[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
HƏMZƏ HƏSƏNOV SAHİL BABAYEVƏ “XOD” AXTARIR

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.
Nazir müavini Anar Əliyev mətbuata açıqlamasında bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq: “Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək”.

Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə xəstəxananın təhvil-təslim işləri həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova da açıqlamasında təsdiqləyib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin 2 saylı dəmiryol poliklinikasının baş həkimi, “fəxri dəmiryolçu” Həmzə Həsənov deyəsən bu baş verənlərdən çox narahatdır. Yəqin düşünür ki, bu tendensiya davam edəcək, onun rəhbərlik etdiyi tibb müəssisəsi də ƏƏSMN-nin tabeliyinə verilə bilər. Bu halda böyük ehtimalla ilk görüləcək tədbir qocaman baş həkimin vəzifədən çıxarılması olacaq. Çünki eynən Mərkəzi Dəmiryol Xəstəxanasında olduğu kimi, ilk növbədə müəssisə təmirə bağlanılacaq. Yenidən işə düşəndə isə sükanın arxasında artıq başqa baş həkim olacaq. Hətta çətinliklə vəzifəsini qoruya biləcəksə də belə, onun üçün uzun illərdən bəri üzü-gözü alışdığı adamları təzə adamlara dəyişmək, “dil tapmaq” çətin olacaq. Ona görə də Həmzə Həsənov son günlər çox pərişan görünür. Redaksiyamıza daxil olmuş bir neqativ məlumatla bağlı münasibətini öyrənmək üçün baş həkimin telefonuna zəng vurduqda özümüz də bunun şahidi olduq. Elə jurnalist olduğumuzu bildirən kimi baş həkim acıqlı ritorika sərgilədi. Hətta deyinərkən, ağzından qeyri-etik ifadələr çıxardı, “oğraşlar...” – dedi. Ondan işlətdiyi təhqiramiz sözlərin konkret kimə ünvanlandığını soruşanda, “heç, sənlə deyiləm, qabaqda dayanan “qaişnikə” deyirəm”, – deyə cavab verdi.

Təxmin etmək olar ki, Həmzə Həsənov pasientlərlə və öz işçiləri ilə daha sərt rəftar edir. Siz deyin, onun daha vəzifədə qalması məqsədəuyğundurmu? Onu kreslodan düşürmək üçün mütləq müəssisənin tabe olduğu qurumun dəyişməsini gözləmək lazımdırmı? Əcəba, bu məsələdə süstlük göstərilsə, bir də görəcəyik ki, Həmzə Həsənov ƏƏSMN-də də özünə havadar tapıb.

“Həqiqət carçısı”

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə Nazirliyinin “Dent Star” stomotolji klinikasının varlığından xəbəri var? - ŞİKAYƏT

“Azərbaycan Reallığı” informasiya agentliyinə şikayət edən vətəndaş bildirir ki, yasamal rayonu ərazisində yerləşən “Dent Star” klinikasına diş rentgeninin çəkilməsi üçün müraciət etdim.

Girişdə posiyentləri qarşılayan gülərüzsüz reseption xanımlar sanki, bu klinikada məcburi əməyə məcbur edilmiş formada işləyirlər.

Vətəndaş iddia edərək redaksiyamıza bildirib ki, posiyentlərlə kobud şəkildə danışan reseptionda əyləşən adını bilmədiyi işçi mənim ödəniş edərək çəkdirdiyim rentgenin verilməsini onnan tələb etsəmdə, lakin protokol qaydalarından və, müraciət formasından kənar olaraq adım ilə çağırıraq, sanki məni illərlə tanıyır görüntüsü yaradaraq, retgenin cavabını verməkdən imtina etdi.

Onun bu kobudluğunu anında bildirsəmdə, “Burda mənəm, Bağdadda kor xəlifə” məsəlini nəzəri olaraq mənə xatırlatmağa müvəffəq oldu.

Mən dərhal rəhbərliyin qəbuluna gedib burdakı özbaşınalıqları nəzərinə çatdırmaq istəsəmdə, işçilər buranın yiyəsiz olduğunu rəhbərliyin olmaması obrazını bir anlıq yaratdılar.

Ümumiyyətlə bu klinikanın personalının, posiyentlərə keyfiyyətsiz xidmət üslubunu ictimailləşdirmək və cəmiyyətin nəzərinə çatdırmağı vətəndaş məsuliyyəti bildim.

Vətəndaş redaksiyamıza bildirdi ki, rentgen üçün ödədiyim ödənişi məndən aldıqdan sonra rentgenim çəkilsədə cavabı mənə verilmədi.

Bizdə növbəmizdə mediamız vasitəsi ilə, “Dent Star” stomotolji klinikanın rəhbərliyinə saytımız vasitəsi ilə belə bir sual vermək istəyirik.

Sual 1: Hörmətli “Dent Star” klinikasının rəhbərliyi sizin el dilində desək “Hozu” personalınızdan həqiqətənmi xəbəriniz yoxdur? yoxsa…….

Xatırladaq ki, hozu sözü azərbaycan lügətində mənası kobudluq etmək anlamını verir.

“Korrupsiya.az” informasiya agentliyi olaraq Səhiyyə Nazirliyinin media vasitəsi ilə vətəndaşın şikayətini, və klinikada olan özbaşınalıqları nəzərinə çatdırırıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Mövzunu diqqətimizdə saxlayacağıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yanğınların olduğu "EuroHome"a qarşı iddia... - rəhbəri və oğlu məhkəməyə verildi


"EuroHome" tikinti materialları bazarı məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bazar barədə "Azsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Müraciətin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sığorta müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.

Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov tanınıb.

Azay Möhnətovun həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidenti olduğu bildirilir. İş adamının ölkədə nəhəng bina tikintisi ilə də məşğul olduğu qeyd edilir.

Qeyd edək ki, "EuroHome" ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biznesmenlər “Qoç Bank”a ÜZ ÇEVİRİB - Rəqəmlər...

“Yapı Kredi Bank”a (Qoç Banka) əmanət yerləşdirən hüquqi şəxslərin vəsaitlərinin həcmi 1 il ərzində 6 milyon 370 min manat azalaraq 276 milyon 736 min manata düşüb. Buna baxmayaraq fiziki şəxslərin əmanətləri 9 milyon 207 min manat azalaraq 89 milyon 958 min manata düşüb. Nəticədə bankın depozit portfeli 2 milyon 838 min manat artaraq 366 milyon 695 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bankın kredit təşkilatları və digər maliyyə digər maliyyə institutları qarşısındakı öhdəliklər 11 milyon 8 min manat artaraq 35 milyon 685 min manata yüksəlib.

Bankın öhdəliklər cəmi 2022-ci ilin sonu ilə müqayisədə 119 milyon 27 min manat artaraq 416 milyon 879 min manata yüksəlib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir” - ETİRAZ

Ucar rayonu, Bərgüşad kənd sakini, Birinci Qarbağ Müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlu 2016-cı ilin aprel döyüşlərində yaralansa da, 2023-cü ildə 2-ci qrup əlillik dərəcəsi ləğv edilib:

“Mən, Nəsiyev Azər Ataş oğlu, şikayət edib bildirirəm ki, 2016-cı ilin Aprel döyüşlərində oğlum Nuruş partlayış nəticəsində ağır yaralanıb və əlil olub. Ona verilmiş 2-ci qrup əlillik dərəcəsi 2023-cü ildə qanunsuz olaraq ləğv edilib.

Çoxlu şikayətlər etsəm də, baxılmır, heç bir tədbir görülmür.

Oğlum Nuruş döyüşdə aldığı xəsarətə görə gözünün biri kor olub, qulağı eşitmir, ağır kəllə-beyin travması alıb.

Mənim dörd oğlum müharibədə iştirak edib. Nuruş isə 2016-cı il tarixdə hərbi xidmət zamanı Aprel döyüşlərində partlayış nəticəsində ağır kəllə-beyin travması alıb. Onun müalicə olunması üçün həyətimizdən iribuynuzlu heyvanlarımızı satmışıq, banklardan kredit götürmüşük. İndi də borclarımızı ödəyə bilmirik.

Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsə də, 3 il keçəndən sonra qanunsuz olaraq dayandırıblar. Müharibədə ağır yaralanıb gözü kor, qulağı kar, beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir.

Onu da deyim ki, bacım oğlu Səbuhi Ələkbər oğlu Süleymanov da Vətən müharibəsində şəhid olub.

Prezident cənab İlham Əliyevdən və aidiyyətiı qrumlardan xahiş edirik, mənim şikayətimi obyektiv araşdırıb, qanuni tədbirlər görsünlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AB səfirləri razılaşdı: Rusiyanın dondurulmuş aktivləri...

Avropa Birliyinin (AB) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının təklifini qəbul ediblər.

Bu barədə Belçikanın AB-dəki missiyası X sosial şəbəkəsindəki paylaşımında bildirib.

“AB səfirləri bloklanmış aktivlərlə bağlı mənfəətdən Ukraynanın bərpasına dəstək olmaq üçün istifadədə prinsipial razılıq əldə ediblər", - məlumatda qeyd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Silahlılar iki kəndin 30 sakinini öldürdü

Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.

Bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.

"Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - deyə o bildirib.

M.Qindo əlavə edib ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaşlı qadını qucağına alan yeniyetmə hansı xəstəxanadadır? - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.

Həmin şəxsin xəstəxanaya yerləşdiyi bildirilib. Bəs, həmin şəxs hansı xəstəxanadadır? RTV bununla bağlı araşdırma aparıb.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fuad Sadıqov nazir olmaq "sevda"sına düşüb? İDDİA

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 7 fevralda keçiriləcək Prezident seçkilərindən sonra hökumətin formalaşan yeni tərkibində yer almayacaq.

Bu barədə “Arqument.az”a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Məcnun Məmmədovun yeni kabinetdə yer almaması onun fəaliyyətsizliyi ilə əlaqələndirilir:

“Kənd Təsərrüfatı Nazirliyi tarixi boyu belə zəif nazir görməyib. Düzdür, o, nazir vəzifəsindən əvvvəl fəaliyyət göstərdiyi müxtəlif MMC-lərdə təşkilatçı rəhbər kimi fərqlənə bilmişdi. Ancaq nazirliyə rəhbər gətirildikdən sonra əvvəlki Məcnun Məmmədovdan sanki əsər-əlamət qalmadı. Nazir təyin edilməsindən bir il vaxt keçməsinə baxmayaraq, hələ də Məcnun Məmmədovun ortaya çıxarılası proqramı, konsepsiyası yoxdur. Verilən hesabatlar isə sadəcə rəqəm yığınından ibarətdir. Hətta vəziyyət o dərəcədədir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan şəxslərin əksəriyyətinin Məcnun Məmmədovu adını konsepsiyası olmadığına görə “kitabsız peyğəmbər” qoyublar”.

Bildirilir ki, onun dövründə qeyri-neft sektoru sayılan kənd təsərrüfatı da ciddi nəticə əldə edə biməyib. Halbuki bir neçə il öncə kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya da hazırlanmışdı.

Mənbə bildirir ki, Məcnun Məmmədovun fəaliyyətsiz olmasının bir səbəbi aqrar sektoru yaxşı bilməməsi, təşkilatçılıq bacarığının zəifliyidirsə, digər səbəbi də nazirlikdə olan müxtəlif qruplaşmaların islahata qarşı dirəniş göstərmələridir.

Bir neçə ildir ki, nazirlikdə kök atmış bu qruplaşmaların ən əsasının başında isə Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov dayanır.

Özü barəsində yüksək instansiyalarda savadlı iqtisadçı, menecer imici formalaşdırmağı bacarmış Fuad Sadıqovun nazir postuna iddialı olduğu bildirilir.

Onun bu niyyətinə çatması üçün yaxşı əlaqələrinin olduğu da iddialar sırasındadır.

Məlumata görə, Prezident seçkilərindən sonra Fuad Sadıqov Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilə bilər. Hətta bununla bağlı hər iki şəxsin məlumatlı olduğu bildirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO