[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyən edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edildikdən sonra “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə görə, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib
Bəs yeni rüsum siqaretin qiymətinə necə təsir edəcək?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, tütün məmulatları ilə bağlı qəbul edilmiş yenilikləri məqsədəuyğun hesab edirəm:

“Son qərarlar daha çox bu istiqamətdən uçotun dəqiqləşdirilməsi, nəzarət və tənzimləmə mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Bu qaydalar və eyni zamanda rüsumlar qiymət artımları üçün iqtisadi əsaslar yaratmır. Sahə üzrə fəaliyyət göstərən müəssisələrin dövriyyəsi böyükdür. Bir sözlə, rüsumlar üzrə xərclər maya dəyərinə təsirsizdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Paytaxtın Yeni Günəşli qəsəbəsində yerləşən "Sahil - S İnşaat" şirkətinin tikdiyi binanın sakinlərinin qalmaqaldan, özbaşınalıqla üzləşməkdən, dələduzlarla mübarizədən heç başı açılmır. Şirkətin dələduz sahiblərinin həbsinə nail olub, ardınca binanın yarımçıq işlərinin böyük hissəsini həll edən, kommunal infrastrukturunun qurulmasında dövlət rəhbərliyindən, I Vitse Prezident Mehriban Əliyevadan dəstək alan bina sakinləri indi də başqa bir dələduzluqla qarşılaşıblar. Bu barədə Anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu dəfə "Azərsu" ASC-nin Suraxanı rayon idarəsinin qəza şöbəsi rəisi Murad Məmmədov onları aldadıb. Belə ki, binanın içməli su təchizatı təmin olunması ilə yanaşı fasilələr olduqda su çənindən istifadə edilməsinə üçün sakinlər kömək istəyib. İdarənin qəza şöbəsi rəisi Murad Məmmədov da su hovuzundan mənzillərə suyun verilməsini təşkil etmək məqsədi ilə sakinlərdən 1000 manat alıb. Lakin pulu aldıqdan sonra qəhətə çıxıb. Sakinlər onunla əlaqə saxlaya bilmirlər. Onlar "Azərsu" ASC-nin Suraxanı idarəsinin rəisinə yaxınlaşıblar. Amma idarə rəisi deyib ki, Murad Məmmədov yoxdur və işə gəlmir. Sakinlər anlayıblar ki, daha bir dələduzla üzləşiblər. Amma əvvəl şirkət sahibləri idisə, indi dövlət qurumunun nümayəndəsi vətəndaşların pulunu alıb onlara yalan bəd verib. Bu dələduzluq faktı ilə bağlı sakinlər DİN rəhbərliyindən kömək istəyir. Həmçinin, "Azərsu" rəhbərliyinin şöbə rəisinin bu əməli ilə bağlı daxili təhqiqata başlanması haqda tapşırıq verməsi tələb olunur. Göründüyü kimi, bir dəfə dələduzluq qurbanı olmuş 165 ailəyə dövlət dəstək verdiyi halda, dövlətin bir idarəsinin şöbə rəisi 1000 manat alıb aradan çıxıb.

anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR


"Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov rayonda birncidir, amma..." Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yəni ki, adı çəkilənin İdarəsində "ölü" canlardan tutmuş, yararsız maşınları təmir adı altında pul ayrılması, yararsız maşınlara yanacaq silinməsi, kənd sakinlərinin suvarmadan istifadəsinə əsassız pul tələbi, Tender elan edərək görülməyən işlər vardır.
Göygöl rayonunun Suvarma kanallarına təmir adı altında maliyyə ayrılaraq görülməyən işlər var ki, öz təsdiqini araşdırılsa ortaya çıxır.

Rayon sakinlərinin İsmayıl Əvəzovun hələ bu rayonda, bu sistemdə əvəzi olunmaması öz təstiqini tapmaqdadır.

2020 ci ilin sonlarına yaxın təyin olunan İsmayıl Əvəzov, rayonda özmaraqlarına uyğun işləyir. Digər məlumatlara görə sözü gedən lopa bığ kişi, levi xəttlər çəkilməsinə rayon ərazisində müəssisələrə imkan yaradaraq kobud qanun pozuntusu etmişdir.
Onun işlədiyi dövrdə 1 milyondan çox Tender elan edərək maliyyə əldə olunması, rəsmi olaraq əldə etmişik. tenderlərin hansı şirkətlə bağlanması, bağlanan şirkətin gördüyü işləri araşdırılmağa, Göygöl rayon Suvarma Sistemləri İdarəsinin maliyyə şöbəsinin yoxlanılmasına, Audit tələbinə ehtiyac olması mövcuddur.

İsmayıl Əvəzov 2020-ci ilin sentyabr ayından rəis təyin olunduğu Göygöl Suvarma Sistemləri İdarəsi 1 milyon manatdan çox tender müqaviləsi imzalayıb.

Maraqlıısı bundadır ki, tenderlərin hər biri eyni tərkiblidir.

Son 2021-ci ildən bu günə kimi imzalanmış tender müqaviləsinin siyahısını təqdim edir:
2023-cü ildə…

"GRAND MOTORS COMPANY" QSC - Lot 4 Avtomobil və Torpaqqazan mexanizimlərin ehtiyat hissələrinin satın alınması - Məbləğ: 37.895,06 AZN

Bildirək ki, nizamnamə kapitalı 2000 AZN olan QSC-nin qanuni təmsilçisi FƏRHAD NƏZƏROV NADİR OĞLUdur.
İXTİSASLAŞDIRILMIŞ ELEKTRİK AVADANLIQLARI TƏMİR QURAŞDIRMA- SAZLAMA İDARƏSİ ilə - “Lot-5 Xanarx kanalının beton üzlüyünün (PK 33+00-93+00 L=6.0 km) təmiri üzərindəki qurğularla birlikdə” (işin davamı) - Məbləğ: 108.080,95 AZN

2022-ci ildə...
"ART-PROJE" MMC ilə - Lot_3 Subartezian quyularının və nasos stansiyaların cari təmiri üçün ehtiyat hissələrinin satınalınması - Məbləğ: 101.999,21 AZN

Bildirək ki, nizamnamə kapitalı 1370010 AZN olan MMC-nin qanuni təmsilçisi ƏKRAM ƏLİYEV MUSA OĞLU OĞLUdur.
2021-ci ildə...
SUMQAYIT MELİOSERVİS İDARƏSİ ilə - "Lot 4 - Kanal və arxlarda ekskavatorla və buldozerlə lildən təmizləmə işlərinin satınalması" - Məbləğ: 87.237,4 AZN

"DECADA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 2 - Nasos stansiyası və subartezian quyularının cari təmiri üçün mal-materialların satınalınması" - Məbləğ: 109.085 AZN

"DECADA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 3 - Torpaqqazan mexanizmlər və avtomobil ehtiyat hissələrinin satınalınması" - Məbləğ: 75.016 AZN

GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ 1 MİLYONUDAN

İşin gülünc tərəfi sözügedən MMC-nin nizamnamə kapitalə cəmi 2 AZN-dir. Qanuni təmsilçisi isə PƏRVANƏ XƏLİLOVA ADİL Qızıdır.

"GRAND MOTORS COMPANY" QSC ilə - "Lot 6 - SD-20 buldozerinin cari təmiri üçün işlərin satınalması" - Məbləğ: 16.517,64 AZN

GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ - "EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 8 - Xan arx kanalının əsaslı təmiri üçün mal-material və avadanlıqların satınalınması" - Məbləğ: 284.341,99 AZN

EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 5 - Çaylarda çay mərcalarının təmizlənməsi üzrə buldozerlə götürüləcək işlərin satınalması" - Məbləğ: 34.838,91 AZN

"EMV GROUP" QSC-nin nizamnamə kapitalı 100000 AZN, qanuni təmsilçisi XALİD MƏMMƏDOV NƏRİMAN OĞLUdur.
"AZ TORQ" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 9 - 4 ədəd subartezian quyusunda yeni kalonun qazılması,elektrik təsərüfatının təmir və abadlıq işlərinin görülməsi işlərinin satınalınması" - Məbləğ: 117.886,72 AZN

Sözügedən tenderdə qalib olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi ELVİN ƏMİROV MİRSƏFTƏR Oğludur.

Aidiyyəti qurumlardan Göygöl rayon Suvarma Sistemləri İdarəsinin Maliyyə şöbəsinin araşdırılması xahiş olunur. Əsas olaraq qeyd edək ki, bu qurumu Hesablama Palatası, Maliyyə Nazirli araşdırılmasını öz üzərinə götürərək Audit tərəfindən həqiqətlərin doğruluğunu isbat etməlidir".(dia-az.info)
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLARGöygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?


Hüquqşünas deyir ki, tikintini icra edənlərlə yanaşı nəzarət edən orqanlar da binaların əyilməsinə görə məsuliyyət daşıyırlar

Bakının Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksi Birinci Qarabağ müharibəsi zamanı evlərini itirmiş məcburi köçkünlər üçün inşa edilib. Şəhərcik üç hissədən ibarətdir - "Qobu Park", "Qobu Park-1", "Qobu Park-2". Müvafiq olaraq 2018, 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hazırda yaşayış kompleksində əsasən Laçın, Ağdam və Cəbrayıl rayonlarından ümumilikdə 3600-dən çox ailə məskunlaşıb.

“Qobu Park” yaşayış kompleksinin sakinləri iki ilə yaxındır ki, binaların qəzalı vəziyyətdə olduğunu deyirlər. Yaşayış kompleksi istismara təhvil veriləndən az sonra sakinlər yaranan ciddi problemlərdən şikayətlənməyə başlayıblar. Əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sakinlərin sözlərinə görə, su və kanalizasiya borularından axan su və çirkab həyətləri basmaqla yanaşı, həm də binaların zirzəmilərinə dolub. Bildirir ki, problemlərin yaranması binaların çox qısa müddətdə tələsik inşa edilib, istismara verilməsi ilə bağlı ola bilər. Halbuki çoxmənzilli binaların tikintisi təxminən iki il davam edir, eyni zamanda binanın oturması yerin səthindən asılıdır. Əgər bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb. Mümkündür ki, binalar tikilməzdən əvvəl torpağın tərkibinin öyrənilməsində səhvlər buraxılıb. Nəticədə, buradan keçən qrunt suları binaların təməlini yuyub. Bundan başqa, yer səthində baş verən dalğalanmalar nəticəsində süxurun strukturunun dəyişməsi mümkündür. Bu, insan amili ilə də bağlı ola bilər.

Azərbaycanda dövlət qurumlarının xətti ilə aparılan tikinti işlərinin həyata keçirilməsi üçün agentliyin və ya komitənin yaradılması təklif olunur. Bu təkliflə Milli Məclisin son iclasında Razi Nurullayev çıxış edib. “Hazırda müxtəlif nazirliklərin, komitələrin demək olar ki, əksər dövlət qurumlarının tərkibində tikinti şöbələri var. Bilmirəm bu, sovetlərdən qalma ənənədir və ya sonradan formalaşıb. Dövlət qurumları öz vəzifələrini unudub tikinti yarışına girib. Təklif edirəm ki, aidiyyətsiz dövlət qurumlarındakı tikinti şöbələri ləğv edilsin, onların yerinə ayrıca agentlik və ya komitə yaradılsın ki, onlar tikinti ilə məşğul olsun”, - deputat vurğulayıb.

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər tutulmalı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarını (AzDTN) təsdiq edilib. Onun sözlərinə görə, AzDTN müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların (tikinti obyektləri) inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur: "Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında, avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış zolaqlarda bu növ obyektlər inşa edilərkən əlavə olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır. AzDTN tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinə, həmçinin inşaat sənayesi və inşaat materiallarının sənayesi müəssisələrində materialların, məmulat və konstruksiyaların istehsalına şamil edilmir. Tikinti obyektlərinin inşası yalnız Azərbaycanın şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq verilmiş tikintiyə icazə əsasında aparılır. Bu halda tikintiyə icazə verən, nəzarət etməli orqanlar da məsuliyyət daşıyırlar".

Natiq Ələsgərov deyib ki, sifarişçi ilə podratçı arasında müqavilə bağlanır: “Podratçı tikintini bilavasitə aparan şəxsdir. O, işlərinin layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etməlidir. Tikinti başa çatdıqdan sonra tikinti obyektinin qüvvədə olan qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və layihəyə uyğunluğu yoxlanılır, o cümlədən tikintisi başa çatmış tikinti obyektinin istismarına icazə alınır. Araşdırılmalıdr ki, "Qobu Park"a görə belə icazə verilibmi? Verilibsə, AzDTN-ə uyğunluq məsələləri aydınlaşdırılıbmı?

AzDTN-ə görə tikinti fəaliyyətinin subyektləri, yəni podratçı (baş podratçı), sifarişçi, layihəçi tikinti-quraşdırma işlərinin, tikinti obyektinin konstruksiyalarının, mühəndis-texniki təminat sistemlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunu qiymətləndirmək məqsədilə Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tikintiyə nəzarəti həyata keçirməlidir. Əgər keçiriblərsə, bu halda binalarda yaşayan sakinlərin qeyd etdikləri çatışmazlıqlar olmamalı idi. Bu halda tikintini icra edənlərlə yanaşı nəzarət edən orqanlar da baş verənlərə görə məsuliyyət daşıyırlar".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda "elmi iş aparır", hətta "uğurlu elmi nəticələr əldə ediblər"(?)

Redaksiyamıza Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adınadan müraciət daxil olub. Müraciətdə rektorun qanunazidd əməllərindən və bir sıra digər özbaşınalıqlardan bəhs olunur. Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...

Aktuallığınbı nəzərə alıb müəyyən düzəliş və ixtisarla müraciəti dərc edirik:

Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektorun bu özbaşınalığının arxasında Mikayıl Cabbarov, Ceyhun Bayramov və Samir Şərifov üçlüyü dayanır. Ona görə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Rektor o qədər "uzaqgörəndir" ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz korrupsiya əməllərini qanuniləşdirir.

Artıq rektor ölkə Prezidenti İlham Əliyevin siyasətinin əleyhinə getməyə başlayıb. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında işçilərin iş saatı və iş günləri haqqında danışmışdır. Lakin rektor işçiləri şənbə və bazar günləri də işə gəlməyə məcbur edir, həmin günlər işə gəlməyən əməkdaşları yoxlatdırıb, maaşlarını kəsdirir. Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur. Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar.

Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar.

Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır, bir dərsdə beş-altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir.

Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır.

75 yaşlı, işə çəkələklə gələn prorektor Gülsüm Fətəliyeva dərsin ortasında dərsə girir, əlindəki siyahı üzrə höcələyə-höcələyə adları oxuyub, tələbələri adbaad yoxlayır. Dərsin də bütün vaxtı gedir. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?

Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə qoca prorektoru göndərib təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır.

Universitetdə işləyən erməni əsilli vətəndaşlara yüksək maaş və xüsusi qayğı göstərilir. Bu erməni qardaşlardan biri Vasif Həsənov hələ də universitetdə at oynadır, prorektorları belə saymır. Digər qardaşı isə Bərdə rayonunda qeyri-hökumət təşkilatlarının birində yüksək vəzifədə işləyir,amma buna baxmayaraq adı Gəncə Dövlət Universitetində də gedir, buradan da maaşını alır. Amma bu heç vaxt işə gəlməsə də tam maaşını verən Yusif Yusibov laborantların 270-300 manatına göz dikir, onların beş-altı dəqiqə işə geçikmək dəqiqələrini sayır. Universitetdə özü Rusiyada olub, burada texniki işçi və ya müəllim işləyən şəxslər onlarladır. Görəsən rektor Yusif Yusibovda bu erməni sevgisi hardandır???

Universitet daha bir ilkə də imza atıb. Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda elmi iş aparır, hətta uğurlu elmi nəticələr əldə ediblər(?) Fəxrəddin Süleymanov, Cəlal Zeynalov, Nurəddin Əliyev, Mayıl Mustafayev, Maya Rəhimova 10-15 il bundan qabaq rəhmətə gediblər. Amma onlar Yusif Yusibovun qabaqçıl iş təcrübəsi nəticəsində dirilib, gəlib universitetin elmi-tədqiqat işlərinə sanballı töhfələr verirlər(?) http://rif.gdu.edu.az/?page_id=358 Linkə baxın, hər şey oradan açıq-aydın görünür. İqtisadiyyat fakültəsinin saytı bərbad gündədir, rəhmətə gedən adamlar burada da "elmi iş aparır", Menecment və turizm kafedrasında isə kafedra, onun əməkdaşları haqqında məlumat belə yoxdur. http://iif.gdu.edu.az/?page_id=4951 Filologiya fakültəsinin bəzi kafedralarında da vəziyyət belədir, müəllimlər haqqında heç bir məlumat yoxdur. http://filologiya.gdu.edu.az/?page_id=226 Bu sayta ümumi nəzarəti erməni qardaşlar və Təhsildə Keyfiyyətin Təminatı şöbəsinin müdiri, sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumu İsmayıl İsmayılov həyata keçirir. Bunların özlərini gördüyü işin səviyyəsi budur, amma bunlar da gəlib kollektiv üzvlərində nöqsan axtarır, dərsə davamiyyəti yoxlayır, imtahanları bunlar götürür. Dərsi deyən müəllim qalır kənarda, bütün imtahanları "hərşeyşünas" İsmayıl İsmayılov götürür.

O qədər çatışmamazlıq var ki, bilmirsən hansından yazasan......Tədbir görən də yoxdur.... Artıq siqnal yox, vaqon siqnalı çalırıq ki, bəlkə eşidib tədbir görələr.... Əmiralı müəllimin şirkəti isə Leonid İliç Brejnev demişkən "şiroko şaqaet" yəni, iri addımlarla irəliləyir.....(Yenixeber.org)

Qarşı tərəflərin cavab haqqını tanıyırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün bir çox məktəblərin 10-11-ci siniflərində normal tədris prosesi pozulub, sistematik dərslər keçirilmir. Bu siniflərin əksər şagirdləri repetitor yanına gedirlər. Az sayda şagird tapmaq olar ki, onlar repetitor yanına və ya kurslara getmirlər. Bunun da əsas səbəbi ailələrinin maddi durumunun çətin olmasıdır. Maraqlı tərəfi budur ki, dərs keçilməyən məktəblərdə də şagirdlərin dərsə gündəlik gəlməsi tələb olunur. Əks halda “qayıb” yazırlar, sonra da qayıbın “silinməsi ” asan başa gəlmir.
Dərs keçilməyən məktəbə uşaq niyə getməlidir?
Dərs proqramı bitibsə, nazirlik bu məsələ ilə bağlı niyə bir addım atmır?
Niyə uşaqların ömrünün 2 ili boş yerə məktəbə ayaq döyməklə keçməlidir?
Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul ancaq 11-ci sinifi bitirib, attestat aldıqdan sonra mümkündür. Ya da gərək övladını 9-cu sinifi bitirdikdən sonra hansısa peşə liseyinə yazdırıb, (bəlkə peşə öyrədərlər ümidi ilə) iki il sonra ali məktəbə daxil olmasını gözləyəsən.

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 10-11-ci siniflərdə əksər şagirdlər məktəbə gəlmir, təlim repetitor yanında davam edir. Bu, təhsil sistemi üçün ciddi problemdir. Bu proses hamının gözü qarşısında olur, hamının övladı bu vəziyyətlə qarşılaşır və bu mərhələdən keçir. Elm və təhsil nazirliyi 30 ildir ki, bu məsələyə göz yumur. Bu məsələlərə biganələyi ilə repetitorluğu dəstəkləyir.

Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında sanki hansısa bir razılaşma var. Dövlət İmtahan Mərkəzi bir çox hallarda qəbul imtahanlarına məktəb proqramında olmayan suallar daxil edir, uşaqlar dərslikdə onun cavabını tapa bilmirlər və repititor yanına getməyə məcbur olurlar. Bunun sayəsində 30 il ərzində repetitorluq daim inkişaf edib. Repetitorluğun inkişafı çoxlarının, o cümlədən məmurların maraqlarına uyğundur. Ona görə də onun qarşısı alınmır. Hətta nazir deyir ki, repetitorluğun ləğvi gündəlikdə yoxdur, başqa ölkələrdə də repetitorluq var. Amma niyə demir ki, heç bir ölkədə bizdəki kimi kütləvi deyil.

Görəsən, Elm və Təhsil Nazirliyi niyə Dövlət İmtahan Mərkəzinin imtahan suallarının bəzilərinin proqramdan kənar olması ilə əlaqəli şagirdlərin hüquqlarını qorumur? Nazirlik niyə Dövlət İmtahan Mərkəzini məhkəməyə verib, sualların proqrama uyğun olmadığını sübut etmir? Bu məsələni birdəfəlik həll etmir? Amma bu il belə problemli vəziyyət müşahidə edilmədi. Nə əcəb?

Görünür universitetlərə qəbul planlarının artması nəticəsində keçid balının ilbəil enməsi və bunun ictimai qınağa səbəb olması Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əvvəlki “razılaşma”nın müvəqqəti saxlanılmasına səbəb olub, bu səbəbdən bu il xeyli şagird 300 bal toplaya bilib.

Repetitorluğun geniş yayılması məktəbdə təlim-tədris prosesinin fasiləsizliyini pozur, təhsilin keyfiyyətinə ziyan vurur və ailələrin böyük maddi itkisinə səbəb olur. Orta statistik ailə hər övladina görə repetitorlara ayda ortalama 500 manat pul verməli olur. Bu da 2-3 ildə 10-15 min manat deməkdir. Nə qədər ki, ölkədə kütləvi repititorluq var, keyfiyyətli təhsildən danışmaq mümkün olmayacaq, çünki keyfiyyətli təhsil tədris prosesi normal qurulmuş məktəblərdə mümkündür. -deyə İlham Əhmədov əlavə edib.

İlham Əhmədov qeyd edib ki, təhsil sistemindəki kütləvi repititorluq qanunsuzluqlara yol açır və kölgə təhsilinə rəvac verir. Məktəbdə dərs keçirilmir, dərs keçməyən müəllimə maaş necə verilir? Məktəb otaqları niyə repetitorlara icarəyə verilir? Digər tərəfdən repetitor yanına getməyən imkansız şagird niyə dərs keçilməyən məktəbə hər gün gəlməlidir? Sinifdə 3-4 şagird olur, onlar da 1 saat məktəbdə olub, dərs keçilmədiyi səbəbi ilə evə qayıdırlar. Şagird məktəbə gəlməsə ona niyə qayıb yazırlar? Nazirlik bu məsələlərlə məşğul olmalıdır.

Repetitorluqda hər il iri həcmdə pullar dövr edir. Bu da çoxlarının - bir çox məmurların, məktəb direktorlarının, müəllimlərin və s. marağındadır. Repititorluq artıq biznesə çevrilib. Müəllimlər bir çox hallarda məktəbdə rəsmi dərsini demirlər, enerjilərini repetitor dərslərinə saxlayırlar. Repetitorluğun kütləviliyi təhsildəki bir çox problemlərin əsas səbəbidir. Nazirlik bu ciddi problemləri həll etmək yerinə təhsilin keyfiyyətinə az aidiyyatı olan məsələlərlə məşğuldur.

İlham Əhmədov bildirib ki, dünya təhsil sistemində yaxşı təcrübələr var və məktəb təhsilini indiki böhrandan çıxarmaq üçün bu təcrübələrdən peşəkarlıqla faydalanmaq lazımdır: "Təhsildə ciddi dönüş yaradılmalıdır. Məktəb təhsili düzəlməsə, ali təhsilimiz də zəif olacaq. Amma biz vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər hansı ciddi qərarlar və addımlar görmürük. Çox vaxt bəyanatlarla əməllər arasında ciddi fərqlər müşahidə edilir. Bunu da hamı görür, başa düşür. Belə də təhsil islahatı olar?"

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

"Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün rəsmən MR-da keçmiş dönəmin əsas "qoruyucu mələyi" kimi çıxış edir, özünü Vasif Talıbov dövrünün məmurları kimi aparır. Əslində, geniş planda vəziyyət elə həqiqətən də Ceyhun Cəlilovun yaratdığı təəssürat kimidir. Yəni Vasif Talıbov getsə də, yaxşılığa doğru dəyişən nəsə yoxdur. Əskinə, vəziyyət günü gündən pisləşir".

Dia-az.info bildirir ki, bu barədə redaksiyamıza yazan Naxçıvanın bir qrup Qarabağ Qazisi öz ümarciətində başlıca problemlə bağlı da izahat5 verərək, ölkə rəhbərliyindən kömək istəyirlər.

Müraciətin davamında deyilir: "Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov şəhid ailələrini, müharibə qazilərin aldadır iki ildir... İşi-gücü yola verməkdir... ev-maşın vermir, bu bir yana, hətta üstəlik təqaüdlər də iki aydan bir verilir. Qazilərin və digər əlillərin protezləri iki ildir ki dəyişilmir.

Əlillərə ayrılan maddi yardım verlimir. Biz dia-az.info vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ceyhun Cəlilovla bağlı ölçü götürülsün və problemlərimizə diqqətlə yanaşılsın".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA


Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması inhisarçı biznesdə təşviş yaradıb. Uzun illərdən bəri müxtəlif sahələrdə rəqabətin qarşısını “əjədəha” kimi kəsən iş adamları bizneslərini qorumaq üçün üzlərini parlamentə tutmaq qərarına gəliblər.

AFN.az-a bu istiqamətdə maraqlı məlumat daxil olub. Bildirilir ki, uzun illərdir ölkənin ərzaq bazarında böyük monopolistlərdən biri kimi tanınan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Aydın Talıbov da deputat olmaq qərarına gəlib. Belə ki, onun növbəti parlament seçkilərində namizədliyini verəcəyi deyilir. Xəbərin detalları bizə məlum deyil, A.Talıbovun hansı dairədən deputat olmaq istəməsi haqda da dəqiq məlumata malik deyilik. Lakin onun bu qərara gəlməsi kifayət qədər maraqlı haldır desək, yanılmarıq. A.Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyət göstərir. Onun özü isə biznes fəaliyyətinə 1992-ci ildə başlayıb.
Şirkətlər Qrupunun saytında bildirilir ki, A.Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirərək “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.
O, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.
2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirərək "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.
2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir. Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizdə kafe biznesinə də daxil olub. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Göründüyü kimi, kifayət qədər geniş biznes şəbəkəsinə malik olan A.Talıbovun bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlı narahatlıqlarının olması normaldır. Bazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib-gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olar.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatın doğru olmadığı bildirilib. Belə ki, sorğumuza cavab olaraq A.Talıbovun növbəti parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı niyyətinin və fikrinin olmadığı qeyd edilib. “Azərbaycan iqtisadiyyatına və vətəndaşların işlə təmin olunmasına töhfə verən “Veysəloğlu” Şirkətlər Qrupunda hazırda 23 mindən çox əməkdaş çalışır. Aydın Talıbovun gələcək fəaliyyət planı yalnız “Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlıdır” – deyə cavabda bildirilir.

Bəs Rəqabət Məcəlləsi inhisarçı biznesə hansı problemləri yarada bilər? İqtisadi yazar Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, əslində normal halda Rəqabət Məcəlləsi biznes üçün əlverişli mühit deməkdir: “Bu qanun heç bir halda sahibkarlara problem yaratmaq üçün deyil. Rəqabət Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Ekspertlər də bildirirlər ki, onun tam icrasının effektivliyinə 2-3 il ərzində nail olmaq olar. Ən təkmil qanun belə icra olunmadığı halda heç bir işə yaramır. İndiyə qədər də Azərbaycanda sağlam rəqabəti təmin edə biləcək qanun aktları vardı. Düzdür, Rəqabət Məcəlləsi səviyyəsində deyildilər, amma o qanunvericilik aktları da icra olunsaydı, inhisarçılığın indiki ifrat həddini biz görməzdik. Rəqabət Məcəlləsi o qanunlardan daha təkmil və vahid sənəd olduğuna görə üstün hesab olunur”.
D.Sakitin sözlərinə görə, Rəqabət Məcəlləsi kimi sənədlərin, çərçivələrin, məhdudiyyətlərin olmaması hər bir ölkədə inhisarçılığın inkişafına, təşəkkül tapmasına imkan yaradır: “Azərbaycanda indi inhisarçılıq ən yüksək səviyyədə inkişaf edib, bazarlar inhisarçı şirkətlərin əlindədir, sağlam rəqabətdən danışmaq mümkün deyil. Daha çox bu və digər məmura söykənən arxalı biznesdən danışa bilərik, azad biznes hələ ki, yoxdur. Dediyim kimi, əgər Rəqabət Mərhələsi qəbul olunduğu formada icra olunarsa, biz indiki qeyri-sağlam mühitin aradan qalxmasını görə bilərik”. (AFN)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub.

"Cebhe.info" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb. Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib. Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Daxili turizmlə bağlı isə vəziyyət ürəkaçan deyil.

İqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda turizm və xidmət sektoru iflas edəcək vəziyyətdədir:

“Son illər ölkəmizdə turizm sektorunda kifayət qədər çox nöqsanlar var. Belə ki, bölgələrdə istirahətə gedən vətəndaşlar fantastik qiymətlərlə rastlaşırlar. Qiymətlər kifayət qədər baha olduğundan vətəndaşların xarıcə üz tutması normaldır. Üstəlik bölgələrdə xidmət göstərən personalların qeyri- peşakar rəftarları, bir zamanlar ərəblər üçün təyin edilmiş qiymətlərin sadə Azərbaycan vətəndaşı üçün də keçərli olması xaricdə istirahət etməyə marağı daha da artırır”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ölkəyə gələn turistlərin 90 % -i Bakıya istirahətə gəlir:

“Bu il gələn turistlərin əksəriyyəti Bakıya gəlib. Bakı daxili turizm üçün o qədər də yararlı deyil. Daxili turizmin inkişaf etməsi üçün Bakıdan rayonlara gedənlərin sayında artım olmalıdır ki, turizmə müsbət töhfə verə bilsin”.

Ekspertin fikrincə, Qəbələdə və digər istirahət zonalarında turizm axını ləngiyə bilər:

“Buna səbəb kimi otellərdə qiymətlərin yüksək olmasını da göstərə bilərik. Çünki ölkəmizdə, əsasən də regionlarda beşulduzlu otellərdə həddindən artıq bahalıqdır. Çünki tələb var, təklif azdır. Yəni otel sayı ölkəmizdə kifayət qədər azdır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO