[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Forumu başladı: Prezident çıxış edir - Canlı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya


Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski vurğulayıb ki, elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanın uğurunu arzulamasın:

"Biz Avropa Birliyində olmaq istəyirik - olacağıq. Biz Gürcüstanın Avropa Birliyində olmasını istəyirik və əminəm ki, olacaq. Biz Moldovanın AB-də olmasını istəyirik və əminəm ki, olacaq. Avropanın bütün azad xalqları buna layiqdirlər".


Qeyd edək ki, Tiflisdə ölkə parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə zəlzələlərin vurduğu maddi zərər açıqlandı


Türkiyədə son hesablamalara görə, zəlzələlərin vurduğu zərər təxminən 80 milyard dollardır.

Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi bildirib.

“Baş verənlər bizim üçün çox ağrılı hadisə idi. Təxmini ziyan 80 milyard dollardır. Zəlzələlər nəticəsində Su Ehtiyatları İdarəsinə dəyən zərər 22 milyard lirə (1,15 milyard dollar) təşkil edir”, - nazir deyib.

Kirişçi qeyd edib ki, təzyiqli su sistemi ilə əkin sahələrinin suvarılmasına başlamaq vaxtı gələndə Su Ehtiyatları İdarəsinin maliyyə itkiləri daha da arta bilər.

“Biz hələ bilmirik ki, bu sistemdə hansı problemlər olacaq”, - deyə hökumət üzvü vurğulayıb.

Zəlzələ Türkiyə ixracatına da zərbə vurub. Kirişçi bildirib ki, fəlakətin yaşandığı bölgələrin Türkiyə ixracatının ümumi həcmində payı təxminən 15,5% təşkil edir. Zəlzələlərdən sonra bu bölgələr ixrac üçün 40% az məhsul istehsal etməyə başlayıblar.

“Zəlzələ zonasındakı 11 əyalətdən ixrac 2022-ci ildəki 2 milyard 947 milyon dollardan 1 milyard 783 milyon dollara düşüb”, - nazir bildirib.

Mənbə: Milliyet
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı hazırlıq görür: dəfələrlə xəbərdarlıq edilir…


Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilər eyni yoldan hərbi təyinatlı yükləri daşımağa davam edib, bu dəfə Rusiya sülhməramlının müşayiəti ilə. Rusların orada olması Azərbaycanın müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.

Bu, həm də Müdafiə Nazirliyinin dünənki xəbərdarlığına baxmayaraq, ermənilərin planlarından əl çəkmədiyinin isbatıdır.

MN eyni məzmunlu xəbərdarlığı bu gün də edib. XİN də bəyan etdi ki, "Azərbaycan bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur".

Rəsmi Bakının indi xəbərdarlıqla kifayətlənməsinin iki mümkün səbəbi ola bilər: ya Qarabağda erməni əhalisinin inteqrasiyasının aktual olduğu vaxt yeni gərginliyin prosesə zərər verəcəyini nəzərə alaraq, hələ ki, ritorikadan istifadə edir; ya da miqyası və hədəfi baxımından daha genişçaplı addımlar atılacaq və "biz dəfələrlə xəbərdarlıq etdik" istiqamətində beynəlxalq ictimai rəyi formalaşdırır.

Ermənilərin xəbərdarlıqları nəzərə almadığı təcrübəsi və Bakının bunu bildiyi reallığını nəzərə alsaq, ikinci versiya daha güclüdür.

Axar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Günün qoroskopu: Münasibətlərə yeni məna verin


Ddünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - ətrafınızda yaşanan olayları nəzərə alaraq ehtiyatlı olun. Hadisələrə vaxtında, təxirəsalınmaz, sürətli reaksiya verin. Hisslər, emosiyalar, antipatiyanın qarşısını almaq çətindir. Onlar əhvalınıza təsir edəcək, stimul və məqsədləri müəyyənləşdirəcək. Başqasının tələbi və ya göstərişi ilə yeni işə başlasanız da, bütün variantları diqqətlə düşünün. Həyat dəyişikliklər tələb edir, enerji yenilənir.

Buğa - yaşananları fatum qismində qəbul etməyin. Nə iləsə vidalaşmaq və unutmaq ehtiyacı yaranırsa, əvəzində cari mərhələdə daha maraqlı və dəyərli nəsnə əldə etmək olar. Şərait imkan verirsə, günün ikinci yarısında yeni işə başlayın.

Əkizlər - hansısa konkret istiqamətdə diqqəti cəmləşdirmək çətindir. Yeni işlər, tapşırıqlar və qayğıların sayı artır. Yaxın ətrafınızdakı insanlar sizdən daha çox nəticə istəyirlər. Yaşananlara həyəcan, təlaşla baxmayın. İşinizin keyfiyyətini yaxşılaşdırın. Az sonra hər şey daha müəyyən və konkret olacaq.

Xərçəng - işləri, fəaliyyət sahəsini qaydaya salın, informasiyanı sistemləşdirin. Narahatlıq hiss edirsinizsə, başqa fəaliyyət istiqamətini seçin. Axtardığınızı indi tapa bilərsiniz. Bəzi problemlər isə sizin iştirakınız olmadan həllini tapacaq.

Şir - işdə maraqlarınız kollektivin mənafeyi ilə üst-üstə düşməyə bilər. Tələsməyin. Ola bilər ki, geriyə addım atmalı, iddia və tələblərinizdə inadkarlıq etməməlisiniz. Normal qəhrəmanlar həmişə məqsədə doğru inadla, amma ağılla hərəkət edirlər. Cazibədar ideyanın təsiri altına düşə bilərsiniz. Bu ideya sizə uğurla yanaşı, yeni intriqa və hətta həyatınızda yeni düşmənin peyda olmasını vəd edir.

Qız - məhz təmkinli davranmaq sizə radikal addımlar atmamağa imkan verəcək. Uğurlarınızın bilavasitə asılı olduğu sahədə reallıq hissini itirməyin. Axşam saatlarında dincəlin, səhhətinizin qeydinə qalın, açıq havada gəzintiyə çıxın.

Tərəzi - malik olduğunuzu dəyərləndirin. Dönüş və can atmaq üçün məqsəd var. Ciddi, konstruktiv ideyaları inkişaf etdirməyə, reallaşdırmağa çalışın. Əsas məsələ odur ki, geriyə qayıdışı düşünməyin, təəssüf və ya pərişanlığa səbəb ola biləcək addım atmayın. Maddi maraqlar aktivləşsə də, kimdənsə asılılıqdan qurtulmaq ehtiyacı yaranacaq.

Əqrəb - həyatın aktiv axarının bərpa olunmasına ehtiyac duyulduğu vaxtdır. Kollektivdəki ab-hava pisləşə bilər. Münaqişə və ya mübahisə istisna deyil. Qəfil tapıntınız və ya təəssüratlarınızı ətrafınızdakı insanlarla bölüşməyə tələsməyin. İdeyalarınızı müstəqil şəkildə inkişaf etdirin, düşünün, təhlil edin.

Oxatan - şəxsi münasibətlərdə maraq və istəklərinizlə bağlı nə varsa, inadkar, qətiyyətli olun. Amma unutmayın ki, ünsiyyətdə olduğunuz insan da eyni davranış modelini seçə bilər. Ümumi iş, məqsəd və ya plan sizə mümkünsüz təsir bağışlayan işi tamamlamağa, tərəfdaşlıq münasibətlərində yeni üfüqlərə, maraqlara səbəb olacaq.

Oğlaq - uğur və bacarıqlarınızla qürrələnərək rəqibin inkişafını gözdən qaçırmayın. Münasibətlərə yeni məna verin, tərəfdaşla planları müzakirə edin, yeni işin miqyasını dəqiqləşdirin. Bu gün sizə və əməyinizə təlabat var. Maraqlı təklif ala bilərsiniz. Dərhal cavab verməyin, düşünün. Şəxsi münasibətlərdə sayıq olun. Günün ikinci yarısında zahiri görünüşünüzə fikir verin, nikbin görünün.

Dolça - faydalı və gəlirli iş tapsanız, bu barədə tərəfdaşınıza, şərikinizə xəbər verin. Çalışdığınız insanın kimliyi və hansı əlavə imkanlar aramağınızdan uğurun yarısı asılıdır. Sürətli olun, ətalətli davranmayın. Aktivlik uğurun ikinci yarısıdır. Şanslı gündür, iş və qərarları təxirə salmayın.

Balıqlar - işlər əla alınır, hər şey yaxşıdır. Amma eyforiyaya qapılmayın, ehtiyatlı olun. Uğur və irəliləyiş gözləmədiyiniz məkanda, istiqamətdədir. Yalnız diaqnoz, dəyərləndirmələrə yol verməyin, tələsik qərarların müəllifi olmayın. Ailəvi həllin optimal olduğu işə başlayın. Hadisələr və xəbərlər yaradıcılıq planlarınızı ləngidə bilər. Həmkarlarınız və ya tərəfdaşlarınız isə sizə əlavə iş tapşırmaq istəyəcək, hiss və həyəcan yükünü sizə vermək fikrinə düşəcəklər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO