[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın tikdiyi "Kristal Abşeron" yaşayış evləri xəstəlik mənbəyinə çevirilib - Əvvəl binası əyilirdi, indi də...

“Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.

Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Xatırladaq ki, bir müddət əvvəl "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi binanın əyildiyi barədə xəbər vermişdik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
4 uşağın öldüyü Perinatal Mərkəzin “gizli” tenderləri - İLGİNC

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş verən yanğında mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Perinatal Mərkəz son 2 ay ərzində avadanlıqların alınması və təmir ilə bağlı 3 tender müsabiqəsi keçirib.

– Tikili və avadanlıqların cari təmiri ilə bağlı 28 min 375 manat 46 qəpiklik tenderin qalibi “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

– Maşın və avadanlıqların satınalınması ilə bağlı 44 min 497 manat 80 qəpiklik tenderin qalibi “Profmaterials” MMC (VÖEN – 1405099031) olub.

– Maşın və avadanlıqların əsaslı təmiri ilə bağlı 74 min 211 manat 38 qəpiklik tenderin qalibi isə yenə də “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

Tender müsabiqələri ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu müsabiqələrin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib. Yəni satınalmalar elektron formada keçirilməyib.
Ümumiyyətlə Perinatal Mərkəzin ötən il keçirdiyi 9 tender müsabiqəsinin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib.

Qeyd edək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü üldən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev ötən gün – yanvarın 9-da jurnalistlərə verdiyi açıqlamada Respublika Perinatal Mərkəzində baş verən yanğının elektrik mənşəli olduğunu bildirmişdi.(Yeniavaz)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar

“Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin təkrar-təkrar müraciət və etirazlarına baxmayaraq, həmin materiallar bu gün də Fransa muzeylərində erməni və ya fars mədəniyyəti nümunələri adı ilə nümayiş və təbliğ olunmaqdadır. Hələ yüz il öncə birbaşa ermənilərin fitvası ilə “qara arxeologiya” ilə məşğul olanlar Şirvan ərazisində Makedoniyalı İskəndərin xəzinəsinin axtarışı adı altında çoxsaylı abidələrimizi dağıdaraq məhv etdilər. Vətənimizin bütün guşələrindəki daş qoç fiqurları guya içərisində qızıl var imiş kimi sındırılaraq məhv edildi. Bu cür ürəkağrıdan misalların sayı həddən artıq çoxdur. Bir neçə il öncə Mədəniyyət Nazirliyi, Arxeologiya İnstitutu və Goranboy Rayon İcra Hakimiyyəti rəhbərləri sövdələşərək külli miqdar qızıl tapmaq ümidilə respublikamız ərazisindəki ən nəhəng kurqanlardan birini - Osmantəpə kurqanını ağır texnikadan istifadə etməklə yerlə-yeksan etdilər. Cəlilabad, Lerik, Qəbələ, Oğuz, Şəki, Zaqatala və digər rayonların ərazisində də çox ciddi dağıntılara yol verildi. Əfsuslar olsun ki, “qara arxeologiya”nın qaradan da qara olan “ənənə” və əməlləri bu gün daha geniş miqyasda tüğyan etməkdədir.

Son vaxtlar ən azı sosial şəbəkələrdə yer alan həyəcanlı siqnal və xəbərlər “qara arxeologya” ilə məşğul olanların yenə də intensiv iş başında olduğunu deməyə əsas verir. Bununla bağlı bir neçə konkret fakt üzərində dayanmaq istərdik. Məsələn, ötən ilin avqust ayında Basqalda arxeoloji tədqiqatlara rəhbərlik etdiyim vaxt İsmayıllı rayonunun Sulut kəndi üzrə meşəbəyi işləyən Rövşən Cəlilov mənə telefon açaraq, haradasa, kimlər tərəfindənsə, hansısa abidənin dağıdıldığı barədə məlumat verdi. Ekspedisiya üzvü Fariz Xəlilli ilə birlikdə ləngimədən, elə səhəri günü Rövşən Cəlilovun bələdçiliyi ilə həmin əraziyə baxış keçirdik. Söhbət Sulut kəndindən təqribən 1.5-2 km şimalda, məşhur Sulut buzxanası yaxınlığında olan və yerli sakinlərin “məscid yeri” kimi tanıdığı abidədən gedir. Məlumat üçün bildirək ki, orada abidə olduğunun heç bir yerüstü əlaməti nəzərə çarpmır. Doğrusu, hələ ötən əsrin 80-ci illərində özüm o yerləri qarış-qarış gəzmişəm, Sulut abidələri barədə dəfələrlə mətbuatda çıxışlarım olub. Yəni, orada hansısa abidə olduğunu mən özüm belə hiss etməmişdim. Amma “qara arxeologiya” ilə məşğul olan dəstə çox güman ki, müasir texniki vasitələrdən isdifadə etməklə ərazidə abidə olduğunu bilib və orada üzdəniraq axtarış aparıblar. Müşahidələrimiz onu deməyə əsas verir ki, orada 4-5 nəfər olmaqla, həm də motorlu vasitələrdən istifadə olunmaqla ən azı bir həftə “iş gedib”. Təqdim olunan fotolardan da göründüyü kimi, məscidin əsrlər boyu torpaq altında qalan divarları, giriş qapısı və mehrabı açılaraq vandalcasına dağıdılıb. Təəccüblüdür, yəni, bir neçə gün ərzində orada iş getdiyindən Sulut kəndində heç kəsin xəbəri olmayıb?! Hadisə ətrafında araşdırma apararkən məlum oldu ki, hətta dəstə tərəfindən ərazidə istifadə olunan motorlu qurğu da polis sahə müvəkkili tərəfindən götürülüb. Bəs sonrası?! Sonrası da heç nə! Vətən sağ olsun! O ki qaldı vəzifə borcu, məsuliyyət, milli heysiyyət, vətənpərvərlik və olanlarımıza sahiblik hissi... bax, burada artıq deməyə söz tapmıram.

Sulutda və digər yerlərdə törədilən dağıntılar cəzasız qaldığından “qara arxeologiya” ilə məşğul olanlar növbəti ünvanlarda “işə” başlayıblar. Bu dəfə İsmayıllı rayonunun Gəndob kəndi yaxınlığındakı abidəni dağıdaraq, tapıntıları məhv edərək Girdimançayın yatağına töküblər. Bununla da kifayətlənməyərək daha sonra Lahıc ətrafı abidələrə hücuma keçiblər. Qızıl axtarışında olan dəstənin Lahıc ətrafındakı orta əsr yaşayış yerində törətdiyi dağıntılarla bağlı görüntülər sosial şəbəkələrdə tirajlanaraq yayıldı. Bu nə vəhşilikdir?! Bu nə rəzalətdir?! Bu əməlləri törədənlər doğrudanmı Azərbaycan vətəndaşlarıdır?! Nəhayət, onların kimliyi aidiyyəti dövlət orqanları və yerli hakimiyyət strukturları tərəfindən nə vaxtsa müəyyən edilərək bütün bunlara hüquqi qiymət veriləcəkmi?! Doğrusu, yerli orqanların - kənd bələdiyyəsinin, kənd və qəsəbə icra nümayəndəliklərinin, yerli ziyalıların, bütövlükdə ictimaiyyətin bu dərəcədə həssas məsələyə prinsipiallıqdan çox-çox uzaq olan biganə və seyirçi münasibəti narahatçılıq doğurmaya bilməz. Rayon və şəhərlərimizdəki mədəniyyət müəssisələrinin, ilk növbədə də tarix-diyarşünaslıq muzeylərinin passiv davranışı, ətrafda baş verənlərdən xəbərsiz qalmaları da başadüşülən deyil. Belə təəssürat yaranır ki, sanki hamıya və hər kəsə aid olan tarixi-mədəni irs nümunələrinin taleyi üçün heç kəs məsuliyyət daşımır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində qeyd olunduğu kimi, “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Dövlətimizin əsas qanunun bu tələbinə əməl edirikmi?!!

Bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, “qara arxeologiya” ilə məşğul olanlar, yəni xalq arasında deyildiyi kimi, “qızılaxtaranlar” abidələri dağıdaraq, talan edərək əldə etdikləri nadir tarixi əşyaların xeyli qismini müxtəlif yollarla yenə də xaricə ötürür, o da mümkün olmayanda birbaşa qara bazara çıxarırlar.

Onu da deməliyəm ki, bu gün Azərbaycanda əntiq əşyalar alveri ilə məşğul olan şəxslər və alqı-satqı məntəqələri də yetərincədir. Əfsuslar olsun ki, onların da fəaliyyətinə və mal dövriyyəsinə nəzarət yox dərəcəsindədir. Bəli, nə qədər acı həqiqət olsa da, XIX əsrin sonlarında Avropadan olan dələduz-işbazlar tərəfindən tarixi-mədəni irs nümunələrimizin talan edilərək alver predmetinə çevrilməsi işi indi də şəxsiyyəti və kimliyi hələ ki, bəlli olmayan bir para özümüzkülər tərəfindən, həm də daha geniş miqyasda davam etdirilməkdədir.

Yuxarıda artıq qeyd olunduğu kimi, “qara arxeologiya” ilə məşğul olanların əksəriyyətinin əlində müasir cihazlar var. Halbuki, arxeoloji tədqiqatlarla məşğul olan yeganə rəsmi qurumun - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bir ədəd nəinki müasir, heç köhnə nəsildən olan texniki avadanlığı belə yoxdur. Maraqlıdır, həmin cihazlar hansı kanallarla ölkəyə gətirilir?! Necə olur ki, kifayət qədər bahalı qiymətə olan o cihazlar ayrı-ayrı imkansız insanların əlinə keçir?! Hesab edirik ki, bütün bu qanunsuzluqların arxasında bir para vəzifəli və imkanlı şəxslər durur. Qızılaxtaranları “silahlandıraraq” abidələrimizi dağıtmağa sövq edən, şirnikləndirən də məhz həmin sapı özümüzdən olan baltalardır.

Məlum olduğu kimi, ölkə ərazisindəki tarixi-mədəni irsin qorunması işinə birbaşa olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti cavabdehdir. Həmin qurumun isə rayonların hər birində ən çoxu 3-4 əməkdaşı var. Təbiidir ki, bir ədəd xidməti maşını belə olmayan həmin əməkdaşlar gecə-gündüz hərəkətdə olsalar belə, xidməti ərazilərindəki çoxsaylı tarixi abidələrin mühafizəsini təşkil edə bilməzlər. Odur ki, bu sahədə nəzarət və idarəçiliyi təkmilləşdirmək məqsədilə təcili olaraq effektli tədbirlər görülməlidir. Amma bununla da kifayətlənmək olmaz. Maarifçilik işi də gücləndirilməlidir. Uşaqdan böyüyədək hər kəs əcdadlarımızın tikdiyi, qurub yaratdığı, qoruyaraq, yaşadaraq, əzizləyərək nəsildən-nəsilə ötürmüş olduğu bu dəyərləri gələcək nəsillər üçün yaşatmağın məsuliyyətini dərk etməlidir. Rayon rəhbərləri də, bələdiyyələr də, yerli icra nümayəndələri də, sahə müvəkkilləri də, kənd ziyalıları da, bir sözlə, bütün ictimaiyyət tarixi-mədəni irsimizə sahib durmağı özünə borc bilməlidir. Əfsuslar olsun ki, hələlik real vəziyyət heç də belə deyildir.

Tarixi-mədəni irsimizin “qara arxeologiya” ilə məşğul olanlar və qızılaxtaranlar tərəfindən dağıdılmasının miqyasının sürətlə artması, bu cür neqativ hallara münasibətdə aidiyyəti dövlət orqanlarının və yerli hakimiyyət strukturlarının, yumşaq desək, səsiz qalmaları ondan xəbər verir ki, artıq həyəcan təbili səsləndirmək vaxtıdır. Biz göz görə-görə tarixi-mədəni irsimizin ayrı-ayrı dələduzlar və işbazlar tərəfindən dağıdılmasına yol verə bilmərik. Qoy, hər kəs zəhmət çəkib vəzifə və vətəndaşlıq borcunu yerinə yetirsin. Bunu etməyənlərlə isə qanunun dili ilə rəftar olunmalıdır.

Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor
azpolitika.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Övladına “Hz.Əbülfəs Abbas” adı verə bilməyən ana Azərbaycanı Avropa Məhkəməsinə verib - Avropadakılar da deyəsən, bekar qalıblar...

Övladına “Hz.Əbülfəs- Abbas” adı verə bilməyən ana Azərbaycanı Avropa Məhkəməsinə verib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı şəhər sakini Leyla İsmayılzadənin bu barədə şikayəti Avropa İnsan Hüquqları Məhkəməsində araşdırılıb və yanvarın 18-də məhkəmə son qərarını elan edəcək.

Məlumatda bildirilir ki, ərizəçi Leyla Miryaqub qızı İsmayılzadə 1990-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Bakıda yaşayır.
İş, ərizəçinin seçdiyi adın qeydiyyata alınmasından səlahiyyətlilərin imtina etməsinə aiddir.
Belə ki, yeni doğulmuş uşağına “H.z Əbülfəs Abbas” adını verən Leyla İsmayılzadə müvafiq qurumdan rədd cavabı alıb.

Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə milli məhkəmələr də onun müraciətlərinə “yox” deyib.

Avropa Məhkəməsinə şikayətində isə ərizəçi bunun Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) zidd olduğunu iddia edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda məmur haqda ŞOK İDDİA - Əgər deyilənlər həqiqətdirsə...

Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Bu ərəfələr olduqca həssas bir dönəmdir. Məmurlarda vətəndaşlarla münasibət sistemini elə qurmalıdırlar ki, narazılıqlar yaranmamalıdır. Vətəndaşlarla münasibətdə həssaslıq göstərməli, onlarla davranışda kobudluğa, eqaisliyə, təkəbbürlülyə yol verməməlidirlər.
Xatırladım ki, Prezident İlham Əliyev məmurlarla keçirdiyi müşavirələr zamanı hər dəfə vətəndaşları incitməməyi, özbaşınalıq etməməyi, özlərinin və ailə üzvlərinin hərəkətlərinə diqqət yetirməyi, qanunları icra etməyi tapşırır. Amma təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxartmır, yenə öz bildiklərini edir, dövləti və vətəndaşları talamaqla özlərinə var-dövlət yığırlar. Prezidentin çıxışlarından nəticə çıxartmayan, özünə var-dövlət toplayaraq harınlığın ən pik zirvəsinə çatan məmurlardan biri də Dövlət “Qaçqınkom”un Beyləqan rayon üzrə nümayəndəsi Allahverdi Əzizovdur.
Əvvəlcə onu qeyd edim ki, internet media resurslarında “Qaçqınkom” sədrinin Beyləqan rayon üzrə nümayəndəsi Allahverdi Əzizov dövlətin məcburi köçkünlərə göndərdiyi “qaçqının payı” hesabına v(y)a(r)lanması, özünə var-dövlət toplayaraq Bakıda və rayonda mülklərə, bahalı avtomobillərə sahib olması və beləliklə də yoxsulluğun daşını atması ilə bağlı çeşidli məlumatlar var. Buna görə də hələ ki, bu xüsusda mövzuya toxanmırıq. Toxanacağımız məsələ “qaçqın payı” hesabına oliqarx məmura çevrilən Allahverdi Əzizovun iş otağını əxlaqsız yuvasına çevirməsi xəbəri ilə bağlıdır.
Bildirilir ki, “Qaçqınkom” nümayəndəsi Beyləqanda həm də məişət pozğunu, eyiş-işrət adamı kimi ad çıxardıb. Əslində o, bu adı öz əməlinə görə qazanıb. Heç kimə durduğu yerdə “əxlaqsız” və ya “məişət pozğunu” demirlər. Əlbəttə ki, cəmiyyətdə və işlədiyin kollektiv arasında insana davranışlarına – etik və ya qeyri-etik hərəkətlərinə görə qiymət verilir. Niyə cəmiyyətdə yüngülməcaz qadınlara əxlaqsız və ya fahişə deyirlər?
Bunu ona görə deyirlər ki, onların cəmiyyətdə seçdiyi və tutduğu yol yüngül həyat tərzi olduğundan bu adı onlar qazanmış olurlar. Heç kim anadan fahişə doğulmur. Yəni insanı tutduğu yol, peşə davranışları fərqləndirir. Məhz bu davranışların fonunda da cəmiyyət sənə öz “layiqli” adını vermiş olur. Necə ki, barəsində söz açdığım Allahverdi Əzizov da cəmiyyətdə, onu tanıyanların əhatəsində əxlaqı davranışları ilə məişət pozğunu adını qazanıb. Bəs yaxşı, bu adı ona hansı hərəkətləri qazandırıb?
Bildirilir ki, bir müddət əvvəl Allahverdi Əzizov iş otağında (Beyləqan rayon icra hakimiyyətinin inzibati binasında) bir qadınla eşq yaşayarkən işin ən pik məqamında yaxalanıb. Belə ki, gündüz saatlarında həmin qadınla vədələşən Allahverdi Əzizov istirahət etmək üçün ən “münasib” və “təhlükəsiz yer” olaraq elə iş masasını seçib. İşin ən qaynar (həzz) nöqtəsində birdən qapı döyülür bir neçə polis otağa daxil olur. Polislərimizin operativliyi sayəsində Allahverdi Əzizov elə masa-üstü də yaxalanır. Həzzi dada bilməyən və artıq işin əngəl olduğunu görən “Qaçqınkom” nümayəndəsinin bütün hissləri ölür və sönür. Və işi ört-basdır etmək üçün hər şeyə hazır olduğunu bildirir. Onun yalvarışlarına baxmayana asayış keçikçiləri A. Əzizovu aparırlar polis şöbəsinə. Lakin bir neçə saatdan sonra Allahverdi Əzizov sərbəst buraxılır.
Hadisənin ardınca məsələ mətbuata sızır. Allahverdi Əzizovun eşq macərası mətbuatda dərc edildikdən dərhal sonra, o “Qaçqınkom”a çağırılır. Bununda ardınca yazılar saytlardan yığışdırılılır. Artıq göründüyü kimi, baş vermiş “Allahverdinin eşq macərasi”ndan Komitə sədri Rövşən Rzayev xəbərdar olur. Amma və lakin hələ də Allahverdi Əzizov kabinet şəraitində yenə də öz işləri ilə məşğul olmaqdadır. Görünür ki, Rövşən Rzayev də hadisənin ört-basdır edilməsində maraqlı olub ki, “eşq qəhrəmanı”nı cəzalandırmayıb.
Əslində isə həmin vaxt hadisədən xəbərdar olan hər kəs gözləyirdi ki, “Qaçqınkom” sədri məmura yaraşmayan bu əxlaqsız hərəkətlərə yol verdiyinə görə Allahverdi Əzizovu işdən atacaq. Ancaq gözləntilər özünü doğrultmadı. Yəni Rövşən Rzayevin reaksiyası o qədər də sərt olmadı.
Zamanında baş vermiş hadisə münasibət “Qaçqınkom” sədrinin öz vicdanına buraxılsa da, amma və lakin nəticə göz qabağındadır. Görünür, komitə sədri Allahverdi Əzizov kimi əxlaqı və vicdanı kirli adamları vəzifədə saxlamaqla işina yarıyır.
Əgər bir məmur oturduğu dövlət qoltuğunu əxlaqsız hərəkətləri ilə kirləndirəcəksə, bu o deməkdir ki, o, dövlətin bütün qanunlarını kirləndirmiş olacaq. Hadi söz sizdədir, cənab Sədr!
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Coşqun Cəbrayılovun başçılığı altında ÖZBAŞINALIQ... - AXI NİYƏ?

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 saylı hərbi hissədə qeydiyyatda olan, Nizami rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də faktiki yaşayan Bəşirova Azadə Qinyaz qızı tərəfindən başda Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə Nizami rayonu ərazisində uzunmüddətli icarəyə götürdüyü torpaq sahəsi üzərində ictimai iaşə xidmətinin göstərilməsi üçün verilmiş icazə ilə fəaliyyətinə göstərilən süni maneələrin dərhal aradan qaldırılması barədə müraciət ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Xatırlatmaq istəyirəm ki, 2005-cı ildə mən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 255/57 saylı binanın qarşısında yerləşən 375 kv.m boş torpaq sahəsi Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürmüşəm. Bu sahədə bir sıra ağaclar əkməklə xüsusi qulluq göstərib abadlaşdrmışam. Mənim həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışdır. O, müharibə iştirakçısıdır və hazırda ehtiyata buraxılan zabitdir. O müharibə dövüründə sağlamlığını müəyyən qədər itirdiyinə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Hazırda işsizəm. İki övladımız da buzim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, yerli bələdiyyədən götürdüyümüz yerimizdə biz də bir Azərbaycan vətəndşı olaraq icarə müqailəsinə uyğun istifadə edib kiçik bizneslə məşğul olaq, ailəmizi birtəhər dolandıraq.

Lakin üzləşdiyimiz bir sıra problemlərə görə normal kiçik biznesimizi qura bilmirik. Budur, 2021-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Depertamentinə rəsmi müraciət edərək kiçik ticarət fəaliyyətilə məşğul olmaq üçün icazə istəmişdik. Sağ olsun KOB sədr müavini cənab Namiq Həsənov məslənin həlli üçün köməklik göstərdi və bizə icarəyəyə götürdüyümüz yerdə ticarət fəaliyyətilə məşğul olmaq üçün 19 avqust 2021-ci il tarixli, 0601 saylı icazə verildi. Biz dərhal icazədən sonar əraziyə köşk qoyduq və su, işıqla bağlı sənədləşmə işləri apardıq. Elə bu anda Nizami rayon İcra Hakimiyyətində olan gizli qüvvələr gəlib köşkümüzün qarşısına dəmir məhəccər düzüb qoşdular ki, kimsə ticarət köşkümüzə yaxın dura bilməsin. Yəni, istəmədilər ki, minnətsiz düzələn işimiz rəvan getsin. İstəmədilər ki, bizim də ailə bir parça çörək qazana bilsin. Lakin bizim sağımızda və solumuzda yerləşən belə kiçik və böyük ticarət obyektlərinin qarşısına dəmir hasarla bağlanmayıb. Açıqdır.

Ona görə də bizə uzun müddətə icarəyə verilmiş torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi olaraq iaşə obyekti üçün icazəsi verilmiş ticarət obyektinin fəaliyyəti üçün onun qarşısına süni maneə kimi sonradan çəkilmiş dəmir məhəccərin kiçiç hissəsindən qapı kimi istifadə etməyimizə icazə verilsə biz də işimizi davam etdirə bilərik. Çünki, belə kiçik bir ticarət obyektin işlədilməsinə Azərbaycanda şəhid ailələrindən və qazilərdən sonra ən çox haqqı olan bizim ailədir. Buna qəsdən maneçilik törədənlər isə sadəcə utanmalıdırlar. Həyat yoldaşım Elxan 4 il iştirak etdiyi müharibənin ən qızğın vaxtında sağlamlığını ona görə itirməyib ki, bu gün bizim obyektin fəaliyyətinə maneçilik törədən gizli qüvvələrin ailələri öz maddi maraqlarını güdərək belə qanunsuz hərəkət etsinlər. Əksinə onlar işə vicdanla yanaşaraq bizim ailəmizə köməklik etməli idilər.

Yuxarıda qeyd edilənləri və təqdim etdiyimiz sənədləri nəzərə alaraq cənab Ali Baş Komandan İlham Əliyev şəxsən Sizdən xahiş edirik ki, Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürdüyümüz 375 kv m torpaq sahəsi üzərində yerləşdirdiyimiz kiçik ölçülü ticarət obyektinin normal fəaliyyəti üçün lazımı göstərişlərinizi aidiyyatı üzrə verib bizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlər. (Aktualinfo.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Məhərrəm Novruzovun pulla qanunlara meydan oxuması: - Sərxoş halda 4 nəfərin ölümünə yeznə yenidən həbs olunur?

Azərbaycanda pulun və nüfuzun qanunlara qalib gəlməsinin daha bir faktı bəlli olub. İki il öncə 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşaraq “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölümünə səbəb olan Elşad Kəlbəliyev ötən ilin ortalarında azadlığa çıxıb. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, 2023-cü ilin ilin fevral ayında Ali Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilmişdi. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Amma iş bununla da yekunlaşmayıb. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bir müddət sonra Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb və Kəlbəliyevin cəzası 5 ilə endirilib. Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun ardınca isə islah əmək düşərgəsində təcili məhkəmə keçirilib və E.Kəlbəliyev “həbs müddətində nümunəvi davranışına görə” cəzasının qalan hissəsindən azad edilib. Bir sözlə, SƏRXOŞ VƏZİYYƏTDƏ 4 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXS AZADLIQDADIR!!! Qanuna və insanlığa açıqdan açığa bu şəkildə meydan oxunmasının isə tək səbəbi var: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir!

Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb. Protestdə deyilib ki, məhkum Kəlbəliyev haqqında apellyasiya məhkəməsinin qərarı qanunauyğun olmayıb. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə yüngüldür. Həmin qərara əsasən, dörd nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub. Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir. Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur. Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib. Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO