[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizi qul kimi, fasiləsiz işlədirdilər, amma…” - GİLEY


Naxçıvan Muxtar Respublikasının sakini Məmmədon Akif Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işlədidyi “Gəmiqaya” şirkətinin rəhbərliyindən narazılığını bildirir.

“Mən, Məmmədov Akif Vəli oğlu, 2007-ci ildən “Gəmiqaya” şirkətində mühafizəçi vəzifəsində işləmişəm. Orada bizi qul kimi, saat 20:00-dan 08:00-a kimi fasiləsiz işlədirdilər.

13 il orada davamlı işlədim. Əmək haqqım 330 manat idi. Ayın hər gününü işlədiyim üçün əmək haqqımda artım olmalı idi. Amma mən artım olan 150 manatı heç vaxt almamışam.

Həmçinin, bu 13 il müddətində heç vaxt məzuniyyətə də çıxmamışam. Təkcə məndən kəsilən pullarla nə qədər vəsait edir.

Mühafizə otağı çox balaca, dar idi, içərisində hərəkət etmək olmurdu. Ayaqlarımız keyləşirdi. Bu otağı Tikinti naziri Asəf Məmmədov gördüyü zaman əmr vermişdi ki, otaq dəyişdirilsin. Amma məhəl qoyan olmadı.

Bu vəziyyət məni canımdan etdi, 2021-ci ildə əməliyyat oldum, əməliyyat kağızımı iş yerində qəbul etmədilər ki, sən bizə lazım deyilsən, xəstəsən, belə işləyə bilməzsən. Başa düşmədim ki, hər əməliyyat olan adam yararsız hesab olunur?!

2022-ci ildə cənab Fuad Nəcəfliyə məktub yazıb, vəziyyətim barəsində onları məlumatlandırdım. Ali Məclisdən məktubum Respublika Prokurorluğuna göndərilib. Orada araşdırmalar zamanı aydın olub ki, “Gəmiqaya” şirkəti qanunsuzluğa yol verib. Mənim artıq işlədiyim ortaya çıxmışdı. Daha sonra mən Naxçıvan mediasiyasına 50 manat dövlət rüsumu ödədikdən sonra şirkətdən bir nəfər çağırtdırdım. Şirkətin nümayəndəsi Səfiyar Abışov məni yola gətirmək və yaxud da başından etmək niyyəti ilə deyir ki, sən gərək 2022-ci ildə müraciət edərdin. Mən ona bildirdim ki, cənab Fuad Nəcəfliyə və Ali Məclisə müraciət etmişəm. Mənə deyirlər ki, bu sübut deyil. Başa düşə bilmirəm, əmək kitabçamda işə girmə və çıxma vaxtlarım, dövlət aktım var, bunlar necə ola bilər ki, əsassız sayılır?

Bu şirkətin başında olan türk vətandaşı Vulkan bəyə gedib şikayəti deməyə qorxurlar.

Sizdən xahiş edirəm, mənə köməklik edin, problemim həll yolunu tapsın, haqqım tapdalanmasın”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? – Təfərrüat


Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi “4 MM AQRO” MMC (VÖEN- 6701560141) olub.

“4 MM AQRO” MMC Sumqayıt Yaşıllaşdırma İdarəsinin sifarişilə yaşıllıqların salınması işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “4 MM AQRO” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır.

Tender müsabiqəsinin maraqlı və şübhəli tərəfi odur ki, qalib şirkət – “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 7 gün əvvəl yaranan şirkətin 300 min manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Ətraflı
“4 MM AQRO” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yüzminlərlə manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Onu da qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Məsələn, 25.05.2022-ci il tarixində 141 min manat dəyərində tender elan edib və qalib şirkət təxminən bir ay əvvəl – 15.04.2022-ci ildə dövlət qeydiyyatına alınan “SANDORA” MMC (VÖEN – 1203088251) olub. Yaxud da, 01.07.2022-ci il tarixində 1941 min manat dəyərində tender elan edilib və qalib şirkət təxminən iki ay əvvəl – 06.05.2022-ci ildə dövlət qeydiyyatına alınan “FIKSON TS CORP” MMC (VÖEN – 1102599721) olub.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ana Kürə də övladlıq edə bilmədik... - Nazirlik isə çarəni GÖYDƏ AXTARIR


Kür çayının Salyandan keçən hissəsində çayın mənsəbi qurumağa başlayıb. Quruyan təkcə Kür deyil, həm də salyanlıların ümidləridir.

Rəşid Babayev gəncliyini xatırlayır. Deyir, vaxt var idi Kürdə suyun qarşısını almaq olmurdu:

"Yadıma gəlir 76-cı il. Kür buraları basmışdı. İndi su yoxdu, əkinlər nə günə qalıb."

Kürün suyunun çəkilməsi Neftçalada da kəndlilərin vəziyyətini çətinləşdirib. Şorkənd sakini Vaqif Bağırov deyir, Kürün qurumasına görə ağacları məhv olmaq üzrədir:

"Ağıllı oğlum, 300-ə yaxın ağacım var, hamısı yanıb. Görürsən nə gündədir? Hamısı gilas ağacıdır."

Kəndlilərin dərdi bununla da bitmir. Vaqif kişi deyir, bilmir saxladığı heyvanlara su tapsın, yoxsa əkin-biçinə, yaxud içməyə.

Balacaxanım Ağalarova da Şorkənd sakinidir. Deyir, nəinki həyət-bacaya, heyvana, heç içməyə də su tapmırlar. Kəndə isə gün ərzində 2 saat su gəlir, o da içməli deyil:

"Təsərrüfat əldən gedib. Bu dəqiqə fikirləşirik ki, balaca nəvələrimizə nə verək içməyə?

Kəndlilər hələki içməli suyu pulla alırlar. Amma deyirlər, buna da imkanları çatmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata açıqlamasında qeyd olunur ki, Kürdə suyun azalmasına səbəb iqlim dəyişikliyidir. Yağış yağanda problem həllini tapacaq.

Görünən budur ki, çörəyi Kürdən çıxanların problemini yalnız yağış həll edə bilər. O da nə vaxtsa yağsa.

Toplum TV

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KOBİA-nın tenderini “Paşa Holdinq”ə bağlı hotel uddu – 300 min alacaq


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.

Tender müsabiqəsinin qalibi "BAKU BOULEVARD HOTEL COMPANY" MMC (VÖEN – 1402872891) olub.
Müsabiqənin şərtlərinə görə "BAKU BOULEVARD HOTEL COMPANY" MMC KOBİA-nın keçirəcəyi tədbirlər üçün zallar təqdim edəcək və qarşılığında 294 min 233 manat alacaq.
Məlumat üçün bildirək ki, "BAKU BOULEVARD HOTEL COMPANY" MMC 18.07.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Neftçilər pr., ev 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Patrik Yohannes İzerloedir.
Onu da qeyd edək ki, "BAKU BOULEVARD HOTEL COMPANY" MMC ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə bağlıdır.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kamran Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 13-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Günün qoroskopu: Münasibətlərə yeni məna verin


Ddünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - ətrafınızda yaşanan olayları nəzərə alaraq ehtiyatlı olun. Hadisələrə vaxtında, təxirəsalınmaz, sürətli reaksiya verin. Hisslər, emosiyalar, antipatiyanın qarşısını almaq çətindir. Onlar əhvalınıza təsir edəcək, stimul və məqsədləri müəyyənləşdirəcək. Başqasının tələbi və ya göstərişi ilə yeni işə başlasanız da, bütün variantları diqqətlə düşünün. Həyat dəyişikliklər tələb edir, enerji yenilənir.

Buğa - yaşananları fatum qismində qəbul etməyin. Nə iləsə vidalaşmaq və unutmaq ehtiyacı yaranırsa, əvəzində cari mərhələdə daha maraqlı və dəyərli nəsnə əldə etmək olar. Şərait imkan verirsə, günün ikinci yarısında yeni işə başlayın.

Əkizlər - hansısa konkret istiqamətdə diqqəti cəmləşdirmək çətindir. Yeni işlər, tapşırıqlar və qayğıların sayı artır. Yaxın ətrafınızdakı insanlar sizdən daha çox nəticə istəyirlər. Yaşananlara həyəcan, təlaşla baxmayın. İşinizin keyfiyyətini yaxşılaşdırın. Az sonra hər şey daha müəyyən və konkret olacaq.

Xərçəng - işləri, fəaliyyət sahəsini qaydaya salın, informasiyanı sistemləşdirin. Narahatlıq hiss edirsinizsə, başqa fəaliyyət istiqamətini seçin. Axtardığınızı indi tapa bilərsiniz. Bəzi problemlər isə sizin iştirakınız olmadan həllini tapacaq.

Şir - işdə maraqlarınız kollektivin mənafeyi ilə üst-üstə düşməyə bilər. Tələsməyin. Ola bilər ki, geriyə addım atmalı, iddia və tələblərinizdə inadkarlıq etməməlisiniz. Normal qəhrəmanlar həmişə məqsədə doğru inadla, amma ağılla hərəkət edirlər. Cazibədar ideyanın təsiri altına düşə bilərsiniz. Bu ideya sizə uğurla yanaşı, yeni intriqa və hətta həyatınızda yeni düşmənin peyda olmasını vəd edir.

Qız - məhz təmkinli davranmaq sizə radikal addımlar atmamağa imkan verəcək. Uğurlarınızın bilavasitə asılı olduğu sahədə reallıq hissini itirməyin. Axşam saatlarında dincəlin, səhhətinizin qeydinə qalın, açıq havada gəzintiyə çıxın.

Tərəzi - malik olduğunuzu dəyərləndirin. Dönüş və can atmaq üçün məqsəd var. Ciddi, konstruktiv ideyaları inkişaf etdirməyə, reallaşdırmağa çalışın. Əsas məsələ odur ki, geriyə qayıdışı düşünməyin, təəssüf və ya pərişanlığa səbəb ola biləcək addım atmayın. Maddi maraqlar aktivləşsə də, kimdənsə asılılıqdan qurtulmaq ehtiyacı yaranacaq.

Əqrəb - həyatın aktiv axarının bərpa olunmasına ehtiyac duyulduğu vaxtdır. Kollektivdəki ab-hava pisləşə bilər. Münaqişə və ya mübahisə istisna deyil. Qəfil tapıntınız və ya təəssüratlarınızı ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. İdeyalarınızı müstəqil şəkildə inkişaf etdirin, düşünün, təhlil edin.

Oxatan - şəxsi münasibətlərdə maraq və istəklərinizlə bağlı nə varsa, inadkar, qətiyyətli olun. Amma unutmayın ki, ünsiyyətdə olduğunuz insan da eyni davranış modelini seçə bilər. Ümumi iş, məqsəd və ya plan sizə mümkünsüz təsir bağışlayan işi tamamlamağa, tərəfdaşlıq münasibətlərində yeni üfüqlərə, maraqlara səbəb olacaq.

Oğlaq - uğur və bacarıqlarınızla qürrələnərək rəqibin inkişafını gözdən qaçırmayın. Münasibətlərə yeni məna verin, tərəfdaşla planları müzakirə edin, yeni işin miqyasını dəqiqləşdirin. Bu gün sizə və əməyinizə təlabat var. Maraqlı təklif ala bilərsiniz. Dərhal cavab verməyin, düşünün. Şəxsi münasibətlərdə sayıq olun. Günün ikinci yarısında zahiri görünüşünüzə fikir verin, nikbin görünün.

Dolça - faydalı və gəlirli iş tapsanız, bu barədə tərəfdaşınıza, şərikinizə xəbər verin. Çalışdığınız insanın kimliyi və hansı əlavə imkanlar aramağınızdan uğurun yarısı asılıdır. Sürətli olun, ətalətli davranmayın. Aktivlik uğurun ikinci yarısıdır. Şanslı gündür, iş və qərarları təxirə salmayın.

Balıqlar - işlər əla alınır, hər şey yaxşıdır. Amma eyforiyaya qapılmayın, ehtiyatlı olun. Uğur və irəliləyiş gözləmədiyiniz məkanda, istiqamətdədir. Yalnız diaqnoz, dəyərləndirmələrə yol verməyin, tələsik qərarların müəllifi olmayın. Ailəvi həllin optimal olduğu işə başlayın. Hadisələr və xəbərlər yaradıcılıq planlarınızı ləngidə bilər. Həmkarlarınız və ya tərəfdaşlarınız isə sizə əlavə iş tapşırmaq istəyəcək, hiss və həyəcan yükünü sizə vermək fikrinə düşəcəklər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Elçin Babayev, arxalandığınız Ramiz Mehdiyev vəzifədə deyil, evindədir”

“Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin ədalətsizliklərindən çoxu bezib. Tələbələrə təqaüd verməmək üçün əlindən nə gəlirsə, edir. Axı niyə? Sizi nə vadar edir ki, tələbələrin haqqına girəsiniz. Mətbuat xidmətindən də ətraflı cavab ala bilmirik. İndi mən başa düşmürəm, cənab Babayev, siz kimdən artıqsınız?! Deyin bilək. Yoxsa, elə bilirsiniz ki, ölənə qədər o vəzifədə qalacaqsınız?!”.

Bunu “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev bildirib.

“Elçin Babayev, arxalandığınız Ramiz Mehdiyev vəzifədə deyil, evindədir”
“Elçin Babayev, arxalandığınız Ramiz Mehdiyev vəzifədə deyil, evindədir”

“Sizi təyin edən bir gün oradan çıxaracaq. Bəlkə də əməllərinizə görə, daha tez cavab verəsiniz. Hər şey ola bilər. Ayılın, dövlətin gözü görür. Tapşırıqla, ayrı-seçkiliklə, tələbələri incitməklə heç nəyə nail ola bilməyəcəksiniz. Arxalandıqlarınız da artıq vəzifə daşımır. Ramiz Mehdiyev evdədir, Rövnəq Abdullayevdən də xəbəriniz var. Məndən sizə məsləhət, iriçaplı məmurlara çox da arxalanmayın. İnanıram ki, BDU-da da gec-tez yoxlamalar başlayacaq”, - F.Paşayev qeyd edib.

“Konkret.az”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan səhiyyəsində YENİ HOQQABAZLIQ... - İTTİHAM VAR!


Naxçıvan Səhiyyə Nazirliyi, ürək-damar xəstəliklərinin müayinəsi üçün vacib olan Exokardioqrafiya aparatlarını Kardioloji Mərkəzin əlindən alıb. Məqsəd, xəstələri özəl klinikilarda pullu müayinədən keçməyə məcbur etməkdir.

Bu haqda „Gündəlik Naxçıvan“a Mərkəzin həkimləri məlumat verib. Onların sözlərinə görə, Mərkəzdə cəmi bir aparat saxlanılıb ki, onun da istifadəsinə həftədə bir gün icazə verilir. Bu səbədən, xəstələr müayinə üçün bəzən aylarla növbə gözləməli olurlar. Mərkəzdə çalışan, təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən həkimlərdən birinin sözlərinə görə, onlara yuxarıdan tapşırıq gəlib ki, xəstələri özəl klinikalara yönləndirsinlər:

„Bir neçə belə aparatımız var idi. Gəldilər, yığışdırıb, apardılar. Cəmi birini saxlayıb dedilər ki, həftədə bir gündən artıq işlətməyin, kim soruşsa, deyin xarab olub. Biz də məcbur olub, belə edirik. Etməsək, işdən qovula, hətta həbs oluna bilərik. Bu, insanlıqdan kənardır. Bəzən ağır xəstə gəlir ki, təcili müayinə olunmalıdır. Məcbur olub deyirik ki, get, filan özələ. Özəl klinikalar hər ay Səhiyyə Nazirliyinə haqq verirlər. Onlar da Ali Məclisə çatdırır pulu. Bu oyunu qurublar ki, özəllərdən daha çox haqq yığsınlar. Ortada kasıb xəstələrə yazıq olur“.

Şahbuz rayon sakini Sevdayar Allahverdiyev deyir ki, ürəyində problemlər yarandığı üçün təcili Naxçıvan Kardioloji Mərkəzinə aparılıb. Həkim ona təcili müayinə edilməli olduğunu bildirsə də, onlardakı aparatın xarab olduğunu deyib:

“Dedi ki, təcili özəl xəstəxanaların birinə get, müayinə ol, cavabı mənə gətir, ondan sonra müalicə edim. Məcbur qalıb, „Şəfa“ özəl klinikasına gedib, pullu müayinə olundum. Bundan sonra həkim mənə müalicə yazdı”.

Digər şikayətçi Nadir Mirzəyev deyir ki, ağır ürək xəstəsi olan qardaşının müayinə olunması üçün, Mərkəzdə onlara 25 gün növbə gözləməyi təklif ediblər:

„Dedilər ki, Exokardioqrafiya aparatı xarabdır, növbəyə yazılın, bəlkə 25 gün sonra müayinə edə bildik. Təcili olduğundan, yönləndirdilər özəl xəstəxanaların birinə. Pulumuzu verib, müayinə olunduq. Əvvəllər bu cür problemlər olmurdu. Bir neçə aparatları var idi, gələn kimi, müayinə edirdilər. İndi bizi məcbur edirlər ki, özəllərin cibini dolduraq ki, onlar da yuxarıların cibini doldursun“.

Bir müddət öncə sakinlər, Naxçıvan Mərkəzi Xəstəxanasındakı qan analizi aparatlarının da yoxa çıxmasından şikayət edirdilər. Onlar bildirirdi ki, bu səbəbdən, təcili analiz vermək istəyən xəstələr, özəl klinikalara yönləndirilir. Gündəlik Naxçıvan
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN-də baş verən kadr dəyişikliklərinin pərdəarxası – Qurumda əslində nələr baş verir?


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir neçə gün əvvəl ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad etmiş və digər sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin etmişdir

19 ilin nazir müavini olmuş Firdövsi Əliyev son bir ilə qədər YAP Siyasi Şurasının üzvü kimi də nüfuza malik idi. Dövlət başçısı tərəfindən qəfil olaraq belə bir addımın atılmasına səbəb olmuş hadisənin incə detalları barədə dövrü mətbuatda çoxsaylı versiyalar irəli sürülür. Lakin Firdovsi Əliyevin vəzifəsindən atılmasının əsl səbəbbləri geniş ictimaiyyətə qaranlıq qalmaqdadı. Amma xatırlatmaq istərdik ki, son illər onun kurasiyasında olan meşə fondu ərazilərində baş verən xoşagəlməz hallar, məsələn çoxsaylı müəmmalı meşə yanğınları, regionlarda olan minlərlə hektar sıx meşə ərazilərinin kürünərək məhv edilməsi və torpaqlarının ayrı ayrı işbazlara satılması, qiymətli meşə cinsli ağacların saxta sənədlərlə sanitar zonaya aid edilərək kütləvi qırılması halları bütün Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb olmuşdur.
Elə sonuncu araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, Qusar rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə sahəsində olan qoz bağının, tingliyin və palıd, vələs və qovaq ağaclarından ibarət olan meşəliyin buldozerlə 2020-ci ildə kürünürərk ayrı ayrı işbazlara və nazir Muxtar Babayevin kürəkəni olan Elçinə 30 ha sahənin, xalası oğlu Fizuli Babayevin AAB-nin Quba filialında vəzifədə işləyən kürəkəni olan Murada da 30 ha-nın və qalan 150 ha isə pulla ayrı-ayrı işbazlara icarə adı altında satılması, Vəlvələ kəndi yaxınlığında kürünən meşə fondunun oliqarx məmura yaxın adamın adına icarə müqaviləsi bağlanılması və meşəliyin yaxınlarına peşkəş edilməsi olub. Bu kimi qanunsuzluqların yuxarı dövlət orqanları qarşısında qaldırılması nazir Muxtar Babayevi çıxılmaz vəziyyətə salmışdır.

Qeyd edək ki, meşə fondunun torpaqlarının əkilməsi, meşələrin kürünərək yerində müxtəlif təyinatlı obyektlərin tikintisi artıq kütləvi hal alıb. Bu tək respublikanın şimal bölgəsində deyil cənubunda, qərbində də olan meşə torpaqlarında da baş verir. Lerik, Astara meşələrinin kütləvi şəkildə qırılması barədə elektron media resurslarında kifayət qədər məlumatlar var. Şəki, Qax meşələrinin talan edilməsi barədə də həmçinin. Əldə etdiyimiz ən son məlumatlarda Daşkəsən, Gədəbəy, Şəmkir rayonlarında da meşə fonduna aid torpaqların əkilməsi kütləvi hal alıb. Bununla bağlı geniş məlumatları növbəti araşdırmaların birində daha geniş faktlar açıqlayacağıq.

Firdovsi Əliyevin vəzifəsindən azad olunmasına qayıdaq. Hazırda Baş Prokurorluqda baş vermiş ekoloji cinayətlə bağlı araşdırmaya başlanılmışdır. Məlumatlara görə təkzibolunmaz faktlar qarşısında qalan nazir özünü xilas etmək üçün çıxış yolunu 19 ilin müavini olmuş Firdovsi Əliyevin “günah keçisi” kimi cəzalandırılmasını məcburən təşkil edib vəziyyətdən çıxmaq istəmiş və hələlik buna qismən də olsa nail olmuşdur. Əslində isə Firdovsi Əliyevlə bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başda nazir Muxtar Babayev olmaqla bir çox səlahiyyətliləri də vəzifələrindən alınmalı idi. Daha əvvəl Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun güya pensiya yaşının çatması ilə əlaqəqar vəzifəsindən azad edilməsi barədə xəbər vermişdik. Amma göründüyü kimi, respublikada meşələrin kütləvi şəkildə qırılması faktlarına ETSN müxtəlif donlar geyindirmək istəsə də Baş Prokurorluq qurumu təkzibolunmaz faktlarla üzbəüz qoyub. Odur ki, birinci müavin olaraq Firdovsi Əliyev hər şeyi Meşələrin İnkişafı Xidmətinin rəisinin üzərinə atıb. Amma birinci dalğa Xalıqverdi Hüseynovu apardısa, ikinci dalğa isə Firdovsi Əliyevin özünü aparmalı oldu. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində üçüncü bir dalğanın da baş verəcəyi gözlənilir. Bu dalğa isə çox güman ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovu aparacaq. Son vaxtlar ağacların kütləvi şəkildə kəsilməsi və bir çox ekoloji problemlərin yaranmasında Ekspertiza Agentliyi sədrinin də az rolu olmayıb. Muxtar Babayevin özünə gəlincə. Yaxın zamanlarda o da bəlli olacaq.

Elə bu arada Quba rayonundan olan məlumatlı mənbəmiz nazir Muxtar Babayevin Quba rayonun Vəlvələ kəndi yaxınlığında, Bakı-Quba yolunun Vəlvələ çayından sonrakı hissəsindən 3.4 km sol tərəfində yerləşən və ərazisi 200 ha-dan çox olan qədim meşəliyin də Bakıda fəaliyyət göstərən oliqarxa peşkəş etməsi bildirlmişdir. Sıx meşə cinsli qiymətli ağacların olduğu ərazi nahamar olduğundan meyilli yerləri kürünərək düz hala gətirilmiş və düzən torpaq zonada başdan ayağa gilas tingləri əkilərək kənarları dəmir setkalarla bərkidilmişdir. Bir sözlə, məşhur oliqarx tərəfindən meşənin məhv edilməsi nəticəsində mənimsənilmişdir. Doğrudur, milli sərvətlərimizə qarşı törədilən genişmiqyaslı vəhşiliyə hətta Quba rayon İcra Hakimiyyəti səviyyəsində də səs çıxaran cürət sahibi tapılmamışdır. Yerli ictimaiyyət də susqunluğa üstünlük vermişdir.

Bu arada onu da xatırlamaq yerinə düşərdi ki, İstər Qusar rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə ərazilərinin nazirin yaxın qohumlarına hər birinə 30 ha olmaqla peşkəş edilməsi faktlarını hazırda prokurorluq orqanları tərəfindən ciddi araşdırıldığından ETSN rəhbərliyi də bu araşdırmaları ictimayyətə təqdim etdiyimiz üçün bizimlə hər yerdə, hər vasitə ilə, hər bir kanallardan istifadə etməklə maraqlanırlar. Güman edirik ki, bu təqiblər ETSN xüsusi şöbəsinin müdiri olan Elman tərəfindən təşkil edilir. Xatırladaq ki, Elman bəy Rusiya Federasiyasında FTX-nın polkovniki rütbəsində fəaliyyət göstərsə də, cənab nazir onu Moskvadan Bakıya dəvət etmişdir.

Bizi isə əsas maraqlandıran detal budur ki, nazir postunda olduğu müddətdə cənab Babayevin təbii sərvətlərimizə qarşı törətdiyi irimiqyaslı qanunazidd hərəkətlər barəsində dövri mətbuatın, yerli sakinlərin yazdıqları çoxsaylı şikayətlərə rəğmən özünü toxunulmaz saxlamasının sirri haqqında yeni araşdırmalara baş vurmuşuq. Və bunun səbəblərini gələn sayımızda detalları ilə ictimaiyyətə təqdim edəcəyik.
Necə oldu ki, sabiq Müdafiə naziri Səfər Əbiyevdən fərqli olaraq ( hər iksi Quba rayonundandır) dövlət başçısı etimadı doğrultmayan belə bir dövlət məmurunu postunda saxlamaq məcburiyyətində qalmışdır?
Bizi izləyin.

Aktualinfo.org-un araşdırma qrupu

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO