[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna ordusu dünyanın ən güclü tankını belə məhv edtdi
Ukrayna silahlı qüvvələri daha çox T-90M kimi tanınan Rusiyanın əsas T-90 döyüş tankının son versiyasını məhv edib.

Zamantv.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda T-90 tankının məhv edilmə anının görüntüləri də yayımlanıb.

Qeyd edək ki, T-90 hazırda dünyanın ən güclü tank versiyası hesab olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovun sürəsi dolub: GÖRƏVDƏN ALIRLAR... - İDDİA
Bildiyiniz kimi, ötən həftə Baş prokuror Kamran Əliyev Bakı şəhər prokuroru İlqar Abbasovu tutduğu vəzifədən azad edib. İlqar Abbasovun vəzifədən azad edilməsi həm ictimaiyyət arasında, həm də hakimiyyətin bəzi eşolonunda ciddi şəkildə müzakirə mövzusu olub.
Bəzi mənbələrin mediaya sızdırdığı bilgilərə görə İlqar Abbasovun işdən azad edilməsi, onun Penitensiar Xidmətə rəis təyin edilməsi ilə əlaqəlidir.
Deyək ki, İlqar Abbasov yaxın günlərdə Penitensiar Xidmətə rəis təyin ediləcək. Bəs yaxşı, belə olan halda Ceyhun Həsənov hara gedir?… O, hansı vəzifəyə irəli çəkiləcək…
Bu dəqiqələrdə əldə etdiyim məlumata görə Penitensiar Xidmət rəisi Ceyhun Həsənov FHN (fövqəl nazir) Kəmaləddin Heydərovun yerinə gətirilir. Yəni, bundan sonra fövqəl naziri Penitensiar Xidmət rəisi Ceyhun Həsənov əvəz edəcək. Bu isə o deməkdir ki, FHN şefi Kəmaləddin Heydərovun vəzifədən azad ediləcəyi gün uzaq deyil.
Qeyd edək ki, Kəmaləddin Heydərovun hara və hansı vəzifəyə təyin ediləcəyi haqda isə hələki bilgi yoxdur.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU FAKTDIR: Rusiya Azərbaycanın qələbədəki payını mənimsəyib... - "Bakı haqqında heç nə deyilmirdi"
Bu gün "9 may Qələbə günü"dür. 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində Azərbaycan da iştirak etsə də, nədənsə Rusiya hər zaman bu qələbəni öz adına çıxarmağa çalışıb. Sovet İttifaqı dağıldıqdan sonra 9 may bəlkə də yeganə bayramdır ki, Azərbaycanda da qeyd edilir. Əvvəllər bu müharibə Böyük Vətən Müharibəsi adlandırılırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, 30 il müharibə şəraitində yaşadı və 2020-ci il İkinci Qarabağ Müharibəsi – Vətən müharibəsi adlandırıldı.Zamantv.az-ın məlumatına görə, AMEA tarix institutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra 9 may yeganə bayramdır ki, Azərbaycanda qeyd edilir. Və hər il bayram ərəfəsində ölkə başçısı prezident İlham Əliyev bununla bağlı fərmanlar verir. Tarixçilərimizin bir hissəsi hesab edir ki Azərbaycan SSRİ-in 1941-1945-ci illərdə sovet-alman müharibəsində iştirakına münasibətdə “Vətən müharibəsi” anlayışını istifadə etmək düzgün deyil. Həmin tarixçilərin əsas arqumentləri ondan ibarətdir ki, faşist Almaniyası Azərbaycanı işğal etməyib, onun ərazisində hərbi əməliyyatlar apamayıb və respublika SSRİ-in tərkibində olduğu üçün bu müharibəyə məcburən cəlb olunmuşdu. Lakin həmin əsrlərdə azərbaycanlıların faşizmə qarşı ön və arxa cəbhədə göstərdikləri misilsiz qəhrəmanlıqları haqqında gətirilmiş çox saylı nümunələr bir daha onu sübut edir ki, sovet vətəndaşı kimi bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı bununla öz doğma Vətəni yəni Azərbaycan qarşısında müqəddəs borcunu yerinə yetirdiyinə inanırdı.

Vətən tarixçilərinin digər hissəsinin fikrincə, Böyük Vətən müharibəsinin Azərbaycan xalqının taleyindəki əhəmiyyəti ilə bağlı hər hansı bir şübhə tarixlik prinsipi ilə ciddi ziddiyyət təşkil edir və tarixi keçmişi modernləşdirmək cəhdlərinin təzahürü kimi qiymətləndirilməlidir. Bu müəlliflər qeyd edirlər ki, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan SSR əhalisinin mütləq əksəriyyəti üçün müharibədə Sovet İttifaqının qələbəsinə verdikləri töhfə şüurlu zərurətdən irəli gəlirdi. Bu sərt dövrdə soydaşlarımızın davranışlarının motivasiyasına gəldikdə isə qeyd etmək lazımdır ki, 1920-ci ildən 1941-ci ilə qədər, yəni Azərbaycanda sovet hakimiyyəti illərində yeni nəsil böyümüş dü. Bu nəsil, sovet ideologiyası şəraitində formalaşmışdı, təhsil almışdı, işləmişdi və s. Buna görə həmin nəslin nümayəndələri müharibəyə Azərbaycanı deyil, məhz həmin böyük Sovet İttifaqını müdafiə etmək üçün getmişdilər”.

Böyük Vətən Müharibəsi ifadəsi necə ortaya çıxıb?

“Müharibə başlayan gün iyunun 20-də o vaxt tanınmış sovet diktoru Levitan radio vasitəsilə çıxış etdi. Orada Levitan qeyd edir ki, “Böyük Vətən Müharibəsi başlayır”. Böyük Vətən Müharibəsi ifadəsi də ilk dəfə bu çıxışda istifadə edilir. Çıxışda bildirir ki, “Alman faşist işğalçılarına qarşı” və qeyd edir ki, “biz haqq yoldayıq, qalib gələcəyik”. Həmin gün SSRİ xarici işlər naziri Molotovun da çıxışı var. Həmin çıxışda bu müharibə Böyük Vətən Müharibəsi adlanmasa da, 1812-ci ildə vətən müharibəsi ilə müqayisə edilmişdi. Sonradan iyulun 3-də İosif Stalinin müraciəti var. Orada Stalin bunu “Böyük Müharibə” adlandırır. Sonradan 1943-cü ildən “Vətən müharibəsi ordeni” təsis olunur. “Böyük Vətən müharibəsində şücaətə görə ordenlər” təsis olunur. Bu ifadə yavaş-yavaş yer aldı və tarixçilər tərəfindən də istifadə edilməyə başladı. Stalinin həmin çıxışında maraqlı bir ifadə var: “ayrı-ayrı xalqların dövlətçiliyinə rusların, estonların, gürcülərin, latviyalıların, ermənilərin və azərbaycanlıların dövlətçiliyinə olan bir təhdiddir. Ayrı-ayrı hər bir xalqın adı çəkilir və qeyd edilir ki, bu xalqlar birləşib düşmənə qalib gəlməlidir. Stalin o çıxışında ilk dəfə olaraq etiraf edir ki, bu xalqların öz dövlətçiliyi var. Mənə elə gəlir, burada bir neçə millət olduğuna görə Böyük Vətən sözü bu mənada işlənilir” - deyə tarixçi danışır.

Azərbaycanlıların rolu …

İ.Niftəliyev bildirir ki, 1 iyun 1941-ci il tarixinə 3,3 milyon əhalisi olan Azərbaycan SSR-dən 600 mindən çox insan müharibə illərində ordu sıralarına çağrılmışdı, yəni respublikanın hər beşinci sakini. 300 mindən çox insan, yəni hər on nəfərdən biri cəhbədən geri qayıtmamışdı. Bununla yanaşı, son illərdə ölkə arxivlərindən tapılmış sənədləri və müharibə zamanı insan itkisi ilə bağlı sovet tarixçilərinin əsərlərində verilmiş çoxlu sayda qeyri-dəqiq məlumatları müqaisəli şəkildə nəzərdən keçirəndə Azərbaycandan orduya səfərbər olunan ların və onların içərisində itkilərin sayı haqqında statistik məlumatların ciddi şəkildə dəqiqləşdirilməsi məsələsi ortaya çıxır. Azərbaycan ərazisində hərbi əməliyyatlar aparılmasa da, onun əhalisinin ümumi sayı ilə müqayisədə canlı itkiləri və əraziləri müharibə meydanına çevrilmiş Böyük Britaniya, İtaliya və Fransa kimi böyük dövlətlərin, habelə Şərqi Avropanın bir sıra ölkələrinin (Macarıstan, Yuqoslaviya, Rumıniya, Bolqarıstan, Çexoslovakiya) itkilərini üstələmişdir.

Tarixçinin fikrincə, Azərbaycan tarixşünaslığında İkinci dünya müharibəsi dövrünə həsr olunmuş kifayət qədər mövzular var ki, onların yenidən nəzərdən keçirilməsinə və araşdırılmasına ehtiyac var.

“Respublikanın faşizm üzərində qələbəyə verdiyi töhfə Azərbaycan tarixşünaslığında ən çox araşdırılmış mövzulardandır. Sovet tarixşünaslığından fərqli olaraq müasir Azərbaycan tarixçilərinin İkinci Dünya müharibəsi ilə bağlı əsərlərində Bakı neftinin Böyük dövlətlərin hərbi planlarında mövzusu mühim yer tutur. Sovet tarixşünaslığında və hərbi xatirələrdə Bakının və onun neftinin İkinci dünya müharibəsinin nəticələrində həlledici rolu azaldılmışdı. Belə ki, çoxcildli SSRİ tarixinin 10-cu cildində oxuyuruq ki, müharibə dövründə ölkə üçün strateji xammalın çıxarılmasında əsas rol Ural, Sibir, Volqaboyu kimi bölgələrə məxsus idi və SSRİ-nin əsas neft mərkəzi olan Bakı haqqında bir söz belə deyilmirdi. Lakin hərbi əməliyatların gedişatı onu göstərdi ki, bu ilk növbədə neftin köməyi ilə hərəkətə gətirilən mühərriklər müharibəsidir. Neft olmasaydı bütün bu nəhəng texnika bir anda yararsız metal yığıntısına çevriləcəkdi. İkinci Dünya müharibəsinin ən vacib döyüşünü - Stalinqrad döyüşünü - əslində “Neft uğrunda böyük döyüş” adlandırmaq olar. Buna görə də, bu gün Azərbaycanda Sovet İttifaqının Almaniya üzərində qazandığı qələbədə Bakı neftinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan neftçilərinin qəhrəmanlıq əməyi yalnız Bakı şəhəri qəhrəman şəhər adına layiq görüldüyü halda öz layiqli qiymətini alacağına inam var”,- deyə tarixçi qeyd edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
  “TƏHSİLDƏ İDARƏÇİLİK BƏRBAD VƏZİYYƏTDƏDİR” – “20-30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir”
Bakının Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti”nin asıldığını əks etdirən fotonun yayılmasından sonra Azərbaycanın orta məktəblərindəki vəziyyət, təhsildə idarəetmə, kadrların seçilməsi kimi mövzular yenidən aktuallıq qazanıb. Bu baxımdan, Təhsil Nazirliyindəki mənbənin təhsil sektorundakı vəziyyətlə bağlı "AzPolitika.info"-ya təqdim etdiyi yazı yerinə düşüb.

Zamantv.az həmin yazını təqdim edir:

"Dövlətin təhsil siyasətini şəxsi və qrup maraqlarına qurban vermək olmaz. Təhsillə təhsili bilən, ictimai mənafeni şəxsi mənafedən üstün tutan, gələcəyimizin daha işıqlı olması üçün çalışan adamlar məşğul olmalıdır. Nəinki keçmişi və bugünü qaranlıq adamlar...

Məhz belələrinin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, təhsilimizin, xüsusən ümumi təhsilin nəinki bu günü, sabahı da qaranlıq görünür. Builki buraxılış imtahanlarının nəticələrinin təhlili bir daha göstərir ki, ümumi təhsildə əvvəlki illərə nisbətən geriləmə baş verir.

Bunların səbəblərini əsaslı təhlil edərkən aşağıdakı mənzərə ortaya çıxır:

1) Bir çox məktəblərdə idarəçilik bərbad vəziyyətdədir.

2) Məktəb direktorları və müavinləri 90% halda qeyri-şəffaf və subyektiv amillər əsasında seçildiyi üçün onlara qarşı tələbkarlıq göstərilmir.

3) Şagirdlərin müəyyən tələblər qarşılığında dərsə gəlməməsi, fərdi hazırlığa cəlb olunması kütləvi hal alıb.

4) Fərdi hazırlığa gedən uşaqlar xaric digər şagirdlərə illərlə proqram üzrə dərs keçilmir və ya onlara qarşı tələbkarlıq yoxdur.

5) Bir çox məktəb direktorları dövlət məktəbini özəl kommersiya müəssisəsi kimi idarə edir, daha çox gəlir əldə etmək haqqında düşünür, bu istiqamətdə fəaliyyətini qurur.

6) Məktəblərin gündəlik təminatının ödənilməsi ağır yük kimi valideynlərin üzərinə qoyulur.

7) Məktəbin saxlanılması üçün valideynlərdən ardıcıl olaraq yığılan pullar narazılıq yaradır, müəllim nüfuzu, təhsil sistemi və dövlətin təhsil siyasəti məqsədyönlü şəkildə gözdən salınır. 2017-ci ildə Təhsil Nazirliyi rəhbərliyinin dəstəyi ilə Bakı məktəblərində dünya təcrübəsi əsasında təsis olunan, valideynlərlə məktəblərin şəffaf əməkdaşlığına əsaslanan "Təhsil icmaları"nın yaradılmasının qarşısını alan şəxslər indi də məktəblərdəki yığımların genişlənməsini dəstəkləyirlər. Rəsmi açıq mənbələrə və internet resurslarındakı məlumatlara əsasən həmin dövrdə təkcə Bakı şəhərində 200-ə yaxın məktəbdə "Məktəb icmaları" tətbiq olunubmuş. Sonradan yığımlardan əli çıxan direktorların xahişi əsasında onların o vaxtkı səlahiyyətli xanım himayəçisi bu təsisatın ləğv olunmasına nail olur.

8) Xarici ölkələrdə tətbiq olunan, Azərbaycan təhsil mühitinə yad olan hoqqabaz layihə və proqramların tətbiqi adı ilə təhsil ictimaiyyətinin başı qatılır, qondarma islahatçılıq və yenilikçilik görüntüsü yaradılır.

9) Yeni təyin olunan direktorların bir neçə ildən sonra yeri dəyişdirilsə də, 10, 15, 20, hətta 30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir.

10) Qocaman direktorları himayə edən, toxunulmaz saxlayan şəxslər bunu yaratdıqları dəqiq maraq mexanizmləri vasitəsilə tənzimləyirlər.

11) Himayədarlıq piramidası bir neçə səlahiyyətli və qeyri-rəsmi şəxslərin əlində cəmləşdiyi üçün təhsil idarəetməsindəki xaotiklik və başıpozuqluq normal işləmək istəyən məktəb direktorlarının da əlini işdən soyudur.

12) Hətta təhsildəki yüksək ali postlardan son dəyişikliklə digər vəzifəyə və ya istefaya gedən bir-iki şəxs bu gün də tam səlahiyyətlə yaratdıqları maraqlar üzərində qurulmuş idarəetməni ümumi təhsilə tətbiq etməkdədir.

13) Onlarca məktəb direktoru və direktor müavinləri bu gün də keçmiş və indi vəzifədə olan himayədarına arxalanaraq məktəbləri intriqa yuvasına çevirib.

14) Yeni yaradılan Regional Təhsil İdarələrinə də eyni maraq və şəxsi münasibətdən irəli gələn qaranlıq təmaslar vasitəsilə rəhbərlər təyin olundu.

15) Sadə müəllim imtahan əsasında işə götürüldüyü halda, Regional Təhsil İdarələrinin rəhbərlərinin subyektiv amillər əsasında təyin olunması da dövlətin kadr siyasətinin prinsipləri ilə uzlaşmır.

16) İllərini təhsilə həsr etmiş təcrübəli təhsil işçilərinin başı üzərinə təhsildən bixəbər, bir sıra hallarda heç cür təhsilə uyğun gəlməyən ixtisas sahiblərinin (Baytar, mühəndis, maliyyəçi, aqrar mütəxəssis və s) rəhbər təyin olunması qeyri-ciddi mühit yaradır.

17) Sorosçular və fetoçuların təhsildə atamanlığının qarşısı alınmalıdır.

18) Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva şəhər məktəblərinin 70 faizində idarəçiliyini itirməyib. Əmisi qızı Zərifə Əliyeva adına liseyin, xalası qızı 20 nömrəli məktəbin, başqa bir qohumu 18 nömrəli məktəbin direktorlarıdır. Və 30-dan çox rəfiqəsini direktor təyin etməyə nail ola bilib.

Azərbaycan ziyalılarını, təhsil təəssübkeşliyi olan hər kəsi şəxsi maraqlarına görə gələcəyimizi nagüman edən təhsil dəllallarına qarşı mübarizə aparmağa, təhsil idarəçiliyində olan və kənarda oturub öz dünya görüşünə uyğun təhsil idarəçiliyi quran şəxslərin ifşasına dəstək verməyə çağırıram".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar” - Ekspert danışır
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiyanı məğlub edəcəyini və yenidən azad ölkəyə çevriləcəyini deyib. O, bunu videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışı zamanı bəyan edib.

“Ukrayna Putinin yenilməz olması haqqında mifə son qoydu və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf etdi. Hazırda ukraynalılar XXI əsrin ən böyük qəhramanlıq salnaməsini yazırlar və Putinin tarixi səhvini ifşa edirlər”, - deyə o bildirib.

Bu arada məlumatlar yayılıb ki, Rusiya Ukraynada faktiki məğlubiyyətə uğrayıb və bu səbəbdən geri çəkilmək üçün məqam gözləyir. Məlumata görə, Kreml hazırda minimum itkilərlə Ukraynaya təcavüzü kompensasiya etməyə çalışır. Dia.az xəbər verir ki, AYNA mövzu ətrafında Fransada yaşayan bloger-jurnalist Elnur Məcidli ilə həmsöhbət olub.

- Ukrayna böhranı dünya gündəmini məşğul edən əsas mövzudur. İddialar var ki, Rusiya Ukraynada strateji məğlubiyyətə uğrayıb. Bu haqda hansı qənaətdəsiniz?

- Hələ bir neçə il öncə belə bir müharibənin olacağını anons etmişdim. Hələ o zaman demişdim ki, Putin bu müharibəyə uzun müddətdir hazırlaşır. 2014-cü ildə Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalından sonra Moskvanın Ukraynaya təcavüz edəcəyi məlum idi. Sadəcə koronavirus pandemiyası, o cümlədən Qarabağ müharibəsi və digər səbəblər bu münaqişəni bir qədər yubatdı. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət Moskvanı xəbərdar edir, belə bir səhvə yol verməməyə çağırırdı, Putin işğalçı xislətindən əl çəkmədi. Nəticədə faktiki olaraq məğlub duruma düşmüş oldu.

Rus ordusunun paytaxt Kiyevdən çəkilməsi müharibənin birinci mərhələsinin başa çatması və Moskvanın məğlubiyyəti kimi qiymətləndirilə bilər. Mövcud şəraitdə Rusiya israrını davam etdirsə də, ciddi nəticələrə nail ola bilmir. Əksinə, sərt sanksiyalarla üzləşərək, ciddi iqtisadi problemlərlə qarşılaşıb. May ayının əvvəlindən etibarən sanksiyaların ciddi təsirləri müşahidə olunmağa başlayıb.

Nəzərə alanda ki, həm Rusiya, həm də Ukrayna eyni kökdən olan xalqlardır, bu döyuşü Çaldıran döyüşünə bənzətmək olar. 1500-cü illərdə səfəvilərlə osmanlıların etdiyi səhvi bu gün Rusiya təkrar edir. Bu müharibənin fəsadları illərlə davam edəcək və Rusiya bu itkilərdən yayına bilməyəcək. Qərbin Ukraynaya vahid şəkildə dəstək nümayiş etdirməsi Moskva üçün gözlənilməz oldu və məğlubiyyətini şərtləndirən başlıca amillərdən biridir. Putin strateji səhvə yol verdi və nəticələri ilə qatlaşmalı olacaq.

- Baydenin “demokratiya-avtoritarizm döyüşü” adlandırdığı bu müharibədə ABŞ hara qədər israrlı olacaq?

- Heç bir inkişaf etmiş ölkə - istər Qərb, istər Çin, istərsə də digərləri olsun - Rusiyanı bu bataqlıqdan xilas etməkdə maraqlı deyil. Çünki onların hər birinin siyasi və qlobal maraqları var və hər kəs məsələyə öz maraqları kontekstindən yanaşır. Moskvanın son illərdə nümayiş etdirdiyi hərbi aqressiya kifayət qədər narahatedici məqam idi. Hesab edirəm ki, Qərbin dəstəyi nəticəsində bu müharibə davam edəcək və Ukrayna geri çəkilməyəcək. Artıq Kremldə də başa düşürlər ki, nəzərdə tutduqları məqsədlərə nail ola bilmədilər və bu müharibəni uduzublar. Sadəcə Putin öz reputasiyasını qorumaq üçün hərbi müdaxiləni davam etdirir.

- Münaqişənin əhatə dairəsi böyüyə, digər ölkələri də təsir dairəsinə ala bilərmi? Misal üçün, Finlandiya, Polşa, İsveç və sair...

- Finlandiya tərəfindən yeni cəbhənin açılması ehtimalı hər zaman öz aktuallığını qoruyur. Bəziləri bunun baş verməyəcəyini söyləsələr də, heç bir halda bu faktoru nəzərdən qaçırmaq olmaz. Hazırda Rusiyaya qarşı yönələn beynəlxalq koalisiya fəaliyyətdədir. Onlar vahid və koordinasiyalı qərar və addımlarla Rusiyadan gözlənilən təhlükələri neytrallaşdırmağa çalışırlar. Finlandiyanın NATO-ya üzv olacağı variantı da bu xüsusda istisna olunmur. Rusiya özünə müttəfiqlər tapa bilmir və növbəti cəbhə açması inandırıcı görünmür. Bir daha qeyd edim ki, Moskva artıq məğlub duruma düşdüyünün fərqindədir. Belə bir şəraitdə isə növbəti ölkələrə təcavüz cəhdləri inandırıcı görünmür. Bu, onun intiharı olardı.

- Putinin SSRİ-ni yeni formada bərpa etmək niyyətində olduğu və məhz bunun qarşısını almaq üçün Qərbin hərəkətə keçdiyini söyləyənlər var. Haqlıdırlarmı?

- Putinin Rusiya dövlətçiliyinin, imperiya ənənələrinin davam etdirilməsində maraqlı olduğunu nəzərə alsaq, bu zaman onun hər hansı formada SRRİ-ni yenidən bərpa etmək niyyətinin olması təbiidir. Digər yandan bu il SSRİ-nin yaranmasının üzərindən 100 il ötür. Simvolik əhəmiyyət kəsb edən bir ildə Putin çox istəyirdi ki, imperiyanı hansısa formada yenidən bərpa etsin. O, simvolik rəqəmlərə qarşı çox həssasdır. Mövcud şəraitdə isə artıq bu cəhdlər mənasızdır. Qazaxıstanda başlanan proses Putinin əminliyini artırsa da, Ukraynada onun arzuları suya düşdü. Ukraynasız imperiya cəhdi süquta məhkumdur və Ukraynadakı məğlubiyyəti ilə Putin imperiya maraqlarından əl çəkməli olacaq. Beynəlxalq birlik heç bir halda bunun baş tutmasına imkan verməyəcək.

- Mövzudan bir qədər kənara çıxaq. Fransadakı son prezident seçkilərindən sonra bu ölkənin Azərbaycana qarşı siyasətində hər hansı dəyişiklik gözlənilirmi?

- Fransa ilə Azərbaycan arasında mədəni, siyasi və tarixi əlaqələr mövcuddur. Təbii ki, bu əlaqələrdən narahat olan qüvvələr var. Bu qüvvələrin içərisində isə Rusiyanı və onun ölkəmizdəki dayaqlarını xüsusi qeyd etmək olar. Müharibə dövründə erməni lobbisinin səyləri nəticəsində arada müəyyən soyuqluqlar yaransa da, münasibətlər yenidən bərpa olunmağa başlayıb. Nəzərə almaq lazımdır ki, bu gün Fransada kifayət qədər azərbaycanlı yaşayır və onların koordinasiyalı fəaliyyətinə, diaspor quruculuğu istiqamətində fəaliyyətlərinin genişlənməsinə xüsusi ehtiyac var.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Rusiyanın təsir dairəsindən çıxaraq, həm də Avropa İttifaqı çərçivəsində davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açır. Düşünürəm ki, Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. Bu mənada hər hansı bir narahatlığa əsas görmürəm.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda ukraynalı qaçqınlar təhdid olundu: - "Siz faşizmi təbliğ edirsiniz"
Ermənistanda revanşist qüvvələrin hökumətə qarşı aksiyaları davam edir. Zamantv.az Bizim.Media-ya istinadla xəbər verir ki, mayın 2-dən başlayan mitinqlərdə hökumətin istefası, Qarabağ və Azərbaycanla sülh danışıqları kimi məsələlərlə qarşı çıxışlarla yanaşı millətçi qüvvələr tərəfindən radikal çağırışlar da edilir.

Belə ki, mitinq zamanı lentə alınmış görüntülərdən birində çıxış edən etirazçılar ukraynalı qaçqınlara qarşı da sərt fikirlər səsləndiriblər.

O, ukraynalıları faşizm təbliğatı aparmaqda ittiham edərək, Ermənistana pənah gətirmiş qaçqınlara xəbərdarlıq edib:

“Ukrayna Ermənistana qarşı düşmən siyasəti aparır. Siz qaçdınız, vətəninizi tərk etdiniz, bura gəldiniz ki, Ermənistan sizləri qəbul etsin. Və heç kim sizi buradan qovmur, amma biz düşmən faşist dövlətinin qüvvələrinin simvollarının əleyhinəyik.

Əgər siz bu simvolları qaldırmağa davam etsəniz, o zaman biz bunu hər bir erməninin şəxsi təhqiri kimi qəbul edəcəyik.

Ölkəmizdə əmin-amanlıq içində yaşamaq istəmirsinizsə, bizdə də rahat yaşamazsınız. Evimizə gəlirsənsə, adət-ənənələrimizə hörmətlə yanaşmalısız”.

VİDEO BURADA:
https://player.bizim.media?v=6964&share_user_id=
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO-nun baş katibindən Moskvaya XƏBƏRDARLIQ
NATO Rusiya ilə müharibədə Ukraynaya böyük dəstək verir. Bununla belə, Alyans dünya münaqişəsinin qarşısını almaq üçün tərəf tutmayacaq. Eyni zamanda, NATO şərq cinahının hərbi müdafiəsini artırır. Zamantv.az lent.az-a istinadla bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Welt am Sonntag” nəşrinə bildirib.

“NATO hər zaman böyük müharibəyə hazır olmalıdır. Alyansın vəzifəsi qlobal münaqişənin qarşısını almaq üçün riskləri mümkün qədər minimuma endirməkdir. Bununla belə, NATO Rusiya və Ukrayna arasında müharibədə iştirak etməyəcək”, - Yens Stoltenberq bildirib

Baş katib deyib ki, Ukraynadakı müharibənin başqa ölkələrə keçməməsi üçün hər şeyi etmək lazımdır: “Ona görə də biz NATO qoşunlarını Ukraynaya göndərmirik. Biz ölkəni kütləvi şəkildə dəstəkləyirik, lakin NATO şüurlu şəkildə müharibənin bir hissəsi deyil”.

Eyni zamanda, onun sözlərinə görə, NATO şərq cinahında hərbi müdafiəni gücləndirir.

“Anlaşılmazlıqlara və ya səhv hesablamalara yer qoymuruq. Moskva başa düşməlidir: NATO ölkəsinə hücum 30 üzv dövlətin hamısına hücum olacaq”, - Stoltenderq vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Palmali" şefinin LOTU-POTU söhbəti... - Şir ürəyi yox, şirin özünü yeyib...
“Danış ki, bilək kimsən” ifadəsi heç zaman aktuallığını itirməyib. Təcrübə göstərir ki, cəmiyyətlərin müəyyən maraq göstərdiyi bir çox şəxslər barədə formalaşmış əsatirlər bəzən onların ağzını açmaları ilə alt-üst olur. Bunu özləri də dərk etdiklərindən belələri çox vaxt mətbuatdan, canlı müsahibələrdən qaçmağa çalışırlar...

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bir hissəsi “bəy tərifi”, digər hissəsi isə kifayət qədər müəmmalı, ziddiyyətli monoloqdan ibarət olan və nə qədər kobud alınsa da, daha çox “lotu-potu söhbəti”ni xatırladan son müsahibəsi bu şəxsə maraqla yanaşan toplumun, hətta Mənsimovsevərlərin bir hissəsini məyus etməmiş deyil. Bu, heç də təkcə onun məişət səviyyəli nitq qabiliyyəti, seçdiyi dil və ifadələrlə bağlı deyil (Baxmayaraq ki, Azərbaycandan fərqli olaraq sivil ölkələrdə iş dünyasının aparıcı təmsilçilərinin az qala tanınmış siyasətçilər səviyyəsində natiqlik qabiliyyətinin olması adi haldır və bunun olmaması isə bir növ ayıb sayılır). Çünki Mənsimovun müsahibəsilə müqayisədə bəlkə də, məsələn, məşhur “mafiya babası” Sedat Pekerin yayımları daha ölçülü-biçili görünürdü...

Söhbət daha çox Mənsimovun dediklərindəki həddindən artıq ziddiyyətli və isbatı zor olan, qarşısındakı tamaşaçını avam və hər şeydən bixəbər hesab edən açıqlamalarından gedir. Mənsimov bir tərəfdən Ərdoğanı və onun hakimiyyətini göylərə qaldırır, onun Türkiyə üçün etdiyi saysız-hesabsız xidmətlərdən danışır, digər tərəfdən də Ərdoğan Türkiyəsində hakimlərin sifarişlə onu məhbəsə atdığını bildirir. Bir yandan Əliyev hakimiyyətini tərifləyir, onun gördüyü işlərdən sonsuz məmnunluq ifadə edir, Prezidentə sədaqətini dilə gətirir, digər yandan az qala bütünlükdə Azərbaycan hakimiyyətinin ona qarşı səfərbər olduğunu, ona həsəd apardığını, onun üzərinə gəldiyini, heç bir günahı olmadan(!) onu sıxışdırdığını, həbsini, hətta kriminal ünsürlər tərəfindən qətlini sifariş etdiyini iddia edir. Onun bu iddialarındakı ziddiyyət və qeyri-səmimilik, eləcə də qatı millətçi və Azərbaycançı olduğu barədə dediklərinin boğazdan yuxarı pafos olduğu dərhal sezilir. Mənsimov bir tərəfdən millilikdən, bütövlükdən, birlikdən danışır, regionçuluğun əleyhinə olduğunu deyir, digər yandan elə həmin müsahibədə az qala kəlməbaşı cənub bölgəsindən və şiyə təriqətindən olduğunu qabardır və iddia edir ki, özünə və “Xəzər Lənkəran”a qarşı təzyiqlər məhz regionçuluq amililə bağlıdır. Azərbaycan zatən erməni separatizmilə savaşdığı bir dönəmdə, bu cür əsassız iddialar nəyə xidmət edir, görəsən? Budurmu millilik və azərbaycançılıq? Əksinə, bu üstüörtülü replikalar daha çox regionçuluğa, “ara qızışdırmağa”, hətta daha da artığına bənzəyir...

Mənsimov “hapı-gopu” çox və barıtı bol söhbətində Lotu Quliyə olmazın söyüşlər söydüyünü, Fətullah Güləni təhqir etdiyini, hansısa erməni biznesmenini az qala “it balası kimi” döydüyünü(?) və s. iddia edir. Maraqlıdır ki, qarşı tərəfin bu deyilənləri təsdiq və ya təkzib etmək imkanı yoxdur. Məsələn, Lotu Quli ölüb. Ancaq kriminal aləmdən az-çox anlayışı olan istənilən adam başa düşür ki, Mənsimovun dediyi kimi, guya “qanuni oğru”nu olmazın söyüşlərlə söyməsi, qarşı tərəfin də səbrlə onu dinləyərək, cavab verməməsi, hətta sonda ondan üzr istəyərək dəstəyi asması “ovçu Pirim”, yaxud “Məlikməmməd nağılları”ndan da artıq “gopfason” söhbətdir. Mənsimovun bizim kriminallarla bağlı dediklərində yalnız bir məqamla razılaşmaq olar - doğrudan da bizimkilərin gücü əsas etibarilə elə özümüzünkülərə çatır...

Yaxud olsun Mənsimovun Fətullah Gülənlə görüşləri barədə dedikləri. Onunla cəmi iki dəfə görüşdüyünü iddia edir. Etiraf edir ki, ikinci görüşü 2013-2014-cü illərdə, yəni Türkiyədəki məlum 2016-ci il dövlət çevrilişi cəhdi öncəsi baş tutub. Özü də guya Mehmet Ağar onu az qala zorla dartaraq Gülənlə görüşə aparıb və o da, Güləni öz malikanəsində, öz əsabələrinin yanında təhqir edib, söyüb, hətta onun hüzurunda Ərdoğanı qətiyyətlə müdafiə edib. Hansı avam buna inanar?!

Birincisi, Ərdoğanı müdafiə edən adamın Ərdoğan hakimiyyətinə düşmən olduğu gün kimi aydın olan birinin qəbulunda, hüzurunda nə işi vardı? Özü də çevriliş ərəfəsində.

İkincisi, Güləni əyanlarının yanında təhqir etmək cəsarəti vardısa, elə Ağara rədd cavabı verməyə cəsarət tapar və ümumiyyətlə, o iblislə görüşə getməzdi. Bu gün F.Gülənin Mənsimova cavab verəcək nə halı var, nə də həvəsi, nə də Güləndən həqiqətən həmin görüşdə nə baş verdiyini soruşacaq birisi var. Ona görə də istər Mənsimov, istərsə də başqa birisi Gülənlə bağlı istədiyini danışa, onu söydüyünü, hətta döydüyünü iddia edə bilər...

Fiziki ölçüləri və cüssəsi göz önündə olan Mənsimov müsahibəsində guya hansısa mücərrəd erməni iş adamını döydüyünü bildirir və bununla fəxr edir. Səviyyəli, yerini bilən ciddi bir iş adamı, yaxud başqa bir nüfuzlu şəxs ümumiyyətlə belə məişət səviyyəli davranışları və bu barədə söhbətləri özünə rəva bilməz. Digər yandan əgər belə bir şey olubsa belə, bunu nə təsdiq, nə də inkar edəsi kimsə yoxdur. Həmin erməni əsilli iş adamının nə adı çəkilir, nə soyadı. Nə də təbii ki, həmin adamdan (əgər belə birisi varsa) heç kim soruşa bilmir ki, belə bir hadisə olub, ya yox.

Yəni, demək istədiyimiz odur ki, bütün bunlar ciddi, az-çox tanınan, iddialı, nəhayət, özünə hörmət qoyan bir iş adamının geniş auditoriya üçün etməli olduğu söhbətlər deyil. Özü də bilə-bilə ki, bu “söhbəti” təkcə Mənsimovun təmənnasız xeyriyyəçi, millətçi, türkçü, hətta az qala “millət atası” olduğuna kor-koranə inananlar yox, onun gerçəkdə hansı keyfiyyətlərə malik olduğunu, savab və günahlarını, digər “əməllərini” yaxşı bilən adamlar da izləyəcək...

Halal qazancı ilə həmvətənlərinə əlindən gələn köməkliyi göstərən elə iş adamlarımız, xeyriyyəçilərimiz var ki, heç onların adını da bilən yoxdur. Belələri köhnə gəmilərə “gəmiyə filankəsin adını qoydum” deyib, özlərini ucuz reklam etmirlər. Gerçək xeyriyyəçi, millətçi, azərbaycançı da onlardır, adı Fətullah Güləndən tutmuş, Ağara qədər müxtəlif kirli adamlarla hallanan, qaranlıq maraqlara xidmət edən Mənsimov kimilər yox!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Haitidə səkkiz Türkiyə vətəndaşı qaçırılıb
Haitidə səkkiz Türkiyə vətəndaşı qaçırılıb.

Onların aralarında qadınların da olduğu vurğulanıb.

Bildirilir ki, hadisə mayın 8-də günorta saatlarında Krua-de-Buket ərazisində baş verib.

Türkiyə vətəndaşları Dominikan Respublikası-Haiti marşrutu üzrə hərəkətdə olan avtobusdan qaçırılıblar.

Mənbə: RİA Novosti
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Odessaya raket hücumu: istirahət evi dağıldı
Axşam saatlarında Ukraynanın Odessa şəhəri raket hücumuna məruz qalıb.

Zamantv.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Qara dənizdən atılan raketlərdən biri havada zərərsizləşdirilib. Digər ikisi istirahət evinə düşərək dağıntı törədib. Hücum zamanı insan tələfatı qeydə alınmayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO