da göstəririk. Bununla bağlı hətta, istirahət günləri də paylaşmışıq ki, belə bir problem var ölkədə. Bu uzun müddət tələb edir. Ancaq mərhələli şəkildə həll olunur. O ki qaldı harda problem var və hansı kəndlərdə nə vaxt işıqlar söndürülüb, hansı kəndlərdə bu sahə üzrə problem yaşayır, bunu yazılı şəkildə bizə yönləndirin, araşdıraq”. //Meydan TV///
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabadda ÖZBAŞINALIQ EDƏN KİMDİR? - FOTO, VİDEO


Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblı müavini -baş meşəbəyi Yusif Məmmədli ilə birləşərək meşə torpaqların ayrı-ayrı vətəndaş və sahibkarlara qeyri-qanuni yolla kənd təsərrüfatı, bostan, yonca bitkiləri əkmək məqsədilə satıblar.

Mənbə bildirir ki, adları keçən bu dırnaq arası məmurlar özləri də dövlət meşə torpaqların əkdirirlər.

Mənbənin verdiyi məlumata görə, Salyan meşəbəyliyinin 5 saylı dolayının 10-cu kvartallnda günəbaxan, yonca və pambıq bitkiləri əkilib,
1 saylı dolayının 1-ci kvartalında pambıq, yonca və taxıl bitkiləri əkilib, 3 saylı dolayının 6-cı kvartalında isə yonca, pambıq və taxıl bitkiləri əkilib.

"Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəziniın Sabirabad, Saatlı və Kürdəmir ərazilərində də dövlət meşə fondu torpaqları ayrı-ayrı vətəndaş və sahibkarlara satılıb. Sözügedən ərazilərdə isə kənd təsərrüfatı , yonca və bostan bitkiləri əkilib.
Eyni zamanda dövlət meşə fondu torpaqları da mal-qara örüşü kimi satılıb. Mal-qara həmin ərazilərdə otladığı üçün bir başa əkin və təbii bərpanı məhv edir"-deyə mənbə qeyd edir.

P.S. Bir başa bu cinayətkar dəstəni Meşələrin Inkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov müdafiə edir. Çünki, Xalıqverdi özü də həmin köhnə cinayətkar dəstədəndir.

Qarşı tərəfi dinləməyə hazırıq. //azinfo.tv//

Sabirabadda ÖZBAŞINALIQ EDƏN KİMDİR? - FOTO, VİDEO
Sabirabadda ÖZBAŞINALIQ EDƏN KİMDİR? - FOTO, VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaxda bir azdan sığınmağa kölgəlik də tapmayacağıq... - ETSN HARA BAXIR?


Ətraf mühitdə əmələ gələn problemlərin həlli və aradan qaldırılması zaman-zaman hər kəsi düşündürən məsələlərdən olub. Ona görə də meşə zolaqlarının, yaşıllıqların mühafizə olunması, yaxud da hansısa səbəbdən baş verən erroziyanın qarşısının alınması və s. kimi məsələ və problemlərin həlli, daim aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların aradan qaldırılması məqsədilə, aidiyyətı qurumlara müvafiq tapşırıqlarını da verdi. Ölkə rəhbərinin belə bir addım atmasına, məhz bir çox amillərin varlığı səbəb oldu. Hətta, cənab Prezident meşə zolaqlarında və digər ərazilərdə ağacların qanunsuz yollarla kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, eyni zamanda həmin şəxslərin birbaşa məsuliyyətə cəlb olunmalı olduqlarını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində vurğulayaraq bildirdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Bəli, belə bir tapşırıqların verilməsi, məhz ölkə rəhbərinin ətraf mühitlə bağlı ortaya qoyduğu yanaşması oldu. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizin hər bir ərazisində yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, bu gün də yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına qol qoyulmaqdadır. Məsələn, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, Qax rayonunun Əlibəyli kəndində Roma adlı şəxsə məxsus taxta sexi fəaliyyət göstərir və həmin sexdə daha çox kəsilməsi qadağan olunmuş ağaclardan istifadə olunur. Məsələnin düşündürücü tərəfi odur ki, adı çəkilən bu şəxsə məxsus sexə daşınan və müxtəlif məqsədlər üçün, ələlxüsus taxta yeşiklərin və müxtəlif növ mebel məhsullarının hazırlanmasında istifadə olunan fıstıq, qoz, cökə və s. kimi ağaclar, heç də həmin sexə Avropa ölkələrindən daşınmır. Belə bir qanunsuzluqlara, yəni çoxsaylı ağac növlərinin kəsilməsinə Qax rayonununun meşə zolaqlarında daha çox rast gəlinir və kəsilmiş ağaclar xəlvəti yollarla həmin sexə daşınır. Deməli, rayonun Əlibəyli kəndində Roma adlı şəxsə məxsus taxta sexinin fəaliyyət göstərməsi, Qaxın meşə təsərrüfatına rəhbərlik edən şəxslərin də şəxsi maraqlarına cavab verir. Belə bir səbəbdən də, Qaxın meşə təsərrüfatına cavabdehlik daşıyan vəzifə sahibləri həyata keçirilən “meşə qətliamları”na göz yummaqdadırlar.

Bəli, bu gün ölkəmizin şimal bölgəsinin meşə zolaqlarında, ələlxüsus Qax rayonunun meşə zolaqlarında analoqu olmayan “meşə qətliamları” həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin yarıtmaz iş fəaliyyəti, hal-hazırda həyacan təbili çalmağa tam əsas verir. İndi olub keçənlərə diqqət yetirək. Ölkəmizin şimal bölgəsinin meşə zolaqlarından qanunsuz yollarla kəsilən ağac növləri Əlibəyli kəndində Roma adlı şəxsə məxsus taxta sexinə daşınmasının özü cinayət əməli olsa da, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin rəhbər şəxsləri maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tuturlar. Təəccüblü halın varlığı odur ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyevlə bərabər, ekologiya və təbii sərvətlər nazir cənab Muxtar Babayev də hər kəsi ədalətli olmağa, meşə zolaqlarını qanunsuz yollarla məhv olunmasının qarşısını almağa çağırır. Belə bir çağırışın varlığına baxmayaraq, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin rəhbər şəxsləri, hal-hazırda bu cür əməllərə məşğul olan hər kəsə, ələlxüsus Roma adlı şəxsə hər cür şərait yaratmaqdadırlar. İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri və onun himayə etdiyi şəxslər verilmiş tapşırıqlara məhəl qoymurlar. Xoşagəlməz halın varlığı odur ki, meşə zolaqlarına yaxın ərazilərdə yaşayan sakinlər baş verən qanunsuzluqlara qarşı haqlı narazılıqlarını ifadə etsələr də, bir kimsə onların narazılıqlarına məhəl belə qoymurlar.

O halın varlığını da qeyd edək ki, xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Belə bir kəlamın işlədilməsi onu söyləməyə əsas verir ki, Ulu Öndər həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, məhrum Prezidentimiz hakimiyyətdə olduğu illər ərzində meşə zolaqlarının qorunmasına, yaşadılmasına hər zaman xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması isə, bir daha ölkə rəhbəri tərəfindən ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.

Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri və onun himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçirirlər. Atılan addımlar zamanı onminlərlə ağac əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...
Nyus.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO