[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Orxan Əsgərovun nəşi niyə gec gətirildi? - RƏSMİ AÇIQLAMA + VİDEO


Xarici işlər nazirinin müavini Xələf Xələfov şəhid Orxan Əsgərovun nəşinin Vətənə gec gətirilməsi ilə bağlı açıqlama verib.

O qeyd edib ki, cənazənin gec gətirilməsinin səbəbi sənədlərin rəsmiləşdirilmə prosedurdur.

“Düşünmək istəmirəm ki, qəsdən bu məsələlər uzadıldı”, - deyə nazir müavini əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Vasif Tağıyevin qəhrəmanlığından danışdı: O olmasaydı...


Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı bu hadisəni şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.

Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.

Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev: "Bu qanlı terror hərtərəfli araşdırılmalıdır"

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı bu hadisəni şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.

Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.

Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsrail prezidenti İlham Əliyevə zəng etdi


Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Prezident İsxak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib.

İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb. Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Biznes dairələrinin birgə fəaliyyəti bizi daha da gücləndirəcək" - İlham Əliyev


“Dünən Azərbaycan iş adamları ilə cənab Prezidentin (Misir Prezidenti Əl-Sisi – red.) görüşü olub. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olub”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə bildirib.

“Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq”, - dövlət başçısı vurğulayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ən böyük problemlərdən biri...VERGİDƏN YAYINMAQDIR... - “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli yaxın zamanda həbs olunacaq...


General Rza Talıbovun bazarı bağlanır....

Bütün dünyada dövlətin normal işləməsi üçün vergi sistemi var. Təsəvvür edirsiniz, qazı, nefti, nə bilim qızılı olmayan balaca Estoniyada minimal əmək haqqı 3000 avrodur. İstər-istəməz ortaya sual çıxır ki, bu qədər pul bu balaca ölkədə haradandır ki, bu vətəndaşına bu qədər əmək haqqı verə bilir..? Bu sualın bircə cavabı var: Bu ölkədə vergi sistemi düzgün qurulub.

Bəli, hər gün oxuyuruq ki, filan şirkətin dövlət büdcəsinə 100 min manat borcu var....filan məmurun oğlunun dövlət büdcəsinə 300 min manat borcu var...filan nazirin arvadının vergiyə 400 min borcu var...və s. Bunu sonsuza qədər davam etdirmək olar.

Deməli, məmurlarımız, onların övladları, ailə üzvləri dövlət büdcəsini təkcə talan etmirlər, həm də büdcəyə ödənilən vergiləri vermirlər... Belə olan halda dövlətin büdcəsində pul haradan ola bilər..? Hələ bu harasıdır..? Filan məmurun Azəriqaza, filan nazirin Azərişığa, filan komitə sədrinin Azərsuya....100 min manat borcu var. Belə xəbərləri hər gün oxuyuruq. Adam dəhşətə gəlir ki, bu necə ola bilər..? Vətəndaşın 1 manatı olmayanda qazı, işığı, suyu kəsilir. Bəs bu məmurun 100 min manat borcu olduğu halda niyə qazı, işığı, suyu kəsilmir..? Bu məsələ təkcə məmurlarla bağlı deyil ee... Məmurların himayə etdiyi biznesmenlərlə də bağlıdır.
Təsəvvür edirsiniz, Cənubi Qafqazın ən böyük Ticarət Mərkəzlərindən biri, birincisi, Sədərək Ticarət Mərkəzidir. Bura ərəb ölkələrindən, nə bilim Dağıstandan, Tatarıstandan, Çindən daha haralardan biznesmenlər gəlib ticarət yapırlar. Və bu boyda Ticarət Mərkəzində hesab-uçot-zad yoxdur. Nə vergi, nə rüsum, nə hesabat-filan... Bəli, bu Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli özünü az qala “karol” kimi aparır.
Məlumat üçün onu da qeyd edək ki, Yusif Qədimbəyli ilə Naxçıvanın “kəndxudası” Vasif Talıbov, daha doğrusu, onun general oğlu Rza Talıbov “Sədərək” Ticarət Mərkəzini şərikli işlədiblər.
İndi son informasiyalara diqqətlə fikir verin. İki gündür ölkənin informasiya agentlikləri “Sədərək”də baş verənləri tirajlayır.
Bəli, yayılan son məlumatlara görə...... Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Sədərək” ticarət mərkəzinin də adı çəkilir. Bu ticarət mərkəzində milyardlarla vəsait dövr edir.
Təsəvvür edirsiniz, milyardlar dövr edir. Və üstəlik.... Deməli, bu ticarət mərkəzinə daxil olan hər bir avtomobil 50 qəpik pul ödəyir. Bu bir gündə, bir ayda bilirsiniz nə qədər pul eləyir..? Amma vətəndaşlara 1 manatlıq qəbz-çek verilmir...
Biz bir media olaraq illərdir yazırıq ki, Azərbaycana ən böyük təhlükə məmurlarda toplanmış milyardlardır. Bəli, bu gün Naxçıvanda Vasif Talıbova qarşı baş verən proseslərin səsi Sədərəkdən gəlir.
Xatırladaq ki, iki gündür “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. Yeni vergi siyasətilə razılaşmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmırlar. Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər. İndi gördünüzmü, Vasif Talıbov- Ramiz Mehdiyev cütlüyü sakit oturmaq istəmir.
Sözün qısası, bu ölkədə Yunis-Yusif Qədimbəyli qardaşlarının həbsi labüddür. Və Vasif Talıbovun oğlu Rza Talıbovun Yusif Qədmibəylilə birgə-ortaq bazarı bağlanmalıdır.
Sonda dövlət qurumlarına bir sual ünvanlayırıq: Ənvərin vergi borcunu kim ödəyəcək..? Yusif Qədimbəylinin Prezident Administrasiyasında işləyən oğlunun evindən bu yaxınlarda 1 MİLYON oğurluq oldu... Dövlətdən maaş alan bu cavan oğlanlın evində 1 milyon haradandır..?
Sözün qısası, Vasif Talıbovdan sonra növbə Yusif Qədmibəyliyə çatır... Ümid edirik ki, yaxın günlərdə Yusif Qədimbəylinin həbsi qaçılmaz olacaq.
P.S. Yusif Qədimbəylilər cəmiyyətdə nə qədər pullu kimi görsənsələr də keçmişə nəzər salanda hər şey açıq-aydın görsənir. gundelik-baku.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Misir Prezidentini qarşıladı


Azərbaycana səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehriban Əliyeva İrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı başsağlığı verdi - FOTO/VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”
Mehriban Əliyeva İrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı başsağlığı verdi - FOTO/VİDEO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO