[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibə iştirakçıları Müdafiə Nazirliyinin qarşısına toplaşdı - NARAZILIQ VAR!


Veteranlıq ala bilməyən müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısına toplaşıb.

Gundem.media yeniavaz.com-a istinadla xəbər verir ki, bir qrup müharibə iştirakçısı Müdafiə Nazirliyinin qarşısına gələrək onlara nə üçün veteranlıqlarının verilmədiyi haqda bir açıqlama verilməsini istəyib.

Quliyev Nazim müharibə iştirakçısı olsa da veteranlığını hələ də ala bilmədiyi üçün utandığını bildirib. O, dəfələrlə çıxış və tələbləri olsa da haqq və istəklərinin yerinə yetirilmədiyi qeyd edib.

Digər müharibə iştirakçısı Lətifov Ağayar isə ona verilən rəsmi cavab məktubunda bunların qeyd olunduğu deyib:
“Tamamlama hərbi hissələrində olduğunuza görə sizə veteranlıq verilməkdən imtina olunur”.

L. Ağayar onun haqqında verilən veteranlıqdan imtinanın əsasını öyrənmək istəyib. O veteranlıq stasutunun verilməsi ilə bağlı tələbini qeyd edərkən bunları deyib:

“Biz 80 manatın davasını etmirik. Yenə çağırılsaq, yenə də vətən uğrunda döyüşə gedəsiyik. Biz veteranlığımızı alaraq tarixə düşmək istəyirik. Bizə deyirlər “getdin iki ay döyüşdün nə verdilər?” Biz bu sözlədən utanırıq. Bizə sənəd versinlər ki, biz də səfərbərlikdə olmuşuq, Gəncədə olmuşuq, Goranda olmuşuq, Qubadlıda olmuşuq… Mən 80 manatdan imtina edirəm. Vətən məni çağırdı. Mən canımdan keçməyə hazır oldum. Ən azından bizə bir sənəd verilsin ki, biz də müharibə zamanı səfərbər olmuşuq. Özümüzdən başqa heç kimi inandıra bilmirik ki, biz də getmişik, Goranda da olmuşuq, Gəncədə də olmuşuq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şöhrəddin Verdiyevlə bağlı məsələ araşdırılmalıdır... - TƏLƏB!!!


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı problemlər neçə illərdir ki, bitib-tükənmək bilmir. ASC-yə 10 il ( 2011-2021-ci illər ) rəhbərlik edən Qorxmaz Hüseynov 1 ildən çoxdur ki, vəzifəsindən uzaqlaşdırılıb və onu ASC sədrinin müavini Köçərli Həsənov müvəqqəti əvəz edir. Sözümüzün canı odur ki, bu qurum vətəndaşlar üçün ciddi problemlər yaradır. Və üstəlik ASC-də baş verən qanunsuzluqlar, rüşvət və korrupsiya halları dözülməz həddə çatıb. İndi haqqında bəhs edəcəyimiz qurum da, yəni “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti də “Azərsu” ASC-nin tabeçiliyindədir.
Təsəvvür edirsiniz, Gəncə boyda, ölkənin Bakıdan sonra ikinci böyük şəhərinin içməli su təminatı ilə məşğul olan Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi az qala ildə bir dəfə dəyişdirilir. Səbəb isə yeyinti və mənimsəmə halları göstərilir. Amma əslində bu qurum uzun müddət Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin təsiri altında olub. Sözün qısası, 1 İL 45 GÜN ƏVVƏL “Gəncə Sukanal” TSC-nin rəisi Natiq Əhmədov vəzifəsindən azad edildi. ( O, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun qardaşıdır). Və bəh-bəhlə Gəncə Şəhər Su Kəməri Trestinin rəisi olan Vaqif Xəlilov bu TSC-nin rəisi vəzifəsinə gətirildi. Amma, 45 gün sonra Vaqif Xəlilov mənimsəmə və digər qanunsuzlqulara görə, vəzifəsindən azad edildi.
Birincisi, 45 gündə hansı mənimsəmədən, qanunsuzluqlardan danışmaq olardı..?
İkincisi, Azərsu ASC-nin rəhbərliyi kadrı təyin edəndə baxmırdı ki....Məşədi İbad demişkən, bu hansı yuvanın quşudur...
Üçüncüsü, ASC-nin rəhbərliyi Gəncə boyda şəhərin sakinləri ilə məzələnir..? Söhbət 300 mindən artıq əhalisi olan şəhərin içməli su təminatından, kanalizasiya sistemindən gedir ee, ayyy... Nə isə 45 gündən sonra, yəni “qırxı” çıxan kimi Vaqif Xəlilov vəzifəsi ilə vidalaşdı. Və onu kim əvəz eləsə yaxşıdır..? Bəli, bu dəfə “Azərsu” ASC-nin rəhbərliyi Allah qoymasa, Vaqif Xəlilovun müavini, uzun müddət bu sahədə işləyən Şöhrəddin Verdiyevi “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəis təyin etdi. Yenə adamdan soruşarlar ki, 45 günlük rəis qanunsuzluqlara yol vermişdisə, bəs onun müavini Şöhrəddin hara baxırdı..? Deməli, qanunsuzluqları və mənimsəməni bir yerdə ediblər. Bəs belə olan halda Şöhrəddin Verdiyevi necə rəis təyin etmək olardı..? İndi isə Şöhrəddin Xəlilovun “ili” çıxmamış məlum olub ki, onun ali təhsil diplomu saxta imiş. Bu barədə ölkə mediası yazıb. Deməli, Azərsu ASC öz kadrları arasından bir normal kadr tapıb “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəis təyin edə bilmir.
Ümumiyyətlə, Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyəti Gəncədə içməli suya və tullantı suların axıdılmasına-kanalizasiya sisteminə nəzarət edir. Hətta o da məlum olub ki, nəinki abonentlərin, hətta ictimai-iaşə müəssisələrinin suya görə ödədiyi pulları qurumun rəhbərliyi mənimsəyib. Reyd zamanı bəlli olub ki, abonentlər pullarını ödəyiblər. TSC isə günahkar kimi abonentləri göstərir, guya kimsə öz ailə üzvlərinin sayını düzgün göstərməyib. Vallahi, lap gülməli arqumentlərdir. Hətta TSC-də vəziyyət o dərəcədə dözülməz həddə çatıb ki, “Azərenerji” ASC Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinə verilən elektik enerjisini dayandırıb. Səbəb isə idarənin “Azərenerjiyə olan borcunu ödəyə bilməməsidir. Təsəvvür edirsiniz, qurumda bu qədər mənimsəmə olduğu halda “Azərenerji”nin elektrik enerjisinə olan borcu ödənilməyib. İndi isə Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinin rəisi Şöhrəddin Verdiyev deyib ki, sakinlərin su xəttini kəsəcəm. Ölkə mediasında yayılan məlumatlardan bəlli olur ki, Şöhrəddin Verdiyev Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla şərikli biznes qurublar. Bəli, Niyazi Bayramovun oğlu Bəhramın 13 avtomobil kolleksiyası elə-belə alınmayıb. Sözün qısası, qayıdaq Şöhrəddinin diplomunun saxta olması məsələsinə.
Ümumiyyətlə, bu gün saxta diplomla müxtəlif dövlət quurmlarında çalışan kifayət qədər sayda məmurlar var. Biz Gündəlik-Bakı olaraq hələ illər öncə bu məsələni araşdırmaq üçün TQDK sədri Məleykə Abbaszadə ilə əlaqə saxlayanda və tələb edəndə ki, saxta diplomların siyahısı cəmiyyətə elan olunsun. O zaman Məleykə Abbaszadə müxbirimizə bildirmişdi ki, biz bunu edə bilmərik. Müxbirimizin “ Bəlkə, bu dövlət sirridir?” sualına TQDK sədri cavab verməmişdir. Sözün qısası, biz bir media olaraq Azərsu ASC-nin rəhbərliyindən tələb edirik ki, Şöhrəddin Verdiyevin diplom məsələsinə aydınlıq gətirsin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda MƏKTƏB MACƏRALARI... - Xan MR-i KOLXOZA DÖNDƏRİB...


“Naxçıvana məktəbli forması gətirilməsinə qadağa qoyulub”.

Gundem.media xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, bazarlarda yalnız yerli "Zümrüd Tekstil" MMC-nin istehsal etdiyi formaların satışına icazə verilir. İddia edilir ki, bu MMC yerli hakim ailə Talıbovların nəzarətindədir.

Məlumatda qeyd olunur ki, yerli gömrük orqanları Naxçıvana gətirilən məktəbli formalarını müsadirə, ən yaxşı halda isə, onların geri qaytarılmasını tələb edir. Bundan əlavə, digər yerli tikiş sexlərinə də məktəbli və tələbə forması tikməyə qadağa qoyulub. Sakinlərin bildirdiyinə görə,bu hal onları seçim imkanından məhrum edir və bahalığa səbəb olur.

Naxçıvanda bir dəst məktəbli kostyumunun qiyməti ölçüsündən asılı olaraq 45-100 manat arası dəyişir.

Naxçıvanda tələbələr də xüsusi forma geyinmə məcbur edilirlər. Bu formaların isə ən ucuzu 140 manata satılır.

Naxçıvan şəhər sakini Arzu Məmmədov deyir ki, iki övladını geyimlə təmin etmək üçün ən azı 250 manat ödəməlidir:

"Bir övladım bu il ali məktəbə qəbul olub, biri isə 10-cu sinfə gedəcək. Aylıq ailə büdcəmiz cəmi 500 manatdır. Məktəbli və tələbə forması çox bahadır. Demək olar ki, iki övladımın tək formalarına büdcəmin yarısını xərcləməliyəm. Məslə tək forma almaqla bitmir axı. Kitab, dəftəri, qələmi və sairə var. Bu ay büdcəmi yalnız uşaqların məktəbinə xərcləməli olacağam. Ailənin digər təminatını ödəmək üçün də borca girməliyəm. Bahalığa səbəb monopoliyadır. Nə kənardan gətirməyə imkan verirlər, nə də başqasına tikdirməyə. Məktəb deyir ki, "Zümrüd"ün malı olmasa uşaq sinfə buraxılmayacaq. Məcbur qalıb, baha alırıq. Gözləri doymur, hər yerdən pul qazanırlar".

Şərur rayon sakini Ramazan Qurbanov deyir ki, övladlarına forma almaq üçün borc almağa məcbur olub:

"İki uşağım məktəbə gedir, biri tələbədir. Şagirdləri başa düşdük, harda görülüb ki, tələbələr xüsusi forma geyinməyə məcbur edilsin? Pul tələsidir. Özüm işsizəm, pensiyamı da kəsiblər. Uşaqlara forma almaq üçün borca girmişəm. Necə qaytaracağımı da bilmirəm. Çox bahadı qiymətlər. Borcla forma alan tək mən deyiləm. Forma almaq üçün əksər valideynlər borc axtarır. Borc tapa bilməyəndə isə məcburdurlar ki, banklardan kredit götürsünlər. Kredit isə çox yüksək faizlə verilir".

"Zümrüd tikiş" MMC-dən şikayətçilərin iddialarının əsassız olduğunu bildiriblər.

Qeyd edək ki, bu MMC 2007-ci ildən Naxçıvan şəhərində fəaliyyət göstərir. Hazırda tikiş fabriki illik tələbata uyğun olaraq 100 mindən çox tələbə, şagird və müəllim vahid formaları, bir o qədər köynək və yüngül ayaqqabı istehsal edib, satır. Bundan əlavə, MMC hüquq-mühafizə orqanı əməkdaşları, həkimlər və.s üçün vahid geyim formaları hazırlayır. MMC paltarlar üçün xammalı Türkiyədən alır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siraqəddin Cabbarov NECƏ `KƏFƏNİ YIRTDI`?.. - İLGİNC İDDİALAR...


Səni aparmağa gəlirlər, Siraqəddin Cabbarov, hazır ol... Bir müddət əvvəl ölkə mediasında icra başçılarından birinin, deyilənlərə görə, Sabirabadın icra başçısı Siraqəddin Cabbarovun bir xanıma milyonluq villa bağışlaması ilə bağlı müzakirələr getdi. Hətta müzakirələrə qatılan tanınmış alim, Əməkdar müəllim Rəşid Mahmudov öz çıxışında maraqlı məqamlara toxundu. Və dedi ki, görəsən, icra başçısı niyə öz həyat yoldaşına deyil, yad bir xanıma milyon dəyərində villa bağışlayır..? Görəsən icra başçısı bu milyonları haradan qazanıb..? Ən dəhşətlisi isə odur ki, yad bir xanıma milyonluq villa bağışlayan icra başçısı Siraqəddin Cabbarov müzakirələrdən bir müddət qabaq Qarabağ qazisi Elvin Cabbarovu günlərlə qəbul etmədiyi üçün qazi özünü yandırarq ölmüşdür. Bax həmin vaxtlar haqlı olaraq vətəndaşlar soruşurdu ki, bir gözəlçəyə villa hədiyyə edən Siraqəddin Cabbarov Qarabağ qazisinin ailəsini niyə qəbul etmək istəmir ? Qazilər yazır ki, bu adam niyə bizə bu qədər nifrət edir ? Bəlkə qohumlarını öldürmüşük..?
Təsəvvür edirsiniz Qarabağ uğrunda canından keçən qazini qəbul etməyən məmur hansısa təsadüfi qadına villa hədiyyə edir. Sözün düzü, bu milyonluq villa söhbəti diqqətimizi cəlb etdi. Və Siraqəddin Cabbarovun ömür yoluna, yəni tərcümeyi-halına nəzər salmalı olduq. Deməli, Siraqəddin Cabbarov düz 19 il Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. Aha, deyəsən hədəfə yaxınlaşırıq. Bəli, böyük bir rayonda mənzil bölgüsünə baxan adam üçün hansısa qadına mənzil, ev, yaxud villa bağışlamaq nə çətin məsələdir..? Adam mənzil növbəsinə durmaq üçün Siraqəddin müəllimi “görməli”, sonra növbədə “qabağa düşmək” üçün onun təzədən “görməli”, mənzili alanda isə əməlli-başlı “görməli”dir. Təsəvvür edirsiniz, dövlət vəsaiti ilə başa gələn mənzili vətəndaşa, şəhid ailəsinə, qaziyə vermək üçün Siraqəddin Cabbarov nələr pul almayıb. Bəli, Siraqəddin Cabbarov Binəqədidə icra başçısının müavini olanda təkcə kimlərəsə villa hədiyyə etməyib, həm də rayon ərazisindəki avtobus marşrutlarının satılmasına da “xozeynlik” edib, hətta özünün də xeyli sayda avtobus marşrutu olub. İndi bildinizmi, hansısa gözəlçəyə villa bağışlamaq söhbəti havadan düşməyib. Düzdür, biz əlimizdə fakt olmadığı üçün qəti söz demirik.
Amma... Əmması odur ki, əlahəzrət məntiq deyir ki, bu boyda pulların qarşısında bir villa bağışlamaq, dənizdən bir damcı götürmək kimidir. Ən maraqlısı odur ki, cənab icra başçısı bu boyda ittihamlara qarşı səsini də çıxartmır. Deməli susursa...
Bəli, Binəqədidə mənzilləri, avtobus marşrutlarını sata-sata Siraqəddin Cabbarov günün birində, daha dəqiq desək, 2008-ci ildə Saatlının icra başçısı olub. Bəli, əslən İmişlidən olan Siraqəddin Cabbarov o zamankı PA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkəni, anası İmişlidən olan deputat İlham Əliyevin qohumudur.
Yəni Siraqəddin Cabbarov birbaşa Ramiz Mehdiyevin kadrıdır. Siraqəddin Cabbarov təkcə Ramiz Mehdiyevin kürəkəni ilə deyil, həm də o zamankı bəzi vəzifə sahibləri ilə də çox yaxın münasibətdə olub.
Bu hələ harasıdır ?
Qarabağ qazisi, bütün ölkəyə müraciət edir ki, icra başçısı Siraqəddin Cabbarov məni döydü...məni intihar həddinə çatdırdı... Siraqəddin Cabbarov dövlət başçısının Saatlıya ayırdığı 10 milyonları mənimsəyib. Dövlətin 350 imkansız şəxsə ayırdığı maaş kartları kimlərin cibindən çıxıb..? Siraqəddin Cabbarov iki ildir ki, Saatlıdakı əməllərini Sabirabad sakinlərinin başına açır. Həmişə ağzı söyüşlə açılan icra başçısı utanıb-qızarmadan intiharına səbəb olduğu Qarabağ qazisinin yas məclisinə gəlib.
Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki... Amma bütün bunlara baxmayaraq hər qərarın dəqiq vaxtını bilən cənab Prezident yəqin ki, Siraqəddin Cabbarova yaxın zamanda layiq olduğu yeri göstərəcək.
P.S. Sıraqəddin Cabbarovu müdafiə edən şəxslər onun məsələsinin yaddan çıxmasını gözləyirlər. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kim düz deyir: Mikayıl Cabbarov, yoxsa Statistika Komitəsi? – Ziddiyyət


Bu il sentyabrın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290,4 min ədəd artaraq 1 milyon 692 mini ötüb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin iyul ayının 1-nə olan məlumatına görə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 696,6 min olub.

Rəqəmlərdən də göründüyü kimi son 2 ay ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 4,6 min ədəd azalıb.

Maraqlıdır ki, Statistika Komitəsinin 2022-ci il iyul ayının 1-nə olan məlumatına görə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər nəfər olub.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsilə çalışan şəxslər olduğu qeyd olunur (https://stat.gov.az/source/labour/).

Belə olan halda, İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatla Statistika Komitəsinin açıqladığı məlumat arasında ziddiyyət var. Əgər ölkədə 1 milyon 720 min muzdlu işçi varsa (1 iyul tarixinə), o zaman əmək müqavilələrinin sayı da ən azı bu qədər olmalıdır. Lakin, əmək müqavilələrinin sayı bundan 23,4 min azdır.

Qeyd edək ki, muzdla çalışan işçilərlə bəzən birdən çox əmək müqaviləsi bağlanıla bilir. Bu zaman bağlanan əmək müqavilələrinin sayı muzdla çalışan işçilərin sayından çox olacaq.

Lakin, çox qəribədir ki, açıqlanan rəqəmlər bunun tam əksini göstərir. Hazırda (1 iyul) əmək müqavilələrinin sayı muzdla işləyənlərin sayından azdır.

Belə bir ziddiyyətin səbəbini öyrənmək üçün Statistika Komitəsinin Mətbuat Xidməti və Әmәk statistikası şöbәsilə əlaqə saxlamaq (tel: 377-10-70 (dax: 22-66 və 22-08) cəhdimiz baş tutmadı.

Yeri gəlmişkən onu da bildirək ki, Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarda göstərilir ki, 2019-cu ilin əvvəlində ölkədə muzdla işləyənlərin sayı 1 milyon 548,9 min nəfər olub. Həmin dövürdən bu ilin iyul ayının 1-nə kimi muzdla işləyənlərin sayı 171,1 min nəfər artıb.
Açıqlanan məlumatlardan da görülür ki, İqtisadiyyat Nazirliyinin açıqladığı rəqəmlərlə Statistika Komitəsinin açıqladığı rəqəm arasında kəskin fərq var. İqtisadiyyat Nazirliyi bildirir ki, 2019-cu ilin əvvəlindən bu ilin iyul ayına kimi əmək müqavilələrinin sayı 294,7 min ədəd artıb. Statistika Komitəsi isə bildirir ki, 2019-cu ilin əvvəlindən bu ilin avqust ayına kimi muzdla (əmək müqaviləsilə) çalışanların sayı 171,1 min nəfər artıb. İki qurumun açıqladığı rəqəmlər arasında 123,6 min fərq var. Belə başa düşülür ki, 2019-cu ilin əvvəlində ölkədə 1 milyon 548,9 min nəfər muzdlu işçi, 1 milyon 401,9 min ədəd əmək müqaviləsi olub. Həmin dövrüdə muzdlu işçilərin sayı əmək müqavilələrinin sayından 147 min çox olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?


Bakı şəhəri, Səbail rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə Badamdar qəsəbəsində yerləşən "Hollywood Cinema Club”un icarəçisi, həm də faktiki rəhbəri olan Anar Osmanovla bağlı qərar verib.

Qaynarinfo-nun məlumatına görə, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları 30 oktyabr 2021-ci il tarixdə, saat 01.00 radələrində "Hollywood Cinema Club”da kinoteatr, karaoke və oyun-əyləncə xidmətlərinin göstərilməsi, müştərilərə qəlyan avadanlıqlarının verilməsi aşkar edilib və həyata keçirilən profilaktik tədbirlər nəticəsində klubun qanunsuz fəaliyyətinin qarşısı alınıb.

30 oktyabr 2021-ci il tarixdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədi ilə həyata keçirilən tədbirlər zamanı "Hollywood Cinema Club”da xüsusi karantin rejiminin pozularaq müştərilərin sıx şəkildə qanunla müəyyən edilmiş ara məsaflərini gözləmədən əyləşməklə xəstəliyin yayılması üçün real təhlükə yaranmasının aşkar edilməsi faktı və həmin fakt üzrə toplanmış material üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nömrəli cinayət işi başlanıb.
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?

18 noyabr 2021-ci il tarixdə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

16 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinin tələblərinə əsasən dayandırıləb və 28 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnib.

16 fevral 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə istintaqa cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilib və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

24.08.2022-ci il tarixində keçirilən məhkəmədə "Hollywood Cinema Club”un sahibi, biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımov da dindirilib. O bildirib ki, fərdi sahibkarlıqla məşğuldur və "Pure Boutique” otelini icarə əsasında işlədir. "Hollywood Cinema Club” onun həyat yoldaşı Sevinc Qasımovanın adınadır. Həmin qeyri-yaşayış sahəsi ailə olaraq onların ümumi əmlaklarıdır. Təqsirləndirilən şəxs isə onun dostudur. Onunla təxminən 2 il əvvəl məclislərin birində tanış olub və aralarında dostluq münasibətləri yaranıb.
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?

"Hollywood Cinema Club”u təxminən 2018-ci ildə özü inşa etdirib və işlədib. 2021-ci il tarixdə isə işləri çox olduğundan icarəyə vermək qərarına gəlib. Həmin ilin sentyabr ayında dostu ondan xahiş edib ki, "Hollywood Cinema Club”u icarə əsasında işlətmək üçün versin. O da obyekti içərisindəki bütün avadanlıqlarla birlikdə təqsirləndirilən şəxsə icarəyə verib.

29 sentyabr 2021-ci il tarixdə obyekt Sevinc Qasımova və Anar Osmanov arasında notarial qaydada təsdiq edilmiş müqavilə ilə sonuncuya aylıq 300 manata icarəyə verilib. Təqsirləndirilən şəxs özü şəxsən klubun fəaliyyətini idarə edib və işçilərə rəhbərliyi həyata keçirib. Ərəstun Qasımov və həyat yoldaşı mülkiyyətçi olaraq həmin klubun fəaliyyətinə ümumiyyətlə qarışmayıb. 30 oktyabr 2021-ci il tarixdə "Hollywood Cinema Club”da xüsusi karatin rejiminin pozulmasından özünün və xanımının xəbəri olmayıb.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmamasına qərar verilib və o, bəraət alıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilib.

Qeyd edək ki, 2020-ci ildə səs-küy səbəbindən "Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri polisə şikayət etmişdi.

Xatırladaq ki, sahibkar Ərəstun Qasımovun oğlu Əlyar Qasımov Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafenin açılması ilə qalmaqal yaratmışdı. Əlyar Qasımov 2019-cu ildə "Papa Cinema” adlı klubda Tural adlı şəxs tərəfindən "sən mənim sevgilimə "padxod” eləmisən” sözündən sonra bıçaqlanıb.
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?
“Hollywood Cinema Club”la bağlı qərar verildi - Milyonluq mülk niyə 300 manata icarəyə verilib?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkədəki səhiyyə RƏZALƏTİ: Əsəb, stress, vaxt itkisi - NƏ ETMƏLİ?

Bu yazını Respublika Klinik Xəstəxanasından yazıram. Belə bir alqış var ki, Allah heç kimin yolunu xəstəxanadan salmasın. Həqiqətən, Allah heç kimə xəstəlik verməsin, ancaq çürümüş səhiyyə sistemində, ümumiyyətlə, heç kəsin yolu xəstəxanadan düşməsin. Əgər yolunuz düşsə, bilin ki, xəstəliyinizə xəstəlik əlavə olunacaq, əsəb keçirəcək, stress yaşayacaq, həkim aşağılanmasına məruz qalacaqsınız.

Proses belədir ki, insanlar həkim qəbuluna düşmək üçün qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesinin özü isə başdan-başa rəzalətdir. Birinci, insanlarımızda növbə mədəniyyəti yoxdur, ikincisi, süründürməçilik var.

İnsan seli arasında növbəyə girmək, saatlarla gözləmək, qeydiyyatdan keçmək, anket açdırmaq (burada da eyni mənzərə), həkimin qəbuluna düşmək. Budur! Həkim də qayıdıb deyir ki, sizi səhv yönləndiriblər, indi canın çıxsın, get yenidən növbədə dur, qeydiyyatdan keç!

Bununla da bitmir. Bir həkimin qəbuluna girirsən, deyir ki, yox, başqa həkimin rəyini görmədən dəqiq müalicə edə bilmərəm, buna görə də get o həkim də baxsın, sonra yenidən qayıt bura. Yenidən getməlisənmi qeydiyyata?! Bəli! Sonra əvvəlki həkimin yanına getmək üçün təzədən çek almalısanmı? Bəli!

Allahın bir rentgenindən keçmək üçün saatların gedir, ortalıqda isə heç nə yoxdur.

Xəstəxanaya dərdinə dəva tapmağa gedirsən, ancaq bizdə xəstəxana koridorları qarğış edən insanlarla doludur. Biri qeydiyyat şöbəsindəkiləri qarğıyır, biri həkimi qarğıyır, biri asayişi qorumalı olduğu halda, vətəndaşlarla kobud danışan polis nəfərini qarğıyır.

Xəstəxana xəstəxana deyil. İnsanlarla heyvan kimi rəftar edilən bir məkana, sizi bilmirəm, ancaq mən xəstəxana deyə bilmərəm. Çünki bura şəfa üçün gəlirlər, biz isə xəstəlik tapıb ayrılırıq.

Hə, yadımdan çıxmamış yazım, söyülənlərin başında sığorta sistemsizliyinin baiskarları gəlir.
Aqil Bəkir
www.yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə


Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilova dövlət pulunu talayıb? - İTTİHAMVİDEO


Teref.az yazır ki, Ucar sakini Abdullayev Zaur Vaqif oğlu Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilovu özbaşınalıq və korrupsiyada ittiham edərək faktları səsləndirib.
Saytımızın poçtuna daxil olan şikayəti təqdim edirik:
Ucar rayonu 20 Yanvar küçəsi ev 23 sakini Abdullayev Zaur Vaqif oğlu tərəfindən

ŞİKAYƏT

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilov dövlətin ayırdığı küllü miqdarda vəsaiti talan etdiyinə görə Ucarda pambıq tərg olmuşdur.
Belə ki, Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasının balansında olan 18 hektar torpaq sahəsində 3 ildir ki, Çin pambıq sortu yetişdirilir.Birinci ili 60 sentner pambıq vermiş bunu prezident İlham Əliyevdə yüksək qiymətləndirmişdir.Həttda Kənd Təsərrüfatı Naziri İnam Kərimov 5 dəfə həmin ərazidə olub yaxından maraqlanmışdır.Şirvan Təcrübə Stansiyasında yetişdirilən Çin pambıq sortu respublikanın digər rayonlarında da tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Ancaq bu il üçün Şirvan Təcürbə Stansiyasında 18 hektarda Çin toxumu adı ilə türk toxumu əkilmiş, aqrotexniki qulluq edilmədiyi üçün pambıq alağın işində batdığı üçün ot kimi biçilmişdir.
Dünyada bəlkədə 1-ci dəfədir ki, pambıq yığılmadan ot kimi biçilmişdir.Bunu isə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilov etmişdir.Şirvan Təcrübə Stansiyasında 10 hektardan çox pambığı qanunsuz akt tərtib edib ot kimi biçiblər.Ancaq qanuna əsasən o halda akt tərtib edilir ki, təbii fəlakət baş vermiş olsun.Bu il isə Ucar rayonunda təbii fəlakət baş verməyib.
Son 7 ayda Şirvan Təcrübə Stansiyasının dirktoru vəzifəsinə 4 nəfər təyin edilib qısa müddət ərizndə işdən çxarılmışdır.Zaman Səfərov, Elman Nifətliyev, Natiqə Əliyeva və sonuncu Qəhrəman Tağıyev.Hər bir şəxsdən pul alaraq bu vəzifəyə təyin edən Elçin Xəlilov özü kənd təsərrüfütı üzrə mütəxəsis deyil adi bir dələduzdur.
Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilovun sinif yoldaşı olan Qəhrəman Tağıyev əvvələr məhkum olub.
Kənd Təsərrüfatı Naziri İnam Kərimov kadr siyasətinə ciddi nəzər etmədiyi üçün belə talançılıqla dövlətimizə küllü miqdarda ziyanlar dəyir.
Prezident İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün sərəncamlar imzalayıb dövlət büdcəsindən buna görə küllü miqdarda ayırdığı pulları isə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Təhqiqat İnstutunun direktoru Elçin Xəlilov talan edir.
Teref.az olaraq şikayətdə qaldırılan ittihamlarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirliyin Vüqar Kərimov adlı PROBLEMİ... - İLGİNC İDDİALAR...


Hər bir bir şeyin bədxassəli şişi (Məsələn, insanda xərçəng, torpaqda erroziya və s) olduğu kimi, Ekologoya və Təbii Sərvətlər Nazirliyinin bədxassəli şişi nazir Müavini Vüqar Kərimovdur.

Regionxəbər.tv saytı xəbər verir ki, artıq Vüqar Kərimovun şişi metastaz verərək Nazirliyin bütün qurumlarına yayılıb.
Bu şəxs ixtisaslı və ali təhsilli kadrları meşə təsərrüfatlarından şərtlətdirib çıxardır və yerlələrinə mütəxəssis olmayanları gətirir-
Hərbiçilər, komissar, bədən tərbiyə müəllimi, ixtisasçı və s gətirib Regional Meşə Təsərrüfatları Mərkəzlərində direktor və müavin vəzifələrinə təyin etdirir:

-Sabirabad Regional Meşə Təsərrüüftı Mərkəzinin direktoru ixtisasca meşəyə yad bir kadrdır və bir neçə il öncə Dövlət Sosial Müdafiə nazirliyinin yerli şöbələrinin birindən qovulanlardandır.

-Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalıb Həsənov da həmçinin meşə yad bir kadr, ağacların cinsini belə tanımır.

--Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəsul Quliyev isə pensiyaya çıxmış komissardır, hansı ki, günlük hər 5 meşəbəyliyin meşəbəysinə 200 manat "tas" qoyub və onlara bildirib ki, yaydır və odun fəslidir, kim verməyəcək ərizəsin yazıb çıxacaq.

-Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsirov da meşə yad bir ixtisaslı kadrdır və işçilərinin verdiyi məlumata görə, nə ağacların cinsini, nə də əkinin nə olduğunu bilir.

-Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Rahib Ağayev. Rahibi bu vəzifəyə əmisi oğlu Sərdar Ağayev gətizdirib. Sərdar Ağayev Vüqar Kərimovla dostudur və əvvəllər birlikdə çalışıblar.

Deyilənə görə, Rahib Ağayev 2017-ci ildə bir saxta aqronomluq diplomu alıb. Yaxşı bu şəxs neçə oldu ki, 45 yaşında ali təhsil aldı? hansı balla TQDK-dan keçərək Azərbaycan Dövlət Aqrar Universitetinə daxil oldu?

Rahib Ağayev ağacların cinsini belə tanımır. Əgər akt və ya tərcemeyi-hal yazmağı ona verilsə belə yaza bilməz.

Rahib Vüqar Kərimovun Masallıda kı, ən sadiq 2 "qara kassa"sından biridir.

-Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini-baş meşəbəyisi Abturab Bağırov ixtisasca qeyri məşəçi və ali təhsili olmayan biri.
Bu insan düzgün bir cümlə yaza bilmir, hesaba gəldik də isə vurma cədvəli soruşulsa belə bilmir. Bunu haqqında çox yazıldığı üçün artıq şərhə ehtiyac yoxdur.

Yuxarıda adları çəkilən dırnaq arası məmurlar Vüqar Kərimovun kadrlarıdır.

Kərimov bir başa cənab Ölkə Başçısının siyasətinə qarşı çıxır. Çünki cənab Ölkə başçısı dəfələrlə öz çıxışlarında demişdi ki, peşəkar və kadrlar işlərə cəlb edilsin.

Bunlar isə ağacların cinslərin belə tanımayan və meşə nədir bilməyənləri gətirib meşə kimi bir ağır və mürəkkəb sahəyə rəhbər vəzifəyə təyin edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq. //Regionxəbər.tv//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO