[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər - Ara qarışdı
İranda İslam İnqilabının lideri Ayətullah Xomeyninin heykəli dağıdılıb. Zamantv.az teleqraf.com-a istinadən xəbər verir ki, heykəli dağıdan şəxsin adı açıqlanmayıb və o, İran hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə İsfahan yaxınlığındakı Ardestan məntəqəsində baş verib.

Həmid Rza Tamoli adlı şəxs İran İslam Respublikasının qurucusu və ruhani lideri Xomeyninin əsas meydandakı heykəlinin hücuma məruz qaldığını bildirib. Bunu edən şəxsin şəxsiyyəti qısa müddətə müəyyən edilib və həbs olunub. Ancaq nə üçün etdiyi məlum deyil.

Qeyd edək ki, İranda bir müddət əvvəl bənzər hadisə yaşanmışdı. Belə ki, Bəxtiyari əyalətinə tabe olan Səhərkürd məntəqəsində Qasım Süleymaninin heykəli yanvarın 5-də yandırılmışdı. Rəsmilər heykəli yandıran şəxsi tutduqlarını və hətta onun agent olduğunu bildirmişdilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
  Kəmaləddin Heydərovun iki şirkəti məhkəməyə verildi
“Gilan Holdinq”ə daxil olan iki şirkət – “GP Alpha Greenhouse” MMC və “Hajigabul Greenhouse” MMC məhkəməyə verilib. Zamantv.az busaat.az-a istinadən xəbər verir ki, hər iki şirkətlə bağlı iddiaçı “Delarosa Consulting” MMC-dir.

“GP Alpha Greenhouse” MMC ilə bağlı iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun, “Hajigabul Greenhouse” MMC ilə bağlı iddia isə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
Hər iki şirkətlə bağlı məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir.

“GP Alpha Greenhouse” MMC və “Hajigabul Greenhouse” MMC ənd təsərüfatı sektoruna aid şirkətlərdir. Onların daxil olduğu “Gilan Holdinq” isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.

Spn vaxtlar Kəmaləddin Heydərova yaxın şirkətlərin ard-arda məhkəməyə verildiyi müşahidə olunur. Bəzi ehtimallara görə, bu Fövqəladə Hallar nazirinin biznes imperiyasının artıq çöküş ərəfəsində olması ilə bağlıdır. Lakin belə düşünənlər də var ki, Kəmaləddin Heydərovun şirkətlərinin məhkəmə çəkişmələrinə cəlb edilməsinin səbəbi əl dəyişimi ilə əlaqəli ola bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
Zamantv.az xəbər verir ki, hələ 2019-cu ildə “AzPolitika.info”-da Bakı şəhər sakini Burlaçuk Qalina Aleksandrovnanın şikayəti əsasında ““Əmrahbank”dan müdhiş fırıldaq: 77yaşlı tənhha qadının pullarını necə oğurladılar?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Q.Burlaçukun hələ 2006-cı ildə “Əmrahbank”-a yerləşdirdiyi depozitin bankın məsul vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi, lakin aşkar cinayət faktının istintaq orqanlıarı və məhkəmə tərəfindən ört-basdır edilməsindən danışılırdı.

Q.Burlaçukun redaksiyamıza yeni müraciətindən belə aydın olur ki, dərc etdiyimiz yazıdan 3 il keçməsinə və şikayətçi xanım artıq 80 yaşı haqlamasına baxmayaraq, hələ də məhkəmələrdə süründürülür və halal haqqı geri qaytarılmır.

Şikayətçi yazır: “Sizin qəzetə müraciətimdən sonra 15 aprel 2019-cu il tarixdə qəzetinizdə ““Əmrahbank”dan müdhiş fırıldaq: 77yaşlı tənhha qadının pullarını necə oğurladılar? - film kimi hekayət” başlığı altında rezonans doğuran məqalə dərc edildi. Bununla da problemin respublika rəhbərliyinə və ictimaiyyətə çatdırılması nəticəsində Baş Prokurorluq əvvələr iş üzrə qəbul etdiyi qərarları dəyişdirməklə 180 dərəcə dönüş edərək, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Əmrahbank”ın və onun havadarlarının sifarişi ilə 2012-ci ildən Cinayət Prossesual Qanunvericiliynə zidd olaraq icraatı dayandırılmış 170206050 saylı cinayət işini 2019-cu ilin sentyabr ayında yenidən təzələdi. “Əmrahbank”ın Nəsimi filialının direktoru işləmiş Əli Məhərrəmov və bankın xəzinadarı vəzifəsində çalışmış İkram Eyvazov barəsində istintaq yekunlaşdırıldı və cinayət işi 2020-ci ilin fevral ayında məhkəmə istintaqı aparılması üçün Bakı ağır Cinayətlər Məhkəməsinə göndərildi. Onu da qeyd edim ki, buna kimi mənim şikayətlərimə baxılmırdı və mənə deyilmişdi ki, hətta ALLAHA belə şikayət etsəm, heç nəyə nail ola bilməyəcəm.

İstintaq qurtardıqdan sonra mən belə hesab etdim ki, ədalət bərqərar olacaq, Hörmətli Prezidentimiz İlham Əliyevin elan etdiyi multikultural və tolerantlıq prinsipləri və dəyərləri əsasında “Əmrahbank”ın müdhiş fırıldaqlarına hüquqi qiymət verilərək mənim oğurlanmış pullarım geri qaytarılacaq.”

Lakin şikayətçinin ümidləri özünü doğrultmayıb və 80 yaşlı qadın “yağışdan çıxıb, yağmura düşüb”: “Ancaq sevincim və gümanlarım çox çəkmədi. 2020-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə başlayan və icraat mexanizmi çox da mürəkkəb olmayan bu bank fırıldaqçılığı faktına hüquqi qiymət verilməsi prosesi düz 8 fevral 2021-ci ilə kimi davam etdi. Hakim A. Paşayev hər 20-25 gündən bir məhkəmə baxışları təyin edərək 25(!) məhkəmə iclası keçirməklə sanki yekun qərar çıxarmaq üçün vaxtı uzatmağa cəhd edirdi. Hiss olunurdu ki, məhkəmədə baş verənlər kiminsə arzusu ilə yerinə yetirilir. 2020-ci ilin avqust ayında hakimə vəsatət verərək onun nəzərinə çatdırdım ki, təqsirləndirilən şəxslər Ə. Məhərrəmovun və İ. Eyvazovun 2006-2008-ci illərdə törətdikləri cinayət əməllərindən keçən müddətin 12 ilə çatmasına az qalıb. Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən isə onlar həmin müddətin tamamında cəza çəkməkdən azad olunacaqlar. Xahiş etdim ki, işin baxışı surətləndirilsin. Mənim bu vəsatətimdən sonra hakim məhkəmə istintaqını pandemiya bəhanələri ilə daha da yubatmağa başladı.”

Şikayətçi bildirir ki, eyni haqsızlıqlarla növbəti məhkəmə instansiyalarında da qarşılaşıb: “Gedən bütün proseslərdən hiss olunurdu ki, məhkəmə təqsirləndirilən şəxslərin həbsdən azad olunması üçün zəmin yaratmaqla estafeti apellyasiya instansiyasına ötürməyə çalışacaq. “Əmrahbank”ın kənarda duraraq işi idarə edən hüquq texnoloqlarının ideya və məsləhətləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim tərəfindən qismən icra edildi. İlk mərhələdə bankin xəznədarı İ.Eyvazov cəza çəkmək məsuliyyətindən azad olundu, “Əmrahbank”a qarşı mənim Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğun mülki iddiamın təmin edilməsi məsələsinə baxılmadı. Filial direktoru Əli Məhərrəmovun azadlıqdan məhrum olunması, habelə mənə dəyən maddi ziyanın müştərək qaydada təqsirli şəxslərdən tutulması barədə 08.02.2021-ci ildə hökm çıxarıldı. Bununla da hakim A. Paşayev öz missiyasını yerinə yetirdi! İşdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verildi və iş baxılması üçün Hakim Elmar Rəhimovun icraatına verildi. Bundan sonra apellyasiya instansiyasında qəribə hadisələr baş verməyə başladı. Hakim E.Rəhimov verdiyim apellyasiya şikayətimi başa düşməyirmiş kimi mənə istiqamətlənmiş sullar verirdi ki, həmin şikayətimlə mən nə istəyirəm? Pulu kimdən tələb edirəm- “Əmrahbank”dan yoxsa təqsirləndirilən şəxslərdən? Hakim bir neçə dəfə məndən tələb etdi ki, apellyasiya şikayətimə dəqiqləşmə və aydınlıq gətirim. Sanki bununla o, istəyirdi sübut etsin ki, güya apellyasiya şikayətimdəki tələblərim mənim iradəmi əks etdirmir və şikayətim kənar şəxslərin iradəsi ilə tərtib edilib. Mən hakimə subut etdim ki, iddia ərizəm mənim iradəmlə yazılıb.”

Bu dəfə də Apellyasiya Məhkəməsinin hakimi 80 yaşlı qadının məhkəmə işini uzatmağa başlayıb: “Bundan sonra filial direktoru Əli Məhərrəmov hakim tərəfindən yuxarıda qeyd etdiyim CM-nin 75-ci maddəsinin tələbi ilə cəza çəkmək məsuliyyətindən məhkəmə zalında azad edildi. Hakim digər təqsirləndirilən şəxs - bankın xəzinədarı İ. Eyvazovun vəsatəti əsasında ibtidai istintaq ərəfəsində ondan götürülmüş xətt və imzalarının ekspertizası zamanı ekspertin verdiyi rəyi şübhə altına alaraq yenidən xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul etdi. Bu, yeni bir jest idi və əgər ekspert əvvəlki rəyə zidd olan rəy vermiş olsaydı, istintaqın gəldiyi nəticələr şübhə altına alınacaqdı və cinayət törədən şəxslərə bəraət veriləcəkdi. Mənim ekspert idarəsinin rəhbərliyinə intensiv müraciətlərim öz nəticəsini verdi və ekspert ilkin rəyi bir daha təsdiq etmək məcburiyyətində qalmış oldu. Bankın xəzinadarı İ.Eyvazov yaranmış vəziyyəti görərək, öz təqsirini boynuna alaraq məhkəmənin depozitinə mənə çatdırılması üçün az miqdarda vəsait ödəməklə Ə. Məhərrəmovla müştərək formada məsuliyyət daşımaqdan azad olunmağa cəhd etdi. 28.09.2021-ci ilə qədər davam edən məhkəmə iclasında hakim qərar verərək xəzinadar İ.Eyvazovu müştərək məsuliyyət daşımaqdan azad etməklə yanaşı, onun törətdiyi cinayət əməlini digər daha yüngül maddə ilə tövsif edərək, mənim “Əmrahbank”a qarşı mülki iddiamı rədd etdi və Əli Məhərrəmovun üzərinə mənə dəyən maddi ziyanın ödənilməsi öhdəliyini qoydu. Yenə də “Əmrahbank” Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən məsuliyyət daşımaqdan azad edildi.”

Q.Burlaçuk bu işdə prokurorluğun da lazımi tədbirlər görmədiyini bildirir: “Ən maraqlısı odur ki, məhkəmə baxışlarında iştrak edən və dövlət ittihamını müdafiə edən Respublika Prokurorluğunun əməkdaşları hakimlərin prosesual qanuna əməl etməməsinə reaksiya vermir və baş verənlərə neytrallıq nümayiş etdirirdilər.”

Şikayətçi iddia edir ki, prokurorluq da işin uzanmasına yönələn addımlar atıb və o, bu işlə bağlı Ali Məhkəmənin Plenumuna da müraciət edib: “Hazırda mənim iddia ərizəm Ali Məhkəmənin Plenumunda olsa da mülkü iş üzrə Plenum tərəfindən hər hansı qərarın qəbulu barəsində məlumatım yoxdur.”

Q.Burlaçuk ümidinin yalnız ölkə başçısına qaldığını deyir: “Bilirəm ki, “Əmrahbank”la yaranmış bu çəkişməyə Cənab Prezidentimiz öz iradəsi ilə son qoymasa, bu iş hətta sonsuzluğa qədər bitməyəcək, çünki “Əmrahbank” məndən çox güclüdür və mən onların qarşısında qarışqa kimiyəm. Mən 15 ildir ki, öz zəhmətimlə qazandığım və dələduzluqla mənimsənilmiş pulumu “Əmrahbank”dan geri tələb etmək üçün hüquqi müstəvidə mübarizə aparsam da bu günə kimi müsbət nəticəyə nail ola bilmirəm. Mənim 80 yaşım tamam olur. Görəsən, bundan sonra neçə illər gözləməliyəm ki, Azərbaycan Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüququmun təminatı dövlət tərəfindən məhkəmə orqanlarında icra olunsun və mənimsənilmiş pullarım özümə qaytarılsın?”

“AzPolitika.info”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub - FOTO
Zamantv.az FED.az-a istinadən xəbər verir ki, Orhan Gültekin “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbank-da İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsini icra edirdi.

Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.

1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.

Orhan Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasına auditor olaraq başlamış, daha sonra 1997-2001-ci illərdə “Koçbank”da Satış üzrə müxtəlif idarəedici vəzifələrində;

2001-2012-ci illərdə “Yapı Kredi Bank – Türkiyə’’də satış üzrə Regional Direktor və İcraçı vitse-prezident vəzifələrində çalışmışdır.

2012-2015-ci illərdə ‘’Yapı Kredi Bank – Azərbaycan’’da Baş Direktor (satış üzrə) olaraq fəaliyyət göstərmişdir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO