[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləsuvarda qaydaları pozan sürücü və piyadalar cərimələnib
Zamantv.az - Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.
Bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar aşkarlanıb. Dövlət yol polisi əməkdaşları tərəfindən həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və bir daha izah edilib ki, yolu piyada keçidindən deyil, piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməklə onlar öz həyatlarını təhlükəyə atmaqla bərabər digər hərəkət iştirakçıları üçün də maneə və çətinlik yaratmış olurlar. Tədbirlər zamanı həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilib və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ermənistan mövqelərimizi Rusiyanın göstərişi ilə atəşə tutur...” - Ekspert danışır
“Eşidəndə ki, hardasa Ermənistan mövqelərindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub sizin beyninizdə hansı təsəvvür yaranır, fikir formalaşır? Demək bölgədə vəziyyət qeyri-sabitdir, müharibə təhlükəsi var. Əgər bəşəriyyət müharibə istəmirsə, rus sülhməramlılarının sülh zəmanəti kimi bölgədə qalmasını dəstəkləməlidirlər”. Zamantv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloqun sözlərinə görə atəşkəs rejimi Rusiyanın göstərişi ilə pozulur:

“Çünki bu atışmalardan nə Ermənistana, nə də Azərbaycana xeyir gəlir. Amma nəzərə alsaq ki, Rusiya eyni dərəcədə bölgədə vəziyyətə nəzarət edir və atəşkəsin pozulması haqqında tələbləri həm erməni, həm də Azərbaycan tərəfi sözsüz yerinə yetirir. Rusiya isə öz siyasi məqsədinə çatır. Əslində azərbaycanlılarla ermənilərin birləşməsinin siyasi nəticəsi odur ki, rus getməlidir. Ona görə biz barışmamalı, düşmən olmalıyıq. Ona görə başıboş Azərbaycan jurnalistləri erməniləri, başıboş erməni jurnalistləri isə azərbaycanlıları söyür. Buna da rus baxıb sevinir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tahir Kərimlinin əlindəki oyuncaq göstərir ki...” - Tanınmış psixoterapevt DƏYƏRLƏNDİRİR
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli sosial şəbəkələr üzərindən paylaşdığı videosu ilə iki gündür ki, müzakirə predmetinə çevrilib. Deputatın ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı birmənalı qarşılanmayıb. Üstəlik, həmin videoda deputatın əlində oyuncaq tutması onun psixoloji durumunun yerində olmaması barədə fikirlərin yaranmasına zəmin yaradıb.

Əksər rəylərdə bildirilirdi ki, onun psixoloji problemləri var. Həqiqətən də Tahir Kərimlidə psixi, ruhsal pozuntu əlamətləri müşahidə edilirmi? Yeri gəlmişkən, Tahir Kərimli hədələnməsi ilə bağlı video-çıxışından bir neçə saat əvvəl, parlamentin iclasında Azərbaycanda tətbiq edilən cərimələr və əhali üçün qaz tariflərinin fantastik baha olması ilə bağlı kifayət qədər cəsarətli çıxış etmişdi. Zamantv.az-ın məlumatına görə, tanınmış psixoterapevt Elmir Əkbər “Yeni Müsavat”a mövzu ilə bağlı bunları deyib: “Siyasətçilər daim xalqla təmasda, ünsiyyətdə olmalıdırlar. Çünki onlar xalqın seçdiyi insanlardır. Onlar həkim, müəllim deyillər. Misal üçün, həkim başını salıb aşağı öz həkimliyini edir, vaxtında yaxşı təhsilini alıb, insanlar özləri onu tapıb müraciət edirlər. Amma siyasətçi belədir ki, o, auditoriya ilə, publika ilə təmasda olur. Bütün dünyada bütün siyasətçilər öz auditoriyası ilə təmasda olanda müxtəlif psixoloji, marketoloji addımlardan istifadə edirlər. Bu, müxtəlif şoular da ola bilər, hətta epatoloji addımlar da. Bunlar hamısı normaldır. Hər kəs bunu öz savadına, dünyagörüşünə, peşəkarlığına uyğun olaraq edir. Əslində normalda inkişaf etmiş ölkələrdə siyasətçilər psixoterapevtlərlə, psixoloqlarla konsultasiyalar keçirirlər, onların şəxsi məsləhətçiləri olur ki, bu və digər məsələlərdə necə addım atmağı, hansı istiqaməti seçməyi onlara peşəkarcasına göstərsinlər. O ki qaldı, Tahir Kərimlinin çıxışına, fikrimcə, auditoriyanı o qədər də intellektual, dərin qiymətləndirmədiyinə görə bu tərzdə davranıb. İlk olaraq deyim ki, millət vəkilinin əlində tutduğu əjdaha deyil, trinazavrdır. Bu dinozavrların yırtıcı növlərindən biridir. İkincisi, deputat çox güman ki, xalqımızın instagramda, feysbukda izlədiyi səhifələrə baxır, oradan izlədiyi kütlənin maraq dairəsinə baxır, qiymətləndirir ki, onlar hansı mahnıları dinləyirlər, hansı videoları bəyənirlər.

Hansı videolara baxış sayı yüksək olur. Bu nəticəyə gəlib ki, konkret olaraq bu gün sosial şəbəkə istifadəçiləri bəsit düşüncəyə malik insanlardır. Çünki ən çox baxış sayı yığan videolar, ifalar, müğənnilərə baxanları görəndə düşünürsən ki, çox aşağı səviyyəli kütlə formalaşıb. Şəxsən mənə görə, o qədər də dərin olmayan bir çıxış edib. Təbii ki, bu, güclü siyasətçinin müraciəti deyil. Əlindəki oyuncaq göstərir ki, bu çıxış ən azından o qədər də yüksək intellektə malik olmayan instagram, feysbuk kütləsi üçün nəzərdə tutulmuş bir çıxışdır. Təbii ki, savadlı, intellektual insanları belə şeylərlə cəlb etmək mümkün deyil. Tahir bəy o kütlənin diqqətini cəlb etmək üçün belə bir çıxış hazırlayıb. Bir siyasətçinin də diqqət cəlb etmək istəyi, auditoriya yığmaq istəyi normal və başa düşüləndir. Ona görə ki, bütün siyasətçilərin işi bununla bağlıdır. Tahir bəy həmin sosial şəbəkədəki kütlənin bir qismini cəlb etdi, amma çıxışı ilə ağıllı, düşünən, intellektual auditoriyasını itirdi.

Şərhlərdə yazırlar ki, deputat psixiatra müraciət etsin. Bütün dünyada insanlar profilaktik olaraq psixiatr yox, psixoterapevt seanslarından keçirlər, xüsusilə də bütün dünyada pandemiyada daha intensiv şəkildə edirlər. Siyasətçilərin isə xüsusi psixoterapevtləri olur. Hər hansı addımı atarkən hansı hərəkəti etməlidir, onu yönləndirirlər. Təkcə, Tahir bəy deyil, bütün siyasətçilərin yaxşı olardı ki, peşəkar xidmət göstərsinlər deyə özlərinin müraciət etdikləri psixoterapevtləri olmalıdır. Ümumilikdə isə ağlı olan bütün insanlar psixoterapevtə müraciət etməlidir. Ağıldan kəm olanlara psixoterapevt heç bir kömək edə bilməyəcək".

Bəs görəsən, həmkarları Tahir Kərimlinin vəziyyəti ilə maraqlanıblarmı?

Millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat” a danışıb: “Hər halda onun vəziyyəti yaxşı olar, amma maraqlanmamışam. Axırıncı dəfə Milli Məclisdə gördüm. Heç bir psixoloji sarsıntı, psixoloji problemi olmayıb, normal vəziyyətdədir. Düşünmürəm ki, onun psixoloji vəziyyətində problem olsun”.

Deputat Razi Nurullayev: “Açığı zəng etməmişəm. Parlamentə gəldim, gördüm yoxdur. Belə anlarda daha çox zənglərin olması insanı çox narahat edir. Hər halda mənə belə gəlir ki, Tahir müəllim kifayət qədər ağıllı bir insandır. Bir az emosionaldır. Müəyyən qədər sakitləşməyə, istirahətə ehtiyacı var. Ümumi yanaşsaq amma hazırda deputatların işi heç də asan deyil. Şikayət məktubları, sosial şəbəkələrdə olan təhqirlər, hədələr, qorxular, təkidlər və sosial problemlərin içində olursan. Milli Məclisin deputatının özünün də ailə, şəxsi, sağlamlıq problemləri olur. Özünün, ailə üzvlərinin, yaxınlarının problemləri olur. Amma inanın ki, öz ailə üzvlərinin problemləri ilə məşğul olmağa bəzən vaxt tapmırlar. Bütün bunlar zaman-zaman toplanır, təbii ki, psixoloji olaraq insana təsir edir. Fikrimcə, Tahir müəllim də belə psixoloji təzyiqə məruz qalıb”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?
Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, ehtiyatda olan general Nəcməddin Sadıkovun Bakıda qəza törətməsi olayında maraqlı bir detal var. Sadıkovun idarə etdiyi Az 90 AS 020 nömrəli, “Toyota Land Cruiser” markalı avtomobillə “Toyota Prius” markalı avtomobilin toqquşmasından sonra bəlli olub ki, sabiq rəisin maşını zirehlidir.
Maraqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir?

Ondan başlayaq ki, Nəcməddin Sadıkov zirehli maşını hansı pulla alınıb sualı da artıqdır. Vəzifədə olduğu dönəmdə adı büdcə vəsaitlərinin külli miqdarda mənimsənilməsi olaylarında təkrar-təkrar hallanıb.
Onun yüz belə avtomobil almaq imkanına sahib olması da təəccüblü olmamalıdır. Ordudakı zirehli döyüş maşınlarının pullarının hara getməsini bilmək üçün Nəcməddin Sadıkovun sürdüyü maşının dəyərinə diqqət etmək kifayətdir. Zirehli maşınların bazar qiyməti 200 min dollardan başlayır və 2-3 milyon dollara qədər ola bilir.
Məsələn, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, həbsindən az əvvələ qədər “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dəyəri 1 milyon 200 min dollar olan “Mercedes G63 AMC İNCAS” zirehli avtomobildə gəzirdi.

Zirehli maşınlar əsasən Almaniyanın məşhur avtomobil markaları tərəfindən istehsal olunur. Yaponiya, Koreya, Rusiya istehsallı da zirehli maşınlar az deyil. Belə maşınların salonunda olanlar snayper gülləsi və qrantomyotun zərbəsindən zireh hesabına qorunur. Azərbaycan reallığında ilk və tək fakt deyil. Bu günə qədər tanınmış dövlət adamları, siyasətçilər, hətta müğənnilər arasında da öz həyatını qorumaq üçün zirehli maşından istifadə edənlər az olmayıb.

Bəs bəşəriyyət? İlk zirehli maşın nə vaxt, harada istehsal olunub?

İlk zirehli maşın Rusiyada yaradılıb. Mühəndis Luskoy 1900-cü ildə onun ilkin ideyasını verib eskizlərini cızsa da 1902-ci ildə mühəndis Simms gücünü səfərbər edərək onu araya-ərsəyə gətirib. Dünya tarixində zirehli maşından ilk dəfə istifadə edən siyasi lider ABŞ prezidenti Harri Trumen olub. 1949-cu ildə həyatını qorumaq istəyən prezident zirehli maşının ən ibtidai formasından istifadə edib. Sovetlərdə isə ilk zirehli maşın Stalinə ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən hədiyyə edilib. Hətta Stalin Tehran, Yalta, Potsdam səfərlərinə gedərkən qatardan düşən kimi ona hədiyyə edilmiş ağ rəngli zirehli “Mercedes”indən istifadə edib. Dünyanın əksər ölkələrinin prezidentləri qarajlarında zirehli maşınlar saxlayırlar.

Azərbaycanda ilk dəfə zirehli maşından mərhum dövlət başçısı Əbülfəz Elçibəy istifadə edib. Vəzifədən getdikdən sonra isə sözügedən maşın mərhum prezident Heydər Əliyevin istifadəsinə verilib. Hazırda əksər nazirlər də təhlükəsizlik məqsədilə belə maşından istifadə edirlər. İş adamlarından isə “Azersun Holdinq”in prezidenti Abdolbari Gozelin xidməti maşınının zirehli olduğu bildirilir.

Nəcməddin Sadıkova gəlincə, o, 2009-cu ilin fevralından bu yana zirehli maşında gəzir. Həmin il müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev qətlə yetiriləndən sonra o zaman Müdafiə Nazirliyi Baş Qərargahının rəisi postunda olan Nəcməddin Sadıkov özünə “BMW” markalı zirehli maşın alıb.

Zirehli maşınlar təhlükəyə qarşı müqavimət dərəcəsinə görə üç qrupa bölünür: V4, V6 və V7.

V4 qrupuna daxil olan zirehli avtomobillər 44 kalibrli silahdan açılan atəşə dözümlüdür. Bu kateqoriyadan olan maşınlar adətən qarət və xuliqanlıqdan qorunmaq üçündür. V6 və V7 mühafizə dərəcəli zirehli maşınlar isə adətən sui-qəsd və terror hadisələrindən uğurla çıxır. Bu tipdən olan zirehli maşınlar ardıcıl atılan 2 qumbaraatan mərmisinə dözür.

İlkin istehsalda zirehlənmiş maşınlarla yanaşı, sonradan sifarişlə yığılan zirehli maşından da istifadə edilir. Bu zaman yığılan maşının çəkisi 1.5 tona qədər ağırlaşır. Ağır zirehli maşında şüşənin qalınlığı isə 46 mm olur.

Zirehli maşınların hücum zamanı qorunma mexanizmində 2 əsas məqam özünü göstərir:

Hücum yerindən təcili uzaqlaşa bilmə

Təhlükəsizlik qaydalarına maksimum riayət etmə.

Hücum zamanı qorunmanın özəlliyinə gəlincə isə bu zaman maşının əsas hissəsi sərnişin salonu sayılır. Adətən belə maşınlarda şüşənin qalınlığı 6 santimetr olur və polikarbonat plastik materialdan hazırlanır. Bu şüşələr hətta birbaşa avtomat atəşinin də qarşısını almağa qadirdir.

Belə avtomobillərin zəif yeri varmı?

Zirehli maşınların zəif yeri alt hissəsidir. Maşının altında mina partladılarsa, alt hissəyə partladıcı yerləşdirilərsə, salondakılara xəsarət yetirilə bilər. Müasir zirehli maşınlarda bu xüsusat nəzərə alınıb. Maşının alt hissəsi də zirehlə təmin edilib. Bu məsələnin mənfi tərəfi odur ki, maşının altında partlayış baş verəndə aşır. Təhlükəli ərazidən uzaqlaşmaq mümkün olmur. Altında mina partlayan maşında sərnişinlərin xəsarət alması, hətta ölümcül xəsarət alması da mümkündür. Bu, o zaman baş verə bilər ki, sərnişin təhlükəsizlik kəmərini bağlamasın.
Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?
Hazırda isə müasir zirehli maşın mühəndisləri tamam başqa nüansları ön plana çəkirlər. İndiki vaxtda belə maşın sahibləri üçün limuzinlərinin hücumdan maksimum az ziyanla qurtulmaq əvəzinə hücum yerindən maksimum tez uzaqlaşıb təhlükəsiz yerə gedə bilməsi önəmlidir. “Prezident səviyyəli təhlükəsizliyə” malik olduğu deyilən zirehli maşınların radiatoru, akkumulyatoru və generatoru zirehli müdafiə ilə təchiz olunub. Yanacaq çəni partlayış zamanı blokirovka sisteminə qoşulub. Bundan başqa, limuzinin təkərləri də partlayışa davamlı olur.

Hazırda dünyada zirehli maşınlar 3 kateqoriya üzrə istehsal edilir: şəxsi müdafiə üçün zirehlənmiş avtomobil; İnkassasiya və qiymətli əşyaların daşınması üçün; müxtəlif növ zirehli şüşələrlə təchiz olunmuş bank, ofis və şəxsi evlər üçün maşınlar.
Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?
Zirehli maşın istehsalı ilə dünyanın tanınmış avtomobil istehsalçıları olan şirkətlər məşğul olur. Maşınların təhlükəsizliyi beynəlxalq təhlükəsizlik normaları ilə tənzimlənir və uğurlu sınaqdan çıxdıqdan sonra müvafiq dövlət orqanı tərəfindən sertifikat verilir və bazara yol alır.

Zirehlənmiş, V4 sistemi ilə qorunan “Audi”nin qiyməti 165 min avrodur. Nəcməddin Sadıkovun istifadə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil V6/V7 qoruma səviyyəlidir, qiyməti isə 590 min avrodur. Zirehlənmiş “Mercedes S-Class” isə 570 min avrodur. Azərbaycanda zirehli maşınların istifadəsinə dair qanunla hər hansı bir rəsmi qadağa yoxdur. Bununla belə, Azərbaycanda zirehli maşınlara xüsusi nəzarət var. Bu tip maşınlar ölkəyə sifariş əsasında, qeyri-rəsmi razılıq əsasında gətirilir...
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Qarabağda da öz pasportlarını paylasa... - Putinin sözçüsü nəyə eyham vurur?
Ukrayna ətrafında böhran fonunda rəsmi Kreml separatçıların nəzarətindəki Donbasda Rusiya pasportlarının paylanıldığını etiraf edib. Putinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib. Onun sözlərinə görə, həmin ərazilərdə sosial durum ağırdır və pasport paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir.

Kifayət qədər müzakirələrə səbəb olan və “tanış” izahatdır. Rusiya postsovet məkanında bu təcrübədən bir neçə dəfə yararlanıb və Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərlə bağlı da eyni ssenarinin işə salına biləcəyi barədə məlumatlar narahatlığımızı artırır. Zamatv.az xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Yeni Müsavat”ın bu mövzuda suallarını cavablandırdı və peşəkar münasibətini açıqladı.

- Fərhad bəy, bu günlərdə prezident Putinin mətbuat katibi Dmitri Peskov Donbasdakı separatçılara Rusiya pasportlarının paylanıldığını etiraf edib. İddia edib ki, həmin ərazilərdə sosial durum ağırdır və pasport paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Sizcə, hansı “rifah”dan söhbət gedir və Putinin sözçüsü nəyə eyham vurur?

- Əslində, vətəndaşın sosial xidmətlərinin qayğısına qalmaq onun vətəndaşlıq bağı ilə bağlı olduğu dövlətin öhdəliyidir. Yəni dövlətlərin konstitusiyasında onların sosial dövlət olduğu bir şəkildə vurğulanır. Məsələn, bizim konstitusiyamızda xalqın rifahının təmin edilməsi dövləti öhdəlik kimi qoyulub. Hər ölkənin konstitusiyasında buna bənzər müddəalar var. Bu öhdəlik ancaq o halda yaranır ki, insan ilə dövlət arasında vətəndaşlıq bağı olsun. Qeyd etdiyim kimi, dövlət öz vətəndaşlarının rifahını təmin etməlidir. Peskov iddia edir ki, onlar Donbas daxil olmaqla, Novorossiyadakı insanlara öz vətəndaşları gözü ilə baxırlar. Bu, o deməkdir ki, onlar həmin bölgəyə artıq ərazi iddialarını irəli sürmək istəyirlər. Yəni bu, bilərəkdən deyilən sözdür. Bununla demək istəyirlər ki, biz ora da öz ərazimiz kimi baxırıq və insanların sosial rifahının təmin edilməsini öz öhdəliklərimiz arasında görürük. Şəxsən mən bunu belə başa düşürəm.

- Əslində, Krımın ilhaqından sonra belə mövqe təəccüb doğurmur. Amma artıq Donbasa da iddiadan söhbət gedir...

- Bəli, bu, ərazi iddiasıdır. Yəni Novorossiyadan da başqa - hansı ki, Ukrayna orda nəzarəti itirib - bu, yeni bir hədə-qorxudur ki, bizim Ukraynanın yeni ərazilərinə iddia tələbimiz var. Bu həm də onu göstərir ki, münaqişənin indiki fazasının sanki bir az soyuması Rusiyanın öz iddialarından geri addım atması demək deyil. Rusiya öz tələblərində qalır, Moskva Kiyevin Avrointeqrasiyaya getməsini istəmir və gedəcəyi halda, Ukrayna ərazisində yeni münaqişə ocaqları yaradacağı və daha çox əraziləri mənimsəyəcəyi siqnallarını indidən vermiş olur.

- Suveren bir dövlətin vətəndaşlarına bu dövlətin razılığı olmadan başqa bir ölkə öz pasportlarını paylaya bilərmi? Beynəlxalq hüquq bu məsələ ilə bağlı nə deyir?

- Beynəlxalq hüquqda buna açıq bir işarə yoxdur. Beynəlxalq hüquqda vətəndaşlıqla bağlı dövlətin əsas öhdəliyi budur ki, vətəndaşı vətəndaşlıqdan məhrum etməsin. Yəni elə bir məhrumetmə olmaz ki, vətəndaşın vətəndaşlığı qalmasın. Vətənsizliyin qarşısının alınması haqqında Konvensiya var. Bir vətəndaşın ikili vətəndaşlığı yoxdursa, onun bircə dənə vətəndaşlığı ləğv edilməməlidir, real vətənsiz, vətəndaşlıqsız qalmamalıdır. Vətəndaşlığın verilməsi dövlətlərin suveren səlahiyyətidir. Lakin təcrübə, yəni beynəlxalq adət hüququ ondan ibarətdir ki, dövlət öz ərazisində yaşamayan insana vətəndaşlıq vermir. Yəni bu misal heç yerdə yoxdur. Buna beynəlxalq adət hüququ deyə bilərik. Nəyə görə? BMT Nizamnaməsinin 4-cü maddəsi dövlətlərin bir-birinin daxili işlərinə qarışmasını təbii olaraq qadağan edir. Yəni dövlətlər müstəqildir, bir dövlət digərinin daxili işlərinə qarışmır. Dolayısı ilə bir dövlət başqa dövlətin ərazisində yaşayan insanlara - baxanda həmin dövlətə heç bir aidiyyəti yoxdur, onun ərazisində yaşamır, ona vergi ödəmir, onun xidmətlərindən istifadə etmir, həmin insanlarla xarici dövlət arasında heç bir inzibati münasibət yoxdur - vətəndaşlıq verməsi beynəlxalq adət hüququnda görülməyən bir şeydir. Mən eşitməmişəm ki, məsələn, Braziliyada yaşamadığı halda, kiməsə bu ölkənin vətəndaşlığı verilsin. Mən bilən, belə bir şey yoxdur.

- Bəs, məsələn, Ermənistanın ikili vətəndaşlıq hüququnu tanıması? Məsələn, Ermənistan vətəndaşı olanlar paralel olaraq digər ölkələrin, o cümlədən Rusiyanın vətəndaşlarıdır. Bu məsələ haqda nə demək olar?

- Bu, bir az başqa məsələdir. Deyək ki, vətəndaş Ermənistanda doğulur, gedir Rusiyada işləməyə və orda da vətəndaşlıq alır. Çünki əks təqdirdə Moskvada oturum ala, yaşayış hüququ əldə edə bilmir, işə girə bilmir. O səbəbdən Rusiya vətəndaşlığı da alır. Ermənistanda isə bunun mülki, malı, qohumları var. Onun ikili vətəndaşlıq alması başadüşüləndir, çünki Rusiyada əlaqələri var.

- Bizdə isə qanun ikili vətəndaşlığı qadağan edir, elə deyilmi?

- Bizdə qadağa deyilən şey yoxdur, sadəcə ikili vətəndaşlıq tanınmır. Bizdə ikinci vətəndaşlığı alıb da, məlumat verməyən insanlara qanunvericilikdə müəyyən sanksiyalar nəzərdə tutulur. Biz bu addımı o vaxt atdıq ki, tutaq ki, üçüncü bir dövlət bizim ölkədə vətəndaşlıq verməyə başladı. Ondan əvvəl belə bir şey yox idi. Ondan əvvəl sadəcə olaraq məhkəmələrdə vətəndaşın ikinci vətəndaşlığı tanınmırdı, başqa ölkənin vətəndaşı olması qəbul olunmurdu. Bizdə əvvəllər də başqa dövlət qarşısında öhdəlik var deyə, seçkilərə buraxılmama söhbəti olurdu. Demək, ikinci vətəndaşlıq məsələsi bəzi hallarda nəzərə alınırdı. Bu günün özündə də bir adamın başqa vətəndaşlığı varsa, o, seçkilərə buraxılmayacaq, məsələn, prezident seçkilərində iştirak edə bilməz. Dolayısı ilə ikinci vətəndaşlıq tanınmır demək o qədər də doğru deyil. Onun tam düzgün ifadəsi budur: ikinci vətəndaşlıq beynəlxalq hüquq mübahisələrində tanınmır. Tutaq ki, əcnəbilərin boşanmasında onların vətəndaşı olduğu hüquq tətbiq edilir. Amma Azərbaycanda insanın ikinci vətəndaşlığı olsa - tutaq ki, Rusiya, yaxud ABŞ vətəndaşlığı - o, məhkəmədə tələb edə bilməyəcək ki, mən xarici ölkə vətəndaşıyam, mənə xarici ölkə vətəndaşlığının hüququnu tətbiq edin. Bu, beynəlxalq hüquq mübahisələridir. Amma publik hüquqda ikinci vətəndaşlıq tanınmır.

- Qayıdaq Rusiyanın pasport paylama, vətəndaşlıq vermə siyasətinə...

- Yuxarıda dediyim kimi, Ermənistan vətəndaşının Rusiya, ya ABŞ vətəndaşlığını alması anlaşılandır. Lakin Rusiyanın Ukraynada, Donbasda etdiyi bunların heç birinə uyğun gəlmir. Donbasda yaşayan bir insan internetlə, yaxud başqa yolla Rusiyaya müraciət edir ki, məni vətəndaşlığına qəbul elə! Rusiya da öz ərazisində yaşamayan, ölkə ərazisində işləməyən bir insana vətəndaşlıq verir, bu, görülməmiş bir şeydir.

- Bu, perspektivdə rus ordusunun “öz vətəndaşları”nın təhlükəsizliyini qorumaq üçün hərəkətə keçməsinə zəmin yaradılması deyilmi?

- Bəli. Biz bu təcrübəni Abxaziya və Cənubi Osetiyada görmüşük. Bu, dolayısı ilə Ukraynaya da “mən gələcəkdə belə bir şey edə bilərəm”, deməkdir. Amma Ukraynada bunu sadəcə olaraq təzyiq kimi istifadə edir. Biz yaxşı bilirik ki, Rusiya bu dəfə də qarşıdurmaya getsə də, Qərb Ukraynanın arxasında kifayət qədər güclü dayandı və Kreml bu səfər belə bir addımı atmadı. Amma gələcəkdə bu addımı atarmı, atmazmı, deyə bilmərik. Hazırda isə Ukrayna üzərində bu pressinq siyasətini davam etdirir.

- Bəlkə də son hadisələr bir nəbz yoxlanışıdır...

- O da ola bilər. Yəni baxmaq istəyir ki, Zelenskinin duruşu nə olacaq? Əslində Ukraynanı NATO-ya üzv qəbul etməyəcəklər, bunu hamı yaxşı bilir. Amma Avropa İttifaqı ilə Ukrayna yaxınlaşma mərhələsindədir. Üzvlükdən başqa hər şey verə bilərlər. Yəni Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı var - 6 ölkə ilə imzalanıb, Azərbaycan daxil olmaqla - orda üzvlükdən başqa, bütün hüquqlar tanınır. Əsasən, gömrük ittifaqıdır, malların giriş-çıxışıdır, vizasız gediş-gəlişdir. Təkcə üzvlük hüququ tanınmır, yəni Avropa Parlamentinə, Avropa Komissiyasına üzv ola bilmirlər. Ukrayna bu yolla irəliləyir, hər halda, Rusiyanı qıcıqlandıran hal budur. Çünki yadınızdadırsa, Yanukoviç Rusiyanın təzyiqi ilə Vilnüsdə assosiasiya sazişini imzalamadıqdan sonra Maydan hərəkatı başladı. Yəni Rusiyanı qıcıqlandıran Ukraynanın NATO üzvü olacağı deyil, Ukrayna-NATO yaxınlaşmasıdır.

- Rusiyanın “pasport siyasəti” həm də Qarabağla bağlı narahatlıq yaradır. Eyni ssenarinin Qarabağda, rus sülhməramlıların təsir zonasındakı bölgədə də tətbiqi mümkünmü? Məlumatlar var ki, Moskva Qarabağın anklav hissəsində süni “rus icması” yaratmaqla məşğuldur. Siz bu situasiyanı necə təhlil edərdiniz?

- Mən sizinlə tamamilə razıyam. Amma açığı, mən bu mövzuda Qarabağın adının mətbuatda hallandırılmasını istəməzdim. Bilirsiniz nəyə görə? Bu, “dəlinin yadına daş salmaq” kimi bir şey olardı.

- Amma bu da var ki, artıq illərdir eyni mövzuda yazılır, danışılır və rus sülhməramlıların təsir dairəsində olan bölgədə ən müxtəlif layihələr həyata keçirilir, “humanitar” adı altında. Hətta 1 fevraldan başlayaraq, erməni məktəblilərinə pulsuz rus dilinin tədrisinə başlanılıb. Bağçalardan tutmuş, digər çevrələrədək rus təsirinin yayılması prosesi gedir...

- Bəli, heykəllər qoyuldu...

- Doğrudur. Həmçinin bir ovuc erməninin yaşadığı bölgədə hündürmərtəbəli binalar tikilməkdədir. Bütün bunlar “rus icması”nın formalaşdırılmasına hazırlıq kimi yozulur. Bu mənada, məncə, danışmamaq, yazmamaq çıxış yolu deyil. Razılaşırsınızmı?

- Haqlısınız. Amma nə etmək olar, məsələsi də var. Rusiya hər dəfə deyir ki, mən Azərbaycanla dost-qardaş dövlətəm. Əgər bu, dost və qardaşdırsa, bizə də etibar edirsə, normal münasibətləri qoruyub-saxlamaqda maraqlıdırsa, onda Qarabağda bunları niyə edir? Belə olan halda, Rusiya izah eləsin, Qarabağda etdiklərinin səbəblərini bizə desin ki, dost və qardaş bildiyi ölkənin ərazisində bunları niyə edir? Yəni mənim sənə münasibətim çox yaxşıdır, bəs, sən niyə bu münasibətləri pozmağa çalışırsan? Rusiyada bunun səbəbini soruşmaq lazımdır ki, qardaşım, mən səninlə yaxşı münasibət qururam, əməkdaşam, müttəfiqəm, xeyir ola, sən bunları niyə edirsən? Düzdür, biz rusların istədiklərini onlara vermirik, KTMT-yə üzv olmuruq, ittifaq dövlətinə qoşulmaq istəmirik. Bununla bərabər, görünən budur ki, münasibət pis deyil.

- Bəlkə biz də vaxtaşırı prezident Putinin “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” fikrini xatırlatmalıyıq, necə bilirsiniz? Bəlkə Rusiya hakimiyyətində Azərbaycana münasibətdə birmənalı fikir yoxdur...

- O da yaxşı yanaşmadır. Putin belə fikirləşir, amma Rusiyada müəyyən ermənipərəst qüvvələr fərqli siyasət yürüdür.
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Heyif deyil mədəni, mərifətli Bakı küləyi"
"Avroviziya" müsabiqəsinin seçim turu üçün Polşaya yollanan Nigar Camal və Eldar Qasımov güclü külək səbəbiylə hoteldən çıxa bilmir. Zamantv.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Nigar Camal instaqramda məlumat yayıb.

“Varşavada dəhşətli külək var, dağıdır aləmi. Deyirlər ki, uçuşlar ləğv olunacaq. Bizə dedilər küçəyə də çıxmaq olmaz. Heyif deyil mədəni, mərifətli Bakı küləyi”.

Qeyd edək ki, Polşanın milli seçim turu “Tu bije serce Europy” bu axşam keçiriləcək. Final gecəsinə Nigar və Eldarla yanaşı "Avroviziya"nın bir çox qalibləri də dəvət olunub.
"Heyif deyil mədəni, mərifətli Bakı küləyi"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hadisələr bu cür davam edə bilməz" - Deputatdan ETİRAZ
“Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə separatçıların yenidən aktivləşməsi, ayrı-ayrı insidentlər, səngərlər qazmağa cəhd edilməsi, terrorçu Vitali Balasanyanın təşəbbüsü ilə Qarabağda mülki sakinlərin atəş hazırlığı hərbi təlimlərinə cəlb edilməsi prosesi kimi təxribatçı addımlar qarşısında Rusiya sülhməramlıların hərəkətsizliyi təəccüb və təəssüf doğurur”. Zamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, bölgədə baş verən hadisələri şərh edərkən deyib:

“Hadisələr bu cür davam edə bilməz və görünür, 2020-ci ildə olduğu kimi, indi də Azərbaycanın sülhyaratma missiyasını öz üzərinə götürüb təxribatın qarşısını almaq, eləcə də təxribatçıları məhv etmək üçün bölgədə antiterror əməliyyatları keçirməsi zərurətə çevrilə bilər. 44 gündə 30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin cəmi bir birləşməsinə 10 noyabr bəyanatının şərtlərinin güc yolu ilə təmin edilməsi üçün bir neçə saat kafidir. Bu məsələdə hüquq da, ədalət də Azərbaycanın tərəfindədir. Sadəcə, Azərbaycan 10 noyabr Moskva, 11 yanvar və Soçi bəyanatlarında atılan imzalara hörmətlə yanaşaraq gərginlik istəmir. Lakin digər tərəflər də imzalarına hörmətlə yanaşsın.

Ermənistan heç, onlar nə adları, nə imzalarına hörmətlə yanaşan toplum və dövlətdir. Amma Rusiya sülhməramlıların hərəkətsizliyi qəbul edilməzdir və bu mövqe hər kəsdən öncə rəsmi Moskvanın maraqlarına cavab vermir”.

Deputat vurğulayəb ki, Azərbaycan bu gün Qafqazda balansı qoruyaraq Rusiya ilə ən sağlam əsasa malik yeganə bərabərhüquqlu tərəfdaşdır:

“Rusiya rəhbərliyi də bilir ki, Prezident Əliyev milli maraqlarımızı rəhbər tutaraq heç vaxt heç bir qonşusunun maraqları ziddinə addımlar atmayıb, o cümlədən Risiyaya ikili standartlarla yanaşmayıb. Ona görə də, Kremldə Azərbaycana və Azərbaycan rəhbərliyinə böyük ehtiram mövcuddur. Gizli deyil ki, 44 günlük müharibədə və sonrakı dövrdə Vladimir Putinin sərgilədiyi rəsmi siyasi mövqe bizi qane edib.

Sülhməramlıların komandanlığı da fəaliyyətlərində məhz bu siyasi xətti rəhbər tutmalıdır. 10 noyabr bəyanatının şərtlərinə görə, Azərbaycan ərazisində erməni silahlısı qalmamalı, onların çıxarılması ilə paralel olaraq Rusiya sülhməramlıları yerləşdirilməli idi. Amma bu gün Xankəndində həm erməni əsgəri, həm də rus sülhməramlısı mövcuddursa, bu, artıq Rusiyanın özünün ifadə etdiyi iradəyə zidd olaraq bəyanatın şərtinin pozulması deməkdir. Xankəndidə ya sülhməramlı qalaraq öz dövlətinin imzasına hörmətlə yanaşıb mövcud vəziyyətə müdaxilə etməli, ya da yalnız erməni əskəri qalmalıdır ki, biz də onlarla necə davranacağımızı gözəl bilirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Feyziyevin dərmanları saxtadır, öldürür! - Diqqət!
“Cavanşir Feyziyevin dərmanları saxtadır, onun dərmanları öldürür!”.
Zamantv.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri Xural TV-nin rəhbəri Əvəz Zeynallı “Siyasət meydanı” verilişinin efirində deyib.
O ölkədəki dərmanların baha və keyfiyyətsiz olmasından şikayətlənib:
“Axı Feyziyevin dərmanlarını niyə alım?! Dəli olmuşam...?! Moskvadan, Fransadan olan dostlarıma deyərəm başağırısı, öskürək və s. dərmanlar göndərərlər. Bizim bəzi elitarların suyu, yeməyi xaricdən gələndə biz də deyək, “dərmanımız Fransadan gəlib”. Mən nə edim? Özümü Feyziyevin dərmanlarına verim?! Feyziyevin dərmanları saxtadır, onun dərmanları öldürür! Ümumiyyətlə, Azərbaycanın dərmanlarının çoxu saxtadır, öldürür!”.
Daha ətraflı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir - ŞƏRH
“Vətən müharibəsində öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin”.
Bunu Prezident İlham Əliyev fevralın 18-də icra başçılarının təyinatı ilə əlaqədar videoformat şəklində keçirdiyi görüşdə deyib.
Dövlət başçısı bildirib:

"Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır". Zamantv.az xəbər verir ki, müharibə iştirakçılarının məşğulluğunun təmin olunması istiqamətində aparılan işlərlə bağlı “Şərq”ə danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hazırda bu sahədə müəyyən işlərin görüldüyünü bildirib.

“Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi marafon keçirilir. Onlar hər ay nəticələrlə bağlı ictimaiyyətə hesabat verirlər. Orada nə qədər müharibə iştirakçısının işlə təmin olunduğu qeyd olunur. Birinci Qarabağ müharibəsində iştirak edib hələ əmək qabiliyyətli olanlar da var. Bu, onlara da aiddir. Eyni zamanda şəhid ailələrinin də məşğulluğu təmin olunmalıdır.

Amma hər təklif olunan iş qəbul oluna bilmir. Vətən müharibəsi iştirakçılarının içərisində sağlamlığını itirib əllilik dərəcəsi almış insanlar var. Onlar üçün hər iş münasib deyil. Buna görə bəzən problemlər yaranıb. Yerli icra hakimiyyəti orqanları bir çox hallarda bu problemləri həll etməyə yetərincə səy göstərmirlər. Ancaq hamısına aid deyil.

Sahib Məmmədov eyni zamanda qeyd etdi ki, məşğulluğu tam təmin olunmayanlar da olur:

“Ona görə də bu məsələ prezidentin diqqətindədir. Hələ müharibə dövründə qazilərlə görüşdə dövlət başçısı bildirmişdi ki, "mən həmişə sizin yanınızdayam". Eyni zamanda birinci vitse-prezident onlara müraciət edərək, "siz mənim qardaşlarımsınız", demişdi. Yəni bu problemlər ölkə başçısının və birinci vitse-prezidentin diqqət mərkəzindədir. Ədalət naminə deməliyik ki, bu sahədə xeyli işlər görülüb.

Amma məşğulluğu tam təmin olunmayanlar da olur. Mənə bir neçə dəfə qazilər müraciət edərək bildiriblər ki, onlar davamlı məşğul deyillər. Bu məlumatlar prezidentə də verilir. Ona görə də bu tapşırıq bütün yerli icra hakimiyyəti orqanlarına aiddir. Onlar da bu məsələdə daha diqqətli olmalıdırlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnflyasiya yüksəlir, faizlər aşağı düşür, vətəndaş banka inanmır... - NƏ ETMƏLİ?
“2022-ci ildə bizi narahat edən ən böyük amil dünyadakı bahalaşmadır. Artıq Azərbaycanda inflyasiya göstəricisi əmanət faizlərindən yüksəkdir və belə bir vəziyyət əmanətlərin artmasını zəiflədə, hətta azalmasına səbəb ola bilər”.

Bunu jurnalistlərlə görüşündə “Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Bankir qeyd edib ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda da inflyasiya yüksəlməkdədir. Yanvarda 12,5% təşkil etmiş illik inflyasiya bankların əmanət faizlərini xeyli üstələyib:

“Əmanətçi banka əmanət yerləşdirərək bankdan və şərtlərdən asılı olaraq illik 7-11% civarında gəlir əldə edir, digər tərəfdən qiymətlər illik 13%-ə yaxın artıb. Bu o deməkdir ki, pul daha çox ucuzlaşdığından əmanətçilər real olaraq qazanmayıblar. Belə bir vəziyyət bankların əmanət portfellərinin artım tempinin zəifləməsi, hətta azalması ilə nəticələnə bilər. Digər tərəfdən də, əhalinin və investorların öz vəsaitlərini bank əmanətlərindən başqa sərmayə edəcəkləri alətlər yox dərəcəsindədir”.

Beləliklə, cari ildə bankları ən çox narahat edən risk açıqlanıb.

Belə olduğu təqdirdə bankların bağlanma ehtimalı varmı və yaxud müştərilər pulunu evdə saxlamaqdansa, bankda saxlamağa üstünlük verəcəklərmi? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, mövcud vəziyyət bankların bağlanmasına gətirib çıxara bilməz:

"Ancaq bankların mənfəət, gəlir hissəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər. Burada paritetdir, həm vətəndaşlar depozit hesablarına qoyduğu vəsaiti illik 9-10 faizlə yerləşdiriblərsə, ortalama inflyasiya həddi 12 faiz olubsa, məcazi mənada vətəndaş itki ilə üzləşməli olub. Doğrudur, nominal şəkildə gəliri əldə edib, ancaq ümumi bahalaşma səviyyəsinə baxdıqda kapitalizasiyada itki ilə üzləşib. Ancaq banklarda inflyasiyanın səviyyəsi, verilən kreditlərin geri qaytarılmasını nəzərə alsaq, gəlir hissəsinə, birmənalı kapitalizasiya rəqəmsal hissəsinə ziyan vurmayıb. Ümumiyyətlə, inflyasiya göstəricilərə uyğun ziyan hesab edilir, yəni gəlirindən məhrum olub".

Ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, 2021-ci il ümumiyyətlə, inflyasiya ili kimi dünyada qeydə alınıb:

"Çünki pandemiyanın nəticəsi olaraq fiskal və monetar siyasət nəticəsində bu labüd idi. İndiki vəziyyətdə daha çox antiinflyasiya proqramları həyata keçirildiyi üçün bu daha təkrarlanmayacaq. Hesab edirəm ki, vətəndaşlar pullarını bankalara rahat şəkildə yerləşdirə bilərlər".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO