[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb

“Rahat” supermarketlər şəbəkəsi və “Port Baku Bazar” marketin daxil olduğu “ANC GROUP” MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “ANC GROUP”un xalis mənfəəti 2021-ci illə müqayisədə 13.8% artaraq 384 min 77 manat təşkil edib. 2021-ci ildə şirkət 337 min 524 manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin ümumi gəlirləri əvvəlki illə müqayisədə 24% artaraq 254 milyon 165.2 min manat, məcmu mənfəəti isə 34.5% artaraq 35 milyon 339.8 min manat təşkil edib. Eyni dövrdə şirkətin ümumi və inzibati xərcləri 34.5% artaraq 34 milyon 192.3 min manata bərabər olub. Beləliklə şirkət ötən il 384 min 77 manat əməliyyat mənfəəti əldə edib.

2022-ci ildə “ANC GROUP” MMC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 26.7% və ya 21 milyon 183 min manat artaraq 100 milyon 469.9 min manata yüksəlib.

Ötən il şirkətin kreditor borcları 39,9% və ya 15 milyon 218.8 min manat artaraq 53 milyon 372.6 min manata bərabər olub. Bu dövrdə “ANC GROUP” MMC-nin cəmi öhdəlikləridə 31.3% artaraq 81 milyon 356.6 min manat olub.

Nizamnamə kapitalı 7 milyon 83 min manat olan “ANC GROUP” MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir “Bolt”, “Uber”, “Yango”nu tənqid etdi – Qanunvericilik dəyişir


“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə artıq bir müddətdir ki, mühüm islahatların planlamasını aparır”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev APA-ya müsahibəsində deyib.

O bildirib ki, nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir:

“Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.

Bu dəyişikliklər qəbul edildikdən sonra qlobal şirkətlərin ölkə qanunlarına riayət etməsini təmin etmək üçün müvafiq alətlər formalaşacaq”.

Nazir bildirib ki, taksi xidmətləri sahəsində çatışmazlıqlar mövcuddur:

“Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Bütün bunlar problemlərin yalnız üzdə görünən hissəsidir.

Mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə nazirlik məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma həyata keçirdi. Bu araşdırma zamanı xoş olmayan nəticələrlə qarşılaşdıq.

Belə ki, statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır.
Burada bir faktı da qeyd etmək vacibdir. Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır.

Təəssüf ki, tənzimlənmədəki boşluqlar bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, araşdırmalarımız onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub. Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35% azalıb”.

R. Nəbiyev bildirib ki, “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynayıb:
“Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.

Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Oğlumun adı işdə gedir maaşını isə özləri mənimsəyirlər..." - NARAZILIQ VAR!

Rubrika.Az sayıtına Qax rayon Aşağı Malax kənd sakini 1 ci qrup əlil Qasımov İskəndər Yunus oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:
'Mən Osmanov İsgəndər Yunus oğlu Qax rayonu Aşağı Malax kəndində yaşayıram. 46 ildən çoxdur ki 1 qurup əliləm. 1975-77-ci illərdə Polşada hərbi xidmət vəzifəsini yerinə yetirərkən partlayış nəticəsində iş qabiliyyətimi tamamilə itirmişəm. Bir insanın sahib ola biləcəyi, gözdən, qulaqdan, qoldan məhrum olmuşam. Ancaq yenədə şükür edirəm. Sukur edirəm ki, bu ölkənin vətəndaşıyam, bizləri daima düşünən prezidentimiz, əlillərdən dəstəyini əsirgəməyən vitse-prezidentimiz var. Çox təəssüflər olsun ki, bezi şirkət rəhbərləri, iş adamları bu ölkənin qanunlarının kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq hamıya aid olduğunu unudurlar. Mənim üç övladım var,iki qız biri oğlan. Qızlarımdan biri 2 qrup əlildir. Bu evin tək güvən yeri oğlum Turaldir. Dörd ilə yaxındır ki, oğlum " Monte Ferro MMC" şirkətinin aşağı Bilecik sahəsində gözətçi vəzifəsində çalışıb. 2023- cu il Mart ayının 7- də işdən səbəbsiz olaraq uzaqlaşdırılıb. Şirkət rəhbərlərindən biri olan Aydın Əziz tərəfindən işdən çıxarılan oğlum çox çalışsa da yenidən işinə qayıda bilməyib. Səbəbini soruşanda isə mən müdürəm istədiyimi edə bilərəm demişdi Ailənin yükünü çiyinlərində daşıyan oğlum çörək pulu qazanmaq üçün ailəsindən çox uzağa Dağıstana qədər gedib çıxdı. İş orasındadır ki, oğlumun adı işdə gedir maaşını isə özləri mənimsəyirlər . Mühasib zəng vurub sizin adınıza pul yazılır desədə sonradan bizimlə
Görüşməkdən imtina etdi. Aprel ayının 25 də oğlumun adına töhmət məzmunlu məktub göndərildi.May ayının 18 də isə yenidən məktub göndərildi ki May ayının 30 da oğlumun işinə xitam veriləcək. Bu günə qədər də deyirdilər ki, heç kimə heçnə deməyin biz özümüz yoluna qoyaciq . Necə bir vicdana sahib olasan ki, xüsusi baxıma ehtiyacı olan bir ailənin haqqını yeyəsən . Mən üzümü şirkətin mudriyyətinə tutub deyirəm mən bu ölkə üçün sağlamlığımı itirməmisəm ki sizin kimiləri vəzifəsindən sui istifadə edib insanları təhqir etsin onların haqqını yesin. Minlərlə şəhidimiz sizin kimiləri rahat yaşasın deyə canından keçdi ona görə yox ki köməksiz insanları aldadıb əsəbləri ilə oynayasiz . Mən bu ölkənin qanunlarına inanıram.İnaniram ki səsimi eşidən olacaq oğlum geri ailəsinin yanına vətəninə dönəcək".

Osmanov İsgəndər Yunus oğlu //Rubrika.Az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsrail Prezidenti və xanımı İçərişəhərdə


Ölkədə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq və birinci xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar.

Qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Məlumat verilib ki, İçərişəhərdə yerləşən dünya əhəmiyyətli abidələrin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll-ci qrup Qarabağ əlilinin haqqını yeyir… - AÇIQ ÖZBAŞINALIQ!

57 gün erməni əsirliyində qalmış, bu müddətdə dəhşətli günlər və işgəncələr yaşamış Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili, Şirinov Elşən Elman oğlunun bu dəfə də haqqı, hüququ Xocavənd rayonunun bir qrup yerli cinivnikləri tərəfindən pozulur və hələ də pozulmaqda davam edir.
RealMedia.az xəbər verir ki, Elşən Şirinov bildirir ki, Xocavənd rayon icra hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən, ona kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçinin də icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.
Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Və son 2 ilə qədər də Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyaları vaxtı-vaxtında ala bilmişdir. Amma və lakin 2 ildir ki, Elşən Şirinov subsidiyaları ala bilmir ki, bilmir. Daha doğrusu, bunu ona vermirlər. O bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayev dövlət tərəfindən onun icarəsində olan 100 (bir yüz) hektar torpaq sahəsinə ayırdığı subsidiyarı ona vermək üçün 5000 (beş min) manat rüşvət istəyib. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.
Elşən Şirinov bildirir ki, hazırda icarəsində olan torpaq sahəsi əkinə yararlıdır və hazırda da həmin ərazidə taxıl əkib.
Qeyd edək ki, Elşən Şirinov Rafael Mustafayevlə aralarında baş verən səs yazısınıda redaksiyamıza təqdim edib. Və həmin səs yazısını dinlədikdə şikayətçinin haqlı olduğu açıq aydın şəkildə görünür. Yaxın günlərdə həmin səs yazısını təqdim edəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...” - MÜRACİƏT

“3 azyaşlı uşaqla birlikdə bax, elə burada yaşayırlar. Nə evləri var, nə işləri... Dəfələrlə yardım üçün müraciətlər olunsa da baxan olmayıb”.

Bu şikayətlə “Qafqazinfo”ya Lerik rayonunun Hucu kənd sakini Alim Rzayev müraciət edib.

Vətəndaş deyir ki, yaxın qohumu Gültəkin Ağayeva imkansızlıqdan əziyyət çəkir: “Gültəkin xanım bibim oğlunun həyat yoldaşıdır. Bibim oğlu Mais Rüstəmov 4 ildir ki, həbsxanadadır. Azadlığa çıxmağına hələ 1 il 6 ay var. Həyat yoldaşı 3 balaca oğlan uşağını böyütməkdə əziyyət çəkir. Uşaqlar 10, 7 və 6 yaşındadılar. Bir otaqdan ibarət yerdə yaşayırlar. Bura ev demək mümkün deyil. Bu illər ərzində kənd camaatının və qohumların köməkliyi ilə birtəhər yaşayıblar. Ailənin yaşadığı yeri çəkib sosial şəbəkələrdə paylaşmışam. Görənlər əlaqə saxlayır, yardımlar edirlər”.

A.Rzayev bildirir ki, lakin indi təkcə bu köməkliklərlə yaşamaq mümkün deyil: “Uşaqlar böyüyür, baxımsızlıqdan yaşadıqları yer dağılıb gedir... Ana gündəlik işlər olanda gedib işləyir, 10-15 manat qazanır. Bu da gündəlik tələbatlara güclə yetir. Uşaqlar çətin də olsa məktəbə gedirlər, təhsildən yayınmırlar”.

Vətəndaş deyir ki, dəfələrlə bu ailənin vəziyyəti və onlara sosial yardım ayırılması ilə bağlı müraciətlər ediblər. Amma heç bir nəticə olmayıb: “Xanım gedib hara lazımdı müraciət edib. Deyiblər yardım olunacaq, amma hələ də bir səs-soraq yoxdu”.

Şikayətlə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Sorğumuzu qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili belə cavablandırıb: “Lerik rayon sakini Gültəkin Ağayeva ünvanlı dövlət sosial yardımı ilə bağlı 30 yanvar 2023-cü il tarixində etdiyi müraciətində adına olan torpaq sahəsini qeyd etmədiyi üçün ünvanlı sosial yardım təyin edilməsindən imtina qərarı verilib.

Gültəkin Ağayeva yenidən ünvanlı sosial yardım üçün müraciət edərkən mülkiyyətində olan torpaq sahəsi haqqında məlumatları qeyd edərsə, ailəsinin ünvanlı sosial yardım almaq hüququnun olub-olmamasına yenidən baxılacaq”.

“Qafqazinfo”
“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...” - MÜRACİƏT
“Ata həbsxanada, ana işsiz, sosial yardım da verilmir...” - MÜRACİƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elşad Həsənov Yasamalı qarış-qarış SATIR... - FOTOFAKT

Yasamal rayonu, Müzəffər Həsənov küçəsində piyadaların hərəkət etməsi üçün yer qalmayıb.

Millitv.az Tribunainfo.az-a istinadla xəbər verir ki, Yasamal rayonu ərazisində tikinti aparılmayan yer qalmayıb. Bu tikinti işləri zamanı da heç bir norma gözlənilmir və piyadaların hərəkəti üçün nəzərdə tutulan yerlər də zəbt edilir.

Hazırda rayonun sözügedən küçəsində piyadaların hərəkəti müşkülə çevrilib.

1 saylı Vərəm Əleyhinə Dispanserlə üzbəüz yolda əvvəllər avtobus dayanacağı olan her zəbt dilib. Onun qarşısındakı yol isə avromobil dayanacağına çevrilib. Bu yerdə piyadaların normal hərəkəti üçün şərait yoxdur. Yaxınlıqda yüksək mərtəbəli binalardan ibarət kompleks tikildiyindən yoldan yük maşınları çox keçir. Bu da piyada hərəkəti zamanı daha da problem yaradır.

Elşad Həsənov Yasamalı qarış-qarış SATIR... - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev açılış mərasimində çıxış edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.

Dövlətimizin başçısı tədbirdə çıxış edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xətai İcra Başçısını Həbsə Aparan Yalanı”… Sakinləri Qıcıqlandıran Cavab -DE-FAKTO

Yenixeber.org: Ddaha öncə xəbər verdiyimiz kimi, Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.
Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.
Ailələr iddia edirlər ki, kompensasiyanın ödənilməsində yeyinti faktoru var.

Xatırladaq ki, bu binada yaşayan 17 ailə uzun illər ağır şəraitdə yaşamağa məhkum olunmuşdular. Binanın hər an uçub dağılmaq təhlükəsi vardı. Onların harayı xeyli müddət mediada, sosial şəbəkələrdə ucaldılsa da, aidiyyatı qurumlardan eşidən yox idi. Nəhayət bu ilin əvvəlində haraya cavab gəldi. Belə ki, binanın sökülüməsinə qərar verildi. Əvəzində isə sakinlərə mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiya nəzərdə tutulduğunu açıqladı.

Şəhərin əsas prospektlərindən birində yerləşən ərazi üçün hər kvadratmetrə 1500 manat ödənilməsi təbii ki sakinləri razı sala bilməzdi. Özü də binanın Ağ Şəhər ərazisinə daxil olduğunu nəzərə alsaq, rəqəm gülünc görünürdü. Alternativ də yox idi. Yəni ən azından digər variant kimi onları həmin ərazidə normal şəraiti olan mənzillərə köçürülməsi nəzərdə tutulmurdu. Bakıda mənzillərin qiymətinin fantastik dərəcədə baha olduğunu nəzərə alsaq, sakinlər onlara ödənilən kompensasiya ilə ən yaxşı halda paytaxtın ucqar yaşayış məntəqələrində həyət evi ala bilərdilər. Buna görə də bina sakinləri nəzərdə tutulan məbləğə etiraz etdilər.

Sakinlər iddia edir ki, binanın söküntüsü zamanı korrupsiya hallarına yol verilib. Onların sözlərinə görə, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək.

Sakinlər deyir ki, bundan sonra məcbur qalıb, sənədlərə qol çəkiblər, lakin sonradan müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 1700- 2000 manat ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın.

Sakinlər bildirir ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcra Hakimiyyətindən kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.

Evləri sökülən, kirayələrdə yaşamağa məcbur olan sakinlər aidiyyatı dövlət qurumlarının, xüsusilə də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin onların problemlərinə baxmamasından şikayətlənir. Bu üzdən də onlar etiraz aksiyalarına başlamağa qərar veriblər. Sakinlər yaxın günlərdə Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi düşünürlər. Eyni zamanda onlar problemin hüquqi müstəvidə aparılması, lazım gəlsə, bu işi beynəlxalq məhkəmələrə aparılmasında da israr edəcəklərini bildiriblər.

Bu azmış kimi, Xətai icra hakimiyyətinin rəsmisi özlərinə məxsus sakinlərin ziyanına boş-boş açıqlamalar verir. Onlar iddia edir ki, sakinlərə kompensasiya ödənilməsində heç bir ayrı seçkilik olmayıb.

Əvvəla deyək ki, bu açıqlama rəsmi qurum açıqlaması deyil.

Bu necə danışıqdı?

“Elə bil küçədə kirminal aləmin üzvüləri söhbət həll edir.

Necə deyirlər, çox gülüş doğuran açıqlama…

Belə çıxır ki, Xətai icra hakimiyyəti insanları münaqişəyə çağırırlar, əgər sakinlərin dediyi kimi deyilsə sübüt təqdim etsinlər.

Xətai icra hakimiyyəti kimi aldadır?

Birdə bina artıq sökülüb. Əgər sakinlərin dedikləri yalandırsa Xətai icra hakimiyyəti rəsmi sübutlar təqdim etsinlər.

Yox əgər təqdim edə bilmirlərsə, qohumbazlığı, yerli bazlığı, tapşırığı kənara qoyub, orada yaşayan sakinlərin hamısı ilə eyni qayda ilə razılaşsınlar.(xəbəral.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI... - BU NƏDİ BELƏ?

Azərbaycanın iri ticarət şəbəkələri illik hesabatlarını açıqlayırlar.

DİA.AZ xəbər verir ki, ölkənin tanınmış ticarət şəbəkələrindən olan «Bolmart»ın məxsus olduğu «Pro Mart» MMC illik hesabatını açıqlayıb.

Hesabata əsasən 2022-ci ildə «Bolmart»ın satış dövriyyəsi, yəni satışdan əldə edilən ümumi gəlirlər 141 milyon manat, satışın maya dəyəri isə 127,3 milyon manat olub. 2021-ci illə müqayisədə satış gəlirləri 32 milyon manat və ya 29% artıb. Satışın maya dəyəri isə 28 milyon manat və ya 28% artıb.

Nəticədə 2022-ci ildə «Bolmart»ın məcmu mənfəəti 13,8 milyon manat təşkil edib. 2021-ci ildə bu rəqəm 10,2 milyon manat idi.

2022-ci ildə «Bolmart» ilk dəfə olaraq marketinq və satışa rpul xərcləməyə başlayıb – təqribən 430 min manat.

Şirkətin ümumi və inzibati xərcləri isə 13 milyon 191 min manat olub – 2021-ci illəı müqayisədə 3 milyon manat və ya 30% artıb.

Şirkətin vergidən əvvəlki mənfəəti 34,3 min manat olub, 6,9 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ildə «Bolmart»ın xalis mənfəəti cəmi 27,4 min manat təşkil edib.

Qeyd edək ki, ötən il mənfəət bundan da aşağı olub – 14 min manat, ödənilən mənfəət vergisi isə 3,5 min manat təşkil edib.

Xatırladaq ki, «Bolmart»ın Bakıda və respublikanın müxtəlif bölgələrində 24 filialı var.

Hesabata əsasən 2022-ci ilin sonunda «Pro-Mart»ın, yəni «Bolmart»ın cəmi aktivləri 53 milyon manat yaxın olub. İl ərzində aktivlər təqribən 3 milyon manat artıb.

Şirkətin cəmi kapitalı 11,7 milyon manatdır, öhdəlikləri isə il ərzində təqribən 3 milyon manat artaraq 41,3 milyon manat təşkil edib.

«Bolmart»ın «Digər öhdəlikləri» 15,7 milyon manat, ticarət və digər kreditor borcları isə 17,3 milyon manat təşkil edir.

Xatırladaq ki, "PRO MART" MMC-nin sahibləri «AZ FAST MOVİNG BUSİNESS» MMC (50%) və «UNİTRADE GROUP» MMC (50%) şirkətləridir.

Hüquqi ünvanı Baki şəhəri Sabunçu rayonu, Bəşir Bünyadov (Bakixanov qəs.) ev.134-də yerləşən şirkətin qanuni təmsilçisi isə Məmmədov Ramil Əşrəf oğludur (FED.az).
«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI... - BU NƏDİ BELƏ?
«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI... - BU NƏDİ BELƏ?

DİA.AZ-dan ZƏRURİ QEYD: Dəyərli oxucu. Hər halda 24 filialı olan, 141 milyon manatlıq satış edən «Bolmart»ın sahibinin CARİ İLDƏ CƏMİ 27 MİN MANAT QAZANMASI kifayət qədər şübhəli məsələdir və bu iş mütləq şəkildə gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Əgər belə bir araşdırma yoxdursa, deməli, hamı BƏLLİ QAYDADA SUSDURULUB... Yayındırılan pul isə dövlət puludur, dövlətə aiddir...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO