[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlandı - VİDEO
Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, paytaxtın Binəqədi və Bakı şəhərinin müxtəlif rayonlarında avtomobil yollarında quraşdırılan su ötürücü avadanlıqların dəmir barmaqlıqları naməlum şəraitdə oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur Əhmədov saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisindəki yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurladıqları müəyyən edilib.
Saxlanılan zaman onlardan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkar edilib.

Faktlarla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Təvəkkül Nuriyev və Seymur Əhmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlandı - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bəy toyun ertəsi günü deportasiya olundu
Maraqlı hadisə Fransanın Tarb şəhərində baş verib.

Zamantv.az-ın “Dépêche du Midi” saytına istinadla xəbərinə görə, toyun səhəri günü təzə gəlin evdən qaçaraq polis idarəsinə gəlib.

Qadın iddia ərizəsində göstərib ki, gecə mübahisə edərkən əri onu təhqir edib. Səhər evi yığışdırarkən baş verən davada isə o, qolundan və xəsarət alıb.
Şikayət ərizəsi əsasında saxlanılan ər törətdiyi əməli inkar etsə də, tibbi ekspert qadının bədənindəki xəsarətləri təsbit edib.

Araşdırma zamanı məlum olub ki, təzə bəy Fransada qanunsuz yaşayırmış. Onun deportasiya olunması barədə qərar çıxarılıb və ölkə hüdudlarından çıxarılmaq üçün miqrantların müvəqqəti saxlanma mərkəzinə gətirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda kütləvi dava: 2 ölü -FOTO
Bakının Nərimanov rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqla qətlə yetirilib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb. Əlirzayev Fərid Adil oğlu və Şahin Qurbanov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ələt-Astara magistralında ölümlə nəticələnən qəza
Ələt-Astara magistralında baş verə qəzada ölən və yaralılar var

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yolu bağlayan TIR sürücüləri SAXLANILDI: Bu gün məhkəmə olacaq
Xəbər verdiyimiz kimi, fevralın 17-i səhər saatlarında “R-GROUP” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayaraq etiraz etmiş və nəticədə saatlarla süni tıxac yaratmışdılar.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı TIR sürücüləri Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzr videoları da yayılıb.

Bu gün adıçəkilən şəxslərlə bağlı toplanmış materiallar məhkəməyə göndəriləcək və onların əməlinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ər arvadını bıçaqlayıb...
Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Rayon Prokurorluğundan Zamantv.az-a verilən məlumata görə, fevralın 17-i saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İllər sonra efirdə BARIŞDILAR
Uzun illər küsülü olan müğənnilər Cavad Rəcəbov və Qədir Məmmədov barışıblar.

Zamantv.az-ın məlumatına görə, onların barışığı "Həmin Zaur" verilişində baş tutub.

Aparıcı Zaur Kamal telefonla Qədir Məmmədova zəng edib, onu Cavad Rəcəbovla danışdırıb.
Müğənnilər bir-biriləri haqda xoş sözlər deyib, barışdıqlarını bəyan ediblər.

Xatırladaq ki, 2014-cü ildə “Sevimli şou” verilişinin reklam fasiləsində hər iki müğənni əlbəyaxa olmuşdu.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO