[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmlak Komitəsində həbs dalğası... - Taleh Bəşirov taladığının cəzasın alacaq

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Xankəndində Prezidentin xüsusi nümayəndəsi təyin olunması Xidmət daxilində ciddi təlatümlər yaradıb. Belə ki, Elçin Yusubovun himayəsi altında olan kadrlar təşviş içindədir və bu sırada dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovun durumu daha ağırdır. Adi bir yerölçənlikdən məmur oliqarxa qədər yüksəlişini məhz Elçin Yusubova borclu olan Taleh Bəşirov indi Xidmətdə havadan asılı vəziyyətdə qalıb. Taleh Bəşirov müəyyən dairələrdə Elçin Yusubovla bağlı təyinatı özünün xilası kimi dəyərləndirsə də, əslində mövcud reallıq xeyli dərəcədə fərqlidi. Çünki şöbə müdirinin nə deməyindən asılı olmayaraq, Elçin Yusubovun indiki həssas
məqamda Taleh Bəşirovun yaratdığı çoxsaylı problemlərə ortaq olacağı inandırıcı görünmür. Xidmət rəhbərliyi hesab edir ki, onlar üçün davamlı başağrısına çevrilən Taleh Bəşirovla xudafizləşmək vaxtıdır. Rəhbərliyin fikrincə, bu, şöbə müdiri və onun mediada doğurduğu mənfi ictimai rezonansdan qurtulmağın ən yaxşı yoludur.

Bütün bunları nəzərə alan Xidmət rəhbərliyinin yaxın vaxtlarda Taleh Bəşirovla vidalaşacağı gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Taleh Bəşirovun sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Belə ki, bəzi yetkililər hesab edir ki, şöbə müdiri öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Çünki işdən çxıarılmağı onu etdiyi qanunsuzluqların məsuliyyətindən azad etmir. Bu mənada Taleh Bəşirovun sadəcə işdən qovulacağı, yoxsa həm də məsuliyyətə cəlb ediləcəyi indiki məqam üçün mübahisə predmeti olaraq qalır.

AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, Elçin Yusubovun himayəsi altında kasıblığın daşını atan Taleh Bəşirov, dövlət torpaqları ilə məmurlar arasında maklerlik edib. Dövlət balansındakı milyonluq torpaq sahələrini məmurların dostluğunu qazanmaq üçün onlara qəpik-quruşa təklif edən Bəşirov, əvəzində məmurlardan “hədiyyə” adı ilə böyük pullar, bahalı avtomobillər qazanıb. Taleh Bəşirova bağışlanan və haqqında mətbuatda danışılan Range Rover də məhz bu xidmətinə görə şöbə müdirinə verilib. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır. Amma indi vəziyyətin kritikliyi Taleh Bəşirova da yaxşı məlumdur. Bu səbəbdən də şöbə müdiri son bir ayda dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə Taleh Bəşirova kömək etmək niyyətində deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tam Store” marketin yarımçıq fırıldağı… -Marketlər müştəriləri aldatmağa davam edirlər, ölçü götürən isə tapılmır


Ötən yazılarımızdan birində bəzi marketlərin saxta endirim kampaniyasından bəhs etmişdik. Məqsədimiz, onsuz da ən müxtəlif üsullarla hər gün cibimizə girərək milyonlar qazanan marketləri neqativ hallardan çəkindirmək idi. Amma təəssüf ki, bəzi marketlər nəinki “ağıllanmaq” istəmir, əksinə, gözəl və rəngarəng plakatlarla “endirim” xəbərləri verib, alıcını aldatmaq üçün hər gün yeni üsullar icad edirlər.
“Endirim” oyunu üzərində alıcıları aldatmaq istəyən mağazalardan biri də bazara nisbətən yeni daxil olan “Tam Store” marketlər şəbəkəsidir. Şəbəkə möhtəşəm “endirim” xəbərləri ilə insanları şirnikləndirib, mağazaya gətirməyi bacarır. Lakin müştəri bəzən almaq istədiyi hansısa “endirimli” məhsulun qiymətində heç bir endirimə rast gəlmir. Etiraz isə həmişə olduğu kimi, cavabsız qalır…
Bakı sakini Rafiq Muradov da “Tam Store”dakı “endirim” kampaniyasından şikayətlənir. O, deyir ki, mağazaların çoxunda saxta endirim taktikasından istifadə edirlər. Amma başqaları bunu incə formada etdiyi bir zamanda, “Tam store” ən kobud üsula əl atır.
“Martın 10-da metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yeni açılan “Tam market”in önündən keçirdim. Marketin pəncərəsinə endirim elanları yerləşdirildiyini gördüm. Məsələn, 2 kiloqramlıq “Harika” ununun qiyməti 50 faiz endirimlə 1 manat 67 qəpiyə düşmüşdü. Elanda yazılıb ki, 2 kiloqramlıq unu 6-12 mart tarixlərində bu qiymətə almaq mümkündür. Məni cəlb etdi, fikirləşdim ki, bayram öncəsi endirimdən yararlanım. Amma içəri girib həmin məhsulun rəfdə və eyni zamanda kassadakı fərqli (!) qiymətini gördükdə, xəyal qırıqlığına uğradım. Deməli, elanda göstərilir ki, məhsul 3 manat 34 qəpikdən 1 manat 67 qəpiyə düşüb. Amma rəfdə 3 manat 50 qəpik (!) qiymət qoyulub. Kassada isə məhsul 3 manat 34 (!) qəpikdir. Və bu, kampaniyanın bitmə tarixinə 2 gün qalmış baş verir. Qiymət fərqi digər məhsullarda da var. Məsələn, bir tanışım deyir ki, marketin Biləcəri filialında aldığı toyuq filesinin qiymətində də fərq olub və fərqi evdə aşkar edib. Niyə insanları aldadırlar?”
Məhsul kassada yoxlanılıb və endirim olmadığı aşkar edilib. Rafiq Muradov xəzinədardan və mağaza əməkdaşlarından niyə qiymət fərqi olduğunu soruşub. Onlar isə heç bir cavab verə bilməyiblər. Ardınca məsələyə mağazanın inzibatçısı qarışıb və bu məhsula endirim olmadığını bildirib. Ona mağazanın pəncərəsinə yapışdırılan elanı göstərəndə də susaraq cavab verməyib. Bu zaman mağaza əməkdaşlarından biri rəhbərliyin göstərişi ilə rəfdəki qiyməti yığışdırıb.
Alıcının şikayətini aydınlaşdırmaq üçün sözügedən marketlə əlaqə saxladıq. Lakin “Tam Store”-nin nümayəndəsi Ülkər Xaliqova şikayəti rədd edərək, belə bir şeyin olmadığını, hətta şəkillərin köhnə olduğunu iddia edib: “Əmin olun ki, biz endirim mövzusunda çox həssasıq. Ümumən şəbəkə olaraq, yalan reklam yaymaq bizim üçün yolverilməzdir. Və heç vaxt bu cür reklamlara əl atmamışıq”.
Əməkdaşımız şəkillərin yeni olduğunu bildirəndən, çəkilişlərin vaxtını sübut edən dəlilləri (şəkillərin çəkilmə zamanı) göstərəndən, hətta inzibatçının “bu məhsul endirimdə deyil” dediyi video görüntünün olduğunu bildirdikdən sonra qarşı tərəf səssiz qalıb. Bir qədər sonra isə başqa bir məsul şəxs əməkdaşımıza zəng edib, həmin mağazadakı administratorun yeni gəldiyini, məsələdən xəbəri olmadığını və buna görə də yanlış anlaşılma olduğunu qeyd edib. Elandakı qiymətlə rəfdəki qiymət fərqinə gəldikdə isə bunun araşdırılacağını və problemin aradan qaldırılacağını bildirib.
“Tam Store” marketin yarımçıq fırıldağı… -Marketlər müştəriləri aldatmağa davam edirlər, ölçü götürən isə tapılmır

Əslində inzibatçının yeni və ya köhnə olmasının problemə heç bir aidiyyəti yoxdur. Endirim kampaniyasının elan edilməsi də, kassada məhsulun qiymətinin müəyyən edilməsi mərkəzləşdirilmiş formada tənzimlənir. Yəni, problemin səbəbi başqadır…
Bu cür hallar qanunsuzluq sayılır və istehlakçının hüquqlarının pozulması deməkdir. İstənilən şəxs, bununla bağlı məhkəməyə müraciət edərək, marketdən mənəvi və maddi təzminat tələb edə bilər. Ona görə də, istehlakçılar bu vəziyyətlə qarşılaşdıqda qanun çərçivəsində hüquqlarını tələb edə bilər.
Digər tərəfdən, aidiyyatlı qurumlar da insanları bu formada aldadan şəbəkələrə qarşı ölçü götürməyə borcludurlar.
Ölçü götürüləcəkmi?..(Pressklub)
Günay Elşən
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə sakini özünün xəbəri olmadan beş şirkət sahibi oldu (VİDEO)

Ötən ilin əvvəlində Gəncə sakini Elnur Abbasov iki dostundan iş təklifi alıb.

Dostlar ona şirkətdə işləmək üçün “Asan imza” almasının vacib olduğunu bildiriblər.

Tez bir zamanda “Asan imza” alan Elnur Abbasov bütün sənədlərin şifrəsini dostlarına təhvil verib.

Bu ilin ilk ayında isə E.Abbasovun adına vergi xidmətindən borc gəlib.
Sənəddə isə göstərilib ki, onun adına olan beş şirkətin bir il ərzində 33 min manatdan çox borcu var.

Daha ətraflı “ATV Xəbər”in süjetində:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın 488 milyonluq mənimsəmədə ittiham edilən məmurları azadlığa buraxılıb


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) bir müddət öncə Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində yüz milyonlarca manat yeyintidə ittiham olunaraq həbs edilən yüksək vəzifəli şəxslərin azadlığa çıxdığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Bildirilir ki, həbsdən buraxılanlar arasında Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.
Adları çəkilən şəxslər 2022-ci ilin noyabrında həbs olunarkən, həmin vəzifələrdə çalışırdılar. Onların həbsindən sonra vəzifələrindən də azad edilmələri barədə sərəncam və əmrlər imzalanıb.

Külli miqdarda mənimsəmədə ittiham edilən bu məmurlarla bağlı cinayət işinin istintaqı DTX-də aparılır, özləri də həmin qurumun istintaq təcridxanasında saxlanılırdı.

“Səbail rayon Məhkəməsinin qərarı ilə onların haqqında, ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Sonradan həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə məhkəmə qərarıyla artırıldı. Sonuncu dəfə artırılmış həbs müddəti başa çatanda isə daha uzatma üçün məhkəməyə təqdimat verilməyib. Onlar həbsdən buraxılıblar”, – mənbə “Azadlıq radiosu”na bildirib.

Cinayət işinə xitam verilməyib?

Mənbənin sözlərinə görə, sabiq məmurlar azadlığa çıxsalar da, cinayət işinə xitam verilməyib. Onlar yenə də təqsirləndirilən şəxs statusunda qalırlar.

Azadlığa çıxan keçmiş məmurlardan birinin vəkili də bu məlumatı təsdiqləyib.

Rəfael Əliyev Maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamıyla Maliyyə naziri təyin edilib.

R.Əliyev nazir vəzifəsinə gedəndən sonra Gömrük Komitəsində onun əvvəlki postuna Mansur Əsgərov təyin olunub.
Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri, general-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Naxçıvanda həbs olunan məmurlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilmişdi. Məsələn, sabiq nazir R.Əliyev 144 milyon manatlıq mənimsəmədə suçlanırdı. Keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.
Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.

Penitensiar Xidmətin keçmiş rəisi hələ də həbsdədir

Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. O, hələ də həbsdədir və hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir.
2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi. O, külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.(Yeniavaz.com)

T.Həsənov özünü təqsirli bilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səttar Mehbalıyevin rəhbərlik etdiyi qurum Xaçmazda istirahət mərkəzi tikəcək - Büdcə sökənlər iş başında...

Xaçmaz Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına rayonun Xuray kəndi ərazisində sağlamlıq-istirahət kompleksi tikməsinə icazə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, sağlamlıq-istirahət kompleksinin tikintisinə 21 fevral 2024-cü il tarixli 01/X saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 3 oktyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-3266/2023 saylı, həmçinin 30 yanvar 2024-cü il tarixində tikinti layihəsinə dair 36806 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən sağlamlıq-istirahət kompleksinin tikinti sahəsi 1 165,6 kv. metr, ümumi sahəsi 4 045 kv. metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi və çardaq) olacaq.

Bundan başqa İcra Hakimiyyəti sağlamlıq-istirahət kompleksinin ərazisində hər birinin ümumi sahəsi 232,4 kv. metr olacaq 2 ədəd 2 mərtəbəli kottec tipli evin də tikintisinə icazə verilib.

Məlumat üçün bildirək ki, sağlamlıq-istirahət kompleksinin sifarişçisi olan Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri millət vəkili Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da sədrlik edir.

Onu da qeyd edək ki, Xuray kəndində "Təhsil İstirahət Mərkəzi” MMC adlı şirkətə məxsus mehmanxana da fəaliyyət göstərir. 2013-cü ildə dövlət qeydiyyatına alınan "Təhsil İstirahət Mərkəzi” MMC-nin nizamnamə kapitalı 17 milyon 209 min 386 manat 15 qəpik təşkil edir. Hazırda "Təhsil İstirahət Mərkəzi” MMC-nin dövlət büdcəsinə 219 min 158 manat 47 qəpik vergi borcu var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur restoran vətəndaşın qapısında parkinq salıb?

“Səhər yuxudan oyanıb gördük ki, evin qabağında avtodayanacaq düzəldiblər. Piyada səkisini söküb istiqamətini dəyişiblər. Həm də bu işləri hamı yatanda, gecə saat 02-05 aralığında ediblər ki, xəbər tutub etiraz etməyək”.

Bu şikayətlə “Qafqazinfo”ya Xəzər rayonunun Mərdəkan qəsəbə sakini İlham Məmmədov müraciət edib.

Vətəndaş iddia edir ki, Buzovna-Mərdəkan şossesi 719C ünvanındakı evinin qarşısında qanunsuz avtomobil dayanacağı “Dükkan” restoranının rəhbərliyi tərəfindən salınıb. Aidiyyəti dövlət qurumları isə buna göz yumub: “Mənim fərdi yaşayış evimin qarşısında qoyulmuş səki daşlarını qonşuluğumda yerləşən “Dükkan” restoranının sahibi kimi tanıdığım Eyvaz adlı şəxs qanunsuz olaraq sökdürərək yerini dəyişdirib. Restorana gələn müştərilərin maşınlarının saxlanması üçün restoranın qarşısında kifayət qədər yer olmasına baxmayaraq, mənim evimin pəncərəsinin qarşısında dayanacaq düzəltmək məqsədilə səkiləri sökərək yoldan bir neçə metr geriyə çəkdirib. Layihə əsasında düzülmüş səki daşlarının yerinin qanunsuz olaraq dəyişdirilməsi, həmçinin restorandan çıxan bəzi şəxslərin şərxoş olduqlarını və mənim evimin pəncərəsinin qarşısında avtomobillərin saxlanılması mənim qanunla qorunan yaşamaq hüququmun pozulmasına gətirib çıxaracaq”.

Vətəndaş bildirir ki, analoji hadisə bundan bir il əvvəl yanvar ayında da yaşanıb: “Onda hələ evim tam hazır deyildi, köçməmişdim. O vaxt da belə etmişdilər, səkinin yerini dəyişib evimin qarşısını dayanacağa çevirmişdilər. Xəbər tutan kimi aidiyyəti qurumlara müraciət etdim və qarşısı alındı. Lakin yenə də öz qanunsuz əməllərindən çəkinmirlər”.

Problemlə əlaqədar “Dükkan” restoranı ilə əlaqə saxladıq. İaşə müəssisəsindən onlar tərəfindən piyada səkisinə hər hansı dəyişiklik edilmədiyi bildirildi: “Bizim tərəfimizdən belə bir hal baş verməyib, piyada səkisində hər hansı dəyişiklik edilibsə, müvafiq orqanlara müraciət olunsun və onlar tərəfindən araşdırılsın”.
Məşhur restoran vətəndaşın qapısında parkinq salıb?

Xəzər Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq həqiqətən həmin istiqamətdə piyada yolunun dəyişdirildiyi təsdiqləndi. Lakin bildirildi ki, sözügedən ərazinin təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir: “Məlum olduğu kimi, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, həmçinin yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi müvafiq olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Videosujetdə vətəndaşın qeyd etdiyi ərazi Xəzər rayonu, Mərdəkan -Buzovna avtomobil yolunun sol tərəfində yerləşir. Sözügedən ərazidə müvafiq işlərin görülməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə rəsmi müraciət daxil olmayıb. Bu məsələ ilə bağlı Xəzər RİH başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Mərdəkan bələdiyyəsinin sədri tərəfindən keçirilən baxış zamanı həmin ərazidə yolun mühafizə zolağına müdaxilə edildiyi müəyyən olunub.

Bununla əlaqədar məsələnin araşdırılması və eyni zamanda həlli istiqamətində müvafiq zəruri tədbirlərin görülməsi məqsədilə Xəzər RİH tərəfindən aidiyyəti qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlanıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə qurum tərəfindən yalnız yolun hərəkət hissəsinin bərpa olunduğu bildirildi: “Yolun nə səki hissənin bərpası, nə də bardürlərin düzülməsinin Agentliyə aidiyyəti yoxdur. Agentlik yolun hərəkət hissəsini, yəni, səkidən-səkiyə qədər olan hissəni təmir edir. Səki hissəsi, yaşıllıq, velosiped zolağı yerli icra hakimiyyətinin balansındadır və onlar da bərpa etməlidirlər. Ola bilər ki, özləri bərpa edə bilməsinlər və Agentliyin müvafiq rayon üzrə Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etsinlər ki, köməklik göstərilsin. Bu halda onlara köməklik göstərilə bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Komitəsinin 10 manatlıq FIRLDAĞI... - BU NƏDİ BELƏ?!


"Şikayətim Dövlət Gömrük Komitəsindədir!" Dia-az.info bildirir ki, bunu öz gileyində ictimai fəal Rəşad Ağayev bildirib.
Narazı vətəndaş başına gələnləri belə nəql edir: "Mən özüm "Trendyol" ilə əməkdaşlıq edirəm və "Trendyol" mənə hər ay endirim kuponları verir. Mən də sifariş vuranda özümə istifadə edirəm.
Bu dəfə də istifadə etmişəm və mənə dünən mesaj gəldi ki gömrükdə məhsulumuz saxlanıb, prosedur üçün özüm yaxınlaşmalıyam.
Bu gün getdim, nə səbəbdən saxlanıldığını soruşdum və "düzgün bəyan edilməmə" deyildi . Mən də bütün məlumatları göstərdim və mən səhv heç nə etməmişdim. Nəsə gördülər səhv heç nə yoxdu, mənə icazə verdilər malı götürüm və yönləndirdilər eyni zalda olan başqa pəncərəyə və orda məndən 10 manat anbar pulu istədilər. Mən niyə anbar pulu ödəməliyəm? Hər dəfə heç nədən malımı saxlayasınız... mən də gəlib anbar pulu ödəməli olacam?
Günahım... səhvim ola... dərd yarı, amma heç bir səhvim olmadan məndən 10 manat saxlanma pulu aldılar.(Dia-az.info)
Sistemdə alınan pul göstərilmir..."
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Komitəsinin 10 manatlıq FIRLDAĞI... - BU NƏDİ BELƏ?!


"Şikayətim Dövlət Gömrük Komitəsindədir!" Dia-az.info bildirir ki, bunu öz gileyində ictimai fəal Rəşad Ağayev bildirib.
Narazı vətəndaş başına gələnləri belə nəql edir: "Mən özüm "Trendyol" ilə əməkdaşlıq edirəm və "Trendyol" mənə hər ay endirim kuponları verir. Mən də sifariş vuranda özümə istifadə edirəm.
Bu dəfə də istifadə etmişəm və mənə dünən mesaj gəldi ki gömrükdə məhsulumuz saxlanıb, prosedur üçün özüm yaxınlaşmalıyam.
Bu gün getdim, nə səbəbdən saxlanıldığını soruşdum və "düzgün bəyan edilməmə" deyildi . Mən də bütün məlumatları göstərdim və mən səhv heç nə etməmişdim. Nəsə gördülər səhv heç nə yoxdu, mənə icazə verdilər malı götürüm və yönləndirdilər eyni zalda olan başqa pəncərəyə və orda məndən 10 manat anbar pulu istədilər. Mən niyə anbar pulu ödəməliyəm? Hər dəfə heç nədən malımı saxlayasınız... mən də gəlib anbar pulu ödəməli olacam?
Günahım... səhvim ola... dərd yarı, amma heç bir səhvim olmadan məndən 10 manat saxlanma pulu aldılar.(Dia-az.info)
Sistemdə alınan pul göstərilmir..."
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ

Olmayaydı, “Bayer”i tərlədən komanda “Qarabağ”, olaydı Portuqaliyanın hansısa “Eştoril”i. Onun baş məşqçisinin üstündə dava salardı Avropa klubları. Təbii, “Eştoril”in baş məşqçisi avropalı olardısa. Zatən avropalı olmamağı da mümkünsüz.

“Avropalı şovinizmi” mövcuddur, var, onu hər kəs hiss edir. Elə “Qarabağ”da hiss etdi. Eyni qayda pozuntusunu Elvin yox, “Bayer”in futbolçusu etsəydi, VAR baş hakimə heç tövsiyə belə verməyəcəkdi. Yaxşı, bunu yıxıram UEFA-nın boynuna. Böyük klublardan çəkindiyi üçün (Avropa Superliqası ideyası gündəmə gələndən bu qorxu lap artıb) onlara güzəşt edilir.

Amma elə o baş hakimin vətənində - İngiltərədə qaradərili futbolçular daim şovinizmdən şikayət edirlər.

Deyirlər ki, “alkaş” Runi uğursuz olsa da, bu klubdan o kluba, o klubdan bu kluba keçir. Lempard var ey, məşqçilik istedadı yoxdur bu adamda, getdiyi hər komandanı da çökdürür. Amma iş problemi yoxdur. Ancaq deyək ki, Didye Droqbaya heç vaxt belə şans verilməz İngiltərədə. Nəinki İngiltərədə, bütün Avropada.

“Qarabağ”ın baş məşqçisi olmayaydı Qurban Qurbanov, olaydı bir portuqal, ispan və ya serb, ya da rumın. İndi “Bavariya” Alonsoya yox, ona təklif göndərərdi. Amma Qurbana göndərməzlər. Niyə? Çünki şovinizm hiss qəbul etmir bunu: Hansısa Azərbaycandan olan azərbaycanlı belə komandanı necə yaradıb?

Alonso istedadlı məşqçisidir. Bu “Bayer”i 500 milyon avroya formalaşdırıb. Bu “Bayer”lə başabaş mübarizə aparan “Qarabağ”ı isə azərbaycanlı Qurban Qurbanov cəmisi 30 milyona “yığıb”. Manata ey.

“Bavariya” israrla Alonsonu istəyir. Amma dəqiqdir ki, müzakirə ediblər bunu: Qurban Qurbanov 30 milyona 500 milyonluq komandanı necə yığıb? Müzakirə ediblər, amma təklif göndərməzlər. Avropa şovinizmi buna imkan verməz.

Canları sağ olsun, amma bütün hallarda Leverkuzendəki oyundan sonra “Bavariya”, təkcə onlar yox, məşqçi axtaran digər Avropa klubları da Qurban Qurbanova rəsmi təklif göndərdi. Qurban o təklifləri qəbul etmədi. Hələ Azərbaycana lazımdır. (Publika)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..." - GİLEY

Lənkəran rayonu, Liman şəhər sakini Nəzərov Şirzad Mirzərəhim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.Nəzərov yolları bərbad hala salan qurumlardan şikayətçidir:

“Biz, sakinlər, yolların bərbad vəziyyətə salınmasından şikayətçiyik.

Burada bəzi qurumlar yolları bərbad vəziyyətə salır və işləri bitdikdən sonra düzəltmirlər. Narahatçılıq və qorxu içindəyik. Yollarda böyük-böyük çuxurlar qazıblar, azyaşlı uşaqlar, qocalar bu yoldan istifadə edərkən əziyyət çəkirlər. Yağış yağdıqda isə çuxurlar su ilə dolur və görünməz hala gəlir. 3-4 metr dərinlikdə olan quyuya körpə uşaq düşsə, sağ qalmaz.

İcra hakimiyyəti bu vəziyyətə göz yumur, şikayətlərə baxmır, təmir işləri aparmır.
"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..." - GİLEY

Sanki bəzi məmurlarda "erməniləşmə gedir", qoca-cavan fikirləşən qalmayıb. Can verdiyimiz, şəhid verdiyimiz torpaqlar niyə bu günə salınır? Hansısa bir məqsədlə qazılsa belə, daha sonra niyə təmir edilmir? Bu sualların cavabını biz ala bilmirik.

Fövqəladə vəziyyətin içindəyik görən, kömək edən yoxdur".
"İcra hakimiyyəti bu vəziyyətə göz yumur..." - GİLEY

Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO