[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaricdə təhsil alan gənclər niyə geri qayıtmır və ya niyə qayıtsınlar ki?.. - HƏQİQƏTƏN DƏ...
Elə etməliyik ki, xaricə oxumağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etmiş olsun. Gənclər ali yəhsil, yaşamaq və çalışmaq üçün digər ölkələrə üstünlük verirlər. Çox zaman təhsil aldıqdan sonra olduqları ölkədə qalıb çalışır, Azərbaycana qayıtmaq istəmirlər. Qısacası, bu “beyin axınının” sonu heç də yaxşı görünmür. Hər halda bunun səbəbi o gənclərlə bağlı deyil. Orada təhsil alan bir gənc elə orada iş tapıb işləyə bilirsə, niyə gəlib Azərbaycanda işsiz oturmalıdır ki?..
Təhsil eksperti Nadir İsrafilovla da elə bu mövzularda danışdıq. Ekspert Bizimyol.info saytına açıqlamasında bildirib ki, “Strategiya”da beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasını hədəfləyib. Bu illər ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub: “Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub”.

Ekspertin sözlərinə görə, gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühim amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb. Bu, insan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşının Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanması deməkdir. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.

“Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi. Dövlət Proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühim əhəmiyyətə malikdir. Etiraf etməliyik ki, sözügedən sahədə heç də bütün işlərimiz lazımınca və ürəyimizcə olmayıb. Hətta bir arada müəyyən məhdudiyyətlər qoyulması səbəbindən təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik, ölkəmizdən kənarda azərbaycanlı tələbələrin təhsilinin bərpa olunması barədə müxtəlif fikirlər səsləndirildi”,- deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq yeni proqram əsasında həyata keçirilir. 2019-2023-cü illər üçün nəzərdə tutulan xaricdə təhsil üzrə dövlət proqramı əsas 2 istiqaməti əhatə edir: “Azərbaycan və dünyanın ali təhsil müəssisələri arasında ikili diplom üzrə əməkdaşlıq proqramlarının yaradılması və Xaricdə doktorantura təhsil pilləsi üzrə tələbələrin maliyyələşdirilməsi. Yəni, artıq xaricdə təhsil üzrə dövlət proqramı daha çox elmi tədqiqat işlərinə töhfə verən milli kadrların yetişdirilməsinə fokuslanıb. Bundan əlavə, yeni proqramın spesifik tərəfi ondan ibarətdir ki, namizədlərin qəbul olduqları ali təhsil müəssisələri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmalıdır”.

"Dövlət Proqramı"nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək: “Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür”.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyinin rəsmisinin də bildirdiyi kimi 2022 və 2026-cı illər ərzində dövlət başçısının sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyyəsində təhsil almaq üçün xaricə göndəriləcək. Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək. Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir: “Halbuki, bir vaxtlar müxtəlif ölkələrdə təhsil almağın ucuzluğunu əsas gətirən insanların xaricə kütləvi axını müşahidə olunurdu. Xarici ölkədə təhsil almaq sanki dəb halını almışdı. Attestatla qəbul barədə müxtəlif elanlarla xaricə axın edən gənclərimizin müəyyən hissəsi geri qayıtmırdı. Geriyə qayıdanların da müəyyən hissəsinin diplomlarında problem yaşanırdı və bəzən iş məhkəmələrə qədər gedib çıxırdı. Seçimin obyektiv meyarlarla aparılmaması və digər subyektiv səbəblər isə həm beyin, həm də kapital axınının baş verməsinə səbəb olurdu”.

N.İsrafilovun fikrincə, universitetlərimizin nüfuzunu qaldırmağa çalışmalıyıq. Yəni xaricdə təhsil almağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etsin.

“Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur, xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir, nəinki onların digər ölkələrə xidmət etməsi. Şübhəsiz ki, ölkə başçısının gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən “Xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada işləsinlər və Vətənə burada xeyir gətirsinlər” mesajı gənclərimizin dünyanın aparıcı ölkələrinin nüfuzlu universitetlərində alacaqları bilikləri respublikamızın iqtisadiyatına yönləndirmələrinə yeni impuls verəcək”, - deyə ekspert əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bahalaşmanın səbəbi: Qiymət artımının qarşısı necə alınacaq? - GƏLİŞMƏAzərbaycanda daxili bazarda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirləri həyata keçirəcək qurum müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsində əksini tapıb. Sənəddə Agentliyin fəaliyyət istiqamətləri sırasına ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək daxil edilib.

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, bu yaxınlarda Nazirlər Kabinetində keçirilən iclas zamanı məhz qiymət artımı müzakirə olunmuş və müvafiq təkliflərin hazırlanması tapşırılmışdı. Hazırda ölkədə qiymət bahalığı hökm sürür.

Dövlət Ehtiyatları Agentliyi əhalinin ərzaqla təminatında problemlərin yaranmaması üçün hansı addımlar atacaq və bu istiqamətdə inzibati rıçaqlardan yararlanacaqmı? Zamantv.az -ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, dövlətin inzibati qaydada tədbirlər görməsi üçün əlində kifayət qədər müvafiq strukturlar var:

"Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, bundan başqa Nazirlər Kabineti özü bu sahədə müvafiq addımlar atmaq, tənzimləmələr həyata keçirmək imkanındadır.

Bu elə bir məsələdir sırf inzibati metodlarla yoluna qoymaq, tənzimləmək mümkün deyil. Ona görə də müfaviq qurum ötən il oktyabr ayında yaradıldı və indi də nizamnaməsi təsdiq edildi. Burada əsas məsələ odur ki, bu sahədə ayrıca dövlət qurumu fəaliyyət göstərməklə, məsələnin iqtisadi əsaslarının qabaqcadan nəzərə alınıb tənzimlənməsini və müvafiq qaydada fors-major halları yarandıqda bunun daxili bazara təsir etməməsi, istehlak malları üzrə daxili bazarda ölkənin həmin məhsullara təminatında təhlükəsizlik elementlərinin qorunub saxlanmasını təmin edə bilsin.

Məsələn, bu, ərzaq buğdası ilə bağlı dünya bazarındakı tendensiyanı nəzərə alıb, müvafiq qaydada daxildə qabaqcadan mexanizmlər hazırlanması ola bilər. Qlobal bazarda heç bir problem olmasa belə, ərzaq buğdası ilə bağlı daxili tələbatın maksimum səviyyədə necə ödənilməsi barədə konkret strateji şərt müəyyən etmək və bunu dövlət qurumları qarşısında qaldırmaqdır. Ümumiyyətlə, ehtiyatlarla bağlı dövlətin ayrıca bir qurumunun fəaliyyət göstərməsi və buna cavabdehlik daşıması olduqca vacib idi. Əminəm ki, sözügedən qurum mövcud çağırışlardan irəli gələrək yaradılmaqla qeyd ediləm hədəfləri təmin etməyə xeyli dərəcədə yardımçı olacaq".

Burada hansı səfərbərlik ehtiyatlarının yaradılması ilə bağlı təkliflər nəzərdə tutulur?

Ekspertin sözlərinə görə, burada səfərlik ehtiyatları dedikdə, konkret bir dövr üçün məsələn, 2023-ci ildə ölkənin ərzaqlıq buğda sarıdan nə qədər ehtiyatlara malik ola biləcəyi, dünyada baş verə biləcək fors-major hallarından sığortalanmaq üçün hansı formada səfərbərlik imkanlarına malik olmaq və onu həyata keçirmək nəzərdə tutulur:

"Məsələn, müharibə şəraitində səfərbərlik dedikdə o demək deyil ki, sənin ordun yoxdur, sadəcə olaraq ehtiyat olaraq, müharibənin gedişatı dövründə, qabaqcadan ehtiyatı təmin etmək üçün səfərlik həyata keçirirsən. Burada da gözlənilən, proqnoz edilən dünya bazarlarında qiymət artımı, məhsul qıtlığına adekvat olaraq həmin ərzaq məhsullarıü üzrə səfərbərlik ehtiyatlarını təmin etməkdir".

Pərviz Heydərov deyir ki, Agentliyin yaranması mövcud çağırışdan irəli gəlib:

"2020-ci ildə pandemiya oldu. Ancaq pandemiya hələ tam bitməsə də, ötən il bahalaşma başladı. Dünyada ən çox taxıl satan ölkələr isə öz satışlarına məhdudiyyət qoydular. Ərzaq buğdası ilə bağlı 48 faiz Rusiyadan asılılıq vardı. Ötən il ərzaq buğdası ilə bağlı ƏDV ləğv olundu, subsidiyalar tətbiq edildi. Ancaq cari ilin yanvarında taxıl məhsullarının qiyməti artdı. Bu problem hər an yarana bilər. Ona görə də dövlət bir sıra zəruri ərzaq məhsulları üzrə səfərbərlik ehtiyatlarına malik olmalıdır. Bu həm maliyyə sarıdan təhlükəsizliyə, həm də qida məhsulları üzrə vacibdir.

Bu qurumu yaratmaqda məqsəd odur ki, sırf bu məsələ ilə məşğul olsun. Artıq həmin agentlik cavabdehlik daşıyacaq. 2023-cü ildə ərzaq böhranı yaranarsa, bu agentlik cavabdehlik daşıyacaq ki, niyə görə bunu əvvəlcədən görməyib, qabaqcadan Nazirklər Kabineti hökumətə müvafiq təkliflər verməyib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Boşanmaların sayı niyə artıb? - PROBLEM
Son zamanlar boşanmaların sayında artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50 min 890 nikaha daxilolma və 15 min 659 boşanma halları qeydə alınıb. Bu isə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Sosial şəbəkələrdə boşanmalarla bağlı hüquqşünaslara müraciət edən qadınların əksəriyyəti, mal bölgüsü, alimentlə bağlı suallar ünvanlayırlar. Qadınlar boşanma üçün müraciət etməmişdən öncə, bu izdivacdan nə kimi pay ala biləcəklərini aydınlaşdırmağa çalışırlar. Nədir qadınları bu qədər ailələrdən soyudan? Boşanma ən son, ən çıxılmaz anda verilməli qərar deyilmi? Zamantv.az -ın məlumatına görə, psixoloq Zeynəb Eyyubova Bizimyol.info saytına açıqlamasında bildirib ki, pandemiyadan sonra boşanmaların sayında artım müşahidə edilir. Ekspert qeyd edir ki, bu gün Azərbaycanda boşanmalı olan ailələr boşanmır, boşanmamalı olan ailələr isə dərhal boşanır. Onun sözlərinə görə, ailələr daha çox xarakterlərin uyğun olmaması, bir-birini anlaya bilməmək səbəbi ilə boşanırlar. Ancaq bəzən mal bölgüsü də aktual səbəbə çevrilir.

“Burada əsas səbəb gənclərin ailə qurarkən bir-birini tanımaması, ailə qurarkən bir meyarın, bərabər bir hədəfin olmaması, bərabər arzuların olmamasıdır. Bu gün evlənən cütlüklər səthi düşünür. Toy səthi keçirilir. Formal xarakter daşıyan, məsuliyyətsiz şəkildə qərar qəbul edib yola çıxılır. Bu səbəbdən də sonrada boşanma qərarı belə rahatlıqla verilir”,- deyən psixoloq bildirir ki, hazırda boşanmadan öncə mediasiya xidməti mövcuddur. Ekspert, boşanmalar zamanı mediasiya ilə yanaşı 5-6 seans psixoloq qəbulu artılırmasını da təklif edir. Onun fikrincə, bu olarsa, ölkədə boşanmaların sayında azalma müşahidə edilə bilər.

Qadınlar boşanma ilə bağlı müraciətlərində ərləri tərəfindən zorakılığa məruz qaldıqlarını, xəyanətə uğradıqlarını da dilə gətirirlər. Bu isə bir daha sübut edir ki, Azərbaycanda ailə dəyərləri yox olmaq üzrədir. Əvvəlki kimi əbədi evliliklərdən söhbət getmir. İnsanlar evliliyə rahat qərar verdikləri kimi boşanmaya da rahatlıqla addım ata bilirlər. Olan isə, belə ailələrdə dünyaya gəlmiş, sonradan ata və ya ana nəvazişindən məhrum olan, yarım ailədə böyümək məcburiyyətində qalan uşaqlara olur. Araşdırmalar sübut edir ki, yarım ailələrdə böyüyən uşaqların psixikası elə körpəlikdən zədələnmiş olur və onlar gələcəkdə sağlam psixikaya sahib olmaqda çətinlik çəkirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstan və Ermənistan arasında qatıq mübahisəsi: Rusiyaya buraxılmadı
Gürcüstan höküməti Rusiyaya aparılan Ermənistan istehsalı olan “matsuni” adlı ərzağı sərhəddən buraxmayıb.

Zamantv.az-ın yerli KİV-ə istinadən məlumatına görə, buna Gürcüstan Milli İntellektual Mülkiyyət Mərkəzi icazə verməyib.

Onlar bunu belə izah edib ki, “matsuni” qədim gürcü yeməyidir. Hələ neçə əsrlər öncə süddən “matsuni” hazırlanıb. “Matsun” isə ermənilərin uydurduğu ərzaqdır. Bu xalqla heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, gürcülərin “matsuni” adlandırdığı ərzaq bizim qatıqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qeyd edək ki, R.Əliyev şirkətdə fəhlə kimi çalışırmış.   Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
“Vest Hem”in müdafiəçisi Kurt Zuma Fransa millisinin qarşıdakı oyunlarına çağırılmayacaq.
Zamantv.az Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun evində pişiyi vurduğunu göstərən videonun sosial şəbəkədə yayılmasıdır.

Zuma martda Cənubi Afrika Respublikası və Fil Dişi Sahili ilə keçiriləcək yoldaşlıq görüşlərində heyətdə yer almayacaq. 28 yaşlı arxa xətt oyunçusunun heyvana qarşı hərəkətindən hiddətlənən Fransa yığmasının baş məşqçisi Didye Deşam onu bu şəkildə cəzalandırmaq qərarına gəlib.
Qeyd edək ki, Kurt Zuma 2015-ci ildən Fransa millisinə çağırılır. O, yığmada 11 oyun keçirib, 1 qol vurub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bədbəxt hadisə: fəhləni “tok” vurdu
Gəncədə bədbəxt hadisə baş verib.

Zamantv.az-ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Sözügedən ünvanda işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevi yüksək gərginlikli cərəyan vurub. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, R.Əliyev şirkətdə fəhlə kimi çalışırmış.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəlin trans çıxdı, imam nikahdan imtina etdi
Kazanın “Gailya” məscidində arzuolunmaz hadisə yaşanıb.

Zamantv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, məscidin imamı Rüstəm Xayrullin nikah üçün ona müraciət edən cütlüyün arzusunu ürəyində qoyub.

Söhbət əsnasında məlum olub ki, gəlin transseksualdır. Bu səbəbdən imam onların nikahını kəsməkdən imtina edib. O, gəlinə islam dininin bu cür əməlləri qadağan etdiyini izah edib.
“Cütlüyə başa saldım ki, islam cinsin dəyişdirilməsinin əleyhinədir. Ona görə də nikahın kəsilməsindən qəti şəkildə imtina etdim”, deyə din xadimi bildirib.

Rüstəm Xayrullin qeyd edib ki, islam qanunlarına görə, heç kim heç bir bəhanə ilə cinsiyyətini dəyişə bilməz: “Uca Allah sənə kişi və ya qadın olmaq imkanı verib, ona görə də sən özün olmalısan. Həkimlərin müdaxiləsi yalnız sağlamlığı yaxşılaşdırmaq və ya insanın həyatını xilas etmək üçün lazımdır. Amma cinsiyyətin dəyişdirilməsi qəti olaraq qadağadır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İçərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıblar -
Zamantv.az - : Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxalanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Elnur İsmayılov və İsmayıl Abbasov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər
İçərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıblar -
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ramiz Mehdiyevin elm adamları, millət vəkilləri, siyasətçilərlə hədə dilində danışması absurddur” - deputat
Fevralın 10-da AMEA-nın mətbuat xidməti adından yayılan və akademiyanın prezidenti Ramiz Mehdiyevin müdafiəsinə həsr olunan bəyanat cəmiyyətdə ciddi narazılığa səbəb olub. Zamantv.az-ın məlumatına görə, millət vəkilləri və siyasətçilərdən tutmuş alimlərə qədər hər kəsi hədəf alan bu bəyanatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov, sözügedən bəyanatın nə üslub, nə məntiq, nə də əxlaqi baxımından qəbuledilən olmadığını bildirib:

“AMEA-nın mətbuat xidməti adından yayılan məlum bəyanatın əsl müəllifinin Ramiz Mehdiyev olduğu, ən yaxşı halda bu bəyanatın ictimaiyyiləşmədən öncə AMEA-nın prezidenti kimi Ramiz Mehdiyevə təqdim edildiyi, məhz onun razılığı ilə yayımlandığı birmənalıdır. Hansı ki, məlum bəyanat nə üslubuna, nə hadisə və proseslərə yanaşma tərzinə görə əsla qəbuledilən hesab oluna bilməz.

Hər şeydən öncə qeyd edim ki, Ramiz Mehdiyevin məlum bəyanatını oxuyanda insana elə gəlir ki, sanki Azərbaycan cəmiyyətində heç bir sağlam qüvvə mövcud deyil. Millət vəkillərindən tutmuş siyasətçilərə qədər hər kəsi hədəf alan, onları sadəcə maddi maraqların əsiri olan, peşə sədaqətindən, ali insani dəyərlərdən, o cümlədən vətən və dövlət sevgisindən məhrum insanlar kimi təqdim edən bu bəyanat sadəcə yalan və böhtanlarla deyil, həm də hədə ritorikası ilə zəngindir. Dünya şöhrətli mütəfəkkirlərin sitatları ilə dolub-daşmasına baxmayaraq, kin və nifrət hissi ilə yazılan, bütövlükdə Azərbaycan cəmiyyəti, onun untelelktual kəsimi haqqında ikrahedici mənzərə formalaşdıran bu bəyanatda yer alan fikirlərin həqiqətdən nə qədər uzaq olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir.

“Vətən torpağına avtobusda səfər etməyin, dövlətlə, Prezidentlə həmrəylik sərgiləməyin ayıb sayılacaq heç bir tərəfi yoxdur!”

AMEA-nın mətbuat xidməti adından yayılan bəyanatda “avtobus müxalifəti”, “cib müxalifəti” kimi ifadələr yer alır. Şərhsiz də məlumdur ki, “avtobus müxalifəti” ifadəsinin arxasında işğaldan azad edilən torpaqlarımıza avtobusla səfər edən, bu səfər, eləcə də müharibə dövründəki bəyanatları ilə dövlətlə, Prezidentlə həmrəylik sərgiləyən siyasi partiya liderləri nəzərdə tutulur. Mən Ramiz Mehdiyevin diqqətinə çatdırmaq istərdim ki, vətən torpağına avtobusla səfər etməyin, dövlətlə, Prezidentlə həmrəylik sərgiləməyin ayıb sayılacaq heç bir tərəfi yoxdur. Əksinə, bu, həmin səfərdə iştirak edən hər kəs üçün qürur duyulacaq şərəfli bir addım, müqəddəs bir ziyarətdir. Önəmli olan vətənə duyduğumuz sevgi, ona olan məhəbbətimiz, onu görmək, qorumaq istəyimizdir. Əgər kimsə işğaldakı torpaqlara avtobusla deyil, hansısa lüks avtomobillə səfər edirsə, bu, o demək deyil ki, onun vətən sevgisi daha böyükdür və o, əlahdidə münasibətə layiq görülməlidir.

Bundan başqa, siyasi partiya liderlərinin bu səfəri Prezident Admisnistrasiyasının birbaşa rəhbərliyi və iştirakı ilə hazırlanıb, həmin səfərdə partiya ldierlərininAdminisyrasiyanın şöbə müdiri müşahidə edib. Belə olan halda həmin insanları sırf bu torpaqlara avtobusla səfər etdiyinə, Prezident Administrasiyasının çağırışına cavabverdiyinə görə hədəf seçmək yanlışdır və milli maraqlarımızın əleyhinə yönəlmiş bir addımdır”.

“Millət vəkillərini hədəf almaq ona səs verən seçiciləri, dolayısı ilə bütün milləti hədəf almaq deməkdir”

Məlum bəyanatda diqqət çəkən nüanslardan biri də bəzi millət vəkillərinin hədəfə alınması, onların xalq tərəfindən seçilmədiyi, məhz “təyin edildiyi” ilə bağlı ittihamların səslənməsidir. Azad, demokratik seçki mühitinin mövcud olduğu ölkəmizdə millət vəkillərinin “təyin edildiyini” iddia etmək hər şeydən öncə dövlətimizin demokratik imicinə, Azərbaycanda keçirilən seçkilərin obyektivliyinə, şəffaflığına vurulan zərbədir və bu zərbənin uzun müddət Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan bir insan tərəfindən endirilməsi ayrıca təəssüf doğurur. Hesab edirəm ki, bu, dövlətimizlə yanaşı, həm də ona rəhbərlik edən cənab Prezidentimizə atılan bir böhtandır və bu dezinformasiyadan anti-milli qüvvələrin maksimum istifadə etməyə çalışacağı şübhəsizdir. Yaxşı olardı ki, Ramiz Mehdiyev şəxsi ambisiyalarını dövlət maraqlarını hədəf almadan, respublikamızın adına, onun imicinə xələl gətirmədən müdafiə edərdi. Həmçinin, unutmaq olmaz ki, Millət vəkillərini hədəf almaq ona səs verən seçiciləri, dolayısı ilə bütün milləti hədəf almaq deməkdir. Çünki millət vəkilini xalq, millət seçir və millət vəkili parlamentdə məhz xalqın arzu və istəklərini ifadə edir. Bu baxımdan, əminliklə demək olar ki, Ramiz Mehdiyevin millət vəkillərinə yönəlik ittihamları həm də onların seçicilərinə ünvanlanıb ki, heç kimin, o cümlədən akademiya prezidentinin xalqı ittiham etməyə haqqı yoxdur.

Ramiz Mehdiyev “elmə xeyir verməyən” alimləri niyə son illər - onların tənqidinə tuş gələndə gördü?

AMEA-nın mətbuat xidmətinin yaydığı bəyanatda Ramiz Mehdiyevin hədəf seçdiyi kateqoriyalardan biri də AMEA-da fəaliyyət göstərən bir qrup alimdir. Maraqlıdır ki, bu alimlərin hər biri Ramiz Mehdiyevin hədəfinə məhz akademiya prezidenti haqqında açıq tənqidi fikirlər səsləndirdikdən sonra düşüb. Həmin insanların elmlə əlaqəsi olmadığını, “elmə xeyir vermədiyini” iddia edən Ramiz Mehdiyev, nə sirdirsə bu insanları, onların elmlə əlaqəsinin olmadığını akademiyaya rəhbərlik etdiyi son illərə qədər “görməyib”. Məhz Ramiz Mehdiyevlə bağlı tənqid səsləndirəndən sorna həmin alimlərin “elmdən uzaq olduğu” məlum olub. Zənnimcə, bu amilin özü Ramiz Mehdiyevin siyasətçilər və millət vəkilləri ilə yanaşı, alimlərə münasibətdə də qərəzli davrandığını sübut edir.

Ümumiyyətlə, proseslər göstərir ki, Azərbaycan elminin məbədi sayılan akademiya son 3 ildə, yəni Ramiz Mehdiyevin rəhbərliyi dönəmində siyasi intriqa və şəxsi maraqların qarşıdurma poliqonuna çevrilib. Elmi məqalə və məlumatlar üçün platforma olması gərəkən AMEA-nın saytı isə hazırda Ramiz Mehdiyevin böhtan xarakterli məlumatları üçün tribuna rolunda çıxış edir. Hesab edirəm ki, bu tendensiyaya son qoyulmalı, akademiyada normal elmi mühit və münasibətlər bərpa olunmalıdır.

AMEA prezidentinə zəruri xatırlatma: “Bu dünyada hələ heç kim xalqla mübarizədən qalib ayrılmayıb!”

Ramiz Mehdiyevin müdafiəsinə həsr edilən bəyanatda diqqət çəkən məqamlardan biri də onun tənqidi fikir söyləyənlərin ünvanına hədələr səsləndirməsi, yeni ifşaedici açıqlamalar verəcəyi ilə bağlıdır. Ramiz Mehdiyevin sadəcə bir və ya bir neçə insana deyil, cəmiyyətin müxtəlif kateqoriyalarına – millət vəkillərinə, ziyalılara, siyasətçilərə və s. cəbhə açdığını nəzər alsaq, onun əslində bütün xalqla mübarizəyə hazırlaşdığını, bunun anonsunu verdiyini iddia etmək olar. Lakin Ramiz Mehdiyev unutmamamalıdır ki, bu dünyada hələ heç kim xalqla mübarizədən qalib ayrılmayıb. Çünki xalqa qalib gəlmək mümkün deyil.

Yaxşı olardı ki, AMEA prezidenti başqaları haqqında yalan və böhtan dolu fikirlər səsləndirmək, dövlətin imicini zərbə altına qoymaq, hədə-qorxu dolu açıqlamalar vermək əvəzinə onun barəsində səslənən tənqidlərə qarşı dözümlü olsun, bu tənqidləri təhlil etsin, onların nədən, niyə qaynaqlandığını obyektiv şəkildə təhlil etsin və səhvlərindən nəticə çıxartsın. Bəlkə o zaman Ramiz Mehdiyevin danışıq ritorikası ilə yanaşı, AMEA-nın fəaliyyətində də müsbətə doğru hansısa irəliləyişin baş verdiyinə şahid olmaq mümkün oldu”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bir gündə 6 nəfər İTKİN DÜŞDÜ
Bakıda 5, Ağdaşda 1 nəfər itkin düşüb. Zamantv.az-ın ent.az-a istinadla məlumatına görə, hadisələrdən biri fevralın 10-da paytaxtın Nərimanov rayonunda baş verib. Rayon ərazisində fəhlə işləyən Lənkəran rayon sakini, 31 yaşlı Əkbərov Rafael Fərahim oğlu Xətai prospektində evinin qarşısından yoxa çıxıb.

Elə həmin gün paytaxtın Nəsimi rayonunda 67 yaşlı Xuraman Edamin qızı Quliyeva yaşadığı N. Məlikov küçəsindəki evdən, Nizami rayonunda 63 yaşlı Ramazan Əsədulla oğlu Davudov E. Süleymanov küçəsindəki evindən, Suraxanı rayonunda 29 yaşlı Lətif Xaliq oğlu Cəfərov yaşadığı Zığ qəsəbəsindəki evdən, Xətai rayonunda isə Torğul Elşən oğlu Haqverdiyev Neapol küçəsindəki yaşadığı evdən çıxaraq gedib, bir daha geri qayıtmayıblar.

Bundan başqa Ağdaş rayonunda 47 yaşlı Mikayıl Ağaəli oğlu Səfərov itkin düşüb.

Aidiyyəti üzrə rayon polis idarələrində faktlarla bağlı axtarışlara başlanıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO