[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır` - Müştəriyə "qapı açıq", müştəri deyilsənsə "pul ödə"


Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar icra ediblər. Səməd Vurğun 75 ünvanında "Bolmart" marketin önündə yerləşən parkinqdə avtomobil park edən vətəndaşların avtomobilləri, parkinq ərazisində 1 saata qədər ödənişsiz istifadə edə bilər. Ərazidə 1 saatdan çox qalan avtomobilin sahibindən mağazadan "edilmiş" alışveriş çekini göstərdiyi təqdirdə hansısa ödəniş gözlənilmədən ərazidən çıxmasına "icazə" verilir. Əks halda, avtomobil sahibindən 5 AZN ödəniş edilməsi tələb olunur. Vətəndaşlar ya nağd şəkildə 5 AZN ödəniş etməli, ya da 30 manat civarında alışveriş qəbzini göstərməlidir - mağazadakı gənc mühafizəçinin dediyinə əsasən.
Parkinqə daxil olarkən vətəndaşlar üzərində məlumat olmayan cihazdakı düyməyə toxunduqda üzərində heç bir məlumat qeyd olunmayan ağ rəngli kart cihazdan çıxır. Ərazidə 1 saatdan çox qaldığı müddətdə isə artıq pul tələb olunur. Pul ödəməyən və ya qəbzi göstərməyən vətəndaşların avtomobillərinin nömrələri götürülərək, parkdan çıxışına blok qoyulur.

Vətəndaşlardan pul tələb etmək və ya qəbz istəməklə bağlı parkinq ərazisində nə cihazın, nə kartın, nə də hansısa lövhənin üzərində hər hansı bir maarifləndirici lövhə yoxdur.

Bu haqda Bizimyol.info-ya müraciət edən vətəndaş qeyd edir ki, hətta bu qanunsuz pul tələbi ilə bağlı onun avtomobilinin parkdan çıxışına blok qoyulub: "Deməli, dünən axşam parkinqə girdik. Cihazın düyməsinə basanda, hər iki üzü ağ rəngdə kart çıxdı. Nə parkinqin girişində, nə kartın, nə də cihazın üzərində qiymətlə bağlı heçnə qeyd olunmamışdı. Parkinqdə saxladıq. Çıxanda "Bolmart"ın içərisindəki gənc mühafizəçidən soruşdum ki, kart verib, amma heçbir məlumatverici yer, lövhə yoxdur. Ödəniş harda necə və neçəyə olur? Dedi ki, 1 saat pulsuzdur, 1 saatdan sonra 5 manat ödəməlisiniz. Əgər marketdən 30 manatlıq alışveriş etmisinizsə, çeki göstərib, ödəniş etmədən gedə bilərsiniz. Ödənişi də parkinqin çıxışında balaca kabinetdə oturmuş digər gənc "mühafizəçi" əməkdaşa ödəməli olduğumuz bildirildi. Deməli, biz çıxışa gedib, bunu sınamağa çalışdıq. Əyani olaraq yaşadıq - çıxışda kart işləmədi. Kupedəki oğlan qaçaraq gəldi, kartı götürüb, "maşını kənara çəkin, sistemə baxım" - dedi. Gedib öz kupesində yoxladı. Ora yaxınlaşdıq, dostum ona izah etməyə çalışdı ki, mən bilsəm ki burda bu qiymətdir mən heç parka girməzdim. Ödəniş edənədək avtomobilimizi oradan çıxarmağa icazə vermədilər. Maşının seriya nömrəsini götürüb, çıxışa blok qoymuşdular" - deyə, vətəndaş bildirir.

Məsələ ilə bağlı qeyd olunan ünvana yollandım və deyilən hər şeyin həqiqətə uyğun olduğunu gördüm. Çəkiliş zamanı yerli mağazanın müdiriyyəti gəlib, ödənişlə bağlı izahat verməyə çalışsa da, "Nə üçün məlumatlandırıcı lövhə yoxdur? Niyə giriş kartlarının üzəri ağdır, məlumat qeyd olunmayıb? Bir saatdan artıq parkda avtomobil saxlayandan beş manat alınması hansı əsasa dayanır? Bu, sizdə hansı qanunla tənzimlənir?" kimi sualları cavabsız qoydu.

Mağaza müdiri heç bir cavab vermədi və dedi ki, onlar sadəcə göstərişi icra edir, gərək bu haqda mağazanın baş ofisi ilə əlaqə saxlayaq. Ofislə əlaqə saxladıq, suallarımıza cavab vermədilər, daha sonra bizi "Bolmart"ın Nadir adlı hüquqşünasına yönləndirdilər. O da bizi Bəyəndik adlı başqa bir hüquqşünasa yönləndirdi. Həmin hüquqşünas deyilənlərin sadəcə bir iddia olduğunu, həmin mağazanın parkinqində elə bir problem olmadığında israr etdi. Biz videogörüntüləri və sorğumuzu ötən həftədən özlərinə göndərsək də, hələlik qarşı tərəfdən heç bir reaksiya, açıqlama gəlməyib. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşlarımızı belə qanunsuz və heç bir əsasa dayanmayan "pulqoparma" taktikalarına qarşı tədbirli olmağa, belə halla üzləşdikləri zaman aidiyyəti orqanlara müraciət etməyə çağırırıq.

Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordubadda Mərkəzi xəstəxananın baş həkimi işdən çıxarılıb - ƏMR


Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.

DİA.AZ "Report"a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, xəstəxananın baş həkimi Elmar Zeynalov işdən azad olunub.

Samiq Sadıxovun digər əmri ilə bu vəzifə Malik Əsgərova həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbçilərimiz minaya düşdü - 2 nəfər şəhid oldu - Yenilənib


Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”, - məlumatda qeyd edilib.

***

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunus oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilib.

Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qənirə Paşayevanın son durumu açıqlanıb - YENİLƏNİB


Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq klinikadan bildirilib.

Qeyd olunub ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinikaya təxliyə edilib:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımi məsləhətlər verilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır”.

10:38

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti stabil ağırdır.

“Report”un məlumatına görə, bunu onun yaxınları bildiriblər.

Qeyd olunub ki, deputatın səhhətində heç bir dəyişiklik yoxdur və stabil ağır olaraq qalır.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib: Məhkəmə qərarının icrasına kimlər və necə mane olur? – VİDEO

“Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir”.

DİA.AZ bildirir ki, üzləşdiyi problemlə əlaqədar Yenicag.az-a üz tutan vətəndaş Quattrocchi Salatın Məmməd qızı ona məxsus torpaq sahəsinin zəbt olunduğunu və müvafiq məhkəmə qərarlarının çıxarılmasına baxmayaraq, mülkiyyət hüququnu bərpa etməyinə imkan verilmədiyini deyir.

Şikayətçinin sözlərinə görə, Elşad Abbasov adlı şəxs ona məxsus olan torpaq sahəsini bir neçə il əvvəl zəbt edərək orada kababxana tikdirib:

“Elşad Abbasovla aramızda məhkəməyə qədər uzanan mübahisə var. Çünki qanunla verilən torpaq şəhadətnaməsi əsasında bizim təxminən 19 kv/m ərazimiz hazırda Elşad Abbasovun istifadə etdiyi əraziyə düşdüyü və tələbimiz əsasında boşaldılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Ancaq bundan əvvəl ona bir qonşu kimi bildirdiyim iradlar nəticə vermədi. Elşad Abbasov isə mənə “get, hara müraciət edirsən, et, torpaq mənimdir”, – deyəndən sonra mülkiyyət hüququmu məhkəmə vasitəsilə bərpa etməyə qərar verdim.

Mən Azərbaycan vətəndaşı olaraq başqa nə edə bilərəm? Mənə məxsus olan torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəməyə müraciət etdim. Qarşı tərəf də Bakı İnzibati Məhkəməsində mənə qarşı əsassız iddia qaldırdı. Dövlət şəhadətnaməsi ilə torpaq mənə məxsusdur, sənəddə mənim adım yazılıb. Elşad Abbasov isə ərazimi zəbt edərək orada özünə kababxana tikdirib”.

Salatın Quattrocchi əlavə edib ki, qanunla ona məxsis olan torpaq sahəsinin zəbt edilməsi azmış kimi, sözügedən obyektdən evinə girilib və əmlakına xeyli ziyan vurulub:

“Həmin kababxana mənim eyvanımla üz-üzə tikilib. Evimə bir yerdən girildiyini düşünmürəm”.

Şikayətçi haqlarının məhz hüquq müstəvisində bərpa olunmasına çalışdığını vurğulayaraq, bu işlə əlaqədar davam etdirilən məhkəmə prosesinin illərlə uzanmasından narazılığını ifadə edib:

“Əsas problemlərimdən biri məhz məhkəmənin çox uzanmasıdır. Mübahisə artıq üç ildir, davam edir. Məhkəmə bu işi ekspertizanın, ekspertiza isə məhkəmənin üstünə atır. İndi isə işə baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bakı İnzibati Məhkəməsi Elşad Abbasovun əsassız iddiasını, ümumiyyətlə, icraata götürməməli idi. Ancaq hakim mənə qanunla verilmiş torpaq şəhadətnaməsinin ləğv olunması haqqında qərar çıxarıb.

Əlimdə dəlillərim ola-ola, haqlılığımı sübut edə bilmirəm. Daha doğrusu, edirəm, ancaq illərlə əziyyət çəkirəm. İllərdir, davam edən məhkəmə prosesində üç-dörd hakim dəyişib. Mənim işimə baxan hakim ya işdən çıxarılıb, ya da iş başqa hakimə verilib. Hələ ki cəmi bir hakim prosesi sona qədər apararaq zəbt olunan torpaq sahəsinin qanuni sahibinə, yəni mənə qaytarılması ilə bağlı qərar çıxarıb”.

Xanım Quattrocchinin sözlərinə görə, həmin torpaq sahəsi lap əvvəldən “başıbəlalı” olub və onunla bağlı Elşad Abbasovdan öncə “Ataholding” MMC ilə də uzun müddət mübarizə aparıb: “Bildirirəm ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX № 1308321 saylı 29.05.2018-ci il tarixlı Çıxarışa əsasən, mülkiyyəimdə olan həmin torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər – “Ataholdinq” MMC və “İnter-Servis” firması tərəfindən boşaldılaraq mənə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciıət etmişdim.

Məhkəmə araşdırmaları zamanı mülkiyyətimdə olan torpaq sahəsinin 74,79 kvadrat metr hissəsisinin “Ataholding” MMC tərəfindən zəbt olunduğu müəyyən edildi. Mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdı. Buna görə də iddia tələbim Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-183/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh “Ataholing” MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kvadrat metr hissəsinin boşaldılaraq mənə qaytarılmasına dair qərar çıxarılıb.

Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilərək zəbt olunmuş 74,79 kvadrat metr torpaq sahəsi boşaldılaraq mənə təhvil verilib. Torpaq sahəsinin təhvil-təslimi zamanı Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunaraq torpaq sahəsinin plan və ölçüsü sənəddə göstərilmiş döngə nöqtələrinin koordinatları xüsui cihazlar vasitəsilə müəyyən edilərək göstərilib. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 213020432903 saylı məktubda qeyd olunub ki, torpaq sahəsinin “Plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olub ki, mülkiyyətimdə olan 0,6 hektar torpaq sahəsinin 18,53 kvadrat metr hissəsi hazırkı iş üzrə cavabdeh Elşad Abbasov tərəfindən zəbt edilib”.

Şikayətçi bildirib ki, hüquq və qanun onun tərəfində olsa da, “gizli əllər” onun öz haqqını bərpa etməyinə imkan vermir:

“Bu məhkəmə işi barəsində artıq bir sıra qurumlar – Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Dövlət Torpaq Komitəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi məlumatlıdır. Dəfələrlə müxtəlif qurumlardan müqayisə aparmaq məqsədilə ekspertiza üçün yardım istəmişəm. Haqlı olduğumu isbatladıqdan sonra isə ekspertizanı həyata keçirən şəxslər mənə açıq şəkildə deyirlər ki, onlara “belə yaz” tapşırığı verilir. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi MMC 2022-ci il iyunun 21-də Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən torpaq sahəsinin 18,53 kvadrat metr hissəsinin Abbasov Elşad İnşalla oğlu tərəfindən zəbt olunduğu ilə bağlı qərar çıxarıb. Ancaq bu qərarın icrasının və həmin torpaq sahəsinin mənə qaytarılmasının qarşısı hər vəchlə alınır”.

Qeyd edək ki, şikayətdə adı hallandırılan Elşad Abbasov “Embawood” şirkətinin təsisçisi və icraçı direktoru, eyni zamanda, Milli Məclisin deputatı Məşhur Məmmədovun qardaşıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xüsusi karantin rejiminin müddəti uzadıldı


Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Müvafiq Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Tovuz rayonu Düz Cırdaxan kənd sakini Kamran Əhmədov İkinci Qarabağ Müharibəsində iştirak edib. Könüllü olaraq qatıldığı müharibədə Füzuli, Qubadlı, Zəngilan, Laçın dəhlizi və Şuşa istiqamətində döyüşüb.

DİA.AZ onun müraciətini təqdim edir: "Həmin istiqamətlərdə gedən döyüşlər zamanı baş nahiyəmdən xəsarət almışam. Üç ildən çoxdur ki, mən əlillik qrupumu ala bilmirəm. Xahiş edirəm ki, əlillik dərəcəmi ala bilməyimdə mənə köməklik edilsin. Müalicəmlə əlaqədar müraciət etmədiyim yer qalmadı. Çarəsizlikdən üç min manat kredit götürüb, özümü müalicə etdirmişəm. İndi borc içində üzürəm. Yerli icra hakimiyyətinə bununla bağlı müraciət etmişəm, demişəm ki, torpaqlar uğrunda döyüşmüşəm, heç olmasa, mənə də bir qədər torpaq sahəsi ayrılsın.Məni başlarından etdilər. Tovuzun deputatı Ülviyyə Ağayeva ilə şəxsən görüntülü danışmışam, telefonla əlaqə saxlamışam. O da mənim problemimə biganə yanaşdı. Qazax və Maştağadakı tibb mərkəzlərində müalicə almışam, sənədlərim də var, amma onlara məhəl qoyan yoxdur" - deyə, müharibə iştirakçısı bildirib.

Vətəndaş şikayəti ilə bağlı ƏƏSMN nəzdindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayon sakini Əhmədov Kamran Xanoğlan oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında sonuncu dəfə 01.04.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilib və müayinəsi aparılıb: "Müayinə zamanı şəxsin hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Nəticədə Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib. Son 1 il ərzində Kamran Əhmədova aid yeni forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssiəsi tərəfindən yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyinin təkrar qiymətləndirilməsi aparıla bilər".

Məlumat üçün qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, aidiyyəti şəxslər dövlət əhəmiyyətli tədbirdə iştirak etdiklərindən suallarımızı cavablandıracaq kimsə hal-hazırda yoxdur. Rəsmi məsul qurumun mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dən erməni sakinlərə - Müraciət


Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib.

Müraciətdə deyilir:

“Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur ediliblər.

Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar.

Qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.

Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qədimbəylilərə HƏR ŞEY OLAR? - NƏ BAŞ VERİR?


Məlum olduğu kimi bir həftə öncə olduqca ciddi bir olay baş verdi ki, sonradan bu məsələ aşkar şəkildə ört-basdır olundu. Sadəcə olaraq olayda tərəf müqabili olan şəxsin - daha dəqiqi zərərçəkənin qeyri-ciddi ünvan mənsubluğu imkan vermədi ki, ictimai qınaq doğru istiqamətə yönəlsin. DİA.AZ bildirir ki, məhz bu amil əslində çod ciddi özbaşınalıq və harınlıq faktının gizli tutulmasına şərait yaratdı. Təbii ki, məlumatlı olan əksəriyyət söhbətin kimlərdən və nədən getdiyini anladı...

Xatırladaq ki, bir həftə əvvəl “Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, “Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.

Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “Theone..550” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr “atıb”. Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.

Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Amma göründüyü kimi ona kimsə dəstək olmadı. Xəbər saytlarında "Fidan"ın açıqlamasının ardından qarşı tərəfin mövqeyinin səslənməsi sanki vəziyyəti düzəltmiş oldu. Amma əslində məsələ çox ciddi idi. Çünki qarşı tərəf iddia edirdi ki, onun başına silah dayayıb, vəzifəli şəxslərin ünvanına nalayiq ifadələri deməsi istənilib. Hər halda, bu faktı maraqlı olan tərəflər araşdırmadan keçməyə çalışsa da, dövlətin müvafiq qurumları öz vətəndaşının təhlükəsizliyi naminə işi təkrar hüquqi araşdırmaya cəlb etməlidir.

Qeyd edək ki, olayla bağlı DİA.AZ-a yeni ilginc faktlar daxil olub və bu barədə məlumatları təqdim edəcəyik.

Bizi izləməyə davam edin. Məsələ ilə bağlı oilaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO