"Bu Şəhərdə": "Bizə və tamaşaçılarımıza "çuşka" deyirlər" - MÜSAHİBƏ

15:30 25.07.2018 714
"Bu Şəhərdə": "Bizə və tamaşaçılarımıza "çuşka" deyirlər" - MÜSAHİBƏ


Ölkə.Az-ın növbəti qonaqları "Bu şəhərdə"nin üzvləri – Coşqun Rəhimov, Rafael İsgəndərov və Müşfiq Abbasovdur.

– İki qoçun başı bir qazanda qaynamaz deyiblər. Gəlin məsələyə üçlükdə yanaşaq.

– Coşqun: Bizim qazanımız böyükdür. Ümumiyyətlə, qazanın içinə nəsə qoyarlar ki, qaynasın.
– Heç bir məsələdə narazılıq olmur aranızda?

– Coşqun: Niyə olmur ki? Yaradıcı insanın yaradıcılıq prosesində mübahisəsi olur. Küsmək deməzdim, amma mübahisəmiz olur. Sağlam mübahisə olur. Bir-birimizi tanıyırıq, bir-birimizin qabında nə var bilirik.

– Müşfiq bəyin ssenarilərinə müdaxilə edirsinizmi? Müşfiq bəy, etirazlar olurmu?

– Müşfiq: Əsas qazanda bişən "Bu şəhərdə" adlı yemək duzlu olsun, şit olmasın, ürəkbulandıran olmasın. Çalışırıq ki, heç kimi zəhərləməsin, hamı yesin həzz alsın və bişirəndə o qədər bişirək ki, onu səhnə vasitəsilə masaya qoyanda elə qoyaq ki, heç kim ondan heç vaxt doymasın. O ki qaldı ssenarilərə bizim işin gözəlliyi ondan ibarətdir ki, hamımız bir-birimizin işinə müdaxilə etməliyik. Çünki səhnədə nə baş verirsə, tamaşaçının konsertdən çıxanda ifadə etdiyi fikrində görürük. Heç kim demir ki, Rafaelin koserti, Coşqunun konserti, Müşfiqin konserti. Hamısı bir komanda işidir. İş hazır olana qədər təbii ki, mübahisə də olur, ssenariyə də müdaxilə olur, aktyor işinə də müdaxilə olur, kostyumlara da müdaxilə olur, musiqiçilərə də müdaxilə olur. "Bu Şəhərdə"nin musiqi rəhbəri Eldar respublikanın əməkdar artistidir, peşəkar insandır. Ona baxmayaraq elə olur ki, bizdə onun işinə müdaxilə edirik. Tamaşaçı heç bunları bilmir. Bizim üçün əsas olan odur ki, tamaşaçı desin "konsert super idi, gözəl idi."

– "Bu şəhərdə"nin ən zəif hesab etdiyiniz konserti hansı olub?

– Müşfiq: Konsert yox, səhnəciklər olub zəif. Hansısa zarafat ola bilsin zəif olub. Ümumi konsert 5-6 səhnəcikdir. Ola bilsin bunun biri zəif olsun. Biz ona başqa gözlə yanaşırıq. Tamaşaçının reaksiyasıyla zəif olub deyirik. Orta olacaq deyə düşündüyümüz bir səhnəcik, əksinə elə bir ajiotajla qarşılanıb ki tamaşaçı tərəfdən biz özümüz şəka düşmüşük ki, bu cür alqışmı olar?

– Coşqun: Biz pis konsert çıxartmarıq axı. 3-4 ay biz konsertin üstündə məşq edirik. Ssenarist özü öz ssenarisinə müdaxilə edir hətta.

– Rafael: Heç vaxt bir işdən tam razı qalmaq olmaz. Bu adamı uçuruma getirib çıxarda bilər. Orada biraz narazıçılıqlar ola bilər. Onu da əlbəttə ki, biz özümüz bilirik. Konsert bitəndən sonra biz çıxıb evə getmirik. Otururuq bir yerdə müzakirə edirik. 12 gündə oynanılsa, yenə özümüz başa düşəcək narazıçılıqlar olur.

– Bölüşə bilmədiyiniz nədir?

– Rafael: Pulu hamıdan yaxşı bölüşürük. Halallıqla hər şey qaydasında. (gülür)

– Müşfiq: Vaxtı bölüşə bilmirik arada. Tamaşaçı alqışlarını, pulu, şərəfi, şöhrəti, sevinci, kədəri həm səhnədə, həm həyatda bölüşə bilirik.

– Neçə ildən sonra belə bir tandem yenə ola bilər?

– Müşfiq: Tandemlər çox olub. Bugün də var, paralel olaraq da var. Biz çalışırıq ki, milli olaq, yaddaşlarda qalsın "Bu şəhərdə". Düzdür, qıraqdan baxan elə insanlar var ki, xalq artistlərinə "çuşka" deyirlər. Bizə və bizim tamaşaçılarımıza elə deyənlər də var. Eyni zamanda bizim tamaşaçılarımızın içində elə elitar insanlar var ki, mən istəyərəm bu ölkənin 90%-i o səviyyədə olsun. Öz mədəniyyətinə, intellektinə, cəmiyyətdəki davranışına, hörmətinə görə.

– Rafael: O "çuşka" deyenlər var ha, onlar burada yaddırlar. Çünki, Azərbaycanın milli sərvəti, milli mətbəxti, milli adət-ənənəsi var. Və biz milliliyə yaxınıq. O adamlar burada yaddırlar. Biz öz qabımızdayıq.

– Coşqun: O ki, qaldı bizim uzunömürlülüyümüzə, biz öz sevdiyimiz iş ilə məşğuluq. Bizi heç kim məcbur etmir. Biz bu işə əziyyətlə gəlmişik. İstəyir Rafael olsun, Coşqun olsun, Müşfiqin özü olsun. Bu insan gecə- gündüz, birdə görürsən səhərə yaxın bir səhnəciyi bitirir. Biz bu işdə yaradıcılıqla məşğuluq. Siz müsahibəyə başlayanda "Nəyi bölüşə bilmirsiz?" dediniz. Fikrinizdə də pul idi sizin. İndi bədbəxtçiliklər odur ki, cütlüklər ona görə dağılır. Ona görə balaca teatrlar tez dağılır. Pulun üzündən dağılırlar, ya da işi düşünməmiş pulu düşünürlər. Keyfiyyəti düşünməmiş birici maddiyyatı düşünürlər. Bizim işimiz öz işimizlə, sənətimizlə məşğul olmaqdır. Bu işdən bir zövq alırıqsa, bu işdə biz istirahət ediriksə, bu işdə biz nailiyyət qazanırıqsa, bu işdə biz maddi tələblərimizi ödəyə biliriksə, bu iş bizim sevimli işimizdir. Populyarlıq üçün də qaçmırıq. Bizi populyar edən tamaşaçıdır. Biz harasa gedəndə gəlib bizlə şəkil çəkdirirlər. Bax, bunu populyarlıq sayırıq. Daima axtarışdayıq. İstər ssenari tərəfindən, istər yaradıcılıq tərəfindən, istərsə də obraz tərəfindən. Rəqabət üçün, kimisə yıxmaq üçün bu sənətə gəlməmişik. Bizim də öz cığırımız, öz yolumuz var. Teatrın estrada janrı ilə məşğuluq. Bunu sevərəkdən məşğuluq.

– Sizin üçün yadlaşan nədir?

– Müşfiq: Keçən konsertlərin birində molla səhnəciyi var idi. Filmlərə, ən əsas da tərbiyəsiz olanlarına tənqidlə yanaşmışdıq. Bir az da qlobal götürsək, mədəniyyətin özüdür yadlaşan. Mədəniyyətin içindəki mədəniyyətin özüdür, incəsənətin içindəki mədəniyyətin özüdür, cəmiyyətdə mədəniyyətin özüdür. Maşın sürməyin də bir mədəniyyəti olmalıdır, yemək yeməyin də mədəniyyəti olmalıdır, paltar geyinməyin, ünsiyyətin mədəniyyəti və s. Qlobal götürəndə mədəniyyətin özü yadlaşır. Küçədə siqaret çəkən qadın doğmalaşır yavaş- yavaş. Fakt budur ki, biz artıq buna normal baxırıq. Hansısa məxluqların, küçədə qurup halında gəzməklərinə normal baxırıq. Biz ona aqressiv reaksiya göstərmirik. Halbuki, 20 il bundan qabaq vardı, 10 il bundan qabaq ola bilərdi. Xaricdə görüb deyirdik ki, "Buna bax. Bu Azərbaycanda mümkün deyil. Xeyr. Çox gözəl də mümkündür. Televiziyada, verlişlərdə, gündəlik həyatda yavaş- yavaş vərdişlər yaxınlaşır və bayaq adını mədəniyyət qoyduğum amillər əfsuslar olsun ki, uzaqlaşır.

– Coşqun: Müasirlik düzgün başa düşülmür, düzgün qəbul olunmur. Müasirlik dəyərləri qorumaq deməkdir. Adət- ənənəni yeni formada gənclərə təbliğ etmək deməkdir.

– Gəlin belə yanaşaq məsələyə. Son dönəmlərdə çəkilən filmlərdə, müəyyən səhnəciklərdə, konsert proqramlarında yumoru bir az fərqli təqdim edənlər də az deyil. Məsələn 18+ ifadələr və ya səhnələr. Buna münasibət necədir? Sanki artıq çalışırlar bunu tamaşaçıya həzm etdirməyə.

– Rafael: Bayaq Müşfiq dediyi kimi biz ona öyrəşirik. Hansısa filmdə olan anonsları görəndə fikirləşirsən ki, buna yəqin ailəvi gedib baxıblar. Sənə o filmdə qəribə gələn söz, sonradan görürsən ki, ailədə ailə üzvləri arasında zarafata çevrilir. Məsələn: Biz o vaxt gənclər teatrında işləyəndə, Vaqif Səmədoğlunun "İntihar" tamaşası vardı. Heç intim səhnə olmadan. Sadəcə pərdə açılırdı, səhnədə çarpayı, ər-arvad uzanıb. Heç bir intim səhnə yoxdur. Pərdə açıldı, zalda birinci eşitdiyim cümlə o oldu ki, "Bu nədi, ə? Ayıbdı. Burada arvad var, uşaq var. Durun ayağa!" Arvad-uşağı durğuzdu, getdi. Amma indi fikirləşin ki, bu kəlməyə görə zaldan kimsə durub gedər? Onda fikirləşirsən ki, biz geridəqalmışıq, biz nəyisə doğru başa düşmürük.

– Müşfiq: Ona görə o tipli şeylərin ömrü az olur. Ümumiyyətlə, yumorun belə bir qanunu var: İntellekti zəif olan, düşüncəsi kasat olan insanlar hər şey bitəndən sonra ən asan güldürmək metodu olan söyüşlə güldürməyə keçirlər. Söyüşdən sonrada fiziki zarafata keçir. Kiməsə badalaq vurur yıxılsın, altına mismar qoyur otursun, batsın, qan axsın, o da gülsün. Mərifət deyil bu. Günahdır bunu etmək. Bu da bitəndən sonra, güc zarafatı gəlir.

– "Bu şəhərdə" niyə film çəkmir? İldə 2 dəfə konsert verirsiniz. Konsert 2 saatdan çəx davam edir. Filmdən belə artıqdır bu.

– Müşfiq: İldə 2 konsert tamaşaçının gözündə 2 konsertdir. Bu il 5 konsertimiz olub, Gəncə şəhərində 1, Qəbələ şəhərində 2, Sumqayıt şəhərində 5, Bakıda 3, Naxçıvanda 1, Moskvada 1 konsertimiz olub. Fiziki olaraq hazırlaşsaq, film edə bilmərik. Vaxtilə biz film edəndə ölkədə heç kim film etmirdi. O vaxt biz film edəndə kinoteatrlar heç yox idi. Əyləşdiyimiz bu məkanın özüdə bu səviyyədə, bu təmirdə deyildi. Sonra biz keçdik konsertlərə. Film düşünürük. İdeyamız da var. Arada otururuq müzakirə də edirik. Serialmı, filmmi edəcəyik deyə. İnşallah gələn ilə düşünürük. Bu janrın içində ən çətini canlı konsert verməkdir səhnədə.

–"Bu şəhərdə" o şəhərdə olsa idi nə edərdi?

– Müşfiq: Belə baxanda bütün şəhərlər eynidir. Həmin insanlardı, obrazlardı, cəmiyyətdi, problemlərdi, uğurlardı, nailiyyətlərdi. Gözəllik, çirkinlik nə varsa, bir çox şəhərlərə gedirik görürük ki, o şəhərdə də bu şəhərdəki kimidir. Hamısı bir-birinə bənzəyir.

– Coşqun: Amma bu şəhərə şükür.

– Müşfiq: Müqayisədə baxırıq ki, bu şəhərə min şükür.

– Sizi "Bu şəhərə" bağlayan nədir?

– Coşqun: 1 il deyil, 5 il deyil başlamışıq. Bura bizim iş yerimizdir. Sizi işlədiyiniz yerə nə bağlayır? İstədiyimiz məqsədimizə çatmaq idi. İşimizlə məşğuluq, teatrımızla məşğuluq. Belə baxanda 2 aktyorun teatrıdır. Kulis arxası 50 nəfər olsa da, səhnədə 2 nəfər görünür.

– Müşfiq: 22 nəfərdən 2 nəfər görünür. Elə bilirsən 20 nəfərdir səhnədə, amma görürsən 2 nəfərdir. Bunu biz başlamışıqsa, niyə itirək?

– Coşqun: Bunun özəlliyi odur ki, 2 aktyor bütün obrazların öhdəsindən gəlir. 1 ssenarist 2 aktyor üçün yazır. Özü də fərqli səhnəciklər yazır. Ssenaristin beyni nə qədər işləməlidir ki, bir konsertdə 2 aktyora neçə dənə obraz yazsın. Sonra məsuliyyət düşür bizim üstümüzə.

– Elə bir vaxt olub ki, Müşfiq bəyin yazdığı obrazdan imtana etmisiniz?

– Coşqun: Öhdəsindən gələ bilməyəcəyimiz bir şey olarsa, əlbəttəö. İmtina etdiyimiz obraz yox, parodiya olub.

– Qaldıra bilmədiyiniz bir rol yoxdu hə?

– Müşfiq: Yox. Aktyor ona görə aktyordur ki, oynamalıdır. Aktyor yeri gəlsə, lampanı görsə, fantaziyada onu göstərməlidir sənə.

– Toy bazarına aparıcı olaraq girmirsiniz. Səbəbini zəhmət olmasa açıqlayardınız.

– Coşqun: Biz özümüzü orada görmürük deyəndə yekəxanalıq kimi çıxmasın. Sadəcə 1-2 dəfə getmişik bacarmamışıq. 2001-ci ildə getmişdik. Sonra dedik biz burada nə edirik?

– Hansı tərəfi xoşunuza gəlmədi məsələn?

– Rafael: İlk növbədə janr tərəfi. Kimsə oturub masada yeyir-içir, badə-badəyə vurur. Səsdən heçnə eşidilmir, danışdığımıza fikr verilmir. İkincisi də, bəzən elə hallar olur ki, o mədəniyyətsizliklərə görə adam heç qonaq olaraq da toya getmək istəmir. Gedənlərə heç birimiz heç nə demirik. Allah ruzilərin versin. İstər müğənni, istər tamada özləri bilərlər. Biz özümüzü nə tapa bildik, nə görə bildik orda.

– Coşqun: Aktyorlar və müğənnilər arasında sərhəd olmalıdır, görünülmüyən bir şüşəsi olmalıdır. Bunu çox qarışdırmışıq bir-birinə. İstər müğənnilər olsun, istər aktyorlar olsun. Söhbət əsl aktyordan gedir. Altına xətt çəkərək deyirəm. Adi həyatda biz adiyik. Gedirik öz problemlərimizlə, qayğılarımızla, yükümüzlə məşğul oluruq.

– Konsert proqramı bitdikdən sonra pərdələri endirirsiniz aşağı. Bəs, sizin öz gözünüzdən pərdə asanlar çoxdurmu?

– Coşqun: Bu yaşda yox. İndi təcrübəmiz çoxdur.

– Müşfiq: Bəzi hallarda biz elə vid edirik ki, qarşı tərəf fikirləşsin ki, pərdə asdı. O da xoşbəxtcə gedir evə və sevinir.

– Hər kəsin ətrafında qoyulmuş bir çərçivə var. Bəzən məcburiyyət qarşısında çərçivədən çıxmaq məcburiyyətində qalırıq. Belə bir məqamlar olubmu? Bunun izləri qalıbmı?

– Müşfiq: Bilirəm, olub, amma yadıma sala bilmirəm. Mütəq qalıb onun izləri. İnsan o həddə çatır ki, çərçivədən çıxır. Bu hər gün olan bir şey deyil. O yaddan çıxmır. Ömürlük insanın beynində qalır. Adi bir telefon danışığında qarşı tərəf elə bir həddə çatdırır ki, sən çərçivədən çıxa bilərsən. Akademik Milli Dram Teatrında olan bir konsertimizi o həddə çatdırdılar ki, çərçivədən çıxartdılar. Ad çəkməyəcəm. Çünki bəziləri dünyasını dəyişib. Allah hamısına kömək olsun. Sizin öz işinizdə də ola bilər bu. Sən bilirsən ki, paxıllıqdı bu. Amma o bunun adına paxıllıq demir və səni çərçivədən çıxardır.

– Həqiqətənmi aranızdan su keçmir?

– Müşfiq: Sezonuna baxır da. İftara kimi keçmir, iftardan sonra keçir. Bizim aramızdan su keçdi, keçmədi bunu heç kim bilməyəcək. Özəlliyimiz bundadır. Ən azından Allaha min şükür ki, bizdə elə şey yoxdur. Bir yerdə, bir qrupda çalışan insanlar görmüşük ki, oturub bir yerdə çay məclisində, durub dağılışıb gedəndə hərə bir-birinin dalınca danışır. Bir anlıq fikirləşirsən ki, bunlar bir yerdə qazandıqları çörəyi görəsən necə yeyirlər?

– Dağıtmaq istəyən olubmu bu qrupu?

– Müşfiq: Var da. Arzusunda, niyyətində olanlar da var. Əsas odur ki, Allah təala o arzuda deyil.

– İki aktyorun bir-birində bəyənmədiyi xüsusiyyət hansıdır?

– Coşqun: O yaşda deyilik. Artıq bəyənirik xüsusiyyətlərimizi. Bəyənməsək, bir yerdə yol gedə bilməzdik.

– Müşfiq: Bəyənməmək deyil də bir-birlərinin zəif-güclü xüsusiyyətlərini bilirlər. Rafael bilirki, Coşqun buna qadirdir, Coşqun da bunu bilir ki, Rafael buna qadirdi.

– Coşqun: Kaprizimiz bizim işdədir. İşdə bizi görsəniz oluruq canavar. İşimizin xətrinə. Biz özümüzü müdir kimi aparmırıq. Konsertimiz yaxşı keçsin, qutardı getdi.

– Rafael bəyin oğlu vayn şounun qalibi oldu. Necə hisslər keçirdiniz?

– Rafael: Allaha şükür ağlı başında bir uşaqdır. Vaxtında nəzarət etmişəm bilirəm nədir, nə deyil. İndi də, qoy seçimi özü etsin. İstəyər dönər bu yoldan, istəyər davam edər. Yaşı artıq 21-dir, amma yenə məsləhətləşir sağ olsun. Dəfələrlə kino təklifi olur ona, mənə zəng edir. Danışmışıq, məsləhətləşmişik, məsləhət görməmişik. Bəlkə də, həvəsdir onda.

– Güldürə bilir sizi?

– Müşfiq: Rafael dədəsin güldürə bilir, oğlu onu güldürə bilmir? (gülür)

– Rafael: Bizdə nəsildən- nəsilə keçib.

– İş o yerə gəlib çıxdı ki…

– Müşfiq: Neçə illər əmin olurduq ki, biz bunu etmərik və ya heç kim bizə qarşı bunu etməz. İş o yerə gəlib çıxdı ki, həyatda bəzi məqamlarda razılaşırsan. Özün- özünü addımlayıb keçirsən, amma özündən asılı olmayaraq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO