Gənc müğənni Cavid yeni mahnısını təqdim edib.
Oxu.Az-ın məlumatına görə, “Sən mənimsən” adlı mahnı müğənninin sevənləri tərəfindən maraqla qarşılanıb.
“YouTube”a yeni yerləşdirilməsinə baxmayaraq artıq müəyyən baxış sayı toplayan mahnının sözləri və musiqisi ifaçının özünə məxsusdur.
Qeyd edək ki, Cavid bir müddət əvvəl xalq artisti Zülfiyyə Xanbabayeva ilə “İstərdim” adlı mahnıya çəkilmiş klipdə duet ortağı olub.
Zamantv.az