“Son zamanlar məni xərcə salan ərzaq mağazaları oldu. Pulumun əksər hissəsini ora xərclədim. Bu ərəfədə ən çox marketə getmişəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli Xəzər TV-də yayımlanan “X Maqazin” proqramımda deyib.
Sənətçi karantindən sonra mağaza açacağının anonsunu verib:
“Karantin bitsin, görək başımıza nə gəlir (gülür). Fikrimdə var ki, yeni bir iş qurum. İndi yox, gərək bu ərəfələr bir az keçsin”.
Zamantv.az