[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Binəqədi rayon “Gənclər Şəhərciyi”ndə qanunsuz CÜCƏ KƏSİMİ... - Yaxşı bəs, AQTA HARA BAXIR?


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilməklə qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri görülməkdədir.
Amma və lakin biz çox hallarda ölkədə sahibkarlara yaradılmış münbüt şəraitdən sui-istifadə edən işbazlarda olur. Kİ, onlar da bu əlverişli şəraitdən yararlanaraq özlərini cəmiyyətə “sahibkar iş adamı” kimi təqdim etməklə, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə kölgə salır, “fəaliyyətlərində” daha çox insanların həyat və sağlamlığını təhlükə altına alırlar.
Bu günlərdə əldə etdiyimiz məlumatlarda bildirilir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, insanların həyat və sağlamlığının qəsdinə duran şəxslərdən biri də Qərib Qarayev adlı şəxsdir. O, Binəqədi rayon, “Gənclər şəhərciyi”nin yaxınlığında avtoyuma məntəqələrinin arxasında yerləşən tikilidə profil üzrə xüsusi avadanlıqla təchiz edilməyən qanunsuz kəsim sexinin sahibidir. Qərib Qarayevin işlətdiyi həmin sexdə normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimi, “təmizlənməsi” həyata keçirilir ki, bu da insanların həyat və sağlamlığını risk altına qoyur.
Məlumatlara görə, Q. Qarayev Binəqədi rayon “Gənclər şəhərciyi”ndə cücə kəsim ndə mənşəyi məlum olmayan toyuqları alır, onların kəsimini və “təmizlənməsini” təşkil edir.
RealMedia.az-ın bu xüsusda əldə etdiyi etdiyi məlumatlarda vurğulanır ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məğul olan Qərib Qarayev Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən “Abşeron Broyler” quşçuluq müəssisəsinin inkubatorçusu İlkin adlı şəxslə heç bir müqavilə bağlamadan inkubatoru icarəyə götürüb. Məlumat üçün qeyd edək ki, burada inkubator yolu ilə sort toyuq cücələri (serebrist) yetişdirilir və satılır. Və hacı olduğunu deməsinə baxmayaraq ağzı söyüşlə açılan Qərib Qarayev mala haram qatır, necə: Yumurtadan çıxmış cücələri rayonlardan müştərilər sifariş verib alır, özləri bəsləyib satmağı hədəfləyirlər. Qərib Qarayev isə onlara gümüşü toyuğun deyil, kənd toyuqlarının yumurtalarından çıxmış cücələri verir. Bu cücələr isə serebristlərlə müqayisədə cır olurlar və bəslənildikdə gözlənilən çəkini vermir, çox vaxt da tələf olurlar. Qərib Qarayev qarşıya çıxa biləcək mümkün mübahisələrdə uduzmağı önləmək üçün müştərilərdən pulu qabaqcadan alır, yarısını sifariş qəbul edəndə, yarısını isə cücələri təhvil verəndə. Cücələrin sonrakı aqibəti isə onu maraqlandırmır. Əlbəttə ki, bundan sonra müştəriyə cücələri istədiyi çəkini əldə etməsi üçün azından 45 gün vaxt lazımdır. Belə olan halda da müştəri 45 gün ərzində cücələrin qayğısını çəkməli, onları yemləməlidir ki, istədiyi çəkini ala bilsin. Əgər müştərinin Qərib Qarayevdən sifariş verib aldığı cücələrin yumurtası sort deyilsə, başqa cır sortdursa, deməli müştərinin çəkdiyi xərc və əziyyətdə heyif olur. Ən vacib məsələ isə müştəri çəkdiyi xərci belə götürə bilmir.
İndi gəlin görək, Qərib Qarayev müştərilərin başına hansı oyunları gətirir…
Yuxarıdada qeyd etdiyimiz kimi, “hacı” Qərib müştəriləri aldadaraq onlara gümüşü toyuğun deyil, kənd toyuqlarının yumurtalarından çıxmış cücələri verir. Bu cücələr isə serebristlərlə müqayisədə cır olurlar və bəslənildikdə gözlənilən çəkini vermir, çox vaxt da tələf olurlar.
Bundan sonra görün “hacı” Qərib neyləyir…
Qərib Qarayev müştəriləri aldadaraq sort cücə (serebrist)adı ilə satdığı cücələri 45 gündən sonra, müştərilərdən ucuz qiymətə geri alır. Binəqədi rayon, “Gənclər şəhərciyi”nin yaxınlığında icarəyə götürdüyü avtoyuma məntəqələrinin arxasında yerləşən qanunsuz kəsim sexində kəsir, “təmizləyir” marketlərə satır.

RealMedia.az-ın redaksiyasına müraciət edən Beyləqan rayon sakini Məmmədov Cavid Sahib oğlu belə bir problemlərlə üzləşdiyini deyir. O, bildirir ki, sözügedən sexdən birini 65 qəpikdən 8600 ədəd cücə götürüb və ümumilikdə 5590 (beş min beş yüz doxsan) manat pul ödəyib. Sonra da cücələri bəsləməyə – yemə və dərmana xeyli pul xərcləyib. Hal-hazırda 80 günlük olan cücələrdən sağ qalanları arzuolunan çəkidən xeyli yüngüldür deyə satılmır. Cavid Məmmədov deyir ki, onun kimi aladadılan başqa adamlar da var. Sexə gedib irad bildirən, cücələri geri qaytarmaq istəyən müştərilərin qarşısına isə işçilər sırasından Amalya adlı qadını qabağa verirlər. O isə şər-böhtan dili ilə danışır, sonra da polis çağırırlar. Qərib Qarayev ən yaxşı halda satdığı cücələri çox ucuz qiymətə geri alaraq kəsib marketlərə satır.
Həmçinin bildirilir ki, sözügedən sexdə əmək müqaviləsi bağlanılmadan, qeyri-leqal cəlb olunan işçilər var. Toyuqların kəsimi antisanitariya şəraitində həyata keçirilir. Sexin özünün demək olar xəlvət yerdə yerləşməsi onun sahibinin heç də nümunəvi vergi ödəyicisi olmadığını və qanunsuz sahibkarlıq vəaliyyəti ilə məşğul olmasının göstəricisidir.
Hesab edirik ki, Qida Təhlükəsizliyi Agentliyi ən təcili şəkildə Qərib Qarayevin işlətdiyi emal sexində yoxlama aparmalı, qanunsuzluq hallarını tam və hərtərəfli araşdırmalı, sexdəki serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəyə uyğun olub-olmadığını, həmçinin patogen mikroorqanizmlərin, bağırsaq çöpü qrupu bakteriyalarının olub-olmadığını müəyyənləşdirməlidir.
Hüquq-mühafizə orqanları qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirməlidir.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
LALAFO yenə də müştərilərə DO GƏLİR... - NARAZILIQ VAR!

Bir müddət əvvəl DİA.AZ olaraq "Müştərinin Səsi" sosial qrupunda LALAFO alqı-satqı saytından şikayət edən Emin Əliyev adlı istifadəçinin gileyini təqdim etmişdik. Şikayətçi iddia edirdi ki, onun bank kartına giriş əldə edən LALAFO istədiyi vaxt pulunu mənimsəyir.

Narazı vətəndaşın gileyini təkrar diqqətinizə təqdim edirik: ""Şikayətim LALAFO.AZ alqı-satqı saytındandır. Belə ki, bir müddət əvvəl icarə verdiyim obyektin şəklini və bir sıra məlumatlarını yazaraq həmin saytda yerləşdirdim. Daha sonra obyekti təklif olunan reklam xidmətlərindən istifadə edərək 5 manatlıq pullu reklama qoydum. Bir müddət sonra telefonumla bank hesabıma girərkən gördüm ki, Lalafo hər 3 gündən bir məndən 5 manat tutub reklama görə. Halbuki mən birdəfəlik 5 manatlıq reklam qoymuşdum. Bununla əlaqəli Lalafofonun texniki şöbəsi ilə əlaqə yaratdıqda mənə nə desələr yaxşıdır?

Deyirlər ki, siz pul kisənizi doldurduğunuz zaman avtoyükləməni söndürməmisiniz. Beləliklə də bir neçə gündən bir reklama qoyduğum pul məbləği qədər pul çıxılıb.
Ümumiyyətlə avtoyükləmə niyə yanılıdır (aktiv) sualına isə bildirdilər ki, bu hamıda yanılıdır .
Yəni deyirlər ki kütləvi formada hamının xəbərləri olmadan ciblərinə giririk.
Təsəvvür edin siz reklam üçün 5 manatlıq ödəniş edirsiniz amma bilmirsiniz ki, bu ödənişi bir dəfə üçün etmirsiniz, hər 3 gündən bir bu qədər ödəniş sizdən tutulacaq. Çunki ödəniş edərəkən buna dair hər hansı bir məlumat səhifədə gözə dəymir. Gərək başqa bir səhifəyə daxil olub avtoyükləmə adlı bu funksiyanı söndürüb, ödəniş edəsiniz.
LALAFO.AZ bununla da Reklam Haqqında Qanunun həmçinin AZ Mülki Məcəlləsinin müqavilə hüququndan əmələ gələn maddələrinin tələblərini pozur. Belə ki, bir şəxs hər hansı bir şeyə dair (xidmətə, məhsula ) ödəniş edərkən həmin xidmətə dair məlumatlar tam formada eyni pəncərədə müştəriyə çatdırılmalıdır.
Belə çıxır ki, mən 5 yox 150 manatlıq reklam xidmətindən istifadə etsəydim yenidən 150 manat məbləğində pul məndən xəbərim olmadan hər üç gündən bir çıxılacaqdı.
Burdan bu saytdan isitfadə edən bütün müştəriləri reklam xidmətlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıram".

DİA.Az bildirir ki, aradan xeyli vaxtın keçməsinə baxmayaraq LALAFO nəinki müştərilərinə yaratdığı problemləri həll etməyə çalışmayıb, əksinə, köhnə qayda ilə fəaliyyətini davam etdiri ki, bunun da bir səbəbi var: CƏZASIQLIQ... Hər halda bir nəzarət edən... bir cəza verən olsaydı, LALAFO daha tədbirli olardı...

Bis isə DİA.AZ olaraq növbəti vətəndaş gileyini təqdim edirik...

"Şikayətim Var" sosiial qrupundakı paylaşımında Cavid Dadaşov adlı istifadəçi yazır:
LALAFO yenə də müştərilərə DO GƏLİR... - NARAZILIQ VAR!
"Peşmansan "Lalafo"da bir sadə elan yerləşdirəsən.... Dayanmadan guya ilin-ayın, həftənin "qalibi" seçilirsən.... Linke girən kimi kart məlumatların düşür onların elinə... Eləcə də "Lalafo"da elan qoyursan və kartınıi yazırsan...

Elan bitir. Vaxt ilə yerləşdirirsən.... Düşünürsən, 6 manatlıq elan yerləşdirdim, getdi... Bir də baxırsan kartindan bir həftə sonra pul çəkmək istəyib sayt. Özlərinə yazırsan, gözəl bəhanə gətirirlər: "avtomatikə qoymusuz... ehtiyatlı olun".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrükdə bir korrupsioner komanda getdi, yerinə başqası gəldi... - Başqa dəyişən heç nə YOXDUR...

Dünyanın hər yerində yüksək vəzifələrə təyinatların yanında məşhur 100 gün deyimi dayanır.

100 gün... Hər kəs, türklər demiş, mərakla gözləyir ki, görək bu məmur bu günlər ərzində hansı yenliklər edəcək, hansı müsbət addımlar atacaq.

Yəni, hər hansı bir vəzifəyə təyin olunan şəxs bu günlər ərzində sistemlə tanış olur, yeni işlərin tətbiqinə başlayır və "yol xəritəsi"ni hazırlayır. Üstəlik hər kəsin danışa biləcəyi çox ciddi müsbət addım atır.

Bundan sonra 100 günün hesabatı olur.

Çox təssüflər olsun ki, Azərbaycandakı məmurlar üçün bu 100 gün keçərli deyil və ümumiyyətlə, onlar bu barədə düşünmürlər. Üstəlik, təyin olunduqları postlarda yenilik yalnız məmurları dəyişmək olur. Köhnə rəhbərin adamını işdən çıxarıb, öz yaxın adamını gətirir, onu bura, bunu ora qoyub, adına deyirlər islahat. Bununla da məsələ bağlanır, işin fatihəsi oxunur. Bundan sonrakı mərhələdə isə, pul qazanmaq, villaların sayını artırmaq, xarici ölkələrdə şirkətlər açmaq və kef dövrü start götürür.

Dövlət Kömrük Komitəsində düz bir ilə yaxındır "islahat aparırıq" deyilirdi. Axır ki, o günlərdə bəlli oldu ki, kadr islahatı bitib, bütün şəxslər öz yerinə yerləşdirilib. Əslində elə də böyük kadr dəyişikliyi edilməyib. Aşağı-yuxarı 4-5 yüksək rütbəli məmur təyinatı edilib, yerdə qalanlar elə köhnələrdir, sadəcə yerləri dəyişib.

Gömrük Komitəsinin yeni rəhbəri Şahin Bağırov təyinatından düz 1 il 10 gün keçir amma, hələ də, Gömrük sistemində nəzərəçarpacaq heç bir dəyişiklik və irəliləyiş yoxdur.

Amma əsl problemlər hələ də qalmaqdadır. Dəyişən yalnız vəzifələrdəki adamlardır.

Gömrük Komitəsində qanunsuz fəaliyyət göstərən şirkətlər, bəyannamələrdə yüklərin az göstərilməsi, ƏDV fırıldağı, vergidən yayınma və daha böyük problemlər hələ də qalmaqdadır.

Yəni, görünən odur ki, Səfər Mehdiyevi sadəcə Şahin Bağırov əvəz edib. Hansı ki, Şahin Bağırovun təyinatı zamanı bu şəxsə böyük ümidlər bəslənirdi, etimadı doğruldacağı düşünülürdü. Bu gün isə bəlli olur ki, Şahin Bağırov Gömrük Komitəsinin işində elə də ciddi dəyişiklik edə bilməyib və sistemdə köhnə problemlər elə köhnə adamların təzələrlə birləşməsi nəticəsində davam etdirilir. Yenə qanunsuz şirkətlər fəaliyyətdədir və hər gün sayları artır, ƏDV oyunu bitmir, yüklərin bəyənnamədə az göstərilməsi ilə vergidən yayınma və sairə...

Ola bilsin ki, Bağırov gələcək illərdə nəsə edə bilsin. Amma bu bir az müəmmalı görünür.

Elə isə ortaya maraqlı suallar çıxır... Əcəba, Şahin Bağırova kimlər mane olur? Ümumiyyətlə, nədən Azərbaycan gömrüyündə vəziyyət tam standart sistemə keçmir? Niyə qanunsuz şirkətlərin fəaliyyəti birmanlı olaraq yasaqlanmır? Niyə dövlət büdcəsinə ziyan vururlar?

Bir sözlə, Şahin Bağırovun təyinatından 1 il ötsə də, Gömrük sistemində köhnə problemlər hələ də qalmaqdadır. //bizimxebr.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi 1700 nəfəri girov saxlayan idarə rəisinə göz yumur - Maaş üsyanı


Qarabağ düşməndən azad olsa da, bəzi məmurlar Qarabağ adı ilə bağlı qurumların başında dayanmasına baxmayaraq, düşməndən az pislik etmirlər. Anaxeber.info məlumat verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsi həmin qurumlardan biridir. İdarə rəisi Qalib Həsənov işçilərə münasibətdə özünü yadelli kimi aparır. Belə olmasaydı, 1700 nəfərin maaşını almasına əngəl olmazdı. Belə ki, gələn xəbərlərə görə, mədəniyyət sahəsində işləyənlər
hələ də əmək haqlarını almayıblar. İşçilərin maaş kartının istifadə müddətinə bir neçə ay qalmağına baxmayaraq, maaş kartını bloklayıblar. Əgər maaşı "Kapital bank"dan kartsız almaq istəyən olsa, onda da bank 10 manat xidmət haqqı tutur. Halbuki mədəniyyət işçiləri maaşı həmin bankdan alırlar. Lakin Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov kartların vaxtının qurtarmasına hələ qalmış onları özbaşına şəkildə dəyişdirmək fikrinə düşüb. Əvvəla, hansı səlahiyyəti var ki, belə qərar versin? İkincisi, marağı nədir ki, işçilərin maaş kartını vaxtından əvvəl dəyişdirir? Üstəlik, maaş kartını dəyişməyə 5 manat tələb edir ki, açıq şəkildə qanunsuzluqdur. İşçi sayı isə nə az, nə çox, 1700 nəfəri təkcə Bərdə və Tərtər rayonlarındadır. Mədəniyyət nazirinə maaşların ödənilməsi haqda yalan məlumat verən Qalib Həsənov görəsən kimə arxayındır? Ümumiyyətlə, nazirlik maaşların verilməsilə maraqlanıbmı? Niyə öyrənmək istəmirlər ki, 1700 nəfər nədən şikayətçidir? Qalib Həsənovun bu əməli barədə heç bir dəqiqləşdirmə aparılmır. Sanki problem Mədəniyyət Nazirliyinə aid deyil. Sosial şəraitin çətin dövründə maaşların gecikdirilməsi ciddi problem yaradır. Hər halda yeni nazir 1700 nəfərin səsinə səs verəcək.

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlaxda büdcə pullarına DÜŞMƏN MÜNASİBƏT... - Pulumuz belə çoxdursa, paylayın, camaata...

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, müasir tələblərə cavab verən infrastruktur layihələrin reallaşmasına dövlət büdcəsindən MİLYONLARLA vəsaitin xərcləndiyi bir vaxtda Yevlaxın icra başçısı isə əlavə israfçılığa yol verib.
Bu haqda Dünyanınsəsi.Az saytına Yevlax sakinləri tərəfindən videofakt göndəriblər.
Yevlax sakinləri qeyd edirlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin mərkəz hissəsində yerləşən H.Əliyev prospekti yenidən qurulmuşdur.
Yəni 2009-2010-cu illərdə Ulu öndərin adına olan bu prospekt başdan-başa yollarına asfalt əvəzinə sabiq icra başçısı E.Vəliyev tərəfindən daşla örtük çəkilmişdir.Yenicə təyin edilən icra başçısı isə bu daş yol örtüyünü hazırda traktorlarla dağıtdırmaqla MİLYONLARLA büdcəmizdən xərclən vəsaitlər havaya uçurmğa qərar verib.Görəsən gənc icra bşçısı cənab Anar Tağıyev düşmən istilasından, belə demək mümkünsə tufanından, qasırğasından son nəfəsində qurtulmuş ərazilərin, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlərin, şəhərlərin bu gün dövlətimizin sayəsində gülüstana dönməsində eləcə də bərpa olunmasında israfçılığa yol verərkən nə düşündüyünün fərqindədirmi? Bu hal öz-özlüyündə Prezidentin “Böyük Qayıdış” siyasətinə zərbə deyilmi? Həm də onu qeyd edək ki, Yevlax rayonun əksər küçələrində görüləsi çoxlu işlər ola-ola yeni salınan yolun dağıtdırlması isə başa düşüləsi deyil..
Redaksiya olaraq maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.
Daha ətraflı Videosüjetdə….
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahil Babayevin vəzifə verdiyi məmur oğlunun qalmaqallı keçmişi – FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib. Nazirin əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib. Medianın yazdığına görə, Sənan Məmmədov Abşeron-Xızı Regional Məşğulluq İdarəsinə müdiri vəzifəsində çalışarkən iclaslarda qızları idarəyə yığıb nöqsanlara yol verdiyinə görə səlahiyyətli şəxslər tərəfindən danlandığı da deyilirdirdi. Bəs yeni vəzifəyə təyin olunan S.Məmmədov kimdir?
Bununla bağlı cumhuriyyet.az media üzərindən apardığı araşdırmaya əsasən bildirir ki, bir neçə il öncə Adamın sabiq icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Həmin xəbər sosial şəbəkələrdə və mediada ciddi rezonas doğurmuşdu. Həmin ərəfədə bu fotolara tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi. Daha sonra isə xəbər yayıldı ki, Raqub Məmmədov oğlunun hərəkətinə görə, ciddi cəzalandırılıb və ona xəbərdarlıq edilib. Amma məmur övladlarının komfortlu və dəbdəbəli həyatı, zəngin yaşam tərzi onun bu davranışlarının davamlı olmasına şərait yaradır.
Sahil Babayevin vəzifə verdiyi məmur oğlunun qalmaqallı keçmişi – FOTO

Ağdamın icra başçısı Raqub Məmmədovun da övladları bahalı avtomobilləri idarə edənlər sırasında olması haqda da məlumatlar var. Ölkə mediasında yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, uzun müddət MTN-in Tərtər şöbəsinə rəislik etmiş Məmmədovun sonradan Ağdama icra başçısı təyin olunmasının bu prosesdə nə qədər rolu olub, məlum deyil. Məlum olan odur ki, icra başçısının Sənan və Kənan adlı oğlanları həm bahalı maşınlar idarə edirlər, həm də onların üzərindəki dövlət nömrə nişanları da ucuz hesab edilmir. Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir. Onlardan biri «Lexus» markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə «Jeep» markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib. Yəni, SM Sənan Məmmədov anlamına gəlir.

Sənan Məmmədovun idarə etdiyi avtomobillərin qiymətlərinə gəldikdə isə onların ucuz olmadığı da məlum olub. Medianın dəqiqləşdirmələrinə görə, yeni model «Toyota Lexus» markalı avtomobilin faktiki qiyməti 63 min manatdan başlayır. Modifikasiya üzrə qiymətlər 80 min manata qədər arta bilər. «Jeep Grant Cheroke» markalı avtomobilin yeni modelinin qiyməti isə 100 min manatdır.
Yeri gəlmişkən, Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir. Daha doğrusu, araşdırmalar nəticəsində üzə çıxan sayın birlə yekunlaşdığı diqqəti çəkir. Ola bilər ki, onun da Samir Məmmədov kimi, bir neçə maşını var. Kənan Məmmədov polis zabitidir. Sabiq icra başçısının polis oğlunun idarə etdiyi avtomobil «Jeep Grant Cheroke»dir. 90 KM 777 dövlət nömrə nişanlı «Jeep»in bazar qiyməti isə 100 min manatdır.

Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Əgər polis maaşı ilə belə bahalı maşın almağın mümkün olduğunu düşünmək mümkünsə, real deyil. Çünki həmin əmək haqqı bir zabitin dolaşınığını təmin etməklə yanaşı, cüzi miqdar da artıq qalması ilə kifayətlənə bilər. Yox, icra başçısı olan atasının zəhmətinin nəticəsidir ki, rayon rəhbərinin bu qədər pulu olması da imkansızdır. Onun əmək haqqısı oğlununkundan iki dəfə çox olsa da, yenə də 100 minlik maşın almaq üçün uyğun hesab edilmir.

Cumhuriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
120 milyon dollarlıq binası olan `Azərsu`nun ölkəsinin gələcəyi: susuzluq, quraqlıq... - AXI NİYƏ?!


Azərbaycanın böyük su sıxıntısı yaşadığını indi hər hansı hesabata baxmadan da bilmək olur. Sıravi vətəndaşları dindirəndə problemin necə ciddi xarakter aldığını anlamaq çətin deyil. Susuzluq bölgələrdə yaşayış şərtlərini xeyli ağırlaşdırıb. İnsanlar çirkli su içmək məcburiyyətində qalıb. Problem o qədər ciddidir ki, dədə-baba yurdunu birdəfəlik tərk edib getməli olurlar. Eybəcər urbanizasiya mənzərəsi yaranır.

Millitv.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Kür hövzəsində yaşamaq getdikcə mənasız məşğuliyyətə çevrilir. Təsərrüfatı idarə etmək üçün su yoxdur. Çünki ayrı-ayrı oliqarxların yaratdığı aqroparklar ədalətsiz su bölgüsü şəraiti yaradıb. İçməli sudan heç danışmağa dəyməz. Əhali çarəsiz vəziyyətə qalıb. Ayrı-ayrı yerlərdə insanlar gölməçə suyu içir.

Məsələn, Qobustan rayonunun bir çox kəndlərində belədir. Rəsmi statistika deyir k, Azərbaycanda ev təsərrüfatının 11 faizində su kəməri yoxdur. Kəndlərdə göstəricinin 22 faiz olduğu bildirilir. Halbuki, vəziyyətin daha pis olduğu aşkar görünür. Hətta paytaxt sakinlərinin yarıdan çoxu daimi içməli su ilə təmin olunmur. Mikrorayonlarda insanlar fasilələrlə su əldə etməyə çalışır. Üstəlik, suyun keyfiyyətinin pisliyinə, təzyiqin aşağı olmasına alışıblar.

“Azərsu” etiraf edir ki, bir çox yerlərlə mərkəzləşmiş şəbəkə yoxdur. Tələbat təbii qaydada ödənilir. Amma əhalinin suya çatımlılığının artdığını bildirirlər. Açıq görünür ki, ölkədəki durumdan xəbərdar deyillər, ya da cəmiyyəti aldadırlar. Elə bölgələr var ki, son illərə qədər daxili şirin su ehtiyatları hesabına problem görməyib, indi isə ciddi sıxıntı yaşanılır.

“Azərsu” qaş düzəltmək əvəzinə vurub gözü də çıxardıb. “Azərsu” 2022-ci ili 180 milyon 514 min manat zərərlə bitirdiyini bildirir. Son 10 ildəki zərər 8 milyard manata çatır. Qurum illərlə dotasiya ilə işləyib. Axırıncı dəfə qiymətlər qaldırılanda addımın dövlət büdcəsindən asılılığa son qoymaq üçün atıldığı bildirildi. Əksinə, işlər bir az da korlanıb.

“Azərsu”nun xarici borclarını büdcə ört-basdır etməli olur. Qiymətlərin artması hər il vətəndaşların 80 milyon manat əlavə pul ödəməsi deməkdir. İçməli su iki dəfə bahalaşdırılıb. Bütün bunlara baxmayaraq, “Azərsu” yenə zərərlə işləyir. “Azərsu”ya 120 milyon dollarlıq yeni bina tikmək əvəzinə ölkənin gələcəyini düşünmək lazımdır. Çox böyük su problemi üz-üzə qalacağıq. Bizi böyük susuzluq, quraqlıq gözləyir. Beynəlxalq araşdırmalar göstərir ki, Azərbaycan ciddi quraqlıqla üzləşəcək ölkələr arasında ilk 20-likdə qərarlaşıb. Ölkədə sözün birbaşa mənasında su olmayacaq. Qarşıdakı 20 il ərzində Azərbaycanda su stresi indeksi dəfələrlə artacaq. Təcili ortaya peşəkar iş qoyulmalıdır. Suyun inventarlaşması aparılmalıdır. Yəni bilinməlidir ki, əhalinin hansı təbəqələri nə qədər sıxıntı çəkir, hansı həcmə ehtiyac var. Mütləq ədalətli su bölgüsü olmalıdır. Bütün su təsərrüfatları mərkəzləşmiş şəbəkə ilə idarə olunmalıdır. Təkrar-təkrar yazmağa ehtiyac var: Azərbaycanı su fəlakəti gözləyir. Bunun qarşısı elə indi, elə bu gün alınmağa başlanılmalıdır. Sonra çox gec olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İTTNET“ MMC-nin “korrupsiya əməliyyatı“: - Kabel çəkilişi üçün istifadə olunan dirəklər satılıb?


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində rayonlarda ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur. Layihə çərçivəsində rayon və kəndlərdə müasir standartlara cavab verən fiber-optik kabellərlə çəkilir.

DİA.AZ bildirir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə, Ağdam rayonunun kəndlərində GPON layihəsini həyata keçirən “İTTNET” MMC şirkəti korrupsiya hallarına yol verib. Belə ki, şirkət rəhbərliyinin Ağdamın Zəngişalı, Baharı və s. kəndlərində GPON layihəsi çərçivəsində intenet kabellərinin çəkilişi zamanı istifadə olunan dirəklərin bir hissəsinin mənimsənildiyi bildirilir.

Məlumata görə kəndlərdə internet kabelləri üçün basdırılan dirəklərin məsafə arası 100 metrə yaxındır. Əslində isə çəkiliş layihəsində bu məsafənin 30-40 metr arasında olduğu göstərilib.

Bundan başqa, “İTTNET” MMC rəhbərliyinin dirəklərin basdırılması və kabellərin çəkilişi zamanı görülən işləri 2 dəfə şişirtdiyi deyilir. Belə ki, çəkilişdə işləyən işçilər sənəddə aldıqları vəsaitdən 2 dəfə artığına qol çəkərək, kartlarına vurulan həmin vəsaiti “İTTNET” MMC rəhbərliyinə qaytarıblar.

Əldə etdiyimiz məlumata görə, “İTTNET” MMC-nin Ağdam rayonun kəndlərində yol verdiyi korrupsiya əməllərinə şirkətin GPON Layihəsinin qurulması üzrə rəhbəri Arif Fərzəliyev adlı şəxs rəhbərlik edir.

Şirkət hazırda Tərtər rayonunun kəndlərində də GPON Layihəsini həyata keçirir.

Bildirək ki, “İTTNET” MMC şirkətinin direktoru Cəbrayıl Abbasov adlı şəxsdir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dörd aydan artıqdır ki, biz bələdiyyələr hesablarımızdan heç bir əməliyyat apara bilmirik” - NARAZILIQ VAR!

Astara rayon bələdiyyələri “Azərpoçt”un Lənkəran filialından narazıdırlar. Astara rayonunun Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Meydan TV-yə deyir ki, “Azərpoçt” regionallaşandan sonra qurumun Astaradakı filialı bağlanıb. Bələdiyyələrin yeni hesabının açılması üçün isə Lənkəran filialına müraciət edilməlidir:

“Bizə bildirdilər ki, Lənkəran filialında bələdiyyələrin yeni hesabı açılmalıdır. Bələdiyyələrin bütün məlumatları Astara filialında vardı. Bu hesabları Lənkəran filialına dövr etmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi”.

Bələdiyyə sədri deyir ki, aylardır yeni hesab aktivləşdirilməyib:

“Dövlət Vergi Xidmətinə şəhadətnamə-dublikatın alınması üçün ərizə ilə müraciət etdik. Yeni hesablar açdıq. Dörd aydan artıqdır ki, biz bələdiyyələr “Azərpoçt”un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik. Həm də hesabdan əlavə, keçmiş əməkhaqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir. “Azərpoçt” qazanır deyə təkcə Astarada 15 bələdiyyəni iflic edib. Bunun Lerik, Yardımlı, Cəlilabad və digər rayonları da var”.

Ərçivan kəndinin bələdiyyə sədri Mehman Quliyev də Meydan TV-yə eyni problemlərlə üzləşdiklərini deyib:

“Aylardır ki, sistemi aktivləşdirmirlər. Sistem bağlı olduğu üçün dövlət tərəfindən verilən dotasiyanı götürə bilmirik. Belə olan halda da dövlət qurumlarına olan aylıq ödəniş və borclarımızı icra edə bilmirik”.

“Azərpoçt”un Lənkəran filialından Meydan TV-nin zənglərinə cavab verilməyib. “Azərpoçt”un mətbuat xidmətindən Meydan TV-yə məsələnin araşdırılacağı bildirilib. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qəhramanlıq irsi” filminin çəkilməsi layihəsinin icrasına başlanıldı.


Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəi ilə Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Qəhramanlıq irsi” filminin çəkilməsi adlı layihənin icrası başlanıb. Təqdim olunan layihədə 1992-1994-cü illərdə baş vermiş Ermənistan-Azərbaycan müharibəsində şəhidi olmuş Rəfael Səfərovu və 2020-ci ildə baş vermiş Vətən müharibəsinin şəhidi Kamran Fərəcovu qəhrəmanlıq irsinin təbliği həyata keçiriləcək.
Hər iki Vətən övladı vətə üçün can verib.
Layihəmizin aktuallığıda məhv qərhamanlıq irsinin davam etməsi ilə bağlıdır. Nə qədərki vətən aşiqi soydaşlarımız var o qədərdə təklif etdiyimiz layihə öz aktullığı ilə qalacaq.
Layihənin ideyası Vətən uğrunda şəhid olmuş soydaşlarımızın tanıdılması yolu ilə xalqımızın qəhramanlıqsəlnaməsinin tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır. Layihənin vasitəsi ilə Vətən müharibəsinin önəmini gəncliyə təbliğ etmək lazımdır. Belə vətən övladlarından ikisi bu layihə vasitəsi ilə tanıdılacaq, biri 1992-ci il digəri isə 2020-ci ildə Vətən müharibəsində canından keçib. Rəfaelİsi oğlu Səfərov 23 avqust 1971-ciildə Qubadlı rayonunun Zilanli kəndində anadan olub. 1988-ci ildə Zilanlı kənd orta məktəbini bitirib. Sonra təhsilini Xanlıq kəndindəki texniki-peşə məktəbində davam etdirib. 1990-1992-ci illərdə Sovet ordusunda xidmət edib, qayıtdıqdan sonra Milli Ordu sıralarına qoşularaq Qubadlının Ermənistanla sərhədyanı kəndlərinin mühafizəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 15-də Laçın rayonunun işğal altında olan kəndlərinin azad edilməsi üçün erməni terrorçularına qarşı döyüşdə qəhrəmanlıq nümunəsi göstərib. 1992-ci il sentyabrın əvvəllərində onun daxil olduğu tağım yenidən Laçın rayonuna göndərilir. Sentyabrın 12-də Laçının Suarası kəndi uğrunda gedən üzbəüz şiddətli döyüşdə Rəfael Səfərov qəhrəmancasına şəhid olur. Məzarı Zilanlı kənd qəbirstanlığındadır.

1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olan Kamran Fərəcov orta təhsilini bitirəndən sonra hərbi xidmətə yollanıb. Hərbçi olmağa can atan Kamran müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra DİN-in Daxili Qoşunların Quba rayonunda yerləşən hərbi hissədəki Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni separatçılarına qarşı əks-hücum əməliyyatına başlayanda Kamran Fərəcov Daxili Qoşunların baş əsgəri kimi ərazi bütövlüyümüzün bərpa olunması uğrunda aparılan Vətən müharibəsinə yollanıb.

Sərrast atıcı olan Fərəcov meşəlik ərazilərdə öz snayper tüfəngi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən əhəmiyyətli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Düşmənə sarsıdıcı zərbələr endirən döyüşçü yoldaşları ilə birgə Şuşa istiqamətində həlledici döyüşlərə qatılıb. Oktyabrın 24-də Şuşa şəhərinin 15 kilometrliyində yerləşən Çanaqçı kəndi ərazisində gedən döyüşlərdə komandiri ilə birlikdə snayper gülləsi ilə vurulub. Kamran 2018-ci ilin avqustun 19-da sevdiyi Fidan xanımla ailə qurub. Qəhrəmanın xanımı hərbi şəhərcikdə Kamranla birlikdə hərbçi həyatının bütün çətinliklərinə dözüb. Kamran sentyabrın 27-də müharibə başlayanda ilk gündən döyüşlərə qatılsa da, nə ömür-günyoldaşına,
nədə valideynlərinə bu barədə heç nə bildirməyib, onların narahatolmasını istəməyib. Oktyabrın 23-ə qədər ailə üzvləri onun sadəcə təlimdə olduğunu düşünüblər. Sonuncu telefon danışığında hərşeyin qaydasında olduğunu bildirib. Bu gün atasını ən çox incidən də elə onun döyüşdə olduğunu bilməməsidir; deyir ki, əgər bilsəydi, onunla həmişə fəxr etdiyini özünə deyərdi. Ataların, anaların qürur yeri, Vətənin fəxri olan oğullarımızla bizlərdə fəxr edirik. Belə soydaşlarımızın tanıdılması üçün tədbirin keçirilməsi filmlərin çəkilməsi, kitabların yazılması yolu ilə tanıdılması vacibdir
Layihənin məqsədi Vətən müharibəsində canından keçən vətən oğullarının tanıdılması, gənclərdə vətən sevgisinin gücləndirilməsi, Azərbaycan oğullarının qəhramanlıq irsinin davam etdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Şəhidlərimizin tanıdılması üçün təbliğat işlərinin aparılmasıdır.
Layihənin vəzifəsi “Qəhramanlıq irsi” filminin çəkilməsi, filmin disklərinin çoxaldılaraq paylanması. Müxtəlif tədbirlərin keçirilməsi yolu ilə Azərbaycan xalqının qəhramanlıq irsinin davam etdirilməsi üçün təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır.
Layihənin icra müddəti iki aydır. Layihə Şirvan şəhərində icra ediləcək

Layihənin rəhbəri. Qəribbala Novruzov

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO