[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Anar Bağırov sorğulara cavab vermir, sifarişli yazı yazdırır" - Hüquq müdafiə təşkilatından ETİRAZ

Dünən mediada Vəkillər Kolegiyası ilə bağlı yazı dərc olunub.

Həmin yazıda Kollegiyanə tənqid edənlər, hesabat və şəffaflıq istəyənlər qınanılır, onların ünvanına müxtəlif ittihamlar səsləndirilib.

Yazıda həmçinin Kollegiyanın sədri Anar Bağırov, onun fəaliyyəti təqdir olunur, gördüyü işlərdən söhbət açılır. Eyni zamanda müxtəlif şəxslərin və təşkilatlar tənqid olunur.

Tənqid olunan təşkilatlardan biri - "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" sözügedən yazı ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin yaydığı açıqlamada həmin yazı əsassız və sifarişli yazı adlandırıb.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" hesab edir ki, Kollegiyanın sədri Anar Bağırov bununla da diqqəti yayındırmağa çalışır: "Anar Bağırov "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı tərəfindən ona ünvanlanmış müraciət və sorğulara cavab vermək əvəzinə, Mərkəzə qarşı sifarişli və dəyəri 2 qəpiyə dəyməyən yazılar yazdırır. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı Vəkillər Kollegiyasının sədri Anar Bağırova 1 müraciət, 4 sorğu göndərib. Müxtəlif vaxtlarda göndərilmiş müraciət və sorğular bunlardır:

"Müraciət:

Məlum olduğu kimi sentyabr 2023-cü il tarixində Vəkillər Kollegiyasına üzvlərin qəbul edilməsi ilə əlaqadar 2-ci Müsabiqə mərhələsi keçiriləcək.

Sizdən Vəkillər Kollegiyasına namizədlərin Kollegiyaya üzvlüyünə qəbulla əlaqədar keçiriləcək 2-ci müsabiqə mərhələsində "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" İctimai Birliyinin müşahidəçi statusunda iştirakına razılıq verməyinizi xahiş edirik.
Tarix: 30 avqust 2023".

"Sorğular:

1-ci sorğu: Son 5 ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri-vəkillər tərəfindən bağlanmış müqavilələrin illər üzrə sayı;
2-ci sorğu; Son 5 ildə dövlət vəsaiti hesabına vəkillik xidməti göstərilmiş işlərin sayı və onların saat hesabı göstəriciləri barədə məlumat verməyinizi Sizdən xahiş edirik. (Tarix: 4 sentyabr 2023)
3-cü sorğu; Vəkillik fəaliyyətini dayandırmış vəkillərin sayı və fəaliyyətlərinin dayandırma səbəbləri;
(Tarix: 25 oktyabr 2023)
4-cü soru; Vəkil orderi üçün tələb edilən 20 manat marka pulunun hansı normativ Akt əsasında tələb etməyiniz barədə sorğumuza cavab verməyinizi Sizdən xahiş edirik. (Tarix; 25 oktyabr 2023)".

Təşkilat hesab edir ki, Anar Bağırov bu müraciət və sorğulara cavab vermək əvəzinə, sifarişli yazılar yazdırmaq, özünü təmizə çıxarmağa çalışır.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin iddiaları ilə bağlı Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə də İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasının sədri Anar Bağırova Kollegiyaya ayrılmış 5 000000 (beş milyon) manat vəsaitin hara xərcləməsi və hesabat verməsi ilə bağlı sorğu göndərib.

Kollegiya və Anar Bağırov təşkilatın 08-08-2023 tarixdə ünvanladığı şifahi sorğuya münasibət bildirməyib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi isə hesab edir ki, Vəkillər Kollegiyası 5 milyon manatın hara və xərclənməsinə aydınlıq gətirməlidir.

Mərkəzin sədri Fikrət Cəfərli "Arqument.az"a deyib ki, Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama verməkdən yayınır: "Bu pul dövlət hesabına tutulan vəkillərə görə ayrılan pullardır. Bu pulun hara xərclənməsi aydın deyil. Bizə bu barədə xeyli informasiya daxil olub. Şikayət edən şəxs isə Kolegiyaya üzv olmaq üçün müraciət edən hüquqşünaslardan biridir. Anar Bağırovun borcudur ki, bu məsələlərə, suallara aydınlıq gətirməlidir".

Bundan sonra İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasını məhkəməyə verib.

Bu barədə "Arqument.az"a mərkəzin rəhbəri Fikrət Cəfərli məlumat verib.

O bildirib ki, mərkəz Vəkillər Kollegiyası nı İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi insan hüquqları təşkilatının sorğularına cavab vermədiyi üçün məhkəməyə verib.

İşə dekabrın 18-də Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun sədrliyi ilə baxılacaq.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hesab edir ki, Vəkillər Kolegiyası qanunvericiliyin tələblərini, xüsusən də, "İnformasiya əldə etmək haqqında" Qanunu kobud şəkildə pozub. //"Arqument.az"//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DİQQƏT: Direktor ancaq QIZIL HƏDİYYƏSİ qəbul edir... - İLGİNC İDDİALAR...

Xatırladaq ki, bir neçə il bundan əvvəl aktualxeber.az saytında “Kollec direktoru təhsil ocağını bazara çevirib” və “Kollecdə direktorun müəllimə bacısının şok əməlləri” başlıqlı məqalələr dərc etmişdik. Həmin yazılarda BDU-nun nəzdindəki Bakı İqtisadiyyat və Humanitar Kollecinin o zamankı direktoru Rüxsarə Əliyevan təhsil ocağını rüşvət yuvasına çevirməkdə ittiham edilirdi. O zaman R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal almışdı. Bundan əlavə, kollecdə “ölü ştatlar” var idi. R.Əliyevanın qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedirdi. Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırdılar. Kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayırdı. Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını belə mənimsəyibmiş. Pul yığımı kompaniyası o qədər geniş vüsət almışdı ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunmuşdular. Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün R.Əliyeva daha da irəli gedərək bacısı Sədaqəti və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətiribmiş. Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürübmüş. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir. Onun bir neçə adamdan iş düzəltmək və s. işlər adı altında böyük məbləğlər aldığı üçün polisə düşdüyü də deyilirdi. Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplaması idi ki, bu ənənə bu gün də davam edir.

Belə ki, Rüxsarə Əliyevanın işdən azad olunmasından sonra, yəni 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Səhər Orucovanın 12 noyabrda ad günü olacaq. Yeni direktor da köhnə ənənəni pozmayaraq müəllimlərə və şöbə müdirlərinə tapşırıb ki, ad gününə ancaq qızıl alsalar hədiyyə kimi qəbul edə bilər. Bundan əlavə yeni direktor pul yığmağın da təzə üsullarını icad edibdi. Məsələn zəif oxuyan tələbələri özünə məxsus kursda ödənişli əsaslarla, hər fənndən 60 manat olmaqla oxumağa məcbur etdirir. Ora adı düşməyənlərin isə qiymət almaları müşkülə çevrilir. Ona görə də tələbələr məcburən kursa yazılmalı olurlar. Pul yığanların isə sadəcə adları dəyişibdi. S.Orucovanın özü ilə BDU-dan gətirdiyi Günay və Gülnar bacıları direktorun əsas adamı kimi həm pul yığımına baxırlar, həm də kursa gedəcək tələbələrə nəzarət edirlər. Bundan əlavə qapıda tələbələrin telefonlarını yığmaq adıyla qapıda duran nəzarətçi sumkadakı suları, şirniyyatları, təbii şirələri “müsadirə edərək” zibil qutularına atırlar. Məqsəd isə birdir. Direktora məxsus olan və akt zalının yanında yerləşən keçmişdə anbar olmuş, indiki gizli şəkildə işlətdiyi şirniyyat sexində bişirilənlərin satılmasıdır. Çünki acmış tələbə məcbur qalıb oradan nəsə almalıdır. Kollecin bufeti yeni təmir olunanda yemək gətirmək qadağan deyilmiş. Sex açıldlqdan sonra bu qadağalar qüvvəyə minibdi. Bütün yuxarıda qeyd etdiyimiz faktları tələbələr sosial şəbəkələrdə paylaşıblar. Səhər Orucovanın sürücüsü Kamil və keçmiş təsərrüfat müdiri Elnurun əməllərini isə yazmağa mentalitetimiz yol vermir. Ümidvarıq ki, yazdıqlarımız BDU rəhbərliyi və Elm və Təhsil Nazirliyi üçün də maraqlı olacaqdır və tezliklə lazımi tədbirlər görərək günahkarları da cəzalandıracaqlar.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qobustan Mərkəzi Xəstəxanasında nələr baş verir..? - TƏBİB-in departament rəhbəri Nurlan Quliyevlə Bəhmən Kərimovun ortaq biznesi…

TƏBİB-in ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ) yaradılmasını kimlərsə, guya səhiyyə sahəsində islahat kimi qələmə verməyə çalışsa da, amma əslində bu qurum ölkə səhiyyəsində ciddi problemlər yaradıb.
Uzun-uzadı bəhs etmədən qeyd edək ki, TƏBİB-in yaradılması səhiyyə sahəsində paralellik, loru dildə desək ikitirəlik yaratdı. Və vətəndaşlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qaldılar.
Sözün qısası, TƏBİB-in rəhbərliyinin islahat adı altında apardığı dəyişikliklər bu gün iflasa uğrayıb. Axı, hansı islahatdan danışmaq olar..? Məgər bir rayonun ərazisindəki bütün xəstəxanaları, poliklinikaları birləşdirib Tibbi Mərkəzə tabe etmək və ora da kimisə rəhbər təyin etmək islahatdır..? Bütün bunlar azmış kimi TƏBİB rəhbərliyi qısa zamanda peşəkar, təcrübəli həkimləri müxtəlif səbəblərdən işdən azad edərək onların yerinə öz dost-danışlarını təyin etdilər.
Təsəvvür edirsiniz, tibbi təhsili olmayanlar, saxta diplom sahibləri Tibb Mərkəzlərində yüksək vəzifə tutdular. Bir soruşan olmadı ki, bu şəxslərin adi tibbi təhsili yoxdur. TƏBİB rəhbərliyinin göstərişi ilə yeni yaradılan Tibb Mərkəzlərinin rəhbərləri saxta tenderlər adı altında milyonlarla dövlət vəsaitini mənimsədilər, daha doğrusu, TƏBİB rəhbərliyi ilə bölüşdülər. Dəfələrlə yazdığımız kimi, bu əslində rüşvət və korrupsiyanın bir əldə cəmlənməsi idi. Belə Tibb Mərkəzlərindən biri də Qobustan Mərkəzi Xəstəxanasıdır. İndi haqqında bəhs edəcəyimiz şəxs isə Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminin inzibati məsələlər üzrə müavini Kərimov Bəhmən Bəxtiyar oğludur.
Məlumat üçün onu da qeyd edək ki, Bəhmən Kərimov Azərbaycan Dövlət Tibb Universitetini deyil, özəl Azərbaycan Beynəlxalq Universitetini bitirib. Sonra ikinci ali təhsil alıb. Deməli, Bəhmən Kərimov saxta yol vərəqələri yazaraq olmayan təcili yardım çağırışları adı altında kifayət qədər pul mənimsəyir. Bu hələ harasıdır..? Belə ki, Qobustan RMX-də xəstəlik kağızı, sürücülərə tibbi arayışların verilməsi adı altında pullar yığılır. Xəstəxanada cari xərclər, yanacaq təminatı adı ilə hər ay xeyli miqdarda dövlət vəsaiti mənimsənilir. Daha sonra bu xəstəxananın adı mediada saxta əlillik dərəcəsi verilməsi ilə bağlı dəfələrlə hallanıb. Hətta yalandan hər ay 50 nəfərin guya xəstəxanada yatmasını ( ambulator müalicə ) kağız üzərində yazıb, onlara ayrılan qida və ərzaq məhsullarını satırlar. Bundan əlavə Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaşları da mənimsənilir. Sözün qısası, Bəhmən Kərimov Qobustan Mərkəzi Xəstəxanasını şəxsi obyekti kimi istifadə edir. Kimsə irad bildirsə, Bəhmən Kərimov deyir ki, arxamda TƏBİB-in departament rəhbəri Nurlan Quliyev dayanır.
Biz hələ Kərimov Bəhmən vəzifəyə təyin olunar-olunmaz özünə Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun kənarında böyük bir restoran tikməsindən danışmırıq. Bizim bir media olaraq Bəhmən Kərimovun əməlləri barədə 13.07.2023- cü il tarixli araşdırma yazımızdan sonra redaksiyamıza daxil olan məlumata görə, Bəhmən Kərimov TƏBİB-ə çağırılıb. Amma.... Əmması odur ki, yenə TƏBİB-in İnzibatı İdarəetmə Departamentinin rəhbəri Nurlan Quliyev dostu və şəriki Bəhmən Kərimovu qoruya bilib. Və Bəhmən Kərimov bütün baş verən qanunsuzluqları işdən çıxarılan keçmiş direktor Hüseyn Şahmaliyevin üzərinə atıb. Və bu gün Bəhmən Kərimov yenə də köhnə əməllərindən əl çəkmir, qanunsuz əməllərini bir az da artırıb. Bu dəfə Bəhmən Kərimovun saxta möhürü ("Nəzarətdədir" yazılan halbuki heç bir yerdə qeydiyyatı yoxdur) vasitəsiylə yazılan qaimərini təqdim edəcəyik. Bu şəxslər benzin pulunu Bəhmən Kərimova ödəyərək qaimə vasitəsiylə benzin götürürlər. Sual olunur ki ay "Bəhmən müəllim" yazdığın 240 litr dizeli hansı maşının yanacaq çəni tutur?
Onu da qeyd edək ki, monitorinq yoxlaması zamanı Bəhmən Kərimovun atasına aldığı sağlamlıq kağızının dövlət rüsumu olan 40 manat 20 qəpik ödəmədiyi aşkar olunub. Yoxlama üzvləri qeyd etmişdir ki müavin bunu etdikdən sonra başqalarına nə deyək. Bundan başqa Bəhmən Kərimov direktor tərəfindən dəfələrlə təşəkkür almış sürücünü saxta yol vərəqələrinə qol çəkmədiyi üçün işdən çıxarmaqla hədələyir, səsini yazdiraraq şantaj edir. Həmin işçini maşına mindirdiyi üçün digər işçidən izahat almış, digər işçilərə ona salam verməyi belə qadağan etmişdir.
Bəhmən Kərimovun qəzəbinə tuş gələnlərin biri də baş təsərrüfat bacısıdır. Xəstəxanaya ayrılan yuyucu vasitələrinin və ləvazimatlarının saxta silgisinə qol çəkməyi və təzə açılan kafesinin təmizliyi üçün xadimələr göndərməyi ondan tələb etmişdir. Bundan imtina etdiyi üçün üzünə adam durquzaraq tibbi şuraya çıxartmış lakin məqsədinə nail ola bilməmişdir. Hər iki işçi müvafiq orqanlara şikayət etdiyi üçün araşdırma gedir. Bəhmən Kərimov həmkəndlisi Dəstək xidmətləri şöbəsinin müdiri Anar Hüseynovla birləşərək xəstəxananı talan edirlər. Hüseynov Anarın halbuki heç bir ali təhsili yoxdur.
Bir sözlə, TƏBİB rəhbırliyi Bəhmən Kərimovun qanunsuz əməllərinə susmaqda davam edir.(Gundelik-bakı.com)

Bu gün Vaqif Xaçaturyanın növbəti məhkəməsi KEÇİRİLƏCƏK

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmina Abulova qoruyur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İcra başçı elə davrandı, anama elə sözlər dedi ki...” - NARAZILIQ VAR...

Ağdam sakini Cəsarət Məmmədov təqsiri olmadığı halda, işdən çıxarıldığını deyir. Onun sözlərinə görə, bu haqsızlığın cəzasını özü ilə yanaşı, 10 və 17 yaşlarında görmə və hərəkət məhdudiyyətli iki əlil övladı da çəkmək məcburiyyətində qalıb.

“Uşaqlarımın üzünə baxa bilmirəm. Belə insafsızlıq olar?!”, – Ağdamın Quzanlı qəsəbəsində yaşayan Cəsarət Məmmədov Meydan TV-yə danışır.

“Rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, “səs-küy salırsan””

45 yaşlı Cəsarət Məmmədov “Azərsu” ASC-nin 5 nömrəli Regional Su-kanal İdarəsinin tabeliyindəki Ağdam su-kanal sahəsində sürücü işləyib. O, 2021-ci ilin dekabrında işdən çıxarılıb. Əmək Məcəlləsinin 70 (ç) maddəsilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla müqaviləyə xitam verilib.

Amma Cəsarət Məmmədov bununla razılaşmır:

“Həmin dövrdə atam vəfat eləmişdi. Yas üçün pul lazım idi deyə, atamın köhnə bir maşını vardı, onu satmaq istəyirdim. Onu adıma keçirmək üçün dekabr ayında iş yerində müdirimiz Zamin Əliyevdən şifahi şəkildə icazə alıb, Ağcabədiyə getdim. Çünki regional qeydiyyat idarəsi orada yerləşir. Orada məndən böyük məbləğdə rüşvət istədilər. Buna etiraz eləyəndə polislərdi deyə, tutub məni apardılar. Guya səs-küy salmışam. Bu əsasla da mənə 8 sutka cəza verdilər. Təsəvvür edin, rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, səs-küy salırsan. Nə isə, oradan çıxıb işə gələndə məni məcbur elədilər ki, işdən çıxmaq barədə ərizəmi yazım. Dedim, axı 8 gün işə gəlməməyim üzrsüz səbəbdən olmayıb? Ora gedəndə də icazə almışdım. Heç olmasa, töhmət verin. Baxmadılar, işdən çıxardılar…”.

“Nə vaxtdır imkansızlıqdan uşaqların müalicəsini saxlamışıq”

O, 5 nömrəli Regional Su-kanal İdarəsinə qarşı işəbərpa tələbilə məhkəmədə iddia qaldırıb. Ağcabədi Rayon Məhkəməsinin hakimi Rəşad Nuriyev onun iddiasını təmin etməyib. Şirvan Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə müraciət etmə müddətini ötürdüyünə görə onun şikayətinə baxmayıb:

“Əvvəl məni hədələyirdilər ki, Regional İdarənin rəisi Zahid müəllimin yaxın qohumu DTX-da işləyir, sənin başına oyun açacaq. Sonra müxtəlif orqanlara şikayətlər elədim. Regionalın rəhbəri məni çağırdı ki, “get, sakit otur, səni bərpa edəcəyik”. Vaxt keçdi, eləmədilər. Mən də bilmirəm ki, Ali Məhkəməyə şikayət vermək üçün müddət var. Sən demə, məni aldadıb, başımı qatırlar”.

Məhkəmədə Su-kanal İdarəsinin hüquqşünası iddia edib ki, məsələ təkcə 8 sutkalıq həbs deyil, Cəsarət Məmmədov ümumiyyətlə, işinə səhlənkar və məsuliyyətsiz yanaşırdı.

Lakin Cəsarət Məmmədov ünvanına səslənən ittihamla razılaşmır:

“Guya mən idarənin maşınını dəfələrlə içkili idarə eləmişəm, buna görə məni polis saxlayıb. Araşdırsınlar, görsünlər ki, mənə maşını içkili idarə etməyə görə protokol yazılıb? Mənə o maşınla 3 dəfə 10 manatlıq protokol yazılıb, o da sürət həddini az keçib, radara düşdüyümə görə. Yazıblar ki, guya dekabrın 11-də mən iş yerinin maşınıyla avtomobili öz adıma keçirməyə getmişəm. Halbuki, ayın 11-də mən polis idarəsində təcridxanada olmuşam. Bunlar vəzifədən ötrü ki əlil uşağın haqqına girib, necə yalan danışırlar? Fikirləşmirlər ki, bizim yalanlarımız nəticəsində o uşaqlar nə vəziyyətdədir. Uşaqlara verilən pensiya heç yeməklərinə çatmır. Nə vaxtdır uşaqların müalicəsini saxlamışıq, onlara iynə-dərman eləyə bilmirik imkansızlıqdan. Anamın pensiyası da kreditlərə gedir. Elə ağır vəziyyətdəyik ki, deyiləsi deyil…”.

“İnsan təhqiri həzm eləyə bilmir, ona görə intihara əl atdım”

O iddia edir ki, su-kanal sahəsindəki işini başqasına satıblar və bundan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun da xəbəri var. Cəsarət Məmmədovun sözlərinə görə, təxminən 2 ay əvvəl ailə üzvlərilə birlikdə icra başçısının yanına gedib, ağır vəziyyətdə olduqlarını ona izah etməyə çalışıblar:

“Elə davrandı, anama elə söz dedi ki, sentyabrın 6-da icra hakimiyyətindən qayıdandan sonra intihara cəhd elədim. Özümü asmışdım. İnsan təhqiri həzm eləyə bilmir. Məni təcili yardım vasitəsilə Ağdam xəstəxanasına aparıb, orada xilas elədilər. Ona görə intihara əl atdım. Xəstəxanada izahat alanda da dedim ki, icra başçısına görə olub. Sonra evə gəlib anamdan, yoldaşımdan izahat almışdılar. Bizə dedilər ki, prokurorluqda araşdırma gedir. Hələ ki, nəticə yoxdur”.

İcra hakimiyyətinin vəzifəliləri cavab vermir, Su-kanal idarəsi isə qərarın əsaslı olduğunu iddia edir

Cəsarət Məmmədovun icra hakimiyyətində baş verənlərlə bağlı dediklərinə qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb. Çünki Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən icra başçısının özü və köməkçisi, müavinləri, vətəndaşların müciətlərilə iş şöbəsi və s. Meydan TV-nin zənglərinə cavab verməyib.

5 nömrəli Regional Su-kanal İdarəsinin məktubunda isə iddia olunur ki, Cəsarət Məmmədovun işdən çıxarılması üçün yetərincə əsaslar var:

“Cəsarət Məmmədov 11 dekabr 2021-ci ildə idarə etdiyi “Ford Carqo” markalı su maşını ilə adına avtomobil sənədləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin Ağcabədi Regional Qeydiyyat İdarəsində olarkən orada münaqişə yaradıb. Orada polis nəfərini təhqir etdiyi üçün 8 sutka həbs olunub. Dəfələrlə bu və başqa xarakterli əmək vəzifəsinin pozulması hallarına yol verib. Buna görə də Əmək Məcəlləsinin 70 ç maddəsilə əmək müqaviləsinə xitam verilib”. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda parkinq sisttemində AÇIQ XAOS - GİLEY

"Bakıda parking xaosuna son qoyulmalıdır. Əvvəl qaranlıq şəxslərin əlində cəmlənirdi bu biznes. İndi qalstuklu, jiletli "Azparking" əməkdaşları o şəxslərin ölənlərinə rəhmət oxudurlar. Sanki robotdular. Necə qurulublarsa, hamısının cavabı da, reaksiyası da standartdır". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış jurnalist Aqil Ələsgər qeyd edib.

"İnsanlar iş yerlərinin və ya evlərinin yaxınlığında avtomobil saxlamaq üçün niyə pul ödəməlidilər? Tamam, ödəsinlər, ancaq səhərdən axşama qədər maşın ofisin önündə qalırsa, bədbəxtlərin maaşı ancaq "Azparking"ə getməlidir?!" deyə eirazını bildirərək suallar verən jurnalistt daha sonra vurğulayır:

"Maraqlıdır ki, "Azparking" əməkdaşları ödəniş etməyənlərin şəkillərini özləri çəksə də, cərimənin AYNA tərəfindən edildiyini bildirirlər. Yəni, əl əli yuyur, əl də üzü, zərərli çıxan isə vətəndaşdır.

Hesab edirəm ki, "Azparking" ilə AYNA-nın ötür-ötür oyunu dövlətimizə qarşı sabotajdır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinə kölgə salmaq istəyənlərin işinə yarayır…"

Məsələ ilə bağlı olaaraq qarşı tərəfi də dinləməyə hazırıq...DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkələr İsraildən səfirlərini geri çağırdı

Kolumbiya və Çili İsraildəki səfirlərini geri çağırıb.

Ölkə prezidentləri bu qərara Qəzzadakı hadisələrə görə gəldiklərini bildiriblər.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO