[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əvvəlcə kartı, sonra hesabdakı pulu oğurladı...
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moskvanın şantajı bitmir: Azərbaycan da ayıq-sayıq olmalıdır
Zamantv.az - Rusiyanın “Qazprom” şirkəti Bolqarıstan və Polşaya qaz tədarükünü tam dayandırdığını elan edib. Şirkətdən bildirilib ki, buna səbəb qazın pulunun rublla ödənilməsindən imtina edilməsidir: “Qaz tədarükü aprelin 27-dən başlayaraq, ödəniş müəyyən olunmuş qaydaya müvafiq surətdə həyata keçirilən vaxtadək dayandırılıb və bu barədə hər iki ölkəyə qabaqcadan bildiriş göndərilib. Bolqarıstan və Polşa tranzit dövlətlərdir. Əgər onlar üçüncü ölkələr üçün nəzərdə tutulmuş həcmdən qeyri-qanuni qaz götürməyə başlasalar, yanacaq tranziti həmin miqdarda ixtisar olunacaq”.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyanın bu iki Avropa dövlətinə qaz ixracını dayandırması onların Rusiyaya qarşı sanksiyalara qoşulması ilə bağlıdır, vəsaitin rus rublu ilə ödənilməsi ilə bağlı tələb isə əslində bir bəhanədir.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın harada imkanı çatacaqsa, rəqib dövlətlərə mane olmağa çalışacaq: “Bu, əslində gözlənilən bir məsələdir. Polşa və Bolqarıstanın hədəf olaraq seçillməsinin isə məntiqi əsası yoxdur. Çünki hazırda Rusiyadan ən çox qaz idxal edən ölkə Almaniyadır. Eyni zamanda Ukraynaya ən çox dəstək verən ölkələrdən biri də Almaniyadır. Əgər sanksiyalar tətbiq etmək zərurəti var idisə, Moskva ilk növbədə bunu Almaniyaya qarşı etməli idi. Rusiyadan Almaniyaya hər il 55 milyard kubmetr qaz idxal olunur. Yəni, burada məntiq axtarmaq çətindir”.

“Həm Bolqarıstan, həm də Polşa Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaldıb. Bolqarıstan daha çox Azərbaycandan qaz idxal etməyə başlayıb, Polşa isə sıxılmış qaz limanları inşa edir. Arıtq iki liman inşa edilib və Amerikadan ən çox təbii qaz alan Avropa ölkəsidir. Rusiyadan asılılığı az olduğu üçün Moskva bu iki Avropa ölkəsinə qarşı rahat davrana bilir, böyük və asılı olduğu dövlətlərə qarşı isə analoji addımlar atmaqdan çəkinir”, - deyə həmsöhbətimiz bildirib.

O, başqa bir məqama da diqqət çəkib: “Heç bir Avropa ölkəsi ikili hesab açmaq istəmir. Əslində “rublla ödəniş” deyilən anlayış mövcud deyil. Sadəcə “Qazprom”un bankında hesab açılır, bu bank vəsaiti rus rubluna konvertasiya edərək hökumətin büdcəsinə köçürür”.

Mütəxəssis hesab edir ki, Rusiyanın Avropaya qaz satışına görə Azərbaycana da təzyiqləri gözlənilir: “Haraya imkanı, gücü və əli çatırsa, Rusiya həmin ölkələrə qarşı təzyiqləri artıracaq. Bu, bəlli bir həqiqətdir. Ona görə ki, Rusiyaya qarşı koalisiya güclənib və getdikcə əhatə dairəsi genişlənir. Təsəvvür edin ki, Rusiyanın ən çox güvəndiyi ölkə Hindistan idi. Hindistan, eləcə də Çin Rusiyaya qarşı sanksiyalara qoşulmağa başlayıb. Belə bir şəraitdə Rusiya təklənmiş duruma düşüb. Əlbəttə, o da istəyir ki, öz ətrafında koalisiya yaratsın. Lakin heç bir ölkə bu gün onunla əməkdaşlıqda maraqlı deyil və hamı Rusiya ilə məsafəli dayanmağa çalışır. O cümlədən də Azərbaycan”.

“Bu baxımdan Rusiya dünya boyunca təzyiq mexanizmlərini işə salacaq və ən çox diqqəti postsovet məkanına yönəldəcək. Lakin onun nəticə əldə edəcəyi, təzyiqlərinin effektiv olacağı barədə qəti mülahizə yürütmək çətindir. Bu, hadisələrin gedişatından asılı olacaq. Mövcud şəraitdə Moskvanın təsir imkanları zəifdir və belə davam edəcəksə, təzyiq siyasəti də nəticəsiz qalacaq”, - deyə Cəfərli vurğulayıb.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya şərhində Rusiyanın uzun müddətdir təbii qazdan təzyiq vasitəsi kimi istifadə etdiyini söyləyib: “Avropa dövlətlərini onillərdir həm təbii qazın qiymətləri, həm də tranzitlə bağlı təhdid edir. Bunun da əsas səbəbi odur ki, Rusiya hökuməti imzaladığı heç bir müqaviləyə hörmət etmir. İstənilən anlaşmadan öz imperalist məqsədləri naminə geri çəkilə bilir. Əslində, bu gün ona qarşı sanksiyaların əsas səbəblərindən biri də budur. Görünən odur ki, Qərb də artıq Rusiyanın özbaşınalıqlarına göz yummaq niyyətində deyil. Təbii ki, Kremlə qarşı təzyiqlər davam edəcək. Bu təzyiqlər artdıqca, Moskva da təxribatçı hərəkətlərini davam etdirəcək. Bəzi dövlətləri təbii qazla, bəzilərini müharibə, bütün dünyanı isə atom silahı ilə hədələyəcək”.

“Lakin bu gün onun özü elə bir vəziyyətdədir ki, Qərbə qarşı təzyiq alətləri mövcud deyil. Digər yandan Ukraynaya təcavüzü zamanı ağır itkilərə məruz qalıb. Habelə çoxvektorlu embarqolar şimal qonşumuzun gələcəyini təhlükə altına atır. Bu mənada Rusiya hökumətinin, eləcə də Prezident Putinin sonu yaxşı görünmür”, - deyə müsahibimiz bildirib.

Bəydəmirli əlavə edib ki, Rusiya Azərbaycana hər zaman təzyiq edib və bundan sonra da edəcək: “Təbii ki, Azərbaycanın öz təbii qazını Avropaya nəql etməsi Moskvanın marağına uyğun deyil. Rusiya mütəmadi olaraq Azərbaycanın beynəlxalq iqtisadi layihələrini anti-reklam edib və bununla öz əhəmiyyətini artırmağa çalışıb. Ticarət savaşından vaxtaşırı olaraq həm Azərbaycana, həm də Türkmənistana qarşı istifadə edib. Bu təzyiqlər təkcə iqtisadi yox, bütün istiqamətlər üzrə davam edib. Təbii ki, Rusiya şantajçı bir dövlətdir və istənilən təxribata hazır olmalıyıq. İmkan verməz olmaz ki, bataqlıqda olan Rusiya Azərbaycanı da öz arxasınca çəksin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lavrovdan nüvə müharibəsi ANONSU
“Rusiya özünü NATO ilə müharibə vəziyyətində hesab etmir”.

"Zamantv.az" lent.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Rusiya NATO ilə müharibə aparmır, hadisələrin bu cür inkişafı nüvə müharibəsi risklərini artıra və nüvə müharibəsinə doğru bir addım ola bilər”, – nazir qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir narkoman sükan arxasında SAXLANILDI
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Zamantv.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Salyan rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğdə cərimələnəib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeniyetmə İTKİN DÜŞDÜ - FOTO
Salyan rayon sakini itkin düşüb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, sarışın və qısa saçlı. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda svetoforu ağac basdı, sürücülər ÇAŞ-BAŞ QALDI - FOTO
Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində sürücülər svetoforu görə bilmir.

Zamantv.az xəbər verir ki, buna səbəb ağacın svetaforun üzərini örtməsidir.

Qeyd edək ki, xüsusilə də yaşıl işğın üzəri örtüldüyündən sürücülər daha çox əziyyət çəkir. Onlar nə vaxt dayanacaqlarını bilsələr də, nə vaxt dayanacaqlarını bilmirlər.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, belə yerlərin siyahısı tutulur:

“Bunun kimi yerlərin siyahısı hazırlanıb. Hansı ki, ağaclar yaşıllananda yol nişanları, svetaforları görünməz hala gətirir. Onlarla bağlı araşdırmalar davamlı olaraq aparılır. Siyahı da artıq müvafiq quruma verilib. Həmin qurum tərəfindən də tədbirlər görülür və bu ərazidə də görüləcək".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda XÜSUSİ ƏMƏLİYYAT: həbs olunanlar var
Xətai rayonunda ötən gün narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotiklərin satışı ilə məşğul olan 4 , onlar üçün narkokuryerlik edən daha 11 nəfər saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 4, onlar üçün narkokuryerlik edən 11 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil ediblər.

Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai və digər rayonlarda satışını təşkil ediblər.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Bakıda XÜSUSİ ƏMƏLİYYAT: həbs olunanlar var
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.

Zamantv.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı:
İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi.

1999-cu ildə vəziyyət fərqli idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hələ də ümidlər tükənməmişdi. Ancaq buna baxmayaraq, Heydər Əliyevin qərarı əsasında Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradılmışdır və o gündən bu günə qədər xüsusi təyinatlılar böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynamışlar.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir.

Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır. Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu.

Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi.

Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir.

Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir. Müharibənin ilk günlərindən kəndlərimizin azad olunması düşməni sarsıtdı. Onlar inanmırdılar ki, Azərbaycan Ordusu beş-altı müdafiə xəttini öz sinəsi ilə yararaq, qan tökərək, şəhidlər verərək tarixi Zəfər əldə edə bilər. Onların hələ də ümidləri var idi ki, kimsə bizi dayandıracaq, kimsə bizə təzyiq edəcək və biz o təzyiqə məruz qalaraq öz Zəfər yürüşümüzü dayandıracağıq. Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Budur Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi, ancaq, eyni zamanda, hazırlıq, peşəkarlıq idi.

Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim tacımız olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik.

Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər.

Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir.

İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər.

Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir.

Digər silahlı birləşmələrimizdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır və Azərbaycan Ordusu daha da güclənir. Bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüvvətlidir.

Mən bir daha sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Çıxışımı İkinci Qarabağ müharibəsindəki sözlərlə yekunlaşdırmaq istəyirəm: “Qarabağ Azərbaycandır!”

***

12:10

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində olub.

Zamantv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, prezident hərbi hissəyə Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə gəlib.
Prezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİBPrezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİBPrezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİBPrezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİBPrezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİBPrezident Xüsusi Təyinatlıların “N” saylı hərbi hissəsində - YENİLƏNİB
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşnaksutyun Partiyası erməniləri “Fransaya” çağırdı
Ermənistanda mayın 1-də ümummilli mitinq təyin olunub.

“news.am” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan bildirib.

O, hər kəsi mayın 1-i yerli vaxtla saat 16.00-da paytaxt İrəvanın “Fransa” meydanına mitinqə çağırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlikdən Ərzaq qıtlığı ilə bağlı MÜHÜM AÇIQLAMA
Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir.

İqtisadiyyat Nazirliyindən daxil olan məlumatda bildirilir ki, dünyada neqativ meyllərin baş verdiyi, COVİD-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkədə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməyib, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb. Bütün bunlar isə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.

“Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.
Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır.

Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”, - deyə məlumatda vurğulanır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO