[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Son əməliyyatdan sonra nəzarətimizə keçən iki kənddən - Görüntülər

Şuşa istiqamətində keçirilən son əməliyyatlar nəticəsində Şuşanın iki kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Martın 25-də Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində bir sıra yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri artıq Azərbaycan Ordusunun nəzarəti altındadır.

Həmin kəndlərdən videogörüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
165 ailə və dövlət bir dələduzun əlində qalıb... - MÜRACİƏT


Bakının Yeni Günəşli ərazisində tikintisi yarımçıq qalan, sahibi dələduzluğa görə həbs edilən "Sahil - S İnşaat" MTK-ya məxsus binasının sakinləri yeni bir cəncəl və ciddi problemlə üzləşiblər. Sakinlər indi də kredit ödənişi etmək üçün maliyyə arayışlarını əldə edə bilmir. Bununla bağlı Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu məsələyə dövlətin müdaxiləsi olmasa, vətəndaşlara köməklik göstərilməsi probpem həllini tapmayacaq. "Çünki şirkətin dələduz əməllərinə görə həbsdə olan rəhbəri Taley Alaverdiyev ödənişlərlə bağlı qəbzlərə imza atmır, möhür vurmur. Bu adam istintaq altında olduğu dövrdə biz ödənişləri edirdik, sonra göndərilirdi, o da təsdiqləyirdi, sonra həmin vəsaitlə binanın tikinti işləri görülürdü, liftlər quraşdırılırdı. İndisə şirkətin sahibi qol çəkməkdən imtina edir, biz də qeyri-müəyyən vəziyyətdə qalmışıq, binadakı işləri tamamlaya bilmirik. Bu günlərdə Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət etdik, oradan cavab verildi ki, istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. Yəni Taley Alaverdiyev istintaq altında deyil, hər arayışlara möhür vurmaqdan imtina edir. Deyir ki, vətəndaşlar məni həbs etdirib, acığa qol çəkməyəcəm. Beləcə, 165 ailənin illərdir ki, çəkdiyi əziyyətin üstünə daha bir problem gəlib"- deyə şikayətçilər prezidentə və baş prokurora müraciətdə üzləşdikləri çətinliyi qeyd ediblər. Onlar dövlət başçısından və baş prokurordan bu məsələnin yoluna qoyulması üçün xahiş ediblər: "Taley Alaverdiyev dələduzluğa görə həbs edilsə də, faktiki şirkətin sənədləri ona aiddir, səlahiyyət sahibidir. Biz də ondan asılı vəziyyətə düşmüşük. Nəyə görə belə olmalıdır ? Bu adam fırıldaq edibsə, cinayətə yol veribsə, onun MTK üzərindəki səlahiyyətlərinə xitam verilməlidir. Bəs, dövlət vətəndaşa hansı şəraitdə kömək etmək üçündür? Biz kimdən dəstək gözləməliyik? Bu şəxs Azərbaycan vətəndaşıdır, Azərbaycan qanunları ilə mühakimə olunursa, biz gedib başqa dövlətə müraciət etməli deyilik ki?! Onun dələduzluğu ucbatından onsuz da mənzillərimizə köçə bilmirik, indi öz gücümüz hesabına işləri tamamlamaq istəyirik, amma dövlət bizi bir dələduzdan asılı vəziyyətə salıb. Həbsdə də adam dövlətə , vətəndaşlara, qanunlara meydan oxuyur. Ona görə bu işlə Prezident Administrasiyası, Baş Prokurorluq, məhkəmə sistemi təcili məşğul olmalıdır. Biz artıq bilmirik ki, Taley Alaverdiyev arayışlara qol çəksin. Bu adama belə çıxır ki, qanunların, dövlətin gücü çatmır? Bəs, dövlət vətəndaşa nə zaman yardım edir? Bizə cavab verilir ki, bu dələduzun şirkət üzərində səlahiyyət hüquqları qalır deyə ondan asılı vəziyyətdəsiz. Təsəvvür edin ki, həbsdə olan dələduz orada belə qanunlardan əleyhimizə istifadə edir. Bu nə məhkəmə-hüquq sistemidir? Bu nə yanaşmadır? 165 ailə lift qoydurub binada normal yaşayışını təmin edə bilmir, bir cinayətkar isə dövlət orqanları qarşısında "at oynadır". Ona görə cənab Prezidentə və hörmətli Baş prokurora ümidimizi bağlamışıq. Biz dövlətin ali rəhbərliyinə və ali qanunlarına inanırıq. İnanırıq ki, illərdir yaşadığımız bu müsibətlərə, bitməyən problemlərə dövlətin iradəsi nəticəsində kökündən son qoyulacaq. Faktiki 165 ailə bir dələduzun əlində qalıb və bizi yalnız dövlət rəhbərliyi bu cinayətkarın cəngindən xilas edə bilər. Dövlət bu şirkəti nəzarətə götürsün, himayə etsin, cinayətkar şəxsin səlahiyyətlərinə xitam verilsin, o, MTK üzərində hüquqlardan məhrum olunsun, binadakı işlər ya rəsmi şəkildə sakinlərin kollektiv idarəçiliyinə verilsin, ya dövlət özü himayə edib problemlərə son qoysun. Ümid edirik ki, bizim müraciətimiz eşidiləcək, cənab Prezident və hörmətli Kamran Əliyev səsimizə səs verəcək".
Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Selçuk Bayraktarı qəbul etdi


Prezident İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib.

Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.

Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"BakuBus"dan nazirin bacanağının şirkətinə cavab: - "Əsassız iddiadır"


"Azsığorta” ASC-nin "BakuBus” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı iddia əsassızdır.

Xalqxeber.az bildirir ki, bu barədə Qaynarinfo-ya "BakuBus” MMC-nin hüquq sektorunun müdiri Rüstəm Cəfərov bildirib.

Məlumat üçün deyək ki, "Azsığorta” ASC "BakuBus” MMC tərəfindən sığorta öhdəliklərinin pozulması iddiası ilə məhkəməyə müraciət edib. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Rüstəm Cəfərov isə bildirib ki, "Azsığorta” ASC 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ödədiyi 5860 manat sığorta ödənişini, subroqasiya qaydasında "BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

"Biz "BakuBus” MMC olaraq yuxarıda qeyd edilən məbləğin 860 manatını 19.02.2016-cı il tarixində, 5000 manatını isə 19.01.2017-ci il tarixində rəsmi qaydada "BakuBus” MMC-nin bank hesabından "Azsığorta” ASC-nin bank hesabına köçürmüşük. Görünür, "Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmaları nəticəsində 2017-ci ildə öhdəliyini tam şəkildə icra edilməsinə baxmayaraq, 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edilib”, deyə sektor müdiri əlavə edib.

Rüstəm Cəfərov əlavə edib ki, məsələ ilə bağlı "Azsığorta” ASC-yə məlumat verilib: "Ümid edirik ki, ən qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəklər. Əks təqdirdə "BakuBus” MMC-nin iş güzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcək".

Məsələ ilə bağlı "Azsığrota”dan münasibət öyrənmək mümkün olmayıb.

"BakuBus” MMC 2014-cü ildə yaradılıb. Əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən MMC 2018-ci ildə BNA-nın tabeliyinə verilib.

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib


Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.

Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib.
Ətraflı

Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

***

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub.

Xocasəndə saxlanılan şəxsin İlkin Süleymanov olduğu bildirilir.
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib
Fazil Mustafaya qarşı terrorda şübhəli bilinənlər onlardır - Yenilənib


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: “Unibank”da AÇIQ TALAN - Vətəndaşların əmanətləri ƏLƏ KEÇİRİLİB


Azərbaycanda fəaliyyət göstərən kommesiya banklarının filiallarında vətəndaşlara məxsus əmanətlərin mənimslənilməsi halları hələ də qalmaqdadır.

Qeyd edək ki, bankarın müxtəlif filiallarına rəhbərlik edən şəxslər oradakı əmanətləri talan edir.

Təbii ki, sonu həbslərlə yekunlaşsa da nəticədə vətəndaş illərlə əziyyət çəkməli olur.

DİA.AZ bildirir ki, Gununsesi.info-ya daxil olan bir xəbərdə eyni halın “Unibank”da baş verdiyi deyilir.

Məlumata görə, bankın Yasamal və bir neçə rayondakı filialında belə hallar baş verib. Bildirilir ki, bank rəhbərliyi olayın ictimailəşməməsi üçün əmanətləri mənimsənilən vətəndaşlardan möhlət istəyib.

Məsələ ilə bağlı adıçəkilən bankdan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb.

Xatırladaq ki, buna bənzər olay bir neçə il əvvəl “Texnikabank”ın Binəqədi filialında Zal Yusifovun rəhbərliyi ilə baş vermişdi. Banka əmanət qoyan onlarla müştərinin milyonlarla vəsaiti Zal Yusifov və onun oğlu tərəfindən talan edilmişdi.

Hər iki ata-oğul buna görə uzun illər həbsə məhkum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan gömrüyündə VƏTƏNDAŞ ÇİLƏSİ: Hər şey DAHA BETƏR OLUB... - KİM(LƏR) VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR?


Naxçıvanda hakimiyyət dəyişikliyindən sonra yerli sakinlər bəzi müsbət dəyişikliklərə ümidlənmişdi. Gözləntilərdən biri də, sərt gömrük qaydalarının yumuşaltmaqla, əhalinin maddi rifahını yaxşılaşdırmağa şərait yaradılması idi. Lakin, bu ümidlər bəzi sahələrdə olduğu kimi gömrüklərdə də özünü doğrultmadı. Məsələn, Sədərək keçid məntəqəsində qadağa üstünə qadağa tətbiq olunur, əhaliyə əvvəlkindən də az ərzaq keçirməyə icazə verilir.

Əvvəllər Türkiyədən adambaşına ayda iki dəfə 30 kilo istənilən növ ərzaq keçirməyə imkan verilirdisə, indi Sədərək gömrüyü bunu bir dəfəyə endirib. Üstülək, bu məhsulların hərəsindən hansı miqdarda gətirmək qaydasını da gömrük təyin edir. Artıq gətirilən mallar anbara vurulur, buna etiraz edənləri isə, polis tutub aparır. Onlar qaydaları pozmaq adı ilə ya 15 sutkalıq həbsə göndərilir, ya da cərimə olunurlar.

Xalqxeber.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib.

Şərur rayon sakini Nizami Mehdiyev deyir ki, bir şüşə qarğıdalı yağına görə, 7 sutkalıq həbs cəzası alıb:

“Ötən ay Türkiyədən gəlirdim. Yeni qoyulan qaydalardan xəbərim yox idi. Gətirdiyim malların içərisində iki ədəd 2 litrlik qarğıdalı yağı var idi. Gömrükdə dedilər ki, yağın biri anbara vurulmalıdır. Bildirdim ki, ailəm böyükdür, ev üçün almışam. Mümkün olmadı. Mən qanuni əsaslar tələb etdim. Onlar heç bir əsas göstərə bilmədikdə, aramızda mübahisə yarandı. Sonra Sədərək Rayon Plis Şöbəsinin əməkdaşlarını çağırdılar. Onlar məni tutub, Sədərək Rayon Məhkəməsinə apardılar. Məhkəmə mənə 7 sutqalıq inzibati həbs qərarı çıxardı. Əvvəllər belə şey yox idi. Uzaqbaşı malı əlindən alıb, çaya atırdılar”.

Digər rayon sakini Fizuli Rəhimov isə iki kiloqram toyuğa görə 150 manat cərimələndiyini deyir:

“Ərzaqları töküb tərəziyə qoydular. Gətirdiyim toyuq əti iki kilo artıq gəldi. Dedilər anbara vurulmalıdır, aparmaq olmaz. Xarab olacağını bildirib, etiraz etdim. Polis gəldi və məni 100 manat cərimələdilər. Dedilər ki, hara istəyirsən get, şikayət elə, tapşırıq yuxarıdan gəlib. ”

Şikayətçi bildirir edib ki, əsas qadağalar gündəlik tələbat olan ərzaq məhsullarına tətbiq olunur. Zəruri olmayan malların çəkisi artıq olanda bir o qədər də üzərinə getmirlər. Sakinlər hesab edir ki, bu qadağalar monopoliyaya görədir.

Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Məntəqəsi ilə əlaqə saxladıq. Mənqəqədən tətbiq olunan qadağaları təsdiqləsələr də, vətəndaşların həbs və cərimə olunmaları ilə bağlı iddialara cavab vermək istəmədilər. Bu iddialara Sədərək Rayon Pols Şöbəsindən də cavab ala bilmədik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İnvest-Az” ÇÖKÜR: öz aktivlərindən istifadə edə bilməyib - GƏLİRLİYİ AZALIB

“İnvest-Az”ın əməliyyat mənfəəti 1 il ərzində 40,16 faiz azalıb.

DİA.AZ Kommersant.az-a istinadla xəbər verir ki, “İnvest-Az”ın gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olduğuna görə əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat və ya 40,16 faiz azdır.

Mənfəət vergisini 127 min manat artıraraq 441 min manata yüksəldən şirkət il ərzində xalis mənfəətini 1 milyon 589 min manata yüksəldib. Amma buna baxmayaraq “İnvest-Az” əlində olan aktivlərin faiz gəlirliyini (ROA) faiz nisbətilə 68,10 faiz azaldıb. Belə ki, 2022-ci ilin sonunda 5,83 faiz olan ROA göstəricisi 2021-ci ilin sonunda 8,56 faiz olub.

“İnvest-Az”ın kapitalından istifadəsi (ROE) 1,18 faiz artaraq 33,51 faiz olub.

“İnvest-Az”ın gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olduğuna görə əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat azdır.

Mənfəət vergisini 127 min manat artıraraq 441 min manata yüksəldən şirkət il ərzində xalis mənfəətini 1 milyon 589 min manata yüksəldib. Amma buna baxmayaraq “İnvest-Az” əlində olan aktivlərin faiz gəlirliyini (ROA) faiz nisbətilə 68,10 faiz azaldıb. Belə ki, 2022-ci ilin sonunda 5,83 faiz olan ROA göstəricisi 2021-ci ilin sonunda 8,56 faiz olub.

“İnvest-Az”ın kapitalından istifadəsi (ROE) 1,18 faiz artaraq 33,51 faiz olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqil Babayevin işi üzrə verilən ittiham MƏHKƏMƏDƏ TƏSDİQİNİ TAPMIR


"ŞaurmaN1" restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə proseslərində ona verilmiş ittiham təsdiqini tapmır.

Hurriyyet.az xəbər verir ki, məntiqə uymayan ən gülünc ifadəsi ilə seçilən “zərərçəkən” Anar Aslanov isə təhsilli hüquqşünas olduğu təqdirdə Aqil Babayevin evindən pullarının oğurlandığı gün “Aqil Babayevin evinə gecə saat 23:50-də santexnik kimi kran dəyişməsi üçün getdiyini”, “istintaqda verdiyi ifadəsində isə Aqil Babayevin güya ona 306 min borclu olduğu halda evindən 520 min manat pul götürdüyünü”, “Pakdad restoran sahibi Babaşov Ş.A-ya 200 min dollar borclu olduğu təqdirdə isə güya Aqil Babayevə kasıb ailələr üçün bina tikdirməsinə görə külli miqdarda pul verdiyini” bildirmişdir. Digər “zərəçəkən” Xəyal Mustafayev “Tələbə vaxtından 20 min manat zəkat verdiyini”, “zərəçəkən” Əli Quliyev kirayədə yaşaya-yaşaya 14 min 400 manat zəkat verdiyini və digər “zərərçəkənlər” də maddi durumları kifayət qədər yaxşı olmadıqlarına baxmayaraq zəkatı mütləq şəkildə verdiklərini məhkəməyə bildirirlər.
Bundan əlavə, şikayətçilərin sözlərinə görə, Aqil Babayevin onları İmam Mehdi adı ilə aldatması və inandırmasına səbəb kimi “zərərçəkən” Aydın Niftəliyev “Aqil Babayevin onu havaya qaldırmasını, tonqalın üzərində əyləşib qanadlar çıxarmasını”, “zərərçəkən” Polad Mustafayev “Ayı bölməsini, səmada möcüzələr göstərməsini”, “zərərçəkən” Azər İslamov “Səmada, qiblədə Aqil Babayevin üzünü görməsini”, “zərərçəkən” Ömər Qurbanov “Ağacların səcdə etməsini, Aqil B. yanında Cəbrayıl mələyi görməsini”, “zərərçəkən” Natiq Sadıqov “Onu ovsunlamasını”, “zərərçəkən” Bəruz Kave “Aqil Babayevin onun yuxularına müdaxilə etməsini”, “zərərçəkən” Faiq Abdullayev “Cənnətdən bir neçə sot torpaq almasını”, “zərərçəkən” Elmar Orucov “Günahlarının pulnan sıfırlanmasını, evinin qara güvvələrdən təmizlənməsi üçün 40 min manat verməsini”, “zərərçəkən” Ramil Seyidov “Futbolda imamlığını tanınmasını”, “zərərçəkən” Fuad Məmmədov “Ərəblərin belə bilmədiyi suallara Aqil Babayevin cavab verə bilməsini” və s. göstərək dəlil və sübut olmadan onlardan hansısa uydurulmuş məbləğdə pul almalarını deyirlər.
Bütün bu ifadələrdən göründüyü kimi, Aqil Babayevin həbsdə saxlanılmasına əsaslı səbəb gətirə bilmədiklərinə görə “zərəçəkən” şəxslər hansısa qüvvələr himayəsi ilə ona “möcüzəvi insan” möhürü vuraraq və məntiqsiz, ağıla sığmayan açıqlamalar verərək, məhkəməni və dövlət qurumlarını ələ salıb yormaqla məşğuldular.
Bundan əlavə, həmin “zərərçəkmiş” şəxslər qəsdən planlı şəkildə məhkəmənin gedişinə də süni maneələr törədərək, təqsirləndirilən şəxsi və vəkillərini söyüş-təhqir edib, hücum taktikasında olaraq işin obyektiv araşdırılmasına mane olurlar.
Xatırladaq ki, Aqil Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını-pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Hurriyyet.az
Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş mühəndisə etiraz etdi, işdən çıxarıldı, narkoman elan olundu və həbs edildi... - “Azəriqaz”da nələr baş verir?..


Bir neçə gündür ki, “Azəriqaz”ın Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədov tərəfindən söyülərək təhqir edildiyi iddia olunan Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovun həbs edilməsi ilə bağlı qalmaqal mətbuatın diqqətindədir.

Poliqon xəbər verir ki, baş verən insidentlə bağlı hüquq müdafiəçisi; “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkədə davamlı olaraq məlumat yayıb. Hüquq müdafiəçisi bildirib ki, Zaur Məmmədovla işlə bağlı mübahisədən sonra İlkin Məmmədov Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən çıxarılıb.
Baş mühəndisə etiraz etdi, işdən çıxarıldı, narkoman elan olundu və həbs edildi... - “Azəriqaz”da nələr baş verir?..

Qeyd edək ki, “Azəriqaz”ın Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədovun martın 15-də Ucar xidmət sahəsinin əməkdaşı İlkin Məmmədovu təhqir etməsi və işdən çıxarması ilə bağlı yerli mətbuatda da məlumat yayılıb. Məsələ ilə əlaqədar qurumun bir qrup əməkdaşının etiraz əlaməti olaraq tətil etdiyi və hadisənin obyektiv araşdırılması üçün “Azəriqaz” rəhbərliyinə müraciət etdikləri barədə mətbuatda və sosial şəbəklərdə məlumatlar və videoçarx yayımlanıb.

Maraqlıdır ki, “Azəriqaz” İstehsalat Birliyi Ağsu RQİİ-nin öz əməkdaşlarının qanuni tələbinə verdiyi reaksiya çoxları üçün gözlənilməz olduğu kimi, qalmaqalın daha da böyüməsinə səbəb olub. Belə ki, baş mühəndisin təhqirlərinə məruz qalaraq işdən azad olunan və iş yoldaşları tərəfindən müdafiə olunan İlkin Məmmədov Azəriqaz İstehsalat Birliyi Ağsu RQİİ-nin şikayəti əsasında polis tərəfindən saxlanılıb və ona qarşı üç maddə ilə ittiham irəli sürülüb.

“İlkin Məmmədov bizimlə əlaqə saxladı, bununla bağlı məhkəməyə müraciət hazırlayırdıq. Sonradan məlum oldu ki, onu Ucar Rayon Polis Şöbəsi saxlayıb. Bildirilib ki, o, narkotik maddələrin istifadəsinə görə saxlanılıb və məhkəməyə çıxarılacaq. Mən də bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım, dedilər, iş nəzarətə götürülüb. “Azəriqaz”-ın işçidən polisə şikayət etməsi, haqqını tələb edən işçilərə təzyiq etməsi, 20-25 işçinin haqqını qoyub, kiminsə qohumu olan rəis müavini Zaur Məmmədovu müdafiə etməsi heç bir ölçüyə sığmır”, deyə baş verənlərə reaksiya verən Mirvari Qəhrəmanlı bildirib.

Ucar Rayon Məhkəməsinin qarşısına çıxarılan İlkin Məmmədov təqsirli hesab olunub, təqsirli bilinib və məhkəmə onu 1 (bir) ay müddətində inzibati qaydada həbs edib. Həbsdən çıxdıqdan sonra isə İlkin Məmmədov ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə olunmalıdır.

Məhkəmənin qərarı ilə bağlı Mirvari Qəhrəmanlı bildirib ki, uzun müddət hüquq müdafiəsi sahəsində çalışmasıına baxmayaraq, Azəriqaz İstehsalat Birliyidə işçiyə qarşi tədbiq olunan “cəzaya” rast gəlməyib. Hüquq müdafiəçisi qeyd edib ki, İlkin Məmmədov bir sutka polis idarəsində saxlanıldıqdan sonra Ucar rayon məhkəməsində 10 dəqiqəlik iclas keçirilib və İlkin Məmmədova İXM-nin üç maddəsi ilə, 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ), 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi ), 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) bir ay müddətinə həbs cəzası verilib.

Baş mühəndisə etiraz etdi, işdən çıxarıldı, narkoman elan olundu və həbs edildi...

Qeyd edək ki, məhkəmənin verdiyi qərarda diqqət çəkən və təəccüb doğuran məsələ İlkin Məmmədova qarşı narkoman ittihamının irəli sürülməsi, eyni zamanda onun həbsdən çıxdıqdan sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə olunması ilə bağlı verdiyi qərardır. Məhkəmə 10 dəqiqə ərzində İlkin Məmmədovun narkoman olduğunu necə təyin edib? Belə bir qərar verməzdən əvvəl məhkəmə ekspertiza keçirilməsi üçün müraciət etməli deyilmi? Əgər İlkin Məmmədov ümumiyyətlə narkoman deyilsə, onun həbsdən sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə olunması hansı nəticələr doğura bilər?

Məhkəmənin verdiyi qərar təbii ki, çoxlu suallar yaradır və qeyd edək ki, Azərbaycan məhkəmələrində bu tip qərarlara çox tez-tez rast gəlinir və təəssüf ki, bu da Azərbaycanda ədalətin “qılıncı” olaraq çıxış edən hakimlərin qanuna və hüquqa necə yanaşmalarını açıq şəkildə ortaya qoyur.

Məsələnin digər acınacaqlı tərəfi isə Həmkərlar İttifaqının bir gün içində heç bir xəbərdarlıq, töhmət və digər ictimai cəzalar almadan İlkin Məmmədovun işdən azad olunması ilə bağlı heç bir reaksiya göstərməməsi və Əmək Məcəlləsinin kobud şəkildə pozulmasına qarşı etiraz etməməsidir. Halbuki İlkin Məmmədov öz açıqlamalarında vəzifəli şəxs tərəfindən ağır şəkildə təhqir olunuduğunu və bundan sonra da işdən azad olunduğunu bildirir. Bütün bunları Həmkar İttifaqının görməməzlikdən gəlməsi və əslində baş mühəndis Zaur Məmmədovu müdafiə etməsi biabırçılıqdan başqa bir şey deyil.

Hər ay işçinin əmək haqqının 2%-ni mənimsəyən Həmkarlar İttifaqının bu davranışı da qanun və hüquqn Azərbaycan məhkəmələrində tapdalandığı kimi çox təbiidir. Ümumiyyətlə isə Azərbaycan Həmkarlar İttifaqlarında baş verən biabırçılıqlar anormallıqdır və bu birbaşa Həmkarlar İttifaqlarına pul ödəyən işçilərin birbaşa problemləridir. Hər bir işçi özü üçün aydınlıq gətirməlidir ki, işverənin də üzv olduğu Həmkarlar İttifaqı ona lazımdırmı və o, işverənin hqüuqlarının müdafiəçisi kimi çıxış edən bu “həmkarların” yağ-bal içində yaşamaları üçün pul ödəmələlidirmi? Ümumiyyətlə isə Həmkarlar İttifaqı ilə bağlı sovet dönəmindən qalan qanunvericiliyin dəyişməsinə çoxdan zərurət var..

İlkin Məmmədovla bağlı baş verənlər sadəcə bir epizoddur və Azərbaycanda əslində əmək müqaviləsi ilə çalışan insanların hamısının hüquqları müqaviləsiz çalışanların hüquqlarından heç nə ilə fərqlənmir. Dövlət qurumlarında işverənlərin törətdikləri qanunsuzluqlar isə ancaq vəzifəli şəxslərin qanunla yazılmayan toxunulmazlığını və korrupsiyasını təmin edir.

İlkin Məmmədovun işində diqqət çəkən digər məsələ isə “Azəriqaz”da abonentlərdən sərf olunan qaz üçün ödənişlərin nağd pulla həyata keçirilməsidir. Qeyd edək ki, bu barədə də hüquq müdafiəçisi Mirvari Qəhrəmnalının yaydığı sənəddə bu öz əksini tapıb. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi Ağsu RQİİ-də qaz nəzarətçilərinin üzərinə abonentlərdən nağd yolla pul toplamaq üçün “plan” qoyub və əslində “Azəriqaz”ın regional idarələri bu planlar əsasında çalışırlar. M.Qəhrəmanlının sözlərinə görə, qaz nəzarətçisinin ayda bir dəfədən az olmayaraq, bildirişləri abonentlərə paylamaq və ödənişlərə cəlb etmək öhdəliyi var.
Baş mühəndisə etiraz etdi, işdən çıxarıldı, narkoman elan olundu və həbs edildi... - “Azəriqaz”da nələr baş verir?..

Bəs bu baş verənlərdən, daha doğrusu qanunsuzluqlardan, o cümlədən Region İdarələrinin öz işçilərinin üzərinə qoyduğu “plandan” “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin və Birliyin digər məsul vəzifəli şəxslərin xəbərləri yoxdurmu?

Əslində onların bütün bu baş verənlərdən xəbərsiz olmaları imkansızdır. Ancaq ən kişik ehtimalda belə bunu imkanlı saysaq belə, o zaman sual olunur, bu qədər özbaşınalıqlardan xəbərsiz olan Ruslan Əliyev və digər məsul şəxslər tutduqları vəzifələri və oturduqları kresloları niyə məşğul edirlər?..

Poliqon.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO