[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Qafarov TƏBİB sədri olmaq istəyir - İDDİA

Son vaxtlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) qarşı tənqidlərin çoxalması prezident seçkilərindən sonra qurumun rəhbəri Vüqar Qurbanovun istefaya göndəriləcəyi barədə ehtimallara səbəb olub. Pravda.az Aztimes.az-a istinadən xəbər verir ki, TƏBİB rəhbərliyinə iddialıların da bu arada faəllaşması, medianın gündəminə gəlməməyə çalışması bu ehtimalları bir qədər də gücləndirib. Bu sırada daha çox deputat Kəmaləddin Qafarov fəallıq göstərir.

İddia olunur ki, deputat TƏBİB rəhbərliyinə təyinat almaq üçün fəal iş aparmaqla yanaşı çox ehtiyatlı davranır, heç bir halda gündəmə gəlməməyə çalışır.

Kəmaləddin Qafarov tibb sektoruna yad adam deyil. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM)direktor müavini vəzifəsində çalışıb.

Deputat eyni zamanda tibb təchizatı ilə məşğul olan “Azəri Med” şirkətinin sahibi kimi tanınır.

Bu şirkət adətən MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Changan Azerbaijan” özünü biabır edib - BU DA FAKT!!!

“Changan Azerbaijan tam-tamına 9 aydır ki Müşviq İskəndərovun maşınını təmir edib ona verə bilmir. Təsəvvür edin, rəsmi təmsilçidən sıfır km maşın alırsan və rəsmi servis təminatın olur, amma ilk qəzanda 9 aydır rəsmi servis maşının detalını tapıb gətirə bilmir. Bir şirkət özü-özünü ancaq bu qədər bazarda və potensial müştərilərin gözündən sala bilərdi”.

Tribunainfo.az yazır ki, Azər Nəzərov sosial mediada bunu qeyd edib. Onun sözlərinə görə, belə təcrübədən sonra adam niyə Changandan avtomobil alsın ki: ” Əslində detal həqiqətən belə yoxa çıxıbsa, ən doğru yol sənə inanıb, məhsulunu alan müştərini çətin vəziyyətdə qoymaqdansa, ya ona avtomobilin ödənişini geri qaytarmaq ya da yeni avtomobil vermək idi. Bu qədər sadə həll oluna bilən məsələnin uzanması gülməlidir”.
“Changan Azerbaijan” özünü biabır edib - BU DA FAKT!!!
“Changan Azerbaijan” özünü biabır edib - BU DA FAKT!!!

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evsiz qalmış iki uşaq anası dövlət qurumlarından kömək istəyr – MÜRACİƏT

Bakı şəhəri, Nizami rayonu C.Naxçivanski küçəsi, ev 34, mən., 82-də kirayədə yaşayan, Bakı, Xətai rayonu, Cavanşır küç., ev 275-də passport qeydiyyatında olan tənha ana Məmmədova Mədinə Əli qızı tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Ailə,Uşaq və Qadn problemləri üzrə Dövlət Komitəsnə, SOCAR prezienti Rövşən Nəcəfliyə, Ombudsman Aparatının sədrinə və media orqanlarına başsız qalmış ailədə 2 azyaşlı övladımın sığınacaq üçün müvəqqəti kiçik bir mənzillə təmin olunması barədə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:
Mən, Mədinə Əli qızı Məmmədova 3 övlad anası olmuşam. 9 il əvvəl Məmmədov Orxan Sahib oğlu ilə ailə həyatı qurmuşdum.Bakı şəhərində hazırda yaşadığımız kirayə evdə birtəhər kasıbçılıqla dolanırdıq. Pandemiya dövründə ailəmizin iqtisadi vəziyyəti daha da pisləşdi. 4 yaşlı oğlum Əli Neroblastoma xəstəliyi ( aqressiv formal xərçəng) aşkar edildi. Çoxsaylı borca-xərcə düşüb MOM-da müalicələr etdirdik. Xeyri olmadı. Oğlum 28 fevral 2021-ci ildə vəfat etdi. Bundan sonar Həyat yoldaşım depresiyaya düşdü. 2022-ci ilin aprelin 29-da o bizimlə olan nikahı pozaraq qəfil olaraq ölkəni müalicə adı altında tərk etdi. Hazırda ondan bir xəbər yoxdur. İndi 8 və 2 yaşlı övladlarımla onsuz da ağır olan vəziyyətimiz ağırlaşdı. Mən indi yalnız gecə-gündüz işləyib 2 azyaşlı ilə yaşadığımız evin kirayəsini və bir parça quru çörək üçün əlləşirəm. Evlərdə təmizlik işi və şirniyyat bişirib satmaqla məşğulam.

Ailəmiz başsız qalanda mən Sosial Müdafiə Nazirliyinə 2022-ci ildə rəsmən müraciət edərək ailəmizin ünvanlı social müvinəti üçün müraciətlər etdim. İlk imtina cavabında yazdılar ki, bəs sənin Cəlilabad rayonunda 1 pay torpaq sahəsi var. Mən də heç vaxt istifadə etmədiyim bu pay torpağı rəsmi formada atama bağışlayıb rəsmiləşdirdim. Bundan sonar yenə 2 dəfə ƏƏSMN-nə ünvanlı social yardım üçün müraciət etdim. Yenə ağına bozuna baxmadan araşdırmadan əvvəlki imtina cavabı yazdılar ki, bəs sənin üstündə pay torpağı olduğuna görə düşmür. Son ümid yeri olan social yardımdan əlim üzüldü. Hərdən iş olmurdu və mən evdə oturub ac üzümə baxan övladlarıma baxanda özümə nifrət edirdim və istəyirdim ki, uşaqları da götürüm və bu əzab-əziyyətə dözməkdənsə özümüzü dənizə atıb intihar edək. Yaxşı ki, anam məni bu fikirdən daşındırdı. Hazırda uşaqlara lazımi qida verə bilmədiyimə görə onlar da tez tez xəstələnirlər. Böyük qızım Ayla Nizami rayonun 242 saylı orta məktəbində 2-ci sinifdə təhsil alır.

Çoxhörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev. Məni bir ana olaraq hazırda çıxılmaz vəziyyətə düşmüşəm. 2 azyaşlı övladımla kirayədə birtəhər yaşayırıq. Sizdən çox xahiş edirəm mənim də başsız qalmış ailəmin indiki ağır durumunu nıəzərə alaraq uşaqlar 18 yaşına çatanadək müvəqqəti də olsa ƏƏSMN-nin balansında olan sosial evlərdən birinin verilməsi barədə göstəriş verəsiniz. Əvvəlcədən Sizə sağ olun deyirəm. Mənzil şəraitim müvəqqəti həllini tapsaydı heç olmasa 2 və 8 yaşlı uşaqların normal qidalanması uğrunda çalışardım ki, onlar bir vətəndaş kimi yaşaya bilsinlər.

Çoxhörmətli 1-ci vitse-prezident xanım Mehriban Əliyevadan və Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanımdan da çox xahiş edirəm ki, bizim azyaşlı uşaqlar olan ailəni şəxsi nəzarətlərində saxlayıb lazımi yardımlar olmasına köməklik göstərsinlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
YAP İlham Əliyevin təşviqatına start verdi


Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

Partiyanın bununla bağlı açıqlamasında qeyd olunub:

“İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyev olacaq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidə təbiət talan olunur: Qanunsuz qum-çınqıl biznesinə hansı məmur baxır?


Səlahiyyətinə aid olmayan işləri görən bələdiyyə sədri Malik Həsənov arxasında kim dayanıb?

Azərbaycanda aidiyyatı dövlət qurumlarının uzun illərdir qanunsuz qum-çınqıl çıxarılmasına qarşı mübarizə aparmalarına baxmayaraq, hələ də bu problem qalmaqada davam edir.

AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda rayonun Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması işi sürətlə davam etdirilir.

Məlumatda bildirilir ki, qanunsuz qum-çınqıl çıxarılmasına Göbəktala bələdiyyəsinin sədri Malik Əzimov rəhbərlik edir.

Qeyd edək ki, Şahverdilər kəndində Araz çayına yaxın ərazilərdə çoxlu sayda qum-çınqıl yataqları mövcuddur. Bələdiyyə sədri Malik Əzimov himayədarlarına arxalanaraq bu ərazilərdəki qum-çınqıl matreallarını kütləvi şəkildə satdırmaqla məşğuldur.

Məlumatda o da vurğulanır ki, ərazidə işləyən traktorlar qum-çınqıl matreallarını çıxartmaq üçün qırmızı kitaba düşən çoxsaylı yulğun ağaclarını məhv edirlər.

Maraqlıdır ki, ötən ilin fevral ayında Şahverdili kəndində əhali ilə səyyar görüş keçirən Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev nədənsə ərazidə baş verən ekoloji talanı görməyib.

Mövzunu davam etdirəcəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan MR Təhsil Nazirliyi hansısa hazırlıq kursunun qeyri-rəsmi filialına çevrilib - BU NƏDİ BELƏ?!

Naxçıvan Təhsil Nazirliyi şagirdləri zorla sınaq imtahanına cəlb etməklə məşğuldur.

Ovqat.com-a bu barədə adının çəkilməsini istəməyən bir müəllim məlumat verib.
Naxçıvan MR Təhsil Nazirliyi hansısa hazırlıq kursunun qeyri-rəsmi filialına çevrilib - BU NƏDİ BELƏ?!

Müəllimin bildiriyinə görə, Naxçıvanda istinasız olaraq bütün məktəblərin WhatsApp qrupları var. Bu qrupların yaradılmasının səbəbi müəllimləri tədris prosesi barədə məlumatlandırılması olsa da, əslində hər həftə keçirilən sınaq imtahanları müzakirə olunur. Üstəlik, bu sınaq imtahaları əslində könüllülük əsasında keçirilməlidir, Naxçıvan məktəblərində isə məcburi hal alıb.

“Heydər bəy, bir uşaq üçün 18 manata sınaq imtahanımı olar? Özü də məcburi, bütün günü direktorlar wp qruplarina səs atır sinif rəhbərlərinə tapşırırlar ki, uşaqları sınağa göndərin. Sınaqdan başqa tapşırıq yoxdur. Niyə ancaq bunlar öz mənafelərini düşünürlər?”, - deyə redaksiyamıza göndərilən mesajda bildirilir.

Şikayətçinin iddiasına görə, növbəti sınaq imtahanı bu ayın 27-nə təyin olunub:

“Ayın 27-sinə sınaq salıblar, adını da məcburidir qoyub camaatı canlarından bezdirirlər. Neçə dəfə nazirliyə şikayət olunsa da ki, bu qiymətə sınaq olmaz, məcburi deyilən bir sınaq yoxdur, ancaq bunu qulaq ardına vururlar. Sinifdə uşaqları digər yoldaşlarının yanında xar edirlər ki, get pulu gətir, sınağa qatıl. Direktorlar da elə bir pula satılıblar. Zəhmət olmasa, buna bir münasibət bildirin, soruşun ki, niyə belə edirsiniz? Görək etdiklərini bu dəfə boyunlarından atacaqlarmı?”

Müəllim Naxçıvan Təhsil Nazirliyinin ancaq bahalı sınaq imtahanı keçirməsini bu quruma yeni təyin olunmuş nazir əvəzinin keçmiş vərdişləri ilə əlaqələndirir. Bildirilir ki, həm nazir müavini, həm də nazir əvəzi təyin olunan Elxan Nəcəfov vaxtilə “Hədəf” kurslarının sınaq alış-satış şöbəsində işləyib və keçmiş təcrübəsinə əsaslanaraq indi də Naxçıvan təhsil sistemini bütövlüklə məcburi sınaq imtahanları məkanına çevirib:

“Elxan Nəcəfov bilirsinizsə Astara-Lənkərən regional təhsil şöbə müdirindən əvvəl uzun müddət “Hədəf” kurslarında sınaq alış satış şöbəsində olub. İndi də onun sınaqlarını(n keçirilməsini) məcbur edir.

Hər ay 4 sınaq, bir bazar günü ibtidailər - 1-4(-cü siniflər)ə, o biri bazar günü 5-8 siniflər, o biri bazar (günü) 9-11(-ci siniflərə) buraılış, o biri bazarda 9-11 blok imtahanları”.

Müəllim iddialarını təsdiqləmək üçün Naxçıvan məktəblərinin WhatsApp qruplarında paylaşılmış bir imtahan cədvəlini də göndərib. Cədvəldə 27 Yanvar tarixində keçirilməsi planlaşdırılan sınaq imtahanlarının tarixi, qiyməti və digər məlumatlar əks olunub.
Naxçıvan MR Təhsil Nazirliyi hansısa hazırlıq kursunun qeyri-rəsmi filialına çevrilib - BU NƏDİ BELƏ?!

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO