[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Erməni izi, yaxud “Bolt” və “Uber” sürücüləri nəyə etiraz edirlər? - ARAŞDIRMA

2022-ci il avqustun 7-də Bakıda bir qrup taksi sürücüsü “Bolt” və “Uber” şirkətlərinin Azərbaycandakı fəaliyyətinə qarşı etiraz aksiyası keçirib. Sürücülərin sözlərinə görə, bu şirkətlər erməni əsilli şəxslər tərəfindən maliyyələşdirilir və onların fəaliyyəti qanun pozuntusu ilə həyata keçirilir.

Xatırlatmaq istərdik ki, 13 iyul 2020-ci il tarixində “Yandex” və “Uber” şirkətləri onlayn səyahət bron biznesini birləşdirmək və “Yandex.Taxi”nin baş direktoru Tiqran Xudaverdyanın rəhbərlik etdiyi yeni şirkət yaratmaq qərarına gəliblər. Xudaverdyanın özününuber-v-tom-chisle-i-v-armenii-7935195.html" target="_blank" rel="noopener"> dediyinə görə, yeni şirkət Rusiya, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan və Azərbaycan bazarlarında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Tiqran Xudaverdyan həm də “Yandex” media resursuna rəhbərlik edir. Məhz bu media resursu uzun illərdir ki, Azərbaycana çamur atmaqla məşğuldur.

Bu resursda terrorçu və dinc azərbaycanlıların qatili Monte Melkonyan qəhrəman kimi göstərilib. 44 günlük müharibə zamanı bu resurs birmənalı olaraq erməni tərəfini dəstəkləyirdi və Tiqran Xudaverdyan özü erməni millətçilərinə maliyyə dəstəyi göstərirdi.

Azərbaycan hökuməti Xudaverdyanın Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına niyə icazə verir? Axı heç kim təminat verə bilməz ki, o, ölkəmizdə qazandığı pulu erməni separatçılarına yardıma göndərməyəcək.

DİA.AZ xəbər verir ki, AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Agentlik sərnişinlərin daşınması ilə məşğul olan şirkətlərin fəaliyyətinə icazə verə və ya qadağan edə bilməz: “Xatırlatmaq istəyirəm ki, dörd il əvvəl biz təsisçiləri erməni millətinin nümayəndələri olan şirkətlərlə əməkdaşlıqdan imtina etmək təklifi ilə sürücülərə müraciət etmişdik. Lakin sürücülər bizim xəbərdarlıqlarımıza məhəl qoymadılar”.

İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mətbuat xidmətinin rəhbəri Elmar Yaqubov isə bildirib ki, bu məsələ ilə bağlı İN-ə müraciət edilməlidir: “İstənilən şirkət vergi ödəyicisi kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin funksiyaları isə İqtisadiyyat Nazirliyinə verilib”.

Məsələ İN-in mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bizə söz verdilər ki, bu məsələni mütləq araşdırıb bizə məlumat verəcəklər. Təəssüf ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən heç bir cavab almadıq.

Milli Məclisin üzvü Vahid Əhmədov əməkdaşımızla söhbətində qeyd edib ki, əgər İN erməni millətçilərinin fəaliyyətini maliyyələşdirən Tiqran Xudaverdyanın rəhbərlik etdiyi “Uber” şirkətinin fəaliyyətini dayandırmasa, bu, o deməkdir ki, şirkətin fəaliyyəti Azərbaycan məmurlarının maraqlarına uyğundur: ““Uber”in bağlanmasından Azərbaycan heç nə itirməyəcək. Ölkəmizdə sərnişinlərin daşınması üçün kifayət qədər şəxsi müəssisələr var”.

Deputat sürücülərin aksiysını belə şərh edib: “Bu, o deməkdir ki, onların şərəf və ləyaqəti bəzi məmurlarımızdan daha çoxdur”.

Biz də “Uber” işçilərinin fikrini öyrənmək qərarına gəldik. Mehman adlı dispetçerin bizə dediyinə görə, onların şirkətində İctimaiyyətlə əlaqələr şöbəsi yoxdur. Təklif etdi ki, *3333-ə zəng edək.

Mehmanın məsləhətinə əməl etdik. Və belə bir cavab aldıq ki, onlar “Uber”-in Tiqran Xudaverdyana aid olması barədə heç nə bilmirlər...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola saldılar.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Veysəloğlu” Şirkətlər Qrupu vətəndaşların cibinə girir - GİLEY


“Veysəloğlu” Şirkətlər Qrupunun tabeliyində olan “Araz” marketləri istehlakçıları aldadır.

DİA.AZ Bizimxeber.az-a istinadla bildirir ki, müştəri Araz Məmmədov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Müştəri yazır ki, insanlar bu mağazadan alış-veriş edərkən diqqətli olmalıdırlar: “Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm. Deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxır.

Bunun doğru olmadığını dedikdən sonra məbləği geri qaytardılar.

Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub. Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar”.

Şikayətçi qeyd edir ki, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxu heç fikir də vermir və aldanır: “Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalıqverdi elə zənn edir ki, bu meşələri ona XALİQ VERİB... - Dövlət malı belə QARƏT OLUNUR


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatlarından əldə edilmiş işlik oduncağın satışı məqsədilə ilk dəfə avqust ayının 5-də açıq hərrac keçirib. Bu barədə ETSN-dən xəbər verilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib. Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşmış ümumilikdə 524 kubmetr müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 400 kubmetri satılıb”.
Xalıqverdi elə zənn edir ki, bu meşələri ona XALİQ VERİB... - Dövlət malı belə QARƏT OLUNUR

(Bakı 5 avqust Xalıqveri tşkil tdiyi ilk hərracda işlik material satır)

Bəli, bəli, cənab X.Hüseynovun ictimaiyyətə açıqlamasında nə qədər həqiqət payının olub-olması və yaxud niyə indi işlik materialların satılması üçün hərrac keçirilməsi ideyasına apardığımız qısa araşdırmalar zamanı faktlar üzrə əsl həqiqətlərin ortalığa çıxmasına çalışmışıq. Yəni, motiv nədir ki, cənab xidmət rəisi ortalığa “hərrac” oyubazlığını atıb? Belə qaranlıq suallara aydınlıq gətirmək üçün bu istiqamətdə son vaxtlar apardığımız araşdırmaların nəticəsi olaraq deyə bilərik ki, vaxtilə Ağdamın Çəmənli kəndində kolxoz sədri işləmiş Xalıqverdi müəllim əslində “hərrac” oyununu ortalğa atmaqda əsas məqsədi Azərbaycanın dövlət meşə fondunda inventar kimi siyahıya alınmış müxtəlif cinsdən olan qiymətli ağac materiallarını quruyan və ya yaşı keçmiş ağac kimi qələmə verməklə onları əvvəlcə qırıntı-sanitar siyahısına salmaq və seçmə üsulu ilə belə işlik materialların bir hissəsini gözdən pərdə asmaq üçün hərrac təşkil etməklə ayrı ayrı fiziki və ya hüquqi şəxslərə satılmasını təşkil etməkdir. Avqustun 5-də keçirilən ilk hərracdan da göründüyü kimi, 8 nəfər şəxsə cəmi məhz Oğuz və Qəbələ rayonlarından toplanmış 400 kub m həcmdə işlik materialın satışı baş tutmuşdur.
BƏS ƏSLİNDƏ XALIQVERDİNİN “HƏRRAC” OYUNUNUN ARXASINDA HANSI GİZLİ NİYYƏT DURUR?
Əvvəlcə məlumat üçün DogruXeber.az-a istinadən bildirək ki, – Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Ətraf Mühitin rəisi işlədiyi zaman meşələri məhv edənlərdən biri olmuşdur və buna baxmayaraq bu şəxs xəstə olduğu və pensiya çıxma vaxtına 11 ay qaldığı halda Muxtar Babayev onu gətirib Meşələrin İnkişafı Xidməti vəzifəsinə rəis təyin etmişdir. Onu da bildirək ki, cənab X.Hüseynov son iki aydır ki, hər həftənin 5-ci günün axşamı işdən sonra Qəbələ şəhərinə gəlir və məsələn bu gün ( avqustun 8-də səhər saat 5-dən Qəbələdən Bakıya xidməti işini davam etdirməyə qayıdır.) Etibarlı mənbənin verdiyi məlumata əsasən X.Hüseynovu Qəbələ Regional Meşə Təsəsrrüfat Mərkəzinin müdiri Ramil Nəsibov ( əvvəllər Ağdaş bazarının girəcəyində ağ növ kələm satırdı) müşayət edir və hər cür qulluğunda dayanır. Cənab V.Nəsibov da öz növbəsində tabe rəhbəri tərəfindən ona verilən “xidməti tapşırıq”ları canla-başla yerinə yetirməyə çalışır. Nədir bu tapşırıqlar? Oğuz və Qəbələnin əksər meşə dolaylarında qiymətli ağac cinslərindən olan ağac materiallarının qırdıb sexlərə satılmasını təşkil etmək. Artıq 1- ilə yaxındır ki, meşə dolaylarında oduncaq adı altında qırıntı zonaları yaradılmaqla işlik material olan qiymətli ağacların kütləvi məhv edilməsinə start verilmişdir. Belə ki, hər yük KAZMAZ markalı avtomobil dolu palıd ağacları 1200 manata, kəsilib doğranmış fıstıq ağacının qiyməti isə 1000 manat təklif olunur. Alıcılar adətən belə materialları Göyçay, Ağdaş, Oğuz və Qəbələdə olan mebel sexlərinə daşıyırlar. Və hər yük avtomobili üçün rəsmi sənəd olan oduncaq material kimi yazılmaqla dövlət büdcəsinə 1 kub m üçün 18 manat vəsait ödənilir. Əgər işlik material üçün bilet sənədləşməsi aparılsaydı dövlət büdcəsinə hər kub m üçün 120 manat ödəmək lazım gələrdi. Bu da alıcıya və Meşə İdarə rəisinə sərf etmədiyi üçün gizli sövdələşmələr zamanı öz qazanclarına uyğun hərəkət edirlər. Nəticədə itirən dövlət büdcəsi, qazanan isə Xalıqverdi Hüseynov olur. Oğuz və Qəbələdən olan ayrı-ayrı mənbələrimizin verdikləri çoxsaylı məlumatlardan aydın olur ki, meşə dolaylarında “qırıntı” adı altında kütləvi surətdə kəsilən işlik materialların kötük hissələrinə meşə işçiləri tərəfindən qanusuz olaraq xüsusi çəkiclə damqalar vurulur. Lakin bu peşəkar meşəçilər unudurlar ki, qırıntı zonası meşə dolayının əksəriyyət hissəsini əhatə edə bilməz. Bu qəti olaraq yolverilməzdir. Buna baxmayaraq milli təbii sərvətlərimizin hesabına külli-miqdarda pul qazanmaq hərisliyi Xidmət rəisi cənab X.Hüseynovu əsla heçnədən çəkindirmir. Proses daha aqressiv formada davam etməkdədir. Məsələn, Qəbələ rayonun Həmzəli kəndi yaxınlığında yerləşən Həmzəli meşələrinin dərə dolaylarında minlərlə təzə kəsilmiş və qırıntı sahəsinə aidiyyatı olmayan böyük sahələrdə iridiametrli palıd və fıstıq ağaclarının kötükləri üzərində qanunsuz damqalama izlərini müşahidə etmək olar. Və belə sağlam işlik materialların qılıması üçün heç bir sənədləşmə işləri də aparılmamışdır.Çoxsaylı şikayətlər əsasında həmin meşəyə gələn ETSN əməkdaşları isə görüntü xatirinə meşənin girəcəyində 1 saatlıq formal müşahidələr aparmaqla işlərini bitmiş hesab edirlər. Əgər ETSN rəhbərliyi faktı yerində yoxlamaq istəyərsə biz dərhal həmin əraziləri yerli sakinlərin iştirakı ilə göstərməyə hazırıq. Təki rəhbərliyin istəyi olsun. Ümumiyyətlə, Azərbaycan meşələrində qırıntı” adı altında damqalanmış ağacların əskəriyyəti hələ də sənədləşdirilməmişdir.

Həmzəli meşəsi ilə bağlı dövlət baçısına ünvanlanmış müraciətdə deyilir:
Hacıyev Həsrət İsfəndiyar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına şikayət məktubu ünvanlayıb. Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident İlham Əliyev! Mən, Qəbələ rayonun Həmzəli kəndində yaşayıram.Oğlum Asif Heydərov Qəbələ rayon Meşə Təsəsrrüfatı İdarəsində işləyir.Onun qoruduğu 06 saylı dolayı bir neçə aydır ki, saxta qırma sahəsi adıyla küləvi şəkildə qırır və sonra isə həmin ağacların kötüyünə damqa vururlar. Guya ki. ağaclar qanuni odun üçün kəsilibmiş. Həmin qırılan ərazilərədə bu işi direktor, idərədəki əmək müfəttişi işləyən Kənan Fətullayevə tapşırırdı. Kənan da bir peşəkar olduğu üçün idarəyə təzəcə işə gətirdiyi Elmar adlı qohumunu və idarəyə məxsus UAZ markalı maşını meşənin yanında saxlayaraq URAL və ZİL markalı maşınları ağac kəsib daşımaq üçün meşəyə buraxaraq hər maşın reysi üçün 500 manatdan pul yığdırırlar. Təxmininən son aylarda bu vaxta kimi 220 reys material ( hər URALa ən azı 10 kub m material yığmaqla) tək oğlumun meşəsindən odun adı altında materialı çıxarıb daşıyıb satıblar. Mən dəfələrlə bu işə öz narazılığımı bildirsəm də Kənan və direktor mənə bildirmişlər ki, sənlik deyil, özümüz qaydasına qoyacağıq”… Baxın tək bircə epizod üzrə 6 saylı meşə dolayından 3 ay ərzində 2200 kb m işlik aterial meşə işçiləritərəfndən satılıb və kəsilən ağaclar qanunuz olaraq damqalanıb. Bu da fakt. Yni Azərbaycann bütün meşə fondu Xalqverdinin bu mexanizi əsasında məhv edilir ə külli-miqdarda qazanc götürülür. Hesab ediri ki, bu cinayətlərə ETSN rəhərliyi arayış verməli və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarna təqdmat veməli və özlri də “istfa mədəniyyətindən” istifaə etməlidirər.

Biz, 2021-ci ilin mart ayında nazır cənab Muxtar Babayevin göstərişi əsasında Oğuzun Daşağıl meşəbəyliyinin Muxas meşələrində təzə kəsilmiş yüzlərlə iri və orta diametrli ağacların şahidi olduq və ETSN işçilərilə birlikdə akt tərtib etdik. Bizdən əvvəl isə 70 ədəd kəsilmiş işlik ağaclara görə 1250 manat cərimə yazılmışdır. Budur, həmin ərazidə proses bu gün də davam edir. Və son cərimə aktları 14 iyun 2022-ci ildə simvolik rəqəmlərlə Qəbələ Regional Meşə Təsəsrrüfatı işçiləri tərəfindən sənədləşdirlmişdir. Artıq kəsilmiş iri və orta diametrli ağacların cəmi sayı 1000 ədədi ötmüşdür. Məsələ barəsində yerli sakinlərin meşə gözətçisi olan Bənövşə Həkimovanın səriştəsizliyindən ETSN-nə şikayətlər yazılsa da cənab X.Hüseynov meşə gözətçisinə adi bir töhmət verilməsinə icazə vermir. Çünki, bu adam milli sərvətimizi qorumasa da “planı” artıqlaması ilə yerinə yetirir. Elə region müdiri cənab R.Nəsibov da onu X.Hüseynovun tapşırığı əsasında “mükafat”landırır. Lakin Oğuzun Filfili kəndində meşə inspektoru Kamranın göstərişi və sifarişi əsasında 21 ədəd fıstıq ağacı kəsmiş Xaçmaz kənd sakini iki ağır xəstə uşaq atası olan Elşən Məmmədov isə dərhal 8700 manat cərimələnməklə yanaşı 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilmişdir.
Onu da xatırlatmaq yerinə düşərdi ki, meşələrin “qırıntı” adı altında kütləvi məhv edilməsi əməliyyatı Azərbaycanın şimal-qərb bölgəsində deyil, eləcə Quba -Qusar, Lerik-Masallı və demək olar ki, bütün zonalarda da analoji olaraq yüksək intensivliklə aparılır.
Məsələn, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvonabad meşəbəyliyinin 21a saylı meşə dolayının gözətçisi Hidayət Qəribov tərəfindən Azerinfo.az xəbər informasiya agentliyinə 6 avqust 2022-ci il tarixində göndərilən müraciətdə bildirilir:
” Müraciətimlə yazıb Sizə bildirirəm ki, Son dövrlərdə qoruduğum meşə ərazisində külək və qar nəticəsində çoxlu sayda müxtəlif cinsdən olan ağaclar yıxılmışdır. Həmin ağaclar qeydiyyata alınmış, qanunla müəyyən olunmuş “meşə məhsullarının buraxılış orderi”nə əsasən hərbi hissələrə və vətəndaşlara satılmasına Mərkəz tərəfindən sərəncam verilmişdir.
Həmin yıxılmış ağacları Mərkəzin fəhlələri və Təchizat Idarəsinin maşınları ilə aşağı və yuxarı anbarlara daşımışlar. Yerli regional Ekologiya İdarəsi rəisi Şakir Quliyev ayrı-ayrı ərazilərdə qanunsuz qırıntılar üçün şərait yaradır və yaratmaqla məşğuldur.
Necə olur ki, mən Mərkəzin sərəncamına əsasən, Mərkəzin fəhlələri yıxılmış ağacları ” meşə məhsullarının buraxılış orderi”nə əsasən çıxarılanda və yaxud da vətəndaşlara biletə əsasən odun verməklə Şakir Quliyevin əməkdaşları başımın üstün o dəqiqə kəsirlər. Ancaq Masalıı rayonunda olan sexlərə daşınan meşə materiallarının qarşısını ala bilmir.
Xahiş edirəm yuxarıda yazdıqlarımı ictimailəşdirin”
Budur, eyni proses, eyni dəst-xətt. Yəni istər cənub, istərsə də şimal regionlarındakı meşələrimiz eyni qayda tətbiq edilməklə məhv edilməkdədir. Yəni, nəticəyə gəlirirk ki, ETSN-də əyləşmiş “meşə mafiyası” üzvləri meşələrimizin məhv edilməsi və daha çox milyonlar əldə edilməsi üçün mərkəzləşdirilmiş formada idarə olunur. Və indi bizlərə aydın olur ki, belə idarəetmə sisteminə rəhbərlik edilməsini cənab nazir M.Babayev elə-belə, təsadüfən Xalqverdi Hüseynova həvalə etməmişdir. Bu adam peşəkardır və uzun müdət ETSN struktularında çalışdığı müxtəlif vəzifələrdə bütün mümkün kombinasiyaları öyrənmişdir.
Ölkə ictimaiyyətinə Xalıqverdi Hüseynov adı hələ pandemiyanın ölkəmizdə tüğyan etdiyi 2019-cu ilin avqustunda Ərəb turistlərinə məşhur Hacınöhür düzündə çoxsaylı dollar qarşılığında təşkil etdiyi ov mərasimlərindən tanışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqda çoxsaylı yazılarımız oxucularımıza təqdim olunmuşdur. Belə ki, Hüseyinqulu Bağırovun nazir olan dövürlərində Azərbaycanın bir çox ov üçün yararlı əraziləri Ərəblərə demək olaraq satılmışdır. Hətt da xəbər portalımızda Hüseyinqulu Bağırov Azərbaycan torpaqlarını Ərəblərə ərməğan edib başlıqlı yazımız naziriliyi demək olar ki, sirkələmişdir. Bu yazımızdan sonra ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Hüseynov Xalıqverdi Cəmil oğlu redaksiyamıza zəng vuraraq yazının saytdan çıxarılması üçün xahiş minnət etdi. Aşağıdakı videoda görüntülərdən bəlli olur ki, həqiqətən Xalıqverdi müəllimin canfəşanlığına əsas varmış. Belə ki, videoda görüntülənənlər arasında Xalıqverdi müəllimin regionalnı idarəsindəki işçiləri şəxsi avtomobilləri və özləri Ərəblərin xidmətçisi olubmuş. Ancaq bu azmış kimi Azərbaycanın ova yararlı ərazilərini Ərəblərə hədiyyə edən Xalıqverdi müəllim kreslosunu saxlamaq üçün işçisi Sektor müdiri Raqub Mirzəyevin çirkin əməllərindən istifadə edir. Kreslosunu itirmək təhlükəsini yaşayan Xalıqverdi müəllim, ona yaxın olan sektor müdiri Raqub Mirzəyevin ona əks olan bütün şəxsləri gözdənsalma kompaniyası göstərişi verilir. Və beləliklə bir çox şəxslərin Mirzəyev vasitəsi ilə torbasını tikən Xalıqverdi Hüseynov 2020-ci il mövsümündə ərəblərdən qazanacağı pulların şansın əldə edir…”
Xalıqverdi elə zənn edir ki, bu meşələri ona XALİQ VERİB... - Dövlət malı belə QARƏT OLUNUR

(Xalıqvedinin işçisinin ərəblərə ov etək üçün günü 300 dollara verdiyi 10 OP 676 nömrəli avtomobil)

Düşünürük ki, elə ərəblərə ov təşkil etməsinə görə Xalıqverdi Hüseynovun necə bir “Vətənpərvər ziyalı”, “dövlət mənafeyini üstün tutan” dövlət qulluqçusu, və ya işğaldan azad olunmuş ata-xala yurdu hesab edilən Ağdama gedib qohumlarının qəbrlərini ziyarət etmək əvəzinə, özünü hər hftə aırı Qəbələdə otellərin birində kölgələnməyə üstünlük verən “milli insan” kimin təsəvvür etməliyik.
Ümidvarıq ki, cənab X. Hüseynovun regionlarımızdakı milli sərvətlərimiz olan meşələrimizdəki ağacların qorunması üçün kəsilmiş və qanunsuz damqalanmış ağacların invetarlaşmaının aparılmasına nəhayət, ETSN-nin vicdanlı mütəxəssilərinin və yerli hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə yerində araşdırılacaq və “qırıntı” adı altında qanunsuz ağackəsmə əməliyyatlarına birdəfləlik son qoyulacaq və günahkarlar tapılaraq layiqli cəzalarını alacaqlar. Axı biz dünyəvi dövlətə yaşayırıq.
RealMedia.az olaraq yazıda adları çəkilən şəxslərin də mövqelərini dinləməyə və dərc etməyə hazırıq.
P.S. Sonda müasir atalar deyimini yada salmaq yerinə düşərdi: ” Xalıqverdi “Tufandağ”da kanatlarda seyrə çıxır, biz isə “VAZ – 21011″ minməyiriz.”

Qeyd edək ki, məqalədə ayrı-ayrı saytların materiallarından istifadə olunub.
RealMedia.az
Xalıqverdi elə zənn edir ki, bu meşələri ona XALİQ VERİB... - Dövlət malı belə QARƏT OLUNUR
Xalıqverdi elə zənn edir ki, bu meşələri ona XALİQ VERİB... - Dövlət malı belə QARƏT OLUNUR
Xalıqverdi elə zənn edir ki, bu meşələri ona XALİQ VERİB... - Dövlət malı belə QARƏT OLUNUR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Mehdiyevin avtomobilini saxlayan DYP əməkdaşları İŞDƏN ÇIXARILDI


Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

Sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb. İşdən kənarlaşdırılan DYP əməkdaşlarının adlarını dəqiqləşdirməyə və yaxın saatlarda olayla bağlı daha təfərrüatlı informasiya verməyə çalışacağıq.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

AMİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə yeni icra başçısı “köhnə komanda” ilə üz-üzə - İLGİNC İDDİALAR...


İyulun 25-də Prezident İlham Əliyev Əkbər Abbasovu Lerik rayonuna yeni icra başçısı təyin edib. Lerik rayonu 2021-ci ilin aprelin 29-dan icra başçısız qalmışdı. Yəni ölkə başçısının 2 aprel 2007-ci il tarixli sərəncamı ilə Lerikə icra başçısı gətirilən Rövşən Bağırov artıq bu vəzifədən çıxarılaraq Ağsu rayonuna icra başçısı təyin edilmişdi.

Lerikə icra başçısı təyin olunan yeni icra başçısı Əkbər Abbasov isə bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışırdı. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alan Əkbər Abbasovun Lerikə icra başçısı təyin olunması sosial mediada da geniş müzakirə olunmuşdu. Sosial şəbəkədə yazanların bir çoxu düşünürdü ki, London təhsilli icra başçısı Lerikdə ciddi islahatlar aparacaq. Onlar iddia edirdilər ki, Abbasov Leriki anarxiya və özbaşınalığa sürükləyən Rövşən Bağırovdan qalma köhnə komandadan təmziləyəcək. Bununla da, ağır güzəran və maddi şərtlər altında yaşayan, dözülməz həyatın çətinliklərinə tab gətirməyib rayonu tərk edən əhaliyə dəstək olacaq. Deyəsən, artıq təsir əks təsirə çevrilir və “köhnə komanda” daha tez qabağa düşüb Abbasovu “zərərsizləşdirməyə”, onu əhali ilə üz-üzə qoymağa çalışır.

Məlumata görə, artıq əhali arasında Əkbər Abbasovun təcrübəsiz kadr olduğu barədə təbliğata da start veriblər. Bu kampaniyanın başında isə indiyədək bütün icra başçılarını əhali ilə üz-üzə qoymaqda məharət qazanmış müavin – Habil Məlikov durur. Məlikov özünü yerli, gəlmələri isə “gəmidə oturub gəmiçi ilə dava salan” kimi təqdim edir, tərübəsiz başçının uğuruz kadr olduğunu deyir, bununla da Əkbər Abbasovu yetkisiz hala gətirmək istəyir. O hətta köhnə qarşıdurma yaradan problemləri gündəmə gətirərək aktual problem kimi icra başçısına təqdim edir. Bununla da onu əhali və yerli məmurlarla qarşıdurmaya sürükləməyə çalışır.

Məlikov düşünür ki, bununla da icra başçısının fəaliyyətini kadr islahatlarından yayındırmağa nail ola biləcək. “Habil Məlikov hər yerdə deyir ki, icra başçısı köməkçisini Bakıdan gətirib. Amma onun köməkçisi rayondan olmalı idi. Kənar adam rayonu tanımırsa, o, başçıya necə kömək edə bilər?” – deyə məlumatda bildirilir.

Rayondan aldığımız məlumata görə, hətta Məlikovun dedikləri barədə icra başçısına müəyyən məlumatlar verilib. Görünən odur ki, icra başçısı hələ köhnə komanda ilə xeyli problemlər yaşayacaq.

Mənbə: xeberinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Unun və çörəyin qiyməti artacaqmı? - ARAŞDIRMA


Azərbaycanda unun qiymətinin bahalaşması haqqında xəbərlər yayılır. Qərb bölgəsində çörək istehsalçılarından biri Pressklub.az-ın əməkdaşına bildirib ki, bəzi günlərdə qıtlıq və bahalıq problemi yaşayıblar, amma hazırda unu köhnə qiymətlə (38.5 manat) alırlar.

Bəzi KİV-lərdə və telekanallarda da payız aylarında unun qiymətinin bahalaşacağı haqqında reportajlar verilir, səbəb kimi dünya bazarında bu strateji məhsulun əvvəlki illərlə müqayisədə kifayət qədər artdığı göstərilir.

Bu cür xəbərlə nə qədər əsaslıdır, real vəziyyət necədir, Azərbaycan istehlakçıları üzümüzə gələn aylarda çörəyin və un məhsullarının növbəti dəfə artacağı ilə üzləşə bilərlərmi?

İqtisadçı Elbrus Cəfərli Pressklub.az-a şərhində mediada bu cür informasiyaların yayılmasından təəssüf edir, əlavə edir ki, belə kampaniyaların real iqtisadi şəraitlə əlaqəsi yoxdur:

“Ortaya muzdlu iqtisadçı-ekspertlər çıxarıblar, arqument kimi də Ukraynadakı vəziyyəti göstərirlər. “Ukrayna taxılı dənizlə çıxara bilmədiyindən quru yol ilə daşıyır, bu isə əlavə xərclər yaradır” və s.

Birincisi, Ukraynanın taxılını Türkiyə daşıyır, özü də quru yol ilə yox, dəniz yolu ilə;

İkincisi, Türkiyə Ukraynadan taxılı dünya bazar qiymətlərindən aşağı qiymətə almaq barədə razılaşma imzalayıb;

Üçüncüsü, Azərbaycan Ukraynadan, ümumiyyətlə, buğda almır;

Dördüncüsü, cari ildə ölkə üzrə 3 milyon tondan artıq taxıl yığılıb, kifayət qədər un ehtiyatları var”.

E.Cəfərli xatırladır ki, 2 ay əvvəl 2022-ci ilin dövlət büdcəsi dəyişdi və ərzaq təhlükəsizliyi üçün əlavə 193 milyon manat ayrılıb. Onun sözlərinə görə, həmin vəsait məhz elə çörəyin bahalaşmasının qarşısını almaq məqsədilə “əlavə xərclər” üçün nəzərdə tutulmalıdır. Çünki ərzaq deyəndə, ilk növbədə, çörəkdən söhbət gedir.

Ekspert vurğulayır ki, 1 ay əvvəl “idxal inflyasiyasının” xaç atası sayılan Gömrük Komitəsinin rəhbərliyi də dəyişib, bu hesabla, indi idxal mallarının, yəni unun bahalaşması üçün süni əsaslar olmamalıdır.

“Dövlətin aidiyyatı rəsmi qurumları niyə susurlar? Kim haqq verib ki, televiziyalar rəsmi izahat olmadan belə sabotajla məşğul olsun”, – iqtisadçı sual edir.

İqtisadçı Elədniz Əmirov isə məsələyə, dünya və Azərbaycan olmaqla, iki istiqamətdən baxmağı təklif edir:

“Rusiya müharibəyə başlayan kimi BMT həyəcan təbili çalırdı ki, hamı acından qırılacaq, dünya batacaq. Daha dəqiqi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olan FAO dünya ərzaq ehtiyatları barədə elə proqnozlar verirdi ki, adam dəhşətə gəlirdi. Bu, ciddi yanlışlıq idi. İqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir. Qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox qalxır. Qiymət qalxdıqca qorxu daha güclənir. Beləcə, qiymət qorxunu, qorxu da qiyməti yüksəldir. Bunun nəticəsi olaraq, əvvəl Rusiya taxıl satmaycağını, Qazaxıstan az-az satacağını bəyan etdi. Daha sonra taxıl nəhənglərindən olan Hindistan bildirdi ki, o da taxılını hələ ki satmır. Çin isə “mən 1 milyard acı necə doyduracam” deyib, ən baha qiymətdən kim satdısa, taxıl almağa başladı. Beləcə, bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdilər”.

İqtisadçı daha sonra rəqəmlər təqdim edir: “BMT-nin hay-küyü ilə 1 ton ərzaq buğdasının qiyməti 1 mayda artıq 403 dollara qalxmışdı. Amma sonra hər ay qiymətlər endi – iyunda 380 dollar, iyulda 334 dollar və 1 avqustda 328 dollara düşdü. Bu, yuxarıda dediyimin statistik təsdiqidir.

İndi BMT-nın FAO-su özü elan edir ki, iyul ayında ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib”.

E.Əmirovun sözlərinə görə, daha 2 hadisə böhranı yumşaldan amil kimi çıxış edir: “Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyinin Rusiyaya tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması – Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlar olacaq”.

Daha sonra Azərbaycandakı real vəziyyətə diqqət çəkən iqtisadçı bildirir ki, ölkənin taxıl ehtiyacı 3.6 mln. ton, ümumi idxal asılılığı 40-42%-dir. Amma ərzaq buğdasının 75%-i idxaldan asılıdır:

“Ötən il 572 min hektardan 1,887 mln. ton buğda istehsal etmişik. Arpa isə 374 min ha-dan 1,147 mln. ton yığılıb. Göründüyü kimi, ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 mln. 9 min hektar əkilib və təxminən 6:4 nisbətində buğda və arpa əkilib.

İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektar taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, bu potensial 200 min hektara bərabərdir”.

Ekspert daha sonra hökumətin çörəyin qiymətinin artmaması, buğdanın qiymətlərini nəzarətdə saxlaması üçün atdığı addımlara diqqət çəkir:

“Əkilmiş hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləği artırılaraq, hər hektara 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu, məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulurdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Prezidentin qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tələblərlə müəyyən edilib.

Amma bu, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi nəzərdə tutulur”.

Eldəniz Əmirov Dövlət Ehtiyatlar Agentliyinin hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırdığını xatırladır: “2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16% artım deməkdir. Beləliklə, Azərbaycanda son istehlak məhsulu olan çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir. Yuxarıda qeyd etdiyim mövcud duruma və gözləntilərə əsasən, qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmirəm. Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyə nail olmaq üçün yetərli deyil. Yəni, gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də ölkə başçısı da vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır”. //pressklub.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəfər Məmmədov “İpək yolu” Gömrük postuna necə rəis təyin edilib? - İLGİNC FAKTLAR


…Təzəlikcə sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Deməli, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən qovulan Səfər Mehdiyevin qılıncının dalı da, qabağı da kəsən vaxtları, yəni bu ilin mart ayında öz bahalı maşınında qadağan olunmuş siqnaldan istifadə etdiyinə görə DYP inspektoru onu saxlayır… Bunlar videoda əks olunub. Düzdür, S.Mehdiyevin, ancaq ayaq hissəsi çəkilib, amma onun səsini kim tanımır ki, maşından düşən kimi yol polisini “ə, nə həyasız adamasan, ə, maşının nömrəsi sənə bəlli deyil? Sirena vermirəm sənə? General-polkovniki saxlayırsan?”-deyərək inspektoru təhqir edir. Hələ üstəlik, DYP maşınının bort nömrəsini də soruşur. DYP əməkdaşı maşının bort nömrəsini elan edərək belə deyir: “Cənab general, nömrədə yazılmır axı, bunu kimdir sürən. Əmr ediblər ki, belə siqnal olmaz!”

Aldığımız məlumata görə, həmin DYP əməkdaşına S.Mehdiyev töhmət də verdirib. Bu video Səfər Mehdiyevin qanunlara necə tüpürdüyünün göstəricisidir. Deməli, S.Mehdiyev gömrüyün sədri olanda da qanunları beləcə ayaqlar altına atıb. Eyni zamanda gömrükdə müxtəlif vəzifələrə elə adamları tapıb yerləşdirib ki, onlar da göydə Allahı, yerdə qanunları heç vaxt tanımayıblar. Çünki gömrüyümüzün başında qanunu pozan Səfər Mehdiyev oturmuşdu...

***

Artıq bu gün Səfər Mehdiyev Gömrükdə yox, başqa yerdə oturur, yəni, artıq DGK-nin sədri deyil. Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini bu gün əvəz edən, vaxtilə Səfər Mehdiyev tərəfindən işdən azad edilmiş Şahin Bağırovdur. Ş.Bağırov işə başladığı ilk gündən S.Mehdiyevin bir neçə generalını işdən azad edib. Amma Ş.Bağırov bunların hansı birini azad etsin ki, Gömrükdə çalışan 4000 işçidən 1400-ü Səfər Mehdiyevin Nehrəmdən olan kəndçiləridir (Sonra da deyirlər ki, Naxçıvanda kəndlər niyə boşalır???). Birdən-birə Gömrüyü də tamam boş qoymaq olmaz axı. İnanırıq ki, hörmətli Ş.Bağırov S.Mehdiyevin Gömrükdəki sonuncu izinə qədər təmizləmə aparacaq və nəhayət, Gömrük Komitəsi ayrı-ayrı şəxslərin cibi üçün yox, dövlətin büdcəsi üçün işləyəcək.

Bəs Səfər Mehdiyevin gömrükdə hələ də at oynadanları kimlərdir???

Biz də öz növbəmizdə bu işdə Ş.Bağırova kömək etmək məqsədilə S.Mehdiyevin Gömrükdə indi də at oynadan, korrupsiya əməllərinə yol verən “kadrları” barədə məlumat vermək istəyirik. S.Mehdiyevin bu korrupsioner kadrları rüşvətin miqdarını bir az da qaldırıblar. Bununla da demək istəyirlər ki, baxın, S.Mehdiyevin vaxtında rüşvət bu qədər deyildi, amma Ş.Bağırov gələn kimi rüşvət qalxdı. Yəni, anti-reklam, gözdənsalma, sabotaj… Bütün bunlar Ş.Bağırovu gözdən salmağa yönələn addımlardır. Bəs, kimdir odda yanmaz, suda batmaz bu “kadrlar”?

Redaksiyamızın elektron poçtuna çox maraqlı bir məktub daxil olub. Bu məktubdan görünür ki, yazan vicdanlı bir adamdır. Məktubda isə olduqca maraqlı məlumatlar var. Əvvəlcə, məktubun sahibi ilə əlaqə saxladıq və şikayətçinin real insan olduğunu müəyyən etdik. Anonim olmayan məktubda bizə verilən çox maraqlı məlumata görə, həm Dövlət Gömrük Komitəsində, həm də yerlərdə S.Mehdiyevin kadrları özlərini əvvəlki vaxtlarda olduğu kimi, çox sərbəst aparırlar. İndi gəlin, konkret faktlara keçək…

Vaxtilə Əmək Məcəlləsinin 70-c bəndi ilə gömrükdəki vəzifəsindən qovulan Zəfər Məmmədov Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” Gömrük postuna necə rəis təyin edilib???

BU BARƏDƏ NÖVBƏTİ YAZIDA... //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA-nın “qeyri-şəfaf” rəisi Tovuzda... - kollektivə qan ağladır...


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri gücləndirmək əvəzinə kadr siyasəti ilə bu sahəni iflic edib.

Zamantv.az “Dünyanınsəsi.Az”-a istinadla xəbər verir ki, 2019-cu ilin noyabr ayında AQTA rəhbərliyi şəfaflıq prinsipini eləcədə regional bölmədə baş verən insidentə görə Hüseyn Abdullazadəni tutmuş olduğu vəzifədən uzaqlaşdırmışdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu “qeyri-şəfaf” şəxsi sonradan Bakı Regional Qida nəzarəti sektoruna müdir təyin etmişdir.Bu təyinatda da özünü doğrultmayan H.Abdullazadə vəzifəsi endirilərək həmin sektorda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir.Hələ o zamanlar kollektivi canını boğazına yığan H.Abdullazadəni Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu tərəfindən döyüldüyü də iddia edilirdi.
AQTA-nın Tovuz Regional Bölməsinə yeni təyinat alan H.Abdullazadə kollektivi saat 19-00 kimi hətta qeyri iş günləridə daxil olmaqla işləməyə məcbur edir.
Agentlik sədri Qoşqar Təhməzli qurumun əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiyinə görə işdən uzaqlaşdırdığı bu “qeyri – şəfaf” şəxsi niyə yenidən Tovuz Regional Bölməsinə rəis təyin edillb?.
Saytımıza verilən məlumata görə hazırda AQTA-nın Tovuz Regional Bölməsində yeni rəis kollektivlə davranışı və idaretmə sahəsində yaratmış olduğu problemlər fonunda hər gün nərazılıqlar artmaqda davam edir.

Redaksiya olaraq səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc edə bilirik..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"O boyda rayon 1 rentgen aparatının ümidinə qalıb" - GİLEY


"Artıq 1 ildən çoxdur ki, Bərdə rayonunda kompüter tomoqraf (KT) cihazı və rayon poliklinikasında rentgen aparatı işləmir, digər 1 rentgen aparatı qismən işləyir. Qısası, o boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”.

Bu barədə ictimai fəal, infeksionist Aydın Əliyev "Feysbuk” hesabında yazıb.

O bildirib ki, tibbi texnika olmadığından əhali rentgen və KT xidmətindən məhrum olub: "Səhiyyəyə ayrılan bu qədər pullar, əhalidən və müəssisələrdən yığılan bu qədər tibbi sığorta pulları hara gedir?”

DİA.AZ xəbər verir ki, "Toplum TV” sözügedən məsələni dəqiqləşdirmək üçün Bərdə şəhər poliklinikası ilə əlaqə saxlayıb.

Bərdə rayon poliklinikasının işçiləri kompüter tomoqrafiya apartının işləmədiyini təsdiqləyiblər.

Bildiriblər ki, aparat bir müddətdir işləmir. Nə zaman işləyəcəyini isə bilmirlər.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından da oxşar cavab verilib: "Aparatın işləməməsi barədə müvafiq orqanlara müraciət etmişik. Ancaq tomoqrafiya cihazının hissələri tapılmır”.

Poliklinikanın həkimləri aparatın olmaması səbəbindən xəstələri rayondakı "Ömürdən Pay” klinikasına yönləndirir.

Bu xəstənada isə kompüter tomoqrafiyasının qiyməti 60 manatdan başlayır.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilovanın açıqlamasına görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında mövcud olan kompüter tomoqrafiya cihazı 2009-cu ildən fəaliyyətdədir və köhnə versiya diaqnostika cihazı olduğu üçün onun ehtiyat hissəslərinin alınması, eləcə də təmiri çətinlik yaradır.

"Bu baxımdan yeni cihazın alınması üçün təkliflər hazırlanıb və tender yolu ilə alınması nəzərdə tutulub. Rentgen aparatının da alınması və yenilənməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə Z.Ədilova bildirib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO