[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ordumuzun məhv etdiyi erməni separatçıların fotoları yayıldı - FOTO


Sosial şəbəkələrdə ötən gün Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində məhv edilən erməni separatçıların fotoları yayılıb.

Qeyd edək ki, onlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutulmasında iştirak ediblər.

Xatırladaq ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanıb.

Məhv edilən separatçıların fotolarını təqdim edirik:

Armo Abqaryan
Ordumuzun məhv etdiyi erməni separatçıların fotoları yayıldı - FOTO

Qaqik Balayan
Ordumuzun məhv etdiyi erməni separatçıların fotoları yayıldı - FOTO

Samvel Torosyan
Ordumuzun məhv etdiyi erməni separatçıların fotoları yayıldı - FOTO

Yervand Tadevosyan
Ordumuzun məhv etdiyi erməni separatçıların fotoları yayıldı - FOTO



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaxarova: “Moskva atəşkəsin pozulması hallarının artmasından narahatdır”

“Moskva Qarabağda atəşkəs rejiminin tez-tez pozulmasından narahatdır. Biz tərəfləri məsələlərin sülh və diplomatik yolla həllinə çağırırıq”.

Bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, Rusiya Federasiyası sülhməramlıları ilə birlikdə tərəfləri təmkinli olmağa və mübahisəli məsələlərin dinc, siyasi və diplomatik yolla həllinə çağırır:
“Rusiyanın rolu sənədləşdirilmişdir, bunda Ermənistan və Azərbaycanın imzası var. Bunu Rusiya tərəfi də təsdiqləyib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dənizdə batan qazi Fərid Yaqubzadə dəfn olunub - VİDEO

Lənkəranda dənizdə boğularaq ölən Vətən müharibəsi qazisi, Cil kənd sakini 24 yaşlı Fərid Yaqubzadə dəfn olunub.

Dəfndə kənd sakinləri, ictimaiyyət nümayəndələri, eləcə də qazinin döyüşçü yoldaşları iştirak ediblər. Fərid Yaqubzadə doğulduğu Cil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərhumun döyüş yoldaşı Mədət Ağazadə onun 44 günlük Vətən müharibəsində cəsurluq nümayiş etdirdiyini deyib:

“Fəridlə Füzuli, Xocavənd, Şuşa istiqamətlərində çiyin-çiyinə döyüşmüşük. Düşmən ona qalib gələ bilmədi”.
Qeyd edək ki, Fərid Yaqubzadə Vətən müharibəsi iştirakçısı idi. Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında döyüşlərdə iştirak etmişdi. Dövlət başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, yeni ailə həyatı qurmuşdu.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Brilliant Dadaşova: "Qızı məcbur ərə vermək olur, oğulu isə..."


"Qadın üçün ailəni və işi birgə aparmaq hər zaman çətindir. Qadının üzərinə çox yük düşür. Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademir Rus Dram Teatrının direktor müavini olub, sonra isə sənət ocağının direktoru oldu. Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər Xalq artistləri var (gülür)? Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Söz-baz" verilişində deyib. Müğənni həyat yoldaşı Ədalət Hacıyevdən bəhs edib:

"Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər və arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən başlamışam danışmağa. O da elə edib ki, guya heç bir şey olmayıb.

Həyat yoldaşını özündən aşağı görməməlisən. Hər zaman həyat yoldaşımı özümdən artıq hesab etmişəm. O da hər zaman belə hesab edib və mənə də hiss etdirib. Bu, hörmətdir və sevgidir. Belə olanda isə sevgi heç zaman bitmir".

Dadaşova oğlu Cahadla bağlı suallara "Cahad hərdən deyir ki, evlənirəm. Bir az keçir, istəyindən vaz keçir. Oğlandır da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur. Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın, nə də qızın bir-birinə adiyyəti var. Təəssüf hissi keçirdirəm. Çünki o ailənin ömrü çox olmur" cavabını verib.

"Axşam.az"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Köməksiz qalan azyaşlılar xilas edilib


Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və Ərdoğan arasında telefon söhbəti olub


İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda Ordumuza qarşı yeni təxribatlar hazırlanır


Qarabağda separatçıların fəallaşması Vaşinqtonda gedən sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə birbaşa bağlıdır.

"Unikal" "Caliber"ə istinadən xəbər verir ki, Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı yeni təxribatlar hazırlanır. Bu təxribatlar baş verəcəyi təqdirdə sərt cavabla qarşılıq veriləcək.

Qarabağda terror fəaliyyətinin fəallaşmasının Vaşinqtonda keçiriləcək növbəti danışıqlar raundu ilə birbaşa bağlı olduğuna dair şübhə yoxdur. Moskva qəti şəkildə Bakı ilə İrəvan arasında sülhün imzalanmasına, xüsusilə də bunun Amerikanın dəstəyi ilə reallaşmasına imkan vermək istəmir. Hesab edirik ki, məhz qanunsuz rejimin terrorçularının mövqelərinə sursat və yanacaqların vaxtında çatdırılmasını təmin edən Rusiya tərəfi onları özləri üçün intihara bərabər olacaq addımlara sövq edir.

Maraqlıdır ki, separatçı rejimin ambisiyalarının siyasi cəhətdən alovlandırılmasında Moskvaya Natali Luazo kimi satılmış avropalı siyasətçilər kömək edirlər. Onlar Laçın yolunun girəcəyinə səfərlər edir və separatçılara dəstəklərini ifadə edirlər. Qərb bəzi siyasətçilərinin kimin gündəmi üzərində işlədiklərini nəzərdən keçirməlidir.

Bu arada separatçıların “parlamenti” Azərbaycan xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana müraciət edib və danışıqların dərhal dayandırılmasını tələb edib. Onlar danışıqların davam etməsini “Azərbaycanın aqressiyası”nın dəstəklənməsi kimi qiymətləndirirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın yolu ilə təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

2022-ci ilin dekabr ayından bəri Laçın yolu vasitəsi ilə təxliyə olunan ermənilərin sayı açıqlanıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Bildirilir ki, "Qırmızı Xaç" ötən ilin sonundan bəri 520-dən çox erməni pasientə kömək edib.

"Eyni zamanda 600-ə yaxın insanın ailələri ilə qovuşmasına dəstək verilib, tibb müəssisələri üçün uşaq qidaları, ərzaq bağlamaları və dərman ləvazimatları da çatdırılıb", - açıqlamada qeyd olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Priqojinin qiyamı ilə bağlı ŞOK faktlar- Bu generalın əvvəlcədən xəbəri olub...


Rusiya generalı Surovikinin “Vaqner” ÖHŞ-nin rəhbəri Priqojinin qiyamından əvvəlcədən xəbəri olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“The New York Times”in ABŞ kəşfiyyatına istinadən verdiyi informasiyaya əsasən “Vaqnerçilərin” başçısının general Surovikinlə ittifaqı bir sıra faktlarla sübuta yetirilib.

Analitiklər Yevgeni Priqojinin Rostovu maneəsiz ələ keçirməsini və Moskvaya doğru sağ-salamat yürüşünü məhz bu faktorla izah edirlər. Kəşfiyyat qaynaqlarına görə, digər rus generalları da “Vaqner” ÖHŞ-nin qiyamından xəbərdar olublar və Priqojinin onların dəstəyi olmadan belə bir hərəkata başlaması mümkün deyildi.

Xatırladaq ki, Sergey Surovikin Ukrayna savaşında Rusiyanın ordu qurplaşmasının komandanı olub. 2023-cü ilin əvvəlində onu bu vəzifədə Baş Qərargah rəisi Gerasimov əvəzləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya bir vilayətdə 300 uşağı girov götürüb


“Rusiyalılar Prezident Vladimir Putinin Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində qondarma hərbi vəziyyət tətbiq etməsindən istifadə edir və oradan çıxardıqları ukraynalı uşaqları evlərinə qaytarmırlar.

Rusiya işğalçıları istirahət bəhanəsi ilə 300 uşağı Zaporojye vilayətindən Çuvaşıstana aparmağa hazırlaşırlar”.

Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

“Rusiyalılar Vladimir Putinin ötən ilin payızında müvəqqəti işğal olunmuş ərazilərdə tətbiq etdiyi hərbi vəziyyətin arxasında gizlənərək oradan çıxardıqları uşaqları geri qaytarmırlar”, - deyə məlumatda bildirilib.

Mərkəzin ekspertləri qeyd ediblər ki, ukraynalı uşaqlar Rusiya tərəfinə həm qanunsuz övladlığa götürmə, həm də şantaj vasitəsi kimi lazımdır.

“Rusiya tərəfi Ukraynaya çıxışı bağlayıb. Beləliklə, valideynlərinin onların arxasınca getməsi üçün uşaqlardan girov kimi istifadə olunur”, - deyə məlumatda vurğulanıb.

Mənbə: Focus.ua

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...