[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adı ilə əməli uyğun olmayan icra başçısı Müstəqim Məmmədov… – MÜSTƏQİM sözü ərəbcə, düz, dürüst…deməkdir…

Tərtərin icra başçısı Müstəqim Məmmədovun əməlləri…
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev gecələr Müstəqim Məmmədovun evinə nə üçün gəlirdi..? Müstəqim Məmmədov bizimlə küçə söyüşüylə danışır, canımızı boğaza yığıb…
Haqqında bəhs etmək istədiyimiz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov haqqında qısa məlumat: Məmmədov Müstəqim 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1992-ci il tarixindən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994–2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006–2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini — şöbə müdiri, 2012–2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini — şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildən Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsində çalışır, daha doğrusu, çapıb-talayır…
Birincisi ondan başlayaq ki, əmtəəşünas, “tovaraved” hara, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi hara..?
Onu da qeyd edək ki, həmin illərdə Elmar Vəliyev Yevlaxın icra başçısı idi və Müstəqimin günəşi Elmarın sayəsində doğdu. Və o gündən Elmar hər gün Müstəqimin evinə getməyə başladı. Nə isə, Elmar Vəliyevin hesabına Müstəqim Məmmədov Tərtərin icra başçısı oldu.
Deməli, Tərtərin icra başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələrinə 1 sot torpaq vermədiyi halda, özünün 80 yaşlı qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 200 hektar torpaq götürüb və bu torpağa görə, dövlətdən 20 min manata yaxın subsidiya alıb.
Təsəvvür edirsiniz, Tərtərdə məskunlaşmış Kəlbəcər köçkünləri deyir ki, Müstəqim Məmmədov bizi söyür, təhqir edir, bizi intihar həddinə çatdırır. Bu məqamda bilirsiniz nə düşündük..? Çünki Tərtərlilər deyir ki, Elmar Vəliyev də Tərtərdə Müstəqimi evində söyüb təhqir edirdi…yəqin fikrimiz çatdı… Bu hələ harasıdır..?
Tərtərin icra başçısı Müstəqim Məmmədov tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb. Bir sahibkara satılan torpağın 250 min manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb.
Ümumiyyətlə, Müstəqim Məmmədovun xeyli sayda biznes obyektləri, torpaq sahələri qohumlarının, tələbə dostlarının adınadır. Hətta Tərtərdə icra başçısının qeyri-rəsmi köməkçisi olan bir xanım da var: Tünarə Məmmədzadə…. İcra başçısının xeyli obyekti də bu xanımın və qohumlarının adınadır. Həm də rayonda ictimai əsaslarla çalışan xeyli sayda insanın maaş kartları da bu xanımın cibindədir. Tərtər camaatı deyir ki, müharibənin qızğın çağlarında icra başçısı rayonda deyil, Gəncədə, Yevlaxda gecələyirdi.
Şikayətçilərdən bir yazır ki, Müstəqim Məmmədov bizə deyir ki, şikayət yazıb “Prezidentin baş-beynini xarab etməyin “. Bax, bura sözün bitdiyi yerdi. İcra başçısı kimdir ki, Prezidentin narahat olmasını dilinə gətirə bilir. Müstəqim Məmmədov məgər bilmir ki, cənab Prezidentimiz həmişə xalqın içindədir, hər an onların problemləri ilə maraqlanır? Bunu Müstəqim Məmmədov kimi icra başçıları çətin başa düşsün.. Gundelik-baki

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsini niyə gizli aparır?


Mədəniyyət Nazirliyinin “imtahan-imtahan” oyunu davam edir. Musiqi məktəblərinə müllimlərin işə qəbulu müsabiqəsi yekunlaşmamış nazirlik yerdəyişmə müsabiqəsini icra edib. Belə ki, ötən gün musiqi məktəblərinə müəllimlərin yerdəyişməsi üzrə müsahibələr keçirilib.
İşin ilginc tərəfi isə budur ki, Mədəniyyət Nazirliyi musiqi məktəblərinə yerdəyişmə müsabiqəsini ictimaiyyətdən gizli şəkildə həyata keçirir. Mədəniyyət Nazirliyinin rəsmi saytında faktiki olaraq yerdəyişmə ilə bağlı (yerdəyişmənin nə zaman keçiriləcəyi, qeydiyyat, iştirakçıların sayı və s.) öncədən heç bir məlumat verilməyib.
Vakant yerlər və qeydiyyatla bağlı gizli link regional mədəniyyət idarələri vasitəsilə öncədən musiqi məktəblərinə göndərilir və hazırda çalışan müəllimlər bu formada müsahibəyə qatılırlar.
Qaydalara əsasən yerdəyişmə müsabiqə şərtləri eyni olan ərazilər daxilində aparılmalıdır. Yəni, digər region məktəblərində çalışanlar Bakı, Sumqayıt, Gəncə və Abşeron istisna olmaqla yerdəyişmə etməlidirlər. Lakin prosesin gizli aparılması şəffaflığın pozulduğuna dair haqlı şübhələr yaradır. Çünki yerdəyişmə üçün nə qədər şəxsin müraciət etdiyi, nə qədər vakansiya verildiyi, vakant yerlərin hansı məktəblər üzrə çıxarıldığı və nəhayət yerdəyişmə müsabiqəsinin nəticələri sonda ictimaiyyətə açıqlanmır.
Mədəniyyət Nazirliyi saman altından su yeritməklə prosesdə şəffaflığa kölgə salırsa, işlər xısın-xısın görülürsə, deməli, Daşkəsəndə çalışan bir müəllim sadəcə yerdəyişmədə iştirak etməklə iş yerini Bakı və digər müsabiqə şərtləri fərqli regionların məktəblərinin birinə dəyişə bilər. Belə olduğu təqdirdə işə qəbul üçün imtahan vermiş namizədlərə təklif olunması nəzərdə tutulan daha münasib yerlər hazırda iş yeri olanlar tərəfindən tutulmuş olar. Bu halda da yəqin ki, yeni işə qəbul olunmaq istəyənlərə ucqar yerlərdə boşalmış vakansiyalar təqdim ediləcək. Kimlərsə bəlkə həmin təqdim olunan yerlərə gedəcək, amma hesab edirəm ki, çoxları bu vakansiyaları özləri üçün uyğun hesab etməyəcəklər. Belə olan halda, kobud desək “dağ başları” yenə boş qalacaq.
Digər tərəfdən yerdəyişməyə qatılanlar, əgər, elan olunan vakansiyaları tuturlarsa, o zaman əvvəl çalışdıqları yerlər də vakansiya kimi sistemə düşməlidir. Transferlərin hansı məktəblər üzrə aparıldığı, neçə nəfərin prosesdən keçdiyi açıqlanmadığı üçün onların əvvəlki yerlərinin vakansiyalara çıxarılıb-çıxarılmadığı və yaxud onların saatlarının bölünərək məktəbin digər müəllimlərinə verilmədiyi də məlum olmur.
Əslində isə proses necə olmalıdır?
Musiqi məktəbində vakant yerlər yarandığı təqdirdə bu yerlər açıq şəkildə Mədəniyyət Nazirliyinin sistemində görünməli və ya müsabiqədən əvvəl işə qəbul olunmaq istəyənlər üçün açıqlanmalıdır.
Mədəniyyət Nazirliyi özünü elə aparır ki, sanki prosesdən xəbəri yoxdur, yaxud musiqi məktəblərini Kənd Təsərrüfatı Nazirliyi idarə edir.
Çingiz Səfərli, jurnalist
Qeyd: Yazı müəllifin sosial şəbəkə hesabından götürülüb

Aztoday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alman turistlər İtaliyada 200 min avroluq heykəli aşırıblar

Almaniyadan gələn turistlər İtaliya villalarından birində 150 ​​illik heykəli aşırıblar.

Məlumata görə, hadisə İtaliyanın Lombardiya bölgəsinin Vicu şəhərindəki Alceo villasında baş verib.

"İnstaqram"da milyon yarım izləyicisi olan məşhur bloqer Yanis Dannerin də daxil olduğu turistlər istirahət üçün evi kirayələyiblər. Həmin villanın bağçasında olan fəvvarənin bir hissəsi heykəltəraş Enriko Buttinin yaratdığı 150 illik Domina heykəli idi. Turistlər şəkil çəkdirən zaman heykəlin üstünə dırmaşıb və onu aşıraraq sındırıblar.
Qeyd edək ki, heykəlin aşmazdan əvvəl qiyməti 200 min avro məbləğində qiymələndirilirdi.

Mənbə: euronews
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...

Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Yaxın keçmişdə fəaliyyət istiqamətləri bir-birini təkrarlayan qurumların birləşdirilməsi, səmərəsiz strukturların ləğv edilərək yeni və daha funksional orqanlarla əvəzlənməsi həmin islahatların nümunələri kimi göstərilə bilər.

Sevindik Hətəmovu qohumu necə “satdı”

Bu baxımdan son zamanlar ayrı-ayrı icra başçılarının yerlərinin dəyişdirilməsi də diqqətçəkən məqamlardandır. Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir. Sonuncu belə kadr yerdəyişməsinə isə Saatlı və Sabirabad rayon icra hakimiyyətləri başçılarının təyinatları zamanı şahidlik etdik. Proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu qəbildən olan kadr yerdəyişmələri bundan sonra da davam edəcək. Saytımıza daxil olan informasiyada vurğulanır ki, yaxın günlərdə Salyan rayon icra hakimiyyətinin Sevindik Hətəmov paytaxt rayonlarının birinə – Qaradağ rayonuna təyinat alacaq. Karyerası ərzində özünü peşəkar kadr, nümunəvi idarəçilik təcrübəsinə malik məmur kimi yalnız müsbət tərəflərdən göstərənSevindik Hətəmovun yüksək etimada layiq görülməsi heç də təsadüfi sayılmamalıdır. Salyandakı mənbələrdən cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, S.Hətəmovun yaxın qohumu Oqtay adlı şəxs də bu yaxınlarda qohumunun yeni təyinat alacağını bildirib. Onu da qeyd edək ki, icra başçısının bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Eyni zamanda “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alınıb.

Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz”

Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.

Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur

“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı, 4 mart 2016-cı il tarixdə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunnur və bu günə qədər də həmin vəzifədə çalışır.

Yardımlıda, Salyanda “at oynadır”, Bakıda “tavan” verir

Bu salyan rayonunun hazırki rəhbərinin rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Məsələn bir neçə il öncə öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri daha sonra eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib cə sonda Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib.

Qohum əqrabaya yaradılan şərait

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Sevindik Hətəmovun yaxın qolunu “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir. Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”. Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb. Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb. Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə son model dəyəri 150 min dollar “Range-Rover” markalı maşınla işə gedirlər. “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model “Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.
https://aztoday.az/news/48120.html
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda xəstə nə gözləyir, bunlar nə edir... - BU NƏDİ BELƏ?


Naxçıvan MR Səhiyyə Nazirliyi bu yaxınlarda dövlət büdcəsi hesabına təxmini dəyəri 130 min manat olan „Lexus“ markalı avtomobil alıb. Həmin avtomobil aprel ayından bəri nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxovun xidmətinə verilib. Lakin, nazirlik maliyyə çatışmazlığını bəhanə gətirərək, dövlət xəstəxanalarını lazımi tibbi avadanlıqlarla, vacib dərmanlarla təmin etmək istəmir.

Yenisoz.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup səhiyyə işçisi məlumat verib.
Onlar deyir ki, avadanlıqların çatışmaması ucbatından xəstələr ağır vəziyyətə düşür, bəzən isə, həyatlarını itirirlər.
Naxçıvanda xəstə nə gözləyir, bunlar nə edir... - BU NƏDİ BELƏ?

Şikayətçilərin sözlərinə görə, yerdə qalan avadanlıqların xeyli hissəsi də yararsız vəziyyətdədir. Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimləri deyir ki, bu problemdən əsasən ürək xəstələri əziyyət çəkir:
“Xəstəxanada EXO və EKQ müayinəsi üçün aparatlar işləmir. Bu səbəbdən xəstələri özəl klinikalara göndərməli oluruq. Orda isə, baha olduğundan imkansız xəstələr gedə bilmir. Bu da onların vəziyyətinin ağırlaşmasına, bəzən də ölümünə səbəb olur. Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsək də, maliyyə çatışmazlığını bəhanə gətiriblər. Maliyyə yoxdursa, nazir üçün avtomobilə 130 min manatı haradan tapıblar? Həmin pula xəstəxananı təmin edə biləcək avadanlıqlar almaq olardı. Bunlar xəstələrin həyatını yox, öz rahatlıqlarını düşünürlər”.
Onurğa problemindən əziyyət çəkən Nəcəf İsmayılov deyir ki, MRT aparatının yoxluğundan müayinə üçün Bakıya getməli olub:
“Respublika Xəstəxanasına bir müddət müalicə aldım, heç bir köməyi olmadı. Çünki, orada bir çox dərman preparatları, tibbi avadanlıqlar yox idi. Həkimlər bunu maliyyə ayırılmaması ilə əsaslandırırdılar. Həkim dəqiq diaqnozu tapmaq üçün məsləhət gördü ki, MRT-dən keçim. Dedilər aparat yalnız Naxçıvan Diaqnostika Mərkəzində var. Getdim, orada da dedilər ki, növbəyə yazırıq iki ay sonra gələrsən. Məcbur qalıb Bakıya getməli oldum. Həm əziyyət çəkdim, həm də xərcə düşdüm. Qayıtdıqdan sonra xəbər tutdum ki, səhiyyə nazirinə 130 min manatlıq avtomobil alıblar. Halbuki bizə deyirdilər, nazirliyin maliyyəsi yoxdur“.
Naxçıvan MR Səhiyyə Nazirliyindən deyilənlərə münasibət bildirmək istəmədilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

5 Avqust - Azərbaycan Hərbi Donanması Günüdür.

Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.

Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.

Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.
SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO