[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək - XİN

31 avqust-1 sentyabr tarixlərində Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

"Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.

Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb.

Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.

Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək", - məlumatda qeyd olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovdan sonra BU DA OLDU: İşçiləri QOVURLAR... - NARAZILIQ VAR!

„Arkoz Holdinq“in Kəngərli rayon Qarbağlar kəndindəki daş karxanasında fəhlələrin ixtisarına başlanılıb. Artıq, 10-larla fəhlənin işdən çıxarıldığı, bir o qədərinə də bununla bağlı xəbərdarlıq olunub. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a fəhlələrin özləri məlumat verib. Onlar bildirir ki, rəhbərlik bunu istehsalın aşağı düşməsi, maliyyə çətinliyi ilə izah edir.
İşdən çıxarılan fəhlələrdən F. Səfərov deyir ki, işdən çıxarılmanın səbəbi ilə bağlı onlara rəsmi qərar verilmir:
“İşdən niyə, hansı səbəb çıxarılmağımızla bağlı açıq demirlər. Bununla bağlı rəsmi sənəd də vermirlər. Çünki, qanunsuz çıxarırlar hamını. Qorxurlar ki, çıxarılma ilə bağlı sənədi əldə edib, məhkəməyə müraciət edərik. Ona görə vermirlər. Mən 20 ilimi bu işə vermişəm. Karxanın ən çətin vaxtlarında 350 manat maaşa işləmişəm. Bir neçə ildir ki, maaşımız 600 manata qaldırılmışdı, indi də işdən çıxardılar. Tək mən deyiləm, 10-larla mənim kimisi var. Hərəyə bir bəhanə qoiyurlar. 55 yaşım var, mənə deyirlər ki, yaşlısan. Cavanlara da deyirlər ki, təcrübən yoxdur. Yeni rəhbərlik acgözlük edir. İstəyirlər ki, az işçi ilə çox iş görsünlər, işdən çıxarılanların pulunu cibləırinə qoysunlar”.
S. Məmmədov isə deyir ki, onun kimi bir neçə nəfərə tezliklə işdən çıxarılacaqları ilə bağlıxəbərdarlıq olunub:
„Bu karxananı biz böyüdüb, şirkət eləmişik. „Gəmiqaya“nın vaxtında az.çox qədrimiz bilinirdi. Yeni rəhbərlik acgözlük edir. Xeli adamı artıq işdən çıxarıblar, bizə də xəbərdarlıq olunub. Çoxumuz da cavan ailə, körpə uşaqlarımız var. İşdən çıxarsalar, ac qalacağıq. Çünki, Naxçıvanda iş tapmaq mümkün deyil. Həm də uzun illərdir ki, bu işə alışımışıq. Nə edəcəyimizi bilmirik“.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsuda başçının bu olaylardan XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...
İki həftə əvvəl internet informasiya məkanında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədovun məktəbli geyimini biznesə çevirməsinə dəlalət edən səs yazısı yayıldı. Həmkarlarının “votsapp” qrupuna səsli mesaj atan Əlmirzə Məmmədov məktəb direktorlarına müraciət edərək onları valideynləri “yalnız İqbal müəllimə məxsus “Ağsu-Mall” paltar mağasına” yönləndirməyi tapşırıb. Sözlərindən məlum olur ki, məktəbli formaları ilə bağlı sifarişləri qəbul etməyə və yerinə yetirməyə iddialı başqa mağazalar da var, amma hansısa maraqlara uyğun olaraq, valideynlər məhz onun göstərdiyi mağazaya istiqamətləndirilir. Geyim monopoliyasına belə ad qoyurlar ki, guya həmin dükanda olan məktəbli geyimlərində hər məktəbin özünün nömrəsi olacaq. Halbuki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi özünün “feyzbuk” səhifəsində avqustun 17-də etdiyi paylaşımda valideynlərə vahid məktəbli formasını özünün istədiyi satış məntəqəsindən almağa və ya tikdirməyə ixtiyar verildiyi qeyd olunub.
Əlbəttə ki, bu, Ağsu rayon təhsilində sadalana biləsi çoxsaylı qanunsuzluqlıardan yalnız biridir. Rayonda təkcə məktəbli formalarının satışı deyil, elə məktəblərin özü də monopoliya altına alınıb, sülalələrin, ailələrin inhisarına verilib. Necə ki, Nüydü kənd orta məktəbi Əzizovların ixtiyarına təslim edilib. Məktəbi 2012-ci ilədək Nüydü kınd bələdiyyəsinin hazırki sədri Əzizov Zabit Əziz oğlu idarə edib, həmin ildən isə direktor vəzifəsini arvadı Əzizova Qənirə Rasim qızına ötürüb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli müəllim Əzizovlarla birləşərək dövlət büdcəsinə qənim çıxıblar, güdaza gedən isə təhsil, onun keyfiyyəti olub. Məktəbdə uşaq olmadığı halda başqa uşaq adları yazıblar. Bundan əlavə, məktəbdə müəllim və texniki işçilərin biri Əzizovun gəlini olmaqla digər qohumları işləyib.
O da bildirilir ki, hətta bundan əvvəlki bələdiyyə sədri Fəxrəddin Osmanov Zabit Əzizov ilə yeznə-qayındılar. 10 il əvvəl Fəxrəddin Osmanov bələdiyyə ərazisində olan ağacların kəsilib-satılmasına rəvac verdiyinə görə hüquqi şəxs qismində 40 min manat cərimələnmişdi. Sanki Nüydü kəndini Füzuli Kərimlinin vasitəsilə bunlar özəlləşdiriblər. Sual olunur ki, bələdiyyə sədri Füzuli müəllimin əıli olmasa, öz yerinə qaynını təyin edə bilər, ya yox?
Xeyli müddətdir Muğanlı İsmayıllı yolunun tikintisi həyata keçirilir. Əvvəllər bu yolda tez-tez sürüşmə prosesləri nəticəsində yol bəzən aylarla bağlı qalırdı. Mütəxəssislərin fikrinə görə yeni yolun tikintisi zamanı quraşdırılan keçid və körpülər sürüşmə zonalrından yan keçməklə problemi həll edəcək. Yol tikintisini Evrascon (“Azərkörpü” ASC), və “Körpü Bina Tikinti” MMC şirkətləri həyata keçirir.
Ağsu Rayonu Qırlar və Quzey kənd sakinləri adından KİV-ə ünvanlanan müraciətdə xoş niyyətlə görülən işin içində də yeyinti və əhalinin təhlükəyə sürüklənməsi ilə bağlı həyacan notları qeyd olunub.
Kənd sakinlərinin bildirdiyinə görə Nüydü bələdiyyəsinin sədri Zabit Əzizov və Ağsu rayon icra hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli yol tikintisini həyata keçirən şirkətlərlə əlaqəyə girərək uzaq məsafəyə daşınmalı olan torpağı Qırlar, Sanqalan və Quzey kəndləri ərazinə böşaldılr. Buradan Tikinti şirkətləri iş həcminin çox göstərilməsi, realda isə daha az iş görməklə qazanır. Kənd sakinlərinin bildirməsinə görə bu haqq hesabdan Bələdiyyə sədri və İcra hakimiyyəti başçısının müavini də öz paylarını alırlar.
Bəs kənd sakinlərini narahat edən nədir? Torpaq tökülən ərazilər adı çəkilən kəndlərin heyvanlarının otlaq sahələridir. Yeni torpaq üzərində isə ot bitməsi illər sonra əmələ gələ bilər. Eləcə də, tökülən torpaq ərazinin florasını məhv etməklə yanaşı təhlükə mənbəyi kimi dəyərləndirilir. Uzunmüddətli yağışlardan sonra həmin tökülən torpaqlar sürüşə bilər, bu isə Ağsu çayının qarşısını kəsməklə real təhlükəyə çevrilər.
Nüydü Bələdiyyəsinin sədri Zabit Əzizov mediaya bildirib ki, məsələ guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılıb. Tökülən torpaq kütlələri qarşısında bərkitmə işləri görüləcək, onun çaya axmasının qarşısı alınacaq. Tikinti şirkətindən hansısa maddi məbləğin alınmasını birmənalı rədd edən bələdiyyə sədri qeyd edib ki, yol tikintisini həyata keçirən şirkət adı çəkilən kəndlərin yollarını yüksək səviyyədə təmir edəcəklərini öhdəsinə götürüb.
İbrahim Hümbətov //azerinfo.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlətdən gizlənən `QAYALI`... - İTTİHAM VAR!


“Qayalı”da erməni dilində markalanmış məhsullar satılır… Sözün düzü, biz azad ticarətin, ticarət obyektlərinin, o cümlədən marketlər şəbəkəsinin fəaliyyətinin nəinki əleyhinə deyilik, əksinə təqdir edirik. Amma... Ölkədə cənab Prezidentin dediyi kimi istehsal sektoru inkişaf etməli, yeni zavodlar, fabriklər açılmalı, insanlar işlə təmin edilməlidir. Ancaq və ancaq supermarketlər açmaqla biz heç nəyə nail ola bilmərik. Obrazlı desək, ölkədə nə qədər SATAN olar, bəs İSTEHSALÇI..? Gedib hansısa ölkədən hazır məhsul gətirib baha qiymətə vətəndaşlara satmaqla məsələ həll olunmur.
Nə isə, sözün qısası, ölkəmizdə, o cümlədən Sumqayıt şəhərində marketlərin sayı durmadan artır. Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, 2 il öncə, yəni 2021-ci ilin avqust ayında Sumqayıt şəhərində yeni bir marketin, daha doğrusu, Sumqayıt Bulvarında “Qayalı” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib. Hətta videolara baxanda adam məəttəl qalır, qırmızı lent kəsilir, şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri tədbirdə çıxış edib gözəl sözlər deyirlər, yüzlərlə yeni iş yerlərinin açılması barədə danışırlar və s. və i. Yeri gəlmişkən, bu ticarət mərkəzinin adı göründüyü kimi, “GOLD QAYALI”dır, yəni QIZIL QAYALI...
İndi gəlin görək, 2 il öncə təmtəraqla, bəh-bəhlə əhaliyə təqdim olunan “Qayalı” Ticarət Mərkəzində vəziyyət necədir..? Sumqayıt sakinləri yazır ki, “Qayalı” Ticarət Mərkəzi məhsullarında ENDİRİM etdiklərini aləmə car çəkirlər. Müştərilər də buna aldanaraq saxta endirimli dükanlara üz tuturlar. Və “Qayalı”da alış-veriş edən Sumqayıt sakinləri deyir ki, piştaxtaya əvvəlki qiymət və endirimli qiymətin olduğunu özündə əks etdirən lövhələr qoyulub. Sən demə, həmin məhsullar əvvəllər də elə əhaliyə "endirim" adı ilə sırıdıqları qiymətə satılırmış. Yəni müştəriləri endirim adı altında cəlb edirlər.
Başqa bir alıcı mediaya şikayətində qeyd edir ki, “Gold Qayalı” marketi müştəri hüquqlarını pozur. Belə ki, alıcı üzərinə diqqət etmədən iki adda: “Zefir Sloyka” və “Elekber Paxlava” çəki ilə satılan şirniyyat məmulatı əldə edib. Müştəri məhsulları istifadə edəndə spesifik köhnə tam hiss edib. Alıcı ərzaqların üzərində məhsul haqqında məlumat axtardıqda isə nə istehsal, nə bitmə tarixi, nə də ki istehsalçı haqqında məlumat aşkar edə bilib. Həmçinin mağazanın təqdim etdiyi satış çekinin üzərində QR-kod və fiskal ID də əks olunmayıb.
Fikir verdinizmi,QAYALI sakinlərə üzərində istehsal və bitmə tarixi olmayan kiflənmiş, iy verən ərzaq və qida məhsulları satır. Bəs görəsən, o boyda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ), qurumun sədri cənab Qoşqar Təhməzli hara baxır..? Bu hələ harasıdır..?
Sən demə, “Qayalı” Ticarət Mərkəzində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsulu satışdan yığışdırıblar. Əslində, Azərbaycana gətirilən bütün məhsullar dövlət dilimizdə, yəni Azərbaycan dilində markalanmalıdır. Biz hələ “Qayalı” Ticarət Mərkəzinin vergidən yayınmasından danışmırıq. Görəsən, Vergilər Departamenti nə üçün bu məsələyə göz yumur..?
Biz “Qayalı” Ticarət Mərkəzində işə düzələn vətəndaşların qanuni əmək müqaviləsi olmadan gündə 10 saat çalışmasından danışmırıq.. Sadəcə, bilmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi niyə bircə dəfə yolunu “Qayalı”dan salmır… Axı, dəqiq bilirik ki, “Qayalı” Ticarət Mərkəzində alıcılara bonus və ƏDV-lər verilmir. Və ƏDV-ləri almaq istəyən müştərilərlə elə bir növbə yardılır ki, sakinlər bezib ƏDV almasınlar. Bunu da Vergi Xidməti görmür..?
Bütün bu suallara növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.
P. S. "Gold Qayalı"nın heç bir təhsili olmayan keçmiş "lafqa" sürücüsü İdrisin kimliyi haqqında növbəti sayımızda... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid ailəsi `Azəriqaz`la ÜZ-ÜZƏ... - "Lənkəranda iş təklif etdilər..."


“Qardaşım Kamal Musayev 1994-cü ildə Murovdağda şəhid olub. Yaşlı, onkoloji xəstə olan anam mənim himayəmdədir. 3 ildir yataq xəstəsidir, 5 dəfə əməliyyat olunub. Buna görə də anamı tək qoyub başqa rayona işləməyə gedə bilmirəm”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Yardımlı rayon sakini Rəşad Musayev deyir.

Onun sözlərinə görə, 2019-cu ildən müvəqqəti xidməti müqavilə ilə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Yardımlı xidmət sahəsində çilingər köməkçisi işləyir. Ötən il SOCAR-da imtahanda iştirak edib və kadr ehtiyat bazasının qeydiyyatına düşüb.

“Regional idarədən zəng edib Lənkəranda iş təklif etdilər. Anama mən baxdığımdan Yardımlıda, yəni yaşadığım rayonda işləmək istədiyimi bildirdim. Bu yaxınlarda Yardımlıda 2 vakant yer oldu, amma tapşırıqla başqa adamları götürdülər. Həmin şəxslərin boşalmış yerinə-Masallıda mənə iş təklif etdilər. Yenə də anama görə imtina etmək məcburiyyətində qaldım”,- R.Musayev bildirib.

O, müvəqqəti müqavilə ilə işlədiyini qeyd edib.

Şəhid anası da oğluna öz rayonlarında iş verilməsi, onun vəziyyətinin nəzərə alınması üçün SOCAR prezidenti Rövşən Nəcəfə və istehsalat birliyinin sədri Ruslan Əliyevə müraciət edib.

“Azəriqaz” İstehsalat Birliyindən isə Meydan TV-yə bildiriblər ki, şəhid anasının oğlunu işə qəbul edilməsinə kömək göstərilməsi ilə bağlı müraciətinə baxılıb.

Qurumun cavabında deyilir ki, Rəşad Musayev 2021-ci il, yanvarın 5-də “DOST İş Mərkəzi” MMC tərəfindən işə qəbul edilərək birliyin Lənkəran regional qaz istismar idarəsinin Yardımlı rayonu üzrə xidmət sahəsinə təhkim edilib. Hazırda qaz avadanlıqlarının istismarı və təmiri üzrə fəhlə işləyir:

“Rəşad Musayevlə birgə kadr ehtiyatı bazasına 7 namizəd daxil edilib. Həmin bazaya daxil edilmiş vətəndaşların namizədliyi 12 ay ərzində saxlanılır. SOCAR kadr ehtiyat bazasına daxil edilmiş namizədlərin işlə təmin olunması ilə bağlı öhdəlik daşımır. Ona şəhid ailəsinin üzvü kimi iş təklif edilib, lakin o yol uzaqlığının əsaslığını götürərək, iş təklifindən imtina edib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqil Nəzərli də QANUN HƏRLƏMİR... - BU DA FAKT!!!


Laçın Rayon İcra Hakimiyyətinin "Hacılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hacılar obasında (Mal yatağı, Orta yatağ, Səlimin yatağı) obalararası və obadaxili yolların cari təmir işləri"nin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis" MMC olub. Tərəflər arasında 68.634,7 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən Sahələrin mexanikləşdirilmiş üsulla planlaşdırılması, Təbii qum-çınqıl qatışığı, Əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, Təbii qum-çınqıl qatışığı və.s satın alınmalıdır.

Əldə etdiyimiz məlumata görə, "Avtoyoltikintiservis" MMC-nin hazırda 4260.20 AZN vergi borcu var.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN şirkətin qanuni təmsilçi RAMİN MƏMMƏDOV ADİL OĞLUdur.

Xatırladaq ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir.
Aqil Nəzərli də QANUN HƏRLƏMİR... - BU DA FAKT!!!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Uşaqlarımın ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var” - Göygöl sakini HARAY ÇƏKİR


“Əgər məhkəmələr, hakimlər prokurorun dediklərini təsdiqləmək üçündürsə, daha camaata niyə əziyyət verib gətirib-aparırlar? Daha niyə dövlətdən maaş alıb, əlavə xərcə salırlar? Aylarla yoldaşımın məhkəməsi getdi, ancaq prokurorun dediyini nəzərə aldı. Vəkilimiz nə qədər məsələlər qaldırdı yoldaşımın bu cinayəti törətmədiyini sübut eləmək üçün, heç birini qəbul eləmədi. Axırda da gəlib 19 il iş oxudu. Daha demədi ki, 4 körpə uşağın halı necə olacaq? Onların ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var…”, – Göygöl rayonunun Çaykənd kənd sakini Qaratel Əhmədova Meydan TV-yə danışır.

“Bunların elədiyi insanlıqdan çıxmaqdır, öz balalarının da başına gəlsin”

Qaratel Əhmədovanın həyat yoldaşı, iki ilə yaxındır həbsdə olan Elnur Hüseynova avqustun 23-də hökm oxunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib.

Kəlbəcər rayon 58 saylı orta məktəbdə fizika müəllimi işləmiş 37 yaşlı Elnur Hüseynov həyat yoldaşının xalasını qətlə yetirməkdə ittiham olunur. Sözügedən ölüm hadisəsi isə 2021-ci il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndində cücə sexində baş verib.

Elnur Hüseynov 53 yaşlı Səidə Hüseynovanı həm sex, həm də ev kimi istifadə etdiyi məkanda öldürəndən sonra cinayətin izini itirməkdən ötrü ora benzin töküb yandırmaqda təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, hadisəni tamah məqsədilə – qohumunun qızıllarını, pulunu ələ keçirmək üçün törədib.

Uzun müddət hüquq-mühafizə orqanları hadisənin texniki səbəbdən baş verdiyi qənaətinə gəlib, aylarla istintaq da bu istiqamətdə gedib. Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, dindirmələr aparılıb.

2021-ci ilin noyabrında Elnur Hüseynovu Çaykənddə mal-qara oğurluğuna görə tutublar. Qaratel Əhmədova deyir ki, onun xalasının ölümündə həyat yoldaşının təqsirləndirilməsi üçün sanki fürsət yaranıb. O, baş verənlərə görə həm də öz anasını qınayır:

“Elnurun oğurluqda ittiham olunması əllərinə bəhanə verdi, hər yerə yazdılar ki, bu işi də o eləyib. Oğurluq məsələsində Elnuru məhkəmə bu tərəfdən 200 manat cərimə ilə buraxıb, çıxanda o biri tərəfdən yenə tutublar, aparıb işgəncə veriblər. Təsəvvür edin, adamı Gəncə türməsindən bu ölüm işinə görə dindirmək üçün Yevlaxa aparıblar. İndi hansı zamandır ki, adamı asırlar, işgəncə verirlər? Onun üstündəki xəsarətlərin hamısını vəkil də öz şikayətində yazıb göndərib. Elnur Gəncə türməsinə qaytarılanda xəsarətlər qeydə alınıb. Elə işgəncələr veriblər, elə söyüşlər söyüblər, deyiləsi deyil. Adama deyərlər ki, əgər bu cinayəti törədibsə, sübutlar olmalıdır, ortaya qoyun, niyə işgəncə verirsiz? Deməli, törətmədiyi cinayəti adamın boynuna qoyursunuz. Bunların elədiyi insanlıqdan çıxmaqdır, öz balalarının da başına gəlsin…”

“Nəinki hakim, ümumiyyətlə, qanacaqlı adamlar bu sözü işlətmir”

Qaratel Əhmədovanın sözlərinə görə, 4 azyaşlı övladı var, ən kiçiyinin heç 3 yaşı tamam olmayıb. Onları dolandırmaqda çətinlik çəkdiyini deyən Çaykənd sakininin sözlərinə görə, onu ağrıdan əsas məqam həyat yoldaşının törətmədiyi cinayətə görə cəza çəkməsidir. O vurğulayır ki, əgər Elnur Hüseynovun həqiqətən bu cinayəti törətdiyini bilsəydi, heç bir halda, məsuliyyətdən kənarda qalmasına razılaşmazdı. Çünki söhbət xalasından gedir.

Qaratel Əhmədova deyir ki, xalası ölən vaxt həyat yoldaşı evdə olub. Bunu, hətta kənar adamlar da təsdiqləyir:

“Mənə zəng eləyib xəbər verdilər ki, xalam cücə sexində yanıb ölüb. Həmin vaxt yoldaşım evdə idi. Telefonda bu xəbəri eşidib ağlayanda yoldaşım bu tərəfdən soruşdu ki, “nə olub?” Onun səsini mənə xəbəri verən qardaşım arvadı da telefonda eşitmişdi. Özü də ifadəsində bunu təsdiqləyib ki, həmin vaxt Elnur evdə idi. Çaykəndlə Yevlaxın arası az qala, 200 kilometrdir. Bu necə ola bilər ki, orada hadisə ola-ola yoldaşım evdə olsun?”

Onun sözlərinə görə, telefon anten məlumatları da Elnur Hüseynovun həmin vaxt Çaykənd ərazisində olduğunu sübut edir.

Amma məhkəmə bu sübutları qəbul etməyib. Hakim onun evdə olması haqda həyat yoldaşının, eləcə də Mədinə Əhmədovanın dediklərini nəzərə almayıb.

Qaratel Əhmədova məhkəmə prosesinə sədrlik edən hakim Rəfail Əliyevin davranışından da narazılığını dilə gətirir:

“Ümumiyyətlə, ona hakimlikdən əvvəl necə davranmağı öyrətmək lazımdır. Məhkəmə sahəsinə nəzarət eləyənlər gedib kameraları açsınlar, baxsınlar ki, o cür “hakimlər” vətəndaşları dövlətdən necə narazı salır. Verdikləri qərarlar bir yana qalsın, hələ davranışlarıyla. Hakim məhkəmədə “yaxşı eləyirəm…” sözünü deyər? Ümumiyyətlə, qanacaqlı adamlar bu sözü işlətmirlər. Hələ ki, onların əlində səlahiyyət var, bizim kimiləri əzirlər, bizim də gücümüz Allaha dua eləməyə çatır. Onların da vaxtı gələcək…”

“Ekspert deyir ki, xəsarət aşkarlamamışıq, ittiham veriblər ki…”

Elnur Hüseynovun vəkili Zabil Qəhrəmanov da Şəki Ağır Cinayətlər Məhkəməsindəki araşdırmalardan narazı qalıb. Vəkil Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək. Onun sözlərinə görə, Elnur Hüseynovun müdafiəsilə bağlı qaldırdığı mühüm vəsatətləri məhkəmə təmin etməyib. Müdafiəçi hesab edir ki, Elnur Hüseynov sözügedən qətl hadisəsini törətməyib və bunu təsdiqləyən yetərincə sübutlar var:

“Məhkəmədə ekspertlər dindiriləndə xeyli məsələlərin üstü açıldı. Məlum oldu ki, sexdə sobanın farsunkası olmayıb. Ekspert dedi ki, soba parça-parça olmuşdu. Adi yanğın idisə, yəni Elnur benzin töküb yandırmışdısa, niyə soba parça-parça olmalıydı?”

Elnur Hüseynova qarşı ittihamda onun Səidə Hüseynovaya bıçaqla 4-5 dəfə zərbə vurduğu yazılıb. Amma məhkəmədə dindirilən ekspert Vahid Xıdırov deyib ki, onlar meyiti müayinə edəndə xəsarət müəyyənləşdirə bilməyiblər. Ölümün səbəbi kimi isə yanğın göstərilib.

“Ekspert onu da bildirdi ki, damarlar dolu qanlı idi. Əgər bu adama 4-5 bıçaq zərbəsi vurulubsa, damarlar dolu qanlı ola bilməzdi, qan axmalıydı. Ən əsası, ekspertiza xəsarətləri müəyyənləşdirmədiyi halda, hansı əsasla xəsarət yetirilməsi haqda ittiham verilir? Məhkəmə də o ittihamı təsdiqlədi…”, – Zabil Qəhrəmanov əlavə edib.

Bu hakimlər başqa bir ölüm işində də bənzər hökm çıxarıb

Müdafiəçi deyir ki, bu iş üzrə hökm çıxaran üç hakimdən ikisi başqa bir ölüm işində də əsassız hökm çıxarıb, şəxsi 11 il həbs cəzasına məhkum edib. Həmin hökm Ali Məhkəməyə gedib çıxandan sonra o instansiyadan geri qaytarılıb ki, yenidən araşdırılsın. Söhbət Polad İsmayılovun işindən gedir. Həmin iş hazırda Şəki Apelyasiya Məhkəməsinin icraatındadır.

Elnur Hüseynov məhkəmədə işgəncələrdən şikayətlənərkən o dövrdə Yexlax rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib. O bildirib ki, polis şöbəsində ona qarşı ağlasığmaz işgəncələrə Şahlar Cəfərov rəhbərlik edirdi.

Yevlaxdan əvvəl iki ilə yaxın Tovuzda eyni vəzifədə çalışan Şahlar Cəfərovun adı bu rayonun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsində də hallanırdı. İlkin Süleymanov da bildirirdi ki, azyaşlının oğurlanıb öldürülməsi cinayətini üzərinə götürməsi üçün polis şöbəsində ona Şahlar Cəfərovun rəhbərliyi altında işgəncə verilib.

Şahlar Cəfərov Tovuzdan öncə isə uzun müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışıb. Onun adı 2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırzadə və digərlərin həbsi zamanı onlara, eləcə də bir sıra ictimai-siyasi fəallara verilən işgəncələrdə hallanıb.

Nardaran hadisələrilə bağlı məhkəmədə dindirilərkən Şahlar Cəfərov “bandotdel”də adamlara işgəncə verməsi barədə iddiaları təkzib etmişdi.

Prokurorluq: “İşgəncə təsdiqlənməyib”

Elnur Hüseynovun işgəncəyə məruz qalmasıyla bağlı şikayətinə prokurorluq rədd cavabı verərək, cinayət işi başlamaqdan imtina edib. Hərçənd, şikayətə ekspertiza rəyi, istintaq təcridxanasına daxil olarkən üzərində qeydə alınan xəsarətlərə dair sənəd də əlavə olunub. Amma prokurorluq belə nəticəyə gəlib ki, onun polis idarəsində işgəncəyə məruz qalması haqda dedikləri təsdiqini tapmayıb. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Arxiv İdarəsinə ayrılan milyonlar hara gedir? - HAQLI SUAL

Milli Arxiv İdarəsi rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, amma uzun müddətdir ki, bu sahəyə milyonlar ayrılır...

SİNAM Milli Arxivin rəqəmsallaşması üçün yenidən tenderin qalibi olub, 2 milyon manat alıb və artıq müqavilə imzalanıb.
Ötən il də bu şirkət eyni məqsəd üçün 0.5 milyon manat dövlət vəsaiti almışdı.
2021-ci ilin dekabrında isə SİNAM yenə həmin məqsəd üçün, rəqəmsallaşma və Elektron Arxiv Sisteminin yaradılması üçün 2 milyon manat almışdı.
Ümumiyyətlə isə, 2013-cü ildən etibarən Milli Arxiv İdarəsinin elektronlaşmasına yalnız SİNAM rəhbərlik edir, heç bir digər İT şirkət bura yaxın buraxılmır.
SİNAM arxiv sisteminin rəqəmsallaşması üçün toplam olaraq on milyonlarla dövlət vəsait alıb.
Nəticə varmı?
Real nəticələri indiyədək görməmişəm, rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, hər hansı təqdimatlar və hesabatlar olmayıb, heç bir dövlət və özəl qurum bu sistemə inteqrasiya olunmayıb. Vətəndaşlar üçün də rəqəmsal xidmətlərinin şahidi olmamışıq.
İndi görəsən eyni məzmunlu layihələrə yenidən ayrılan milyonlar üçün eGov sahəsində səlahiyyətli qurum olan RİNN, İRİA rəy veribmi?
Əvvəlki işlərin dəyərləndirməsi, monitorinqi olubmu?
Xatırlayıram ki, SİNAM uzun illər pensiya sahəsində, ƏƏMN sistemində də tenderləri udur, müxtəlif İT layihələr icra edirdi. Rəqəmsal həllərin isə çoxusu işləmirdi, problemlər çox olurdu. Qurum rəqəmsallaşa , inteqrasiya oluna bilmədi.
Nəticəsi isə ondan ibarət oldu ki, ƏƏMN sistemində yeni nazir gələndən sonra yenidən bu sahəyə dövlət vəsaitləri ayrıldı, SİNAM-ın qurduğu bütün köhnə İT layihələr, köhnə sistemlər isə "alt sistemlər" adı ilə yenidən quruldu.
Görəsən indi necə olacaq, arxiv rəqəmsallaşacaq, yoxsa burada da rəhbərlik dəyişəndə yenidən vəsaitlər ayrılmaqla hər şey başqa şirkətlə, başqa adla yenidən təkrarlanacaq?

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...


Elnarə Binyətova Şamaxıda ağır şərtlərlə dörd uşaq böyüdür. Onun həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkir. Bir neçə ay əvvəl ailənin sosial yardımı kəsilib. Binyətovlar qayğıların öhdəsindən gələ bilmir.

“Gözümüzü sosial yardıma dikmişdik”

Elnarə Binyətova danışır ki, həyat yoldaşı ağır xəstədir. Amma bazarda işləməyə məcburdur. Zahid Binyətovun vərəm xəstəsi olduğunu bildirir. Amma ağciyəri də sıradan çıxmağa başlayıb.

“Həyat yoldaşım bazarda 2 manata araba sürür. Hansısa yükü daşıyır ki, pul versinlər. Belə ağır xəstə o işi görməməlidir. İndi təcili müalicə olunmalıdır. Üç kurs müalicə etdirmişdik onu. Pulsuzluqdan dayandı. Heç təqaüd də vermək istəmirlər. Həyat yoldaşım yarımcan yaşayır. Ağciyərinə su gəlmişdi. O vəziyyətdə heç bir halda, araba dartmamalıdır. Vərəm çox əziyyət verir ona. Pis nəfəs alır. İcra hakimiyyətinə gedəndə də demişdim. Həyat yoldaşım bu şərtlərlə işləməməlidir. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Həyat yoldaşımın pensiyaya ehtiyacı olduğunu demişəm”.

“Bu sentyabrdan uşaqların dördü də məktəbə gedəcək, çox çətin vəziyyətə qalmışıq”

Ailənin daimi gəlir yeri yoxdur. Sosial yardım kəsiləndən vəziyyət lap ağırlaşıb. Elnarə Binyətova deyir ki, sözün birbaşa mənasında yeməyə çörək tapmırlar:

“Bütün qayğıları sosial yardımla həll edirdik. Üç qızım, bir oğlum var. Böyük uşaq 16, kiçiyi 6 yaşındadır. Bu sentyabrdan dördü də məktəbə gedəcək. Çantanı hansı pulla alacam? Hər il nə əziyyətlə sosial yardım üçün tələb olunan sənədləri toplayırdım. İlin əvvəlindən kəsiblər. Çox çətin vəziyyətə qalmışıq. Gözümüzü o pula dikmişdik. Sosial yardımın sayəsində həyat yoldaşımı müalicə elətdirirdik. Uşaqların məktəb xərclərinin öhdəsindən gəlməyə çalışırdım”.

Bir müddət əvvəl sosial yardım müraciətinə imtina cavabı gəlib. Amma Elnarə Binyətova yenə ümidini kəsmir. O, yenidən sənədlər toplamağa başlayıb.

Ailənin böyük uşağı Nahid bu yerdə imtina sənədində “illik gəliriniz sıfra bərabərdir” yazısını xatırladır:

“Bizim gəlirimiz yoxdursa, deməli, yardım edilməlidir də”.

“Hökumət var, mən də ondan kömək istəyirəm”

Binyətovların ev şəraiti çox pisdir. Əvvəllər çörək bişirilməsi üçün nəzərdə tutulmuş yeri otağa çeviriblər. Elnarə Binyətova buranın atasının həyətindən onlara kəsilib verilmiş kiçik hissə olduğunu bildirir:

“Bizi evdən çıxarmışdılar, bura sığındıq. Fövqəladə Hallar Nazirliyinə də yazmışam. Qaldığımız yer qəzalıdır. Hökumət var, mən də ondan kömək istəyirəm. Çox yerə müraciət etmişəm. Eləcə quru sözdən ibarət məktub gəlir”.

Şamaxıda Binyətovların yaşadığı ərazidə onları çox kasıb ailə kimi tanıyırlar. 47 yaşlı qadın qonşuların, tanışların köməyi olmadan yaşaya bilmədiklərini deyir.

“Bizə əl tutanlar olmasa, acından ölərik. Qonşular nəsə gətirir. Həcc ziyarətindən gələnlər… Bazarda həyat yoldaşımı görənlər… Yoxsa heç nə tapmırıq yeməyə. Araba sürməklə ev dolanmaz…”.

Ailənin təbii qaza görə borcu 300 manata çatır. Buna görə daha qaz yandıra bilmirlər:

“Odun parçaları tapıb həyətdə qalayırıq. O cür yemək bişirməyə çalışıram. Kommunal xərcləri heç cür ödəyə bilmirik. Həyat yoldaşımın vəziyyətini görürsünüz… Özüm də xəstəyəm. Gözümdə mirvari suyu var. Bir gün gözlərim tutulacaq. Belə olsa, bizim ailənin taleyi necə olacaq?”

İşləyib ailəsinə kömək etməyə çalışan məktəbli…

Ana deyir ki, oğlu bir neçə ilə əsgər gedəcək, amma indi düz-əməlli qidalanmır. Nahidin oxumaq istəyi olub. Amma ən adi qayğıların öhdəsindən gələ bilməmək imkan verməyib. Evin böyük uşağı işləmək məcburiyyətində qalıb.

“Hər yay restoranda günü 7 manata işləyirəm. Başqa vaxtlar da iş tapmağa çalışıram. Həmişə olmur. Ailəmə mütləq kömək etməliyəm”, – Nahid deyir.

Elnarə Binyətova təkrar-təkrar çox əziyyət çəkdiklərini danışır. Uşaqlar yenə nimdaş geyimdə məktəbə gedəcəklər:

“Bircə onları böyüdə bilsəydim…”.

İcra başçısının müavini: “Əgər vətəndaş bizə müraciət edirsə…”

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova Meydan TV-yə bildirib ki, icra hakimiyyəti Şamaxıda maddi-sosial durumu ağır olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışır:

“Konkret bu vətəndaş (Elnarə Binyətova-red.) bizə müraciət edibmi, yoxsa yox – bunu araşdırarıq. Ümumiyyətlə isə əgər vətəndaşlar bizə müraciət edirsə, biz araşdırırıq, bacardığımız qədər, səlahiyyətlərimiz çərçivəsində kömək edə bilirik”. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmaz səhiyyəsi görün, nə gündədir: DƏDƏ-BABA METODU... - Rəsmilər HARA BAXIR Kİ...


Bu günlərdə gundemxeber.az-ın reda­ksiyasına Xaçmaz ray­onunun Yaquboba kənd­ində “həkimlik” fəa­liyyəti ilə məşğul olan Şahlar Qurbanov adlı şəxsin qol qoyd­uğu əməllərlə bağlı sensasion məlumatlar daxil olub. Daxil olan məlumatlarda qe­yd olunur ki, Şahlar Qurbanov özünü gen­iş ictimaiyyət arası­nda müxtəlif sümük-o­ynaq xəstəliklərin müalicəsini həyata keçirən şəxs kimi tan­ıtdıra bilib. Bu şəx­sin fəaliyyətində sınıq-çıxıq travmalar­ın, eləcə də onurğa sümüyündə əmələ gələn müxtəlif xəstəlik­lərin müalicəsini hə­yata keçirmək durur. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, heç bir rəsmi dövlət qurumund­an icazə sənədi (lis­enziyası) olmayan Şahlar Qurbanov, hətta yaşadığı evin həyə­tyanı sahəsində “Amb­ulator məntəqə” də açır. “Ambulator mən­təqə”də gündəlik qəb­ul olunan xəstələrin qeydiyyatı həyata keçirilir və xidməth­aqqı ilə bağlı müxtə­lif məbləğdə rüsumla­rın da ödənildiyi söylənilir. Elə ki, redaksiyamıza daxil olan belə bir məlumat­lar əsasında Şahlar Qurbanovla əlaqə sa­xladıq və bu şəxsə sual etdik ki, siz ha­nsısa ali tibbi təh­silə maliksinizmi, yaxud da aidiyyatı üz­rə rəsmi dövlət quru­mundan (Səhiyyə naz­irliyindən lisenziya) lazımi sənəd əldə etmisinizmi ki, bu gün belə bir fəaliyy­ət növü ilə məşğul olursunuz? Şahlar Qur­banov cavabında bild­irdi ki, “Xeyr, mən vergi ödəyicisiyəm, hər ay dövlətə vergi ödəyirəm”. O halda əməkdaşımız ona əl­avə bir sual da verir ki, ödədiyiniz ver­ginin təyinatı necə həyata keçirilir? O, bu suala cavabında isə qeyd edir ki, “Mən fiziki şəxsəm və ona görə də vergi ödəyirəm. Qaldı ki, mənə Allah-Təala tər­əfindən vergi verili­b, ona görə də bu kimi işlərlə məşğul oluram” cavabını veri­r.
Bəli, biz bir media qurumu olaraq redaksiyamıza daxil olan belə bir məlu­matlar əsasında qar­şı tərəfdən məsələlə­rə münasibət bildirm­əsini öyrənməyə çalı­şsaq da, sonda biz buna tam şəkildə nail ola bilmədik. Çünk­i, Şahlar Qurbanovun əməkdaşımıza verdi­yi dolaşıq cavablar və bu şəxsin müəyyən mətləblərdən yayınm­ağa çalışması və s. söz yox ki, bizim bu yöndə lazımi mə­lumatları əldə etmək hüququmuzu xeyli ən­gəlləmiş oldu. Daha sonda isə bu şəxs “Mən fəaliyyətimi day­andıracağam. Əgər mü­ştərilərim sual ets­ələr ki, fəaliyyətini niyə dayandırmısan? Cavabımda bildirəc­əyəm ki, jurnalist mənə fəaliyyətimi da­yandırmağa məcbur et­di. Odur ki, sizin nömrənizi müştəriləri­mə verəcəyəm ki, on­lar sizinlə əlaqə sa­xlasınlar. Yəni, sizə sual etsinlər ki, Şahlar Qurbanovun fəaliyyətini niyə day­andırmısınız?”. Fakt­dır ki, bu cür cavab­ları, bir növ geriz­əkalılıq kimi də qəb­ul etmək olar. Çünki, dəfələrlə Şahlar Qurbanova bildirdik ki, biz rəsmi dövlət qurumu deyilik, med­ia nümayəndəsiyik. Təəssüflər olsun ki, bu şəxs bizi başa düşmək əvəzinə, yenə də öz gerizəkalılığı­nda qaldı. Bundan əlavə onu də dəqiqləş­dirə bilmişik ki, Şa­hlar Qurbanov yalnız fiziki şəxs olaraq qeydiyyatdan keçib və ona görə də vergi ödəyir. Bu şəxsin “həkimlik” fəaliyyət­inə gəldikdə isə, söz yox ki, onun bu yö­ndə fəaliyyəti müzak­irə olunmalıdır. Çü­nki, ali tibbi təhsi­li, həmçinin aidiyya­tı dövlət qurumların­dan heç bir rəsmi sənədi olmayan bu şəx­sin belə bir fəaliyy­ət növü ilə məşğul olması, gələcəkdə xo­şagəlməz fəsadların baş verməsi ilə də nəticələnə bilər.
Yazıda bəhs olunan faktlarla bağlı aidiyyətı üzrə rəsmi qurumların da mövqeyini dinləyə bilərik. //GündəmXəbər//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO