Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən
Zamantv.az-a verilən məlumata görə, martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Yağıntı: Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.
Külək: Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Zamantv.az