[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın şəkər tozu Rusiya bazarlarına axır - ŞOK İDDİA
“Son zamanlar Azərbaycan istehsalçıları şəkər tozunun daxildə deyil, daha çox Rusiya bazarında satılmasına maraq göstərir”. Zamantv.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın Azərbaycandan şəkər tədarükünü kəskin artırması ilə ölkəmizdə şəkər tozu qıtlığının yaranmasına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bu vəziyyətin yaranmasında şəkərin Rusiyada kəskin bahalaşması öz sözünü deyib:

“Rusiyada şəkər tozunun qiyməti kəskin bahalaşıb. Azərbaycan bazarı ilə nisbətdə bu ölkədə həmin məhsulun qiyməti 2,5-3 dəfə baha satılır. Nəticədə Azərbaycan istehsalçıları şəkər tozunun daha çox Rusiya bazarında satılmasına maraq göstərir. Çünki daxili bazarda qiymət daha ucuzdur.

Rusiyada şəkər tozunun qiymətinin bahalaşmasına isə bu məhsulla bağlı kəskin qıtlığın yaranması səbəb olub. Rusiyadakı mağazalarda şəkər tapılmırdı. Ukrayna ilə müharibədən öncə kilosu 60-70 rubl olan şəkər tozunun qiyməti indi 250-300 rubla qədər bahalaşıb. Bu qiymət fərqi isə istehsalçılar üşün Rusiya bazarını daha cəlbedici edib”.

Ekspertin fikrincə, disbalans geniş şəkildə özünü göstərsə, Azərbaycanın daxili bazarında da şəkərin qiymət artımı baş verə bilər. Azərbaycan hökuməti ona görə qabaqlayıcı tədbirlər görməli, ixrac üzrə kvotalar müəyyənləşdirməlidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistana son təklif: Sülh bağla, qanunsuz silahlılarını çıxart - ŞƏRH
10 noyabr 2020-ci il razılaşmasından sonra Azərbaycan ərazisində qalmaqda olan separatçıların qalıqları, Ermənistana məxsus qanunsuz silahlı birləşmlər dərhal buranı tək etməlidir. Bu proses rus sülhməramlılarının əraziyə daxil olması ilə paralel şəkildə icra edilməli idi. Amma Ermənistan hakimiyyəti həmişə olduğu kimi indi də öz üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırır. Dia.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, hər bir dövlətin suveren hüququdur ki, öz ərazisində hansısa qanunsuz silahlıların olmasına imkan verməsin:

“Ona görə də, Ermənistana aid silahlı qüvvələrin Azərbaycan ərazisində qalması qəbuledilməzdir. Bununla bağlı dövlətimiz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanaraq qanunsuz silahlıların suveren ərazimizdən çıxarılmasına nail olacaq”.

Millət vəkili bildirib ki, ermənilərin uzun illər olduğu kimi son dövrlər də Fərrux kəndi və həmin ərazidə yerləşən yüksəkliklərdən silahlı qüvvələrimizə qarşı təxribatlar edirdi: “Fərrux yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi və qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılması ilə bağlı atılan addımlar hələ başlanğıcdır. Ağdam Əsgərən yolu istiqamətində olan ərazilərə nəzarət etmək üçün bu mövqelərin bizim əlimizdə olması mühüm əhəmiyyət kəsb edir. Buradan həmçinin Xaçın çayı istiqamətində olan ərazilərə də nəzarət etmək mümkündür”.

Elman Məmmədova görə, Ermənistanı narahat edən, təşvişə salan məsələlər də məhz bundan ibarətdir: “Bu ölkə artıq anlamalıdır ki, Azərbaycan öz ərazilərini terrorçulardan tam təmizləyəcək. Çıxış yolları qanunsuz silahlıları ərazimizdən tez müddətdə çıxarmaq və Azərbaycanla qısa zamanda sülh müqaviləsi imzalamaqdan ibarətdir. Onlara şimaldan, qərbdən dəstək verənlər də bu reallığı dərk etməlidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya hakimiyyəti rus hərbçilərin torpaqlarımızın işğalında iştirakını etiraf etdi - BU DA FAKT!!!
Rusiyanın gözə az dəyən əyalət şəhərində - Yuqorskda (Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqra) 2019-cu ilin may ayında “Hərbi Şöhrət” Memorial Kompleksinin ikinci mərhələsinin açılışı olub. Memorialın ikinci mərhələsi - süjeti Vətəndən kənarda hərbi borcunu yerinə yetirərkən həlak olmuş beynəlmiləlçi əsgərlərin xatirəsinə həsr olunmuş tunc barelyefli qranit divardır.

Qeyd edək ki, Yuqorskda “Hərbi Şöhrət” memorialının tikintisi ilə bağlı qərar 2014-cü ilin aprelində verilib. İdeya “Qazprom Transqaz Yuqorsk”un baş direktoru Pyotr Sozonova məxsusdur. İctimai dinləmələr zamanı bu təşəbbüs Yuqorsk şəhərinin administrasiyası, şəhər Veteranlar Şurası, “Yüksəliş”, “Döyüş Qardaşlığı”, “Əfqanıstan Veteranları İttifaqı” ictimai təşkilatlarının nümayəndələri və şəhər gəncləri tərəfindən dəstəklənib.

Sovet xalqının Böyük Vətən müharibəsində göstərdiyi şücaətə həsr olunmuş “Hərbi Şöhrət”in birinci mərhələsi 2015-ci il mayın 8-də Qələbə Gününün 70 illiyi ərəfəsində açılmışdı. Memorialın ikinci mərhələsi isə bürünc barelyefli qranit divardır, onun süjeti lokal müharibələr zamanı həlak olmuş rus beynəlmiləlçi əsgərlərinin xatirəsinə həsr olunub

Memorialın bu hissəsində ən diqqətçəkən cəhət ondan ibarətdir ki, burada Azərbaycan və Ermənistan kimi dövlətlərin də adları var. Xatirə lövhəsinin müəlliflərinin fikrincə, Rusiya hərbçiləri bu ölkələrdə də öz beynəlmiləl borclarını yerinə yetiriblər. Eyni zamanda, Azərbaycan adının yanında tarixlər - 1992-1995, Ermənistan adının yanında isə 1992-ci illər göstərilir.

Bu tarixlər Azərbaycanla Ermənistan arasında Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edir. Yəni memorial müəllifləri bu müharibədə rus hərbçilərinin də iştirak etdiyini demək istəyirlər.

Rusiya ordusunun Azərbaycan torpaqlarının işğalında fəal iştirak etməsi ilə bağlı çoxlu faktlar var. Bunu 1992-ci il fevralın 26-da erməni silahlılarının keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının (o zaman rəsmi olaraq MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin tərkibində olan) bilavasitə iştirakı ilə dinc əhalinin qətlə yetirilməsi ilə sonlanan Xocalı şəhərinə yeridilməsi zamanı baş vermiş qanlı hadisələr sübut edir.

Rusiyalı ictimai xadim və jurnalist Aleksandr Nevzorov Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan rayonlarının işğalında əsas Rusiya ordusunun Pskov 76-cı desant-hücum diviziyasının xidmətlərinin olduğunu qeyd edib.

Yuqorskda memorialın açılışı isə onu deməyə imkan verir ki, bu memorialla Rusiya hakimiyyəti Rusiya hərbçilərinin Ermənistan tərəfində Azərbaycan torpaqlarının işğalında iştirak etməsi faktını tanıyıb.

Bundan başqa, İkinci Qarabağ müharibəsi zamanı Rusiya Ermənistanı aktiv şəkildə silahla təmin edib, Rusiya vətəndaşları Azərbaycan ordusuna qarşı döyüşmək üçün döyüş bölgəsinə gəliblər. Heç onu demirik ki, o vaxt Rusiya mətbuatı Azərbaycan əleyhinə çılğın təbliğat aparırdı.

Hazırda Fərrux kəndi ətrafında baş verən son hadisələr fonunda Rusiya Müdafiə Nazirliyi Azərbaycanı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını pozmaqda ittiham edir. Baxmayaraq ki, bu öhdəliklərə - Qarabağ separatçılarının tərksilahına və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının yaşayış zonasından çıxarılmasına cavabdeh olan Rusiyanın özü tərəfindən məhəl qoyulmur.

Bütün bunların fonunda Rusiya artıq iki il əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu bir vaxtda Yuqorskda memorialın mövcudluğu Azərbaycan ictimaiyyətini müəyyən düşüncələrə sövq edir... //ayna//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik" - ÇAĞIRIŞ
Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata cəhd ediblər. Sosial şəbəkədə yayılan video-görüntülərdən məlum olub ki, kəndə gətirilən ermənilərə hərbi forma və silahlar elə yerindəcə paylanılıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələr isə bu prosesi 200 metr kənarda sakitcə izləyiblər. Ekspertlərə görə, Qarabağda baş verənlərin əsas səbəbkarı ermənilərlə bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir.

Əgər 16 ay əvvəl imzalanan üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi, Qarabağ ərazisində erməni silahlılarının təxribatı ilə qarşılaşmazdıq. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Xocalının Pirlər kəndinə ermənilərin gətirilməsi və silahlandırılması görüntüləri anti-terror əməliyyatının keçirilməsinə əsas yaradacaq ən real kadrlardır. Separatçıların mövqeləri darmadağın olandan sonra ABŞ, Fransa və Rusiya sadəcə bəyanat verəcəklər və bu, heç nəyi dəyişməyəcək. Hətta prosesə müdaxilə imkanı olan rusların da indiki məqamda nəsə etmək imkanı azdır. Onların fikrincə, Fərrux əməliyyatı ən effektiv variantın bu olduğunu təsdiqlədi. Lakin erməni təxribatçılarının cəzasının başqa formada verilməsini doğru sayanlar da var. Onlara görə, haqlı ikən haqsız duruma düşmək, təhrikedici hərəkətlərə aldanmaq yolverilməzdir. Dia.az-ın məlumatına görə, tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında bildirib ki, əvvəlcə çar imperiyası, sonra sovetlər, indi isə Rusiya daim öz məqsədləri naminə erməni faktorundan istifadə edib, onları himayəyə götürüblər. Ancaq tarixçi vurğulayıb ki, erməni separatizmi tabe olduqları mərkəzi hakimiyyət zəiflədiyi dövrlərdə aktivləşməyə başlayıb:

“1904-05-ci illərdə rus-yapon müharibəsində Rusiya məğlub oldu və imperiya ərazisində inqilabi hərəkat başladı. Ermənilər bunu fürsət bilərək ayaqlandılar, azərbaycanlılara qarşı qətliamlara əl atdılar. 1917-ci ildə çarın devrilməsindən, bolşeviklərin hakimiyyətə gəlməsindən sonra yaranmış qarışıqlıqdan yararlanan erməni quldurları yenə də azərbaycanlılara qənim kəsildilər. Nəticədə 1918-ci ildə mart soyqırımı baş verdi. 1988-1990-cı illərdə SSRİ çökərkən yenə də erməni cinayətləri geniş vüsət almağa başladı. Ərazilərimiz işğal olundu. İndi də ermənilər dünyada və qonşuluqda baş verən proseslərdən “ruhlanaraq”, faydalanmağa cəhd göstərirlər. Ancaq hazırkı vəziyyət tamam fərqlidir. Ermənilərin qarşısında güclü orduya sahib Azərbaycan var.

Şübhə yox ki, düşmənin bütün təxribatlarına ən sərt şəkildə cavab veriləcək və qarşısı alınacaq. O baxımdan separatçıların fəallaşmasını ciddi təhlükə görmürəm, narahat olmağa dəyməz.

Erməni xisləti elədir ki, onlar uzun illərin təbliğatından xilas ola bilmirlər. Əsassız iddiaları, təxribatları hər zaman öz başlarında çatlasa da, yenə məkirli niyyətlərindən əl çəkmək istəmirlər. Təxribatlara Qərb ölkələrindən də dəstək verildiyini istisna etmirəm”.

M.Zülfüqarlıya görə, Rusiya amilini hər zaman nəzərə almalı, ehtiyatlı davranmalıyıq:

“Ruslarla bağlanan sazişlərin heç birinə Moskva əməl etməyib. Bütün dünyanın Rusiyaya qarşı olduğu bir zamanda Moskvanı qıcıqlandırmaq dövlətimizin mənafelərinə fayda verməz. Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik. Fərrux kəndini və yüksəkliyini düşünülmüş siyasət nəticəsində nəzarətimizə aldıq. Vaxtında etdiyimiz üçün heç kim etiraz edə bilmədi. Məncə, radikal addımlar atmağa ehtiyac yoxdur.

Əlbəttə, Rusiyanın bizə qarşı yanaşmasını, həyata keçirdiyi siyasəti də diqqətdən kənar qoymuruq. Moskva 10 noyabr sazişinin bəndlərinə əməl etməkdən boyun qaçırır. Qarabağdakı erməni silahlılarını torpaqlarımızdan çıxartmaq əvəzinə separatçıları silahlandırır. Bunun fərqindəyik, amma mübarizəmizi elə aparmalıyıq ki, son nəticədə regionda təklənməyək. Dünyada erməni separatizminə dəstək verən Fransa kimi Qərb ölkələri də mövcuddur. Bəziləri deyirlər ki, “niyə ordu yeritmirik?”.

Separatçıları bir günə məhv etməyə qadir ordumuz var. Ancaq önəmli nüansları nəzərə alaraq addımlarımızı tədricən atırıq. Ölkə rəhbərliyi nəyin nə zaman edilməsini çox gözəl bilir”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Rusiya prezidentləri Qarabağdakı vəziyyəti müzakirə etdilər
Martın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Zamantv.az xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub.

Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çoxmərtəbəli binada yanğın söndürüldü -FOTO
Bakının Xətai rayonunda mənzil yanıb.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Çingizxan Kərimov küçəsində baş verib.

15 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yanğın başlayıb. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Qısa zamanda yanğın söndürülüb. Araşdırılmalarla müəyyən edilib ki, hadisə vaxtı mənzildə heç kim olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cizgi filmi deyil, həqiqətdir: Ukraynada “Patron” qəhrəmana çevrildi
“Bu, uşaqlar üçün cizgi filmi deyil, xilasedicilərlə birlikdə həyatımızı qoruyan kiçik quyruqlu cəsur dostumuzdur”.

Zamantv.az-ın məlumatına görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəsmi “Telegram” kanalında haqqında bəhs edilən “Cek Russell Terrier” cinsindən olan “Patron” adlı xidməti it qəhrəman kimi qələmə verilib.

İki yaşlı “Patron” Çerniqov vilayətinin pirotexniki dəstəsində xilasedicilərə yaxından kömək edir.
Onlarla basdırılmış minanı aşkar edərək zərərsizləşdirilməsində iştirak edən itin cəsarətini görən xilasedicilər “qısaquyruq” üçün zirehli gödəkçə də sifariş veriblər.

Yeri gəlmişkən, “Patron” pendiri çox sevir və asudə vaxtlarda “həmkarları” ilə həvəslə oynayır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada 2 yaşlı uşaq YANDI Zaqatalada iki yaşlı uşaq ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Zamatv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə martın 30-u axşam saatlarında rayonun Yuxarı Tala kəndində baş verib.

2020-ci il təvəllüdlü Cansu Əli qızı Qanzayevanın yaşadığı ünvanda üzərinə qaynar su dağılıb. Hədisə nəticəsində 2 yaşlı C.Qanzayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Qanzayevaya bədənin müxtəlif nahiyələrinin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya MN: Ukraynanın 350 PUA-sı məhv edilib
Rusiyanın hava hücumundan müdafiə sistemiləri İzyum şəhərindən 30 kilometr qərbdə Ukraynaya məxsus Mi-24 helikopterini vurub.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

O, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatının vurulduğunu söyləyib.
“Rusiya hava kosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri İzyum şəhərindən 30 kilometr qərbdə havada bir Ukrayna Mi-24 helikopterini, həmçinin Tamarino, Lisiçansk və Volnovaxa yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus dörd pilotsuz uçuş aparatını vurub", deyə Rusiya MN sözçüsü vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qırğızıstan ilk dəfə “Bayraktar”dan istifadə etdi
Qırğızıstan ilk dəfə Türkiyədən alınan “Bayraktar TB2” iilotsuz uçuş aparatından hərbi təlimlərdə istifadə edib.

Zamantv.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Qeyd edək ki, sözügedən PUA-ları Qırğızıstan Türkiyədən 2021-ci ildə alıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO