[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tərtərin hərbi prokuroru işdən ÇIXARILDI
Tərtər rayonunun hərbi prokuroru işdən çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək, Tərtər rayon hərbi prokuroru təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Huşunu itirərək qatarın altına düşən argentinalı qadın möcüzəvi şəkildə sağ qaldı
Argentinada huşunu itirərək hərəkətdə olan qatarın altına düşən qadın möcüzəvi şəkildə sağ qalıb.

Stansiyanın müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərdə gənc qadının tarazlığını itirdiyi və vaqonla platformanın arasına başı üstə düşdüyü görünür.

Sərnişinlər dərhal qadının köməyinə qaçırlar.
“Hələ də necə sağ qaldığımı bilmirəm, nə baş verdiyini anlamağa çalışıram”, - deyə Kandela adlı qadın Argentina televiziyasına bildirib.

“Qan təzyiqim qəfil düşdü. Qarşımdakı adama bu barədə xəbərdarlıq etməyə çalışdım, amma başqa heç nə, hətta qatara çırpıldığım anı belə xatırlamıram”, - deyə qadın əlavə edib.

Kandela təcili olaraq Buenos-Ayres xəstəxanasına çatdırılıb, həkimlər onun vəziyyətinin yaxşı olduğunu deyiblər.

Mənbə: Daily Mail
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 20-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Finlandiya Rusiya və Belarusdan gələn 60 yük avtomobilini ölkədən çıxarıb
Finlandiya Rusiya və Belarus dövlət qeydiyyat nişanlı 60 yük avtomobilini öz ərazisindən çıxarıb.

Məlumata görə, Avropa İttifaqının yeni sanksiyalarına əsasən, Rusiya və Belarusda yerləşən bütün nəqliyyat şirkətlərinin Aİ-nin xarici sərhədi ilə daşımalar həyata keçirməsi 2022-ci il aprelin 9-dan etibarən dayandırılıb.

Rusiya və ya Belarus qeydiyyat nişanlı bütün yük maşınları Rusiyaya göndəriləcək.

Ümumiyyətlə, Finlandiya gömrük orqanlarının məlumatına görə, şərq (Rusiya) sərhədində nəqliyyatın hərəkəti bir il əvvəllə müqayisədə demək olar ki, 90% azalıb.

Mənbə: gazeta.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edəcək.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İqor Anatolyeviç Xovayevin əsas vəzifələrindən biri də sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir. Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun yaxın gələcəkdə Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”, - diplomat qeyd edib.

Zaxarova əlavə edib ki, dialoq Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplərə, eləcə də İrəvanın bu təkliflərə konstruktiv reaksiyasına əsaslanır.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edəcək.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İqor Anatolyeviç Xovayevin əsas vəzifələrindən biri də sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir. Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun yaxın gələcəkdə Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”, - diplomat qeyd edib.

Zaxarova əlavə edib ki, dialoq Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplərə, eləcə də İrəvanın bu təkliflərə konstruktiv reaksiyasına əsaslanır.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? - NƏ ETMƏLİ?
Qarabağ ermənilərinin “lideri” Araik Arutyunyan bildirib ki, Paşinyan hakimiyyəti “artsax”ın təhlükəsizliyinə qarant rolunu oynamaqdan imtina edib: “Ona görə də öz müqəddəratını təyinetmə hüquqlarımız uğrunda özümüz sona qədər mübarizə aparmaq qərarına gəlmişik”.

Maraqlıdır ki, Qarabağdakı quldurbaşı Araik Arutyunyan “müdafiə nazirliyində” yüksək rütbəli komanda heyəti ilə görüşüb. Arutyunyan o qondarma toplantıda çox ilginc bir cümlə də işlədib.

Sitat: “Artsax prezidenti təhlükəsizlik məsələlərindən danışarkən bir daha bütün müdafiə proqramlarının Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələrinin funksiyaları ilə əlaqələndirilməli olduğunu vurğulayıb”. Yəni qeyri-qanuni silahlı birləşmələr rusiyalı sülhməramlılarla əl-ələ verib ‘’təhlükəsizliyi’’ təmin edəcəklər.

Bununla əslində Araik sülhməramlıların əsl qanunsuz fəaliyyətini ortaya çıxarır. Çünki 10 noyabr razılaşmasına görə, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçulara təhlükəsizlik mexanizmləri yaratmaq səlahiyyətləri yoxdur. Əslində onlar yalnız atəşkəs rejiminin qorunmasına nəzarət etməlidirlər. 10 noyabr razılaşmasında sülhməramlıların Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri ilə hər hansı bir əməkdaşlığı belə nəzərdə tutulmur. Halbuki bunlar indi birgə yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasından danışırlar.

Əlbəttə, Araik özbaşına bu fikri işlətməz. İlyarımda Rusiya komandanlığına kim gəlib-gedibsə, onlarla qol-boyun olub. Deməli, rusiyalılarla razılaşdırıblar ki, birgə xidmət etsinlər, erməniləri birgə qorusunlar. Amma 10 noyabr sənədində erməni əhalini qorumaq deyə bənd yoxdur. Sülhü qorumaq, asayişi qorumaq var.

Araikin və Rusiyanın birgə təhlükəsizlik sistemi yaratması mümkündürmü? Rusiya buna gedərmi? Bu, növbəti dəfə Rusiya-Azərbaycan qarşıdurması yaratmaq cəhdi deyilmi?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, separatçı rejimin bu fəaliyyəti birbaşa Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa yönəlib: “Araik uzun müddətdir ki, faktiki olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara zidd mövqe sərgiləyən bəyanatlarla çıxış edir. İndi Rusiya ilə birgə təhlükəsizlik mexanizmlərindən danışan Araik bir müddət əvvəl də ”müstəqilliyin" tanınması üçün mübarizə aparacaqlarını və ya Ermənistana birləşəcəkləri ilə bağlı açıqlamalar verib, eyni zamanda Rus “sülhməramlılarının” bölgədə davamlı olaraq qalmasının vacibliyini vurğulayıb. İndiki mərhələdə, yəni Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaqla bağlı razılığa gəldikləri və birgə Sərhəd Komissiyasının bu ayın sonuna qədər öz işinə başlamalı olduğu bir vaxtda separatçı rejimin yenidən bu cür mövqe sərgiləməsi isə faktiki olaraq danışıqlar prosesini pozmağa yönəlib.

Araik özünü, Qərbin, daha konkret desək, Avropa İttifaqının vasitəçiliyi ilə Paşinyanın apardığı danışıqlarda əldə edilən razılaşmaları qəbul etməyən tərəf kimi göstərərək Rusiyaya “biz səninləyik” mesajını verir. Əvəzində Rusiyadan hər cür dəstək alaraq sülh danışıqlarını olmaza sürükləyir. Digər bir ssenariyə görə isə separatçı rejim öz iddialarından əl çəkmir, sülh razılaşması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı öhdəlik götürən Paşinyan isə bundan istifadə edərək “mən sülh istəyirəm, amma Qarabağ erməniləri təhlükəsizlik təminatları yoxdur deyə buna qarşıdırlar” deyib təzyiqlərdən yaxasını kənara çəkir və prosesi yenə olmaza sürükləyir.

Paşinyanın danışıqlar prosesində nə qədər səmimi olduğunu onun Putinlə görüşündən sonra sərgiləyəcəyi mövqe ilə müəyyən etmək olacaq. Əgər o münasibətlərin normallaşmasında həqiqətən səmimidirsə və Brüsseldə götürdüyü öhdəlikləri yerinə yetirəcəksə, o zaman Araikin və ya separatçı rejimin hər hansı digər bir nümayəndəsinin nə deməsindən asılı olmayaraq proses istədiyimiz məcrada davam edəcək. Çünki Ermənistan olmadan separatçı rejimin ayaqda qalması mümkün deyil. Yox, əgər Araik Rusiyaya arxalanırsa, bu da bir fayda verməyəcək.

Əvvəla ona görə ki, Araikin dediyi Rusiya ilə birgə təhlükəsizlik sistemi yeni bir şey deyil və artıq otuz ildir ki, mövcuddur və bu sistemin nəyə qadir olduğunu 44 günlük İkinci Qarabağ savaşında hər kəs gördü. İndi qurulacaq yeni sistemin də nəyisə dəyişəcəyi inandırıcı deyil. Araikin açıqlaması, sadəcə olaraq, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçuları ilə ortaq fəaliyyət göstərdiyini növbəti dəfə təsdiqləmiş oldu və bununla bağlı Rusiyadan hesabat tələb olunmalıdır. Çünki onların vəzifəsi erməni terrorçulara təhlükəsizlik mexanizmləri qurmaq deyil, atəşkəs rejiminin qorunmasına nəzarət etməkdən ibarətdir. Bundan kənar atılan istənilən addım üçtərəfli anlaşmaların kobud şəkildə pozulması anlamı daşıyır. Digər tərəfdən, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva bəyannaməsinə görə, həm rəsmi Bakı, həm də Kreml bir-birinin ərazilərində separatizmə, eləcə də terrorizmə qarşı ortaq fəaliyyət öhdəliyi götürüblər. Rus sülhməramlılar isə Araik Arutyunyanın terrorçu dəstəsini himayə edir, separatçılara təhlükəsizlik mexanizmləri yaradır. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanla imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini kobud şəkildə pozur. Odur ki, rəsmi Moskva Araikin dediklərinə aydınlıq gətirmək və izahat vermək məcburiyyətindədir".

R.Bayramov heç bir halda, şimal qonşumuzun separatçı rejimə dəstək vermək imkanlarının olmadığını söylədi: “Rusiyanın indiki situasiyada edə biləcəyi ən maksimum şey separatçı rejimi silah-sursatla təmin etmək ola bilər ki, bunu da gizli şəkildə etmək mümkün olmayacaq və Prezident İlham Əliyev də belə bir ehtimala qarşı Azərbaycanın mövqeyini konkret olaraq bəyan edib və bildirib ki, Ermənistanın silahlandırılması dost olmayan davranış olaraq qəbul ediləcək və buna uyğun da addım atılacaq. Yəni başqa sözlə, hətta Rusiyanın öz müttəfiqi Ermənistanı silahlandırması ilə bağlı konkret mövqeyimiz varsa, demək ki, separatçı rejimə belə bir dəstəyin verilməsinə olan münasibət bundan qat-qat kəskin olacaq.

Rusiya-Azərbaycan qarşıdurmasının yaranma ehtimalı ilə bağlı sualınıza gəldikdə isə deyim, bu, birbaşa Rusiyanın davranışlarından asılı olacaq. Əgər Rusiya separatçı rejimi dəstəkləmək mövqeyini davam etdirəcəksə, təbii ki, münasibətlərdə problemlər ortaya çıxacaq. Ümumiyyətlə isə Araikin nə deməsindən və ya Rusiyanın hansı addımlar atacağından asılı olmayaraq prosesi uzun müddət uzatmaq mümkün olmayacaq. Azərbaycanın Fərrux yüksəkliyi ilə bağlı və daha sonra Ağdərə istiqamətində apardığı əməliyyatlar da onu deməyə əsas verir ki, Azərbaycan da artıq gözləmək fikrində deyil və separatçı rejimin Rusiyanın arxasında gizlənməsi də bizi dayandıra bilməyəcək".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov əvvəllər dediyi fikirləri bir daha təkrarladı: “Məsələ ilə bağlı sizə və digər media qurumlarına verdiyim müsahibələrdə aylar öncə bildirmişdim ki, Paşinyan saxta ”Ar(sız)sax" rejimini ortada qoyacaq. Uzağı deyəcək ki, orada ermənilərə beynəlxalq təhlükəsizlik zəmanəti verilsin. Paşinyan dedin, Qərb dedin, eynidir. Qərbin bir sıra dairələrinin imperativi Qafqazı iqtisadi mənfəət zonası kimi görməkdir. “Ar(sız)sax” saxta rejimi isə Rusiyanın 1828-ci ildən bura bizə qoyduğu “mirasdır”. Bu mirası idarə etmək üçün yerli separat liderlər lazımdır. Amma burada heç kimin sizə deməyəcəyi bir şey deyim. Bu Araik dişli biri deyil, nə Köçəryandır, nə də Sərkisyandır. Nə də ki, maddi zəif olduğumuz, hamının üstümüzə gəldiyi, bizim də tək qaldığımız vaxtlar deyildir. Hər nə qədər riskli tərəfləri olsa da, bir tərəfdən beynəlmiləllik baxımdan üstünlüyü olan bir məsələ var. Biz beynəlxalq sərmayənin tərəfdaşıyıq. Yəni biz həm də maliyyə-iqtisadi halqanın bir qismiyik. Bu bizə boşalmağa da səbəb verməməlidir. İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini iqtisadi qısqaca almalıyıq. Can Türkiyə ilə daha sıx əlaqə qurmalıyıq". //musavat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Nazirliyində yeni sektor yaradılıb, bir şöbənin adı dəyişdirilib
Təhsil Nazirliyindəki struktur dəyişikliklərinə aydınlıq gətirilib.

Nazirlikdən bildirilib ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi nəzdində Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoru yaradılıb.

"Bundan başqa Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin adı isə dəyişdirilərək Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi edilib. Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektoruna hələlik rəhbər təyinatı aparılmayıb".

Qeyd edək ki, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin rəhbəri isə Vəfa Yaqubludur. //apa//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seçicilərin borc istədiyi deputatlar: Kim nə qədər verir? - SORĞU
"Seçiciləri qəbul edən zaman təxminən 15 nəfərdən 10 nəfəri məşğulluq idarələrindən deyil, məndən iş istəyib. Digər 5 nəfəri isə bankdan deyil, yenə də məndən borc istəyib".

Zamantv.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib:

“Birinin anası, digərinin qardaşı xəstə idi. Onlar fırıldaqçı deyildilər. Üzlərindən görünür ki, normal insanlardır. Heç kim təkliflə gəlməmişdi. Soruşdum ki, niyə bu vəziyyətdəsiniz? Məlum oldu ki, “Akkord” aparıb Qazaxıstanda işlədib, onlarla fəhlənin pulunu verməyib. İndiyədək qapı qalmayıb ki, dolanmasınlar, pullarını hələ ala bilməyiblər. Rayonlarda yaşayan insanların əksəri pensiya kartlarını sələmçiyə təminat üçün veriblər. Çünki ayın sonunda onlar pulu ödəməsələr, sələmçi faizi kartdan çəkib götürəcək. Bu vəziyyətdə olan xalqın insanlarının vəziyyətini yügülləşdirməkçün səlahiyyətli, məsuliyyətli şəxslər özlərində vicdan borcu tapıb problemləri həll etməlidirlər”.

Maraqlıdır, seçicilər deputatlara əsasən hansı problemlərlə bağlı müraciət edirlər? Fazil Mustafanın qeyd etdiyi kimi, müraciətlərin arasında borc almaq istəyən vətəndaşlar varmı? Millət vəkilləri onlara hansı məbləğdə kömək edib?

Mövzu ilə bağlı Cebhe.info-ya ilk olaraq Milli Məlisin Mədəniyyət komitəsinin üzvü, 83 saylı Ağcəbədi- Füzuli seçki dairəsindən deputat seçilən Aqil Abbas danışıb.

Millət vəkili bildirib ki, seçiciləri ona əsasən işsizlik və əlillik dərəcəsi ilə bağlı müraciət edirlər:

“Gücümüz çatanı edirik, çatmayanda da oturub ağlayırıq. Qaldı borc məsələsinə mənə yəqin ki, Fazil müəllimdən atıq müraciət edilir. Dərman pulu, ev kirayəsi və ya tələbənin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlər olunur. Demək olar ki, hər gün belə müraciətlər var. Yanımda olsaydınız, mesajları açsam, oxusanız, başınıza hava gələr. İmkanım olan qədər kömək edirəm”. Deputat hətta pulu olmayanda borc alıb seçicilərinə verir: “Kimsə uşağı xəstədir, dərman ala bilmirsə, mütləq kömək etmək lazımdır da. Köməkçimi göndərirəm ki, get dərman al. Yalandan müraciətlər olmur. Eləsi də var ki, bir neçə dəfə müraciət edir, axırda deyirəm ki, sənə maaş kəsməmişəm e. Üzünü yumşaq görürlər, vermirsən, mesaj yazırlar. Oliqarx deyiləm, pul kəsməmişəm”. Parlament üzvü bildirib ki, seçicilərinə 200-250 manat məbləğində kömək edib: “Olub bu qədər dərman pulu vermişəm, amma borc deyil. Dərman da bildiyiniz kimi “ceyranın belində”” .

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsidən deputat seçilmiş Rüfət Quliyev də ona bu qəbildən xahişlərin olduğunu deyib:
“Təbiidir ki, vaxtilə belə müraciətlər daha çox olub, amma son 7-8 ayda mənim prinsipial fikrimi bilirlər. Elə vaxt olub ki, insana dərman lazım olub, aptekə zəng vurmuşam ki, filankəs bu reseptlə gəlir, dərmanı verin”. Deputat seçicilərinin ondan borc istədiyini etiraf etsə də, onlara pul vermədiyini deyib: “Bəli, borc istəyən də olub. Dərman pulu istəyən, ali məktəbə ödənişlə bağlı da müraciət olub. Bunları mən başqa cür həll etmişəm. Məsələn, vətəndaşın “Azərişıq” və ya “Azəriqaz”a borcu olub. Buna görə lazımı quruma zəng edib, həmin şəxsin bir ilin içərisində ödəniş məsələsini həll edəcəyini demişəm. Abonentin özü ilə razılaşdırılıb ki, ayda 50 manat pul ödəyirsən, bununla da problemi həll edirsən. Mən belə mexanizmlərlə işləyirəm”.

21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputat seçilən Məlahət İbrahimqızı ona ən çox işsizliklə, məşğulluqla bağlı müraciətlərin olduğunu deyib:
“Hamı iş istəyir. Xüsusilə də 44 günlük Vətən müharibəsində vuruşan qazilər, onların ailə üzvləri iş problemlərinin həlli ilə bağlı müraciət edirlər. Çox çətinliklə, az sayda müraciətləri həll edə bilirik. Məşğulluq məsələsi şəxsən millət vəkili kimi mənim üçün bir nömrəli prioritetdir. Təhsil ödənişi ilə bağlı müraciətlər çox cüzidir. İldə bir dəfə olar, ya deyil. Prezidentin sərəncamı ilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Bu, ödənişli təhsildə oxuyanların problemlərinə böyük dəstək olacaq”.

Deputat təəssüf edib ki, hələ də işsizlik, məşğulluq problemlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qənaətbəxş səiyyədə həll edə bilməyib: “Bu sahədə çox ciddi nöqsan və problemlər var. Bu Nazirliyin həlli gücündə deyil. Hesab edirəm ki, bir çox qurumlarda işsizlik probleminin həlli ilə bağlı müəyyən imkanlar var”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, 58 saylı Hacıqabul- Kürdəmir Seçki Dairəsindən deputat seçilən Rafael Hüseynov öncə “Uzun çəkəcək. Yazın, imkan olsa cavablandıraram”,- desə də, daha sonra suallarımızı cavabsız qoydu.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, 90 saylı Ağdaş Seçki Dairəsindən deputat seçilən Cavid Osmanov seçicilərin müxtəlif mövzularda ona müraciət etdiyini bildirdi:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsizliyinin, sağlamlığının təmin edilməsi, bir sözlə, insan amili dayanır. Milli Məclisin deputatları hər zaman seçicilərin müraciətlərinə həssaslıqla yanaşır. Həm yerlərdə keçirilən görüşlərdə, həm də karonavirus pandemiyası dövründə vətəndaşlarla onlayn görüşlərdə çalışmışıq ki, qaldırılan məsələlərin həlli istiqamətində işlər görülsün. Müxtəlif mövzularda müraciətlər olur. Bəzən olur ki, ödənişli ali təhsillə bağlı kömək istəyirlər. Eyni zamanda, təbii fəlakətlər, yanğın nəticəsindən kiminsə evi yanır, bununla bağlı müraciətlər daxil olur. Düşünürəm ki, sosial sahədə aparılan islahatlar inqilabi xarakter daşıyır. Çünki 4 ilin bu sahədə aparılan islahatlarına nəzər salsaq görərik ki, bir neçə dəfə minumum əmək haqqı, pensiyaların artırılması ilə bağlı qərarlar oldu”. Millət vəkili yardım və ya borc verməklə bağlı suallara isə "Maddi yardımın edilməsi ilə bağlı müraciətlər də olur",- cavabını verməklə kifayətləndi.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, 66 saylı Bilasuvar Seçki Dairəsindən deputat seçilmiş Bəhruz Məhərrəmov seçicilərindən ən çox torpaq verilməsi, məşğulluq, habelə, əlillik təyinatı ilə bağlı yazılı və şifahi müraciətlər aldığını qeyd etdi:

“Su qıtlığı yaşayan bölgəyik, suvarma problemlərinə dair ərizə və şikayətlər alırıq". Həm borc, həm də yardım üçün müraciət edən seçicilərinin çox olduğunu deyən deputat bu məsələyə detallı toxunmaq istəmədiyini, lakin bunu anlayışla qarşıladığını bidirdi. Millət vəkili torpaq ayırmaq, işlə təmin etmək, su verilməsi, maddi yardım etmək və s. məsələləri aidiyyətı strukturların səlahiyyətində olan məsələlər kimi dəyərləndirərək, ən yaxşı halda vətəndaşın şikayətini aidiyyəti üzrə yönəldə, bu barədə sorğular verə biləcəklərini vurğuladı. Milli Məclisin üzvü həmçinin narahatlığını da dilə gətirdi: “İndi başqa acı bir reallıq var, təəssüflə bildirməliyəm ki, bu günə qədər hətta, cəmiyyətin təhsilli təbəqəsində belə parlamentin və deputatın funksiyaları barədə təsəvvürlər lazımi səviyyədə deyil. Ona görə də insanlar yanlış gözləntilərə düşürlər və bunu reallığa uyğun anlayışla da qarşılayıram. Lakin hesab edirəm ki, biz daha çox məsələləri ümumiləşdirib kökündə yatan problemləri qabartmalıyıq və bunu da edirik. Məsələn, kütləvi şəkildə iş üçün müraciət edən varsa, təklifimiz "filankəsin işlə təmin olunması" yox, həmin bölgədə məşğulluqla bağlı bir layihəninin gerçəkləşdirilməsi olmalıdır”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kreml Brüsseli oyundan çıxara biləcəkmi? - AKTUAL
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla Moskvada keçirdiyi görüş yekunlaşıb. Gözlənildiyi kimi, görüş gərgin atmosferdə keçib. Məsələ ondadır ki, hazırda istər Qərb, istərsə də Kreml öz maraqlarını Azərbaycanın strateji həmlələri ilə uzlaşdırır.

Lakin Ermənistan faktiki olaraq həm Qərblə Kreml arasında qalıb, həm də hər iki tərəfin təzyiqlərini hiss edir. Bu baxımdan Moskvadakı görüşün Paşinyan üçün çətin keçəcəyi bəlli idi.

Görüşdən sonra mətbuata açıqlanan detallardan, verilən yekun bəyanatdan aydın olur ki, tərəflər üç məsələdə razılığa gəlib:

Birincisi, tərəflər Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə birgə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığlaşıblar. Bu, Azərbaycan üçün müsbət hadisədir. Çünki sərhədlərin delimitasiyası ilə bağlı Avropa ilə Rusiya arasında fikir ayrılığı yoxdur. Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. Belə ki, Brüssel görüşündə də tərəflər aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması barədə razılığa gəlmişdi. Onu da qeyd edim ki, həmin razılaşma 26 noyabr Soçi bəyanatındakı “Birgə komissiyanın yaradılmasına” əsaslanır.

Amma sərhədlərin delimitasiyası üçün Avropa ilə Rusiya arasında fikir ayrılığının olmaması Bakı və İrəvan arasında sərhədlə bağlı ziddiyyətləri aradan qaldırmır. Məsələ ondadır ki, Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın SSRİ dağılandan sonrakı mövcud sərhədlər üzrə aparılması iddiasını irəli sürüb. Azərbaycan isə delimitasiya prosesində həm anklavların, həm də vaxtilə otlaq və əkin sahəsi adı ilə Ermənistana verilən ərazilərin nəzərə alınmasını istəyir.

Bu günə qədər Ermənistan bu məsələdə inadlı mövqe sərgiləyirdisə, hesab edirəm, indi Qərbin Azərbaycanla uzlaşmaya dair təzyiqləri və sərhədin delimitasiyasının aparılacağı xəritələrin Rusiya Baş Qərargahında olması İrəvanı geri addım atmağa vadar edə bilər.

Düzdür, delimitasiyasının aparılacağı xəritələrin Rusiya Baş Qərargahında olması prosesdə Rusiyanın əlini gücləndirsə də Brüssel faktoru Kremlin əvvəlki kimi dominant mövqedən çıxış etməsini məhdudlaşdıracaq.

İkincisi, tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıb. Bu məsələdə də Qərb və Rusiya arasında ciddi fikir ayrılığı yoxdur. Hətta əlaqələrin bərpası, yolların açılmasında Rusiya əsas maraqlı tərəfdir.

Rusiyanın Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpasında maraqlı olmasından rəsmi Bakı istifadə edə bilər. Söhbət 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasından gedir. Rəsmi Bakı prosesin uğurla davam etməsi üçün hər şeydən öncə Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını tələb edə bilər. Bu baş verərsə iki ölkə arasında əlaqələrin bərpası, yaxud sərhədin müəyyən edilməsinə dair etimad mühitinin yaranmasına gətirib çıxara bilər. Hesab edirəm, Azərbaycan qarşıdakı görüşlərdə bu məsələdə konkret mövqeyini ortaya qoyacaq. Çünki Brüssel görüşündən sonra növbəti bir Soçi görüşünün keçirilmə ehtimalı yüksəkdir. Paşinyan-Putin görüşündə “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşlərinin keçirilməsi” haqda fikrin irəli sürülməsi də bunu təsdiqləyir.

Üçüncüsü, Putin-Paşinyan görüşünün bizim üçün ən əhəmiyyətli detallarından biri də şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi və Azərbaycan prezidenti İlham Əliyevin də dəstəklədiyi “3+3 formatı”nın həm Rusiya, həm də Ermənistan tərəfindən artıq əsas Regional Əməkdaşlıq Platforması kimi qəbul edildiyinin dilə gətirilməsidir. Yekun bəyanatda bu haqda deyilir:

“Tərəflər bütün region ölkələri arasında dialoqu və çoxplanlı əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradan "3+3" Regional Əməkdaşlıq Platformasının uğurla fəaliyyətə başlamasını qeyd ediblər”.

Bu o deməkdir ki, bundan sonrakı mərhələdə regiondakı problemlər həm də bu formatla həll edilə bilər.

Nəticə etibarilə, görüşün nəticələri bizim üçün ümumi mənada müsbət olsa da, Rusiyanın Qərbin Cənubi Qafqazdakı siyasi proseslərə müdaxiləsindən narahat olduğunu da göstərir. Kreml maksimum dərəcədə Brüsselin proseslərdəki rolunu azaltmaq istəyir. Brüsselin Cənubi Qafqazdakı proseslərə müdaxiləsi bizim üçün Kremlə qarşı “blef kartı”na çevrilə bilər. Brüssel-Kreml rəqabətindən rəsmi Bakının öz maraqlarını təmin etmək üçün yararlanmaq imkanı var.

Turan RZAYEV //reytinq//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO