[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda qayınatası tərəfindən yandırılan gəlinin yeni görüntüləri - YENİLƏNİB + FOTO/VİDEO
Qayınatası tərəfindən yandırılan gəlinin yeni görüntüləri yayılıb.

Məlumatlara görə, qayınatası gəlinin üzərinə kimyəvi maddə töküb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Həmin görüntüləri təqdim edirik:

(Əsəbi zəif olanların baxması tövsiyə edilmir)
Daxili İşlər Nazirliyi (DİN) qadının qayınatası tərəfindən yandırması ilə bağlı iddialara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, artıq məsələ Nazirlik tərəfindən nəzarətə götürülüb:

“Faktla bağlı araşdırmalara başlanılıb”.

15:49

Qayınatası tərəfindən yandırılan gəlin ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişinə gətirilib.

Yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb.

O bildirib ki, yanarkən özündən gedib: “Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik”.

Beş aydır evdə yanıqları ilə mübarizə aparan qadın xəstəxanaya getmək istəmədiyini bildirib.

Qeyd edək ki, verilişdə qadının yaralarında artıq iltihabların olduğu bildirilib.

Qayınata gəlinin üzərinə kimyəvi maddə tökərək yandırıb.

Bununla bağlı ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində şikayətçi olan qadın məlumat verib.

O bildirib ki, qızının qayınatası ailə münaqişəsi zəminində qızının üzərinə kimyəvi maddə töküb. Gəlinin yandığını görən qayınata onu evdən bayıra atıb. Hadisənin beş ay əvvəl baş verməsinə baxmayaraq, onlar polisə müraciət etməyiblər. İndi isə ağır vəziyyətdə olan gəlinə kömək edilməsi üçün yardım istəyirlər.

Hadisənin Azərbaycanın hansı rayonunda baş verdiyi isə açıqlanmayıb.

Ətraflı videoda izləyin
Azərbaycanda qayınatası tərəfindən yandırılan gəlinin yeni görüntüləri - YENİLƏNİB + FOTO/VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda qazi BIÇAQLANDI
Siyəzən rayonunda 48 yaşlı Elçin Nadir oğlu Rəşidovu naməlum şəxs və ya şəxslər bıçaqlayıb.

Zamantv.az-ın məlumatına görə, o, ağır xəsarətlə Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin stabil olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaqlanması hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E. Rəşidov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Onun ruhi-xəstəlikdən əziyyıət çəkdiyi bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəyə uçan Ermənistan təyyarəsinə görə qırıcılar havaya qalxdı
Bolqarıstan qırıcıları Rumıniyadan Türkiyəyə uçan Ermənistana məxsus təyyarəyə kömək edib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, “Falcon 8X” təyyarəsi Bolqarıstanın hava məkanında olarkən təyyarə idarəetmə mərkəzi ilə rabitə itib. Beynəlxalq qanunvericiliyə uyğun olaraq qırıcılar havaya qalxaraq rabitə bərpa olunanadək təyyarəni müşayiət edib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ müdafiə naziri atom silahının tətbiqinə inanmır
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna münaqişəsinə görə atom silahının tətbiq ediləcəyinə inanmır.

Zamantv.az-ın xəbərinə görə, Pentaqon rəhbəri bunu Fox News kanalına müsahibəsində deyib.

Nüvə müharibəsinə inanmadığını deyən Ostin bildirib: “Beynəlxalq ictimaiyyət bunun baş verməməsi üçün əlindən gələni edir. Lakin Ukraynanın müstəqilı dövlət kimi özünümüdafiə hüququ var və biz ona kömək edirik”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəzada yanaraq ölənlər kütləvi məzarlıda dəfn edildi
Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda aprelin 23-də baş verən partlayışda nəfər həlak olan 110 nəfər 3 quyuda dəfn edilib.

Zamantv.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə rəsmi mənbələr məlumat yayıb. Mərasimdə faciə qurbanlarının qohumları iştirak etməyib.

Qeyd edək ki, Nigeriyada hər sutkada orta hesabla 200 000 barel xam neft oğurlanaraq qeyri-leqal zavodlarda emal olunaraq qara bazara çıxarılır. Bu müəssisələrdə vaxtaşırı insan ölümü ilə nəticələnən qəzalar baş verir. 1998-ci ildə neft kəmərində baş verən qəza mindən çox insanın həyatına son qoymuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada silah anbarında yanğın baş verdi
Rusiyanın Belqorod vilayətinin Nelidovka kəndində sursat anbarı yanır.

Zamantv.az-ın xəbərinə görə, bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

Qubernator qeyd edib ki, mülki tikililər arasında dağını və insan tələfatı qeydə alınmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruhi xəstə edam edildi
Malaziya vətəndaşı olan ruhi xəstə Sinqapurda edam edilib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə onu bacısı Sarmila məlumat verib.

“Beynəlxalq çağırışlara məhəl qoymayaraq Sinqapur qardaşımı edam etdi. Biz ailəliklə şokdayıq” – deyə sarmila bildirib.
Heroin qaçaqçılığında ittiham edilən Nagentran Darmalinqam 2009-cu ildə Sinqapura gələrkən kiçik doza narkotik vasitə ilə yaxalanmışdı. Bir il sonra isə məhkəmə onu ölüm cəzasına məhkum edib. Beynəlxalq təşkilatlar Sinqapur hökumətinə edamı dayandırmaqla bağlı çoxsaylı çağırış edib.

Qeyd edək ki, Sinqapur narkotiklə bağlı ən sərt qanunların olduğu ölkələr sırasındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğul atasını niyə baltaladı? – Azərbaycandakı dəhşətli qətlin ŞOK səbəbi LENT.AZ-DA
Qubada atasını baltalayaraq öldürməkdə təqsirləndirilən Rəvan Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəvan Ramazanovun hansı səbəbdən atasını qətlə yetirməsi ictimaiyyətə hələ də maraqlı qalıb.

Zamantv.az həmin cinayət işinin materiallarını əldə edib
İttihama görə, 2021-ci iyunun 9-da Quba rayonu Sofikənd kəndində Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəvan Ramazanov ittihama münasibət bildirərək özünü tam təqsirli bilib. O qeyd edib ki,
Atası ilə münasibəti yaxşı olmayıb:

“Atam Sadıq mütəmadi spirtli içki qəbul edirdi, tüfeyli həyat tərzi keçirirdi. Boş-boş şeylərə görə ailədə problem yaradırdı. Hadisə günün səhər 8 radələrində yuxudan oyanaraq işləmək üçün Birinci Nügədi kəndində yerləşən İmran adlı sahibkarın bağ sahəsinə getdim. Atam, anam və bacım Məsumə həmin vaxt evdəydilər. Həmin gün axşam saat 19 radələrində yaşadığım evə qayıtmışam. İşdən evə qayıdanda atla qayıdırdım. Yolda olarkən at məni üstündən atdı və yola yıxıldım. Ona görə ata çox əsəbiydim. Evə gəlib atı qapıda bağlayan zaman əsəbimdən çubuqla bir neçə dəfə ona zərbə endirdim”.

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt atası Sadıq həmin onun yanına yaxınlaşıb:

“ Atam mənə “atı elə döymürlər, mən sənin üçün bunu öldürüm bu dəqiqə” dedi. Daha sonra ata çubuqla çoxlu zərbə endirməyə başladı. Mən isə atama atı vurmamasını, heyvanın əziyyət çəkməsini dedim. Lakin atam isə sözlərimə məhəl qoymadı və heyvana zərbə endirməyə davam etdi. Əsəbiləşməyim deyə oradan aralanaraq evin içinə girdim. Bu zaman atam evə gələrək özümü camaata göstərməyimə irad tutdu və var-yox söyüşü söydü. Bundan qabaqda o dava-dalaş vaxtı var yox söyüşü söymüşdü. Mən də dəfələrlə atama döysə də, başqa söyüş söysə də, var-yox söyüşü söyməməsini demişdim. Lakin, atam hər dəfə var-yox söyüşü söyərək məni əsəbiləşdirdi”.

Rəvan Ramazanov qeyd edib ki, hadisə vaxtı atasını anasını şillə ilə vurub, evin elektrik naqillərini qopararaq bu naqillərlə onu öldürəcəyini deyib:

“Həmin vaxt da atamın “var-yox” söyüşü söyməsi, anamı vuraraq bu kimi hərəkətlər etməsindən əsəbiləşdim. Bu səbəbdən evi tərk edib həyətə çıxdım. Sakitləşmək istəyirdim. Lakin atam dalımca çıxaraq yenidən məni təhqir etməyə başladı. Üzərimə gələrək əlləri ilə yaxamdan tutdu. Mübahisə aramızda böyüməyə başladı, onun əlindən çıxmağı bacardım. Atam həmin vaxt əlindəki baltanı üstümə tərəf atdı. Balta üz nahiyəm tərəfə gəlirdi, çəkilməsəydim başımdan dəyəcəkdi. Artıq atamın elədiklərindən təngə gəlmişdim. Onu öldürmək qərarına gəldim. Baltanı yerdən götürərək onun sinə nahiyəsindən zərbə vurdum. Zərbədən sonra atam yerə yıxıldı. Lakin hirsim soyumadığı üçün balta ilə 2 dəfə də ona zərbə endirdim”.

Təsirləndirən şəxs hadisəyə kimi atasını öldürmək kimi bir fikri olmadığını deyib:

“Sadəcə atamın həmin vaxt söyüş söyməsi, dalımca gələrək təhqir etməsi və məni öldürməklə hədələməsi və s. özümdən çıxartdı. Çünki onu birinci dəfə vurduqdan sonra belə hirsim keçmədi. Dalbadal baş nahiyəsinə balta ilə iki zərbə vurdum. Hadisə zamanı ətrafda nə ailə üzvlərim, nə də kənar şəxslər olmayıb. Sonradan anam Nəzakət və bacım Məsumə çölə çıxaraq əlimdən baltanı gördülər. Atam Sadıq isə həmin vaxt uzanıqlı formada yerdə idi və üzəri qan olmuşdu. Baltanı həyətə atdım. Gedib yuyunaraq, əynimi dəyişdim. Sonra könüllü olaraq Quba rayon Polis Şöbəsinə yaxınlaşaraq törətdiyim cinayəti etiraf etdim və təslim oldum. Özümü günahkar bilirəm və peşmançılıq hissi keçirirəm”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Ramazanov 10 il müddətə azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO