[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Əlizadə həbsin bir addımlığında - SANKSİYAYA DÜŞƏN RUSLARA KÖMƏK EDİRMİŞ

Məşhur Bodrum marinası ətrafındakı vəziyyət qərbli araşdırmaçı jurnalistlərin diqqətini cəlb edib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, araşdırmalarda son bir ildə məşhur azərbaycanlı oliqarx Anar Əlizadəyə (Əliyev) məxsus Bodrum Marinası qərb hüquq-mühafizə orqanları tərəfindən sanksiyaya məruz qaldığı üzə çıxıb. Bu da öz növbəsində rusiyalı milyarderlər narahat edib.

Məlumata görə, gəmi istehsalçıları bəzi yaxtalar üçün Bodrum Yalıkavakın etibarlı çətiri altında gizlənməyə imkan verən naviqasiya avadanlığını uzaqdan söndürüblər.

Bodrumda Eurochem şirkətlərinin qurucusu Andrey Melniçenkonun yaxtası da nəzərə çarpılıb.

“Melniçenkonun Trieste” limanında yaxtalardan biri italiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə də, “Melniçenko”- nun ikinci motorlu yaxtası (“A” – Motor Yaxtası A) Anar Əlizadənin köməyi ilə Bodrumda gizlədilib.

Anar Əlizadə yanacağın qiymətini dərhal iki dəfə qaldırıb.

Jurnalistlər yaxtanın və PJSC Severstal-ın Direktorlar Şurasının sədri Aleksey Mordaşovun da izinə düşüblər. Saxalin sahillərində tez-tez görünən Mordaşovun yaxtası artıq 2022-ci ilin sonundan etibarən Əlizadəni ziyarət edir.

Eyni zamanda jurnalistlər məhz Bodrumda “İnterros” şirkətinin prezidenti Vladimir Potaninə məxsus “Nirvana” yaxtasını da araşdırıblar.

Son zamanlar Anar Əlizadə Türkiyə xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Hazırda iş adamı cinayət təqibi altındadır və dələduzluqda ittiham olunur.

İş adamının nəzarətində olan şirkətlər Avropa ölkələrinə ixrac olunan neftə verilən sertifikatları saxtalaşdırmaqla məşğul olub.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya Milli Cinayət Agentliyi (NCA) A.Əlizadənin Londondakı maliyyə aktivlərinin mənşəyi ilə bağlı araşdırmalara başlamışdır.(Gununsesi.info)

Mövzuya qayıdacağıq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taleh Bəşirovla KİMSƏ BACARMIRMI?.. - AXI NİYƏ?


Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovla bağlı ilginc iddiaların yer aldığı məqaləni dünən dia-az.info olaraq diqqqətinizə təqdim etmişdik.

Yazı burada: My Webpage

Məqalənin davamında deyilir:

"Taleh Bəşirovla bağlı faktlardan biri də budur ki, şöbə müdiri zəbt etdiyi köçkün düşərgəsində villalar inşa etmək üçün onlarla ağacı ağır texnika vasitəsilə məhv edib. Məcburi köçkünlər onlar tərəfindən əkilən və əsasən meyvə ağaclarından ibarət olan yaşıllığın məhvinə etiraz etsə də, onların etirazına məhəl qoyan olmayıb.

Taleh Bəşirov son bir neçə ildə əkilən ağaclarla yanaşı, sovet dönəmində əkilən onlarla ağacı da məhv edib. Lakin məcburi köçkünlərin ağacların məhvi ilə bağlı artan etirazından sonra məsələyə əlaqədar dövlət qurumlarının qarışacağından ehtiyat edən şöbə müdiri digər ağacların məhvini təxirə salıb. Məqsəd əraziyə baxış keçiriləcəyi təqdirdə səlahiyyətli şəxsləri yaşıllıqların məhv edilmədiyinə inandırmaq, onlara “dərman üçün” bir neçə ağac təqdim etməkdir".

Dia-az.info bildirir ki, sonda məqalə müəllifi olan narazı vəttəndaşlar media nümayəndələrinə çağırışda da bulunurlar: "Sizi Novxanı çimərliyi “Sarıqaya” yaşayı massivi “Metallurq” düşərgəsinə gələrək baş verənləri öz gözlərinizlə görməyə çağırırıq. Düşərgə “Spring” otelden bir kilometr uzaqlıqda yerləşir. Bura gəlsəniz əmin olacaqsınız ki, ölkədə şahlıq edən qanun yox, Taleh Bəşirovdur..." (Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd təsərrüfatında MƏMUR MONOPOLİYASI... - "Belə getsə, kəndli yazda əkinçi, qışda dilənçi olacaq"

“Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir”.

Bu fikirləri kənd təsərrüfatı sahəsində olan mövcud problemlər və çatışmazlıqlar barədə danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Şahin Nəcəf Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatında olan problemlər kifayət qədər çoxdur:

“Meliorasiya-sulama sistemləri ilə bağlı olan ciddi problemlər hələ də qalmaqdadır. Bildiyimiz kimi, Cənubi Qafqazda ən az şirin su ehtiyatına malik ölkə Azərbaycandır. Cənubi Qafqazda şirin su ehtiyatlarının 67 faizi Gürcüstanın, 29 faizi Ermənistanın, 11 faizi isə Azərbaycanın payına düşür.
Buna baxmayaraq, hökumət hər il əkin sahələrinin dövriyyəsini artırır və həvəslə hesabat verilir ki, 150-160 min hektar örüş sahəsi əkin sahəsinə qaytarılıb. Kiçik təsərrüfatlar özlərinin bir-iki yerini sulamağa çətinlik çəkdiyi, Azərbaycanda şirin su ehtiyatlarnın bu qədər qıt olduğu halda, əkin sahələri dövriyyəyə qaytarılır. Lakin heç kim demir ki, 150 min hektarlıq sahə hansı mənbədən sulanacaq. Bunların hamısı kiçik fermer təsərrüfatlarının məhvi hesabına əmələ gələn porblemdir və hesabatlılıq, demək olar ki, yoxdur.

Mən dəfələrlə təklif etmişəm ki, ən azı bu məsələdə növbəli əkinə keçmək olar. Fermer 20 hektar taxıl əkib su olmadığına görə 10 ton taxıl əldə etməkdənsə, 10 hektar əkərək 50 ton taxıl yığsın. Geridə qalan növbəli əkin olan yerə də subsidiya verilsin. Bu gün subsidiyaların verilməsinə ciddi nəzarət var. Aldığın sahənin 10 sotu belə əkilmədikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cəza tətbiq edilir.

Bu gün Kənd Təsərrüfatı Nazirliyindən çox şey gözləmək də olmur. Çünki kənd təsərrüfatı naziri portfelsiz nazirdir. Onun heç bir səlahiyyəti yoxdur. Bu gün onun yeganə məşğul olduğu sahə subsidiyaların verilməsidir. Əhalinin 40 faizi aqrar sahədə çalışsa da, nazirin səlahiyyəti məhduddur. Mən meliorasiyanı Kənd Təsərrüfatı Nazirliyinə billəşdirilməsinin tərəfdarı idim.

Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir. Bu gün tonlarla soğan fermerin əlində qalaraq çöplüyə atılır. Milyonlarla ziyan olundu. Çünki Belarusdan soğanın buraxılması yerli fermerin ziyan etməsi ilə nəticələndi. İstixanalarda xiyar yetişdirən fermer İrandan məhsulun buraxılması nəticəsində ziyana düşür. Məsələn, Azərbaycanda Şəmkir pomidorunun 1 kiloqramının maya dəyəri 1 manat 40 qəpiyə əmələ gəlirsə, iranınkı isə 52 qəpiyə əmələ gəlir. Fermerlər azca pul qazanan kimi belə halların baş verməsi onların, belə deyək, “belini qırır”.

Bu gün ən böyük çatışmazlıqlardan biri min hektarlarla meyvə bağı salınsa da, konserv, meyvə qurutma zavodlarının az olmasıdır. Bunlar düzgün hesablanmalıdır. Şəmkir kimi aqrar sahədə böyük sərmayələr qoyulan bir rayonda bir konserv zavodu belə yoxdur. Birinci dərəcəli mallar bazarlara göndərilsə də, ikinci dərəcəli malların taleyinin necə olduğu bilinmir, yəni zavod yoxdursa, deməli, bunlar çoplüyə atılır.

Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində olan problemlər danışdıqca bitməyəcək qədər çoxdur. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin statistikalarına baxsaq, çoxlu sayda məhsulun yığılmasını göstərildiyini görərik. Lakin 42 faiz aqrar sahə ilə məşğul olan kiçik təsərrüfatların payının nə qədər olduğunu soruşsaq, bir-iki faiz olduğunu görərik. Kənd təsərrüfatının inkişafından danışdıqda onu iki hissəyə bölməliyik: bəzi məmurlara məxsus olanlar və kiçik təsərrüfatlar. Kiçik təsərrüfatlar doğru şəkildə dəstəklənmədikcə kəndlərimiz boşalacaq, kəndli yazda əkinçi, qışda dilənçi olacaq”.

Yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bizə olunan hörmətsizlik, sayğısızlıq Quba soyqırımı qurbanlarının ruhuna da sayğısızlıqdır" - NARAZILIQ VAR...

Son 200 ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımıları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb.

106 ildir ki, 31 mart tarixi Azərbaycan xalqının qan yaddaşından soyqırımı dərdi kimi silinmir, unudulmur. Odur ki, ölkədə martın son həftəsində səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini kütləvi şəkildə ziyarət edildi. Ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, müəllimlər, sıravi insanlar, eləcə də xarici vətəndaşlar vardı. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, həm də tarixi faktlarla daha yaxından tanış olurdular.

Martın 30-da Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edənlərdən bir qrupu Ağdam rayonunun Bakıda fəaliyyət göstərən orta məktəblərdən birinin müəllim və şagird kollektivi olub. Ziyarət zamanı müəllim və şagirdlər bələdçi tərəfindən bir sıra arxiv sənədləri, bir çox tarixi şəkillərlə ətraflı tanış edilərək, erməni vəhşiliyinin şahidi olublar...

Bu barədə redaksiyamıza məlumat verən adının çəkilməsini istəməyən məktəbin müəlliməsi bəzi gileylərini də bildirdi. Qeyd etdi ki, müəllim və şagird kollektivi da Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra Bakıya qayıtmaq üçün sifariş etdikləri avtobusla yola çıxıblar. Müəllimənin sözlərinə görə, hər şey kollektivin Quba rayonunun Qəçrəş meşəsində yol kənarında fəaliyyət göstərən kafe və restoranlardan birində çay içmək təklifi ilə başlayıb: "Təklifimizlə razılaşan sürücü qısa bir məsləhətləşmədən sonra avtobusu yol kənarında ilk qarşılaşdığımız "Şah Quba" restoranının yanında saxladı.

Avtobusdan düşən məktəbliləri və onlara nəzarət edən müəllimələri qarşılayan xidmətçiyə çay içəcəyimizi bildirdik. Şagirdlər və müəllimələrimiz göstərilən masada əyləşdikdən sonra bizə yaxınlaşan xidmətçi çayla bərabər konfet, mürəbbə, quru meyvələr, şirniyyatların da "çay dəstgahı"na daxil edildiyini söylədi. Biz isə dedik ki, Bakıdan Quba soyqırımı qurbanlarını ziyarət etməyə gəlmişdik, yalnız hərəyə bir stəkan çay içəcəyik, sonra gedəcəyik. Həm də bildirdik ki, şirniyyat özümüzdə var, ona görə də zəhmət olmasa, yalnız hər kəsə bir stəkan çay gətirsin.

Aldığı cavabdan sanki əhvalı korlanan xidmətçinin getməyi ilə qayıtmağı bir oldu. Dilxor halda qayıdan xidmətçi əlindəki armudu stəkanları masanın üstünə qoyaraq getdi. Çox keçmədi ki, xidmətçi tez-tələsik iki samovarı əyləşdiyimiz masanın üzərinə qoyub geri döndü. Bu dəfə dəm çayniklərini gətirən xidmətçiyə narazılığımızı bildirdik ki, axı biz samovar sifariş etməmişik, hər kəsə bir stəkan çay istədik. Xidmətçi dedi ki, burada müştərilərə çayı yalnız samovarla verirlər. Biz də qayıtdıq ki, əgər belədirsə, bizə bir samovar bəs edər, ikincisi artıqdır. Xidmətçi isə bildirdi ki, hər iki samovar artıq kassaya daxil edilib, geri qaytarmaq mümkün deyil. Şagirdlərinin gözü qarşısında heç də xoş olmayan durumla üzləşən müəllimələr çıxılmaz vəziyyətdə qaldılar... Havanın yavaş-yavaş qaraldığını və yolun uzaqlığını nəzərə alaraq vaxt itirməmək üçün hər kəs bir stəkan çay içib qalxdıq. Və xidmətçini çağırıb yenidən haqlı narazılığımızı bildirdik və ikinci samovardan istifadə olunmadığını, hətta birinci samovardan suyun və dəmin artıq qaldığını dedik. Başını qaldırmadan dodağı altında mızıldanan xidmətçinin nə dediyini anlamasaq da, içilən çay üçün nə qədər ödəyəcəyimiz hesabı soruşduq. Xidmətçi cavab verdi ki, iki samovar üçün 50 manat ödəməlisiniz. Etiraz etdik ki, bu pulu ödəmək imkanında deyilik. Bir az öncəki mübahisədən hələ də sakitləşməyən əsəblərimiz yenidən tarıma çəkildi. Dedik, "ay oğul, bu gün hamımız üçün çətindir, dediyimiz kimi, Bakıdan bura Quba soyqırımı qurbanlarını ziyarət etməyə gəlmişdik, indi ziyarətdən qayıdırıq, hamımızın əsəbləri gərilib, tarıma çəkilib, hamımız yorulmuşuq, sən də bir tərəfdən bizi əsəbləşdirmə. Bu gördüyün körpələrin hamısı doğma yurd-yuvalarından 30 ildir didərgin düşən insanların övladları, nəvə-nəticələridir. Onlar öz istəkləri ilə, könüllü pul toplayıb sifarişlə avtobus tutub bu qədər yolu qət edib gəliblər ki, Quba soyqırımı qurbanlarını ziyarət etsinlər. İndi sən də deyirsən ki, 5-6 litir qaynamış su və iki balaca çaynik üçün 50 manat verin. Burada yəni suyun qiyməti bu qədər bahadır? Bu insafsızlıqdır. Belə çörək qazanmazlar... Uzun sözün qısası, biz çox dedik, amma o az eşitdi. Dedi, siz 50 manatı verməlisiniz, yoxsa o pulu mənim əməkhaqqımdan kəsəcəklər. Xidmətçi iki ayağın bir başmağa dirədi ki, olmaz, siz 50 manatı mütləq verməlisiniz. Bu arada restoranın digər xidmətçiləri də ətrafımıza toplaşıb məsələyə müdaxilə etməyə başladılar. Onlara bu barədə aidiyyəti yerlərə şikayət edəcəyimizi bildirsək də, dedilər, bura elə bir adamındır ki, ona heç nə edə bilməzsiniz, yaxşısı budur pulunuzu verib gedin. Gördük ki, nə etsək də, xidmətçi fikrini dəyişmək niyyətində deyil. Məsələnin daha da böyüməməsi üçün təkcə qaynar su üçün 40 manat ödəyib (çek təqdim edilmədi), avtobusa minib Bakıya yola düşdük...

...Yol boyu avtobusun salonunda səs-səmir, hərəkət deyilən hec nə yox idi. İnsanın hövsələsini daraldan səssizlik çökmüşdü hər kəsin üzərinə. Beləcə, yolumuza davam edirdik. Amma bu səssizlikdə bəzi qarışıq fikirlər məni rahat buraxmadı... İllər keçəcək, fəsillər dəyişəcək, lakin "Şah Quba" restoranında bugünkü üzləşdiyimiz ədalətsizlik heç zaman unudulmayacaq. Məktəbimizin kollektivi üçün bu xoş olmayan anlar unudulmaz bir gün olaraq yaddaşımızda qalacaq. Onu da deyim ki, "Şah Quba" restoranının işçiləri tərəfindən bizə olunan hörmətsizlik, sayğısızlıq Quba soyqırımı qurbanlarının ruhuna da sayğısızlıqdır. Biz bu özbaşınalıqlara birtəhər dözdük. Amma gördük ki, "Şah Quba" restoranında başdan-başa, sözün əsl mənasında soyğunçuluq hökm sürür. Müştərilərdən bir samovar qaynamış su və iki qaşıq quru çay üçün 50 manat tələb edirlər. Qubada su tapılmır, yoxsa restoran işçilərinin insafı yoxdur? Adam onların əvəzinə utanır, xəcalət çəkir! Çünki bu kimi yeməkxana, restoran və çayxanalarda müştərilərin "cibinə girməklə" "rahat yolla pul qazanırlar". Məsələn, çox uzağa getməyək, elə Qəçrəş meşəsində yol boyu əraziləri zəbt edən restoran, kafe və yeməkxanalarda soyğunçular imkanlarını genişləndirmək, var-dövlət toplamaq, villa tikdirmək, bahalı maşınlar almaq üçün gecə-gündüz müştəriləri aldadırlar. Niyə burada qayda-qanun yaradılmır? Bu özbaşınalığa nə qədər dözmək olar? Özü də bu özbaşınalıqla Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında üzləşdik. Halbuki Müqəddəs Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. İnsanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bundan başqa, Müqəddəs Ramazan ayı boyunca respublikamızın müxtəlif regionlarında iftar süfrələri açılır. Məgər "Şah Quba" restoranının sahibinin bunlardan xəbəri yoxdurmu? Əgər bunu edə bilmirsə, ən azından insafı əldən verməsin. Əmin olmaq istəyirik ki, növbəti səfərlərimizə qədər "Şah Quba" restoranının rəhbərliyi dediklərimizdən dərs çıxaracaq...".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

tezadlar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədi Rayon İcra Hakimiyyətinin tenderi LƏĞV EDİLDİ - SƏBƏB

Ağcabədi Rayon İcra Hakimiyyətinin "Hindarx qəsəbəsində və Ağcabədi şəhər Bayraq meydanında görüləcək abadlıq və təmir işləri üçün layihə-smeta işlərinin satın alınması" ilə bağlı elan etdiyi tender ləğv edilib.

32gun.az xəbər verir ki, buna səbəb Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da DSQ 11.1-ci maddəsi il tənzimlənir.

Xatırladaq ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO