[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Volt Azərbaycan" AQTA-nın Bakı Regional Bölməsini - MƏHKƏMƏYƏ VERİB

"Volt Azərbaycan" AQTA-nın Bakı Regional Bölməsi qarşısında məhkəmə iddiası qaldırıb.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, iddianın qaldırılma səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdir.
İş Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun icraatındadır.

Məhkəmə ilə əlaqəli hazırlıq iclası 25.04.2023, saat 15:00-a təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubanın bu kəndində ibtidai-icma şərtləri HÖKM SÜRÜR... - Xaroşada hər şey `XARAŞO` deyil


Bura Qubanın Xaroşa kəndidir. Qubanın mərkəzindən 25 km uzaqlıqda yerləşən kənddə at, eşşək arabalarına tez-tez rast gəlmək olur.

Xaroşa "düzən yer" deməkdir, amma kəndin yolları bunu demir. Əyri-üyrü yollarda getmək tək insanı yorub əldən salmır, elə maşınlar da əldən düşür, yarı yolda qalırlar. Elə, Pərviz Zamanovun maşını kimi.

Ağababa Nağıyevin 67 yaşı var. Bu kənddə doğulub-böyüyüb, yaşlanıb. Deyir, kənddə asfalt üzü görməyib. Müraciətlərinə verilən cavablar da yalnız "növbəti il"dən ibarətdir.

Xaroşa sakinlərini narahat edən təkcə yolsuzluq, maşınları deyil. Nazləddin Zeynalov deyir, ağır xəstələnməkdən qorxurlar, bax onda ümid qalır Allaha.

Quba RİH-dən Toplum TV-yə bildirilib ki, məsələylə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanıb. AAYDA isə kənddaxili yolların icra hakimiyyətinin balansında olduğunu deyib.

Xaroşalılar yol probleminin həllini gözləyirlər, yolun sahibi isə bəlli deyil.

Toplum TV

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzi Gömrük Hospitalında ÖZBAŞINALIQ - Vətəndaş ŞOK FAKTLARI AÇIQLADI

Müalicəsi Azərbaycanda mümkün olmayan Ağır qaraciyər sirrozu olmuş xəstə Əliyarova İlhamə Əli qızının həyat yoldaşı - Ağsu rayonun Padar-çöl kəndində qeydiyyatda olan, Abşeron rayonun Aşağı 28 May Yaşayış Masivində yaşayan Əliyarov Kamran Ədalət oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirirəm ki, müalicəsi Azərbaycanda mümkün olmayan Ağır dərəcəli B+D dərəcəli ağır qaraciyər sirrozu olmuş xəstə həyat yoldaşım Əliyarova İlhamə Əli qızının uzun müddət müalicələr aparılsa da, bir nəticə verməyib, onun səhhəti düzəlməyib. Son dəfə biz onu 10 martdan rayondan Bakıya koma vəziyyətində bir çox xəstəxanalara apardıq. Çox yerdə, hətta professor Əfəndiyev bildirdi ki, çox gecdir. Xəstənin sağalmasına ümid yoxdur. Biz sonda Respublika Klinik Xəstəxanasına xəstəni təcili yardımla gətirdik. O komada idi. Müalicə həkimi Sevinc həkim də bildirdi ki, hazır olun, xəstə hər an dünyasını dəyişə bilər. O bütün laborator gəstəricilərinə və xəstənin faktiki vəziyyətinə əsasən digər həkimlərlə məsləhətləşmələr apardı ki, reanimasiyadan xəstəni birbaşa evə aparsanız daha yaxşı olar, dedi. Beyin heç bir siqnal və reaksiya vermir, qaraciyər fəaliyyətini dayandırıb, heçnə edə bilmərik.” Bu arada, yəni 17 mart 2023-cü il, axşam saatlarında ( 20—00-da) xəstənin bacısı uşaqları (cavanlar) Gömrük Hospitalından təcili yardım həkimi dəvət etdilər. Mən və ailə üzvlərim olan uşaqlarımız qəti olaraq razılaşmadıq ki, xəstə son nəfəsdədir, təcili rayona aparaq.( xəstənin valideynləri isə həyatda yoxdurlar) Bacısı uşaqları isə Gömrük Hospitalından özbaşına dəvət etmiş təcili yardım həkiminə həyətdə bildirdilər ki, tez xəstəni GH-na aparın. Mən qəti etiraz etdim. Bizim uzaq qohumlarla davamız düşdü. Bunun da çəkilişləri xəstəxananın həyətindəki dava dalaşla bağlı.Lakin bu gün məlumat aldım ki, mühafizə xidməti həmin görüntüləri kameralardan siliblər. Çox maraqlı idi ki, MGH-dan gəlmiş həkimi mən söyüb-acılayıb qovmaq istəsəm də o getmirdi. Xəstəmizi aparmaq üçün gözləyirdi. Nəhayət, o yuxarı çıxıb düşdü. xəstəmizi süni tənəffüs aparatıilə axşam saat 20-də GH-na yazılı və şifahi razılığımız olmadan zorakılıqla apardılar.

Nəhayət o, son ümid yeri kimi Mərkəzi Gömrük Hospitalına üz tutub. Hospitalda ona yoldaşının sağalacağı bildirilib. Mart ayının 17-də axşam saat 20:26-da K. Əliyearov həyat yoldaşı İlhamə Əliyarovanı Mərkəzi Gömrük Hospitalına yerləşdirib. Ondan 6 min manat depozit tələb edilib. Mən deyilən məbləği iki dəfəyə -4500 və 1500 manat olmaqla deposit kimi ödədim.
Ertəsi gün axşam saatlarında reanimasaiya şöbəsinin həkimi xəstəyə təcili traombositlazım olduğunu bildirib. Mən bunu heç bir xəstəxanadan tapa bilmədikdə dedilər ki, artıq donor tapılıb və bunun üçün depozitdən 800 manat silinəcək. Guya donor da gəlib. Dedim axı mən qapıdayam donor necə keçdi? Dedilər ki, yəqin digər qapıdan keçib. Mən əvvəl bilirdim ki, trombositin faiz dərəcəsi 34-dür. Və soruşdum ki, həkim bəs neçə dərəcədir ki, trombosit siz ona təcili donor dəvət etmisiniz. Cavab verə bilmədilər. Çünki, yoxlamamışdılar. Sadəcə pul silmək üçün bir teatr qurmuşdular və depozitdən max çox pul silmək uğrunda çarpışırdılar.
Bəli, həyat yoldaşımı 2 gün hospitalda saxladılar. Bu günlər ərzində isə xəstənin müalicəsi ilə bağlı faktiki heç bir addım atılmayıb. Martın 19-da səhər depozitdəki 6000 manatı “SİLİB” qurtardıqdan sonar zəng edib bildirdilər ki, müalicəni davam etdirmək üçün yenə 6000 manat depozitə pul yatırmalısan. Cavab verdim ki, mən xəstəni çıxarıb aparmaq istəyirəm. Pul da yoxdur. Həyat yoldaşını xəstəxanadan çıxarmnaq istəyirəm dedikdə dərhal bildirdilər ki, əlavə olaraq 500 manat, daha sonra isə 1000 manat tələb edilib. Mən 500 manatı ödədim.

Yoldaşına süni oksigen aparatına qoşulmuşdu.Xəstəni aparatdan ayıran kimi isə o dünyasını dəyişib. Hesab edirəm ki, hospital onu aldadıb.Fikrimcə, yoldaşı həmin vaxt dünyasını dəyibmiş. Lakin hospital onun pullarını mənimsəmək üçün bu faktı gizlədib.

Həyat yoldaşımın dünyasını dəyişməsinə baxmayaraq pulları qaytarılmayıb. Əksinə, həmin pulların analizlərə səfr edildiyi bildirilib.
Mən isə iki gün ərzində komada olan xəstədən bu qədər analiz götürülməsini mümkünsüz sayıram. Onlar bildirdilər ki, pullarınızın nəyə xərclənməsi barədə 25 martda sənə faktura veriləcək. Fakturanı nəhayət aldım.
Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı Dilarə xanımla əlaqə saxladım. Sonra bildirdilər ki, baş həkim digərlərini dəvət edib məsləni müzakirə ediblər. Bildiriblər ki, hər şey qaydasında yanaşılıb. Pul da qaytarılmır. Getsin hara istəyir şikayət etsin. ( Yəni, ağlı olardı, xəstəsini MGH-na gətirməzdi.)

MGH-nin stasionar xəstənin tibbi kartasından çıxarışda qeyd edilir:

Xəstənin giriş tarixi: 17.03.2023. saat 20:19. Ağırlaçma-xroniki qaraciyər çatışmazlığı. Tənəffüs spontan, Sp O2 80%. Tənəffüs sərt rejimdə təmin edildi.

Uzun müddətdir hepatit B+D.

NƏLƏRİ SAXTAKARLIQLA SƏNƏDLƏŞDİRİBLƏR?

Qeyd edirlər ki, qəbul zamanı sidik kisəsi boşdur.

Faktura sənədində yazırlar ki, Sidik kültürü ( VTEK) üçün 113 manat çıxıldı.

Sidiyin ümumi analizi üçün 14 manat,

Sonda qeyd edirlər ki, əczəxana üçün 1639 manat xərcləndi. Bura daxildir- 30, 20,70,40,10, 50 ədəd əlcək, 100ml, 50 ml, 50 ml, spirt, sprislər cəmi 90 ədəd, və s. lazım olan və çoxu olmayan dərmanlarla siyahını doldurublar koma xəstəsinə.

Digər tərəfdən ağır diaqnoz bəlli olduğu halda koma xəstəsini Baş beyin KT-yə, rəngli dopler Exo KQ, Rengeneoqrafiya etdirməyə, 12 aparmalı EKQ, və ehtiyac olamayan aparata salınmışdır .

Yəni, Mənə də əvvəl MGH-nın Təcili yardım həkimi bildirdi ki, narahat olmayın xəstəni aparıb həyata qaytaracağıq. Respublika xəstəxanasında isə bildirmişlər ki, B+D ağır qaraciyər sirrozunun müalicəsi yoxdur respublikamızda və 8 gün komada olan xəstəyə heçnə edə bilmərik, apar evinizə.

Ona görə də mən şəxsən bu suala cavab üçün Səhiyyə naziri cənab Teymr Musayevdən, TƏBİBİB rəhbəri cənab Vüqar Qurbanovdan, MGH-nın tibbi xidmət generalından soruşmaq istəyirəm: Müalicəsi mümkün olmayan xəstəni MGH-na hansı məqsədlə həkimlər apardılar. Əgər komaya düşən xəstənin beyni reaksiya vermirsə, qaraciyər fəaliyyətini dayandırıbsa?

DGK-nin sədri Bağırov Şahindən soruşmaq istəyirəm: Siz 6 martda MGH-na təyin etdiyiniz baş həkimə xəstənin vəziyyəti necə olmasından asılı olmayaraq “YIĞIN” komandası vermisiniz, yoxsa müalicəsi respublikada mümkün olan xəstələri ciddi müalicə etməyi? Niyə yenicə təyin etdiyiniz baş həkim xəstənin öləcəyini 100% bilə bilə soyğunçuluğa göstəriş verib?

Cənab Baş prokuror Kamran Əliyev Sizdən xahiş edirəm ki, Mərkəzi Gömrük Hospitalında mənim və ailə üzvlərimizin razılığı ( şifahi və yazılı) olmadan həyatla vidalaşmaq üzrə olan xəstəmizi həyata qaytaracağıq vədi verərək, 38 saat ərzində bizə lazımsız formal müalicələr aparan dələduz həkim dəstəsi və rəhbərliyi barəsində ciddi araşdırma aparılmasına göstəriş verib məni kimi insanlara maddi və mənəvi zərbə vuran Səfər Mehdiyevdən qalma nehrəmlilərin qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Həkim dələduzluğu nəticəsində Mənə dəymiş maddi ziyan dərhal ödənilsin.

Çoxhörmətli cənab Prezident İlham Əliyev! Sizdən şəxsən xahiş edirəm ki, uzun müddət korrupsiyalaşmış Dövlət Gömrük Komitəsində sabiq sədr Səfər Mehdiyev və onun DGK-də kök salmış 1500 nəfərdən ibarət nehrəmli qohum əqrəbaları ilə faktiki bacarmayan və nəticədə xəstə insanların həyatlarını alver predmetinə çevirən MGH-da ciddi islahatlar aparmaq iqtidarında olmayan Bağırov Şahinin daha ciddi, təcrübəli, cəsarətli, nəfsitəmiz, vicdanlı, peşəkar bir gömrük işçisilə əvəz edəsiniz ki, o da heçnədən çəkinmədən DGK-də ciddi kadr islahatları apara bilsin. Əvvəlcədən minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraü bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsi bir neçə şirkətə qarşı İDDİA QALDIRDI

Bakı Şəhəri Lokal Gəlirlər Baş idarəsi bir neçə şirkəti məhkəməyə verib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, buna səbəb inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir (vergi məsələləri üzrə).

Bütün işlərə Bakı İnzibati Məhkəməsində baxılır.

Məhkəməyə verilən şirkətlər isə aşağıdakılardır:

1."Sahibkar ASF" MMC. Məhkəmə işi hakim Aygün Əhədovanın icraatındadır.

2."Azəri Halal".MMC . Məhkəmə işi hakim Ləman Musayevanın və Tural Məlikovun icraatındadır.

3."Tanar" Firması, İşə Miminat Hacıbəyova hakim təyin edilib.

4. "Alov LTD". Məhkəmə işi hakim Mehriban Qarayevanın icraatındadır.

5."Kamran Dent". Məhkəmə işi hakim Rüstəm Kərimlinin icraatındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Su üzünə həsrət qalan Ağdam sakinləri - Aidiyyəti qurumların gülməli "ÇIXIŞ" yoluna ETİRAZ / FOTOLAR

Ağdam rayon Alıbəyli-2 qəsəbəsinin sakinləri suya həsrət qalıb.

Bu barədə Yenicag.az-a qəsəbə sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, qəsəbəni su ilə təmin edən artezianın motoru yanıb. Bundan sonra qəsəbə sakinləri suya həsrət qalıblar.

Qəsəbə sakinləri bildirib ki, məsələ ilə bağlı Qəsəbə nümayəndiliyinə, Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara məlumat verilib.

Qurumlardan gəlib, baxıb gediblər. Artezianın təmiri ilə bağlı heç bir iş görülməyib. Aidiyyatı qurumlar qəsəbə sakinlərini su ilə təmin etmək üçün bir maşın su göndəriblər, həmin su isə yalnız 22 evi görüb. Qəsəbə sakinləri maşının sayının artırılmasını tələb etsələr də, bunu belə yerinə yetirməyiblər.

Hazırda Alıbəyli-2 sakinlərinin nəinki içməli, heç heyvanlarının suvarılması üçün belə suyu yoxdur.(Yenicag.az)

Su üzünə həsrət qalan Ağdam sakinləri - Aidiyyəti qurumların gülməli "ÇIXIŞ" yoluna ETİRAZ / FOTOLARSu üzünə həsrət qalan Ağdam sakinləri - Aidiyyəti qurumların gülməli "ÇIXIŞ" yoluna ETİRAZ / FOTOLARSu üzünə həsrət qalan Ağdam sakinləri - Aidiyyəti qurumların gülməli "ÇIXIŞ" yoluna ETİRAZ / FOTOLARSu üzünə həsrət qalan Ağdam sakinləri - Aidiyyəti qurumların gülməli "ÇIXIŞ" yoluna ETİRAZ / FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda daha bir Dövlət Xidmətinin baş idarəsi yaradıldı - SƏRƏNCAM

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

2.1. 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)” və “, habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri çıxarılsın;

2.2. 5.5-ci bəndin birinci cümləsində “bir birinci müavini və üç müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;

2.3. 5.6.9-cu yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

2.4. 5.6.11-ci yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;

2.5. 5.7-ci bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən” sözləri çıxarılsın.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qocalan" nikahlar: "Uşaqpulu"nu bərpa etmək lazımdır" - Ekspert danışır

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Ümumiyyətlə, öncəki illərlə müqayisədə son illər rəsmi nikaha daxil olanların sayında azalma var.

Maraqlıdır, nikahı stimullaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Turantv.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, gənclər arasında evlənməyə maraq azalır:

“Əvvəlcə buna cavab tapmaq lazımdır ki, gənclər niyə evlənmək istəmir? Xüsusilə, karyera qurmaq adı ilə irəli yaşlara qədər evlənməməyə çalışırlar. Karyera qurmaq yaxşıdır, həm ölkənin gələcəyi, həm gənclərin savadlılığı, həm də iqtisadi cəhətdən tamamilə asılı olmamaları baxımdan alqışlanası addımdır.

Amma ailə qurmaqla karyera qurmağı eyni anda etmək olar. Biri digərinə mane olmamalıdır. Təəssüf ki, bəzi mental dəyərlərə görə, ailə qurandan sonra qızların karyera məsələsi ikinci plana atılır. Bundan əlavə, rəsmi nikah bağlamadan evlənən insanlar da var. Gənclərin nikaha marağının azalması özünü statistikada göstərir”.

Onun sözlərinə görə, əvvəlcə genefondun artırılmasında gənclərdə maraq yaradılmalıdır:

“Uşaqpulu” verilmir, xüsusi imtiyazlar yoxdur, ailə quran gənclər evsizdir. Yəni, onlara bu kimi məsələlərdə stimul lazımdır. Yeni ailə quranlara güzəştli şərtlərlə ev təşkil etmək, doğulan uşaqlara görə “uşaqpulu”nu bərpa etmək lazımdır.

Mexanizm hazırlansa, stimullaşdırıcı çox təklif vermək olar. Biz narahatıq, amma hökumət bundan narahat deyil. Əgər narahat olsa, genefondun təhlükədə olduğunu bilsə, hökumətdən bir tərpəniş, cəhd hiss edərdik. Amma biz bunu görmürük, hiss etmirik. Yenə də özümüz deyirik, özümüz yazırıq, özümüz oxuyuruq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
20 saylı məktəbdə BAZAR AÇIBLAR... - BELƏ HARA GEDİRİK?

Bakı şəhər A.Hüseynzadə adına 20 №-li məktəb-lisey təhsil adına rəzalət yaşanır, desək,yəqin yanılmarıq.

Dunyaninsesi.Az saytının redaksiyasına verilən məlumatda iddia edilir ki, məktəbin rus bölməsinin 4F sinfinin ibtidai sinif müəllim Zümrüd Abbasquliyeva müəllim adına yaraşmayan hərəkətləri ilə valideynləri təngə gətirib. Belə ki, bu müəllim ağına-bozuna baxmadan ürəyi istədiyi vaxt sinifdən pul yığır. Onun sonuncu “maliyyə əməliyyatı”nın məbləği şagird başına 50 manat civarında olub. Hələ bu azmış kimi etiraz edən valideynləri özlərinə məxsus üsullarla “cəzalandırırlar”. Konkret desək, pul verməkdən boyun qaçıranların uşaqları sinifdə sıxışdırılır və direktorun əli ilə həmin şagirdlər Zümrüd Abbasquliyevadan alınıb başqa siniflərə mədəni”sürgün” edilir.

İbtidai sinif müəllim Zümrüd Abbasquliyeva yığıdığı pulu 50 manatla yekunlaşdırsa dərd yarı olar.Amma o, əlavə olaraq 10 manat da tələb edir.Rəqs pulu, nə bilim,restoran pulu, başqa rəqs istəyənlər üçün əlavə pul və s…

Məlumatı göndərən mənbə onu da iddia edir ki,Zümrüd Abbasquliyeva 20 №-li məktəb-liseyin direktoru tərəinfdən himayə olunur.Ona görə də istədiyi hərkəti edir.

Məktəbin yeni açılmış votsap qrupundakı pul yığma əməliyyatının yazışmasını təqdim edirk:
20 saylı məktəbdə BAZAR AÇIBLAR... - BELƏ HARA GEDİRİK?

Ali təhsilli müəllimlərin başdan-ayağa orfoqrafik və üslub səhvləri ilə dolu olan yazışmaları isə başqa bir dərddir.

Maraqlıdır, görəsən,Elm və Təhsil Nazirliyi , yaxud da Bakı Şəhər Baş Təhsil İdarəsi bu biabırçlığıa son vermək üçün hüquqi addımlar atacaqmı?

Tərəflərin mövqeyini və açıqlamalarını dərc etməyə hazırıq.

Onu da qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub və nəticədə 10 nəfər şagirdin zəhərlənib.Faktı Bakı Şəhər Baş Təhsil İdarəsi də, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da təsdiq edib.

Görəsən, bu da təsadüfdür,yoxsa məktəb rəhbərliyi təhsil müəssisəi ilə bazarı dəyişik salıb? //Dunyaninsesi.Az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO