Seçicilərin borc istədiyi deputatlar: Kim nə qədər verir? - SORĞU

20:36 20.04.2022 145
Seçicilərin borc istədiyi deputatlar: Kim nə qədər verir? - SORĞU
"Seçiciləri qəbul edən zaman təxminən 15 nəfərdən 10 nəfəri məşğulluq idarələrindən deyil, məndən iş istəyib. Digər 5 nəfəri isə bankdan deyil, yenə də məndən borc istəyib".

Zamantv.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib:

“Birinin anası, digərinin qardaşı xəstə idi. Onlar fırıldaqçı deyildilər. Üzlərindən görünür ki, normal insanlardır. Heç kim təkliflə gəlməmişdi. Soruşdum ki, niyə bu vəziyyətdəsiniz? Məlum oldu ki, “Akkord” aparıb Qazaxıstanda işlədib, onlarla fəhlənin pulunu verməyib. İndiyədək qapı qalmayıb ki, dolanmasınlar, pullarını hələ ala bilməyiblər. Rayonlarda yaşayan insanların əksəri pensiya kartlarını sələmçiyə təminat üçün veriblər. Çünki ayın sonunda onlar pulu ödəməsələr, sələmçi faizi kartdan çəkib götürəcək. Bu vəziyyətdə olan xalqın insanlarının vəziyyətini yügülləşdirməkçün səlahiyyətli, məsuliyyətli şəxslər özlərində vicdan borcu tapıb problemləri həll etməlidirlər”.

Maraqlıdır, seçicilər deputatlara əsasən hansı problemlərlə bağlı müraciət edirlər? Fazil Mustafanın qeyd etdiyi kimi, müraciətlərin arasında borc almaq istəyən vətəndaşlar varmı? Millət vəkilləri onlara hansı məbləğdə kömək edib?

Mövzu ilə bağlı Cebhe.info-ya ilk olaraq Milli Məlisin Mədəniyyət komitəsinin üzvü, 83 saylı Ağcəbədi- Füzuli seçki dairəsindən deputat seçilən Aqil Abbas danışıb.

Millət vəkili bildirib ki, seçiciləri ona əsasən işsizlik və əlillik dərəcəsi ilə bağlı müraciət edirlər:

“Gücümüz çatanı edirik, çatmayanda da oturub ağlayırıq. Qaldı borc məsələsinə mənə yəqin ki, Fazil müəllimdən atıq müraciət edilir. Dərman pulu, ev kirayəsi və ya tələbənin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlər olunur. Demək olar ki, hər gün belə müraciətlər var. Yanımda olsaydınız, mesajları açsam, oxusanız, başınıza hava gələr. İmkanım olan qədər kömək edirəm”. Deputat hətta pulu olmayanda borc alıb seçicilərinə verir: “Kimsə uşağı xəstədir, dərman ala bilmirsə, mütləq kömək etmək lazımdır da. Köməkçimi göndərirəm ki, get dərman al. Yalandan müraciətlər olmur. Eləsi də var ki, bir neçə dəfə müraciət edir, axırda deyirəm ki, sənə maaş kəsməmişəm e. Üzünü yumşaq görürlər, vermirsən, mesaj yazırlar. Oliqarx deyiləm, pul kəsməmişəm”. Parlament üzvü bildirib ki, seçicilərinə 200-250 manat məbləğində kömək edib: “Olub bu qədər dərman pulu vermişəm, amma borc deyil. Dərman da bildiyiniz kimi “ceyranın belində”” .

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsidən deputat seçilmiş Rüfət Quliyev də ona bu qəbildən xahişlərin olduğunu deyib:
“Təbiidir ki, vaxtilə belə müraciətlər daha çox olub, amma son 7-8 ayda mənim prinsipial fikrimi bilirlər. Elə vaxt olub ki, insana dərman lazım olub, aptekə zəng vurmuşam ki, filankəs bu reseptlə gəlir, dərmanı verin”. Deputat seçicilərinin ondan borc istədiyini etiraf etsə də, onlara pul vermədiyini deyib: “Bəli, borc istəyən də olub. Dərman pulu istəyən, ali məktəbə ödənişlə bağlı da müraciət olub. Bunları mən başqa cür həll etmişəm. Məsələn, vətəndaşın “Azərişıq” və ya “Azəriqaz”a borcu olub. Buna görə lazımı quruma zəng edib, həmin şəxsin bir ilin içərisində ödəniş məsələsini həll edəcəyini demişəm. Abonentin özü ilə razılaşdırılıb ki, ayda 50 manat pul ödəyirsən, bununla da problemi həll edirsən. Mən belə mexanizmlərlə işləyirəm”.

21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputat seçilən Məlahət İbrahimqızı ona ən çox işsizliklə, məşğulluqla bağlı müraciətlərin olduğunu deyib:
“Hamı iş istəyir. Xüsusilə də 44 günlük Vətən müharibəsində vuruşan qazilər, onların ailə üzvləri iş problemlərinin həlli ilə bağlı müraciət edirlər. Çox çətinliklə, az sayda müraciətləri həll edə bilirik. Məşğulluq məsələsi şəxsən millət vəkili kimi mənim üçün bir nömrəli prioritetdir. Təhsil ödənişi ilə bağlı müraciətlər çox cüzidir. İldə bir dəfə olar, ya deyil. Prezidentin sərəncamı ilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Bu, ödənişli təhsildə oxuyanların problemlərinə böyük dəstək olacaq”.

Deputat təəssüf edib ki, hələ də işsizlik, məşğulluq problemlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qənaətbəxş səiyyədə həll edə bilməyib: “Bu sahədə çox ciddi nöqsan və problemlər var. Bu Nazirliyin həlli gücündə deyil. Hesab edirəm ki, bir çox qurumlarda işsizlik probleminin həlli ilə bağlı müəyyən imkanlar var”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, 58 saylı Hacıqabul- Kürdəmir Seçki Dairəsindən deputat seçilən Rafael Hüseynov öncə “Uzun çəkəcək. Yazın, imkan olsa cavablandıraram”,- desə də, daha sonra suallarımızı cavabsız qoydu.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, 90 saylı Ağdaş Seçki Dairəsindən deputat seçilən Cavid Osmanov seçicilərin müxtəlif mövzularda ona müraciət etdiyini bildirdi:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsizliyinin, sağlamlığının təmin edilməsi, bir sözlə, insan amili dayanır. Milli Məclisin deputatları hər zaman seçicilərin müraciətlərinə həssaslıqla yanaşır. Həm yerlərdə keçirilən görüşlərdə, həm də karonavirus pandemiyası dövründə vətəndaşlarla onlayn görüşlərdə çalışmışıq ki, qaldırılan məsələlərin həlli istiqamətində işlər görülsün. Müxtəlif mövzularda müraciətlər olur. Bəzən olur ki, ödənişli ali təhsillə bağlı kömək istəyirlər. Eyni zamanda, təbii fəlakətlər, yanğın nəticəsindən kiminsə evi yanır, bununla bağlı müraciətlər daxil olur. Düşünürəm ki, sosial sahədə aparılan islahatlar inqilabi xarakter daşıyır. Çünki 4 ilin bu sahədə aparılan islahatlarına nəzər salsaq görərik ki, bir neçə dəfə minumum əmək haqqı, pensiyaların artırılması ilə bağlı qərarlar oldu”. Millət vəkili yardım və ya borc verməklə bağlı suallara isə "Maddi yardımın edilməsi ilə bağlı müraciətlər də olur",- cavabını verməklə kifayətləndi.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, 66 saylı Bilasuvar Seçki Dairəsindən deputat seçilmiş Bəhruz Məhərrəmov seçicilərindən ən çox torpaq verilməsi, məşğulluq, habelə, əlillik təyinatı ilə bağlı yazılı və şifahi müraciətlər aldığını qeyd etdi:

“Su qıtlığı yaşayan bölgəyik, suvarma problemlərinə dair ərizə və şikayətlər alırıq". Həm borc, həm də yardım üçün müraciət edən seçicilərinin çox olduğunu deyən deputat bu məsələyə detallı toxunmaq istəmədiyini, lakin bunu anlayışla qarşıladığını bidirdi. Millət vəkili torpaq ayırmaq, işlə təmin etmək, su verilməsi, maddi yardım etmək və s. məsələləri aidiyyətı strukturların səlahiyyətində olan məsələlər kimi dəyərləndirərək, ən yaxşı halda vətəndaşın şikayətini aidiyyəti üzrə yönəldə, bu barədə sorğular verə biləcəklərini vurğuladı. Milli Məclisin üzvü həmçinin narahatlığını da dilə gətirdi: “İndi başqa acı bir reallıq var, təəssüflə bildirməliyəm ki, bu günə qədər hətta, cəmiyyətin təhsilli təbəqəsində belə parlamentin və deputatın funksiyaları barədə təsəvvürlər lazımi səviyyədə deyil. Ona görə də insanlar yanlış gözləntilərə düşürlər və bunu reallığa uyğun anlayışla da qarşılayıram. Lakin hesab edirəm ki, biz daha çox məsələləri ümumiləşdirib kökündə yatan problemləri qabartmalıyıq və bunu da edirik. Məsələn, kütləvi şəkildə iş üçün müraciət edən varsa, təklifimiz "filankəsin işlə təmin olunması" yox, həmin bölgədə məşğulluqla bağlı bir layihəninin gerçəkləşdirilməsi olmalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO