"İş tapa bilmir, pensiya da ala bilmir, nə ilə yaşamalıdır?" - Azərbaycan reallığı

12:26 10.05.2022 193
"İş tapa bilmir, pensiya da ala bilmir, nə ilə yaşamalıdır?" - Azərbaycan reallığı
Zamantv.az : - “Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”. Bu barədə Milli Məclisin deputatı Fəzail Ağamalı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O, qeyd edib ki, ölkədə uzunömürlülük yaşı o qədər də yuxarı deyil. Deputatın sözlərinə görə, insanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır.
“Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar” - deyə deputat bildirib. Azərbaycanda isə, pensiya yaşı hər il 6 ay artdığına görə dəyişir.

Qeyd edək ki, Azərbaycanda 1 iyul 2021-30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022-30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
İqtisadçı Günay Həsənova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya ala bilər. Bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

“Yəni bura 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər aid deyil” - deyən iqtisadçl hesab edir ki, həqiqətən Azərbaycan vətəndaşı pensiya alacaq yaşa çatacaq qədər uzunömürlü deyil. Yəni Fəzail Ağamalınında dediyi kimi, insanlar 60 yaşından sonra müxtəlif xəstəliklərlə yaşamağa başlayır. Bəzən əmək qabiliyyətini də itirirlər. Bu gün kişilər üçün pensiya yaşının 65 olması bir çox vətəndaşı pensiya almaqdan məhrum edir.

“Bəzən mənə pensiya yaşı ilə bağlı qadınlar müraciət edir. Bilirsiniz ki, 35 yaşından sonra iş tapmaq çətinləşir. 55-60 yaşında qadınlar isə ümumiyyətlə iş tapa bilmir. Bu yaşda qadınlar iş üçün müraciət edəndə, onlara “yaşa görə” işə qəbul edə bilmədiklərini deyirlər. Pensiya üçün müraciət etdikdə isə, pensiya yaşının çatmadığını deyirlər. Bu zaman belə bir sual ortaya çıxır. Qadın 50 yaşından sonra iş tapa bilmir, pensiya da ala bilmirsə, nə ilə yaşamalıdır, nə ilə dolanmalıdır? Yaxşı olar ki, deputatlar bu məsələ üzərində bir qədər araşdırma aparsınlar” - deyə iqtisadçı bildirib.

Deputat Əli Mənsimli isə kişilər üçün pensiya yaşının 63, qadınlar üçün isə 60 olmasını təklif edir. Həqiqətən də ölkədə pensiya yaşının hər il 6 ay artması pensiyaçıların gözünü yolda qoyub. Bu gün 60 yaşlı Azərbaycan kişisi pensiya nə zaman alacağını hesablaya bilmirsə və bu pensiyanı ala biləcəyinə ümidi belə yoxdursa, o zaman hansı islahatlardan danışa bilərki ki? Deputatın pensiya yaşı ilə bağlı təklifi əslində təqdirə layiqdir. Qanun qəbul edənlər - deputatlar bu məsələ üzərində işləsə, bəlkə xalqa bu məsələnin həllində fayda vermiş olarlar..
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO