“Ramiz Mehdiyevin elm adamları, millət vəkilləri, siyasətçilərlə hədə dilində danışması absurddur” - deputat

16:47 11.02.2022 209
“Ramiz Mehdiyevin elm adamları, millət vəkilləri, siyasətçilərlə hədə dilində danışması absurddur” - deputat
Fevralın 10-da AMEA-nın mətbuat xidməti adından yayılan və akademiyanın prezidenti Ramiz Mehdiyevin müdafiəsinə həsr olunan bəyanat cəmiyyətdə ciddi narazılığa səbəb olub. Zamantv.az-ın məlumatına görə, millət vəkilləri və siyasətçilərdən tutmuş alimlərə qədər hər kəsi hədəf alan bu bəyanatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov, sözügedən bəyanatın nə üslub, nə məntiq, nə də əxlaqi baxımından qəbuledilən olmadığını bildirib:

“AMEA-nın mətbuat xidməti adından yayılan məlum bəyanatın əsl müəllifinin Ramiz Mehdiyev olduğu, ən yaxşı halda bu bəyanatın ictimaiyyiləşmədən öncə AMEA-nın prezidenti kimi Ramiz Mehdiyevə təqdim edildiyi, məhz onun razılığı ilə yayımlandığı birmənalıdır. Hansı ki, məlum bəyanat nə üslubuna, nə hadisə və proseslərə yanaşma tərzinə görə əsla qəbuledilən hesab oluna bilməz.

Hər şeydən öncə qeyd edim ki, Ramiz Mehdiyevin məlum bəyanatını oxuyanda insana elə gəlir ki, sanki Azərbaycan cəmiyyətində heç bir sağlam qüvvə mövcud deyil. Millət vəkillərindən tutmuş siyasətçilərə qədər hər kəsi hədəf alan, onları sadəcə maddi maraqların əsiri olan, peşə sədaqətindən, ali insani dəyərlərdən, o cümlədən vətən və dövlət sevgisindən məhrum insanlar kimi təqdim edən bu bəyanat sadəcə yalan və böhtanlarla deyil, həm də hədə ritorikası ilə zəngindir. Dünya şöhrətli mütəfəkkirlərin sitatları ilə dolub-daşmasına baxmayaraq, kin və nifrət hissi ilə yazılan, bütövlükdə Azərbaycan cəmiyyəti, onun untelelktual kəsimi haqqında ikrahedici mənzərə formalaşdıran bu bəyanatda yer alan fikirlərin həqiqətdən nə qədər uzaq olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir.

“Vətən torpağına avtobusda səfər etməyin, dövlətlə, Prezidentlə həmrəylik sərgiləməyin ayıb sayılacaq heç bir tərəfi yoxdur!”

AMEA-nın mətbuat xidməti adından yayılan bəyanatda “avtobus müxalifəti”, “cib müxalifəti” kimi ifadələr yer alır. Şərhsiz də məlumdur ki, “avtobus müxalifəti” ifadəsinin arxasında işğaldan azad edilən torpaqlarımıza avtobusla səfər edən, bu səfər, eləcə də müharibə dövründəki bəyanatları ilə dövlətlə, Prezidentlə həmrəylik sərgiləyən siyasi partiya liderləri nəzərdə tutulur. Mən Ramiz Mehdiyevin diqqətinə çatdırmaq istərdim ki, vətən torpağına avtobusla səfər etməyin, dövlətlə, Prezidentlə həmrəylik sərgiləməyin ayıb sayılacaq heç bir tərəfi yoxdur. Əksinə, bu, həmin səfərdə iştirak edən hər kəs üçün qürur duyulacaq şərəfli bir addım, müqəddəs bir ziyarətdir. Önəmli olan vətənə duyduğumuz sevgi, ona olan məhəbbətimiz, onu görmək, qorumaq istəyimizdir. Əgər kimsə işğaldakı torpaqlara avtobusla deyil, hansısa lüks avtomobillə səfər edirsə, bu, o demək deyil ki, onun vətən sevgisi daha böyükdür və o, əlahdidə münasibətə layiq görülməlidir.

Bundan başqa, siyasi partiya liderlərinin bu səfəri Prezident Admisnistrasiyasının birbaşa rəhbərliyi və iştirakı ilə hazırlanıb, həmin səfərdə partiya ldierlərininAdminisyrasiyanın şöbə müdiri müşahidə edib. Belə olan halda həmin insanları sırf bu torpaqlara avtobusla səfər etdiyinə, Prezident Administrasiyasının çağırışına cavabverdiyinə görə hədəf seçmək yanlışdır və milli maraqlarımızın əleyhinə yönəlmiş bir addımdır”.

“Millət vəkillərini hədəf almaq ona səs verən seçiciləri, dolayısı ilə bütün milləti hədəf almaq deməkdir”

Məlum bəyanatda diqqət çəkən nüanslardan biri də bəzi millət vəkillərinin hədəfə alınması, onların xalq tərəfindən seçilmədiyi, məhz “təyin edildiyi” ilə bağlı ittihamların səslənməsidir. Azad, demokratik seçki mühitinin mövcud olduğu ölkəmizdə millət vəkillərinin “təyin edildiyini” iddia etmək hər şeydən öncə dövlətimizin demokratik imicinə, Azərbaycanda keçirilən seçkilərin obyektivliyinə, şəffaflığına vurulan zərbədir və bu zərbənin uzun müddət Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan bir insan tərəfindən endirilməsi ayrıca təəssüf doğurur. Hesab edirəm ki, bu, dövlətimizlə yanaşı, həm də ona rəhbərlik edən cənab Prezidentimizə atılan bir böhtandır və bu dezinformasiyadan anti-milli qüvvələrin maksimum istifadə etməyə çalışacağı şübhəsizdir. Yaxşı olardı ki, Ramiz Mehdiyev şəxsi ambisiyalarını dövlət maraqlarını hədəf almadan, respublikamızın adına, onun imicinə xələl gətirmədən müdafiə edərdi. Həmçinin, unutmaq olmaz ki, Millət vəkillərini hədəf almaq ona səs verən seçiciləri, dolayısı ilə bütün milləti hədəf almaq deməkdir. Çünki millət vəkilini xalq, millət seçir və millət vəkili parlamentdə məhz xalqın arzu və istəklərini ifadə edir. Bu baxımdan, əminliklə demək olar ki, Ramiz Mehdiyevin millət vəkillərinə yönəlik ittihamları həm də onların seçicilərinə ünvanlanıb ki, heç kimin, o cümlədən akademiya prezidentinin xalqı ittiham etməyə haqqı yoxdur.

Ramiz Mehdiyev “elmə xeyir verməyən” alimləri niyə son illər - onların tənqidinə tuş gələndə gördü?

AMEA-nın mətbuat xidmətinin yaydığı bəyanatda Ramiz Mehdiyevin hədəf seçdiyi kateqoriyalardan biri də AMEA-da fəaliyyət göstərən bir qrup alimdir. Maraqlıdır ki, bu alimlərin hər biri Ramiz Mehdiyevin hədəfinə məhz akademiya prezidenti haqqında açıq tənqidi fikirlər səsləndirdikdən sonra düşüb. Həmin insanların elmlə əlaqəsi olmadığını, “elmə xeyir vermədiyini” iddia edən Ramiz Mehdiyev, nə sirdirsə bu insanları, onların elmlə əlaqəsinin olmadığını akademiyaya rəhbərlik etdiyi son illərə qədər “görməyib”. Məhz Ramiz Mehdiyevlə bağlı tənqid səsləndirəndən sorna həmin alimlərin “elmdən uzaq olduğu” məlum olub. Zənnimcə, bu amilin özü Ramiz Mehdiyevin siyasətçilər və millət vəkilləri ilə yanaşı, alimlərə münasibətdə də qərəzli davrandığını sübut edir.

Ümumiyyətlə, proseslər göstərir ki, Azərbaycan elminin məbədi sayılan akademiya son 3 ildə, yəni Ramiz Mehdiyevin rəhbərliyi dönəmində siyasi intriqa və şəxsi maraqların qarşıdurma poliqonuna çevrilib. Elmi məqalə və məlumatlar üçün platforma olması gərəkən AMEA-nın saytı isə hazırda Ramiz Mehdiyevin böhtan xarakterli məlumatları üçün tribuna rolunda çıxış edir. Hesab edirəm ki, bu tendensiyaya son qoyulmalı, akademiyada normal elmi mühit və münasibətlər bərpa olunmalıdır.

AMEA prezidentinə zəruri xatırlatma: “Bu dünyada hələ heç kim xalqla mübarizədən qalib ayrılmayıb!”

Ramiz Mehdiyevin müdafiəsinə həsr edilən bəyanatda diqqət çəkən məqamlardan biri də onun tənqidi fikir söyləyənlərin ünvanına hədələr səsləndirməsi, yeni ifşaedici açıqlamalar verəcəyi ilə bağlıdır. Ramiz Mehdiyevin sadəcə bir və ya bir neçə insana deyil, cəmiyyətin müxtəlif kateqoriyalarına – millət vəkillərinə, ziyalılara, siyasətçilərə və s. cəbhə açdığını nəzər alsaq, onun əslində bütün xalqla mübarizəyə hazırlaşdığını, bunun anonsunu verdiyini iddia etmək olar. Lakin Ramiz Mehdiyev unutmamamalıdır ki, bu dünyada hələ heç kim xalqla mübarizədən qalib ayrılmayıb. Çünki xalqa qalib gəlmək mümkün deyil.

Yaxşı olardı ki, AMEA prezidenti başqaları haqqında yalan və böhtan dolu fikirlər səsləndirmək, dövlətin imicini zərbə altına qoymaq, hədə-qorxu dolu açıqlamalar vermək əvəzinə onun barəsində səslənən tənqidlərə qarşı dözümlü olsun, bu tənqidləri təhlil etsin, onların nədən, niyə qaynaqlandığını obyektiv şəkildə təhlil etsin və səhvlərindən nəticə çıxartsın. Bəlkə o zaman Ramiz Mehdiyevin danışıq ritorikası ilə yanaşı, AMEA-nın fəaliyyətində də müsbətə doğru hansısa irəliləyişin baş verdiyinə şahid olmaq mümkün oldu”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO