[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əməkdar rəssam vəfat ETDİ

Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.

Bu barədə Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib.
Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub.1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İslamiadanın açılışında iştirak edən rəsmilərin şərəfinə şam yeməyi verilib


Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...


Bir müddət əvvəl xəbər vermişdik ki, "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in təcili yardım şöbəsi lazımı şəkildə fəaliyyət göstərmir.
Xatırladaq ki, çağırışlara vaxtında gedə bilməyən, tibbi avadanlıqları çatışmayan, xəstələrə yaxşı halda analgin-dimedrol vurmaqla kifayətlənən təcili tibbi yardım şöbəsində yaşı 70-i ötmüş Adil Əmrahov kimi "pensionerlər" də işləyir. Bununla da, hər hansı bir tibbi irəliləyişə nail olmağın mümkünsüz olduğunu diqqətə çatdırmışdıq.

Yaydığımız xəbərin üstündən aylar keçdi, nə dəyişdi?

Belə görünür, Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"ə Ramin Bayramlının təyin etdiyi, hazırkı TƏBİB rəhbərliyinin də işlətdiyi İlham Sofiyev nəinki baş həkim kimi, bir həkim kimi də xəstəxananın təchizatı ilə maraqlanmayıb, təcili yardım şöbəsinin müasir çağırışlara cavab verən bir şəkildə qurulmasını təmin etməyib.

Xəstəxana və onun təcili yardım şöbəsi ilə bağlı ötən ay baş verən bir hadisə də orada vəziyyətin acınacaqlı şəkil aldığını təsdiqləyir. Xatırlayanlar bilər ki, el arasında "eşşək arısı" kimi tanınan həşəratın Şəmkir rayon sakinini sancması səbəbindən dünyasını dəyişməsi ölkəyə "mövzu" oldu. Dünyasını dəyişən şəxsə görə, Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in hansı səviyyədə olduğu bir daha "imtahan" edildi. Məlum oldu ki, xəstəxanada həkimlər və onun təcili yardım şöbəsi tərəfindən arı sancması zamanı zəhərin toksiki effektinin həddən artıq ola biləcəyini nəzərə almayıblar. Bu zaman yarana biləcək anafilaktik vəziyyəti, bunun da təzyiqin düşməsinə, ürək döyüntülərinin zəifləyə biləcəyinə gətirib çıxaracağını, xəstənin ölmüş kimi bir vəziyyətə düşəcəyini ağıllarından keçirməyiblər. Yəni həkim savadı və peşəkarlığı kritik reaksiyalara adekvat cavab verə bilməyib, ölümün dəqiq baş verdiyi müəyyənləşmədən xəstəni sahibinə veriblər. Əgər xəstənin anafilaktik reaksiyalar səbəbindən kliniki ölüm keçirdiyi dəqiq müəyyənləşsə, ona hər cür təxirəsalınmaz tibbi yardım göstərilsə idi, həyata qaytarmaq mümkün olardı. Yox xəstə, bioloji ölüm keçirmişdirsə, 15 saat sonra (bəlkədə çox) qəbiristanlıqda niyə ayılır, Gəncəyə xəstəxanaya aparılırdı ki?!

Bu hadisə bir daha subut etdi ki, "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" Allahın ümüdünə buraxılıb, İlham Sofiyev və başına yığdığı həkimlərə orada vaxt keçirməyə zaman tanınıb. Hərçənd ki, arı sancması nəticəsində ölüm hadisəsinə verilən rəydən sonra xəstənin qəbiristanlıqda ayılması bunu deməyə əsas verir. Bu günün özündə də belə hadisələrdən nəticə çıxarılmayıb. Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in fəaliyyəti ekstremal vəziyyətlərdə heç bir xəstə üçün qismən də olsa, təminat verici hala gətirilməyib.

Təsdiqləyici vəziyyət

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, Ağstafa rayon Mərkəzi Xəstəxanası təcili yardım şöbəsində normal işləyən 5 ədəd təcili yardım maşını tapmaq mümkünsüzdür. O cümlədən, təcili tibbi yardım maşınlarının EKQ aparatı və oksigen balonu yoxdur, dərman təminatı, digər tibbi ləvazimatlardan danışmaq isə yersizdir. Xəstəxananın 6 təcili tibbi yardım maşınından 1-i normal işləmir. Maşınlar xəstə çağırışlarına saatlarla gecikir. Xəstələrin, şəhid analarının, qazilərin çağırışlarına gedən həkim çıxılmaz vəziyyətdə qalır. Xəstəxananın təcili yardım şöbəsində həkim çatışmır, orada heç kim işləmək istəmir. Çünkü işi ağır olan təcili yardım şöbəsinə rüşvətsiz həkim götürülmədiyindən, orada işləməyə maraq demək olar ki, yoxdur. Təsəvvür edin ki, bəzən xəstə çağırışına həkim yox, tibb bacısı getməli olur. Səbəb də növbədə olan həkimi çağırış zamanı əvəz edənin olmamasıdır.

Təbii bir gün sual verilə bilər ki, EKQ aparatı yoxdursa, çağırışa gedən həkim infrakt keçirən xəstəyə necə diaqnoz qoyur? Yoxsa xəstənin üzünə baxıb rəy verilir? Gülünc deyilmi? Bir sözlə, İcbari Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB rəhbərliyi "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" və onun təcili yardım şöbəsi barədə dərindən düşünməli, orada ciddi islahatlara gedilməlidir. Niyə?

Təsəvvür edək ki, ətraf rayonlarda hansısa bir fors-major halı baş verib. (ALLAH ELƏMƏSİN). Ölkə rəhbərliyi səviyyəsində ilkin olaraq, "Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" də çalışan həkimlərin və təcili yardım şöbəsinin köməyinə ümid edilir. İcbari Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB rəhbərliyi hansı vəziyyətə qalar?

FUAD İSGƏNDƏROV
FAKTİNFO.AZ

Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...
Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Süpürgəçiliklə oğul böyütmüşəm...” - Əlillik ala bilməyən qazinin anası kömək istədi


Ötən gün Milli Məclisin Lənkəran - Astara seçki dairəsi üzrə deputatı Ziyafət Əsgərov rayonda şəhid ailələri və qazilərlə görüş keçirib. Görüşdə Vətən müharibəsi qazisi Davud Bağırzadənin anası da iştirak edib.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, deputat qarşısında təsirli çıxış edən qazi anası hələ də övladınının haqqının verilmədiyini bildirib.

“Müharibə başlayanda oğlum könüllü ərizə yazıb cəbhəyə yollandı. Döyüşdəki şücaətinə görə 3 medal alıb, Füzuli, Hadrut uğrunda döyüşüb. Əl-ayağı yerindədir, amma orqanları param-parçadır. Oğlumun 1.90 sm boyu var, uşağım gözümün qabağında çapalayanda mən ana kimi özümü öldürmək istəyirəm. Əlillik təyinatı üçün müraciət eləmişik, bir dəfə imtina gəlib. Qarda pəncərini açıb yatırdı, o qədər sağlam idi oğlum. Ağciyərində 7 qəlpə var. Bağırsaqlarının yarısı yoxdur. Qolundan sinir çıxarılıb. Əlillik təyinatı verilən yerdə özləri rahatdılar, kiminsə dərdini başa düşmürlər. Bu uşaq gedib öz canını verib, siz niyə ona belə qiymət qoyursunuz? Bu övladlar qeyrətlə, namusla gedib vuruşdular, niyə onların haqqı qayıtmamalıdır?”

Qazi anası çətinliklə, süpürgəçi işləyərək iki övlad böyütdüyünü bildirib: “Mən tək ana, süpürgəçi işləyə-işləyə onları böyütmüşəm. Niyə bir nəfər gəlib mənim qapıçmı açmır? Demir ki, sən bu evin içində nə çəkirsən?

...Mən anayam axı, özümə qəsd eləmək istəmişəm. Öz sağlam övladımı bu vəziyyətdə görmək istəmirəm. Bizim borcumuzdur, övladın borcudur Vətən borcunu yerinə yetirsin. Amma Vətən də bizim qolumuzdan tutmalıdır. Mən heç kimdən nə ev, nə pul istəmirəm. Övladımın haqqını versinlər. Zəhmət, zillət çəkib süpürgəçiliklə onu oxutmuşam, ona iş versinlər”.

Məsələ ilə əlaqədar deputat Ziyafət Əsgərovla əlaqə saxladıq. O bildirdi ki, qazi Davud Bağırzadənin problemini nəzarətə götürüb və həlli üçün çalışacaq: “Mən qazinin anasından xahiş elədim ki, bütün sənədləri bizə göndərsin. Onun həm iş məsələsi var idi, həm də əlillik təyinatı ilə bağlı problemi var idi. Biz onu nəzarətə götürmüşük. Oradaca məsələni danışdıq, bütün sənədləri bizə göndərəcək. Mən o sənədləri nazirliyə göndərəcəyəm. Xahiş edəcəyəm ki, bu məsələni bir də diqqətlə yoxlasınlar. İnşallah nəticə də olar. Bu bizim borcumuzdur, biz buna çalışırıq”.

Qeyd edək ki, qazi Davud Bağırzadənin əlillik təyinatı ala bilməməsi və səhhəti ilə bağlı problemləri saytımızda işıqlandırılıb. Lakin aidiyyəti qurum tərəfindən qazinin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı əsas gətirilərək təyinatdan imtina edilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor - ARAŞDIRMA


Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

Nazir məlum səbəblərdən məhv olmuş taxıl əkininə görə büdcədən ayrılan subsidiyadan və 50 faizini dövlətin qarşıladığı aqrar sığortadan danışmayıb.

Maraqlıdır ki, İnam Kərimov yaranmış böhranlı vəziyyətin səbəbindən bəhs etmir.

Burada təkcə biçinə qədər məhv olmuş tonlarla buğdadan getmir. 100 hektardan toplanması mümkün olan, hətta ən aşağı tədarük göstəiricisi ilə hesablasaq ciddi bir rəqəm ortaya çıxar.

Bununla belə, məhv olmuş 100 min hektar ərazidə həm də milyonlarla manat büdcə vəsaiti məhv edilib.

Məsələn, 1 hektar taxıl əkininə görə dövlət büdcəsindən fermerlərə 220 manat subsidiya verilir. 100 min hektar üçün subsidiya məbləği 22 milyon manat edir ki, onun da 25 faizini nağdlaşdırmaq, 75 faizini isə xüsusi dükanlardan gübrə alınmasına xərcləmək mümkündür.

Göründüyü kimi, dövlətin itkiləri 22 milyon manatdır. Bəs, bunun hesabını kim verəcək, cənab nazir?

Digər tərəfdən də Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarının ərazisində yetirişdirilən taxılın hər 1 tonunun satışından əldə edilən gəlirin 4 faizi, digər ərazilərdə isə 1,2-2,5 faizi qədər sığorta haqqı nəzərdə tutulur. Bu isə o deməkdir ki, riski yüksək olan ərazilərdə hər tondan 1000 manat gəlir əldə edildiyi halda onun 40 manat sığortaya gedir. Əgər sığorta hadisəsi baş verərsə, onda həmin gəlirin 90 faizini, yəni 900 manatını sığorta şirkəti fermerə ödəməlidir. Düzdür, Azərbaycanda quraqlığa görə sığorta ödənişi nəzərdə tutulmur, həmçinin məhv olmuş taxın sahələrinin sığortalanmasına dair məlumatlar da yoxdur.

İstənilən halda 100 min hektar taxıl əkinləri məhv olubsa, onun hansı fermerlərə məxsus olması və haralarda əkilməsinə dair məlumatlar da açıqlanmalıdır. Azərbaycanda orta məhsuldarlığın 32 sentiner olduğunu nəzərə alanda quraqlığa görə məhv olmuş 100 min hektar ərazidə taxıl əkindən itkilərimiz 320 min ton olub, bu da buğdanın indiki qiymətilə 320 milyon manat deməkdir.

Hesab edirəm ki, baş verənlər aqrar, su və meliorasiya təsərrüfatı sahələrində pis idarəçiliyin göstəricisidir. Xüsusilə də taxıl qıtlığının mövcud olduğu indiki şəraitdə bunun üzərindən ötüb keçmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi dövlətə dəyən ziyana görə əlavə məlumatlar açıqlamalıdır.

“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, İnam Kərimovun qeyd etdiyi quraqlıqdan məhv olan 100 min hektar taxıl sahəsi məhz susuzluqdan, daha doğrusu təsərrüfat suyu verilmədiyindən məhv olub. Taxıl sahələrinə verilməli olan su isə pambıq əkilən təsərrüfatlara verilib. Bununla da hazırda bütün dünyanı narahat edən ərzaq buğdası təminatı, əsas qida məhsulu olan taxıl tədarükü 320 min ton aşağı düşüb.

Nəhayət, Azərbaycan hazırda ərzaq buğdasına olan təlabatını ödəmək üçün idxalatla bağlı problemlərlə üzləşir. Rusiya, Qazaxıstan, Ukrayna kimi əsas buğda ixracatçıları Azərbaycana taxıl satmağı ertələyiblər. Bu isə o deməkdir ki, Kənd Təsərrüfatı Nazirliyi, nazir İnam Kərimov zamanında əsas strateji ərzaq məhsulları sayılan sahələrə xüsusi diqqət ayırmalı idi. Bununla bağlı zəruri olan inzibati addımlar atılmalı idi. Lakin ortada yalnız 100 min hektar məhv olmuş taxıl sahəsi haqqında informasiya var. Bunun da məsuliyyəti əlbəttə ki, İnam Kərimovun üzərinə düşür.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əbülfəz Məlikov Kəmaləddin Heydərovun övladları ilə şərik olub? - İLGİNC


Avqustun 8-də "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

"Turan"-ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə artıq Ə. Məlikovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədən bildiriblər ki, sahibkara qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Ə. Məlikovun həmçinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun qızının şəriki olduğu məlum olub.

Belə ki, "HORSE HUSBANDRY" MMC şirkətinin:

sahibləri Eyyubova Sənifə Bəylər qızı (Bəylər Əyyubovun qızı), Məlikov Əbülfəz Ağarəhim oğlu, Məmmədov Adil Məhərrəm oğludur.

Şirkətin direktoru isə Məlikov Əbülfəz Ağarəhim oğludur.

MMC 2011-ci ilin martın 14-ü qeydiyyatdan keçib. Qeydiyyatda olduğu ünvan Bülbül prospekti, ev 30,mənzil 11-də yerləşir.

Sonrakı illərdə şirkətin direktoru Əhsən Hüseynov olub.

Eyni ünvanda “Aqro Kompleks Qəbələ” MMC qeydiyyatdadır

Adından bəlli olur ki, "HORSE HUSBANDRY" şirkəti at yetişdirmə işi ilə məşğuldur. Əbülfəz Məlikov həm də 2002-ci ildə yaradılmış Azərbaycan "Jokey Klubu" MMC-nin direktorudur. Şirkətlərin nə qədər fəal olub- olmadığı bəlli deyil.

Amma "Aqro Kompleks Qəbələ" ölkədə kənd təsərrüfatında əhəmiyyətli paya sahibdir. Çox böyük torpaq sahələrinə sahib olan şirkət həm də hər il dövlətdən əhəmiyyətli subsidiyalar alır. Yaranarkən sahibi və direktoru Əbülfəz Məlikov olub.

İndi isə direktor Nağıyev Oktay Rüfət oğludur. Şirkətin otuz milyon manata yaxın səhm kapitalı var.

"Qəbələ aqrokompleks" məhdud məsuliyyətli cəmiyyəti Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovun övladlarının sahibi olduğu “Gilan” holdinqə daxildir.

Əbülfəz Məlikovun oğlu Murad Məlikovun da adına bir sıra şirkətlər var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan səhiyyəsinin ƏCAİB QAYDALARI... - GİLEY


Naxçıvanda tibbi sığortadan yararlanmaq istəyənlərə müxtəlif maneələr yaradılır. Məsələn, Kəngərli Rayon Xəstəxanasında həftənin yalnız bir günü sığortadan yararlanmaq mümkündür. Həmin gün isə sığorta üçün cəmi 2 həkim xidmət göstərdiyindən, xəstəxanada uzun növbələr yaranır.
Rayon sakini S. Mahmudov deyir ki, üç həftə ard-arda xəstəxanaya getsə də ona növbə çatmayıb:
"Xroniki xəstəlikdən əziyyət çəkirəm. Ayda ən az iki dəfə müayinədən keçməliyəm. Naxçıvanda xəstəxanaları pullu ediblər, həm də od bahasına. Tibbi sığortadan istifadə etməyə imkan vermirlər ki, xəstəxanalara pul ödəyək. Bizim rayonda həftənin cəmi bir günü sığorta ilə qəbul edirlər. İki həkim Şərur rayonundan gətirirlər, sığorta ilə ancaq onlar baxır. Onlar da 3-4 saat işləyib, çıxıb gedirlər. Uzun növbələr yaranır. Ağır xəstələr məcbur qalıb, ayaq üstə gözləyirlər. 3 həftədir gedirəm, növbə çatmır. Indi məcburam ki, pullu müayinə olunam. Bunun da bir dəfəsi 50-60 manata başa gəlir. 15 manat təkcə xəstəxanaya girişdir. Bir sözlə, Naxçıvanda tibbi sığortanın adı vardır, özü yox".
Culfa xəstəxanası isə, rayon qeydiyyatında olmayan xəstələrə sığortalı xidmət göstərməkdən imtina edirlər. Ordubad rayon sakini B. Abbasov deyir ki, bu yaxınlarda həyat yoldaşını təcili doğuş üçün Culfa Rayon Xəstəxanasına aparıb. Tibbi sığortalar olmasına baxmayaraq, doğuş üçün ondan 350 manat pul alıblar:
"Ordubad rayonunun Culfaya yaxın kəndlərinin birində yaşayırıq. Həyat yoldaşımın doğuş sancısı tutdu, təcili xəstəxanaya çatdırmaq lazım idi. Rayon mərkəzi bizdən çox uzaqdır. Ona görə də, bizə yaxın olan Culfa xəstəxanasına apardıq. Orada dedilər ki, Ordubadın sığortası bizdə keçmir, gərək Culfa qeydiyyatında olasız. Məcbur olub, 350 manatı verdik. Bu necə tibbi sığortadı ki, qonşu rayonda belə, onu qəbul etmirlər. Hər addımda milləti soyurlar". //Gündəlik Naxçıvan//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ceyhun Həsənovun penitensiar sistemdən xaric TƏSƏRRÜFATI... - "A kişi, pomidor yetişdirmək arzusundasansa..."


Son günlər sosial şəbəkələrdə müzakirə olunan bir mövzu əksər vətəndaşlarımız kimi, bizim də diqqətimizi cəlb etdi. Söhbət Azərbaycanda Zirə, Şəmkir, Xaçmaz “pomidor brendləri”nə alternativ olaraq yetişdirilən yeni sort pomidordan gedir. Əlbəttə, sual verə bilərsiniz ki, burda nə var, əgər son illər yediyimiz tərəvəz növlərinin böyük əksəriyyəti torpaqdan kənarda, süni yollarla becərilirsə, müasir üsullarla Zirə, Şəmkir və Xaçmaz pomidorlarından daha dadlı, ləziz pomidor niyə də yetişdirilməsin?!

Təbii ki, bu düşüncədə olan oxuclarımızın fikirlərinə haqq qazandırmamaq mümkün deyil. Amma söhbət ondan gedir ki, yeni sort pomidorun yetişdirilməsi heç də hansısa kənd təsərrüfatı mütəxəssisimizin beyninin məhsulu deyil. Sosial şəbəkələrdə “Penitensiar pomidoru” adı verilən bu tərəvəz növünün “ixtiraçısı”nın Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov olduğu bildirilir. Görünür, elə bu səbəbdən də yeni pomidor növü - “Penitensiar pomidoru” hər kəsin marağına səbəb olub.

Əlbəttə, ilk baxışdan general C.Həsənovun yeni pomidor sortu yetişdirməsi heç də qeyri-adi hadisə sayılmamalıdır. Deyə bilərik ki, general olanda nə olar, görünür, adam kənd təsərrüfatı sahəsinə böyük maraq göstərir! Amma nəzərə alsaq ki, bu gün Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanalarda olduqca acınacaqlı durum yaşanır, içəridə Azərbaycan qanunları deyil, kriminal qrupların “qanunları” hökm sürür, üstəlik, narkotik alveri günbəgün çiçəklənir, dövlətimizin təhlükəsizliyinə qarşı ciddi proseslər baş verir, belə bir vəziyyətdə xidmət rəisinin gedib pomidor yetişdirməklə məşğul olması heç də normal hadisə sayıla bilməz. Yəqin, elə general-leytenantın başı əkin-səpin işinə qarışdığından türmələrdə “nadzorlar” da özləri üçün biznes sahələri yaradıblar. Hansı ki, burada hər şey satın almaq olar, necə deyərlər, puluna minnət...

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, sosial şəbəkələrdə vətəndaşlarımız Ceyhun Həsənovun Salyanın Xələc kəndində və Qızılağacda özünə məxsus min hektardan çox torpaq sahələrində yeni növ pomidor sortu yetişdirməsi və digər tərəvəz növləri əkib-becərməklə məşğul olması ilə bağlı iradlarını məhz bu şəkildə bildirirlər: “A kişi, pomidor yetişdirmək arzusundasansa, get, Kənd Təsərrüfatı Nazirliyində özünə bir iş tap, Penitensiar Xidmətdə nə işin var?”. Əslində, tamamilə haqlı təklifdir. Bir halda ki, general-leytenant işini-gücünü atıb, pomidor alverinə girişib, o halda gedib aqronomluğa başlasa, həm öz biznesi, həm də kənd təsərrüfatımızın inkişafı üçün daha böyük fayda verməzmi?!

İndi bəzi ağzıgöyçəklər deyəcəklər ki, bu adamdan nə istəyirsiniz, ölkədə sərbəst bazar iqtisadiyyatı mövcuddur, istəsə pomidor əkər, istəsə də lap Sabirabad qarpızı! Əlbəttə, bizim general-leytenantın pomidor yetişdirməsinə iradımız yoxdur. Heç onun min hektardan çox yararlı torpaq sahələrini necə ələ keçirməsi haqda da sorğu-sual etmək fikrində deyilik. Amma bu gün Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində vəziyyətin acınacaqlı halda olması, türmələrin ölkəmizin təhlükəsizliyi üçün aşkar təhdid mənbəyinə çevrilməsi hər bir vətəndaş kimi bizi də narahat etməyə bilməz. Bəlkə Ceyhun Həsənov onu xidmət rəisi vəzifəsinə təyin etdirən məmurdan ehtiyat edərək istefa vermək istəmir, amma biz yetkili şəxslərin və qurumların diqqətinə çatdırmaq istəyirik: bir halda ki, bu adam uşaqlıq arzusu olan aqronomluğa belə böyük həvəs göstərir, niyə onun öz sevdiyi peşəsi ilə məşğul olmasına imkan vermirsiniz, zorla Penitensiar Xidmətin başında saxlayırsınız?! Günah deyilmi?

Yeri gəlmişkən, bu günlərdə mətbuatda general-leytenantın oğlunun da biznesə başladığı haqda informasiya yayıldı. Belə ki, demokrat.az saytının məlumatına görə, şənbə günü Salyan rayonu ərazisində C.Həsənovun oğlunun da iştirakı ilə “Yolüstü” adlı restoranın təmtəraqlı açılış mərasimi keçirilib. Qeyd olunur ki, Bakı-Astara magistralının hər iki kənarında yerləşən bu restoran Ceyhun Həsənovun doğulduğu kəndin adını daşıyır. Salyan sakinləri deyir ki, general-leytenantın oğlu yeni açdığı restorana “Yolüstü” adı verməklə, atasına böyük “jest” etmiş olub.

Beləliklə, Ceyhun Həsənov kimi, oğlunun da uğurlu biznesin başlanğıcını qoyduğunu düşünmək olar. Hər halda, “Penitensiar pomidoru” son günlər vətəndaşlarımızın böyük marağına səbəb olduğundan, yəqin ki, bu ləziz təamın dadına baxmaq istəyənlər tezliklə general oğlunun restoranına axın edəcəklər. Üstəlik, burada müştərilər C.Həsənovun yetişdirdiyi digər tərəvəz məhsullarının da dadına baxa biləcəklər.

O ki qaldı satışdan geri qayıdan və restorandan artıq qalan, boşalmış və yarıxarab pomidorlara, heç şübhəsiz, Ceyhun Həsənov həmin məhsulları da işə keçirməyin yolunu tapıb. Yox, fikrinizə başqa şey gəlməsin, general-leytenantın tomat zavodu açdığı haqda bilgimiz yoxdur. Amma sosial şəbəkələrdə deyilənlərdən də belə anlaşılır ki, həmin pomidorlar türmələrdə “vitrinə düzülür”. Özü də bayırda satıldığından bir neçə dəfə baha qiymətə.

P.S. Doğrusu, Ceyhun Həsənovun niyə Penitensiar Xidmətin rəisi vəzifəsindən ikiəlli yapışdığı indi bizə agah oldu. Axı, türmələrə nəzarəti itirərsə, xarab pomidorlarını harada işə keçirə biləcək?! //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Baktelecom"dan BAHALAŞMA SÜRPRİZİ... - Bəs niyə qəfil, xəbərdarlıq etmədən?..


"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) abunəçilərə xəbərdarlıq etmədən internet tariflərini artırıb.

Xalqxeber.az cebhe.info-ya istinadla xəbər verir ki, “Baktelecom” abunəçiləri öz şikayətlərini sosial şəbəkə hesablarında yazıblar. Abunəçilər istifadə edəcəkləri internetin ödənişini edərkən tariflərin dəyişdiyini və ona uyğun olaraq qiymətlərin artdığını müşahidə ediblər.

Daha az ödənişli tarifə keçmək istəyən istifadəçilərə isə bunun mümkün olmadığını bildiriblər. “Baktelecom”dan bildirilib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq, 4 mbit/s və 10 mbit/s tarifləri ləğv edilib. Məlumatda qeyd olunub ki, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək. 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var.

Abunəçilər iddia edirlər ki, əvvəlki tariflərin müvafiq olaraq qiyməti 10 və 17 manat olub. İndi isə yeni tarifin qiyməti 17 və 20 manata çatıb. Başq szölə qimət 30-70 faiz artıb. Bundan başqa, əvvəl, məsələn, 10 manatlıq abunə paketi alan abonentlər 15 manatlıq abunə paketinə keçmək istəsələr də, təklif rədd edilib. Abonentlərə bildirilib ki, onlar daha yüksək qiymətə olan paketi ala bilərlər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO