[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət başçısı Maki Sallanı təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zooparkda pələng balası doğuldu


Bakı Zooloji Parkında pələng balaları doğulub.

Bu barədə parkın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, pələnglərin 1-i erkək, 2-si isə dişidir. Çəkiləri 5.4 - 5.7 aralığında olan balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmır. Qidalarını isə ana pələng öz yuvasına gətirir.

Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib. Park rəsmiləri adların sosial şəbəkə istifadəçiləri tərəfindən seçilməsini istəyirlər. Bunun üçün ən yaxşı ad təkliflərini rəy bölməsində qeyd olunması da bildirilib. Adla bağlı fikrinizi bildirmək üçün bu linkə daxil ola bilərsiz.
Məlumatda qeyd olunub ki, pələng balaları 4 yaşında müstəqil həyata başlayır. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi


Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilsin.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Meşələrin İnkişafı Xidmətindən "TVM İnşaat"a 3,3 milyon manatlıq sifariş

Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti növbəti tenderin nəticələrini elan edib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, "Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) salınması üzrə işlərin satın alınması" tenderinin qalibi "TVM İnşaat" MMC (VÖEN: 1101408601) olub.

Qalib şirkətə 3 335 391 manat ödəniləcək.

"TVM İnşaat" daha öncə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən elan edilmiş 1 496 017 manat dəyərindəki "Xətai rayonu 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası" tenderinin qalibi seçilib (04.08.2020 ).
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azərlotoreya`ya ETİRAZ: Bu, xalqın cibinə girməkdir... - AÇIQLAMA

Bu gün Bakı küçələri açıq kazinoları xatırladır. Hər küncdə topa ilə yığılmış adamlar pul qoyub, pul qazanmağa çalışır. “Azərlotereya”nın bu fırıldağının hələ onları hansı bəlaya saldığından xəbəri olmayan mərc həvəskarları cibindəki sonuncu qəpiyi də ora xərcləməyə hazırdır. “Azərlotereya” xüsusilə gəncləri narkotikdən betər olan qumar bəlasına cəlb edir, bir çoxlarının da həyatını qaraldır, gələcəyini əlindən alır. Ancaq onları Azərbaycan gəncinin gələcəyi deyil, öz qazancları maraqlandırır.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən AĞ Partiya başqanının müavini Əhəd Məmmədli bildirib ki, şəhərin hər yerində mərc oyunları kağızlarının, lotereyaların satılması 1990-cı illəri xatırladır:
“O vaxt ölkədə vəziyyət çətin idi, sosial vəziyyət yaxşı deyildi, müharibədən yeni çıxmış ölkə idik, o vaxt da belə oyunlar var idi. İnsanlar şəhərdə, rayon mərkəzlərində indiki kimi bir yerə yığışıb bu cür mərc oyunları oynayırdılar, zər atırdılar. Çox təəssüf edirəm ki, indi də həmin şeylər başqa formada davam edir.
Hər şey futboldan başladı demək olar. Futbol oyunları ilə bağlı mərclər gəldi, daha sonra davam elədi, inkişaf elədi. Görünür ki, bu məsələdə oliqarx-məmurların da maraqları var. Çünki ortada böyük pullar dövr edir. Uzun illər əvvəl ölkədə kazinolar ləğv edildi. Buna baxmayaraq hələ də qumar yaşayır, ancaq küçə səviyyəsində. Kazinolara kimlər gedirdi? Varlılar. Kasıb təbii ki, kazinoya gedə bilməzdi. Ancaq bu küçə qumarını daha çox oynayan kasıblardır. Hansı varlı durub lotereya oynayacaq? Bu, kasıbın cibinə girməkdir. Kasıb da işsizlikdən mərc oyunlarına son ümid yeri kimi baxır. Pullar itirir, bu da böyük faciələrə səbəb olur”.

Ə.Məmmədli bildirib ki, bu cür oyunları qadağan etmək lazımdır. Nə qədər ki, gec deyil, oliqarx məmurların əlavə qazanc yerini bağlamaq lazımdır:

“Nə vaxta qədər bu cür məşğuliyyətlərə şərait yaradan məmurlar pullar qazanacaq? Narkotik necə təhlükəli bir xəstəlikdirsə, eynən də qumar təhlükəlidir. Biz müsəlman ölkəsiyik, bu kimi oyunlar Azərbaycan dövlətinin mahiyyətinə, quruluşuna ziddir. Ümid edək ki, yaxın zamanlarda bunun qarşısı dövlət tərəfindən alınacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş prokurorun xidməti vəsiqələrlə bağlı səlahiyyətləri artırılır


Milli Məclisin plenar iclasında Azərbaycan Baş prokuroru və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib.

Bununla bağlı "Prokurorluq haqqında" qanuna dəyişiklik təklif olunub. Qanun layihəsinə görə, prokurorluq işçilərinin xidməti vəsiqəsində əks olunan məlumatların, təsvirlərə dəyişikliyin edilməsi zamanı vəsiqə nümunəsinin təsdiq edilməsi Baş Prokurorun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməlidir.

Hazırda Baş prokurorun, onun müavinlərinin, Naxçıvan MR prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Baş prokuror və ya müavini tərəfindən imzalanır. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

Qeyd edək ki, Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş digər qanun layihəsinə əsasən prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında 2001-ci il tarixli qanunun ləğvi də təklif edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hüquq müdafiəçisi “Azəriqaz”a SƏSLƏNDİ - “Əməkdaşların qapı-qapı düşüb pul yığmağa ixtiyarları yoxdur”


““Azəriqaz”ın Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədov Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovu işdən çıxarıb. Biz onu məhkəməyə verməyə hazırlaşırdıq. Məmmədovu işdən çıxarandan sonra yenidən onunla bağlı polisə müraciət etmək heç nəyə sığmır. Bu adamı o dəqiqə narkoman adlandırdılar. 2021-ci ildə Salyan rayonunda da 12 nəfəri işdən çıxarmışdılar ki, guya narkomandırlar. Hansısa özəl klinika gəlib analiz götürmüşdü. Mən isə onlara məsləhət görmüşdüm ki, Bakıya Narkoloji Dispanserə gəlsinlər. Nəticədə kağız aldılar ki, narkotik maddə qəbul etmirlər. İnsan xəstə də ola bilər, içkiyə aludə də. İş yerində bu adam özünü normal aparırsa, vəzifə səlahiyyətlərini yerinə yetirirsə, iş vaxtı ona “narkoman” möhürü vurmaq olmaz. İlkin Məmmədovla bağlı ardıcıl yazmaqda məqsədim onun işdən çıxarılandan sonra polisə verilməsi idi. Məni də polis qolumdan tutub aparsa, təbii ki, müqavimət göstərəcəyəm. Birdən-birə polis gəlib səni sürüyə-sürüyə aparır. İşə “xuliqanlıq” adı verdilər…”

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, İlkin Məmmədova İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ), 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi ), 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə bir ay müddətinə həbs cəzası verilib: “Təbii ki, vəkil bu məsələni Avropa Məhkəməsinə çıxarmağı planlaşdırır. Amma əmək hüquqlarını məhkəmədə müdafiə etmək çətinliyi ortaya çıxıb. İlkinə 1 ay həbs cəzası verdilər. Lakin Əmək Məcəlləsinə görə, işdən azad olunan işçi bununla bağlı 1 ay müddətində məhkəməyə müraciət edə bilər. Bu müddət buraxılıb. Martın 19-da işdən azad etmişdilər, aprelin 20-də müddət bitir. Vəkillərlə, hüquqşünasla danışdım ki, bu itmiş vaxtı necə bərpa etmək olar. Biz də alternativ araşdırma aparmışıq ki, Zaur Məmmədov onun ailəsini təhqir edib, aralarında müəyyən mübahisə düşüb. Peşəkar, sahə üzrə yaxşı mühəndis olmaq başqa şeydir, amma idarəetmə qabiliyyətin yoxdursa, səndən rəhbər çıxmaz. Bu müəssisədə hərə bir ailədən gəlib, hərənin ayrı xarakteri var. Gərək, müəssisəni yaxşı idarə edəsən. İşçini çıxarmaq istəyirsənsə, Əmək Məcəlləsinə əsaslandır, sonra işdən çıxar. İşdən çıxarıb, sonra polisə veribsə, deməli, qərəzlidir, baş mühəndisin hikkəsi soyumayıb. Bilmirəm, kimin qohumudur. Amma idarə rəhbərliyinin birdən-birə keçmiş işçini polisə verməsi çox müəmmalıdır. Sual verən yoxdur ki, siz niyə şikayət edirsiniz, narkomandırsa, qoy ətrafındakı adamlar şikayət etsin. Bu suallara cavab almaq istəyirəm. Hər şey qanunla tənzimlənməlidir. Çalışacağıq ki, itən vaxtı təmin edək. İlkin Məmmədovun həbs müddəti bitəndən sonra işə yenidən qaytarılması üçün məhkəməyə müraciət edəcəyik. Vəkil artıq apellyasiya şikayəti verməyə hazırlaşır”.

M.Qəhrəmanlı deyib ki, “Azəriqaz” abonentlərdən qaz pulunu nağd formada almaqla bağlı məsələyə münasibət bildirməyəcək: “Sosial şəbəkədə yazdıqlarıma həmişə müavinim, həm də təşkilatın hüquqşünası Azər müəllim hüquqi cəhətdən nəzarət edir. “Facebook”da paylaşdığım cədvəldə yığım planı qoyulub, orada planın yerinə yetirilməsi və hər bir nəzarətçinin adı yazılıb. İlkin Məmmədov 67% göstərilib. Bunlar işçinin faizlə iş qabiliyyətini yoxlayırsa, İlkin Məmmədov artıq ayın yarısında 67%-i yerinə yetirib. Hər bir işçi işə götürülərkən əmək müqaviləsi imzalayır. Müqavilədə əlahiddə öhdəliklər yazılır ki, işçi hansı şərtləri yerinə yetirməlidir. Azərbaycanda kommunal xərclərin nağd ödənişi çoxdan yoxdur. İşığa, qaza baxan nəzarətçilər gəlib səndən pul istəyə bilməzlər. Onlar, sadəcə, bildirişlər paylamalıdırlar. Mənə verilən məlumata görə, bunların nəzarətçiləri vətəndaşdan qaz pulunu nağd formada yığırlar. Onların əmək müqavilələrində belə şey yoxdur. Hər bir nəzartəçidən gedib soruşsunlar. Bu, rayonlarda var. Bakıda gəlib sənə bildiriş verirlər. Abonent bir-iki dəfə bildirişə əsasən kommunal xərci ödəməyəndə idarə özü qərar qəbul edir, qəza xidməti gəlib qazı kəsə bilər. Bu, qanunda var, müqavilədə də göstərilib. Belə çıxır ki, nəzarətçiyə səlahiyyətinə aid olmayan, əmək müqaviləsində göstərilməyən işi gördürürlər. Nağd pul yığmaq İnzibati Xətalar Məcəlləsi ilə qadağandır. Əmək Məcəlləsinə görə də, işə götürən işçiyə vəzifə səlahiyyətlərinə aid olmayan işi gördürdüyü üçün cəzalandırılmalıdır. Qapı-qapı düşüb pul yığmağa ixtiyarları yoxdur. Məndə dəqiq məlumat olmasa, qətiyyən bu barədə yazmaram. Bu, mənə yanaşmaz. Barəmdə axmaq sözlər deyirlər, yazırlar, heç vecimə də deyil. Kiminsə trolları ortaya düşür. Nə deyirəmsə, arxasında dayanıram. Bilirəm ki, İctimai Şura üzvlərinin hamısı “Azəriqaz”ın tərəfini tutacaqlar. Bu, bütün qurumlarda belədir. Sən oruc tutub, insanlara iftar süfrəsi verirsən, amma Ramazan ayında bir ailəni başsız qoyursan. Bu, bağışlanası səhv deyil, insafsızlıq, Allahsızlıqdır. Bəs əvvəl görmürdülər ki, İlkin Məmmədov narkomandır, xuliqandır? Rayon yeridir, hamı bir-birini tanıyır. Elin gözü tərəzidir…”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib


İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.

Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MTK-lar indi də generator pulu yığır: “100 manat verin” - ARAŞDIRMA


Bakı şəhərində yerləşən bəzi binalarda Mənzil-Tikinti Kooperativləri (MTK) soyğunçuluq edirlər.

Belə ki, binanın girişində vətəndaşlardan pul tələb edən elan yerləşdirilir.

Səbəb kimi isə işıqlar sönərkən liftlərin işləməsi və suyun gəlməsi üçün binaya generator alınması göstərilir.

MTK-lar bunun üçün mənzil sakinlərindən 100 manat “köməklik” istəyirlər.

Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 24 ünvanında yaşayan sakinlər bildiriblər ki, həmin pul kommunal xərclərə görə ödənilən vəsaitdən əlavə istənilir.

Bəs MTK-lar sakinlərdən bu cür ödənişi tələb edə bilərmi?

Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin rəhbəri olan Vüsal Məstəliyevin sözlərinə görə, bəzi şəraitlərdən istifadə edərək MTK-lar müxtəlif vasitələrlə mənzil sahiblərindən əlavə ödənişlər almağa can atırlar:

“Bu ödənişlərdən kənarlaşan mənzil sahiblərini isə enerjinin, suyun verilməməsi ilə hədələyirlər. Mənzil sahibi isə çıxılmaz vəziyyətdə qalaraq, loru dildə desək, komendantın çaldığı hava ilə oynayırlar. Binada liftin, qapının, şlaqbaumun qırılması və ya bina üçün zəruri olan şeylərin alınması üçün mənzil sahiblərindən əlavə ödənişlər tələb edirlər. Bu, özbaşınalıqdır. Halbuki mənzil sahibləri müvafiq MTK-dan mənzil alarkən, hər ay bəzi ehtiyacların ödənilməsi üçün hər kvadrat metrə görə müəyyən ödənişlər alırlar.

Bəzi MTK-lar isə ödənişləri kvadratmetrə görə yox, aylıq təyin edilən vəsaitə görə alırlar. Hər ay mənzil sahibləri tərəfindən ödənilən vəsaitlər isə təmizliyin qorunmasına, liftlərin fasiləsiz işləməsinə, bina üçün çalışan şəxslərin məvacibinə və sair zəruri işlərə görə ödənilməlidir. Əgər mülkiyyətçilər tələb edərsə, MTK-lar həmin ödənişlərin hesabatını onlara təqdim etməlidirlər”.

O qeyd edib ki, bütün bu istismarçılığın qarşısını almaq üçün Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalı və MTK binanı MMMC-yə təhvil verməlidir.

Hüquqşünas Cavid Babayev bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbinə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ verilir:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğv olunmalı, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməli və ya idarəedici təşkilat tərəfindən idarə olunmalıdır. Qeyd edilən məsələlərin icra edilməməsinə görə, İnzibati xətalar Məcəlləsinin 393-1.1-ci maddəsinə əsasən, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər”.

O vurğulayıb ki, binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə, idarəedici təşkilat tərəfindən idarə edilmə kimi üsullardan birini seçməyə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin borcudur:

“Binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir. Müqavilə ilə müəyyən olunan binanın idarəedilməsi, tərəflər arasında qabaqcadan razılaşdırılmalıdır. Burada göstəriləcək xidmətlərin siyahısı, xüsusən də təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları, tullantı xərcləri, liftin istismarı ilə bağlı xərclər, müqavilənin digər şərtləri və müddəti barədə qarşılıqlı razılıq əks olunmalıdır.
Tərəflər arasında qabaqcadan şərtlərin razılaşdırılması müəyyən olunmadıqda, idarəedici təşkilat gələcəkdə, qeyri adi təklif, elan və xahişlər ilə, sahə mülkiyyətçilərinin iradəsinə zidd şəkildə çıxış edə bilir. Təcrübədə belə faktlara tez-tez rast gəlinir. İdarəedici təşkilatların öz səlahiyyətlərindən sui-istifadə edərək, liftlərin öz mənafeləri üçün söndürməsi sahə mülkiyyətçilərinin hüquqlarını məhdudlaşdırmış olur və heç bir normativ hüquqi akta əsaslanmır.

Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqının və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği qanun layihəsinə cari iqtisadi vəziyyətə uyğun yenidən baxılması, tariflərin vahid şəkildə müəyyən olunması məqsədə müvafiq olacaq”.

Son zamanlar idarə edilmə formalarının birindən olan, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) vətəndaşlar arasında böyük maraq yaradıb.

Hüquqşünas deyir ki, Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil:

“MMMC-nin iştirakçıları, özləri idarə edilmə ilə bağlı xərcləri müəyyən edir, maliyyə hesabatlarını izləyir, təyin olunmuş idarəçinin səlahiyyətlərinə nəzarət edir, hesabatları alır gələcəkdə yarana biləcək hər hansı böyük xərclə bağlı müzakirələrdə iştirak etmək hüququnu özündə saxlayır”.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, ölkəmizdə yeni tikili binalarla bağlı idarəetmələr müxtəlif formada aparılır:

“Bakı, Sumqayıt və Abşeron ərazilərində kommunal xərclər hər kvadratmetrə görə 20 qəpikdən iki manata kimi dəyişir. Bəzi binalarda yığılan pullar binanın idarəolunmasına bəs etməsə də, bir çox binalarda yığılan vəsaitin həcmi çox, xərclənən isə az olur. Hazırda Bakı, Sumqayıt və Abşeron ərazilərində 2000-dən artıq çoxmənzilli yaşayış binası var. Onların böyük hissəsinin yaşı 10 ili ötür.

Zaman keçdikcə həmin binalarda xərclər artır. Buna yeni liftlər, dam örtüyün dəyişdirilməsi və sair xərclər daxildir. Qanunvericilikdə bina tikilib təhvil verildikdən sonra sakinlər MMMC qurmalı və idarəetməni təşkil etməlidirlər. Təbii ki, bu sakinlər tərəfindən aparılırsa, kommunal pulu az, xidmət yüksək olar. Çünki sərf edilən xərclərə nəzarət oluna bilər”.

Onun sözlərinə görə, çoxmənzilli binalarda yığılan pullardan əlavə büdcə formalaşdırılmalıdır:

“Gələcəkdə nəsə olanda pul büdcədən ödənilsin. Təəssüflər olsun ki, çox az MTK-da bu formada idarəetmə var. Sakinlər tərəfindən binaların idarəolunması ilə bağlı maarifləndirmə aparılmalı, inzibatçı seçilərkən müəyyən kurslar keçməlidir.

Daşınmaz əmlakların satış qiymətləri bahadır. Binaların görünüşü dağılırsa, həyətində natamamlıq olursa, oradakı mənzilin bazar dəyəri normal qiymətlərdən aşağı olur. Yəni, alıcı köhnə binalara kapital yatırmaq istəmir. Eyni zamanda, binaların qorunması və xərclərin istifadə olunması vətəndaşların kapitallarını da dəyərdə saxlayır. Yeni yaşayış massivlərinin idarəetməsi ilə bağlı qurum yaranarsa, yığılan kommunalın ödənişini aşağı salar, keyfiyyəti də yüksək olar”. //oxu.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO